|
Rəylər (6)
Qasım Kamilov - SAB məhsulları son vaxtlar öz keyfiyyətində şübhə yaradır.Əsasən süd məhsulları qatıqları və dovğaları.Ev şəraitində 20 gün müddətinə qapağı açıq şəkildə məhsulun dadı dəyişmir.Xahiş edirik məhsulun tərkibinə qatılan qatqıların adları acıqlasın.Minnətdaram
mahir emirli - Sab Dov]asina ne qatilir ki xarab olmaq bilmir.
Hüseynov Eyyub - Hörmətli Qasım Kamilov və Mahir Əmirli,
"Azad İstehlakçılar" İctimai Birliyi (AİİB) 2013-cü ilin oktyabr ayında qeyd etdiyiniz müəssisədə USAİD-in təşkilatımıza etdiyi təklif əsasında müəssisədə qiymətləndirmə aparmış, müəssisənin təhlükəsiz qida istehsal etdiyi müəyyən olunmuşdur. Növbəti ildə 1 dəfə də qiymətləndirilmə aparılmışdır və yenidən təhlükəsiz qida istehsal olunduğu təsdiqlənmişdir. Fikirlərinizlə tam şərikəm, istehsal olunan qidalar təhlükəsiz olsa da, Sizin qaldırdığınız məsələlər aydınlaşdırılmalıdır. Çox təəssüf edirəm ki, təhlükəsiz qida istehsalına nail olmuş bu müəssisənin ictimaiyyətlə əlaqələri yaxşı vəziyyətlə deyildir. Qeyd etdiyiniz məsələlər bizim tərəfimizdən araşdıralacaqdır.
Qasim Kamilov - Sizin cavabınız məni qane etmədi.Onu da əlavə edim ki,SAB istehsal etdiyi süd məhsullarının adları Gəncə dovğası,Naxçivan smetanı və Moskovskaya smetanlarıdir.Hansı əsasa görə bu adlardan istifadə edilir. Bu haqda dolğun məlumat verin ki,istehlakçılar bu məhsullardan uzaq olsun və bu haqda lazimı tədbirlər görulməsi üçün
Dövlət orqanlarina da məlumat verilməsini xahiş edirəm.
Sahib Heydərov - Mən sexdə olmuşam orada təbii süddən iastifadə olunmur.100 faiz inanın.
Hüseynov Eyyub - Sizi dəvət edirəm təşkilatımıza. Sizə TV-də danışmağa imkan yaradacam. Buyurun, əhalini maarifləndirin.
|
|
|