|
|
|
Be |
Ça |
Ç |
Ca |
C |
Ş |
B |
| | | | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
|
|
|
|
|
|
|
Bu gün ziyarətçilər: (363) |
|
Dunen ziyarətçilər: (75) |
|
Bu gün səhifə baxışı: (548) |
|
Dünən səhifə baxışı: (130) |
|
|
|
N e w s L i n e |
|
05.04.2011 |
|
Prezident": Bəzi hallarda o borclar düzgün hesablanmayıb və əhaliyə tətbiq olunan cərimələr də bəzi hallarda əsassızdır" Azərbaycanda əhalinin sudan istifadəyə görə bir neçə ildir yığılıb qalmış borcları silinəcək. Bu barədə prezident İlham Əliyev martın 31-də Bakının Sabunçu rayonunun Zabrat qəsəbə sakinləri ilə görüşündə bəyan edib.
Dövlət başçısı bildirib ki, içməli su ilə bağlı keçmişdən yığılmış borclar var: "Mən bilirəm ki, o borcların ödənilməsində müəyyən problemlər var. Çünki bəzi hallarda o borclar düzgün hesablanmayıb və əhaliyə tətbiq olunan cərimələr də bəzi hallarda əsassızdır. Ona görə mən Nazirlər Kabinetinə göstəriş vermişəm ki, məsələyə baxsınlar və biz əvvəlki dövrdə yaranmış borcları silək" ("AzərTAc").
Prezident İlham Əliyev Bakıətrafı qəsəbələrin sosial-iqtisadi proqramının qəbul və icra edilməsi üçün dövlət büdcəsinə düzəlişlər ediləcəyini vurğulayıb. O, eyni zamanda sənədsiz evlərin qeydiyyatı və qəsəbələrin kanalizasiya problemlərinin də həll olunacağını qeyd edib.
Əhalinin nə qədər "su borcu"nun silinəcəyi ilə bağlı "Azərsu" Səhmdar Cəmiyyəti hələlik bir rəqəm açıqlamır, dəqiqləşdirmələr aparıldığını deyir.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri Vüqar Bayramov aprel ayının ortalarına qədər ötən dövrdən yığılmış borcların silinməsinin gözlənilən olduğunu bildirir. İqtisadçı-ekspert belə bir addımın atılmasını müsbət qiymətləndirir: "Hesablamalar göstərir ki, orta hesabla hər borclu ailənin içməli suya 150 manat borcu silinə bilər. Borcların silinməsi istiqamətində bu artıq ikinci təcrübədir. Belə ki, bundan öncə prezidentin sərəncamı ilə təbii qaza görə borcların silinməsi yönündə qərar qəbul edilmişdi. Növbəti mərhələdə elektrik enerjisinə olan borcların silinməsi məsələsinin də gündəmə gətirilməsinə ehtiyac var. Bir neçə ay əvvəl Nazirlər Kabineti "Azərenerji" və "Bakıelektrikşəbəkə" ASC-yə bu borcların hesablanması ilə bağlı göstəriş vermişdi. Lakin hələlik elektrik borclarının silinməsi ilə bağlı qərar qəbul edilməyib".
Bayramov əhalinin əsas borclarının elektrik enerjisi, qaz və içməli suya görə olduğunu vurğulayır. Onun fikrincə, elektrik enerjisinə görə borcların silinməsi istiqamətində qərar qəbul etməklə borc problemini qapatmaq mümkündür.
Yaxın zamanlarda elektrik enerjisinə olan borcların silinməsini təklif edən ekspert qeyd edir ki, bu borcların məbləği içməli suya görə olan borcların məbləğindən kifayət qədər çoxdur və "belə bir qərarın qəbulu əhalinin sosial müdafiəsi baxımından uğurlu addım olardı".
"Mülki Məcəlləyə görə, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Bəzən istehlakçılardan son üç ilin debitor borcundan əlavə əvvəlki illərin kommunal borcları da tələb edilir, bu isə qanunsuzluqdur. Bu qanunsuzluğun aradan qaldırılması üçün borcların silinməsi doğru addım olardı". Bu sözləri isə iqtisadçı-ekspert Rövşən Ağayev "Media forum" saytına açıqlamasında bildirib. Ekspert eyni zamanda qeyd edib ki, içməli suya görə borcların mexaniki silinməsi ilə bütün problemləri aradan qaldırmaq mümkün deyil: "Kommunal xidmətin keyfiyyəti məsələsinə diqqət yetirilməli, xidmət göstərən təşkilatlarla istehlakçılar arasında münasibətlərin tənzimlənməsi mexanizmi, xüsusilə öhdəliklərin icrası məsələsinə yanaşma dəyişməli, bu sahədə şəffaflıq yaradılmalıdır".
Onun sözlərinə görə, qanunvericilikdə istehlakçıların hüquqularının qorunması ilə bağlı boşluqlar var":Misal üçün, istehlakçı bu ayın borcunu ödəyir, bundan sonra bəlli olur ki, ondan əvvəlki ilin filan ayının borcu varmış. Tədiyyə sənədində borc artan məbləğlə göstərilməlidir. Yəni sonuncu borc hansıdırsa, o göstərilməlidir. Əks halda bunun öhdəliyi xidmət göstərən təşkilatın öz üzərində qalmalı, vətəndaşın borcu avtomatik silinməlidir".
B.Məmmədli http://www.ekspress.az/2011/04/02/get=36417 |
|
|
Bu xəbərə rəy yazan olmayıb. İlk rəy yazan siz olun.
|
|
|
|
|
|