İSTEHLAKÇI HÜQUQLARINA DAİR İNTERNET PORTAL
Home page Map Contact
N e w s L i n e
Noyabr-2024
Be Ça Ç Ca C Ş B
Bu gün ziyarətçilər: (262)
Dunen ziyarətçilər: (75)
Bu gün səhifə baxışı: (408)
Dünən səhifə baxışı: (130)
Question-Answer
Sual yaz
04.12.2013
həcər əfəndiyeva
Sual: Salam Bəzi mağazalar endirimlər zamanı qeyd edirlər ki, endirim zamanı alınmış mallar geri qaytarıla və dəyişdirlə biməz Bu nə qədər qanunidir?
Cavab: Bu qanuna ziddir.
02.12.2013
Samir İsmayıllı
Sual: Salam Sizin Ulduz fabrikinə qida təhlükəsizliyi nişanı verdiyiniz barədə məlumatı televiziya verilişlərindən öyrəndikdən sonra həmin kofetlərdən alırıq Doğrudan da keyfiyyətinə görə xarici dövlətlərdən gətirilən konfetləri üstələyir Çox sağ olun ki, bizləri məlumatlandırırsınızLayihənizin daha geniş miqyasda ərzaq məhsullarını əhatə etməsi nəzərdə tutulubmu
Cavab: Bu məsələyə biz çox diqqətlə yanaşırıq. Ədalətlilik və obyektivlik əsas amalımızdır. Bu işi davam etdirmək fikrindəyik.
02.12.2013
Umud Kürdəmirli
Sual: Salam! Qida təhlükəsizliyi nişanı layihəsi istehlakçıların ürəyindən olan bir layihədir Əgər istifadə etdiyimiz ərzağın bizim orqanizmimizə hər hansı bir mənfi təsir edə bilməyəcəyinə əmin oluruqsa, bunun nə dərəcədə əhəmiyyətli olması hər bir kəsə bəllidirLakin yaxşı olardı ki, bu layihə bütün ərzaq məhsullarını əhatə etsin və istehlakçı hər bir ərzaq məhsulunu alarkən, istehsalçısı barədə məlumatı oxuduqdan sonra tərəddüd etmədən həmin məhsulu alsınBu məsələ gündəliyinizdə dayanırmı
Cavab: Biz də arzu edərik ki, yerli istehsal mallarının hamısı keyfiyətli olsun. Ona görə də biz diqqətlə araşdırma aparıb, sonra nişanı veririk. Qida Təhlükəsizliyi nişanı verilmiş malların təhlükəsizliyinə tam etibar edə bilərsiniz.
19.11.2013
Kamran Kərimov
Sual: Salam Mən Çox Zaman Türkiyə Mallarına Üstünlük Verirəm Mən Öyrənmək İstəyirəm ki, Mən Aldığım Malların Təmiz Türk Malı Olduğunu Necə Dəqiq Öyrənə Bilərəm ???
Cavab: Bu asan iş deyil. Sadəcə Siz malın sertifikatını, Gömrük sənədlərini tələb edə bilərsiniz. Satıcı sənədləri göstərməyə borcludur. Əfsus ki, malların əksəriyyətinin satış şəbəkəsində heç bir sənədi yoxdur!
18.11.2013
Səxavət Məmmədov
Sual: SalamBiz Baku elektronicsdən paltaryuyan maşın(samsung)almışdıq 1ay əvvəl amma mətbəxdə təmir getdiyi üçün hardasa 2 həftə olarki qoşdurmuşuqMaşında problem yarandı və servisə zəng vurdumUsta göndərdilər gəlib baxdı və datçikin xarab olmasını bildirdiMaşın 1 dəfə istifadə olunub və usta bildirdiyi kimi problem olduğunu gördüyümüz üçün söndürüldüİndi usta deyirki bunun datçikini dəyişmək lazimdiAmma mən 800 manat verib təzə maşın alıramsa və bundada deffekt çıxırsa niyə görə mən təmir olunmuş avadanlıq almalıyamşTəzə ilə dəyişmək istəmirlər halbuki mənnən yeni avadalığı pulunu alıblarMən bu halda nə edə bilərəm?
Cavab: Qüsur mal alınandan 14 gün müddətində aşkar olunubsa Siz malı dəyişmək hüququna maliksiniz. Əks halda servisdən istifadə etməlisiniz.
18.11.2013
Fəqan Eyvazov
Sual: Salam! İçməli sular barədə məlumata ölkəmizdə böyük ehtiyac var Azad İstehlakçılar Birliyi olaraq hansı istehsalçılara məxsus sulardan istifadənin təhlükəsiz olduğunu məsləhət bilərdiniz
Cavab: Bəli bu sahədə problem mövcuddur. Hazırlaşırıq suların müstəqil testini keçirək və əhaliyə məlumat verək.
18.11.2013
Sabir  Piriyev
Sual: Salam! Mətbuatdan qarğıdalı yağlarını ekspertiza analizi etməyiniz barədə məlumat almışam Hansı istehsalçının yağları qida üçün təhlükəsizdir
Cavab: Sevindirici haldır ki, 16 növ qarğıdalı yağının tərkibində standartlardan kənarlaşma müəyyən olunmadı. Təkibinə görə ən yaxşı "Royal" yağı oldu.
14.11.2013
Sevda Gulmemmedova
Sual: salam men 13 noyabr 2013ci ilde Sumqayit seheri Sulh kucesi,32ci mehellede yerlesen Forte fashion magazasinin usaq sobesinde 1390 qiymete usaq ucun pijama aldimHemin gun usaq pijamani geyinende salvarin tikisi sokuldu,men de bu gun apardim magazaya deyismeye,amma onlar dediler ki,deyise ve ya qaytara bilmerik,amma men ya deyismek ya da qaytarmaq isteyirem men indi neylemeliyem
Cavab: Xahiş edirik, saytımızdakı erize formasına uyğun erize yazin, bizə göndərin və ya AİB-in Sumqayıt şöbəsinə məlumat verin tel: 070 264 49 77; 050 369 05 77.
10.11.2013
Malik Veysov
Sual: EYYUB mSalamNiyə ərzaq məhsullarına nəzarət edən dövlət orqanları bir dəfə də olsun keyfiyyətsiz məhsul haqqında danışmirlarİtisadi İnkişaf Nazirliyi və Standartlasma komitəsi nümayəndələri televiziya vasitəsi ilə yararsız məhsullardan danışırlarAncaq həmin məhsulun nə adı nə də unvanı haqqında düzgün məlumat vermirlərOna görə də biz sahikarlar həmin adı çəkilən dövlət orqanlarina inamımız yoxdurXahiş ediriksiz bizə bu haqda doğru məlumat verəsiniz
Cavab: 16 ildir mən keyfiyyətsiz malın adı və ünvanı barədə ardıcıl məlumat verirəm. Lakin keyfiyyətsiz mal anlayışı partiya mala aiddir. Bu günlərdə "Slobojanskaya squşenka"dan şikayət gəlib. Doğrudan da, bizə verilən nümunə yararsızdır.
08.11.2013
Faxrəddin  Alıyev
Sual: Salam! Insan orqanizmi üçün təhlükəli ərzaq istehsal edən sex və müəssisələrin məhsulları barədə də əhalini məlumatlandırmağınız çox zəruridir Belə bir layihə həyata keçirmək fikriniz vardırmı
Cavab: Əfsus ki, ölkədə ərzaq mallarının təhlükəsizliyinə dair qanun yoxdur. Təşkilatımız illər ərzində 20 növ təhlükəli ərzaq malının bazardan çıxarılmasına nail olubdur (Red Cow yağı, yodsuz duzlar, filtersiz siqaretlər və s. Əlbəttə, siz deyən məsələni həll etmək üçün biz daim axtarışlar aparırıq.)
07.11.2013
Məmmədəli Əliyev
Sual: hansı firmanın süd məhsulları qida üçün tam təhlükəsizdir
Cavab: Biz yalnız keyfiyyət nişanına layiq görülmüş mal barədə açıq və müsbət informasiya veririk. Çünki bu cür mallar üçün təşkilatımız məsuliyyət daşıyır.Qeyd edə ki, şüşə qablarda 4 gün yararlılıq müddəti olan yerli süd satılır. Buna etibar edə bilərsiniz.
07.11.2013
İsax Qasımov
Sual: Hər bir qida məhsulunun və eləcə də insan orqanizminin əsas hissəsini təşkil edən suyun təhlükəsizliyini qiymətləndirməyiniz ən vacib məsələdirAzərbaycanda satışda olan suların keyfiyyəti haqqında da əhaliyə bildirməyinizi xahiş edirik
Cavab: Bu məsələ ölkəmizdə problemli olaraq qalır. Yaxın günlərdə bitki yağları barədə geniş məlumat verəcəyik. Ekpertiza imkanlarımız mümkün olsa su barədə də məlumat verəcəyik.
07.11.2013
Farman Məmmədov
Sual: Xahış edirəm məlumat verin bilək nə üçün parfmeriyalara təhlükəsizlik nişanı vermirsiniz Axı o da bir növ qida məhsuludur Belə kı dəri vasitəsilə insan orqanizminə daxil olur
Cavab: Mütəxəssislərimiz yalnız ərzaq malları üzrə təlim almışlar.
06.11.2013
Tangiz  Hajıyeva
Sual: Salam! Ulduz fabikinin konfetlərinə Azad İstehlakçılar birliyinin qida təhlükəsizliyi nişanı verilməsi barədə ATV kanalından məlumat aldıqdan sonra həmin konfetlərdən aldım Doğrusu bizim ölkədə bu keyfiyyətdə, bu necə deyərlər damaq dadında konfetlərin istehsal olunmasına çox sevindimAzad İstehlakçılar Birliyinin bu yeni fəaliyyəti digər ərzaq məhsullarını da əhatə edəcəkmi
Cavab: Nuş olsun. Bəli, digər ərzaq məhsulları barədə də qərar qəbul olunacaq və müvafiq nişan veriləcəkdir.
06.11.2013
Faiq Alməmmədov
Sual: Salam televiziyadan Ulduz konfetlərinə qida təhlükəsizliyi nişanı verdiyiniz barədə məlumat aldıqBiz həmin konfetlərdən aldıq və deyə bilərəm ki, keyfiyyət və ləzzətinə söz yoxdur Ancaq verilən məlumatda marketlərdə həmin nişan verilməsi barədə reklam materialının da olacağı bildirilirdi Bəs reklam materialları marketlərdə nə vaxt olacaq
Cavab: Tezliklə dükanların girişində nişanı görəcəksiniz.
06.11.2013
Elnur Ağalarov
Sual: Salam!Mətbuatdan Ulduz şokoladlarına Azad İstehlakçılar Birliyinin qida təhlükəsizliyi nişanı verildiyi məlumatını aldıq Düzü bizim ailədə xarici konfetlərə üstünlük verilirdi Bu məlumatdan sonra Ulduz şokoladları aldıq Çox xoşumüza gəldi Xüsusən tanqo və səma şokoladları Yaxşı olardı ki, toy-nişan mərasimlərimizdə bu konfetlərdən istifadə olunsunAzad İstehlakçılar Birliyinə bizim həm inamımız , həm də etibarımız varDəfələrlə bizim ailə üzvlərimizin təmənnasız olaraq istehlakçı hüquqlarını qoruyub
Cavab: Hər zaman vətəndaşlarımızın qulluğunda təmənnasız xidmət göstərməyə hazırıq. Layiq görülmüş nişan alan yerli məhsullara tam etibar edə bilərsiniz.
05.11.2013
İlahe Sherifova
Sual: 5 noyabr 2013 il tarixinde Cudo-peckanin Azerbayjan prospektinde yerleshen filialinda Standart bankla uzbeuz kakao ile pirojki aldim satijidanSantiji mene plastik gabda kakao verdiMen plastik gabi cashka ile evez edilmesini istedimLakin o mene gedin o biri terefde novbe tutun orda cashka varDeyirem axi orda 10 nefere geder adam var ,men 2 pirojki,1 kakao ucun ne geder gozlemeliyem Sen ordan cashka gotur plastik gabi boshaltGiz mene garshi cox sert davrandiMen ona dedimkimen sizin eve gonag gelmemishembura muessisedirsen lazimi shekilde alagl ile reftar etmelisenO mene bele cavab verdi SENIN KIMISI BIZIM EVE GELMESE YAXSHIDIR Men shikayet eledim mudiriyyeteMudiriyyet onu cagirdi ;dedi ki Xanimdan uzr iste anan yashindadirHemin satici giz ( adinin Aytac oldugunu mudirden eshitdim) men hes kesden uzr istemirem,isteyitsiz meni ishden cixardinIndi men neyleyim mene bir yol gosterinEle cixir ki,biz bir alici kimi tehgir olunmaliyig,satici ise oz emeline gore cezalanmayajag Xahish edirem mene komek edinMenim 55 yashim var, gizim yerinde olan bir shexs meni tehgir edir ve bu cavabsiz galir
Cavab: Saytimizdaki erize formasina uygun erize yazin, imza qoyun, bizə göndərin, isteyinizi temennasiz icra edek.
04.11.2013
Tofiq Şahbəndəyev
Sual: SalamHansı firmaların kolbasa məhsulları istifadə üçün tam təhlükəsizdir
Cavab: Çox yaxın günlərdə təşkilatımızın bir firmanin məhsullarının layiq görüldüyü "Qızıl nişan" barədə məlumat alacaqsınız.
02.11.2013
Kamran Cəfərzadə
Sual: Salam Men bir magazadan qaymaq almisham, ve o mehsul keyfiyyetsiz ve yemeye yararsiz cixib Onun etiketinde telefon nomresi de hec movcud deyil Amma qeyd etdiyim mehsulun uzerinde unvan, VOEN qeydiyyati ve shtix-kod var Mene cox maraqlidir o mehsul nece qeydiyyatdan kechib ve uzerinde yalan melumatlar ile satisha cixarilir
Cavab: Xahiş edirəm, nümunəni bizə çatdırın, ərizə yazın, tədqiqat aparaq və şübhəli malın bazardan çıxarılması üçün Sizinlə birlikdə iş aparaq.
01.11.2013
Zahid Məmmədov
Sual: HACCP sistemi tətbiq olunmayan qida istehsalı müəssisələri Qida Təhlükəsizliyi nişanı almaq üçün müraciət edə bilərlərmi
Cavab: Muraciet ede biler, lakin nisan ala bimez, cunki HACCP olmadan bunu etmek olmaz.
31.10.2013
Ruslan Dadashov
Sual: Erze yazib,hara gondermek lazimdir?
Cavab: Erizeye imza qoymaq serti ile email unvanimiza (eyub@consumer.baku.az) ve yaxud da saytmizda gosterilen unvana.
31.10.2013
Asif  Quliyev
Sual: Hansı istehsalçıların süd məhsulları təhlükəsiz və keyfiyyətlidir
Cavab: Biz yalnız keyfiyyət nişanına layiq görülmüş mal barədə açıq və müsbət informasiya veririk. Çünki bu cür mallar üçün təşkilatımız məsuliyyət daşıyır.Qeyd edə ki, şüşə qablarda 4 gün yararlılıq müddəti olan yerli süd satılır. Buna etibar edə bilərsiniz.
31.10.2013
Ruslan Dadashov
Sual: Salam16102013 tarixinde Bakixanov qesebesinde yerlrsen Madeyra mebel maqazasindan usaq desteyi almisamvaxtinda qelib,qurastirdilarlakin masani qetirmedilerdediler,ki heftenin sonunda catdirilacaqbugune qeder catmadidefelernen zenq vurduq,deyiller "sabah" ya da "heftenin sonunda"xahis edirem komeklik gorsedersiz
Cavab: Saytimizdaki erize formasina uyğun erizə yazın, hüququnuzu təmənnasız qoruyaq.
30.10.2013
Kamal Əmiraslanov
Sual: Mənim sualım məni və ailəmi daha çox maraqlandırırƏvvələr sızın təşkilat heç bir istehsalçı və idxalçıhaqqında reklam xarakterli təbliğat aparmırdı,əksinəhəmişə tənqid edirdiBelə bir addımın atilmasi nədən əmələ gəlməsi haqqında bizi məlumatlandırasınız
Cavab: Bu addım istehlakçıların çoxsaylı tələbi və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) təklifi ilə reallaşdı. Bu dünyada ilk təcrübədi (SSSR-nin və Norveçin "God-Noşq" keyfiyyət nişanı  istisna olmaqla).
30.10.2013
Kazım İsgəndərov
Sual: Salam! Ulduz fabrikinin şokoladlarının qida təhlükəsizliyi nişanına layiq görülməsi bizim ailəmizi çox sevindirdi Çünki, biz daima həmin konfetlərdən alırıq Bütün çeşidləri bir-birindən ləzzətli və dadlıdır Çox istərdik ki, gündəlik istifadə etdiyimiz digər ərzaq məhsullarından da sağlamlığa təhlükəsiz olanları barədə bizi məlumatlandırasınız Bilmək istərdik ki, qiymətləndirməniz daha hansı ərzaq məhsullarını əhatə edəcək?
Cavab: Bizə çoxsaylı müraciətlər olubdur. Obyektiv qərar qəbul etmək üçün bu işə çox diqqət və həssaslıqla yanaşırıq. Əfsusu ki, öncədən məlumat verməyə hazır deyilik.
28.10.2013
Səbuhi  Heydərov
Sual: ATV-də Ulduz fabrikinin şokoladlarının qida təhlükəsizliyi nişanına layiq görüldüyü reklam olunur Doğrusu biz daima bu konfetlərdən alırıq Dadına və keyfiyyətinə söz ola bilməz Həmin konfetləri burada istehsal edirlər, yoxsa xaricdən gətirirlər?
Cavab: 

Hörmətli Səbuhi,

Bu şokoladlar Azərbaycanda istehsal olunur. 

28.10.2013
İlham İsmayılov
Sual: Qida Təhlükəsizliyi Nişanı olan məhsulları tam təhlükəsiz hesab etmək olarmı?
Cavab: Bəli, tam təhlükəsiz hesab etmək olar.
28.10.2013
Babək Musayev
Sual: Azərbaycan İstehlakçılarının Qida Təhlükəsizliyi Nişanına layiq görülmüş qida məhsulları barədə haradan məlumat almaq olar?
Cavab: Bizim saytımızdan, reklam materiallarından, nişan almış məhsulların satıldığı dükanların giriş qapısına qoyulmuş tanıtım materialındanş
22.08.2013
AYKA QARAYEVA
Sual: SALAMLAR,BIZIM RAYONDA EVIMIZ VAR AMA SENETLER REHMETLIK BABAMIN ADINADI INDI O HEYETDE 9 SOTDU 12 NEFER QEYDIYYATDADI,NENEM MENIM ATAM REHMETE GEDENDEN SONRA DEYIRKI SIZ CIXIN MEN HEYETI BALACA OGLUMA VERIREM MENIMDI MEN BILEREM DEYIR,AMA ORDA MAMA,QAQAW BIRDE MENDE EYDIYYATDAYIQ,BIZIM RAZILIQIMIZ OLMADAN NENEM O HEYETI BALACA EMIMIN ADINA KECIRE BILER,COX SAGOLUN
Cavab: Bu mesele istehlakçı hüquqları ilə bağlı olmadığı üçün sizə məsləhət verə və ya kömək göstərə bilmirik.
21.08.2013
Vüqar Cəlilov
Sual: SalamYazaraq, Sizə, "Makromarket" supermarketdə hüququmun pozulması haqqında məlumatlandırmaq istərdim və bu məsələdə Sizdən nə kimi yardım ala bildiyimi öyrənməkdirBelə ki, bu gün, 21082013 tarixində, adı ÜBünyadzadə küçəsində yerləşən supermarketdə 577 AZNlik alış edilmişdir Kassada oturan kassir, 5 manatlıq əskinazı qəbul edə bilmədiyini dedi Halbuki, 5 manatlıq əskinaz yalnız ortadan, tam olmayaraq cırılmışdır Məcbur oldum Kart ilə ödəyim Bu barədə oradakı menecerlərin birinə dedim Lakin onların dediyinə görə, belə pul olnardan alınmır Xahiş edirəm, münasibət göstərəsinizHörmətlə,Vüqar
Cavab: Dükan haqlıdır. Siz əskinazı Mərkəzi Banka təhvil verib, dəyişməlisiniz.
Sual yaz
 1    2    3    4    5    6    7    8    9    10    11    12    13    14    15    16    17    18    19    20    21    22    23    24    25    26    27    28    29    30    31    32    33    34    35    36    37    38    39    40   41    42    43    44  
read more...
read more...
read more...
read more...
Copyright © 2007 Independent Consumer Union of Azerbaijan! All rights reserved. Created by  Lider web studio