İSTEHLAKÇI HÜQUQLARINA DAİR İNTERNET PORTAL
Home page Map Contact
N e w s L i n e
Noyabr-2024
Be Ça Ç Ca C Ş B
Bu gün ziyarətçilər: (252)
Dunen ziyarətçilər: (75)
Bu gün səhifə baxışı: (397)
Dünən səhifə baxışı: (130)
Question-Answer
Sual yaz
14.09.2014
Севинч джафарова
Sual: Салам хочу попасть записаться на прием к Эйюбу Гусейнову
Cavab: 

Həftənin iş günləri saat 09:00 dan 18:00-a kimi istənilən vaxt gələ bilərsiniz. E.Hüseynovun mobil telefonu - 050 341 62 25

13.09.2014
Aynur Musayeva
Sual: və 1 sualımda yarandı.Bazar ertəsi onlar o ayaqqabını gətirdikdən sonra,ayaqqabıdan imtina etmək hüququm çatır?səbəbini soruşsa yəni sadəcə qaytarmağ istəyirəm deməklə..
Cavab: 

Əgər ayaqqabı Sizin tələbatınız ödəmirsə 14 gün müddətində qaytarmaq hüququnuz qalır. Ətraflı ərizə yazın, təmənnasız həll edək. http://www.consumer-aib.com/az/pages/100 

13.09.2014
Aynur Musayeva
Sual: Salam.Mən dünən Memar Əcəmi Metrosuna yaxın dükandan ayaqqabı aldım.və getdim başqa mağazaya girdim ordan ona uyğun sumka almaq istədikdə ayaqqabının üstündə gördümki ləkə var.Və getdim həmin mağazaya ayaqqabını dəyişim.Həmin modeldən olmadı və satıcıyla biraz söhbətimiz düşdü.Sonra dediki;"biz kassaya vururuq qaytara bilmərəm 1-ci günü sizə bu modeldən olsa gətirəcəm.Ve qeyd etdi ki,bu malı biz Türkiyədən gətiririk və aeroport malı deyil".Uzun sözün qısası məndə razılaşdım və dayanacağa gedəndə qayıtdım qəbzi tələb etdim və qəbzdə hədiyyələr mağazası yazılmışdı.amma mən ayaqqabı dükanına girmişdim.saat 20:08 yazılmışdı, amma hələ saat 20:04 idi. mən tələb etdimki mən bu mağazaya saat 18:59-da girmişəm və mən bu vaxtda olan qəbzi verin mənə.mənə satıcı bildirdiki;xanım kassada saat vaxtı düzəlmiyib.və təkcə 30 azn vurulmuşdu bu qəbz idi.Və oların deməklərindən belə qərara gəldimki olar heç bir malı kassaya vurmurlar və kassanın saatındanda onagörə bixəbərdilər..Və mənim hüququm çatırmıki onlardan mağazaya girdiyim vaxtda qebzi tələb etmək?
Cavab: 

Əgər ayaqqabı Sizin tələbatınız ödəmirsə 14 gün müddətində qaytarmaq hüququnuz qalır. Ətraflı ərizə yazın, təmənnasız həll edək. http://www.consumer-aib.com/az/pages/100 

07.09.2014
Samir Seferov
Sual: Salam,men dasinmaz emlakimi (menzilimi) qaynimdan bagislanma yolu ile almisam.Hansi hallarda (ne sebebden) onu menden geri ala biler,xahis edirem mene komek edesiniz,tesekkur edirem.Cixaris (Kupca) menim adimadir.
Cavab: 

Bu məsələ istehlakçı hüququ ilə bağlı deyil. Məsləhət almaq üçün AİB-in hüquqşünası Habil İsgəndərova zəng edə bilərsiniz. - 050 314 81 88

03.09.2014
Miryasin Seyidov
Sual: Salam, men samsung markali fotokamera almisam bakuelekt4onics magazalar sebekesind3n dey3ri 330 azn 28.04.2013 tarixinde. Bir illik qarantisi erzinde 3defe temirde olub, bu ilin iyununda yene temire getdi menden 20manat aldilar ve yenede temire ehtiyaci var sentyabr ayidi attiq.mene serf elemir axi her defe bunu temire aparim, nece ede bilerem, faktiki olaraq bu mehsul xarab cixibsa eger.
Cavab: 

Ətraflı ərizə yazın.imza qoyun və bizdən istəyinizi aydın ifadə edin. bax: http://www.consumer-aib.com/az/pages/100 

20.08.2014
Yaqub Məğrur Xudiyev
Sual: Azad İstehlakçılar Birliyininsədri cənab E. HüseynovaBakı şəhəri, Şərifzadə küçəsi – 196ünvanında yaşayan şair – publisistYaqub Məğrurdan(070-330-40-32;012-510-24-17) ƏRİZƏBildirirəm ki, 02.07.2014-cü il tarixdə Bakı şəhəri, Mətbuat prospekti-24 ünvanında yerləşən “Yazıçı” nəşriyyatının direktoru Şəmsi Vəfadarla(əlaqə telefonları: 055-333-55-66; 012-510-79-94) şifahi razılaşma əsasında, yeni nəşrə hazırladığım “Gəlirəm, Qarabağ!..” adlı kitabımın materiallarını çap olunması üçün ona verdim. Bu vaxt o, mənimlə müqavilə bağlamadı. Təqribən üç həftə ərzində yazı materiallarının kompüter variantı yığılıb qurtardı və tərəfimdən dörd dəfə korrektə olundu. Sonuncu yazını - “Səmada şəhidlik zirvəsinə ucalan igid” adlı elegiyanı Ş.Vəfadara 21.07.2014-cü il tarixdə verdim. Bir gün sonra həmin yazı kompüterdə yığılıb mənə verildikdə qələmlə korrektə edib dərhal onlara qaytardım ki, kitabım vaxtında çap olunsun. Ancaq, direktsözügedən yazını gec verdiyimi bəhanə gətirərək kitabımın çapını on gün gecikdirdi. Halbuki, razılaşmaya əsasən kitab iyul ayının sonuna qədər çapdan çıxmalı idi. Mən razılaşmağa məcbur oldum. İyul ayının sonuna qədər mən dəfələrlə Şəmsidən sonuncu yazının kompüterdə korrektə olunmuş variantını baxmaq üçün istəsəm də, o, vaxt olmadığını bəhanə gətirərək və “narahat olma, sonda özüm yoxlayacağam”- deyərək məni arxayın etdi. Onun işçilərindən də bunu istəyəndə “müəllim, arxayın ol ki, sənin korrektən əsasında yazının bütün səhvlərini kompüterdə düzəltmişik, ancaq, Şəmsi müəllim icazə verməsə yazını sizə verə bilmərik ”-dedilər. Beləliklə də mən həmin yazının kompüterdə korrektə olunmuş variantını görə bilmədim.01.08.2014-cü il tarixdə Şəmsi məni otağına çağırıb kitabın çapı üçün 550 manat pul ödəməyimi istədi. O, məndən ümumilikdə 530(beş yüz otuz) manat pul alsa da, bunun müqabilində mənə qəbz vermədi.09.08.2014-cü il tarixdə şənbə günü Şəmsi mənə zəng edib bildirdi ki, “kitab çapdan çıxıb, ancaq mən işdə olmadığıma görə dizayner Ələsgərlə gedib kitabları mətbəədən götürün!” Mən də onun dediyi kimi etdim. Kitablardan birini götürüb baxdım. Kitabın üz qabığı şəffaflıq verilmədiyinə və bozumtul çıxdığına görə məni qane etmədi. Yazıları dörd dəfə korrektə etdiyimə baxmayaraq, kitabı vərəqlədikcə qarşıma çoxlu hərf səhvləri çıxdı. Yuxarıda sözügedən “Səmada şəhidlik zirvəsinə ucalan igid” yazısında isə nə az, nə çox, düz 82 səhv var idi. Odur ki, 11.08.2014-cü il tarixdə Şəmsinin iş otağına gedib iradlarımı bildirdim. Son on gün müddətində mənə dəfələrlə “narahat olma, arxayın ol!”-deyən bu adam “bəs niyə sonuncu varianta baxmırdın?”-deyib üzümə durdu ki, “özün günahgarsan”. Mən yararsız kitabları təhvil götürməsini və keyfiyyətli çap etməsini, ya da ki, çap üçün aldığı pulu geri qaytarmasını ondan xahiş edəndə isə Şəmsi məni nalayiq sözlərlə təhqir edib dedi ki, ”mən heç kimdən qorxmuram, get kimə istəyirsən şikayət elə!”Hörmətli Eyub müəllim, xahiş edirəm ki, mənim tapdalanmış istehlakçı hüququmun bərpa olunmasına kömək edəsiniz.Hörmət və ehtiramlaİmza: Yaqub Məğrur 20.08.2014-cü il
Cavab: 

Hörmətli Məğrur müəllim, göndərdiyiniz ərizə formasını word  sənədində imzalayaraqç skaner edin bizə çatdırın, həll edək. 

18.08.2014
İlkin İmanli
Sual: Salam!Şəhərdəki ticarət mağazalarının birində qolbağa baxmaq istəyərkən, təsadüfən onu əlimdən saldım və o qırıldı. Qeyd edim ki, satıcı onu mənə təqdim etdikdən sonra onu qoluma taxmağa belə imkan tapmadım, ani olaraq 2-3 saniyənin içərisində əlimdən çıxıb yerə düşdü. Dəyəri təqribən 300 AZn-dir və mağaza məndən 150 AZN-i tələb edir. Mülkiyyət hüququ mənim tərəfimə keçmədən (malı tam ciddiyətlə almaq fikrim yox idi və hətta qolumağa taxmağa çatdırmadım) məni cərimə etməyə haqlıdırlarmı? Hörmətlə
Cavab: 

Sahibkarın Sizi cərimə etmək hüququ yoxdur. Bu vəziyyət məhkəmə vasitəsi ilə ədalətli həll edilə bilər. Bizə rəsmi ərizə yazsanız çalışarıq ədalətli həllinə nail olaq. 

16.08.2014
Osmanlı Aqşin
Sual: Men teşekkurumu bildirmek isteyirem AİB ne. Bizim bir mebel magazasıyla problemimiz olmuşdu,taxt almişdiq xarab cıxmişdi amma qaytarmırdılar. Sizin sayenizde bu problem bir gune hell oldu. Cooooox sag olun
Cavab: 

Hormetli Aqsin muellim, ne lazim olsa komek etmeye haziriq. 

13.08.2014
Aybeniz Ibrahimova
Sual: salam.men fujitsu kompyuteri almisam lakın hele 3 ay deyılkı ustaya gonderdım lakın onudan deyesen kompyuterı deyısıb gerı verdıler vede men kredıte goturmusem ındide gerı qaytarmaq ıstıyıem mumkundumu?ve odediyim pul geri qayda bilermi?
Cavab: 

Eger Size yeni kompyuter verilibse ve qusuru yoxdursa pulunuzu geri ala bilmezsiniz. 

13.08.2014
Həsən Qasımov
Sual: Salam,Mən otelin nəzdində fəaliyyət gostərən klubun xidmətindən istifadə edirəm. Otel ozeldir. Müqaviləni də ozləri tərtib edir. Xidmətçilər tərifindən diqqətsizlik və hormətsizliyə məruz qaliram. illik abunəçiyəm.Müxtəlif bəhanələrlə xidmətdən qaçir və ozbaşnalıq edir. Müştəri məmnuniyyəti şöbəsinə bu barədə muraciət etmishəm muəyyən müddət nisbətətn irəliləyiş olmuş indi isə yenə həmin problemlə üzləşirəm. Mən nə edə bilərərm?
Cavab: 

Konkret olaraq istehlakchi huququnuzun pzulmasi huququ varsa, saytimizdaki erize formasina baxin, ona uygun erize yazin, huququnuzu temennasiz qoruyaq.

31.07.2014
Shamil Hajiyev
Sual: Salam.Muallim men telefon almisham "Baku Electronics"dan ,iki gunden sonra bashladi sonub yanmaga,apardim dayiwim dediler ki ustunde cizig var 170 manat cerime oduyun deyiwey(goznen gorunen cizig yoxdur).Dediler knopkadandi duzaldib verdiler.Indide ekran arada oynayir.Men bunu neca dayiwe bilerem?
Cavab: 

Dəqiq tarixləri göstərməklə saytımızda göstərilən ərizə formasına baxın, yazın, imza qoyun həll edək. 

31.07.2014
Davud Davud
Sual: Hörmətli AİB,bildirmək istəyirəm ki, 250714 tarixdə Telekom Operatorlarından birinə məxsus data kart və data nömrə əldə etmişəm. Lakin sonrakı 4 gün ərzində reklam materiallarında və satıcının saytında göstərildiyi xidməti əldə edə bilmədiyimdən, həm avadanlığı, həm də nömrəni geri qaytararaq müqaviləyə xitam verilməsinə kömək etmələri barədə onlayn müraciət etdim. Operatorun nümayəndəsi müqaviləyə xitam verilə bilməyəcəyini, son istifadəçinin hər hansi səbəbdən qarşılaşa biləcəyi problemə görə operatorun cavabdeh olmadığını, və mənim müqavilə dövrü ərzində sona qədər ödəniş etməli olduğumu bildirdi. Zəhmət olmasa bu məsələ ilə bağlı münasibət bildirəsiniz.
Cavab: 

Ətrafl ərizə yazın, saytımızdakı ana səhifədə ərizə formasına baxın, imza qoyun, göndərin, həll edək.

29.07.2014
Təhmasib Kazimov
Sual: salam necesəsiz Eyyub məllim Ramazan bayramı munasibəti ilə sizə və ailənizə can sağlığı arzu edirəm ailəmin adındanş.
Cavab: 

Cox sag ol, Təhmasib, mən də Sizi təbrik edirəm, uğurlar arzulayıram. 

18.07.2014
Dəyanət Aöayev
Sual: Təkrar salam, Siz konkret marketin ünvanını soruşursunuz. Mən axı qeyd elədim Bərdə rayonundakı müasir marketlər çekdə göstərilən 10 qəpikdən aşağı məbləği düzgün təqdim edə bilmir. Buna səbəb onların kassalarında 1, 3, 5 qəpiklərin olmamasıdır. Mən Sizdən xahiş edirəm Bərdə rayonunda yerləşən marketləri yoxlamaq üçün bir gün vaxt ayırasınız. Müasir marketlərin, hansında ki, çeklə 10 qəpikdən aşaöı məbləği göstərir, sayı çox deyil. Bir günün içində hamısını yoxlamaq olar. Sizi əmin edirəm ki, kassalara baxış etsəniz özünüz bunun şahidi olacaqsınız. Bunu reyd şəklində edə bilərsinizmi?
Cavab: 

Hörmətli Dəyanət müəllim,

Bizim təşkilata rəsmi imza qoyulmuş ərizə olmasa məsələlərə cəld münasibət bildirə bilmirik. Təsəvvür edin kiç respublikanın hər yerində minlərlə istehlakçı problemi var! Vəziyyətin düzəlməsinə dəstək vermək istəyirsinizsə dükanların ünvanı olan rəsmi ərizə yazın. Təşkilatımızın Bərdə rayn nümayəndəliyimizin əlaqə teelfonları: İlqar Qarayev 050 435  65 44; 055 748 54 28

17.07.2014
Məhəmməd Nəsirzadeh
Sual: Salam. Mən MobiTel şirkətinin zəmanət möhürü və tolonu ilə SmartPhone BlackBerry almışam və 9 aydan sonra telfon səbəbsiz olaraq sönüb və işləmir. Onu MobiTel-n servis mərkəzinə çatdırmışam və orda qeyd olunub ki "Zəmanətli təmir müddəti təmirin mürəkkəbliliyindən və ardıcıllığından asılı olaraq, 2 gündən 14 günə qədər ola bilər." 15 gündən sonra mənə deyilir telefon EH gözləyir və bu müddət 30-40 gün ola bilər. Mən bu işi necə həll edə bilərəm?
Cavab: 

Hörmətli Məhəmməd müəllim, ya Azad İstehlakçılar Birliyinə (AİB) rəsmi ərizə ilə müraciət edinç ya da 195 (2) telefonuna zəng edin məlumatınızı verin. 

15.07.2014
Sevinc Əliyeva
Sual: Salam! Dünən BUM-un yaninda yerləşən "SİX" bijuteriya və aksesuarlar dükanından gün eynəyi almışam. İstifadə zamanı eynəklər çatladı(yagin keyfiyyətsiz materialdan hazırlanıb). Bu gün xəzinə qəbzi ilə həmin eynıkləri dükəna başqa malla və ya pulla əvəz eləməyə apardım. Lakin sattıqları keyfiyyətsiz eynıkləri geri götürmədilər və dedilər ki, satılarkın onların üzərində çat olmayıb və mən onları özüm qırmışam. Mən bu vəziyyətdə nə edə bilərəm?
Cavab: 

Sübut etmək lazımıdır ki, eynəyi Siz qirmamışsınız. Saytımızdaki ərizə formasına uyğun ərizə yazın, çalışarıq kömək edək. 

15.07.2014
Dəyanət Ağayev
Sual: Salam, ənənəvi marketlər malları standart qiymətlərə satır, yəni 1,3,5 qəpiklər onlar tərəfindən əvvəlcədən yuvarlaqlaşdırılır. Bununla işimiz yoxdur.Bəs, müasir marketlər çekdə 1-9 qəpik göstərdikləri halda, kasslaraında 1,3,5 qəpikliklər saxlamır və qalığın düzgün ödənilməsi istiqamətində əvəzedici heç bir məhsul təqdim etmirlərsə bunu necə başa düşək. Nümunə kimi, öz rast gəldiyim halı sizə deyim, satıcıya 3.44 AZN üçün 10.00 AZN verdim, mənə 6.50 AZN qaytardı. Soruşanda ki, qalığı niyə düzgün qaytarmırsınız, sanki təəccübləndi və 1 paket çay təqdim etdi. Sizcə, təəccüblü olan bunu tələb etməkdir yoxsa satıcının öz tərtib etdiyi çek üzrə düzgün fəaliyyət göstərməməsi?Hal-hazırda əhalinin 1,3,5 qəpiklikləri istifadə etməməsində əsas səbəbkarlardan biri də məhz onlardır. Xahiş edirəm, bu halın həlli istiqamətində görüləcək işlər barədə məni məlumatlandırasınız. Sizin cavabınıza böyük ehtiyacımız var.Əvvəlcədən təşəkkürlər.
Cavab: 

Tələbləriniz haqlıdır. Əfsus kiç bu çox yayılmış bir problemdir. Konkret marketdən imzanızla ərizə daxil olarsa vəziyyəti dəyişdirə bilərik. 

14.07.2014
Abbas Musayev
Sual: Salam. Bakıelektrikşəbəkə bizim binada smart tipli sayğaclar quraşdırıb. Sayğaclar qapalı otaqda saxlanılır və sərfiyyat barədə heç bir məlumat almaq mümkün deyil.İşıq bitəndə sms xəbərdarlıq gəlməlidir, ama gəlmir və işıq qəfildən söndürülür. Onu yandırmaq üçün isə ya idarəyə ya da tikinti şirkətinə müraciət etmək lazımdır. Binada qaz olmadığından qış aylarında işıqla isidilir və dəfələrlə gecə vaxtı söndürüldüyündən soyuqdan evdə yatmaq qeyri mümkün olub.Neçə aydır müraciət edirəm Yasamal idarəsinə və http:www.bes.az saytına.Heç bir tədbir görülmür və mənim istehlakçı hüququm kobud şəkildə pozulur.Bu halda mən nə etməliyəm?
Cavab: 

Meslehet gorurem ki, Bakielektriksebekenin reisi Baba Rzayevin adina erize yazin, qeydiyyatdan kechirdin, suretini ozunuzde saxlayin. Hell olunar. Cetinlik olsa bize resmi erize ile muraciet ede bilersiniz. 

12.07.2014
Elçin Hasanli
Sual: Mene tecili bu yağ lazımdı : Ülker bizim yağ fritoz
Cavab: 

Hörmətli Elçin müəllim, biz istehlakçı hüququnu qoruyuruq. Mal tapmaq, vermək bizim işimiz deyildir. 

08.07.2014
Tural Rustemov
Sual: Salam. Men Shekide Samsung magazasindan qaz sobasi almisam.Magazada 6 qollu qaz sobasi gorub hemin qaz sobasinin boz rengde olanini sifaris etmisem.Amma 5 qollu qaz sobasi getirilib.qaz sobasini 2 gun sonra acandan sonra gormusem ki 5 qollu qaz sobasidir.Isteyirem qaz sobasini qaytarim.magazada deyirler ki biz artiq zemanet talonunu yazmisiq.ona gorede qaytarmaq mumkun deyil...Zehmet olmasa deyin bu ne derecede duzgundur?
Cavab: 

Hormetli Tural muellim, Sizin alandan sonra 14 gun muddetinde malı keyfiyyətli mala dəyişdirmək, əgər tələbatınızı ödəyən mal olmazsa malı qaytarıb pulunuzu almaq hüququnuz vardır. Təşkilatımızın Şəki nümayəndəliyinə müraciət edə bilərsiniz. Salmanov Umudvar - 050 351 81 79; 

25.06.2014
Səlim Nəsirov
Sual: Hörmətli Eyyub müəllim, mən may ayın 19-da "Nolimit" mağazadan qol saatı aldım. Sonraki gün, mən sınıq ehtiyyat hissəni qördüm və saatı dükana apardım. Onlar zəmanətlə sınıq ehtiyyat hissəsini dəyışdilər. Lakin, bir həftə sonra qol saatın üstündə olan düymə yoxa çıxıb. Mən yenə dükana getdim, amma mənə dedilər ki, onlar zəmanəti ancaq mexanizmə verdilər və düymə öz özünə düşə bilməz, amma saatda heç bir ciziq yoxdur və mən onları yalnız 1-2 dəfə taxmışam. Sualım ondadır ki, mən öz pulumu qeri ala bilərəm və ya təzə bir saat dükandan ala bilərəm?
Cavab: 

Hörmətli Səlim Nəsirov!

Sizin saatı yenisinə dəyişdirmək, tələbatınızı ödəyən saat satışda olmasa pulunuzu tələb etmək hüququnuz vardır. 

16.06.2014
Sevda Demir
Sual: HörmətliEyyub müəllim!Mən Sizə təşşəkkür etmək istəyirəm.Bildirim ki, bir müddət qabaq Səbail rayonu Uşaq maqazini ilə mənim aramda yaşanan problemi Sizin köməyiniz nəticəsində müsbət tərəfdən həll olundu. Sizə və bu promlemin həllində əməyi keçən bütün əməkdaşlarınıza təşəkkür edirəm.Sevindirici haldır Azərbaycanda vətəndaşların istehlak hüququnu qoruyan Birlik fəaliyyət göstərir.Hörmətlə Sevda Demir!
Cavab: 

Təşəkkür edirəm, hörmətli Sevda xanim. Hüquqları hər zaman təmənnasız qorumağa hazırıq. 

04.06.2014
Nail Esgerov
Sual: Yazıb nəzərinizə çatdırmaq istəyirəm ki mənim MilliÖn və AiləTv (AiləNet) şirkəti ilə 1(bir) aydan artıqdırqarşılıqlı problemim yaranıb və indiyə kimi mənə heç bir şirkət yardımçı olmur və problemimi həll etmirlər bir şirkər o biri şirkətin üzərinə atır.Hətda telefon və şəxsən baş ofislərə müraciyətimə baxmayaraq məni yola verməyə çalışırlar.05.05.2014 cü il tarixdə MilliÖn terminalı vasitəsi ilə 13 (on üç)manat İnternet ödənişı etmişəm bu zamanterminalda texniki problem yarandı və ödədiyim məbləg balansıma oturmadı və barədə +0010 MilliÖn şirkətininqaynar xətdinə bildirdim.Ordan mənə bildirdilər ki 24saat ərzində heçnə edə bilmərik amma həllini tapacaq və ödənişiniz balansına oturacaq.24 saat keçəndən sonra zəng vurdum və mənə bildirdilər ki ödənişiniz artıq oturub 09.05.2014cü il tarixdə Ailə Net internet xətdimi kəsdilər səbəb isə ödənişim olmadıgına görə. mən təkrar olaraq xətdimin açılması üçün ikinci kərə ödəniş etdim ki xətdim açilsın və 05.05.2014də ödədiyim məbləğ avans kimi balansımda qalar ödənişim gələn aya köçürülər.amma hələdə ofislərə getməyiməbaxmayaraq zəng vurmagima baxmayaraq hələdə problem oldugu kimi qalmaqda davam edir AiləTV (AiləNet) 012-920 əlaqə saxlamarıma baxmayaraq mənə bildirdilər ki pulu kimə vermisən get orda da axtarofisə müraciyyət etməyimə baxmayaraq bildirdilər ki MilliÖn şirkətinə müraciyət edim pulumu orda axtarım MilliÖn şirkətinə +0010 əlaqə və ofisə müraciyətlərimə baxmayaq mənə get sizinlə əlaqə yaradılacaq və məsələ öz həllini tapacaq amma nəticə yoxdur bu gunə qədər.13 manatın həlli mənə çox baha başa gəlir hər dəfə telefon əlaqələrinə xərclədiyim pula 4 dəfə ödəniş edə bilərdim.Hər dəfə xətdə gözləyin texniki şöbəylə danışın filankəslə danışın filankəsə keçən dəfə demisiz bilirik həll olunacaq amma nə vaxt.?sizdən xahiş edirəm mənə bu işdə bu işin həllini tapilmasına köməklik edəsiz aidiyatı olan şəxsın cəzalandırılmasıvə gələcəkdə belə məni kimi müştərilərin hüquq pozuntu ilə rastlaşmamasını və işlərinə məsuliyyətlə yanaşmasınıtəmin edəsiniz.mənim hüququmun bərpa olunmasına yardımçı olasınız
Cavab: 

Hormetli Nail muellim, saytimizdaki erize formasina uygun erize yazin, imza qoyaraq skaner edin bize gonderin. 

03.06.2014
Sevda Əhlimanova
Sual: Hörmətli Eyyub m.26.05.2014-cü il tarixdə Səbayil rayonu"Uşaq geyimləri"Mağazasından ( VÖEN 1302526502 FŞəxs Sevinc Əsgərovaya məxsusdur)uşaq üçün paltar almışdıq.Paltarı alırkən arxa tərəfində zamok çox pis açılıb örtülürdü,amma satıcı xanım bizə israrla dedi ki, paltar təzə olduğu üçün zamok bir neçə dəfə açılıb örtükdən sonra düzələcək.Amma əfsuslar olsun bu problemi biz evdə cözə bilmədik 4 gündən sonra yəni mayın 29-u maqazinə gəlib paltarı dəyişdirmək istədiyimi bildirdim satıcı xanım mənə "əlaqə nömrənizi qoyun müdriyyət Sizinlə əlaqə saxlayacaq" dedi,)02 İyun paltarı dəyişdirmək üçün yenidən yenidən mağazaya müraciət etdim özünü Administratkimi qələmə verən xanım mənə " müdriyyət icazə vermir paltarı dəyişdirməyə və ya qaytarmağa" cavabını verdi.Sizdən ricam bu məsələni həll etməyə mənə yaxından kömək göstərəsiniz.
Cavab: 

Hormetli Sevda xanim, xahish edirik saytimizdaki erize formasina uygun erize yazin, imza qoyun, skaner ederek bize gonderin. Istehlakci huququnuzu temennasiz qorumaga haziriq. 

16.05.2014
İlqar Fərmanov
Sual: Hörmətli Eyyub müəllim,Xatırlayırsızsa bir müddət əvvəl Baktel 1 mağazasından alınmış Samsung markalı mobil telefonun təkrarən qüsurlu çıxması və mağazanın bu problemin həllində istehlakçının hüquqlarına zidd hərəkətləri barədə şikayət ərizəsi ilə müraciət edib, Sizin Birlikdən bu problemin həllində mənə kömək etməyinizi xahiş eləmişdim. Böyük məmuniyyətlə geyd eləmək istəyirəm ki, sizin Birliyin və şəxsən Sizin bu məsələyə operativ və tələbedici müdaxilənizdən sonra yuxarıda qeyd olunan problem çox qısa bir zamanda öz pozitiv həllini tapdı. Bunun nəticəsi olaraq mənim istehlaçkı hüquqlarım bərpa olundu. Sizə ünvanlanmış bu məktubla mən sizin Birliyə və şəxsən Sizə öz dərin münnətdarlığımı bildirib təşəkkür edirəm. Sizin bütün işlərinizdə uğurlar arzulayıram.Hörmətlə,İlqar Fərmanov
Cavab: 

Hörmətli İlqar müəllim,

Səmimi sözlərinizə görə təşəkkür edirəm. Hər zaman istehlakçı hüququnuzu temennasiz qorumaga haziriq.

24.04.2014
Bəşir İsmayılov
Sual: Salam.Axtarış saytından istifadə edərkən təsadüfən bir sayta rast gəldim: azerbaycan.asiaSaytı bağlamaq mümkün deyil, dərhal bir yazı çıxır ki, qeydiyyatdan keçin.Saytdan qurtulmaq üçün qeydiyyatdan keçdim, bu zaman mobil telefon nömrəmi daxil etməliydim ki, nömrəyə SMS-lə gələn şifrəni lazım olan xanaya yazım.Belə də etdim, bu zaman telefonuma SMS gəldi ki, abunə xidməti aktivləşdirildi, gündəlik abunə haqqı 0.59 AZN.Amma hər hansı abunə, ödəniş barədə heç yerdə bir kəlmə də yox idi.Mobil rabitə operatoru ilə əlaqə yaradıb xidməti dayandırdım, amma hesab edirəm ki, bu sırf dələduzluqdu və belələlini mütləq cəzalandırmaq lazımdı.Bunu necə etmək olar?
Cavab: 

Hormetli Besir muellim, saytimizdaki erize formasina uygun erize yazin, istehlakci huququnuzu temennasiz qoruyaq.

20.04.2014
Rauf Fuar
Sual: salam, men 4-5 gun bundan evvel PLAY disk dukanindan proqram diski aldim, amma problemi var, yuklemek olmur. Aparib qaytarmaq ve ya basqasiyla deyiwmek isteyirem. Eger qaytarmasalar ve ya deyiwdirmeseler menim sikayet etmeye haqqim var? cunki çekim yoxdu. Sadece diskin uzerinde kodu var
Cavab: 

Sizin keyfiyyetli mala deyismek, eger bele mal olmazsa, pulunuzu geri almaq huququnuz vardir. Problem olarsa saytimizdaki erize formasina uygun erize yazin, istehlakci huququnuzu teemnnasiz qoruyaq. 

14.04.2014
Beshir Ismayilov
Sual: Salam.6 ay evvel Baku Elektroniksden Rowenta feni almisam, 2 il de zemeneti var.Mart ayinin sonu fen xarab oldu ve onu Sumqayitdaki Samsung servis merkezine verdim.Artiq 17 gun kecib, amma fen hazir deyil, maraqlisi ise odur ki, onun ne vaxt hazir olacagi barede deqiq bir soz demirler.Bilmek isteyirem ki, qanunla bu mesele nece tenzimlenir, qarsi teref konkret hansi mesuliyyet dasiyir?
Cavab: 

Hormetli Besir muellim, saytimizdaki erize formasina uygun erize yazin, istehlakci huququnuzu temennasiz qoruyaq.

11.04.2014
Tarlan Muradov
Sual: Salam. Mən 1 neçə ildir ki, avtomobilimə "LUK OİL" yanacaq doldurma məntəqələrindən yanacaq vururam.Bu məntəqələrin işçiləri hər dəfə avtomobilə yanacaq vuranda bir varianta əl atırlar və məqsəd də istehlakçının aldadılmasıdır.Deməzdim ki bu məsələdən rəhbərliyin xəbəri yoxdur, çünki elə mənim özümün 2 dəfə onlarla mübahisəsi olub və çox gözləyəndən sonra rəhbərləri də gəlib çıxıb və mən sübut etmişəm ki, onlar məni aldadıblar və onların rəhbəri mənim pulumu geri qaytarıb, bir sözlə məni yola veriblər.Bilirəm deyəcəksiz ki, aldadırlar bəs niyə yenə onlardan yanacaq alırsız,çünki bu günə qədər normal yanacaq ancaq onlarda olub.Amma yenə də bu məntəqələrdən yanacaq doldurarkən həmin o işçilərin orada yenə də işlədiyini görürəm.Deməli buradan belə nəticəyə gəlmək olar ki, bu rəhbərlik səviyyəsində aparılan bir aksiyadır(bacardığınız qədər aldadın).Çünki o işçilərin yeniləri ilə əvəz olunması bizim ölkədə elə çətin bir iş deyil. Onu da qeyd edim ki, yanacaq doldurma məntəqələrinin içərisində istehlakçını aldatmaq prosesi ancaq "LUK OİL" yanacaq doldurma nəntəqələrindədir, bunu artıq bütün şəhər bilir və yəqin ki çoxları bunu təsdiq edər.Dünən axşam saatlarında(10.04.2014 tarixində) məni yenə də Bakı-Şamaxı yolunda (Beynəlxalq avtovağzalla Ekologiya postunun arasında) yerləşən "LUK OİL" yanacaq doldurma məntəqəsində aldadıblar.20 manatlıq benzin əvəzinə 14 manatlıq benzin doldurublar avtomobilə. Məndən öndə olan avtomobilin sürücüsü 6 manatlıq yanacaq sifariş etdi, mən isə 20 manatlıq. Məntəqənin operatoru da mənim 20 manatıma məndən əvvəlki sürücüyə 6 manatlıq yanacaq vurdu, 14 manatlıq da mənim maşınıma vurdu. Mən etirzımı bildirəndə dedi ki, görmürsən 20 manatdır orda. Mən də ailəm maşında olduğu üçün uzatmadım söhbəti heç nə demədim və maşına oturub uzaqlaşdım ordan.Axı niyə bu "мошенник"lər barəsində bir tədbir görülmür???????????
Cavab: 

Hormetli Terlan muellim, efsuslar olsun ki. qaldirdiginiz bu problem genish yayilsa da ehaliden shikayet daxil olmur. Az hallarda yalniz telefon zengleri edirler. Resmi erizeniz daxil olarsa bu veziyyeti istehlakcilarin xeyrine deyishmek mumkundur. Rica edirem, saytda gosterilen erize formasina uygun erize yazin, imza qoyun ve bu meselenin hellinde bizimle birge sey gostermeye imkan tapin. 

11.04.2014
Aysel Qulıyeva
Sual: Salam.Mən bu yaxınlarda türk kanalı Atv de saxta yumurtalar haqda sujetə baxdım.Onların əlamətləri olan yumurtalar bizim marketlerdə də var.Bu yaxınlarda qəribə formalı çox böyük üzerinde şırımları olan yumurtalara rast gəldk.Ona görə üzərində istehsalçının adı yazılmış yumurtalar almağa qərar verdim.Hacıqabul yumurtaları aldım.Gəlib evdə baxanda gördüm ki çoxunun üzərində yazı yoxdur və o qəribə yumurtalarla qarışıq şəkildə yığılıb.Xahiş edirem bu məsələnı araşdırasınız.
Cavab: 

Hormetli Aysel xanim, melumatiniz bizim ucun de maraqlidir. Beli, suni yumurta dunyada movcuddur. Shubhelendiyiniz yumurtanin numunesini ofisimize verseniz, yaxshi olar. Erize yazsaniz tam arashdirariq. 

Sual yaz
 1    2    3    4    5    6    7    8    9    10    11    12    13    14    15    16    17    18    19    20    21    22    23    24    25    26    27    28    29    30    31    32    33    34    35    36    37    38   39    40    41    42    43    44  
read more...
read more...
read more...
read more...
Copyright © 2007 Independent Consumer Union of Azerbaijan! All rights reserved. Created by  Lider web studio