İSTEHLAKÇI HÜQUQLARINA DAİR İNTERNET PORTAL
Home page Map Contact
N e w s L i n e
Fevral-2025
Be Ça Ç Ca C Ş B
Bu gün ziyarətçilər: (194)
Dunen ziyarətçilər: (187)
Bu gün səhifə baxışı: (235)
Dünən səhifə baxışı: (225)
Question-Answer
Sual yaz
07.01.2015
Akif Muradov
Sual: Eyyub müəllim salam!Xahiş edirəm ki.Mağazada açiq konfet satışina son qoyulmasına qarşı ciddi mübarizə aparasınız.Bu millət nə vaxta qədər vaxtı keçmış konfetləri yeyəcək.Vaxtı keçmiş konfetlər qablaşmadan çıxarılıb açiq şəkildə satılır.Açiq şəkildə satilan konfetlərdə qurdlu olmasına daha çox rast gəlınır.Əvvəlcədən öz təşəkkürümü bildirirəm.
Cavab: 

Hörmətli Akif müəllim, bu məsələ ilə mən uzun müddətdir məşğulam. Hətta MDBməkanında bu problem yaşanır. Təşkilatımız nail olub ki, Nazirlər Kabinetinin 03.04.2014 tarixli 94 saylı qərarı ilə konfetlərin açıq satışının qarşısının alınması həyata keçirilsin. Əfsuslar olsun ki, bu işə nəzarət edən dövlət orqanlarının passivliyi nümayiş olunur. Bizim əlimizdən o gəlir ki, ictimai çıxışlarımızla istehlakçıları açıq konfetalmaqdan çəkindirək (boykot)ş Bu işi aparırıq.

06.01.2015
Nahide Meherremova
Sual: Salam! Men 4 yanvar 2015-ci ilde " Baku Elektroniks"-in Yasamal filialindan "Tefal" markali etceken mashin almisham ve 1 defe istifade etmishem. Amma etcekenin teleblere cavab vermediyini gordum. Magazaya muraciet etdim, istifade etdiyim ucun mali 143 servis xidmetine tehvil vermeyimi ve akt tertib edildiyi halda pulumu geri qaytaracaqlarini dediler. 6 yanvar 2015-ci il tarixde servis xidmetinie getdim ve mashini tehvil verdim , mene xidmet qebzi teqdim etdiler. Servizde mashini hec vaxt qaytarmaq huququm olmadigini dediler. Sizden bu halda menim hansi huquqlara sahib olmagim haqda bilgi vermeyinizi xahish edirem. Evvelceden minnetdarligimi bildirirem.
Cavab: 

Nazirlər Kabinetinin 03.04.2014 tarixli  94 saylı qərarının 5.51 maddəsinə görə satışda Sizin tələbatınızı ödəyən mal olmadıqda malı qaytarıb pulunuzu geri almaq hüququnuz  vardır. 

29.12.2014
Mehriban Qas;mova
Sual: Eyyub bəy salam!Mən həmişə ekoıoyi cəhətdən təmiz süd məhsulları almaq istəyirəm.Ən çox sevdiyim isə "ivanovka"süd məhsullarıdır.Hal hazırda bazarda ivanovka süd məhsullari doludur.Biz dəfələrlə əsl ivanovka mağazasına müraciət etmişik,cavab isə belə olub ki bizim bir maqazamız var.Qalan mağazaların bizə aidiyyəti yoxdur.Biz də bilirik ki bütün mağazalar satdığı ivanoka süd məhsulları saxtadir.Ancaq mubarizə apara bilmirik.Xahiş edirik bazarda olan bu cür hallarin qarşısıni alasınız.
Cavab: 

Siz haqlısınız. \"İvanovka\"nın həqiqi dükanı 2 yerdədir, Topçubaşov küçəsində və Binə qəsəbəsində. \"İvanovka\" mal nişanı ilə satılan çoxsaylı məhsulların İvanovka kəndi ilə heç bir əlaqəsi olmadığı barədə müvafiq hökumət qurumlarına dəfələrlə məlumat vermişik. Yenidən bu məsələləri araşdıracağıq.

27.12.2014
Məlahət Qasımova
Sual: Eyyub bəy salam!Sizin oturduğnuz yerin sol tərəfində parfumriya malları satılır.Hec bir malın ustündə qiymətyoxdur .Siz istehlakçı huqüqu qoruyursunuz.Nə üçün 2 metr sizdən uzaq olan yerə bir söz demirsiz.Ona da gərək şikayət ola.Xahiş edirəm tədbir görün.Əgər onu etsəniz onda bilərik ki Siz həqiqətən istehlakçı huququ qoruyursunuz.
Cavab: 

Əməkdaşlarımızla birlikdə dükanda baxış keçirdik, malların 85%-nin etiketində qiymət yazılmışdır. Tapşırıq verdik ki, digər mallara da qiymət yazılsın və istehlakçı onu kənardan görə bilsin. Qeyd edək ki, Nazirlər Kabinetinin 94 saylı qərarında qiymət kağızının kənardan görülməsi barədə heç bir tövsiyyə yoxdur. Əməkdaşlığınıza görə təşəkkür edirik.

27.12.2014
Samir Azimov
Sual: Salam her vaxtiniz xeyir men Neriman Nerimanov metro stansiyasinin yaxinliginda Ehmed Recebli kucesinde yerleshen Qizil gul adli aptekden umumi deyeri 61.80 qep deyerinde reseptle derman almisham tam 2 gun kecdikden sonra onlardan dermanlardan birini diger bir derman ile deyishdirmeye cehd etdim mal zedelenmeyib amma satici qiz mali geri goturmedim sebeb numayendeleri icaze vermedi azad istehlakcilar birliyi ve qaytarmag huququmu bildirdikde mene get harashikayet edirsen et diye cavab verdi ve haqqimi teleb etmek ucun sizden melumat isteyirem xahish ederdim komek edesiniz
Cavab: 

Xahish edirik, saytimizda olan erize formasina uygun erize yazin, imzalayin, bizim emailimize gonderin. İstehlakçı huququnuzu təmənnasız qoruyaq. 

26.12.2014
Narmin Asadova
Sual: İstehsalçı istehsal etdiyi məhsulun qablaşdırması üzrəində olan etiketdə məhsulun keyfiyyətsizli ilə baglı dəyən zərəin ödənilməsi halı üçün maksimal həddi müəyyən edə bilərmi ? Yəni məsələn istehsalçı yalnız 5.000 AZN məbləğində məsuliyyət daşıyır? İstehsal etdiyi keyfiyyətsiz məhsulla baglı dəyən ziyana görə hansı məsuliyyət daşıyır ?
Cavab: 

İstehsalçı qanunlar çərçivəsində çox şey müəyyən edə bilər. Sizin dediyiniz məsələ qanunlarda yoxdur (əlbəttə qadağan da edilməyibdir), ona görə də istehsalçı özü istərsə bunu edə bilər. 

24.12.2014
arzu eliyeva
Sual: bes men bu barede hardan oyrene bilerem??
Cavab: 

Ədliyyə Nazirliyinin qaynar xətti ilə əlaqə saxlayın: 

(99412) 404-42-87
(99412) 404-42-88

22.12.2014
arzu eliyeva
Sual: salam.bagislayin bilmirem sualim ne derecede duzgundu.ama yene de yazim mene meslehet verin ehtiyacim var sizlere.menim 2016a qeder stopum var rusiyaya.usagim rusiya vetendasidu pasportu var.yoldasimin da var.menim pasportum yoxdu.zaqsmiz yoxdu.men nece gede bilerem bunun helli yolu nedir??????
Cavab: 

Çox təəsüf ki, bu bizim həll edə biləcəyimiz məsələ deyil. Biz təmənnasız olaraq istehlakçı hüququnu qoruyuruq. Bu məsələ bizə aid deyil. 

17.12.2014
Zemfira Quliyeva
Sual: Salam!Mən 14.12.2014 tarixinde saat 7:00-8:00 olardi "Memar Əcəmi" metrosu yaxınlığında "Lady Sharm"mağazasına daxil oldum və ordan 1 ziyafət paltarı aldım.Paltar 70 man olub endirimle 49 man-ta idi,amma heç o qiymətə uyğun mal deyil.Mal neçə dəfə geyinilib soyunulubsa istifadəyə yararsızdı.Mən də 15.12.2014 tarixində elə həmin vaxtlarda ora getdik anamla mən satıcıya malı dəyişdirməyi təklif etdim .Satıcı dedi yaxşı bax.Baxdım mənə uyğun tapmadım və qaytarmağı tələb etdik.Dedilər yox nə danışırsız olmaz.Dedilər gedib işlədib gətirmisiz.Heç mən aldığım vaxtla aparıb qaytarmaq istediyim vaxtda toy olur ki mənə o cavabı verirlər.İndi sualım budur ki,mən bu malı necə qaytara bilərəm?
Cavab: 

Saytımızdakı ərizə formasına uyğun ətraflı ərizə yazın, imzalayın, skaner ederek bizə göndərin, istehlakçı hüququnuzu təməmmasız qoruyaq.

14.12.2014
Mələk İlyasova
Sual: Salam Eyyub müəllim.Rafinə duzun ziyan olduğunu öyrənəndən sonra qaya duzu axtarmağa başladım.Naxçıvan duzunu seçdim.Amma bu duz əməlli başlı torpaqlıdı.Onu suda həll etdikdə suyun dibinə çoxlu torpaq çökür.Torpaqda isə cürbəcür mikrobların qurd yumurtalarının olduğunu bilirik.Xahiş edirəm deyərdiz bu duzu almağa dəyərmi? O bakterioloji müayinelerden keçirmi?
Cavab: 

Hazırda satışda olan, bəyaz olmayan Naxçıvan duzu arzuedilməzdir. Rafinə olunmuş duzun problemi yoxdur. Yodlu duz almağınız məsləhət olunur. 

14.12.2014
Ayaz Alakbarov
Sual: salam. bilmek isteyirem ki alinan mal nece defe deyisdirile biler?
Cavab: 

Bu barədə qanunvericilikdə məhdudiyyət yoxdur. 

13.12.2014
Seymur Civishov
Sual: Salam, Eyyub müəllim! Xahiş edirəm mənə bir sualda aydınlıq gətirəsiniz. Bilmek isderdimki alinan malin hemin gun geri qaytarmaq isdedim amma ceki atmisdim satici malin heqiqetende qusurlu oldugunu boynuna aldi amma cek yoxdur deyq mali qaytarmaqdan imtina etdi... Bele oldugu halda satici haqlidirmi? Cek olmadiqda men nece o mali geri qatrara bilerem? Bu haqda qanun ne deyir? Eger men haqliyamsa o magazani cerimelede bileremi?
Cavab: 

Qanunda çekin mövcudluğu zəruri tələbdir. Satıcı inkar etmirsə əlavə olaraq Sizin şahidiniz də varsa təşkilatımıza yazılı ərizə ilə müraciət etsəniz həll edərik. 

11.12.2014
Fətulla Hacıyev
Sual: Hörmətli EYYUB müəllim!Bu məktubu Sizə böyük bir müsəlman icması adından(1000 nəfərdən çox)onlrin xahişi ilə yazıram.Sizə inamımız çox böyükdür! Bizə deyin görək satılan hansı mallar halaldır,onlardan alaq.Bizi aldadanların Allah cəzasını versin.Səmimi hürmətlə:Fətulla Hacıyev
Cavab: 

Hörmətli F.Hacıyev, əfsuslar olsun ki, bu sahədə ciddi problemlər yaşanır. Təşkilatımız müvafiq qurumlara həqiqi mənada halallığı təsdiq etmək üçün şəffaf, kollegial qərar qəbul edən mexanizm təklif etmişdir. Təklif qəbul olunarsa, öz gözlərimlə şəhadət edib mütləq mənada halal olan mallar (xidmətlər) istehsalına nail olacağıq, İnşAllah. Bu mallar barədə məndən dəqiq məlumat alacaqsınız. Məlumatı saytımızda yerləşdirəcəyik. 

05.12.2014
Gülnar Əhmədova
Sual: Salam.mən noyabrın 2-ci 10 günlüyündə Sirr günəbaxan tumlarını almışdım. İçindən uduşlu kupon çıxdı. Televizudmuşdum.Şirkətə müraciət etdikdə, kuponu aldığım dükana verməyimi və ekspeditorlarının gələcəyini desələr də heç bir xəbər çıxmamışdır. Paketdə yazılan telefon nömrəsinə zəng etsəm də zəng çatmır. Hansı tədbirləri görə bilərəm
Cavab: 

Xahiş edirəm saytımızdakı ərizə formasına uyğun ətraflı ərizə yazın, hüququnuzu təmənnasız qoruyaq.

27.11.2014
Sevda Əliyev
Sual: Eyyub bəy salam.Ay-Min kolbasaları Qubada çox satılır və ən ucuz qiymətə.Mediyada bu məhsullar haqqında geniş məlumatlar verildi.Sizin birlik Ay-Min haqqında çox az məlumat verdi.Xahiş edirəm ictimayyətə dürüst məlumat verin.Onun tərkibinə nələr qatılır ki belə ucuz və xarab olmur,çünki həmişə otaq şəraitində satilir.Temperatur reyiminə riayət edilmir.
Cavab: 

Təşkilatımıza konkret ünvanlar göstərməklə zərər çəkilməsi barədə müraciətlər olduqda biz vəziyyəti dəyişmək üçün bütün imkanlardan istifadə edirik. Mövcud qanunlara görə mediada gedən məlumatlar əsasında dövlət orqanları yoxlamalar keçirə bilərlər. Bu kolbasalar barədə bizə rəsmi şikayət daxil olmamışdır. 

27.11.2014
mehman Mansurov
Sual: Eyyub müəllim salam."ROŞEN"konfetlərinin sonu nə ilə nəticələndi.Xahis edirəm bu haqda geniş məlumat verəsiniz,mətbuat vasitəsi ilə.
Cavab: 

Bu konfetlərin yararlılıq müddəti təşkilatımızın nəzarəti altındadır. Yararlılıq vaxtı keçmiş konfetə rast olan istehlakçının təşkilatımıza və KİV-ə müraciət etməsini xahiş edirəm. Hələ ki, yararlılıq vaxtı keçmiş konfetlər müşahidə olunmur.

27.11.2014
Tofiq Muradov
Sual: "Ag sheher" kompleksinde menzil almisham. muqavilede 140 m2 yazilib, menzili divardan divara olchmushem 130 m2. Satici deyir ki, gerek divarlarin galinligini da olchuye elave edeydim. halbu ki, menzilin qiymeti hesablanarken neinki divarlar, hemchinin bunovre, dam ortuyu, pilleken qefesesi, lift shaxtasi, hetta, bina etrafi sahenin abadlashdirilmasi xercleri artiq nezere alinib. Xahish edirem yeni tikililerde qiymetin ne cur hesablanmasina aydinliq getiresiniz.Tofiq M
Cavab: 

Hörmətli Tofiq müəllim, çox əfsuslar olsun ki, bu problem geniş yayılıb və bu məsələ istehlakçı hüquqlarının pozulmasıdır. Mənzil bazarında tələb təklifi üstələdiyi üçün (1:3) bu cür hüquq pozmalar baş verir. Düşünürəm kiç məsələnin həlli üçün sənədləri toplayıb məhkəməyə müraciət etsəniz nəticə əldə olunar.  

25.11.2014
elshan musayev
Sual: Evvel bir texbaxish var idi, avtomobillere.Indi muxtelif icea orqanlari ozlerine serf eden (ilde bir yox,bir neche defe ,texniki,tibbi,daha ne "muayine"adi altinda mudaxile etmeye imkan yaradan )qanunlarin qebul edilmesine nail olmaqla sade istehlakchilara,ferdi ishle meshgul olan sahibkarlara maddi ve menevi problemler yaradirlar! Bunun qarshisinda dayanan bir teshkilat olaraq AZAD ISTEHLAKCHILAR BIRLIYININ movqeyini bilmek isterdim.
Cavab: 

Hörmətli Elşən bəy, Rica edirəm, konkret faktlara əsaslanan ərizə yazın, təmənnasız olaraq köməyimizi göstərək. 

23.11.2014
Zerife Agayeva
Sual: Salam. 19.11.2014 il tarixinde,qisha hazirlanmag meqsedi ile,sheherimizin magazalarinin birde ozume Kurtka aldim.Lakin yagiw dunenden yagdigina gore ilk defe Dunen geyindim ve yagishda eve gelib chatana geder eynimde Butun paltarlarim oldu su.Kurtka su buraxirmiw.halbuki saticida Dedi ve kurtkanin ustune yazilib ki su ke4irtmir.Bu gun hemen kurtkayla getdim yeniden o magazaya ki qaytariram,bu nem qalmagdan sehere kimi qurumadigi uchun tam ve ichi siltepon oldugu uchun nem iyiyibde.Saticilar baxdi,kurtkanin ich terefden nem oldugunu gorduler Lakin satici olduglarin uchun Ellerinden he4 Bir shey gelmediylerini mudriyet olmadiglari uchun qaytara bilmezder.mudurun kim oldugunun adini bele demediler.Malin birkasi,onu alanda Ona gore verilen chek ve Malin ozu mendedi.Men kime shikaet etmeliyemki bu magaza satdiglari mallarina yiye dursunlar?
Cavab: 

Saytimizda gosterilen erize formasina uygun etrafli erize yazin, imza qoyaraq skaner edin bizə göndərin. İstehlakçı hüququnuz təmənnasız qorunacaq. 

17.11.2014
Çingiz Mikayılov
Sual: Salam, Eyyub müəllim! Xahiş edirəm mənə bir sualda aydınlıq gətirəsiniz. Qanuna görə hər hansı bir market öz alıcılarından şəxsi əşyalarını və ya başqa bir yerdən alınan mallarını marketin saxlanma kameralarına qoymaq tələb edə bilərmi? Bu hadisə ilə bağla haraya müraciət etmək olar?
Cavab: 

Bu məsələ heç bir qanunda tənzimlənmir. Market biznes qurumdur. Özlərinin daxili qaydaalri mövcuddur. Qanunları pozmayan daxili qaydaları tətbiq edə bilərlər. 

17.11.2014
Eldar Nasibov
Sual: Eyyub müəllim salam.Siz AY-MİN kolbasa sexi haqqında bizə məlumat vermədiniz.Mən həmin sexdə işləmişəm.Ona görədə sizə sex haqqında məlumat verməyi özümə borc bildim.Əvvəlcədən təşəkkür edirəm.
Cavab: 

Hörmətli Eldar müəllim, Sizdən fərqli olaraq bəzən şəxslər digərinin biznesinə problem yaratmaq üçün bizə məlumatlar verirlər. Səmimiliyinizə inanırıq, rica edirik bizə rəsmi ərizə yazın, ərizədə ünvan, telefon və imza qoyun. 

15.11.2014
tamella muxtarova
Sual: orqan ne demekdir.insan huquqlarini qoruyan orqanlara nece mektub yazaram
Cavab: 

Orqan - təşkilat , qurum deməkdir. Məktub və ya ərizəni  yazmaq üçün orqanın ünvanını tapın, Bundan sonra kağız, qələm, poçt ....

13.11.2014
Nazilə Şabanova
Sual: Eyyub muəllim salam .uşaq qidaları satan firmalar nə işlərlə məşğuldur onu bir allah bilir.Həkimlərə nə qədər faiz verilir.Ona görə də qiymətlər daha da yüksək olur.Həkimlər firmalar tərəfindən təzyiqə məruz qalır.Firmalar aksion oyununa keçib.Kim çox pul verərsə həkimlər həmin firmanın ğidalarinı körpələrə yazır.Bu haqda siz hər hansı işlər görörsünüzüvə nəticəsi ola bilərmi.Xahis edirəm belə işlərə son qoyulması üçün lazımı tədbirlər görəsiniz.
Cavab: 

Hörmətli Nazilə xanım, təşkilatımıza bu sahə ilə bağlı yaradılmış komissiyaya üzv olun, cəmiyyətimizə daha çox fayda verin. Çəkinmədən həkimlərin adı, süni qidanın adı və s. göstərilən, imzanız, ünvanınız, telefonunuz olan ərizə yazın. Bəli pediatorlar süni qidanı təbliğ edir, bu qanuna ziddir. Siz də dəstək verin bu məsələləri həll edək. 

13.11.2014
Lalə Telmanova
Sual: Hörmətli Eyyub müəllim salam.Ay-Min kolbasa sexində halal və donuz əti bir peçdə bişir və bir anbara yığılıb saxlanılır vəbir maşınla da şatış səbəkələrinə aparılır.Xahiş edirik monitorinqlər aparıb içtehlakçilara məlumat verilsin.
Cavab: 

Hörmətli Lalə xanım, Eldar Nəsibova verdiyimiz cavabı Sizə də verməyə məcburam, belə ki, rica edirik bizə rəsmi ərizə yazın, ərizədə ünvan, telefon və imza qoyun. 

13.11.2014
Eldar Nasibov
Sual: Eyyub müəllim salam.AY-MİN kolbasalariini istehsal sahəsi çox pis vəziyyətdədir.Xalqi zəhərləyən bunlardır.Araşdirilma aparıb istehlakçılar məlumatlandirin ki.belə istesalçıların malları alınmasın.
Cavab: 

Hörmətli Eldar müəllim, Sizdən fərqli olaraq bəzən şəxslər digərinin biznesinə problem yaratmaq üçün bizə məlumatlar verirlər. Səmimiliyinizə inanırıq, rica edirik bizə rəsmi ərizə yazın, ərizədə ünvan, telefon və imza qoyun. 

11.11.2014
famil əliyev
Sual: Eyyub müəllim salam.siz mağazada açıq şəkildə satilankonfetlərin yararlı olmağına inanırsınızmı.biz belə mallara daha şübhə ilə yanaşırıq
Cavab: 

Bəli bu sahədə problem vardır. Sizin hüququnuz var ki, konfetlərin boşaldıldığı qutuya baxasınız və yararlılıq tarixini görəsiniz. Yararlılıq tarixini görmək üçün satıcı qarşısında tələb qoyasınız və təşkilatımız çalışır ki, tezliklə açıq konfet satışına son qoyulsun. Nazirlər Kabinetinin94 saylı qərarında da bu məsələyə toxunulubdur.

11.11.2014
Fəridə Mansurov
Sual: Eyyub m.Salam.Xahiş edirik Roşen haqqında TV və ya mətbuat vasitəsi ilə xalqa düzgün məlumat verin.Əvvəlcədən təşəkkür edirik.
Cavab: 

Monitorinqlər aparmışıq. Yararlılıq vaxtı ötmüş \"Roşen\" konfetləri hələ ki, aşkar edilməyib.

11.11.2014
adil davudov
Sual: Eyyub müəllim salam.Biz HƏMİŞƏ ROŞEN KONFETLƏRİ ALIRIQ.KONFETLƏRİN KEYFİYYƏTLI OLUB OLMAMASI HAQQİNDA BİZ MƏLUMATLANDIRIN.
Cavab: 

Yararlılıq vaxtı keçmiş \"Roşen\" konfetləri müşahidə olunmur. Konfetlərin keyfiyyətinə dövlət orqanları nəzarət edir. 

10.11.2014
mələk xanim
Sual: SALAM.MƏN ƏN COX ROŞEN KONFETLƏRİ ALİRAM.4 GUN ƏRZİNDƏ BU PROSESİ İZLƏDİM.BÖHTAN OLDUĞUNU BİLDİM.ONA GÖRƏ DƏ ROSENƏ QARŞİ avropa info saytı yaydığı böhtana görə lənətə gəlsin.belə saytlar ləğ edilib.qınaq atəşinə tutlsun.ANCAQ EYYUB MÜƏLLİM SİZ DUZUNU DEYƏRSİZ ROŞEN HAQQINDA BİZƏ DÜZGÜN MƏLUMAT VERİN .
Cavab: 

Satışda yararlılıq vaxtı ötmüş konfetlər müşahidə olunmayıb. Həqiqəti Ulu Tanrı bilir. 

10.11.2014
Arzu Qasimov
Sual: Eyyub bəy salam.avropa info saytini onsuz da oxuyan yoxdur.Rosen şirkətinin məhsullari dövlət orqanları tərəfindən yoxlanilib sertifikatlar verilir.(Yəni tərkibilabaratoriya tərəfindən yoxlanılır).Deməli avropa info sayıtı dövlətin əleyhinə gedir.Siz istehlakçi hüququ qoruyan bir lider kimi istehlakçilara öz sözünü deməlisiniz ki.istehlakçilar Roşenə qarşı olan böhtanlara inanmasinlar
Cavab: 

Yalnız onu qeyd edə bilərəm ki, satış şəbəkələrində yararlılıq vaxtı ötmüş \"Roşen\" konfetləri müşahidə olunmur. 

Sual yaz
 1    2    3    4    5    6    7    8    9    10    11    12    13    14    15    16    17    18    19    20    21    22    23    24    25    26    27    28    29    30    31    32    33    34    35    36    37   38    39    40    41    42    43    44    45  
read more...
read more...
read more...
read more...
Copyright © 2007 Independent Consumer Union of Azerbaijan! All rights reserved. Created by  Lider web studio