|
Sual yaz |
|
29.07.2015 |
Malik qasimov |
Sual: Stisda olan suların hamısı günəş altında satılır.Sizin təşkilat nə üçün mübarizə aparmır. |
Cavab: Mənim və təşkilatımızın günahları Siz düşündüyünüzdən də çoxdur. Gəlin ictimai təşkilatda birləşin, bir az da Siz kömək edin. |
|
|
|
|
26.07.2015 |
Perviz Ibrahimov |
Sual: Salam,mən bir ay əvvəl noutbuk almışam~hp markalı. Noutbuk dəhşətli dərəcədə qızır. Hətta yanıq iyi gəlir komputerdən. İndi mən neyniyim? Bunu başqa marka ilə dəyişə bilərəm? Hp olmasın Asus olsun məsələn. Mümkündü belə şey? |
Cavab: Sizin 14 gün müddətində malı dəyişmək, uyğun mal olmasa qaytarmaq hüququnuz var. Yəqin ki, Siz servisə müraciət etməlisiniz. |
|
|
|
|
23.07.2015 |
Elxan Shikhov |
Sual: SalamMen 16.07.2015 tarixinde Zara magazasindan koynek almiwam hediyye Lakin uygun olmadigi uchun deyishmek ve yaxud bashqa bir mehsul sèche bilmesem geri qaytarmaq isteyirem. Lakin magazada mene bildirirler ki yalniz 3 gun erzinde mumkundu. Bu qanunvericiliye ziddi zehmet olmasa komeklik ederdiniz. |
Cavab: \"Zara\" dükanının bu hərəkəti qanunvericiliyə ziddir. Saytimizdaki erize formasina uygun tam detalli erize yazin, istehlakçı hüququnuzu təmənnasız qoruyaq. |
|
|
|
|
20.07.2015 |
Azer Rzaquluzade |
Sual: spirtli ickilerde son istifade muddeti olur. |
Cavab: Satish sebekesinde araqlarin saxlanma muddeti 1 il, serablar 6 ay, konyak 3 ildir. |
|
|
|
|
18.07.2015 |
Kəmalə Məmmədova |
Sual: Salam. Men 2 gün alınan malı eyni qiymətlə dəyişdirdirdim və hətta bundan əlavə bir malda aldım. Qeyd edimki alinan mal brak idi. Bununla belə satıcı malların xarab olmasında məni və başqa müştəriləridə gunahlandırdı.Məndə cox esəebləşdim və ona niye bele kobud danışırsız deyəndə mənə burdan cıx dedi. Bu nə qədər düzdü, biz bunlarının artıqlanması ilə qiymət qoyduğu malı alırıq,bizimlə rəftara bax. Mən kimə şikayət etməliyəm.Cünki məəncə bunu satıcıya bağışlamaq olmaz. Cox təşəkkür edirəm. |
Cavab: Meslehet gorurem 195 (2) qaynar xettine zeng vurun. |
|
|
|
|
18.07.2015 |
Vefa Ezizova |
Sual: Salam! Men Muzik Qalleriden multivarka almiwam, anam beyenmedi, 6 gunden sonra qaytarmaq istedik, satici qaytarmir ki, rehberliyin tapwiriqidir! |
Cavab: Sizin 14 gun muddetinde ,ali keyfiyyetli mala deyishmek, eger Sizin teelbatinizi odeyen mal olmazsa qaytarmaq huququnuz vardir. Bizim saytda gosterilen formaya uygun erize yazin, hell edek. |
|
|
|
|
17.07.2015 |
Dəyanət Ağayev |
Sual: Salam. Sualım avtomobillərin texniki baxışı zamanı baş verən qanunsuzluqla bağlıdır. Belə ki, texniki baxış üçün təyin edilmiş 20 AZN əvəzində 50 AZN rüşvət tələb olunur. Reyd keçirsəniz, əksər sürücülər sözlərimi təsdiq edə bilər. İş o yerə çatıb ki, artıq dinməz-söyləməz 50 AZN-i verib prosesi tez-bazar həll edirlər. Bilmək istəyirəm ki, bu hala rast gəldikdə 102-yə zəng edib polis nümayəndəsini şahid kimi çağırmaq mümkündür, yoxsa siz birbaşa şahidlik edib köməklik göstərə bilərsiniz? |
Cavab: Biz komeklik gostere bilerik. Sizden artiq pul alinibsa xidmet sahesinde istehlakci huququnuzun pozulmasi barede erize ile muraciet edin, pulunuzu qaytaraq ve meseleni dovlet orqanlarina chatdiraq. Sizin şikayətiniz BDYPİ-ne gonderilmisdir. |
|
|
|
|
12.07.2015 |
natiqe ibadova |
Sual: salam.men 2 gun evvel bir masin almisam,pulunu kreditler vereceyem,masinin qiymeti21500 manatdir,9230man vermisem,men masini qaytara bileremmi?qaytarsam pulumu qaytaracaqlarmi? |
Cavab: Mashin surulmeyibse 14 gun muddetinde deyishmek, uygun mashin olmazsa qaytarmaq huququnuz vardir. |
|
|
|
|
02.07.2015 |
qismət kişiyev |
Sual: salam qardaşım öz adına 28 may dan telefon alıb 1-2 gün işlətdikdən sonra qüsurlar yaranmağa başladı (şəbəkə nin olmaması şəkilin pis şəkilməsi 2mp amma digər 2mp bundan yaxşı çəkir vs)aparıb qaytarmaq istədikdə satıcı telefonu geri almadı və dedi:mən geri götürərəm amma 30% ini çıxmaqla və onuda bildirim ki mən telefonu qaytarıb pulumu geri almaq istəyirəm nə edim |
Cavab: Xahish edirem saytımızda göstərilən formaya uygun erize yazin, imzalayaraq bizə göndərin. İstehlakçı hüququnuzu təmənnasız qoruyaq. |
|
|
|
|
23.06.2015 |
ibadulaev gunel ibadulaev |
Sual: salam men 2 ildi ayle gurmisam 1 yasli gizim var ozum bogazimda sisi variydi emeliyat olundum goturuldi indi baldizim gaynanam meneni bosatir. gaynatamda yoldasiminda menide ucota salmiyib ev dusmesin bize yoldasim masininda adindan cixarir hec mene ve ovladima dusmesin,men istemirem bosanim istemesem bosanmani negede uzada bilerem? |
Cavab: Hormetli Gunel xanim, teshkilatimizin adindan gorunduyu kimi biz istehlakchi (alici) huquqlarini qoruyuruq. Sualiniz bize aid deyildir. Meslehet gorurem analitik.az saytina muraciet edin ve ya huquqshunas Habil Isgenderova zeng vurun (tel: 050 314 81 88) |
|
|
|
|
23.06.2015 |
Aliyev Elnur |
Sual: Salam, istehlakçı hüquqları pozuluwu ile bagli sualim var: Maqzinde melumat lovhesinde yazilib ki, alinan mal 7 gun erzinde qaytarilir. Hemin mali ayin 21.06.2014 almiwam. Bu gun(23.06.2014) muraciyyet etsem hemin muddetin kecib-kecmediyi onemli olacaq ya yox? Men bu mali nece qaytara bilecem? Siz terefden her hansi bir tesdiq eden sened teqdim etmekle ya nece? |
Cavab: Sizin 14 gun muddetinde mali deyishmek, Size lazim olan mal olmadiqda ise qaytarmaq huququnuz var/ Problem olarsa bize erize ile muraciet edin, temennasiz hell edek. |
|
|
|
|
22.06.2015 |
nariman mamedov |
Sual: salam. men dukan acmisam kompyuter temiri ve aksesuarlari. bilmek isterdim voen ve kassa aparati ne vaxt alib qoymaliyam. yeni hele is zeifdi 10 gundu baslamisam. mene ne qeder qanunla vaxt verile biler bunlari etmeyim ucun. etmesem hansi ceza gozleyir? tesekkur |
Cavab: 195(1) telefonuna zeng edin. (Vergiler Nazirliyi) her sheyi deqiqleshdirin.
P.S Istehlakchidan pul alan zaman mutleq kassa cheki vermelisiniz! |
|
|
|
|
19.06.2015 |
Dəyanət Ağayev |
Sual: Salam, bilmək istərdim ki, regionlarda yerləşən İdman Kompleksləri və Diaqnostika Müalicə Mərkəzləri pullu fəaliyyət göstərirsə, qanunidirmi, yoxsa özbaşınalıq?Əvvəlcədən təşəkkür edirəm. |
Cavab: Əgər bu xidmətlərdən istifadə zamanı üzərində 10 rəqəmli VÖEN olan rəsmi maliyyə sənədi verilirsə deməli qanunidir. Əks halda yox. |
|
|
|
|
12.06.2015 |
anonim anonim |
Sual: Salam axşaminiz xeyir.bilmek isteyirem ki yoldasim Rusiyadan is yerindən arayışi bakiya nə vasitəsi ilə göndərə bilər? |
Cavab: Təşkilatımız istehlakçı hüquqlarını qoruyur. Bu məsələ bizim təşkilata aid deyildir. Məsləhət görürəm ki, hüquqşünas Habil İsgəndərova zəng vurunş tel: 050 314 81 88 və ya analitik.az saytına müraciət edin. |
|
|
|
|
02.06.2015 |
Dəyanət Ağayev |
Sual: Salam,Bərdə rayonunda təzə bazarda olduqca keyfiyyətsiz "Gillette 2" məhsullarına rast gəlinir. Qiyməti 24x256AZN olan bu mallar elə bil ki, 10 dəfə istifadə edildikdən sonra təkrar istehsala verilib.Keyfiyyətsizliyini özüm də müşahidə etdim:1) Çap yazıları əyri formada yapışdırılmışdı2) Hər birinin ayrı-ayrılıqda qapağı olduqca yumşaq idi.(Sanki istidən əriməyə doğru)Mən 4 ədədini istifadə edib keyfiyyətsizliyini müşahidə etdiyimdən aparıb qaytardım. Buna görə də həmin marketdən şikayətim yoxdur. Amma ümumilikdə keyfiyyətsiz məhsulun dövriyyədən çıxarılmasını və yenilərinin yoxlanaraq buraxılmasını istəyirəm və bu işlə maraqlanmağınızı xahiş edirəm. Özləri də qəbul etdilər, məndən əvvəl bir nəfər də şikayət edibmiş. Deyəsən, saxta məhsul imiş, Çin istehsalı olduğu güman edilir. |
Cavab: Hörmətli Dəyanət müəllim, saytımıza baxın və orada göstərilmiş formaya uyğun rəsmi ərizə yazın. Malin nə olduğu və qiymət başadüşülməzdir. |
|
|
|
|
01.06.2015 |
anonim anonim |
Sual: Salam hər vaxtiniz xeyir. Köməyinizə ehtiyacım var Xahiş edirəm kömək edin,mənim Rusiyaya stopum var 2illik 10aydi ki burdayam.Bunun bir həlli yolu ololmalidir . Xahiş edirəm məsləhət verin. |
Cavab: Hormetli İrade xanim, təşkilatımız istehlakçı hüquqlarını qoruyur. Bu məsələ bizim təşkilata aid deyildir. Məsləhət görürəm ki, hüquqşünas Habil İsgəndərova zəng vurunş tel: 050 314 81 88 və ya analitik.az saytına müraciət edin. |
|
|
|
|
29.05.2015 |
TRUST FUNDS Brown |
Sual: Ödəmək və 5% az faiz dərəcəsi ilə yeni maliyyə layihələr başlamaq üçün sürətli və rahat kredit üçün müraciət edin. Vasitəsilə bu gün bizimlə əlaqə yoxdur: Bizim minimum kredit təklif kimi istədiyiniz kredit məbləği ilə trustfunds404@yahoo.com kredit məbləğinin hər hansı 1,000.00 variantdır. Mən qeydiyyatdan və qanuni kreditor, təsdiq edirəm. Siz mənim şirkət kredit almaq istəyirsinizsə, bu gün mənə müraciət edə bilərsiniz.təşəkkürMr.Stephen Brown.Allah razı olsun |
Cavab: Biz bu məsələdə maraqlı deyilik. |
|
|
|
|
26.05.2015 |
Igade Ceferzade |
Sual: Inandigim sexse etibarname vermisem.Basqa meqsed ucun.O ise ozunden basqa iki neferle birleserek menim evimi banka girov qoyaraq 95000 azn pul goturmusler.Hemin sexs o iki neferin birine menim etibarnamem esasinda etibarname vermis o ipotekaya qoymus pulu ozu qol cekib goturmus menim hec neden xeberim yoxdur hec bir senede qol cekmemisem.Bank mene hec bir xeberdarliq etmeden mehkemeye vermism.sekkiz ay gecikmeden sonra.Hemin adamlarin ozlerinin 3-4yerde mulkleri var.Bele bir veziyyetde men ne ede bilerem? |
Cavab: Hormetli İrade xanim, təşkilatımız istehlakçı hüquqlarını qoruyur. Bu məsələ bizim təşkilata aid deyildir. Məsləhət görürəm ki, hüquqşünas Habil İsgəndərova zəng vurunş tel: 050 314 81 88 və ya analitik.az saytına müraciət edin. |
|
|
|
|
22.05.2015 |
Tamraz Mamedov |
Sual: Salam.Men arcelik magazasindan soyuducu almisham, 3il qarantiya verilib soyuducu nasaz veziyyetdedir servise zeng elemishem gelib baxib deyibler Turkiyeden ehtiyat hissesini zakaz eleyerik 20 gun muddetinde hazir olacaq. 5 aydan coxdur servize zeng edirem her defe deyirler ehtiyat hissesi hele gelmeyib 10 gunden sonra gelecek gozleyin artiq 5-ci aydir gozleyirik. İshle elaqedar ozum gede bilmirem xahish edirem mene komek edesiniz.Evvelceden teshekkurler |
Cavab: Xahish edirik saytimizda gosterilen erize formasina ugun etrafli erize yazin, imzalayaraq skaner edin bize gonderinş İstehlakci huququnuzu temennasiz qoruyaq. |
|
|
|
|
21.05.2015 |
Ağamir Sultanov |
Sual: Salam. Mən Sədarək Ticarət Mərkəzi Şirniyyat Bazarı Sıra 5, Korpus 1, Mağaza 3 ünvanda yerləşən LG elektrik malları mağazasından 07.06.2014-cü ildə "16 47LA 6610" markalı televizalmışam. Zəmanət talonu var: müddəti-1 ildir.40 gündən bundan qabaq televizorun ekranında ləkələr əmələ gəldi. Zəmanət talonunda göstərilən telefon nömrəsinə zəng edib məlumat verdim ki, televizorda belə bir problem yaranıb. Mənə cavab verdilər ki, ustalarımız gəlib baxarlar. Lakin heç kim gəlib baxmadı. Üstundən bir neçə keçmiş birdə zəng etdim. Yenə söz verdilər, amma gəlmədilər. Atdılar servisdəki ustaların üstünə ki, onlara demişik gələcəklər. Bu qaydada dəfələrlə zəng etdim, amma heç kim gəlmədi. İndi televizorun ekranı demək olar ki, göstərmir. Satan şəxs isə telefonu da açmır. Hərbıçı olduğum üçün ora getməyə və bu işlə məşğul olmağa vaxtım olmur. Zəmanət şərtlərində göstərilib ki," müraciət olunan tarixdən etibarən 72 saat ərzində xidmət göstərilir və 14 gün müddətində təmir edilib geri qaytarılır. Əks halda məhsul yenisi ilə əvəz olunur" Sizdən xahiş edirəm mənə köməklik edəsiniz.Satıcı mağazanın zəmanət talonundakı möhürdə göstərilən ünvan: Sədarək Ticarət Mərkəzi Şirniyyat Bazarı Sıra 5, Korpus 1, Mağaza 3 ünvanda yerləşən LG elektrik malları. Satıcının adı və telefonu: Səbuhi tel.0504082728, 0555739959. |
Cavab: Xahish edirik etrafli erize yazin, istehlakçı hüququnuzu təmənnasız qoruyaq. |
|
|
|
|
21.05.2015 |
Dəyanət Ağayev |
Sual: Salam. Sualım fərqli qiymətlərlə bağlıdır. İpək yolu boyunca olan kiçik marketlər malın üzərində yazılmış qiymətdəb 2 dəfə (x2) baha satırlar. "Təbii ki", heç bir kassa aparatı olmadan. Xahiş edirəm, bu məsələni başa düşməyimə kömək edəsiniz. Bir də ki, konkret şəxs göstərməyə ehtiyac yoxdur. Bir dəfə reyd edin. Rast gəlməsəniz, bir yerdə reyd edərik, şahidi olarsınız. |
Cavab: Hörmətli Dəyanət müəllim, bütün dünyada olduğu kimi bizim ölkəmizdə də istehlakçı problemi çoxdur. Təşkilatımız ictimaidir, təmənnasız xidmət göstərir, mənə minlərlə sifariş (zakaz) verilir. Bunları icra etməyə qadir deyiləm. Siz istehlakçılar bəs öz vətəndaşlıq borcunuzu nədə görürsünüz?! Uzun İpək yolundan danışırsınız. Ad yazmırsınız, ünvan yazmırsınız. Çəkinməyin, cəsarətli olun, dövlətimizin qanunları Sizi qoruyur, gəlin təşkilatımıza inteqrasiya olun, kömək edin. Ən nəhayət 195 (2) nömrəsinə zəng vurub şikayətinizi bildirə bilərsiniz. |
|
|
|
|
18.05.2015 |
Farid Allahverdiyev |
Sual: Salam men citynet internet provayderden muqavile esasinda internet istifade edirem ve citynet in ip tv xidmetindende hemcinin bu yaxinlarda ip tv de olan elave tv paketleri legv etmek istedikde menden 10 manat odenis teleb olundu menim muqavilede bele bir bend yoxdu men bu barede olardan sorusanda bunun yeni bir qayda oldugun dediler ve menimle citynet arasinda olan muqavileye bunu elave etdiklerini bildirdiler amma men imzalayan vaxt bele bir bend yox idi mendeki nusxedede yoxdu bu ne derecede duzdu altinda menim imzam olan muqavileye yeni bend elave edilib?elave olaraq bildirdiller ki ozel sirketik istedyimiz deyisiklik ede bilerik butun bunlar qanunidi? |
Cavab: Qarşılıqlı razılaşma olmadan əlavə pul tələb edilə bilməz. |
|
|
|
|
14.05.2015 |
adil hesenov |
Sual: Menim nenemin atasinin adina arxivden coxlu torpaq senedi cixib lakin orda indi evler ve internat tikilib ordan mene tezminat dusur |
Cavab: Biz istehlakçı (alıcı) hüququnu qoruyuruq. Xahiş edirik analitik.az saytı ilə əlaqə saxlayın. |
|
|
|
|
13.05.2015 |
Fikrət Dadaşov |
Sual: Mən Qara Qarayev 87 ünvanda yerləşən İNDESİT mağazasindan İNDESİT BAA18NF modelli soyuducu almişam.07.09.2014 tarixdə.aldəığəm gündən soyuducunun səsi bizim əsəblərimizi tar-ma edib.Dəfələrlə servis xidmətinə və mağazya müraciət etmişəm heç bir köməklik etmirlər.Qarabağ müharibəsi əliliyəm,bankdan kredit götürüb almışam.Artiq dərəcədə xahiş edirəm mənə bu problemin həllində mümkün olan köməkjliyi edəsiniz.Qabaqcadan təşəkkür edirəm13.05.2015 |
Cavab: Xahiş edirik saytımızda göstərilən ərizə formasına uyğun ərizə yazın, imzalayaraq email-zə göndərin, istehlakçı hüququnuzu təmənnasız qoruyaq. |
|
|
|
|
08.05.2015 |
Elnara Musayeva |
Sual: salam. Mənə AİB-nin üzvü Nüsrət Qasımovun Əlaqə nömrələri lazımdr. KÖmək etsəydiniz sevinərdim. |
Cavab: Nüsrət Qasımovun əlaqə telefonu: 070 308 20 21 |
|
|
|
|
30.04.2015 |
gulnare sadiqova |
Sual: salam qeyyumluqdan azyasli usaqlar barede rey ne qeder vaxta gelir |
Cavab: Biz istehlakçı (alıcı) hüququnu qoruyuruq. Xahiş edirik analitik.az saytı ilə əlaqə saxlayın. |
|
|
|
|
23.04.2015 |
terlan atakisiyev |
Sual: Salam heytyani sahemde olan lahiyede teserufat otaqi kimi qôsterilen 30 kv lay tikilide ticaret faaliyeti qôstermy ucun wôen ve kassa aparati almisam delediyye resmi icaze verid pasilkovu ise deyirki bu otaqdan satis meqsedi ucun istifade ede billmezsen . heyetyani sahemin serencami ve icra hakimiyyetinin tesdiq etdiyi lahiyesi var |
Cavab: Biz istehlakçı (alıcı) hüququnu qoruyuruq. Xahiş edirik analitik.az saytı ilə əlaqə saxlayın. |
|
|
|
|
17.04.2015 |
Lamiye Elekberova |
Sual: daha bir sualim ..bir esgeri kimse doyur sonra bir kamandir bu esgere bir iş tapşirir esger halsiz oldugundan elemir ya bunun sozun qaytarir deye kamandir buna bir şille vurur..esgerin doyulmeyini bu kamandirin ustune atirlar.sonra esgerlikde ne kimi xosa gelmez hadiseleri olubsa topluyub buna 10 il iş verib sonra işi 5 ile saldirirlar..artiq 3 il yarimin çekib.bilmek istiyirem indi işi apelasiya mehkemesine verilse bu insanin azadliga ćixmasi ucun eff fermaninami duşmelidi ya icbari işle ćixarila biler..xais edirem cavablandirasiz |
Cavab: Hormetli Lamiye xanim, biz yalnız istehlakçı hüquqlarının təmənnasız qorumaqla məşğuluq. Məsləhət görürəm bu sualı analitik.az saytına verəsiniz. |
|
|
|
|
17.04.2015 |
Lamiye Elekberova |
Sual: azerbaycanli biri rus vetendasligi alibsa bakida gelib nigaha girmesi ućun ordan ne senedi almalidi?? |
Cavab: Biz istehlakçı hüququ ilə məşğul oluruq. Müraciət edin analitik.az saytına. |
|
|
|
|
16.04.2015 |
Elvin mehtiyev |
Sual: Müəllim mən dərsə gəlmədikdə məni döyür. Mən nə etməliyəm? |
Cavab: Gələcəkdə o müəllim Sizin ən sevdiyiniz müəllim olacaq. |
|
|
|
|
|
Sual yaz |
|
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34 35
36
37
38
39
40
41
42
43
44
45
|