|
| Sual yaz |
|
| 20.06.2016 |
| Pərvanə kazımova |
| Sual: Salam. Zəhmət olmasa deyin, suyun tərkibini yoxlatmaq üçün hara müraciət etmək olar? Bizə verilən suyun texniki su olduğundan şübhələnirik. |
| Cavab: Azərbaycanda texniki su ümumiyyətlə yoxdur. Sanitar orqanlara müraciət edə bilərsiniz. Bizə təşkilatımıza 0.5l gətirib, codluğunu öyrənə bilərsiniz. |
|
|
|
|
| 19.06.2016 |
| Elsan Mehdizade |
| Sual: Salam men bowaniram bilmek isteyirem uwagim 10 ayliqdi anasinda qalacag yoxsa mende.isteyirem mende qalsin bu nece mumkundur. |
| Cavab: Biz istehlakçı hüququ qoruyuruq. Suaı bizə aid deyildir. Məsləhət üçün Habil İsgəndərova zəng vura bilərsiniz - 050 314 81 88 |
|
|
|
|
| 17.06.2016 |
| turan Alişov |
| Sual: Salam. Men ailemden boşanmamişam evden cixib gedib atasi gile 2aydi uşaqlarimi gostermir ve ustelikde mene tezminat davasi acdiribki 3 uşaqa 150m her ay pul kocurdum ve özunede 200m verim bu dava neqeder duzdu. Evden cixib getmeyininde sebebi menim kende yaşamaqimdi onun ana atasi bakida olur. Men ne ede bilerem? |
| Cavab: Biz istehlakçı hüququ qoruyuruq. Suaı bizə aid deyildir. Məsləhət üçün Habil İsgəndərova zəng vura bilərsiniz - 050 314 81 88. |
|
|
|
|
| 14.06.2016 |
| habil memishov |
| Sual: salam Gigiyenik sertifikat almag ucun hara ve hansi senedlerle muraciyyet olunmlalidir?evvelceden tesekkur edirik.isinizde ugurlarhabilmemishov@gmail.com |
| Cavab: Bunun üçün Səhiyyə Nazirliyinin Gigiyena Mərkəzinə müraciət etməlisiniz. Ordan sənədləri soruşarsınız - 012 423 61 24; 012 422 30 34 |
|
|
|
|
| 14.06.2016 |
| Oqtay Əliyev |
| Sual: Salam! İndi bütün idarə və müəssisələrsə, ticarət obyektlərində nəzarət üçün kameralardan istifadə edirlər. Bu, başadüşüləndir. Lakin mənin sualım konkret hadisə ilə bağlı deyil. Yalnız sorğu məqsədi ilədir.Feysbukda canlı yayımda hansısa rayonda super-marketlərin birində marketdə canlı yayım aparılırdı və şəbəkədə bunu istifadəçilər canlı olaraq izləyirlər və mən də bir neçə saniyə onu izlədim.Marketdən alı-veriş edən nsanların simalarını hər gün sosial şəbəkədə yerləşdirmək və yaymaq hüquqi cəhətdən düzgündürmü? |
| Cavab: Hesab edirəm ki, bu məsələdə qeyri-qanuni bir amil yoxdur. |
|
|
|
|
| 12.06.2016 |
| samire veliyeva |
| Sual: Salam mende 24m odemiwem dunen cox xahiw edirem menede komeklik edesiz .qonsudan borc alib vermisem .ise ehtiyacim olduqu ucun pulu odedim mene sms geldi ki 21-i ise cixirsiz ne qeder zeng vururam zeng catmir iki nomreye birinin adi Samil idi |
| Cavab: Azerqida MMC Sizi aldadır, polisə müraciət edin. |
|
|
|
|
| 11.06.2016 |
| Fəxriyyə Balakişiyeva |
| Sual: Salam. Biz dekabr ayında Avropa qapılarından 5 qapı sifariş vermişdik. Müqavilə imzaladıq, müqaviləyə görə sifariş yanvar ayının 11 i gəlməli idi. Bir ay sifarişi gecikdirdilər. Fevral ayında gəldi sifarişlər. Onlardan da bir neçəsində problem var idi, geri göndərdik bir həftəyə gələcək olan qapı yenə bir aya gəldi. Mart ayında gəlib qoydular qapıları. Qapı çərçivələrindən birinin ölçüsünü səhv gətirmişdilər . Bir həftəyə gətirəcəklərini dedilər, üç aydan çoxdu ki keçib hələ də gətirməyiblər. Pulun yarısını müqavilə bağlayanda verdik, Digər yarısını qapılar qoyulandan sonra verilməli idi, ancaq qapılari evə gətirən kimi heç qoymamiş bütün pulu aldılar. İndi həm çərçivəyə görə həm də dəmir qapıda problemlər var onda görə üç aydır ki zəng edərək, bizə usta gələr deyərlər, dəqiq cavab vermirlər. Son bir həftə isə sifarişləri verdiyimiz ofis telefonlarımıza cavab vermir. Zəhmət olmasa kömək edərdiniz. |
| Cavab: İqtisadiyyat Nazirliyinə müraciət edin 195-2 və ya 498-15-04 nömrələri vasitəs ilə. Və yaxud da gəlin ofisimizə çalışaq, kömək edək. |
|
|
|
|
| 11.06.2016 |
| sabir memmedov |
| Sual: salam.mende 22 manat odedim azer qida firildagcilarina.ofisin unvanin yazardiniz zehmet olmasa |
| Cavab: Ofisimizin ünvanı S.RƏhimov 201/10. Azerqida MMC Sizi aldadır. Polisə müraciət edin və ya gəlin ərizə yazın, hüququnuzu qoruyaq. |
|
|
|
|
| 10.06.2016 |
| Sona Huseynova |
| Sual: Salam.men azerqida mmcnin elanini gordum lalafo.az saytinda iw ucun muraciet etdim seheri gun cavab geldiki ki ise cagirilirsiz.19manat odeniw etmiwem.bu qeder insani aldadir bu sirket.niye hec bir tedbir gorulmur?sikayet etmek ucun ne etmey lazimdi..ofisiniz hardadi unvani deye bilersiz? |
| Cavab: Sizi aldadırlar. Azerqidadan bizə çoxlu şikayət gəlir. Polisə müraciət edin və ya gəlin bizə ətraflı ərizə yazın. |
|
|
|
|
| 09.06.2016 |
| surac quliyev |
| Sual: salam men azerqida mmc bele bir sirket iw elanin gordum cv gonderdim.sehersi gunu qebul oldugumu yazdilar sigorta ucun million vasitesiyle pul odemeyi sora elaqe saxlamagi istediler.bu nederecede duzgundu? |
| Cavab: Sizi aldadırlar. Azerqidadan bizə çoxlu şikayət gəlir. Polisə müraciət edin və ya gəlin bizə ətraflı ərizə yazın. |
|
|
|
|
| 09.06.2016 |
| Anar Salmanov |
| Sual: Salam men 2 dovlet qurumundan shikayet etmey istiyirem AZERIQAZ ve AZERISHIQ her ikisinin qaynar xetlerine bununla bagli zeng edib bildirmishem bir faydasi olmuyub.Bununla bagli zehmet olmasa komeklik edardiz |
| Cavab: Bütün dünyada, bütün zamanlarda vətəndaşın problemi olarsa hökumətinə müraciət edir. Buyurun şikayətinizi İqtisadiyyat Nazirliyinə bildirin. telefonlar 195-2 və ya 498-15-04 |
|
|
|
|
| 09.06.2016 |
| Əkrəm Axundov |
| Sual: Salam Eyyub məllim. Mənim şikayətim "KONTAKT HOME" şirketindendir 2014 cü ilde telefon aldım 3 il zemanet verildi.Artiq 2 dəfə telefonda problem yaranib sonuncu defe servis bildirdi ki, telefonun platası yanib biz bunu təmir edə bilmirik yaxınlaşın dükana 15%endirimlə yeni telefon alin. Mən isə onlara bildirdim ki, əğər siz təmir edə bilmirsinizsə bu barədə mənə yazılı surətdə sənəd təqdim edin məndə məhkəmə orqanlarina şikayət edəcəcəm. Lakin onlar bu sənədi verməkdən imtina etdilər və bildirdilər ki, hara isteyirsiniz şikayət edin. Xahiş edirəm köməklik edəsiniz. |
| Cavab: 1. 195-2 telefonunuza zəng edin, şikayətinizi dövlət orqanına edin.
2. Bizə saytımızda göstərilən ərizə formasına uyğun ətraflı ərizə yazın, imzalayaraq bizə göndərin, hüququnuzu təmənnasız qoruyaq. |
|
|
|
|
| 07.06.2016 |
| Roza Huseynova |
| Sual: Salam men Azer qida mmc şirketine işçi teleb oldugunu gordum cv gonderdim bir nece gunden sonra cavab geldi 1-ìse çağrilirsiniz .Mene dediler milli öne 19manat ödemelisiniz .Ödedim çekde elimdedi .İndi hemin íşbazlara zeng çatmir xaiş edirem mene kömeklik gosderesiniz.Zehmet olmasa ünvani da deyin. |
| Cavab: Təcili gəlin ofisimizə ərizə yazın. |
|
|
|
|
| 07.06.2016 |
| Gündüz Ramazanov |
| Sual: Salam. Marketlərdə "İsmayıllı Qatığı" adlı qatıq satılır. Lakin istehsal ünvanı olaraq "Binəqədi rayonu, Baksol qəsəbəsi" göstərilib. Bu istehlakçıları aldatmaq, çaşdırmaq sayılmırmı? İsmayıllı hara, Binəqədi hara?! Hər şey kənara, Binəqədidə istehsal olunan məhsulu İsmayıllı adı ilə necə qeydiyyata alıblar, görəsən. Bu da məsələnin 2-ci tərəfi.Təşəkkür edirəm. |
| Cavab: Rica edirəm, diqqətlə baxın. Güman ki, adı \"İvanovka\"dır. Sizinlə həmfikirəm. Dəfələrlə dövlətorqanları arasında qaldırmışam. Bu ad altında 10-a qədər yalançı dükanlar, 20növə qədər mal satılır. Təşkilatımız müəyyən sənədləri əldə etmək üzərində iş aparır və bu hala son qoymaq fikrindəyik. |
|
|
|
|
| 07.06.2016 |
| Rasim Memmedov |
| Sual: Salam.Internet vasitesi ile bele bir ish elani vermishdiler Azer qida mmc adi altinda.CV-leri whatsappa gondermeyi dediler.20 gunden sonra bele bir cavab geldiki emeyin sigortalanmasi ucun 19 manat odemelisiniz.Qeribesi odurki odeme Million aparatlaridaki Kassam bolmesinde verilen bir nomreye odemelisiniz.Bu ne derecede dogrudur. |
| Cavab: Ərizəniz qəbul eidldi və polisə göndərildi. |
|
|
|
|
| 06.06.2016 |
| Salman Hüseynov |
| Sual: 2015in oktyabr ayında kimyəvi təmizləmə kürkü yararsız hala salıb. İİN İHM DX nə müraciət olunub. İşə baxılıb, lakin xidmət güstərən ziyanı ödəməkdən imtina etdiyinə görə dövlət xidmətindən Məhkəməyə müraciət etmək tövsiyyə olunub, və 3-cü tərəf kimi iştirak etməyi spz verib. Yasamal r-n məhkəməsində işə baxılır, lakin məhkəmənin dəvətinə baxmayaraq mən üçüncü iclasdır ki DX nümayindəsi iclasa gəlmir. Nəticədə mən, hüquqi təhsilim olmayaraq, ÖZÜM TƏK həm vəkil, həm iddiaçı kimi çıxış edirəm. Növbəti məhkəmə içlası 08.06.2016 ya təyin olunub. Xahiş edirəm, mənə qanunvericilikdə olan bəzi nyuanslarla əlaqədar, qanun çərçivəsində mənə yardım köstərib, məhkəmədə iştirak edəsiniz. Bundan əvvəl iş yeni başlayarkən Sizə müraciət etdim, və sizin məsləhətinizlə ərizə formasını doldurdum, İMZALAYIB internetlə sizin internet ünvanınıza yolladım. Lakin sizin Birlikdən mənə heç bir cavab gəlmədi.Hörmətlə, Salman Hüseynovtel. 050 3146599, (012) 4973346 |
| Cavab: Artıq bu işə dövlət orqanı və çəhkəmələr qarışmışdır. Məsləhət görürəm ki, İqtisadiyyat Nazirliyinin rəsmiləri ilə görüşün və məhkəmədə iştirak üçün xahiş edin. Çalışın dövlət qurumunun dəstəyini alasınız. Çünki Sizin bizə göndərdiyiniz ərizə qeyd etdiyiniz dövlət qurumuna göndərilmişdir. |
|
|
|
|
| 06.06.2016 |
| Elvin Memmedov |
| Sual: sizin ofis harda yerlesir? birde elaqe nomrelerini qeyd edinde zehmet deyilse |
| Cavab: Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov 201/10 (28 May metrosunun əsas çıxışının yaxınlığında, Vital Klinika ilə üzbəüz), 012 441 28 33, 012 449 89 95 |
|
|
|
|
| 05.06.2016 |
| serxan recebov |
| Sual: salam.men bir hefte once tarqovudaki magazalardan biirnnen salvar aldim.orda beyendim eynime biraz dar idi ama beyendiyimcun aldim.eve geldim birde geyinib baxdim dordum dardi..ishden cxa bilmedim ki qaytaram.etiketinide cixarib atmisam ustunnen amma subut kimi onu deyimki kartla odenish etmisem.onnan ucuz basqasini aldim indi bunu qaytarsam mene etiketi behane ede bilerlermi..xais edirem cavablayasiz . |
| Cavab: Mövcud qanuna görə, malın etiketinin üstündə olması zərurirdir. İstisna olunmur ki, danışıq yolu ilə kompromisə gəlmək olar. Bütün hallarda dövlət orqanına - 195-2 nömrəsi ilə müraciət edə bilərsiniz. |
|
|
|
|
| 05.06.2016 |
| Elvin Memmedov |
| Sual: Salam kecen ayin 27si Azerqida firmasina cv gondermisdim.3gun sonra mene sms geldiki ise qebul oldunuz ayin 1i ise cixin,19manat odenis edin qebzinde seklini bize gonderin.ama helede onlardan cavab gelmeyib,nomrelerede zeng catmir ,Xahis edirem komeklik edesiniz |
| Cavab: Rica edirəm, gəlin bizim ofisə,ətraflı ərizə yazın, ya iş məsələnizi həll edək, ya da pulunuzu qaytartdıraq.
|
|
|
|
|
| 05.06.2016 |
| Nərgiz Kazımova |
| Sual: Salam. Mən bu yaxınlarda Coca Cola istehsalı olan Fuse Tea aldım. Qablaşdırmanın üzərinə "70 qəpik**" yazılsa da marketlərdə 1 manat, 99 qəpik, bəzi yerlərdə isə 1.20 manata satılır. Səbəb maraqlıdır. Sualımı cavablandırsanız sevinərəm |
| Cavab: Bizim təşkilata ətraflı ərizə yazsanız, həm antireklam edərik, həm də vəziyyətin düzəlməsi üçün Sizin iştirakınızla iş apararıq (TV veriliş və s.) |
|
|
|
|
| 01.06.2016 |
| Resul Eliyev |
| Sual: Salam men bir nece gun evvel tap.az saytinda iş elani gordum azerqida.mmc ye işci axtarirdilar cv i gonderdim iyun ayının 1 i işe cagirdilar ve 19 manat millionde pul odememi istediler dedi odeyin şeklin çekib bize gonderin biz sizle elaqe saxlayacagiq. Helede mene zeng elemeyibler. Hemin nomreye zeng edirem zeng catmir. Xaiş edire mene komeklik edesiniz |
| Cavab: Rica edirəm, gəlin bizim ofisə,ətraflı ərizə yazın, ya iş məsələnizi həll edək, ya da pulunuzu qaytartdıraq. |
|
|
|
|
| 29.05.2016 |
| Cavid Balayev |
| Sual: Salam Men bravo marketden Pendir almisdim . Pendirin isteifade vaxtina 3 gun qalmisdi . Men onu istifade etmek isteyende Kohne oldugunu gorum Ve dukana qaytarmaq isteyende onu geri goturmeldiler Meni onu isti yerde saxlayib . Xarab olmasina sebeb oldugumda gunahlandirdilar Amma pendirin ici kif atmisdi Men bu barede hansi orqana sikayet etmeliyem Ve ya siz mene komek ede bielrsiz Menim huqularmi mudafiyesi ucun |
| Cavab: 195-2 nömrəsi ilə İqtisadiyyat Nazirliyinə məlumat verin. |
|
|
|
|
| 25.05.2016 |
| Aqasif Memmedyarov |
| Sual: Salam.01.09.2007 tarixinden 01.03.2010 tarixine qeder 501 manat isiq pulu yazilmisdir.Hormetli prezidentimizin serencami ile 2013cu ilde isiq borclari dondurulmusdur.Indi bu ev satisa cixarilmisdir isiq idaresi bu borcun odenilmesini isteyir.Bu borcun odenilmelsi mecburidir yoxsa evi alan sexsin hesabina kece bilermi? |
| Cavab: Evin yeni sahibinin adina kecirilmesi mentiqe ve qanunlara uygun deyildir. |
|
|
|
|
| 25.05.2016 |
| Mehbara Musaeva |
| Sual: Salam,bir neçə gün bundan əvvəl qardaşım cv ilə Azeri Qida MMC şirkətinə vakansiya ilə bağlı müraciət etmişdir.Bu gün də işə götürdüklərini bildirdilər lakin işə gəlməzdən əvvəl 19AZN pul onların hesabına köçürülməsini istədilər.Həmin çekin də şəklini çəkməlidi qardaşım elə bildirdilər. Bu şirkət haqqında internetdə araşdırma etdim lakin dolğun məlumat ala bilmədim.Bilmək istərdim ki bu hoqqabazlarin işidi? Çünki mən belə bir halla qarşılaşmamışam işə götürülərken.Təşəkkürlər |
| Cavab: Hörmətli Mehparə xanım, ətraflı ərizə yazin, köməkliyimizi göstərək. |
|
|
|
|
| 21.05.2016 |
| Mehri Mamedova |
| Sual: Salam.Men 10aydi yoldawimdan ayrilmiwam.Senetle hele yox,2uwagimiz var.Bilmek isteyrem bowananda uwaqlara ne qeder aliment duwur?birde ev duwur?xatirladimki onlar mecburi kockunduler.Ama oz wexsi bir otagli evi var.Cavab yazarsaniz sevinerem.Evvelceden tewekkurler. |
| Cavab: Biz alıcı hüquqları qoruyuruq. Bu bizə aid məsələ deyildir. Məsləhət ala bilərsiniz Habil İsgəndərlidən 050 314 81 88. |
|
|
|
|
| 20.05.2016 |
| Gunay qasımova |
| Sual: salam sızı qardasıma gore narahat edırem.qadasım alı tehsıllıdı ısledıyı sırketde hepatıt c xestelıyıne tutulub ısden besmın sekkızyuz man pul goturub mualıceye xercleyıb ,onu 7ıl azadlıqdan mehrum edıbler bız apılyasıya mehkemesıne verdık orda ısı uc ıl etdıler .aılelıdı ıkı usagı var kırayededı yoldası ıslemır ,anam ve gelınımız zınyet esyalarını satıb borcu odedıler sıkayetcı yoxdur dotd aydırkı turmededır,ona ehf verılsın deye bız ne ede bılerık |
| Cavab: Biz istehlakçı hüququ qoruyuruq. Sual bizə aid deyildir. Lakin siz OMBUDSMAN Elmira Süleymanovaya müraciət etsəniz, nəticəsi olar. |
|
|
|
|
| 20.05.2016 |
| sabir Əliyev |
| Sual: noyabir 2015-də Kontakt magazasindan samsung A7 mobil telefonu almişam.10-12 gündən sonra telefonun qizmasi ilə magazaya müraciyət etmişəm.Qisasi telefon aldigim 5 ay müddətində 5 dəfə servizə gondərilmişəş.telefon yenə qizir.indi təmirdən imtina edib deyirlər ki telefonu cox yükləyirsiz o səbəbdəndə qizir.hal hazirda telefonu işlədə bilmirik. |
| Cavab: Dövlət orqanlarına müraciət edin, 195-2 nömrəsi ilə məlumat verin. |
|
|
|
|
| 18.05.2016 |
| Faik Ruhullayev |
| Sual: salam men hal-hazirda obyekt isdedirem naloq ve pensionnunu vaxti vaxtinda odeyirem,bilmek isdeyirem ki,ikinci bir obyekt acsam naloq ve pensionnunu nece odemeliyem? tesekkurler. |
| Cavab: Biz istehlakçı hüququ qoruyuruq. Məsələ bizə aid deyildir. 195-1-ə zəng vurun, öyrənin. |
|
|
|
|
| 17.05.2016 |
| Elşin mollayev |
| Sual: Salam!Xahiş edirəm sab firmasının 20 qəpiyə satdığı xamanin tərkibi haqqında istehlakçılara məlumat verin və tədbir görün. |
| Cavab: Araşdırma aparmağa və Sizin fikirlərinizi müvafiq dövlət qurumlarına çatdırmağa nail olacağıq. |
|
|
|
|
| 16.05.2016 |
| Leyli a |
| Sual: Salam! Keçən həftə bütün marketlərdə pişiklər üçün olan "Kitekat" məhsullarının qyiməti 30 %-dən çox qaldırıldı. Dolların qiyməti qalxmırsa, idxalçı şirkət niyə qiymətləri süni şəkildə artırır? |
| Cavab: Tərəfdarıyam ki, əhali ucuz və keyfiyyətli mal alsın. Lakin azad bazar qitisadiyyatı şəraitində malı istənilən qiymətə təklif etmək təbiidir. |
|
|
|
|
|
| Sual yaz |
|
|
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29 30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
|