İSTEHLAKÇI HÜQUQLARINA DAİR İNTERNET PORTAL
Ana səhifə Xəritə Əlaqə
X ə b ə r l ə r B l o k u
Noyabr-2024
Be Ça Ç Ca C Ş B
Bu gün ziyarətçilər: (63)
Dunen ziyarətçilər: (75)
Bu gün səhifə baxışı: (174)
Dünən səhifə baxışı: (130)
Haqqımızda / Həyata keçirilən layihələr

 AIB-in həyata keçirdiyi layihələri

Layihələrin adı

Müddəti

Donor

Təşkilat

Qrantın miqdarı

1

“İstehlakçı hüquqları sahəsində biliklərin artırılması”

01.10.97-31.05.98

Avrasiya Əməkdaşlıq Fondu

15,083$

2

“Kavkaz-Konsium”

20.12.98-20.02.99

Avrasiya Əməkdaşlıq Fondu

937$

3

“Malalrın və xidmətlərin ekoloji təhlükəsizliyi”

20.06.98-07.11.98

İSAR Azərbaycan

1830,04$

4

“Ətraf mühitin plastik taralarla ekoloji çirkləndirilməsinin dinamikası”

01.05.99-30.10.99

İSAR Azərbaycan

3895,5$

5

“İstehlakçının səsi” TV veriliş

14.05.00-14.01.01

Avrasiya Əməkdaşlıq Fondu

21580$

6

“Qaçqınlar üçün mühasibat kursları”

28.08.00-18.12.00

BMT Resurs Mərkəzi

1320$

7

“İstehlakçı biliklərinin artırılması”

12.04.01-10.10.01

İSAR

Azərbaycan

3940$

8

“Bazar subyektləri üçün məlumat bazası”

02.07.01-30.06.02

Avrasiya Əməkdaşlıq Fondu

34,904$

9

“Cənubi Qafqazda istehlakçı hərəkatı (monitorinq, informasiya mübadiləsi, tabeçilik)”

10.09.01-09.09.02

Avrasiya Əməkdaşlıq Fondu

32,936$

10

“Qida məhsullarının analizi üçün laboratoriyanın yaranması”

15.05.02-15.05.04

Avrasiya Əməkdaşlıq Fondu

50,000$

11

“Universal duz yodlaşdırlması (UDY) və yod defisiti problemi (YDP)”

9.08.02-15.09.02

UNİCEF

8707$

12

“Cənubi Qafqaz ölkələrində ərzağın təhlükəsziliyinə və ekoloji təmizliyinə müstəqil nəzarət”

15.05.02-15.02.03

Isveçrə Transsərhəd  Proqramının Qafqaz REC

6125$

13

“Sərhədyanı ərazilərdə ərzağın təhlükəsizliyinə dair maarifçilik işi”

29.11.02-21.03.03

Almaniya Texniki

Əməkdaşlıq Proqramı (GTZ)

5800$

14

 

“Yodlaşdırılmış duzdan istifadənin vəziyyətinə dair ailələrdə, bazarda monitorinq və təbliğat”

15.03.03-15.11.03

UNİCEF

8000$

15

“Azərbaycanda təbii inhisarlarla mübarizədə vətəndaş cəmiyyətinin rolu”

 23.04.03-23.05.03

«CRS»

1448$

16

“Unun dəmir elementi ilə zənginləşdirilməsinə dair bazarın, istehsal müəssisələrin monitorinqi, ekspertiza və təbliğat”

25.04.04

25.10.04

UNİCEF

9000$

17

“Bazarın (o cümlədən reklam bazarının) uşaq qidaları seqmentinin qanunun tələblərinə uyğunluğunun monitorinqi, təbliğat, vəziyyətin qanunun tələblərinə və beynəlxalq kodeksə uyğunlaşdırılması”

25.04.04

25.10.04

UNİCEF

8000$

18

“Yodlaşdırılmış duzdan istifadənin vəziyyətinə dair ailələrdə, bazarda monitorinq və təbliğat”

01.05.04

01.11.04

UNİCEF

6000$

19

“Yod çatışmamazlığına” dair qanunun yerinə yetirilməsi ilə əlaqədar bazarda və reklam bazarında (TV, radio, çap materialları) monitorinq

21.06.2005

21.12.2005

UNİCEF

7505$

20

“Körpələrin qidalanması haqqında” qanunun həyata keçirilməsinə dair bazarın, reklam bazarının (TV, radio, çap materialları və s.) monitorinqi, qanun haqda əhalini məlumatlandırılması və biliklərin artırılması”

23.06.2005

23.10.2005

UNİCEF

4000$

21

"Korrupsiya qarşı mübarizədə vətəndaş cəmiyyətinin artırılması rolu"

05.07.2005

06.01.2006

Britaniya səfirliyi

7898,76$

22

“Azərbaycanda qaçaqmal tütün məmulatının dövriyyəsinin araşdırılması”

01.09.2005

28.02.2006

ÜST

8497$

23

“İnhisarçılığa qarşı mübarizədə Vətəndaş Cəmiyyətinin rolu”

17.04.2003

28.05.2003

USAİD

1148$

24

“İstehlakçı hüquqlarına dair maarifləndirmə tədbirləri və istehlakçlar üçün məsləhət mərkəzləri, vasitəçilik xidmətləri göstərməklə ədalət məhkəməsinə yetərliyin yaxşılaşdırılması”

 

 

01.01.2006

01.01.2008

Avropa Komissiyası

 

 

142,887 avro

25

Cənubi Qafqazda ərzaq təhlükəsizliyinin artırılması üzrə ictimai istehlakçı təşəbbüsü”

 

01.10.2006

14.10.2007

Avrasiya Əməkdaşlıq Fondu

 

35,200 avro

26

“İstehlakçı hüquqlarına dair Vebsayt”

 

01.10.2007

01.01.2008

 

 

Dünya bankı və Azərbaycan Respublikasının İnformasiya və Texnologiya Nazirliyi

3,385 $

27

“Regional Araşdırma Siyasətinin Ərzaq Təhlükəsizliyi, Standartlar və Avropa Qonşuluq Siyasəti üzrə İnkişafı”

01.10.2006

14.10.2007

 

Avrasiya Əməkdaşlıq Fondu

38264$

28

“İstehlakçılar təşkilati və biotəhlükəsizlik üzrə Kartaqen protokolu: inkişaf etməkdə olan ölkələrdə istehlakçilarin sağlam ətraf mühitə olan hüquqlari”

01.01.2008

31.12.2009

Avropa Komissiyası

54.305,72 avro

29

“Biomüxtəlifliyin qorunmasında istehlakçı təşəbbüsü”

26.08.2008

26.02.2009

AR PYQGHDDŞ

5999,20 AZN

30

“Bələdiyyələrin sosial sahədə və əhalinin ekoloji hüquqlarına dair imkanlarının artırılmasına dəstək”

05.01.2009

05.01.2011

Avropa Komissiyası

 

334000 avro

31

“İstehlakçı hüquqlarının qorunmasına dair MDB Məsləhət Şurasının 16 oktyabrı 2009-cu il tarixli qərarlarının yerinə yetirilməsinin  müzakirəsi və Azərbaycanda istehlakçı hüquqlarının qorunmasının vəziyyəti adlı tədbirdə iştiraı”

13.04.2010

01.05.2010

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası

840 AZN

31

“İnfilyasiyanın aşağı düşməsi üçün istehlakçıların kollektiv məsuliyyətinin artırılması”

01.04.2011

31.04.2011

Avrasiya Əməkdaşlıq Fondu

26224 $

32

“Kəndin davamlı inkişafı: Vətəndaş Cəmiyyəti – Bələdiyyənin əməkdaşlıq Modeli (COSMO) ”

06.12.2011

06.12.2013

Avropa Komissiyası

 

219229 avro

33

“Yerli İdarəetmədə qadın liderliyi”

01.03.2012

15.08.2013

Counterpart İnternational

46083

AZN

34

“Yeyinti məhsullarının keyfiyyətinin yüksəldilməsi və təhlükəsizliyinə təminat məqsədilə KİV – lərdə geniş müzakirələr və debatların təşkili”    

 

01.10.2012

28.12.2012

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası

3000

AZN

35

“Azərbaycan Respublikasında sahibkarlığın inkişafına kömək məqsədilə KİV – lərdə geniş müzakirələrin və debatların təşkili”

08.04.2013

08.08.2013

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası

6000

AZN

36

“Yerli Özünüidarəetmədə qadın liderliyi”

15.01.2014

30.06.2015

Counterpart İnternational

26838 AZN

37

“Yeyinti sənayesi məhsullarının keyfiyyətinin yüksəldilməsi yolu ilə Azərbaycan brendinin təşviqi”

 

01.03.2014

31.07.2014

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası

6500 AZN

 

38

 

Süni qiymət artımı amillərinə qarşı Ölkə Prezidentinin çağırışlarına ictimai dəstək tədbirləri

 

 15.10.2015

15.04.2016

 

Azərbaycan   

Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası

 

 

7000 AZN

 

 


 

39

İstehlakçı maarifçiliyi ilə Ölkə Prezidentinin ictimai nəzarətə dair çağırışlarına dəstək tədbirləri

19.10.2016

19.04.2017

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurası

9000 AZN

40

Ölkə Prezidentinin Qida Təhlükəsizliyinin təmin olunmasına dair ictimayi dəstək tədbirləri

15.04.2018

15.09.2018

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası

7000

41

Ekoloji təmiz kənd təsərrufatı haqqında Azərbaycan Respublikası Qanununun tələblərinin fermer təsərrufatlarında istehsal olunan mallarən dəyər zəncirinə təsiri barədə maarifləndirmə tədbirlərinin keçirilməsi

01.05.2019

01.09.2019

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası

7000

42

İstehlakçılara parça bazar tçantalarının paylanması ılə ekologiyanın qorunmasına dəstək verilməsi

05.07.2020

05.10.2020

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası

6000

 

Əmtəə bazarında sağlamlıq üçün təhlükəli qənd satılır, AQTA-nin apardığı işlər davamlı deyil, epizodikdir!

 

Bu barədə “Azad İstehlakçılar” İctimayi Birliyi (AİİB) 2019-cu ildə  araşdırma apararaq cəmiyyətə ətrafli məlumat vermiş,bütün müvafiq Dövlət qurumlarına,o cümlədən  Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə(AQTA) rəsmi müraciətlər etmiş,Respublika Prokurorluğu,Dövlət Gömrük komitəsi və digər qurumlar tərəfindən müvafiq tədbirlər görülmüş,”kəllə qənd”istehsalı zamanı qəndin ağardılmasında mənşəyi məlum olmayan kimyəvi maddələrdən istifadə etdiyinə görə bir sira qənnadı məmulatlarının istehsali müəssiələrində  reydlər kecirilmiş,qanun pozuntuları aşkar edilərək cavabdeh şəxslər həbs olunmuşdur.Eyni zamanda qəndin ağardılmasında istifadə olunan kimyəvi maddəni  ölkəyə idxal edən şəxslər cinayət məsuliyyətinə alinmışlar! Bu işlər 2019-cu ildə olmuşdur.

Bəs hazırda vəziyyət necədir?!

Belə ki, AİİB istehlakçılardan daxil olan məlumatlar əsasında bazardakı vəziyyətə nəzər yetirmiş, bir  “Kəllə qənd”nümunəsinin akkreditasiya olunmuş laboratoriyada ekspertizasının nəticələrini əldə edərək, insan sağlamlığı üçün təhlükə törədən qəndlərin bazarda  geniş şəbəkə ilə satıldığını müəyyən etmişdir.

AİİB tərəfindən aparılmış araşdırmanı bir daha xatırlasaq, məlum olur ki, hazırda da şəkər tozundan kəllə qənd hazırlamaq ücün, əksər kəllə qənd istehsalcıları daha ucuz olan kimyalaşma yolunu secirlər. Xatırladaq ki, şəkər tozundan  bəyaz kəllə qənd əldə etmək ücün iki üsul mövcuddur:

1) Şəkər tozu qaynadılır, bişirilir, alınan məhlul qaynatma zamanı sarı rəngə boyandığından, bu məhluldan bəyaz kəllə qənd almaq üçün məhlul bərkiyəndən sonra sarı rəngli kəllə qənd kütlələri, çox böyük firlanma sürətinə malik olan və yüksək məsrəflərlə başa gələn “Sentrafuqa”qurğusuna yerləşdirilir, burda yüksək mərkəzdənqaçma təcilinə məruz qalan kütlələrdən sarı maddə ayrılır və mexaniki yolla  tam bəyaz “kəllə qənd” əldə olunur.

2) Qaynadıldıqda sarı rəngə boyanmış şəkər tozu məhluluna kimyəvi maddə-Kükürd dioksid (SO2) əlavə edilr, sarı rəngli məhlul bəyaz rəng alır! Bundan sonra məhlul qəlblərə yerləşdirilib soyudulur və  gözlə sarılığı cətinliklə ayird edilə bilən ”bəyaz” kəllə qənd əldə edilir.

SO2 kimyəvi maddəsindən əsasən sənayedə parca ağartma, dəri aşılama, xalca yuma kimi sahələrdə istifadə olunur.

Qeyd edək ki, bütün dünyada gəlir əldə etmək, insan sağlamlığını arxa plana keçirtmə istəkləri, o yerə gətirib cıxarmışdır ki, hətta kimyəvi yolla  kəllə qənd istehsalına, bəzi ölkələrdə standartlara da daxil etməklə  haqq qazandırmışlar. Məsələn MDB məkanında mövcud olan ГОСТ 33222-2015 standartlarında  1 kq bəyaz kəllə qənddə maximum 15 milli qram  kükürd dioksidın  ola bilməsi nəzərdə tutulmuşdur (bundan öncə bu sahədə qüvvədə olan ГОСТ 22-94 və ГОСТ 31361-2008 standartlarında isə ümumiyyətlə bu maddənin istifadə edilməsinə icazə verilmir). Ölkəmizdə Tayqa Ticarət”müəssıəsi tərəfindən istehsal olunan və əmtəə bazarında satılan “Dad1” kəllə qənd məmulatının tərkibində laboratorioya tədqiqatı  1 kq məhsulda 70,2 mq  kükürd dioksid olduğunu göstərmişdir! Yəni təhlükə normasından 4,6 dəfə (500%-ə yaxın) cox!

AİİB-in araşdırmaları göstərir ki, ölkədə mövcud olan 20-yə qədər “Kəllə qənd” istehsalçısı bəyaz kəllə qənd əldə etmək ücün hazırda kimyəvi üsuldan istifadə edir və təhlükəli kimyəvi maddədən qəndi daha bəyaz etmək ücun bol-bol istifadə edirlər!

İstehlakçıların maraqlarını və sağlamlığını əsas tutan AİİB-birmənalı olaraq istehsalçılar tərəfindən kəllə qəndin ümumiyyətlə mexaniki yolla ağardılmasının həyata keçirilməsini istəyir!  Ən pis halda isə ГОСТ 33222-2015 standartlarına əsaslanaraq kəllə qənd istehsal edən sahibkarların fəaliyyətinə dövlət tərəfindən ciddi nəzarət edilməsini və sözü gedən kimyəvi qatqının standartda göstərilən normadan əsla yuxarı keçməməklə istifadəsinə icazə verilməsini tələb edir.

O cümlədən, hansı kəllə qənd istehsalı müəssisəsində mexaniki yolla ağartma həyata keçirilmirsə bu müəssiələrdə mütləq vaxtaşırı yoxlamalar aparılmalı, istehsal nümunələrindən götürülüb laborator analizləri aparılmalı, təhlükəli maddələr aşkar olunarsa və ya qatqılarla bağlı normadan kənara çıxmalar müəyyən olunacaqsa, satışda və anbarlarda olan məhsullar qeri cağrılmalı, ictimaiyyətin gözü önündə və KİV-lərin iştiraki ilə məhv edilməlidir. Bu istək və tələblərlə AİİB, Qida Təhlükəsizliyi Agentliyinə, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Dövlət Gömrük komitəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi müraciətlər etmişdir.

 

                                        AİİB-in sədri:                       E.Hüseynov

 

daha ətraflı...

Ölkəmizdə malların etiket məlumatları tam yarıtmaz vəziyyətdədir,əsasən İrandan idxal olunan mallar!

İstehlakçı xüsusən ərzaq malları haqqında məlumatı birbaşa malın etiketindən alır!İstehlakcının beynəlxalq və yerli hüquqlarından biri də məhz mal haqqında milli dildə informasiya almaq hüququdur!

“Azad İstehlakçılar” İctimayi Birliyi(AİİB) uzun illərdir ki,ən müxtəlif Dövlət orqanlarına yazılı müraciətlər göndərərək  bu məsələnin ,yəni vətəndaşlarımızin milli dildə məlumat alma hüququnun de-fakto olaraq taninması barədə tədbirlərin görülməsinə dair təkliflər versə də,bu məsələ həll olunmadan qalir!

Dövlət Dili Haqqında AR-nin qanununun maddəsi: 7.3. Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır

Istehlakcılarin Hüquqlarının Müdafiəsi Haqqında  AR-nın Qanununun 13-cü maddəsi:

Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır.

Nazirlər Kabinetinin 94 saylı qərarı,maddə 5.8.” Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə edilmiş tərcümə ilə də müşayiət olunmalıdır”

Qeyd edək ki,malların milli dildə markalanması məsələsi dünyanın əksər ölkələrində ,hətta Azərbaycandan hər cəhətcə zəif olan Ermənistan və Gürcüstanda  belə uzun illərdir ki,tam həyata keçirilsə də ölkəmizdə bu məsələ həll olunmadan qalır.Əlbəttə bu amil,qacaqmal üçün münbit bir şərait yaradır!

İlkin olaraq AİİB malların milli dildə markalanması məsələsini  İran İslam Respublikasından idxal olunan  ərzaq malları üzərində cəmləşdirməkdən başlamaq niyyətindədir. Cün ki,ən acınacaqlı hal məhz İrandan idxal edilən ərzaq mallarındadır!Əğər Dövlət qurumları qanunun yerinə yetirilməsinə dəstək versə digər çoxsaylı mal və xidmətlərə də keciləcəkdir.24 il ərzində AİİB, BMT-nin beynəlxalq uşaq təşkilatı UNİCEF-in köməyilə yalnəz körpə qidalarının milli dildəmarkalanmasına nail olmuşdur,bu cox azdır! AİİB-n ofisinə istehlakçılar tərəfindən etiraz müraciətləri ilə gətirilən İranda istehsal olunan ərzaq mallarının  markalanmasına diqqət yetirdikdə Azərbaycan dilindən başqa digər dillərdə məlumat olduğu görünür,lakin ərzaq malları üçün çox mühüm göstərici olan,istehsal və son istifadə tarixlərinin fars əlifbası ilə yazıldiğını görürük!Şübhəsiz ki,bu istehsalcı tərəfindən bilərəkdən,şüurlu şəkildə edilir ki,malını “Ölməz etsin”,yəni vətəndaşlarımız yararlılıq vaxtı keçmiş malı da alıb istehlak etsinlər!Əlbəttə Azərbaycan istehlakçılarının belə sadəlövhlüklə aldanması səbəbsiz deyil.Əhali ölkəmizdə artıq 3 ildir fəaliyyət göstərən Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) və digər dövlət qurumlarının fəaliyyətinə inanır,düşünür ki,yararlılıq vaxtı keçmiş mal satıla bilməz!Əfsus ki,bu inam özünü doğrultmur və istehlakçıların İran ərzaq mallarından zəhərlənməsinə dair məlumatlar da mövcuddur. Bəzən bu mövzu ilə bağli  neqativ halların qarşısını almağa cavabdeh olan dövlət qurumları əməkdaşlarının mediyada pafoslu cıxıçlarına da rast gəlirik,amma “3 müşketyor qanunu” daha uğurla işləyir-birimiz hamimiz ücün,hamımız birimiz üçün - yəni gömrük xeyir-dua verib ölkəyə buraxıbsa vəssalam!

İran ərzaq malları satışı şəbəkələrində ciddi monitoringlərin keçirilməsi,dövlətimizin qanunlarının pozulması ilə  ölkəyə idxal olunmuş qeyd olunan nöqsanlı malların satış şəbəkələrindən geri çağrılıb,ictimaiyyətin gözü önündə kütləvi məhv edilməsi,gömrük komitəsində çalışan əməkdaşların diqqətinin bu məsələyə cəlb edilməsinə zərurət yaranmışdir.

Dövlətimizin qanunlarını pozmaqla İran dükanlar şəbəkəsində satışa mal çıxaran 50-dən çox dükan mövcuddur.Bu dükanların bəzilərinin ünvanları:Əsas topdansatış dükanları,Sədərək ticarət mərkəzi,”Lukoyl”YDM-nin yanı(topdan satış),Dərnəgüldə “Elit “TM-nin yaxınlığı(çoxlu sayda),. 1)Bakı şəh.Əsəd Əhmədov 28

2)Xırdalan.texnikumun yaxınlıği.Rahat bazar ilə üzbəüz 3)Maştağa qəs.Savalanın 2-ci girişi 4)Ümid qəs.Laçın məktəbinin qarşısı 5)Neftçala şəh.H.Əliyev pros.Təzə bazar 6)Sahil qəsəbəsi 7)Ballı marketin yaxınlığı050-791-11-12 8)Sumqayıt şəh.2-ci mikr.Rossiya klubunun yanı.777 mağaza 9)Bakı şəh.Sarayevo küç7 10)Binəqədi ray.Xocasən yolu.Netto klubun yanı 11)Gəncə küç.Fujifilmin yanı 12)Əhmədli metrosu çıxışı.Ukrayna dairəsi tərəf 13)Xətai metrosunun arxası.N.Əliyev küç.17 14)Bakı şəh.Fatmayı 15)Hövsan qəs. 16)8 km bazarı.Halal market17)Şirvan şəh.Elite bazarının həyəti18)A.Şərifzadə küç.19519)Dərnəgül qəs.Şır-şır restoranının yanı 20)Xırdalan şəh.Təzə bazarın girişi ilə üzbəüz 21)Nizami metrosunun yanı.Z.Əhmədbəyov küç. 22)Buzovna qəs.Köhnə Polis şöbəsinin yanı 23)Əhmədli metrosu.Məhəmməd Hadi 41 və.s.

 

AİİB bu məsələni ictımailəşdirməklə bərabər, , Qida Təhlükəsizliyi Agentliyinə, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Dövlət Gömrük komitəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsminə  müraciətlər göndərmişdir.  Dövlətimizin qanunlarına əməl olunmasında hər bir istehlakcını fəal olmağa cağırırıq və dövlət qurumlarında nəticələr gözləyirik.

AİİB-in sədri:                       Eyyub Hüseynov 

 

 

daha ətraflı...
Press reliz
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə “Azad İstehlakçılar” İctimai Birliyi(AİİB) “Istehlakçılara parça bazar torbalarının paylanılması ilə ekologiyanın qorunmasına dəstək verilməsi” layihəsinin icrası üzrə fəaliyyyətini davam etdirir.
19 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, Alatava 2. ünvanda yerləşən “Araz 20 yanvar Superstore”- da istehlakçılara 150 ədəd parça materialdan tikilmiş bazar çantaları təmənnasız olaraq paylanıldı. Onlara həmçinin ekologiyanın qorunmasına,plastik taralardan imtinaya, qida təhlükəsizliyinə və ştrix koda dair məlumatlar da paylanıldı. İstehlakçılarda parça sumkalara böyük maraq oldu. Tədbirin sonunda çantaların paylanılmasına dair akt tərtib edildi. Eyni zamanda müəyyən istehlakçıların fotosu da çəkildi. Tədbirə dair press reliz hazırlanaraq KİV-lərə göndərildi. Tədbirimiz davam
daha ətraflı...

 

 

“Azad İstehlakçılar”

  İctimai Birliyi                                                                                                                   M: +99450 341 62 25                                       

17 avqust   2020-ci il.

 

Press reliz

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının  Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə “Azad İstehlakçılar” İctimai Birliyi (AİİB) “Istehlakçılara parça bazar torbalarının paylanılması ilə ekologiyanın qorunmasına dəstək verilməsi layihəsinin icrası üzrə fəaliyyyətini davam etdirir.

17 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu,  Səməd Vurğun küçəsi 60. ünvanda yerləşən “Bolmart” Supermarketdə istehlakçılara 150 ədəd parça materialdan tikilmiş bazar sumkaları təmənnasız olaraq paylanılmışdır. İstehlakçılara həmçinin qida təhlükəsizliyinə və ştrix koda dair məlumatlar da paylanılmışdır. İstehlakçılar böyük həvəslə həmin sumkaları götürürdülər. Tədbirin sonunda sumkaların paylanılmasına dair akt tərtib edildi. Eyni zamanda müəyyən istehlakçıların fotosu da çəkildi.Tədbirimiz davam edəcək.

daha ətraflı...
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır