İSTEHLAKÇI HÜQUQLARINA DAİR İNTERNET PORTAL
Ana səhifə Xəritə Əlaqə
X ə b ə r l ə r B l o k u
Fevral-2025
Be Ça Ç Ca C Ş B
Bu gün ziyarətçilər: (182)
Dunen ziyarətçilər: (187)
Bu gün səhifə baxışı: (222)
Dünən səhifə baxışı: (225)
X ə b ə r l ə r B l o k u
08.02.2019

Insanları kor edə bilərlər!Eyni məzmunlu məktubla Dövlət Gömrük komitəsinin sədri Səfər Mehdiyevə və İqtisad Naziri Şahin Mustafayevə

müraciət etmişik. 

 

                    

                                    Azərbaycan Respublikasının

Səhiyyə Naziri Cənab Oktay Şirəliyevə

 

 

 

 Hörmətli Oktay müəllim,

 

          “Azad İstehlakçılar”İctimayi Birliyinə(AİİB) “Brenner”göz linzalarının şübhəli markalanması ilə bağlı istehlakçı məlumatları daxil olmuş və AİİB tərəfindən malın markalanmasına və mənşəyinə dair araşdırma aparılmışdır. Aşağıdakılar məlum olmuşdur:

 

1.Malın üzərində 2 ştrix-kod vardır:

 1.1 “EAN-13 benəlxalq perefiksinə müvafiq GS1 ştrix-kodu,digəri

 1.2“GS1-128 tələblərinə uyğun.

Hər iki ştrix-kod saxtadır!

Beləki1.1.1-“EAN-13” ştrix-kodu səlahiyyətli təşkilatın xüsusi avadanlıği ilə oxunmuş aşağıdakı nəticələr əldə olunmuşdur(nəticələr bu nəktuba əlavə olunur).

-Ştrix-kodun insan oxuyan hissəsində 400701014056847 yazılsa da skaner oxuyan rəqəm 4607014056847 (Rusiya)-dir.

-GS1 standartına uyğun olan məhsulun üzərində yazılmış ştrix-kodun sonuncu rəqəmi “7” yox “5” olmalıdır!

2. GS1-128 ştrix-kodu skanerlə oxunmamışdır. (01)rəqəmindən sonra məhsulunGTİN adlanan nömrəsi göstərilməlidi,yəni 4007014056845 ədədi olmalıdir. lakin belə deyil!

3. Skaner oxuyan zaman aşkarlanan ştrix-kod(4607014056847) və məhsul üzərində qeyd olunan ştrix-kod(4007014056847) haqqında məlumatlar beynəlxalq GEPİR axtariş sistemində aşkar olunmamişdir.

4. Markalanmada istehsal müəssiəsinin adı və ölkəsi qeyd olunmayıb, içlik vərəqə AZ dilində deyil və malın Almaniyada istehsal olunduğu göstərilir.

5. AR-nın Səhiyyə Nazirliyinin (SN) müvafiq qurumundan  şifahi olaraq çətinliklə aldığımız məlumata görə (hörmətli Mahmud müəllim) “Brenner” linzalarının idxalına SN icazə verilməyib.

 

          Sadalanan faktlar göstərir ki,  İşbazlar saxta linzaları “Brenner” markası altında, Almaniya istehysalı olan linza kimi təqdim edərək,  satışını təşkil etmişlər. 

Bu saxtakarlıq nəticəsində gözün katarakta və digər əməliyyatlarında Almaniya istehalı  və “Brenner” markası altında saxta, mənşəyi bilinməyən  linzalardan istifadə olunmuşdur. Pasinetlər avropa keyfiyyətli linzalar qoyulduğunu düşünsələrdə, nəticədə həkimlər və pasientlər aldanılmış vəziyytdə qalmışlar. Yüzlərlə pasientlərin hüquqları pozulmuş və sağlamlıqları risk altına düşmüşdür.

         Məsələnin insan sağlamlığına təhlükə olduğunu və istehlakçıların hüquqları kobud şəkildə pozulduğunu nəzərə alarar, araşdırma aparılması zərurudir. İctimai təşkilat olaraq biz istehlakçıların hüquqlarının qorunması naminə, saxta  “Brenner” linzalarından istifadə edən klinika və həkimlərin adlarının müəyyən olunmasına və bu sahədə şəffaflıq yaradılmasına çalışacayıq.

        Xahiş edirik qeyd olunan şübhəli mənşəli,  “Brenner” markalı linzaların (göz protezi) istifadəsinin qarşısının alınması üçün lazımi tədbirlər görülməsi haqqında göstəriş verəsiniz.

 

Qoşma: 2 (iki) səhifə.

 

    Hörmətlə,

 

     “Azad İstehlakçılar”

ictimai birliyinin sədri :                       E. M. Hüseynov

daha ətraflı...
02.08.2018

"Azad İstehlakçılar " İctimai Birliyi (AİİB) ölkəmizdə Qida Təhükəsizliyi Agentliyinin (AQTA) yaradılmasını son dərəcə zəruri olan bir məsələ kimi qiymətləndirir və AQTA-nın əsasnaməsindən irəli gələn vəzifələrin uğurla həyata keçirilməsi üçün nümkün olan ictimai dəstəyi verir. Təsadüfi deyildir ki, Prezdent Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi son layhə də məhz AQTA-nı işinin təşviqinə həsr olunmuşdur. AİİB olaraq AQTA-nın işinə ictimai dəstək vermək üçün dəfələrlə rəsmi müraciətlər etsək də heç bir əməkdaşlığa nail olunmamışdır. Bütün hallarda AİİB-in könüllüləri, mütəxəsissləri AQTA-nın fəaliyyətini diqqətlə izləyir və köməklik göstərirlər.Lakin,İctimai Nəzarət funksiyasını yerinə yetirən bir ictimai qurum kimi ,AİİB-in mütəxəssisləri AQTA-nın cəmiyyətdə çaşqınlıq yaradan və qaynar telefon xəttimizə gələn çoxsaylı istehlakçı müraciətlərinə də biganə qalmır.

Beləki, Son dövrlər qida məhsulları, onların istehsalı və istehlakı və onlara nəzarətlə əlaqədar bir sıra ziddiyyətli məsələlər ortaya çıxmışdır. Bu isə öz növbəsində istehlakşılarda çaşqınlıq yaratmışdır. İstehlakçılardan qaynar telefon xəttimizə daxil olan zənglərə rəğmən “Azad İstehlakçılar” İctimai Birliyi (AİİB) olaraq gündəlik bu məsələləri izləyirik və onlardan bir neçəsini diqqətinizə çatdırırıq.
1) Yeni yaradılmış Qida Təhükəsizliyi Agentliyinin 30 iyul tarixində mətbuata verdikləri açıqlamalarda tərkibində Karmin (E 120) və Natrium Nitrit (E 250) maddəsi olan kolbasalardan istifadə etməməyə çağırıb. Bu isə öz növbəsində istehsalçılar və istehlakçılar tərəfindən birmənalı qarşılanmayıb. Beləki bu maddələr istər Azərbycan istərsə də MDB məkanında Səhiyyə Nazirlikləri tərəfindən icazə verilən qatqılar siyahısındadırlar.
Bundan başqa əgər Agentlik bunları təhlükəli hesab edirsə bunu əsaslandırmalıdır xaricdən idxal olunan bu kimi mallar satışdan çıxarılmalı və ya həmin müəssələrdə istehsal olunan məhsulu qadağan etməlidir və ya bu qatqıların əvəzinə istifadə ediləcək alternativ mexanizmlər göstrəməlidir. Bu kimi məlumatlar ciddi çaşqınlıq yaratmışdır.


Çaşqınlıq yaradan material.

https://news.milli.az/society/672118.html
https://daytube.az/az/videos/70568/
2) İkinci məsələ istehsal olunan məhsulların sertifikatlaşdırılması ilə bağlıdır. Məsələn Agentliyin rıhbərinin Real TV-ə verdiyi müsahibəsində bildirir ki, müəssə standartlara cavab verirsə onda onun istər bir adda istər 5 adda məhsuluna avtomatik sertifikat veriləcək. Beynalxalq təcrübədə belə bir təcrübənin mövcud olması sual altındadır. Çünki sertifikatlaşdırma sahəsi dəqiq göstərilməlidir. Müəssisənin infrastrukturunu yaxşı olması hələ onun təhlükəsiz qida istehsal etməsi demək deyil! Axı AQTA-nın əsasnaməsində tarladan-süfrəyədək izləmə nəzərdə tutulub !

Çaşqınlıq yaradan material

https://www.youtube.com/watch?v=aeWSjjCiKmE

3) Agentlik hazırda 20 -ə yaxın laboratoriyanı cəmləyib amma təəssüfki bu laboratoriyalın heç biri beynalxalq akkreditasiyadan keçməyib. Bu isə öz növbəsində verilən rəylərin hüquqi cəhətdən qüvvədə olmasını sual altına alır.

daha ətraflı...
 
07.06.2018

Kontakt-Home"-dan şikayətlər ara vermir. Şikayəti araşdırmaq üçün Rəhbərliklə heç cür əlaqə mümkün deyil!
Nəzərinizə çatdırım bu şikayəti də məcbur olub İqtisadiyyat Naziri Şahin Mustafayevə yönəltdik. Doğrusu Nazirliyin də bir iş görəcəyinə ümüd yoxdur,onlar hamını məhkəməyə yönəldir.
Məhkəmələrdə ki, bildiyiniz kimi....

daha ətraflı...
23.05.2018

“Ölkə Prezidentinin Qida Təhlükəsizliyinin  təmin olunmasına dair fərmanlarına ictimai dəstək tədbirləri” layihəsinin növbəti tədbirini Şirvan şəhəri kitabxanasında həyata keçirmişdir

daha ətraflı...
 
21.05.2018

Azad İstehlakçılar İctimai Birliyi 2105.2018-ci il tarixdə  Azərbaycan Respublikasının Prezidenti yanında  Qeyri Hökumət Təşkilatlarına  Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi  “Ölkə Prezidentinin Qida Təhlükəsizliyinin  təmin olunmasına dair fərmanlarına ictimai dəstək tədbirləri” layihəsinin növbəti tədbirini Sumqayıt şəhərində “Xəzər”ASC-nin akt zalında həyata keçirmişdir.

"Qida məhsullarının təhlükəsizliyinə dair məlumat mənbələri  sahəsində istehlakçıların bilik və bacarıqlarının artırılması"na dair təlimdə 29 nəfər iştirak edirdi.

Təlimin məqsədi Sumqayıt şəhərində yaşayan istehlakçıların, sahibkarların və digər qrup şəxslərin qida məhsullarının təhlükəsizliyinə dair məlumat mənbələri  sahəsində  bilik və bacarıqlarının artırılmasıdır.

Tədbirdə ilk  çıxış edən  Sumqayıt şəhər İH-nin nümayəndəsi cənab Fərman Kazımov iştirakçıları salamlayaraq, mövzunun aktuallığını qeyd etdi və sözü AİİB-nin sədri cənab Eyyub Hüseynova verdi. Eyyub Hüseynov Azərbaycan Respublikası Prezidentinin istehlakçıların təhlükəsiz qida məhsulları ilə təmin olunması üçün zəruri olan bütün addımları atdığını qeyd etdi. Cənab İlham Əliyevin “Qida Təhlükəsizliyi Agentliyi”nin yaradılması barədə 10 fevral 2017-ci il tarixli Fərmanının böyük əhəmiyyəti oldugunu ətraflı izah etdi. Daha sonra təlimçilər  Nizami Musayev və Fərrux  Əsgərov “Qida Təhlükəsizliyinin İdarə edilməsi” və “Ərzaq məhsullarının saxlanılması ilə bağlı ticarət obyektlərinin vəzifələri” mözuları ətrafında təlimi davam etdirdilər.

İştirakçılardan Abdulov Camal çörək məhsullarının keyfiyyətinə təsir edən əsas amillərin nədən ibarət olduğuna dair sualına təlimçi  Nizami Musayev  əhatəli şəkildə cavab verdi.

İştirakçılar təlimdə aktiv iştirak etməklə, belə tədbirləri davamlı olmasını arzulayaraq, ÖlkəBaşçısına, QHT Şurasına və AİİB-nə təşəkkürlərini bildirdilər.

daha ətraflı...
 
18.05.2018

Azad İstehlakçılar İctimai Birliyi 18.05.2018-ci il tarixdə  Azərbaycan Respublikasının Prezidenti yanında  Qeyri Hökumət Təşkilatlarına  Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi  “Ölkə Prezidentinin Qida Təhlükəsizliyinin  təmin olunmasına dair fərmanlarına ictimai dəstək tədbirləri” layihəsinin növbəti tədbirini Azərbaycan Turizm və Menecment Universitetinin müəllim və tələbə heyəti ilə həyata keçirmişdir.

"Qida məhsullarının təhlükəsizliyinə dair məlumat mənbələri  sahəsində istehlakçıların bilik və bacarıqlarının artırılması"na dair təlimdə 37 nəfər iştirak edirdi.

Təlimin məqsədi Azərbaycan Turizm və Menecment Universitetində təhsil alan tələbələrin qida məhsullarının təhlükəsizliyinə dair məlumat mənbələri  sahəsində  bilik və bacarıqlarının artırılmasıdır.

Təlimi AİİB-nin təlimçiləri Fərrux Əsgərov və Nizami Musayev apardılar.

Tələbələrdən Əhmədov Cavidan çörək məhsullarının keyfiyyətinə təsir edən əsas amillərin nədən ibarət olduğuna dair sualına təlim Fərrux Əsgərov əhatəli şəkildə cavab verdi.

Məmmədov Şirxanın  halal kolbasa məhsulları barədə sualını təlimçi Nizami Musayev elmi əsaslarla izah etdi. Tələbə və müəllim heyəti təlimdə aktiv iştirak etməklə, belə tədbirləri davamlı olmasını arzulamaqla, ÖlkəBaşçısına, QHT Şurasına və AİİB-nə təşəkkürlərini bildirdilər.

daha ətraflı...
 
16.05.2018

15 may 2018-ci il tarixində “Azad İstehlakçılar “ İctimai Birliyi (AİİB) Prezident Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən “Ölkə Prezidentinin Qida Təhlükəsizliyinin  təmin olunmasına dair fərmanlarına ictimai dəstək tədbirləri” layhəsi çərçivəsində, layhənin qrafikinə uyğun olaraq “Bakı İdarəetmə və Texnologiya“ kollecində müəllim, tələbə heyəti ilə təlim-seminarı keçirilmişdir. Görüşdə 115 nəfər iştirak etmiş, qida təhlükəsizliyinin təmin olunması ilə bağlı hər bir istehlakçının fəallığının artırılması, yeni yaradılmış agentliyin səmərəli fəaliyyətinə cəmiyyətin dəstək verməsinin zəruruiliyi və layihədə nəzərdə tutulan digər maarifləndirmə işləri aparılmışdır.                                                   Növbəti təlim-seminarın 18 may tarixində “ Azərbaycan Turizm və Menecment Universiteti” -də keçirilməsi nəzərdə tutulur.

daha ətraflı...
14.05.2018

Azərbaycan Respublikasının Prezdenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018-ci il 1 ci qrant müsabiqəsinin qalibi olmaqla icrasına başladğımız" Ölkə Prezidentinin Qida Təhlükəsizliyinin  təmin olunmasına dair fərmanlarına ictimai dəstək tədbirləri" layhəsinin Tərkib hissəsi olan ərzaq məhsulları etiketində məlumatların Azərbaycan dilinə tərcümə olunması ilə bağlı şirkətlərə məktub göndərilmişdir. Həmin şirkətlərdən xahiş olunmuşdur ki, etiketdə Azərbaycan dilində məlimatlar olmayan məhsulların bir nüsxə etiketinin "Azad İstehlakçılar" İctimai Birliyinə ( AİİB) TƏQDİM ETSİNLƏR.

Şirkətin adı

əlaqə telefonu

e-ünvan

Etiket tərcüməsi üçün məktub göndərilmə tarixi

Qeyd

1

AI.Import MMC

0125635298

ai.importmmc@gmail.com

07.05.2018

 

2

ARS MMC

0125148980

office@ars.az

07.05.2018

 

3

Araz Renk

0124411737

arazn@azintex.com

07.05.2018

 

4

Camal LTD

0124960144/06

iceland@iceland.az

07.05.2018

 

5

Koroqlu

0124251653/07

koroglu@koroglu.az

07.05.2018

 

6

Avrora

0124471055/4480755

office@avrora.az/marketing@avrora.az

07.05.2018

 

7

Veyseloqlu

0124472700

info@veyseloglu.az

07.05.2018

 

8

Nurgun

0124473366

office@nurgun.az

07.05.2018

 

 

   

 

   
daha ətraflı...
 
00.00.0000

"Azad İstehlakçılar "İctimai Birliyi (AİİB) “Ölkə Prezidentinin Qida Təhlükəsizliyinin  təmin olunmasına dair fərmanlarına ictimai dəstək tədbirləri” layhəsi çərçivəsində ilk tədbir keçirlmişdir.

daha ətraflı...
 
27.04.2018

"Azad İsthlakçılar" İctimai Birliyi (AIIB) yeni Layhənin icrasına başlamışdır.

 

daha ətraflı...
 1    2   3    4    5    6    7    8    9    10  

Əmtəə bazarında sağlamlıq üçün təhlükəli qənd satılır, AQTA-nin apardığı işlər davamlı deyil, epizodikdir!

 

Bu barədə “Azad İstehlakçılar” İctimayi Birliyi (AİİB) 2019-cu ildə  araşdırma apararaq cəmiyyətə ətrafli məlumat vermiş,bütün müvafiq Dövlət qurumlarına,o cümlədən  Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə(AQTA) rəsmi müraciətlər etmiş,Respublika Prokurorluğu,Dövlət Gömrük komitəsi və digər qurumlar tərəfindən müvafiq tədbirlər görülmüş,”kəllə qənd”istehsalı zamanı qəndin ağardılmasında mənşəyi məlum olmayan kimyəvi maddələrdən istifadə etdiyinə görə bir sira qənnadı məmulatlarının istehsali müəssiələrində  reydlər kecirilmiş,qanun pozuntuları aşkar edilərək cavabdeh şəxslər həbs olunmuşdur.Eyni zamanda qəndin ağardılmasında istifadə olunan kimyəvi maddəni  ölkəyə idxal edən şəxslər cinayət məsuliyyətinə alinmışlar! Bu işlər 2019-cu ildə olmuşdur.

Bəs hazırda vəziyyət necədir?!

Belə ki, AİİB istehlakçılardan daxil olan məlumatlar əsasında bazardakı vəziyyətə nəzər yetirmiş, bir  “Kəllə qənd”nümunəsinin akkreditasiya olunmuş laboratoriyada ekspertizasının nəticələrini əldə edərək, insan sağlamlığı üçün təhlükə törədən qəndlərin bazarda  geniş şəbəkə ilə satıldığını müəyyən etmişdir.

AİİB tərəfindən aparılmış araşdırmanı bir daha xatırlasaq, məlum olur ki, hazırda da şəkər tozundan kəllə qənd hazırlamaq ücün, əksər kəllə qənd istehsalcıları daha ucuz olan kimyalaşma yolunu secirlər. Xatırladaq ki, şəkər tozundan  bəyaz kəllə qənd əldə etmək ücün iki üsul mövcuddur:

1) Şəkər tozu qaynadılır, bişirilir, alınan məhlul qaynatma zamanı sarı rəngə boyandığından, bu məhluldan bəyaz kəllə qənd almaq üçün məhlul bərkiyəndən sonra sarı rəngli kəllə qənd kütlələri, çox böyük firlanma sürətinə malik olan və yüksək məsrəflərlə başa gələn “Sentrafuqa”qurğusuna yerləşdirilir, burda yüksək mərkəzdənqaçma təcilinə məruz qalan kütlələrdən sarı maddə ayrılır və mexaniki yolla  tam bəyaz “kəllə qənd” əldə olunur.

2) Qaynadıldıqda sarı rəngə boyanmış şəkər tozu məhluluna kimyəvi maddə-Kükürd dioksid (SO2) əlavə edilr, sarı rəngli məhlul bəyaz rəng alır! Bundan sonra məhlul qəlblərə yerləşdirilib soyudulur və  gözlə sarılığı cətinliklə ayird edilə bilən ”bəyaz” kəllə qənd əldə edilir.

SO2 kimyəvi maddəsindən əsasən sənayedə parca ağartma, dəri aşılama, xalca yuma kimi sahələrdə istifadə olunur.

Qeyd edək ki, bütün dünyada gəlir əldə etmək, insan sağlamlığını arxa plana keçirtmə istəkləri, o yerə gətirib cıxarmışdır ki, hətta kimyəvi yolla  kəllə qənd istehsalına, bəzi ölkələrdə standartlara da daxil etməklə  haqq qazandırmışlar. Məsələn MDB məkanında mövcud olan ГОСТ 33222-2015 standartlarında  1 kq bəyaz kəllə qənddə maximum 15 milli qram  kükürd dioksidın  ola bilməsi nəzərdə tutulmuşdur (bundan öncə bu sahədə qüvvədə olan ГОСТ 22-94 və ГОСТ 31361-2008 standartlarında isə ümumiyyətlə bu maddənin istifadə edilməsinə icazə verilmir). Ölkəmizdə Tayqa Ticarət”müəssıəsi tərəfindən istehsal olunan və əmtəə bazarında satılan “Dad1” kəllə qənd məmulatının tərkibində laboratorioya tədqiqatı  1 kq məhsulda 70,2 mq  kükürd dioksid olduğunu göstərmişdir! Yəni təhlükə normasından 4,6 dəfə (500%-ə yaxın) cox!

AİİB-in araşdırmaları göstərir ki, ölkədə mövcud olan 20-yə qədər “Kəllə qənd” istehsalçısı bəyaz kəllə qənd əldə etmək ücün hazırda kimyəvi üsuldan istifadə edir və təhlükəli kimyəvi maddədən qəndi daha bəyaz etmək ücun bol-bol istifadə edirlər!

İstehlakçıların maraqlarını və sağlamlığını əsas tutan AİİB-birmənalı olaraq istehsalçılar tərəfindən kəllə qəndin ümumiyyətlə mexaniki yolla ağardılmasının həyata keçirilməsini istəyir!  Ən pis halda isə ГОСТ 33222-2015 standartlarına əsaslanaraq kəllə qənd istehsal edən sahibkarların fəaliyyətinə dövlət tərəfindən ciddi nəzarət edilməsini və sözü gedən kimyəvi qatqının standartda göstərilən normadan əsla yuxarı keçməməklə istifadəsinə icazə verilməsini tələb edir.

O cümlədən, hansı kəllə qənd istehsalı müəssisəsində mexaniki yolla ağartma həyata keçirilmirsə bu müəssiələrdə mütləq vaxtaşırı yoxlamalar aparılmalı, istehsal nümunələrindən götürülüb laborator analizləri aparılmalı, təhlükəli maddələr aşkar olunarsa və ya qatqılarla bağlı normadan kənara çıxmalar müəyyən olunacaqsa, satışda və anbarlarda olan məhsullar qeri cağrılmalı, ictimaiyyətin gözü önündə və KİV-lərin iştiraki ilə məhv edilməlidir. Bu istək və tələblərlə AİİB, Qida Təhlükəsizliyi Agentliyinə, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Dövlət Gömrük komitəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi müraciətlər etmişdir.

 

                                        AİİB-in sədri:                       E.Hüseynov

 

daha ətraflı...

Ölkəmizdə malların etiket məlumatları tam yarıtmaz vəziyyətdədir,əsasən İrandan idxal olunan mallar!

İstehlakçı xüsusən ərzaq malları haqqında məlumatı birbaşa malın etiketindən alır!İstehlakcının beynəlxalq və yerli hüquqlarından biri də məhz mal haqqında milli dildə informasiya almaq hüququdur!

“Azad İstehlakçılar” İctimayi Birliyi(AİİB) uzun illərdir ki,ən müxtəlif Dövlət orqanlarına yazılı müraciətlər göndərərək  bu məsələnin ,yəni vətəndaşlarımızin milli dildə məlumat alma hüququnun de-fakto olaraq taninması barədə tədbirlərin görülməsinə dair təkliflər versə də,bu məsələ həll olunmadan qalir!

Dövlət Dili Haqqında AR-nin qanununun maddəsi: 7.3. Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır

Istehlakcılarin Hüquqlarının Müdafiəsi Haqqında  AR-nın Qanununun 13-cü maddəsi:

Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır.

Nazirlər Kabinetinin 94 saylı qərarı,maddə 5.8.” Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə edilmiş tərcümə ilə də müşayiət olunmalıdır”

Qeyd edək ki,malların milli dildə markalanması məsələsi dünyanın əksər ölkələrində ,hətta Azərbaycandan hər cəhətcə zəif olan Ermənistan və Gürcüstanda  belə uzun illərdir ki,tam həyata keçirilsə də ölkəmizdə bu məsələ həll olunmadan qalır.Əlbəttə bu amil,qacaqmal üçün münbit bir şərait yaradır!

İlkin olaraq AİİB malların milli dildə markalanması məsələsini  İran İslam Respublikasından idxal olunan  ərzaq malları üzərində cəmləşdirməkdən başlamaq niyyətindədir. Cün ki,ən acınacaqlı hal məhz İrandan idxal edilən ərzaq mallarındadır!Əğər Dövlət qurumları qanunun yerinə yetirilməsinə dəstək versə digər çoxsaylı mal və xidmətlərə də keciləcəkdir.24 il ərzində AİİB, BMT-nin beynəlxalq uşaq təşkilatı UNİCEF-in köməyilə yalnəz körpə qidalarının milli dildəmarkalanmasına nail olmuşdur,bu cox azdır! AİİB-n ofisinə istehlakçılar tərəfindən etiraz müraciətləri ilə gətirilən İranda istehsal olunan ərzaq mallarının  markalanmasına diqqət yetirdikdə Azərbaycan dilindən başqa digər dillərdə məlumat olduğu görünür,lakin ərzaq malları üçün çox mühüm göstərici olan,istehsal və son istifadə tarixlərinin fars əlifbası ilə yazıldiğını görürük!Şübhəsiz ki,bu istehsalcı tərəfindən bilərəkdən,şüurlu şəkildə edilir ki,malını “Ölməz etsin”,yəni vətəndaşlarımız yararlılıq vaxtı keçmiş malı da alıb istehlak etsinlər!Əlbəttə Azərbaycan istehlakçılarının belə sadəlövhlüklə aldanması səbəbsiz deyil.Əhali ölkəmizdə artıq 3 ildir fəaliyyət göstərən Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) və digər dövlət qurumlarının fəaliyyətinə inanır,düşünür ki,yararlılıq vaxtı keçmiş mal satıla bilməz!Əfsus ki,bu inam özünü doğrultmur və istehlakçıların İran ərzaq mallarından zəhərlənməsinə dair məlumatlar da mövcuddur. Bəzən bu mövzu ilə bağli  neqativ halların qarşısını almağa cavabdeh olan dövlət qurumları əməkdaşlarının mediyada pafoslu cıxıçlarına da rast gəlirik,amma “3 müşketyor qanunu” daha uğurla işləyir-birimiz hamimiz ücün,hamımız birimiz üçün - yəni gömrük xeyir-dua verib ölkəyə buraxıbsa vəssalam!

İran ərzaq malları satışı şəbəkələrində ciddi monitoringlərin keçirilməsi,dövlətimizin qanunlarının pozulması ilə  ölkəyə idxal olunmuş qeyd olunan nöqsanlı malların satış şəbəkələrindən geri çağrılıb,ictimaiyyətin gözü önündə kütləvi məhv edilməsi,gömrük komitəsində çalışan əməkdaşların diqqətinin bu məsələyə cəlb edilməsinə zərurət yaranmışdir.

Dövlətimizin qanunlarını pozmaqla İran dükanlar şəbəkəsində satışa mal çıxaran 50-dən çox dükan mövcuddur.Bu dükanların bəzilərinin ünvanları:Əsas topdansatış dükanları,Sədərək ticarət mərkəzi,”Lukoyl”YDM-nin yanı(topdan satış),Dərnəgüldə “Elit “TM-nin yaxınlığı(çoxlu sayda),. 1)Bakı şəh.Əsəd Əhmədov 28

2)Xırdalan.texnikumun yaxınlıği.Rahat bazar ilə üzbəüz 3)Maştağa qəs.Savalanın 2-ci girişi 4)Ümid qəs.Laçın məktəbinin qarşısı 5)Neftçala şəh.H.Əliyev pros.Təzə bazar 6)Sahil qəsəbəsi 7)Ballı marketin yaxınlığı050-791-11-12 8)Sumqayıt şəh.2-ci mikr.Rossiya klubunun yanı.777 mağaza 9)Bakı şəh.Sarayevo küç7 10)Binəqədi ray.Xocasən yolu.Netto klubun yanı 11)Gəncə küç.Fujifilmin yanı 12)Əhmədli metrosu çıxışı.Ukrayna dairəsi tərəf 13)Xətai metrosunun arxası.N.Əliyev küç.17 14)Bakı şəh.Fatmayı 15)Hövsan qəs. 16)8 km bazarı.Halal market17)Şirvan şəh.Elite bazarının həyəti18)A.Şərifzadə küç.19519)Dərnəgül qəs.Şır-şır restoranının yanı 20)Xırdalan şəh.Təzə bazarın girişi ilə üzbəüz 21)Nizami metrosunun yanı.Z.Əhmədbəyov küç. 22)Buzovna qəs.Köhnə Polis şöbəsinin yanı 23)Əhmədli metrosu.Məhəmməd Hadi 41 və.s.

 

AİİB bu məsələni ictımailəşdirməklə bərabər, , Qida Təhlükəsizliyi Agentliyinə, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Dövlət Gömrük komitəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsminə  müraciətlər göndərmişdir.  Dövlətimizin qanunlarına əməl olunmasında hər bir istehlakcını fəal olmağa cağırırıq və dövlət qurumlarında nəticələr gözləyirik.

AİİB-in sədri:                       Eyyub Hüseynov 

 

 

daha ətraflı...
Press reliz
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə “Azad İstehlakçılar” İctimai Birliyi(AİİB) “Istehlakçılara parça bazar torbalarının paylanılması ilə ekologiyanın qorunmasına dəstək verilməsi” layihəsinin icrası üzrə fəaliyyyətini davam etdirir.
19 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, Alatava 2. ünvanda yerləşən “Araz 20 yanvar Superstore”- da istehlakçılara 150 ədəd parça materialdan tikilmiş bazar çantaları təmənnasız olaraq paylanıldı. Onlara həmçinin ekologiyanın qorunmasına,plastik taralardan imtinaya, qida təhlükəsizliyinə və ştrix koda dair məlumatlar da paylanıldı. İstehlakçılarda parça sumkalara böyük maraq oldu. Tədbirin sonunda çantaların paylanılmasına dair akt tərtib edildi. Eyni zamanda müəyyən istehlakçıların fotosu da çəkildi. Tədbirə dair press reliz hazırlanaraq KİV-lərə göndərildi. Tədbirimiz davam
daha ətraflı...

 

 

“Azad İstehlakçılar”

  İctimai Birliyi                                                                                                                   M: +99450 341 62 25                                       

17 avqust   2020-ci il.

 

Press reliz

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının  Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə “Azad İstehlakçılar” İctimai Birliyi (AİİB) “Istehlakçılara parça bazar torbalarının paylanılması ilə ekologiyanın qorunmasına dəstək verilməsi layihəsinin icrası üzrə fəaliyyyətini davam etdirir.

17 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu,  Səməd Vurğun küçəsi 60. ünvanda yerləşən “Bolmart” Supermarketdə istehlakçılara 150 ədəd parça materialdan tikilmiş bazar sumkaları təmənnasız olaraq paylanılmışdır. İstehlakçılara həmçinin qida təhlükəsizliyinə və ştrix koda dair məlumatlar da paylanılmışdır. İstehlakçılar böyük həvəslə həmin sumkaları götürürdülər. Tədbirin sonunda sumkaların paylanılmasına dair akt tərtib edildi. Eyni zamanda müəyyən istehlakçıların fotosu da çəkildi.Tədbirimiz davam edəcək.

daha ətraflı...
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır