İSTEHLAKÇI HÜQUQLARINA DAİR İNTERNET PORTAL
Ana səhifə Xəritə Əlaqə
X ə b ə r l ə r B l o k u
Noyabr-2024
Be Ça Ç Ca C Ş B
Bu gün ziyarətçilər: (136)
Dunen ziyarətçilər: (75)
Bu gün səhifə baxışı: (262)
Dünən səhifə baxışı: (130)
Sual-cavab
Sual yaz
11.04.2020
Zeyneb İbrahimova
Sual: Qarsi terefe muraciet edilmeden nece bosanma erizesi vere bilerem ve hara muraciet etmeliyem?hansi senedleri hardan toplamaliyam.qarsi terefe yalnizca bildiris kaqizi getsin.ve usaq doqulmadan ona aliment kesile bilermi.bir usaqa ne qedee aliment dusur
Cavab: 

Sual bizə aid deyil.Vəkilə Z edin Habil 0503148188

09.04.2020
Elsen Ferzeliyev
Sual: Salam menim adamda yuk masini var.bilmek istiyirem ki karantin vaxtinda yuk dasimasina icaze varmi ya yo ve yaxuda her hansisa bir icaze lazimdir mi masin sexsi masindir
Cavab: 

Sual bizə aid deyil.polisdən soruşun

05.04.2020
Ramiz Aliyev
Sual: Salam menim yoldasim smennen isleyir dort gun geca dort gun geca gəlir dort gun seher gedir o vaxt avtobus olmur men indi oni cixib avtobusa kimi ya garsliya bilerem
Cavab: 

Yalnız  sms göndərib çıxa bilərsiz,əgər yaşınız 65 dən azdırsa.

02.04.2020
Gunel Cebrayilova
Sual: Salam men firmada isliyirem onlayn diger firmanin iscisine sorgu elediyim barede mesaj atmisam oda qebul etmiyib uzr istemisem sonradan ondan yuxarida bir nefer mene tehqir edici mesajlar atdi seni polise verecem menim iscimi aparirsan cox bele mesajlar yazdi ama men hec cavab vermedim nalayiq soz isletmedim indi onun ne esasi olacaq meni polise vermeye haqqi var?
Cavab: 

Sual bizə aid deyil.Əlbəttə istənilən adam polisə müraciət edə bilər.

01.04.2020
pervane aqayeva
Sual: salam bilmey isteyirem naxcıvanda karantinde qalanları nece gün saxlayacaqlar
Cavab: 

Məlumata malik deyiləm

31.03.2020
Varos Əliyev
Sual: Məni bu gün karantini pozmaqla bölməyə apardılar 211 ci maddəyə görə pratokol yazdılar 100 azn cərimələdilər bilmək istəyirəm ki cərimələr silinəcək deyə bir şayə var düzdü yoxsa ödəməliyəm?
Cavab: 

bu barədə məlumata malik deyiləm

29.03.2020
Viktoriya Sh
Sual: Salam,mart ayin 18 kontakt home-da noutbook kreditle goturmusem qizil zemanetle,martin 24 servise vermisem (noutbook donurdu) dediler 3 gun erzinde hell edeceyler,5 gun kecdi karantina gore onlar baglaniblar,hacan iwtiyeceyler melumat yoxdu,kompyiteri men goturmuwdum karantinda evde iwtemeye,indi mali men ancag karantin bitennen sonra elde ede bilerem,buna gore mali men gaytarmag isteyirem,men gaytara bilerem yoxsa mene catinliy yarada biler kontakt home?
Cavab: 

 

Məsləhət:Dövlət orqanına Z et 4981504 və ya 195(2)

28.03.2020
Fatimə Əliyeva
Sual: Salam, hər vaxtınız xeyir. Bir gün əvvəl qohumum evdən üzük götürüb, başqa adamın əli ile satib. Dunen meseleni bilib, getdik,Hemin shexsin yanına.Hemin şexs 140 azından 100 azn verib .40 aznıda xərclədiyini və geri qaytara bilməyəcəyini dedi.Deyir qara puldu.Mən sizdən soruşmaq istəyirəm ki: Bu düzgündürmü ? Düzgün deyilsə nə məsləhət görürsüz ?
Cavab: 

Polisə müraciət edin

26.03.2020
Natiq Memmedov
Sual: Salam.Bizim boyuk bir tedbirimiz olmaliydi restoranda..Is ele getirdiki 1 gun evvel qerar verildiki restoranlar saat 9dan 3e kime isleyecek ve kutlevi yigincaqlar olmaz..Beh vermisdim restorandan dedilerki o beh betdi..ne qeder ziyan elemiwik biz de ne qeder malimiz zay olub..Bu halda beh batmis hesab olunurmu?
Cavab: 

Mövcud qanunvericiliyə görə beh batır.Lakin bu xüsusi vəziyyətdir.

Məsləhət:Dövlət orqanına Z et 4981504 və ya 195(2)

26.03.2020
Emin Mammadov
Sual: Salam.Biz 2 Gundur solitondan soyuducu almisiq.Bu gun baxiriq ki bir-iki yerinda ciziq izlari var.Soyuducu biza qutusuz gondarilib.Biz bunu deyise bilarik?
Cavab: 

 

Məsləhət:Dövlət orqanına Z et 4981504 və ya 195(2)

25.03.2020
Lalə Xəlilova
Sual: Ərzaq mağazalakında qismətlərin süni şəkildə qaldırılması barədə hara kimə müraciət etmək olar?
Cavab: 

 

Məsləhət:Dövlət orqanına Z et 4981504 və ya 195(2)

25.03.2020
Nergiz İsmayılova
Sual: Salam.Aldigim malı geri qaytar bilmirem..Saticida deyişmek üçün zeruri mal var amma tek ferq dinleme cihazlarının ferqli olmasıdır.Bele olan halda deyişmeden malı geri qaytara bilerem?
Cavab: 

Məsləhət:Dövlət orqanına Z et 4981504 və ya 195(2)

19.03.2020
ter zey
Sual: salam .men 2008 de aile qurmuşdum ve erimin valideyinlerinin evinde qeydiyata düşüb orda 13 il yaşamışam .2 uşagım var.indi boşanmışam bilmek isteyiremki men iki uşaqla gelin düşdüyüm otaqdan yaşamaq üçün istifade eymek hüququm varmı?mümkünse tez cavablandırardız .teşekkür edirem.
Cavab: 

Biz alıcıların hüququnu qoruyuruq,sual bizə aid deyil.Vəkilə z et.Habil 0503148188

18.03.2020
Kemale Xelilova
Sual: Salam bagislayin narahat edirem Men Kontakt homeden televizaldim yoxladilar verdiler mene ancaq eve getirende ekranda cat emele geldi apardim mene dediler ozunuz edmisiz men hecne etmemisdim bu problemi nece hell ede bilerem zehmet olmasa komek ederdiz meslehet bilerdiz Evvelceden minnetdarligimi bildirirem
Cavab: 

Məsləhət edirəm Sizin hüququnuzu qorumağa cavabdeh olan İqtisad Nazirliyinə müraciət edəsiniz.195(2)-yə Z edin.

12.03.2020
Resad Mecidov
Sual: Salam mən kirayə qalrdm kirayə pulun qabagdan odemiwdim indi cxram kirayeciden qalmadığım günün pulun isteyrem deyir vermirem cxma qal seni cxartmiramki mende deyirem neçə gün qaldgm pulu götür qalmadgm günün pulun qaytar
Cavab: 

Siz haqlısız. Gəlin ərizə yazın çalışım kömək edim.

11.03.2020
Vahab Heybətov
Sual: Salam.xahiş edirəm sualıma cavab yazardınız.mən uşaq geyimləri maqzinindən 3ədəd paltar almışdım iksi yaxşı oldu biri balaca gəldi.bir həftə bundan qabaq almışam.bugünləri birini aparıb böyük razmerlə dəyişməy istədim amma çeki itirmişəm deyə dəyişmədilər.paltar geyiniomiyb etiketi qoparılmayıb zədə almayıb.mənə deyirlərki bu münkün ola bilməz cek olmadan dəyişmək.qanun vı məcəllədə olan qerara görə bunu ede bilməyəcyik.bilmək istıyərdim bu həqiqətənmi belədir?qanunda bele bir şey varmı?
Cavab: 

Bəli,təssüf ki,qanunda belə şey var.Ətraflı ərizə yazıb,bizə müraciət etsəniz çalışarıq kömək edək.

10.03.2020
Fuad Əmircanli
Sual: Salam Eyyub müəllim.Mən 22.03.2019 cür il tarixində Əhmədlidəki Bravodan 1000 AZN-ə Samsung smart televizoru almışam.Televiz2 illik yazılı qarantiyalidi.05.02.2020 il tarixində televizorun proqram təminatında lroblem yarandı müraciətdən sonra televizoru düzəltdilər ancaq müəyyən proqramlardan istifadə etmək olmur.Bravo-ya müraciətdən sonra servis gəlib baxdı ancaq düzəldə bilmədilər və dedilər Samsungla bağlı problemdi.Nəzərinizə çatdırmaq istərdim ki aldığım televizTürkiyədə istifadə uchundu və ona görə problemlər yaranıb.(Samsung belə televizlari bloklayir) Qarantiyamda hələ bitməyib nə Bravo nə servis problemi aradan qaldırmaq istəmir nədə televizoru dəyişmir.Xahis edirik köməklik edəsiniz
Cavab: 

Məsləhət: ya 195(2) telfonu ilə dövlətə şikayət edin,və ya mənim adıma ətraflı ərizə yazın, imza qoyun gətirin çalışım kömək edim.

09.03.2020
Ilham Abbasov
Sual: Salam Eyyub mellim mene gosterdiyiniz komeklikle bagli size derin minnetdarliqimi bildirerem ve cox sevinirem ki olkemizde sizin kimi qurum fealiyyet gosterir.Hec bir temanna gudmeden komeklik edirsiniz.Bir daha minnetdaram size
Cavab: 

Qulluğunuzda müntəzirik,buyurun!

06.03.2020
Elsad Memmedov
Sual: Salam. Men bir gun evvel magazadan saat almisam. Axsam getirdikden sonra saatin qiymetinin eslinde 3qat asagi oldugunu oyrenmisem. Seheri gunu aparib qaytarmaq istediyimi bildirmisem. Amma qebul etmediler. Qanunlari ve sikayet edeceyimi bildirdiyim halda yene de eyni sozu dediler ki “mumkun deyil”. Evvelceden qaytarilmayacagina dair hec bir soz dememisdiler. Halbuki 14 gun erzinde bezi istisnalar olmaqla her malı ceki ile birge (mal aldigim veziyyetdedir) geri qaytarmaq mumkundur. Kime muraciet etmeliyem bunu hell etmek ucun?
Cavab: 

Qiymətə görə satıcı geri götürməyə bilər.Ya mənə ətraflı ərizə yazın,gətirin ya da 195(2)telfonu ilə İqtisad Nazirliyinə Z edin.

05.03.2020
Ilqar Quliyev
Sual: Salam. Bizim yollari su basib. Evlerin ekseriyyeti suyun icindedi. Artiq 5 ildi ilin 6 ayi olmaqla qurunt sulari yollari bagliyir. Hara sikayet ede bilerem ??
Cavab: 

195(2) telfonu ilə İqtisad Nazirliyinə mqraciət edin.

05.03.2020
Dmitriy Chotari
Sual: Salam . Mene Hugugcu lazimdi mulki torpaq barade mesleet lazimdi mene
Cavab: 

Sual bizə aid deyil,biz yalnız istehlakçı hüququnu qoruyuruq.

29.02.2020
Salman Əkbərov
Sual: Salam sualım bundan ibaretdirki biz telebeyik yaşadığımız eve polis gelerek qeyd edib ki bes sesiniz gelib buda adambaşına 150 manat cerimesi var lakin heckm sikayet etmiyib bizi bu ne derece düzdü?
Cavab: 

Mənə ətraflı ərizə yazın flyaşda gətirin həll edim,narahat olmayın.

26.02.2020
Rovsana Nəsrullayeva
Sual: Salam men online sehife vasitesile orginial bot sifaris etmisem ve botlar elime saxtasi gelib.Barkod ile yoxladiç saxtadir.Sehife sahibine bildirirem deyir ki geriqaytarma mumkun deyil.Halbuki men original botun pulunu odemisem.Bunun ucun me ede bilerem
Cavab: 

Ətraflı ərizə yazın,flyaşda gətirin ofisə çalışım danışıq yolu ilə həll edim.

25.02.2020
Fetulla Quliyev
Sual: Salam men toyuq mehsulunu kesib satisi ile mesgul olmaq isteyirem bunun ucun hansi senedlerin olmasi zerurider tesekkur.
Cavab: 

1003 telfonu ilə AQTA-ya z edin,deyəcəklər.

23.02.2020
Nurlan Huseyn
Sual: Salam.Sualim ev barededir.biz 6 qardas 1baciyiq.ev qardasimin adinadir.ata mulkudur.adina ev olan qardasimda daxil olmaqla hamimiz evin satilib bolunmeyine raziyiq.ama bacim evde qeydiyyatda deyil.o satilmaqini istemir.o istemirse bizyenede sata bilerik?bunun huquqi terefleri nedir?satilanda qeydiyyatda olmuyan ovlada paydusur?
Cavab: 

Sual bizə aid deyil.Vəkilə z et.Habil 0503148188

19.02.2020
Tahir Hümmətov
Sual: Salam zəhmət olmasa mənə məsləhət verəsiz. Su filteri satan fırıldağçılar bizə gəlib malı tərifləyərək bizə kreditlə satdılar. 2gündür. Mən o malı geri qaytarmaq istəyirəm. Pulda verməmişəm.ama onların dediyinə görə malı geri qaytarsam məhkəməyə verəcəylər məni və cərimə kəsəcəylər.
Cavab: 

Sizin qaytarmaq hüququnuz var. Mənə z edin danşaq 0124412833

19.02.2020
Kamal Qurbanov
Sual: Salam men kontakt homedan 4 il bundan qabaq twlefon goturmuwdum! Ayi 60 man 12 ay , 6ay 60 manatdan odeniw etmiwem! Telefonun kreditnen deyeri 720 manat edirdi 12 aya! 6 ay yaniki 360 mamat odemisen, qalan 6 ay odenilmeyib, indi mehkeme 4 ilden sonra qrrar verib maaw kartima yoneldib oradan tutlur! Mehkeme deyirki 670 manat tutulacaq! Bele ola bilerki menden 720 nin yerine 1030 manat tutulur ! Mnim olara 360 manat borcum qala qala mehkeme 670 manat kesib, faizleri silmeyib
Cavab: 

Bu sizə qarşı haqsızlıqdı və kontakt hom un belə işləri coxdur.Ətraflı ərizə yazən flyaş da gətirin çalışım kömək edim.Öncə z et 0124412833

18.02.2020
Ruslan Qafarov
Sual: Salam,Men kiçik sahibkarlıqla meşqulam,ərzaq mağazası işledirem.Maliyye desteyine ehtiyacım var.Öz adıma şexsi evim olmadıqına göre,heç bir bank mene biznes kredit vermir.Bes men kime müraciet edim.zehmet olmasa bildirerdiz.Önceden Minnetdaram,Hörmetle,Ruslan Qafarov
Cavab: 

İqtisad Nazirliyinə z et öyrən.195 sonra 2 yığ.

17.02.2020
necef memmedov
Sual: salam sualim ondan ibaretdir ki eger 1 nefer diger sexsin adindan erize tertib edirse ve ozu hemen sexsin imzasina cuzi de olsa oxsar imza cekirse ve hemen sexsin deyil oz mobil nomresini erizede qeyd edirse bu sened saxtakarligina gore nece il is dusur?
Cavab: 

Vəkil Habil bəyə z et soruş.0503148188

17.02.2020
Akif hesenov
Sual: Salam televezirda vekiller deyirler ki usagin fikri mehkemede daha 10 yasindan deyil 7 yasindan da nezere alina biler.duzdu bu iddia?
Cavab: 

Sual bizə aid deyil,biz alıcı hüququnu qoruyuruq.Vəkil Habil bəyə z et 0503148188

Sual yaz
 1    2    3    4    5    6    7    8    9   10    11    12    13    14    15    16    17    18    19    20    21    22    23    24    25    26    27    28    29    30    31    32    33    34    35    36    37    38    39    40    41    42    43    44  

Əmtəə bazarında sağlamlıq üçün təhlükəli qənd satılır, AQTA-nin apardığı işlər davamlı deyil, epizodikdir!

 

Bu barədə “Azad İstehlakçılar” İctimayi Birliyi (AİİB) 2019-cu ildə  araşdırma apararaq cəmiyyətə ətrafli məlumat vermiş,bütün müvafiq Dövlət qurumlarına,o cümlədən  Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə(AQTA) rəsmi müraciətlər etmiş,Respublika Prokurorluğu,Dövlət Gömrük komitəsi və digər qurumlar tərəfindən müvafiq tədbirlər görülmüş,”kəllə qənd”istehsalı zamanı qəndin ağardılmasında mənşəyi məlum olmayan kimyəvi maddələrdən istifadə etdiyinə görə bir sira qənnadı məmulatlarının istehsali müəssiələrində  reydlər kecirilmiş,qanun pozuntuları aşkar edilərək cavabdeh şəxslər həbs olunmuşdur.Eyni zamanda qəndin ağardılmasında istifadə olunan kimyəvi maddəni  ölkəyə idxal edən şəxslər cinayət məsuliyyətinə alinmışlar! Bu işlər 2019-cu ildə olmuşdur.

Bəs hazırda vəziyyət necədir?!

Belə ki, AİİB istehlakçılardan daxil olan məlumatlar əsasında bazardakı vəziyyətə nəzər yetirmiş, bir  “Kəllə qənd”nümunəsinin akkreditasiya olunmuş laboratoriyada ekspertizasının nəticələrini əldə edərək, insan sağlamlığı üçün təhlükə törədən qəndlərin bazarda  geniş şəbəkə ilə satıldığını müəyyən etmişdir.

AİİB tərəfindən aparılmış araşdırmanı bir daha xatırlasaq, məlum olur ki, hazırda da şəkər tozundan kəllə qənd hazırlamaq ücün, əksər kəllə qənd istehsalcıları daha ucuz olan kimyalaşma yolunu secirlər. Xatırladaq ki, şəkər tozundan  bəyaz kəllə qənd əldə etmək ücün iki üsul mövcuddur:

1) Şəkər tozu qaynadılır, bişirilir, alınan məhlul qaynatma zamanı sarı rəngə boyandığından, bu məhluldan bəyaz kəllə qənd almaq üçün məhlul bərkiyəndən sonra sarı rəngli kəllə qənd kütlələri, çox böyük firlanma sürətinə malik olan və yüksək məsrəflərlə başa gələn “Sentrafuqa”qurğusuna yerləşdirilir, burda yüksək mərkəzdənqaçma təcilinə məruz qalan kütlələrdən sarı maddə ayrılır və mexaniki yolla  tam bəyaz “kəllə qənd” əldə olunur.

2) Qaynadıldıqda sarı rəngə boyanmış şəkər tozu məhluluna kimyəvi maddə-Kükürd dioksid (SO2) əlavə edilr, sarı rəngli məhlul bəyaz rəng alır! Bundan sonra məhlul qəlblərə yerləşdirilib soyudulur və  gözlə sarılığı cətinliklə ayird edilə bilən ”bəyaz” kəllə qənd əldə edilir.

SO2 kimyəvi maddəsindən əsasən sənayedə parca ağartma, dəri aşılama, xalca yuma kimi sahələrdə istifadə olunur.

Qeyd edək ki, bütün dünyada gəlir əldə etmək, insan sağlamlığını arxa plana keçirtmə istəkləri, o yerə gətirib cıxarmışdır ki, hətta kimyəvi yolla  kəllə qənd istehsalına, bəzi ölkələrdə standartlara da daxil etməklə  haqq qazandırmışlar. Məsələn MDB məkanında mövcud olan ГОСТ 33222-2015 standartlarında  1 kq bəyaz kəllə qənddə maximum 15 milli qram  kükürd dioksidın  ola bilməsi nəzərdə tutulmuşdur (bundan öncə bu sahədə qüvvədə olan ГОСТ 22-94 və ГОСТ 31361-2008 standartlarında isə ümumiyyətlə bu maddənin istifadə edilməsinə icazə verilmir). Ölkəmizdə Tayqa Ticarət”müəssıəsi tərəfindən istehsal olunan və əmtəə bazarında satılan “Dad1” kəllə qənd məmulatının tərkibində laboratorioya tədqiqatı  1 kq məhsulda 70,2 mq  kükürd dioksid olduğunu göstərmişdir! Yəni təhlükə normasından 4,6 dəfə (500%-ə yaxın) cox!

AİİB-in araşdırmaları göstərir ki, ölkədə mövcud olan 20-yə qədər “Kəllə qənd” istehsalçısı bəyaz kəllə qənd əldə etmək ücün hazırda kimyəvi üsuldan istifadə edir və təhlükəli kimyəvi maddədən qəndi daha bəyaz etmək ücun bol-bol istifadə edirlər!

İstehlakçıların maraqlarını və sağlamlığını əsas tutan AİİB-birmənalı olaraq istehsalçılar tərəfindən kəllə qəndin ümumiyyətlə mexaniki yolla ağardılmasının həyata keçirilməsini istəyir!  Ən pis halda isə ГОСТ 33222-2015 standartlarına əsaslanaraq kəllə qənd istehsal edən sahibkarların fəaliyyətinə dövlət tərəfindən ciddi nəzarət edilməsini və sözü gedən kimyəvi qatqının standartda göstərilən normadan əsla yuxarı keçməməklə istifadəsinə icazə verilməsini tələb edir.

O cümlədən, hansı kəllə qənd istehsalı müəssisəsində mexaniki yolla ağartma həyata keçirilmirsə bu müəssiələrdə mütləq vaxtaşırı yoxlamalar aparılmalı, istehsal nümunələrindən götürülüb laborator analizləri aparılmalı, təhlükəli maddələr aşkar olunarsa və ya qatqılarla bağlı normadan kənara çıxmalar müəyyən olunacaqsa, satışda və anbarlarda olan məhsullar qeri cağrılmalı, ictimaiyyətin gözü önündə və KİV-lərin iştiraki ilə məhv edilməlidir. Bu istək və tələblərlə AİİB, Qida Təhlükəsizliyi Agentliyinə, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Dövlət Gömrük komitəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi müraciətlər etmişdir.

 

                                        AİİB-in sədri:                       E.Hüseynov

 

daha ətraflı...

Ölkəmizdə malların etiket məlumatları tam yarıtmaz vəziyyətdədir,əsasən İrandan idxal olunan mallar!

İstehlakçı xüsusən ərzaq malları haqqında məlumatı birbaşa malın etiketindən alır!İstehlakcının beynəlxalq və yerli hüquqlarından biri də məhz mal haqqında milli dildə informasiya almaq hüququdur!

“Azad İstehlakçılar” İctimayi Birliyi(AİİB) uzun illərdir ki,ən müxtəlif Dövlət orqanlarına yazılı müraciətlər göndərərək  bu məsələnin ,yəni vətəndaşlarımızin milli dildə məlumat alma hüququnun de-fakto olaraq taninması barədə tədbirlərin görülməsinə dair təkliflər versə də,bu məsələ həll olunmadan qalir!

Dövlət Dili Haqqında AR-nin qanununun maddəsi: 7.3. Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır

Istehlakcılarin Hüquqlarının Müdafiəsi Haqqında  AR-nın Qanununun 13-cü maddəsi:

Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır.

Nazirlər Kabinetinin 94 saylı qərarı,maddə 5.8.” Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə edilmiş tərcümə ilə də müşayiət olunmalıdır”

Qeyd edək ki,malların milli dildə markalanması məsələsi dünyanın əksər ölkələrində ,hətta Azərbaycandan hər cəhətcə zəif olan Ermənistan və Gürcüstanda  belə uzun illərdir ki,tam həyata keçirilsə də ölkəmizdə bu məsələ həll olunmadan qalır.Əlbəttə bu amil,qacaqmal üçün münbit bir şərait yaradır!

İlkin olaraq AİİB malların milli dildə markalanması məsələsini  İran İslam Respublikasından idxal olunan  ərzaq malları üzərində cəmləşdirməkdən başlamaq niyyətindədir. Cün ki,ən acınacaqlı hal məhz İrandan idxal edilən ərzaq mallarındadır!Əğər Dövlət qurumları qanunun yerinə yetirilməsinə dəstək versə digər çoxsaylı mal və xidmətlərə də keciləcəkdir.24 il ərzində AİİB, BMT-nin beynəlxalq uşaq təşkilatı UNİCEF-in köməyilə yalnəz körpə qidalarının milli dildəmarkalanmasına nail olmuşdur,bu cox azdır! AİİB-n ofisinə istehlakçılar tərəfindən etiraz müraciətləri ilə gətirilən İranda istehsal olunan ərzaq mallarının  markalanmasına diqqət yetirdikdə Azərbaycan dilindən başqa digər dillərdə məlumat olduğu görünür,lakin ərzaq malları üçün çox mühüm göstərici olan,istehsal və son istifadə tarixlərinin fars əlifbası ilə yazıldiğını görürük!Şübhəsiz ki,bu istehsalcı tərəfindən bilərəkdən,şüurlu şəkildə edilir ki,malını “Ölməz etsin”,yəni vətəndaşlarımız yararlılıq vaxtı keçmiş malı da alıb istehlak etsinlər!Əlbəttə Azərbaycan istehlakçılarının belə sadəlövhlüklə aldanması səbəbsiz deyil.Əhali ölkəmizdə artıq 3 ildir fəaliyyət göstərən Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) və digər dövlət qurumlarının fəaliyyətinə inanır,düşünür ki,yararlılıq vaxtı keçmiş mal satıla bilməz!Əfsus ki,bu inam özünü doğrultmur və istehlakçıların İran ərzaq mallarından zəhərlənməsinə dair məlumatlar da mövcuddur. Bəzən bu mövzu ilə bağli  neqativ halların qarşısını almağa cavabdeh olan dövlət qurumları əməkdaşlarının mediyada pafoslu cıxıçlarına da rast gəlirik,amma “3 müşketyor qanunu” daha uğurla işləyir-birimiz hamimiz ücün,hamımız birimiz üçün - yəni gömrük xeyir-dua verib ölkəyə buraxıbsa vəssalam!

İran ərzaq malları satışı şəbəkələrində ciddi monitoringlərin keçirilməsi,dövlətimizin qanunlarının pozulması ilə  ölkəyə idxal olunmuş qeyd olunan nöqsanlı malların satış şəbəkələrindən geri çağrılıb,ictimaiyyətin gözü önündə kütləvi məhv edilməsi,gömrük komitəsində çalışan əməkdaşların diqqətinin bu məsələyə cəlb edilməsinə zərurət yaranmışdir.

Dövlətimizin qanunlarını pozmaqla İran dükanlar şəbəkəsində satışa mal çıxaran 50-dən çox dükan mövcuddur.Bu dükanların bəzilərinin ünvanları:Əsas topdansatış dükanları,Sədərək ticarət mərkəzi,”Lukoyl”YDM-nin yanı(topdan satış),Dərnəgüldə “Elit “TM-nin yaxınlığı(çoxlu sayda),. 1)Bakı şəh.Əsəd Əhmədov 28

2)Xırdalan.texnikumun yaxınlıği.Rahat bazar ilə üzbəüz 3)Maştağa qəs.Savalanın 2-ci girişi 4)Ümid qəs.Laçın məktəbinin qarşısı 5)Neftçala şəh.H.Əliyev pros.Təzə bazar 6)Sahil qəsəbəsi 7)Ballı marketin yaxınlığı050-791-11-12 8)Sumqayıt şəh.2-ci mikr.Rossiya klubunun yanı.777 mağaza 9)Bakı şəh.Sarayevo küç7 10)Binəqədi ray.Xocasən yolu.Netto klubun yanı 11)Gəncə küç.Fujifilmin yanı 12)Əhmədli metrosu çıxışı.Ukrayna dairəsi tərəf 13)Xətai metrosunun arxası.N.Əliyev küç.17 14)Bakı şəh.Fatmayı 15)Hövsan qəs. 16)8 km bazarı.Halal market17)Şirvan şəh.Elite bazarının həyəti18)A.Şərifzadə küç.19519)Dərnəgül qəs.Şır-şır restoranının yanı 20)Xırdalan şəh.Təzə bazarın girişi ilə üzbəüz 21)Nizami metrosunun yanı.Z.Əhmədbəyov küç. 22)Buzovna qəs.Köhnə Polis şöbəsinin yanı 23)Əhmədli metrosu.Məhəmməd Hadi 41 və.s.

 

AİİB bu məsələni ictımailəşdirməklə bərabər, , Qida Təhlükəsizliyi Agentliyinə, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Dövlət Gömrük komitəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsminə  müraciətlər göndərmişdir.  Dövlətimizin qanunlarına əməl olunmasında hər bir istehlakcını fəal olmağa cağırırıq və dövlət qurumlarında nəticələr gözləyirik.

AİİB-in sədri:                       Eyyub Hüseynov 

 

 

daha ətraflı...
Press reliz
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə “Azad İstehlakçılar” İctimai Birliyi(AİİB) “Istehlakçılara parça bazar torbalarının paylanılması ilə ekologiyanın qorunmasına dəstək verilməsi” layihəsinin icrası üzrə fəaliyyyətini davam etdirir.
19 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, Alatava 2. ünvanda yerləşən “Araz 20 yanvar Superstore”- da istehlakçılara 150 ədəd parça materialdan tikilmiş bazar çantaları təmənnasız olaraq paylanıldı. Onlara həmçinin ekologiyanın qorunmasına,plastik taralardan imtinaya, qida təhlükəsizliyinə və ştrix koda dair məlumatlar da paylanıldı. İstehlakçılarda parça sumkalara böyük maraq oldu. Tədbirin sonunda çantaların paylanılmasına dair akt tərtib edildi. Eyni zamanda müəyyən istehlakçıların fotosu da çəkildi. Tədbirə dair press reliz hazırlanaraq KİV-lərə göndərildi. Tədbirimiz davam
daha ətraflı...

 

 

“Azad İstehlakçılar”

  İctimai Birliyi                                                                                                                   M: +99450 341 62 25                                       

17 avqust   2020-ci il.

 

Press reliz

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının  Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə “Azad İstehlakçılar” İctimai Birliyi (AİİB) “Istehlakçılara parça bazar torbalarının paylanılması ilə ekologiyanın qorunmasına dəstək verilməsi layihəsinin icrası üzrə fəaliyyyətini davam etdirir.

17 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu,  Səməd Vurğun küçəsi 60. ünvanda yerləşən “Bolmart” Supermarketdə istehlakçılara 150 ədəd parça materialdan tikilmiş bazar sumkaları təmənnasız olaraq paylanılmışdır. İstehlakçılara həmçinin qida təhlükəsizliyinə və ştrix koda dair məlumatlar da paylanılmışdır. İstehlakçılar böyük həvəslə həmin sumkaları götürürdülər. Tədbirin sonunda sumkaların paylanılmasına dair akt tərtib edildi. Eyni zamanda müəyyən istehlakçıların fotosu da çəkildi.Tədbirimiz davam edəcək.

daha ətraflı...
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır