|
|
|
Be |
Ça |
Ç |
Ca |
C |
Ş |
B |
| | | | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
|
|
|
|
|
|
|
Bu gün ziyarətçilər: (211) |
|
Dunen ziyarətçilər: (75) |
|
Bu gün səhifə baxışı: (343) |
|
Dünən səhifə baxışı: (130) |
|
|
|
Sual-cavab |
|
|
Sual yaz |
|
24.06.2020 |
Fexri Meherremli |
Sual: SalamMen kantak home dan 24 ayliq taksitle kondisioner almisnamHelem qurashdirilmayib cemi 3 gundur alindiqi.Nece getiriblerse elecede karobkasinda salafaninda durur hec karobkasinda bele ciziqi yoxdurAmma mehsulun xirda detallari ve pasportu yoxdur zeng edende mene dedilerki istalar qurashdirmaqa gelende getirecekler.Mene fiscal id olan kassa ceki vermediler dedilerki karantin olduqu ucun kassa cekini karantinnen sonra verilecek. Onun evezinde balaca odediyim nebleqi gosterilen cek verdiler.Indi men mueyyen sebeblere gore (3 gun kecmeyin) men hemin mehsulu tam shekilde geri qaytara bilerem.? |
Cavab: Malın parametrləri və.s xoşunuza gəlməzsə dəyişmək,mal olmasa qaytara bilərsiniz.Problem olsa ətraflı ərizə yazın mənə flaşkada gətirin kömək edim. |
|
|
|
|
22.06.2020 |
İlkin Muradov |
Sual: Salam. Mən Baku Electronicsdən aldığım üzqırxanı 3 həftə bunnan qabağ Sumqayıtdakı servisə vermişəm. 3 həftə keçməsinə baxmayaraq mənə heç bir məlumat verilmir. Zəng etdikdə dəfələrnən deyirlərki anbardadı anbardar telefonu açmır. Bununla bağlı nə edə bilərəm? |
Cavab: 1.Mənə ətraflı ərizə yz,imza qoy
2.195-2 telfonu ilə dövlət orqanına şikayət et
3.Təşkilatımızın Sumqayit nümayəndəsi İbrahimə Z et 0702644977 |
|
|
|
|
18.06.2020 |
Sahriyar Eldarli |
Sual: Salam. men iyun ayin 1 de tap.az vasitesi laqonda(tikinti aleti)satmisam.teze karopkasinda islenmeyib.ustunde yazilib.made in U.S.A. satdigim gunun seherisi satdigim adam zeng edibki men mali qaytarmaq isteyirem.burda cox yaza bilmirem uzun sohbetden sonra basimi agratmaq istemedim dedim yaxsi qaytar.bu adam dediki rayondayam 2-3 gune gelecem getirecem.dedim yaxsi.ustunnen 7-8 gun kecib gordum sed semir yoxdu.zeng eleyirem 2 defe telefonumu goturmedi 1 defede advoy verdi.mende daha yigmadim.puluda hemen gune qeder saxlamisdimki qaytaracam.sonra xercledim.iyun 18 mene zeng edib deyir gelirem qaytarmaga.mende dedim qayyatmiram.mene hede qorxu gelir sikayet edecem polisle filan.zehmet olmasa izah ede bilersiz.men mali qaytarmaliyam ya yox.evelceden tesekkur. |
Cavab: Mal işlənməyibsə,14 gün müddətində alıcının qaytarmaq hüququ var.Siz malı qaytarmaya bilərsiniz,lakin kassa çeki vermədiyiniz barədə vergilərə məlumat verərsə cərimə oluna bilərsiniz. |
|
|
|
|
17.06.2020 |
Aynure Muxtarova |
Sual: Salam,16.06.2020 tarixinde 28 Malldaki Quizz magazasindan paltar almisam, seheri gun qaytarmali oldum, ceki teqdim etdim , saticinin cavabi kassada pul yoxdur , magazasa ne vaxt al-ver oıar onda qaytararıq oldu, Yasadigim Ünvandan ora gedib gelmek cetindir mene, üstelik pula da ehtiyacım var.. Gedin basüa vaxt gelin eger pul olsa vererik, olmasa bir de gedib gelersiz ne derecede duzgundur,? Menim sikayetimi bu cur temin etmemeleri , baslarindan edib get gelersen demeleei duzgundurmu? Bele olan halda men hansi addimi atmaliyam? |
Cavab: Siz haqlısınız.Bizə ətraflə ərizə yazın gətirin,çalışaq həll edək. Və y 195-2 telefonu ilə dövlət orqanına z edin. |
|
|
|
|
11.06.2020 |
Evrika Vladimirovna |
Sual: Xeyat yoldasi menim cinayete meyillidir xal xazirda axtarisdadir. Bizi alip baska olke getmis. Men cinayet acila bilir. Lutfen cevaplayin |
Cavab: Sual bizə aid deyil.Biz alıcıların hüququnu qoruyuruq. Vəkilə Z edin.Habil 0503148188 |
|
|
|
|
31.05.2020 |
Mehemmed Zeynalli |
Sual: Salam men arendatrnan mawin almiwam bugun smsradardan qeydiyatdan kecmiwem gelibki mehdudiyet hebs var ama qayida yoxlatdirdim deyirler hecne yoxdu bawqa nece ede bilerem? |
Cavab: Sual bizə aid deyil,biz alıcıların hüququnu qoruyuruq. Məsləhətgir ki,DİN nazirə ərizə ilə müraciət edin. |
|
|
|
|
28.05.2020 |
Melek Babazade |
Sual: Salam men turk saytlarin birinden mal zakaz elemisem amma mali gondermirler bu halda pulumu bankadan geri ala bilerem? |
Cavab: Məsləhət: 195(2) telfonuna Z edin kömək etsinlər və ya bizə imzalı ətraflı ərizə yazın çalışaq kömək edək. |
|
|
|
|
27.05.2020 |
Selimova Nigar |
Sual: Salam men rysiyada yasayiram bakiya gelneden baki mehkemelerinin birine mektubla bosanma erizesi ile muraciet ede bilerem? Bakiya gelmeden bosana bilerem birterefli olaraq.heyat yoldasim razidir buna. |
Cavab: Sual bizə aid deyil,biz alıcı hüquqlarını qoruyuruq.Vəkilə z edin.Habil 0503148188 |
|
|
|
|
27.05.2020 |
Selimova Raya |
Sual: Refiaemin Heyat yoldasi firildaqciliqda suclanir ona bu yaxinlarda deyibler.zereceken sexs refiqemi ve erini sikayet edeceyini deyi onun gunahi varmi.onlar hazirda xaricde yasayir.yeni bu isi etdikden sonra ailesini goturub qacib.xanima her hansi bir suclama ola bilermi. |
Cavab: Sual bizə aid deyil.Vəkilə Z edin Habil 0503148188 |
|
|
|
|
23.05.2020 |
İlhame Aslanova |
Sual: Salam.Dunen de yazdim,cavab vermediniz.Men karqo shirketinden shikayet etmek isteyirem.Gonderilen krossovkanin biri 43,digeri 45 razmerdedir,zakaz ise 44 razmer olub.Yazirlar ki,bizlik deyil.Niye huquqlarimiz pozulur?Hara shikayet ede bilerem? |
Cavab: Cavab verildi. |
|
|
|
|
23.05.2020 |
İlhamə Aslanova |
Sual: Eger karqo şirketi sifarişimi sehv getirerse, men haraya şikayet ede bilerem? |
Cavab: İqtisad Nazirinə Şikayət et 195(2) |
|
|
|
|
20.05.2020 |
Fariz Abdullayev |
Sual: Salam...mene 190 manat mesaji gelib ama poct deyir pul bloklanib...ne ede bilerem..kartda gelib adima.....komeklik edinde mene.... |
Cavab: Sual bizə aid deyil.142 və ya 108 telfonuna z edin |
|
|
|
|
19.05.2020 |
Ceyhun Məmmədov |
Sual: Sual: Salam, mən Bravodan bir şokolad aldım, sonra geri qaytarmaq üçün mağazaya getdim. Çeki təqdim etdim, məndən ad soyad nömrəmi istədilər. Soruşdum ki nə üçün istəyirsiniz. Dedilər ki bizdə məhsulum qaytarılması şərtləri belədir. Dedim qaytardılar. Sizcə belə etmələri nə dərəcədə düzgündür ?Cavab verdiniz ki siz haqlısınız. Xahiş edirəm ki mənə ətraflı izah edəsiniz ki nədə haqlıyam. Cavabınız qaranlıq qaldı. |
Cavab: Malı dəyişmək və qytarmaq hüququnuz var və bu zaman adınızı deməyə bilərsiniz. |
|
|
|
|
14.05.2020 |
Ceyhun Məmmədov |
Sual: Salam, mən Bravodan bir şokolad aldım, sonra geri qaytarmaq üçün mağazaya getdim. Çeki təqdim etdim, məndən ad soyad nömrəmi istədilər. Soruşdum ki nə üçün istəyirsiniz. Dedilər ki bizdə məhsulum qaytarılması şərtləri belədir. Dedim qaytardılar. Sizcə belə etmələri nə dərəcədə düzgündür ? |
Cavab: Siz haqlısınız! |
|
|
|
|
12.05.2020 |
Sahin Abdullayev |
Sual: Salam hervaxtiniz xeyr mene 190m ala bilmeyeceyime gore imtina cavabi gelib ama sebeb kimi hecne gosterilmiyib bunun ucun ne ede bilerem adimda hecne yoxdu mesqulluq idaresine getdim sikayetlerimizi qebul etmirler. |
Cavab: Sual bizə aid deyil,biz alıcıların hüququnu qoruturuq.142 və ya 108 z edin |
|
|
|
|
11.05.2020 |
Mənsur Cavadov |
Sual: Salam yazib sizden xahis edirem menim yoldasim yer xestesidir Med Flora firmasina agrisi kesici muailcevi maz zaqqaz edib 47m deyerinde onun evezine maraqlnmisik ucuz ve vaxti iki ay kecmis maz gonderibler indi de nomresi atib bloka cavablandırlmır ozumde imkansiz xahis edrem bize komeklik edin pulumuz geri qaytarılsın Allah komeyin olsun |
Cavab: Cavab verilib Sizə |
|
|
|
|
10.05.2020 |
Mənsur Cavadov |
Sual: Salam onceden Allah komeyin olsun menim yoldasim firmada 10 gun olar agri kesici muailcevi maz zaqaz edib 47m qiymetinde getrib evezine ucuz bir vaxti iki ay kecmis maz gonderib şikayet etmeye haqqimiz var ve hara nece edek xahiş edirem cavab vererdiz |
Cavab: 195(2) telfonu ilə dövlət orqanına şikayət edin |
|
|
|
|
08.05.2020 |
Şöhrət Memmedov |
Sual: Salam men Qlobus travel tur şirketinden tura getmek üçün 630 azn ödeniş etmişdim lakin koronavirusla elaqeli olaraq onlar terefinden tur leğv olundu ve mart ayının 15 den ödeniş geri qaytarırlar men ne ede bilerem? Şikayet üçün nece edim? |
Cavab: 195(2) telfonuna Z edin dövlət orqanına şikayət edin |
|
|
|
|
07.05.2020 |
Naib Heyderov |
Sual: Salam mene iwsizlikle bagli qeydiyatdan kecdim mesaj geldki arvadvzn veya ervzn adna ikden cox masn var men subayam admda hecvaxd masn olmyub hecyerdede iwlemrem sizden xaiw edrem mene komeklik gosdere bilersiz ne edim |
Cavab: Ya ərizə ilə DİN-ə müraciət edin ya da vəkildən məsləhət al Habil 0503148188 |
|
|
|
|
06.05.2020 |
Togrul aliyev |
Sual: salam Men kontakt home magazasinnan kredite telefon almisam,5 ay isletdikden sonra telefonun oz-ozune Platasi yandi.Zemanet talonum var,amma zemanet talonunda yalniz temiri yazilib.Bu ne derecede duzgundur?,telefonumu yenisi ile evez etmek huququm var?.Cunki telefon zavod Defektli gelmis telefon hesab olunur,ve kontakt home resmi distributeri bunu zavoda gondermeli ve yenisi ile evez etmelidirler.Sualima etrafli cavab versez sevinerem onceden tesskkurler. |
Cavab: Qanunveriçiliyə görə 14 gün müddətində dəyişə bilərdiniz.Ümumiyyətlə Kontakt-Hom dan şikayət həddən artıqdı və istehlakçıya doğru addım atmırlar.195(2) z edin şikayətinizi bildirin. |
|
|
|
|
04.05.2020 |
Fatimə İbrahimova |
Sual: Salam,hər vaxtınız xeyir.Bizim Bakıdakı evin sahibi deyir ki: "Qalmadığını ayların ,pulunu ödəyəcksiz yalnız bir ay ,may ayının yarı ödəyə bilərsiz.Evdən çıxırsınızsa bu dəqiqə gəlin əşyalarınızı yığın vəaprel,may ödənişini edin." Hər iki halda ödəniş tələb. Sualım budur:Bu vəziyyət bizdən asılı deyil,çıxsam belə yollar bağlı.Ev yiyəsinin etdiyi qanuna uyğundur mu. Karantinaya görə bizim ki tələbələr heç nəzərə alınmır mı ?Təşəkkür edirəm öncədən. |
Cavab: Sual bizə aid deyil,biz alıcı hüququnu qoruyuruq.Ev sahibi sizinlə yazılı müqavilə bağlamayıbsa Vergilər Naz-nə müraciət edin.195(2) |
|
|
|
|
01.05.2020 |
Gultakin Tagiyeva |
Sual: Salam. Adim Gultakin xanimdir. 28 yasim var. Ali tehsilliyem. Bakıda və xarici ölkədə çalışmışam. Ailədə tək övladam. Atam, Tağıyev Kamran Cabir öğlu 2010-cu ildə rəhmətə gedib.Anam, Mirzəliyeva Leyla Aydın qızı evdar xanımdır. Anamın səhhətində problem olduğu üçün Zərifə xanım Əliyeva adına Milli Oftalmologiya Mərkəzində mualicə alırdı. Hal-hazırda 3 qrup əlili olduğu uçün 110 manat pensiya alır.Ailədə tək övlad olduğum üçün bütün məsuliyyət mənim üzərimdədir. Mənim səhhətimdə bəzi problemlər olduğu üçün maddi cəhətdən çətinliklər olur. Mən işsiz kimi birdəfəlik ödəmə üçün aprel ayının 9-u müraciət etmişəm. Aprel ayının 22 -i mənə cavab gəldi ki, mülki-hüquqi xarakterli müqavilə ilə işlədiyim üçün Məşqulluq Qanununa əsasan mən işsiz kimi qeydiyyata alınmaqda imtina edildi. Xırdalan şəhəri, Kristal Abşeron 2 yaşayış kompleksindən bir neçə il bundan öncə mənzil almışam. Hər ay 126 manat ödəniş edirəm. Bir neçə ay çalışmıram.Sualim ondan ibaretdir ki, issiz kimi mana 190 manat odeme teyin olmalidir,cunki bir neca aydir ki, calismiram. Tesekkur edirem. |
Cavab: Bağşlayın,sual bizə aid deyil,biz alıcı hüququnu qoruyuruq.Vəkil,Habil müəllimə z edin.(050)314 8188 və ya dövlət orqanına z edin 142,108 |
|
|
|
|
01.05.2020 |
Terlan Merdanov |
Sual: Mene sms gelib 190 m poçt vermir deyir adin bloklanib.adimda köhne maşin var 06 fikirleşirem ona göre verilmir?amma maşini adinda olanlar alib .qalmişam ne edim 142 zeng vururam zeng gedmir 190 zeng vuriram zeng gedmir.xaiş edirem mene kömeklik gösteresiz.men nece edimki 190 m alim sms gelib pulu poçtan alin amma ala bilmirem |
Cavab: Sizə cavab yazdım |
|
|
|
|
01.05.2020 |
Terlan Merdanov |
Sual: Salam baqişlayin narahat edirem mene sms gelib 190m ala bilersiz.poçta gedirem vermirler deyirler adin bloklanib.men nece edim ? |
Cavab: Sual bizə aid deyil,lakin 142və ya 108 telefona z edin |
|
|
|
|
29.04.2020 |
Eliyar Coşqunov |
Sual: Salam maşinanin davernusu aprel ayinin 2 de bitirdi ve uzerimize almax isteyirdik karantinaya duşudu qaldi sonra vaxti bitti karantin bitdikden sonra maşinani uzerimize almax olar |
Cavab: Sual bizə aid deyil.Vəkilə z edin Habil (050)3148188 |
|
|
|
|
29.04.2020 |
Cemale Qerayeva |
Sual: Salam meni 190manta gore narahat edirem menim yoldaşim işlemir korantine gore 2 korpem var özumde işdemirem yoldaşima esemes geldiki adinda iki maşin var ama yoxdu menede birdene maşin var oda satib coxdan bize atkaz geldi men hara müraycet edim |
Cavab: Sual bizə aid deyil,lakin 142 və 195(2),108 telfonu ilə dövlət orqanına müraciət edin |
|
|
|
|
26.04.2020 |
Feqan Selimzade |
Sual: Salam. Axsaminiz xeyir olsun. Melim size bele bir sualim var burdefelik 190 azn odenis ile bagli men sorgu gondermisdim. 14 gun muddetden soram sorguma cavab geldi ve mene Mesgulluq haqda qanunun 4.1.3 bendine esasen (mulkiyyetimde kend teserrufatli pay torpaq sahesi) olmasi bildirilerek mene odeme edilmekden imtina edilmisdir. Bununla men yasadigim Agdas rayonu uzre torpaq sobesine muraciet etdim ve mene mulkiyyetimle hec bir torpaq sahesinin olmadigi bildirildi. Indi.men bununla bagli hansi orqanlara muraciet etmeliyem. Xahis edirem.mene istiqamet verersiniz. Onceden tesekkurler |
Cavab: 108 telefonu yada 142 telfonu ilə z edin öyrənin |
|
|
|
|
26.04.2020 |
Taleh Meherremov |
Sual: Salam avtamabil satişi martin 27 den berpa edilecek.Maşin bazarlari aitdir,işliyecekmi? |
Cavab: Bağşlayın bizə mə\lum deyil |
|
|
|
|
23.04.2020 |
Aga Agayev |
Sual: Salam icaze sms I ola ola mene bugün cərimə yazıldı protokol tətbiq olundu. Hara muraciet etmeliyem, wikayetciyem, sms yolladim cavab geldi,evimden çıxdım qarşıdakı post məni saxladı baxdı smse dedi bizi görüb indi yollamisan sübut ede bilmədim. Vesiqemi aldı cerimeni yazdı bununla bağlı hara şikayət etmeliyem |
Cavab: Yalnız məhkəmə! |
|
|
|
|
14.04.2020 |
Nurlan Əhmədov |
Sual: Salam.Men 8.03.2020 telefon maqazinden telefon almisham.Yalniz evde yoxladiqda gordum qeydiyatdan keçmeyib.Bununla bagli zeng etdim dediler 14 gun erzinde qe.kececek.Sonra tezden zeng edende dediler 1 hefteye keçecek.Lakin sabax da axrinci gundu bununla bagli ne etmeliyem |
Cavab: 195(2) telfonu ilə dövlət orqanına z edin kömək etsinlər |
|
|
|
|
|
Sual yaz |
|
1
2
3
4
5
6
7
8 9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
|
|
|
|
Əmtəə bazarında sağlamlıq üçün təhlükəli qənd satılır, AQTA-nin apardığı işlər davamlı deyil, epizodikdir!
Bu barədə “Azad İstehlakçılar” İctimayi Birliyi (AİİB) 2019-cu ildə araşdırma apararaq cəmiyyətə ətrafli məlumat vermiş,bütün müvafiq Dövlət qurumlarına,o cümlədən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə(AQTA) rəsmi müraciətlər etmiş,Respublika Prokurorluğu,Dövlət Gömrük komitəsi və digər qurumlar tərəfindən müvafiq tədbirlər görülmüş,”kəllə qənd”istehsalı zamanı qəndin ağardılmasında mənşəyi məlum olmayan kimyəvi maddələrdən istifadə etdiyinə görə bir sira qənnadı məmulatlarının istehsali müəssiələrində reydlər kecirilmiş,qanun pozuntuları aşkar edilərək cavabdeh şəxslər həbs olunmuşdur.Eyni zamanda qəndin ağardılmasında istifadə olunan kimyəvi maddəni ölkəyə idxal edən şəxslər cinayət məsuliyyətinə alinmışlar! Bu işlər 2019-cu ildə olmuşdur.
Bəs hazırda vəziyyət necədir?!
Belə ki, AİİB istehlakçılardan daxil olan məlumatlar əsasında bazardakı vəziyyətə nəzər yetirmiş, bir “Kəllə qənd”nümunəsinin akkreditasiya olunmuş laboratoriyada ekspertizasının nəticələrini əldə edərək, insan sağlamlığı üçün təhlükə törədən qəndlərin bazarda geniş şəbəkə ilə satıldığını müəyyən etmişdir.
AİİB tərəfindən aparılmış araşdırmanı bir daha xatırlasaq, məlum olur ki, hazırda da şəkər tozundan kəllə qənd hazırlamaq ücün, əksər kəllə qənd istehsalcıları daha ucuz olan kimyalaşma yolunu secirlər. Xatırladaq ki, şəkər tozundan bəyaz kəllə qənd əldə etmək ücün iki üsul mövcuddur:
1) Şəkər tozu qaynadılır, bişirilir, alınan məhlul qaynatma zamanı sarı rəngə boyandığından, bu məhluldan bəyaz kəllə qənd almaq üçün məhlul bərkiyəndən sonra sarı rəngli kəllə qənd kütlələri, çox böyük firlanma sürətinə malik olan və yüksək məsrəflərlə başa gələn “Sentrafuqa”qurğusuna yerləşdirilir, burda yüksək mərkəzdənqaçma təcilinə məruz qalan kütlələrdən sarı maddə ayrılır və mexaniki yolla tam bəyaz “kəllə qənd” əldə olunur.
2) Qaynadıldıqda sarı rəngə boyanmış şəkər tozu məhluluna kimyəvi maddə-Kükürd dioksid (SO2) əlavə edilr, sarı rəngli məhlul bəyaz rəng alır! Bundan sonra məhlul qəlblərə yerləşdirilib soyudulur və gözlə sarılığı cətinliklə ayird edilə bilən ”bəyaz” kəllə qənd əldə edilir.
SO2 kimyəvi maddəsindən əsasən sənayedə parca ağartma, dəri aşılama, xalca yuma kimi sahələrdə istifadə olunur.
Qeyd edək ki, bütün dünyada gəlir əldə etmək, insan sağlamlığını arxa plana keçirtmə istəkləri, o yerə gətirib cıxarmışdır ki, hətta kimyəvi yolla kəllə qənd istehsalına, bəzi ölkələrdə standartlara da daxil etməklə haqq qazandırmışlar. Məsələn MDB məkanında mövcud olan ГОСТ 33222-2015 standartlarında 1 kq bəyaz kəllə qənddə maximum 15 milli qram kükürd dioksidın ola bilməsi nəzərdə tutulmuşdur (bundan öncə bu sahədə qüvvədə olan ГОСТ 22-94 və ГОСТ 31361-2008 standartlarında isə ümumiyyətlə bu maddənin istifadə edilməsinə icazə verilmir). Ölkəmizdə Tayqa Ticarət”müəssıəsi tərəfindən istehsal olunan və əmtəə bazarında satılan “Dad1” kəllə qənd məmulatının tərkibində laboratorioya tədqiqatı 1 kq məhsulda 70,2 mq kükürd dioksid olduğunu göstərmişdir! Yəni təhlükə normasından 4,6 dəfə (500%-ə yaxın) cox!
AİİB-in araşdırmaları göstərir ki, ölkədə mövcud olan 20-yə qədər “Kəllə qənd” istehsalçısı bəyaz kəllə qənd əldə etmək ücün hazırda kimyəvi üsuldan istifadə edir və təhlükəli kimyəvi maddədən qəndi daha bəyaz etmək ücun bol-bol istifadə edirlər!
İstehlakçıların maraqlarını və sağlamlığını əsas tutan AİİB-birmənalı olaraq istehsalçılar tərəfindən kəllə qəndin ümumiyyətlə mexaniki yolla ağardılmasının həyata keçirilməsini istəyir! Ən pis halda isə ГОСТ 33222-2015 standartlarına əsaslanaraq kəllə qənd istehsal edən sahibkarların fəaliyyətinə dövlət tərəfindən ciddi nəzarət edilməsini və sözü gedən kimyəvi qatqının standartda göstərilən normadan əsla yuxarı keçməməklə istifadəsinə icazə verilməsini tələb edir.
O cümlədən, hansı kəllə qənd istehsalı müəssisəsində mexaniki yolla ağartma həyata keçirilmirsə bu müəssiələrdə mütləq vaxtaşırı yoxlamalar aparılmalı, istehsal nümunələrindən götürülüb laborator analizləri aparılmalı, təhlükəli maddələr aşkar olunarsa və ya qatqılarla bağlı normadan kənara çıxmalar müəyyən olunacaqsa, satışda və anbarlarda olan məhsullar qeri cağrılmalı, ictimaiyyətin gözü önündə və KİV-lərin iştiraki ilə məhv edilməlidir. Bu istək və tələblərlə AİİB, Qida Təhlükəsizliyi Agentliyinə, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Dövlət Gömrük komitəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi müraciətlər etmişdir.
AİİB-in sədri: E.Hüseynov
|
|
daha ətraflı... |
|
Ölkəmizdə malların etiket məlumatları tam yarıtmaz vəziyyətdədir,əsasən İrandan idxal olunan mallar!
İstehlakçı xüsusən ərzaq malları haqqında məlumatı birbaşa malın etiketindən alır!İstehlakcının beynəlxalq və yerli hüquqlarından biri də məhz mal haqqında milli dildə informasiya almaq hüququdur!
“Azad İstehlakçılar” İctimayi Birliyi(AİİB) uzun illərdir ki,ən müxtəlif Dövlət orqanlarına yazılı müraciətlər göndərərək bu məsələnin ,yəni vətəndaşlarımızin milli dildə məlumat alma hüququnun de-fakto olaraq taninması barədə tədbirlərin görülməsinə dair təkliflər versə də,bu məsələ həll olunmadan qalir!
Dövlət Dili Haqqında AR-nin qanununun maddəsi: 7.3. Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır
Istehlakcılarin Hüquqlarının Müdafiəsi Haqqında AR-nın Qanununun 13-cü maddəsi:
Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır.
Nazirlər Kabinetinin 94 saylı qərarı,maddə 5.8.” Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə edilmiş tərcümə ilə də müşayiət olunmalıdır”
Qeyd edək ki,malların milli dildə markalanması məsələsi dünyanın əksər ölkələrində ,hətta Azərbaycandan hər cəhətcə zəif olan Ermənistan və Gürcüstanda belə uzun illərdir ki,tam həyata keçirilsə də ölkəmizdə bu məsələ həll olunmadan qalır.Əlbəttə bu amil,qacaqmal üçün münbit bir şərait yaradır!
İlkin olaraq AİİB malların milli dildə markalanması məsələsini İran İslam Respublikasından idxal olunan ərzaq malları üzərində cəmləşdirməkdən başlamaq niyyətindədir. Cün ki,ən acınacaqlı hal məhz İrandan idxal edilən ərzaq mallarındadır!Əğər Dövlət qurumları qanunun yerinə yetirilməsinə dəstək versə digər çoxsaylı mal və xidmətlərə də keciləcəkdir.24 il ərzində AİİB, BMT-nin beynəlxalq uşaq təşkilatı UNİCEF-in köməyilə yalnəz körpə qidalarının milli dildəmarkalanmasına nail olmuşdur,bu cox azdır! AİİB-n ofisinə istehlakçılar tərəfindən etiraz müraciətləri ilə gətirilən İranda istehsal olunan ərzaq mallarının markalanmasına diqqət yetirdikdə Azərbaycan dilindən başqa digər dillərdə məlumat olduğu görünür,lakin ərzaq malları üçün çox mühüm göstərici olan,istehsal və son istifadə tarixlərinin fars əlifbası ilə yazıldiğını görürük!Şübhəsiz ki,bu istehsalcı tərəfindən bilərəkdən,şüurlu şəkildə edilir ki,malını “Ölməz etsin”,yəni vətəndaşlarımız yararlılıq vaxtı keçmiş malı da alıb istehlak etsinlər!Əlbəttə Azərbaycan istehlakçılarının belə sadəlövhlüklə aldanması səbəbsiz deyil.Əhali ölkəmizdə artıq 3 ildir fəaliyyət göstərən Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) və digər dövlət qurumlarının fəaliyyətinə inanır,düşünür ki,yararlılıq vaxtı keçmiş mal satıla bilməz!Əfsus ki,bu inam özünü doğrultmur və istehlakçıların İran ərzaq mallarından zəhərlənməsinə dair məlumatlar da mövcuddur. Bəzən bu mövzu ilə bağli neqativ halların qarşısını almağa cavabdeh olan dövlət qurumları əməkdaşlarının mediyada pafoslu cıxıçlarına da rast gəlirik,amma “3 müşketyor qanunu” daha uğurla işləyir-birimiz hamimiz ücün,hamımız birimiz üçün - yəni gömrük xeyir-dua verib ölkəyə buraxıbsa vəssalam!
İran ərzaq malları satışı şəbəkələrində ciddi monitoringlərin keçirilməsi,dövlətimizin qanunlarının pozulması ilə ölkəyə idxal olunmuş qeyd olunan nöqsanlı malların satış şəbəkələrindən geri çağrılıb,ictimaiyyətin gözü önündə kütləvi məhv edilməsi,gömrük komitəsində çalışan əməkdaşların diqqətinin bu məsələyə cəlb edilməsinə zərurət yaranmışdir.
Dövlətimizin qanunlarını pozmaqla İran dükanlar şəbəkəsində satışa mal çıxaran 50-dən çox dükan mövcuddur.Bu dükanların bəzilərinin ünvanları:Əsas topdansatış dükanları,Sədərək ticarət mərkəzi,”Lukoyl”YDM-nin yanı(topdan satış),Dərnəgüldə “Elit “TM-nin yaxınlığı(çoxlu sayda),. 1)Bakı şəh.Əsəd Əhmədov 28
2)Xırdalan.texnikumun yaxınlıği.Rahat bazar ilə üzbəüz 3)Maştağa qəs.Savalanın 2-ci girişi 4)Ümid qəs.Laçın məktəbinin qarşısı 5)Neftçala şəh.H.Əliyev pros.Təzə bazar 6)Sahil qəsəbəsi 7)Ballı marketin yaxınlığı050-791-11-12 8)Sumqayıt şəh.2-ci mikr.Rossiya klubunun yanı.777 mağaza 9)Bakı şəh.Sarayevo küç7 10)Binəqədi ray.Xocasən yolu.Netto klubun yanı 11)Gəncə küç.Fujifilmin yanı 12)Əhmədli metrosu çıxışı.Ukrayna dairəsi tərəf 13)Xətai metrosunun arxası.N.Əliyev küç.17 14)Bakı şəh.Fatmayı 15)Hövsan qəs. 16)8 km bazarı.Halal market17)Şirvan şəh.Elite bazarının həyəti18)A.Şərifzadə küç.19519)Dərnəgül qəs.Şır-şır restoranının yanı 20)Xırdalan şəh.Təzə bazarın girişi ilə üzbəüz 21)Nizami metrosunun yanı.Z.Əhmədbəyov küç. 22)Buzovna qəs.Köhnə Polis şöbəsinin yanı 23)Əhmədli metrosu.Məhəmməd Hadi 41 və.s.
AİİB bu məsələni ictımailəşdirməklə bərabər, , Qida Təhlükəsizliyi Agentliyinə, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Dövlət Gömrük komitəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsminə müraciətlər göndərmişdir. Dövlətimizin qanunlarına əməl olunmasında hər bir istehlakcını fəal olmağa cağırırıq və dövlət qurumlarında nəticələr gözləyirik.
AİİB-in sədri: Eyyub Hüseynov
|
|
daha ətraflı... |
|
Press reliz
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə “Azad İstehlakçılar” İctimai Birliyi(AİİB) “Istehlakçılara parça bazar torbalarının paylanılması ilə ekologiyanın qorunmasına dəstək verilməsi” layihəsinin icrası üzrə fəaliyyyətini davam etdirir.
19 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, Alatava 2. ünvanda yerləşən “Araz 20 yanvar Superstore”- da istehlakçılara 150 ədəd parça materialdan tikilmiş bazar çantaları təmənnasız olaraq paylanıldı. Onlara həmçinin ekologiyanın qorunmasına,plastik taralardan imtinaya, qida təhlükəsizliyinə və ştrix koda dair məlumatlar da paylanıldı. İstehlakçılarda parça sumkalara böyük maraq oldu. Tədbirin sonunda çantaların paylanılmasına dair akt tərtib edildi. Eyni zamanda müəyyən istehlakçıların fotosu da çəkildi. Tədbirə dair press reliz hazırlanaraq KİV-lərə göndərildi. Tədbirimiz davam |
|
daha ətraflı... |
|
“Azad İstehlakçılar”
İctimai Birliyi M: +99450 341 62 25
17 avqust 2020-ci il.
Press reliz
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə “Azad İstehlakçılar” İctimai Birliyi (AİİB) “Istehlakçılara parça bazar torbalarının paylanılması ilə ekologiyanın qorunmasına dəstək verilməsi” layihəsinin icrası üzrə fəaliyyyətini davam etdirir.
17 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 60. ünvanda yerləşən “Bolmart” Supermarketdə istehlakçılara 150 ədəd parça materialdan tikilmiş bazar sumkaları təmənnasız olaraq paylanılmışdır. İstehlakçılara həmçinin qida təhlükəsizliyinə və ştrix koda dair məlumatlar da paylanılmışdır. İstehlakçılar böyük həvəslə həmin sumkaları götürürdülər. Tədbirin sonunda sumkaların paylanılmasına dair akt tərtib edildi. Eyni zamanda müəyyən istehlakçıların fotosu da çəkildi.Tədbirimiz davam edəcək. |
|
daha ətraflı... |
|
|