İSTEHLAKÇI HÜQUQLARINA DAİR İNTERNET PORTAL
Ana səhifə Xəritə Əlaqə
X ə b ə r l ə r B l o k u
Fevral-2025
Be Ça Ç Ca C Ş B
Bu gün ziyarətçilər: (154)
Dunen ziyarətçilər: (181)
Bu gün səhifə baxışı: (185)
Dünən səhifə baxışı: (449)
Sual-cavab
Sual yaz
20.04.2021
Faxranda Tofiqzada
Sual: Salam,men bir kargo ile sifarish etmisem 3-4gun erzinde catdirmali olduqlari baglamalari artiq 4cu heftedir catdirmirlar,ve sorusanda nie bele mesuliyyetsiz ishleyirsiniz cavabi gedin mesuliyyetli kargo tapindir.men baglamalarimi ordan nece ala bilerem ve onlari hara sikayet ede bilerem
Cavab: 

 

Məsləhət:1)195-2:4981504/01  z et dövlət orqanına şıkayətini bildir və ya ,2) mənim adıma ətraflı ərizə yaz kompüterdə,imza qoy çalışım həll edim.

19.04.2021
ELCIN ELIYEV
Sual: SALAM MENE BIR DUKANDAN MAL ALDIM ORDAN CIXDIM BASQA MAGAZAYA GIRDIM BAXDIM KI EYNI MAL ORDA COX UCUZDUR. BUNU KIMESE SIKAYETMEK OLARMI?
Cavab: 

Qiyməti Dövlət tərəfindən tənzimlənməyən malı,isənilən şəxs istənilən qiymətə sata bilər.

17.04.2021
Gülşən İbadova
Sual: Salam, Noyabrda lüstr almışam, 2-3 həftəyə 2 patronu xarab oldu, bu yaxınlarda da 3-cü patronu. Dəyişdirmək və ya qaytarmaq hüququm var mı?
Cavab: 

 

Məsləhət:1)195-2:4981504/01  z et dövlət orqanına şıkayətini bildir və ya ,2) mənim adıma ətraflı ərizə yaz kompüterdə,imza qoy çalışım həll edim. Nəzərə alın ki 14 gün müddətində dəyişə və ya qaytara bilərsən,kassa çeki olmaq şərtilə.

12.04.2021
Erkin Karimli
Sual: Salam. 28 may da olan magazalardan birinde telefon almisam. Qarantiya talonu ile birlikde. Telefon problem cixim. Cox leng isleyir. donur isletmek mumkun deyil. Numune ucun hemin telefondan besqa tukandanda alinmim yaxi isleyir. ustayada gosterilib usta bildirib ki telefonun problemi var. Qarantiya ile hemin telefonu apariram magazaya, magaza deyir telefon isleyir hersey normaldi. halbu ki diger eyni model telefon ile yan bayan isledende gorunur ki problemlidir. Men bu halda ne ede bilerem? Magazadan hara sikayet ede bilerem? Zehmet olmasa komeklik gostererdiniz. Telefonun qiymeti 350 manatdir. Tesekkurler
Cavab: 

 

 

Məsləhət:1)195-2:4981504/01  z et dövlət orqanına şıkayətini bildir və ya ,2) mənim adıma ətraflı ərizə yaz kompüterdə,imza qoy çalışım həll edim.

12.04.2021
Qurbanwemal Hesenova
Sual: Alimintim 120m olub ama bir ildi 92m odetir .icracida iwime mesulyetsizdir.xahis edirem komek edin
Cavab: 

Biz bu işlərə baxmıriq,alıcı hüququnu qoryuruq.

09.04.2021
Mələk Nəbiyeva
Sual: Salam. Mən 07.04.2021-ci il tarixində online lasin sifariş etmişdim. Ölçümü onlara dedim, lakin onlar mənə başqa ölçü təklif etdilər, amma mən yenə də öz bildiyim ölçünü sifariş etdim. Həmin günü sifarişimi götürdüm, lakin ölçü uyğun olmadığı üçün dəyişdirmək istədim, amma indi dəyişmirlər. Almazdan əvvəl dəyişdirə biləcəyimi söyləmişdilər. Amma iki gündür whatsappdan yazıram, zəng edirəm cavab vermirlər. Adi zəng etmək olmur, ancaq whatsapp üzərindən danışırlar. Mən hüquqlarımı bilirəm, amma kimə, hara şikayət edəcəyimi bilmirəm. Onların əlaqə nömrələrini qeyd edirəm: 050-405-39-81
Cavab: 

 

Məsləhət:1)195-2:4981504/01  z et dövlət orqanına şıkayətini bildir və ya ,2) mənim adıma ətraflı ərizə yaz kompüterdə,imza qoy çalışım həll edim.

09.04.2021
Yasar Orucov
Sual: Salam bizim evin duz qabaqinda yemekxana acilib ickiden icib pian olurlar pencereleride aciq soyunc soyulur ve sesleri bizi cox narahat edir bununla baqli kime muraciet edim
Cavab: 

Bakı şəhər İcra hakimiyyətinə rəsmi ərizə ilə müraciət edin.

09.04.2021
İrana Sultanova
Sual: Salam, hörmətli Azad istehlakçı birliyi.2 aprel 2021-ci il tarixində mağazadan hədiyyəlik bir əşya aldım (gümüş sep,boyunbağ). Əşya bəyənilmədi və onu mağazaya geri qaytarmaq istədim. Amma mağaza qəbul etmədi, baxmayaraq ki 14 günlük müddət keçməyib, ödəniş qəbzi var və qablaşma pozulmayıb.Sizə olan sualım: Mağaza bunu geri götürməlidirmi? Geri götürməli deyilsə, bunu hansı qanuna əsasən edə bilər?09.04.2021.Öncədən təşəkkür edirəm.
Cavab: 

Nk-nin 114 saylı qərarına görə qiymətli metallar dəyişdirilməyən və qaytarılmayan mallar siyahısındadır.

05.04.2021
Ziya Məcid
Sual: Salam,08.03.2021-ci il tarixinə planlaşdirilan konsert üçün online sifarişlə aldiğim 2ədəd elektron bileti, konsertin tarixinin 8ay sonraya təyin olunmasi səbəbi ilə geri qaytarmaq istədim və zng vasitəsi ilə şirkətlə əlaqə saxladım. Ordan mənə istəyimin qeydə alındığını amma vəsaitin yalniz pandemiya şəraitindən sonra qaytarılacağını bildirdilər. Səbəb olaraq da texniki şöbənin pandemiya səbəbi ilə işləməməsini göstərdilər halbuki pandemiya şəraitində biletlerin satışı online və yerində davam etdirildi. Bilet satışı və call operatorların işləməsi amma biletlərin qaytarılması ilə bağlı olan işçilərin işləməməsi ağlımda hüquqlarımın pozulası ilə bağlı suallar doğrdu . Sizcə şirkətin buna hüququ varmi və ya mənim şirkətdən şikayət etmək hüququm. Öncədən təşəkkürlər.
Cavab: 

 

Məsləhət:1)195-2:4981504/01  z et dövlət orqanına şıkayətini bildir və ya ,2) mənim adıma ətraflı ərizə yaz kompüterdə,imza qoy çalışım həll edim.

04.04.2021
NoveltyDmvExperts reganjames818@gmail.com
Sual: Mən Octapustickets bu uşaqlar ilə dostlarınız və ailə təcrübələrini bölüşmək üçün buradayam . biz klonlaşdırılmış proqramlaşdırılmış kredit kartları istifadə və kredit reytinq artırılması hər hansı bir problem olmadan şəxsiyyət dəyişdirmək üçün idarə, çünki biz bu gün çox xoşbəxtik . istənilən bankomatda rahatlıqla çəkilən seçimimiz üzrə məbləğlərlə yüklənmiş kredit kartları da Bizi Ali dərəcəli saxta banknotlar ilə təmin edirdi . Bu gün biz heç mənim ailə üçün arzusunda olduğunuz həyat yaşayır, ilk biz bu octapustickets oğlan tapmaq qədər mümkün olduğunu düşündü və mən App Store nazil və onun ID (Octapustickets) onunla söhbət ki, me Seçici App haqqında söhbət deyil və o, mənim həyat, fikir və hər şeyi görmək üçün yol dəyişdi . Bu gün bir çox illər əvvəl xəyal etdiyim milyonlarla hərəkət edirəm .. Wickr Me : octapustickets E-MAİL: pompanopapers1@protonmail.comWhatsapp: +1408-872-5899TELEQRAM : @OCTAPUSTİCKETSZiyarət: https:noveltydmvexperts.comblank-credit-card-template-buy-credit-card-online-prepaid-buy-credit-card-information
Cavab: 

Rica edirəm RƏDD OLUN!

31.03.2021
Anar Huseynov
Sual: salam. Kapital bank vasitısi ilı Bir Kart taksit kartini bir öncə əldə etdim və mənə bankdan birdilər ki. kartdan bir il ərzində istifadı olunmasa ilin sonunda 35 manat hesabdan cıxılacaq. Bir il ərzində İrshad Telekomdan soyuducu Kontakt home maqasasindan 1 ədəd mobil telefon və ip TV VƏ USHAQ QEYİM DUKANİNAN PALTARLAR ALMISHAM indide menen 35 azn cixilar ki sen alaish verish etmemisen. Nezere alsaq ki bir ildir ki Azerbaycanda podemi hokum surur ve hec bir maqaza dukan demek olar ki ishlemir men nece alish verish ede biler .Sizden xahish edirem ki mene meslehet verin ne etmek olar
Cavab: 

 

Məsləhət:1)195-2:4981504/01  z et dövlət orqanına şıkayətini bildir və ya ,2) mənim adıma ətraflı ərizə yaz kompüterdə,imza qoy çalışım həll edim.

31.03.2021
Daniel Jerry LEE
Sual: Programme ATM cardDo you know that you can withdraw cash from any ATM machine !!!We have specially programmed ATM cards that can be used to raise cash in ATMs push, shopsbusinesses. We sell these cards to all our customersinterested buyers worldwide, the cards have a daily withdrawal limit of 5000 at ATMup to 100,000 spending limit in the stores.We also offer the following services:1) Western TRANSFERS2) BANKSLOGINS3) BANK TRANSFERS4) CRYPTOCURRENCY MINING5) PURCHASE OF GIFT CARDS6) SUBMISSION OF ACS7) WALMART TRANSFERS8) BITCOIN INVESTMENTS9) REMOVAL OF NAME FROM DEBIT RECORDCRIMINAL RECORDING10) BANKHACKINGBecoming wealthyliving the lifestyle of the richfamous is the dream of many.while most people go to work look fother ethical methods to make money online.The empty ATM withdraws money from any ATM machinesthere is no name fit because it is empty, just your PIN will be on it, it is not traceable. in the world.Contact: Daniel Jerry LEEEmail: lee.jerry5555@gmail.com+3197005033695ICQ757580619
Cavab: 
30.03.2021
Orkhan Jafarov
Sual: Salam. Son iki gündə "1 nömrəli çorək zavodunun" və "Çörəkçi" zavodunun istehsal etdiyi 700 qramlıq çörəyin qiymərti supermarketlər (Araz, Rahat) 50 qəpikdən 55 qəpiyə qədər qaldırıblar. Lakin çörəyin qiymət artımı dövlət tərəfindən nəzərdə tutulmayıbdır. Bununla əlaqədar hansı quruma şikayət bildirmək olar.
Cavab: 

Çörəyin qiyməti dövlət tərəfindən tənzimlənmir,sərbəsdir! 195-2 telfonu ilə İqtisad Nazirliyinə müraciət edə bilərsiniz.

27.03.2021
Marmar Humbatova
Sual: Salam.mən Jetto kargo vasitəsi ilə Türkiyədnmaye məhsullari sifariş etmişəm.sifariş edən zaaman qiymətlərlə tanış olmusam.750qr -1 kq aralıqında sifarişlərin daşınma haqqı 7.50 iyazılıb.bu şəkildə (750qr-1kq 7.50)Sayta daxil oldum saytda qiymətlərə baxdimki 1kq-5kq arası daşınma xərci 3.90,5kq-100kq arası 3.49 qeyd edilib.ona uygunda mən 8 kq və 3.5 kq çəkidə 2 baglama sifariş etmişəm.saytda da qiymətlər 3.90 və 3.49 La hesabıanmış şəkildə yazılıb.ancaq bu agilli kargo şirkəti məndən hər kq üçün 7.50 ödəməyimi tələb edir.özdə məhsulu görməmiş.icində məhsul sınıq ya itib baxmamış məndən ödənişini etməsən məhsullari sənə Gəncəyə göndərməyəcəyik.və tələb edirlər ki ödənişi karta ödəyim sonra məhsullari sizə göndərəcəyik deyirlər.saytda göstərilən qiymətdən 3 dəfə cox pul tələb edirlər.mən bu məsələdə haqımı tələb edirəm,və onlara o qədər pul ödəmək fikrim yoxdir.müşdriləri aldadıb saytda uciz qiymət yazir,məhsul gələndən sonra o qiymətin 23 qatını tələb edirlər.hara şikayet edisen et deyirler.məhsulunu dediyimiz məbləği ödəməsən Gəncəyə göndərməyəcəyik deyərək hələ şantaj edirlər.bunun ücün hara müraciət edim,şikayətimi haraya bildirim? Xaiş edirəm mənə köməklik edin
Cavab: 

Məsləhət:1)195-2:4981504/01  z et dövlət orqanına şıkayətini bildir və ya ,2) mənim adıma ətraflı ərizə yaz kompüterdə,imza qoy çalışım həll edim.

25.03.2021
Kemale Memmedova
Sual: Salam.men kantakt home telefo almisam telefon 1 ay pis isledikden sonra xarab oldu.servise apardi. 1 ci diaqnostika teyi men tereffen xarab olduqunu bildirdi.men razi olmadiqda bu reyle.2 ci defe telefonda oz.qusuru olduqunu deyisdire bileceyimi dediler.amma bu 2 ci telefondu prablemli.1 defede islenmis telefon satmisdilar.ona gote yenisini yox qaytarmaq istediyimi dedim.kreditle alinib.20 azn odenis etmisem.indide menden 64 man teleb edirler xarab telefonlarina gore.bu nece olmalidir?
Cavab: 

Məsləhət:1)195-2:4981504/01  z et dövlət orqanına şıkayətini bildir və ya ,2) mənim adıma ətraflı ərizə yaz kompüterdə,imza qoy çalışım həll edim.

24.03.2021
MARY MASON
Sual: Sky Wealth kredit firması,% 0f 3 faizlə kredit veririk.Yaxşı günlər cənab mən am.Biz özəl bir şirkətik və kreditin miqdarını təyin edərkən aşağı faizli kreditlər təqdim edirik, işin inkişafı üçün 1.000 Avroluq kreditin 100 milyon kredit şərtləri arasında: kənar işin genişləndirilməsi üçün rəqabət.(Whatsapp nömrəsi: +79652625435)Biz müxtəlif kredit təklif edirik* Şəxsi kreditlər (təminatlı və təminatsız)* İş kreditləri (təminatlı və təminatsız)* Konsolidasiya kreditiƏvvəlcədən ödəniş yoxdurBu elanı oxumaq üçün vaxt ayırdığınız üçün sizə təşəkkür edirik, daha çox məlumat və sorğu üçün bu gün bizə elektron poçt göndərinskywealthloanfirm@gmail.comskywealthloanfirm@gmail.comskywealthloanfirm@gmail.comŞirkət veb saytından da bizə müraciət edə bilərsiniz: http:skywealthloanfirm.wixsite.comwebworldXanım Mary Mason.
Cavab: 

Bizə pul lazım deyil!!! Belə məktub yazmayın!!!

20.03.2021
Riad efendiyev
Sual: Salam. Solitonda playstation 5 almag istiyirdim ve onlarda instagram sosial sebekesinde qoyulan postda yazilmiwdi ki martin 4unen etibaren ala bilersiz. Ve orgendiyime gore yari giymetini oduyub, oz adiva rezerv elemek olardi. Ve men fevralin 15i solitona gedib, pulun yarisini oduyub, rezerv eledim. Ve soruwdum ki hacan gelib goture bilerem, mene deyilen “Martin 4u ve yaxud 5i biz size zeng edeciyik, gelib goture bilersiz. Martin 4u mal gomrukde iliwdi, lakin mene bu xeber bawga sexs deyir, solitonnan bir xeberde yoxdu. Zeng eliyib aydinlawdirannan sonra, solitonda bu informasiyani tesdiq edib. Martin 11i zeng eliyib soruwanda ki playstation 5 hacan gelecek gomrukden, mene deyilir ki sabah gelecek, amma mehdud sayda olduguna gore, siyahida kim birinci pulu oduyub ona verilecek. Mennen pul alanda deyilmiyib ki mehdud sayda gelecek ve siyahi olacag. Ve elede oldu, men geldim yoxdu mal, deyiller gozduyun. Ve dedikleri odu ki sirket sehv deyib. Dedikleri ancaq sebrli olun, martin axriycun gelmelidi. Hec bir deqiq vaxt deyilmedi ve dedikler ancaq sebrli olun. Bu gun , martin 20si, bayram gunu zeng edib deyiller ki, gelin puluvuzu goturun. Magazaya gedib soruwanda ki biz axi bele daniwmamiwig, dedikler odu ki “yallannan pul saxlamagin menasi yoxdu, bilmirik hacan gelecek”. Men hara sikayet ede bilerem ki meni aldadiblar ve malin tez getirilmesinde hec bir addim atilmamishdir. Xidmet- 0. Mene hec kim zeng elemirdi ki bir melumat versinler. Her addim menim terefimden olurdu. Pulu bu gun goturdum cunki orda saxlamagin menasi yox idi. Men hara sikayet ede bilerem, ve sikayetim baxilacagmi? Isteyim ancag mene ne geder mumkunduse playstation 5i getirsinler ve hansi giymete daniwilmiwdisa o giymete almagdi. Cox sag olun.
Cavab: 

Məsləhət:1)195-2:4981504/01  z et dövlət orqanına şıkayətini bildir və ya ,2) mənim adıma ətraflı ərizə yaz kompüterdə,imza qoy çalışım həll edim.

15.03.2021
Ramin Hemidov
Sual: Salam, Dr.gusto firmasinin mehsullarini hansi shirket Azerbaycana getirir? Yeni topdan satishla hardan almaq olar?
Cavab: 

Bağşlayın,biz alıcı hüququnu qoruyuruq,bizdə belə məlumat olmur.

12.03.2021
Pərvanə Kazımova
Sual: Salam. Biz fotoapparat üçün obyektiv almışıq. Satıcını internet elanından tapmışıq. Obyektivin işləməsini, necə foto çəkməsini fotoqraf yoxladı, müsbət rəy verdi, biz də 630 nəqd ödəniş edib aldıq. Qeyd edim ki, qızıma almışıq, qızım yeni öyrənir fotoqraf işini. Obyektivdən yalnız kursa gedəndə istifadə edib və onunla çox səliqə ilə davranıb. Obyektivi alandan qısa müddət keçməsinə baxmayaraq (təxminən 1 ay), artıq problemlər yaranıb. Ustaya apardıq dedi ki, indi təmir olunmalıdır, əgər təmir olunmasa, sonra təmiri üçün 200-300 manat tələb olunacaq. Çox güman ki, satan adam onun bu qüsurunu bilib, satıb canını qurtarıb. Satan adama vəziyyəti dedik. O isə "mənlik deyil" deyərək, pulu qaytarmaqdan imtina edir. Mən tam əminiklə deyirəm ki, qızım obyektivlə çox ehtiyatla davranıb və bu cihaz heç bir zərbə, yaxud digər hərəkətlərə məruz qalmayıb. Mən istəmirəm qanqaraçılıq, dava-dalaş olsun. Xahiş edirəm bir məsləhət verin. Çox sağ olun.
Cavab: 

 

Məsləhət:1)195-2:4981504/01  z et dövlət orqanına şıkayətini bildir və ya ,2) mənim adıma ətraflı ərizə yaz kompüterdə,imza qoy çalışım həll edim.

04.03.2021
Mabuba Mammadova
Sual: Salam mən Məhbubə Məmmədova expargo kargo sirketine getirmesi ucun trendyoldan Məhsul sifaris etmisdim fevralin 2 sinden mehsulu sisteme vurmurlar ve mene duzgun melumat vermirler defelerler zeng etmeyime ve ya muracietler etmeyime baxmayaraq (mehsulun faktura dasinma senedleri hamisina gondermisem) ve men 1aydir gozleyirem ve ne qeder gozleyecem ve ya niye gozlemeliyem bilmirem.sirket menim basqa mehsulumu 1 gun turkiyede artiq saxladigi ucun 1 dollar elave odednis almisdir indi ise meni 31 gundur gozleyirem.Mehsulu cox boyuk ehtimal itiriblər mehsulun odenisi isteyirem onada bir cavab veren yoxdur.men Bu Expargodan hara sikayet edim mənim məhsulum ən azından ödənişini ala bilim.Öncədən təşəkkürlər
Cavab: 

Məsləhət:1)195-2:4981504/01  z et dövlət orqanına şıkayətini bildir və ya ,2) mənim adıma ətraflı ərizə yaz kompüterdə,imza qoy çalışım həll edim.

02.03.2021
Ziya Naghiyev
Sual: Nəzərinizə çatdırıram ki, Turxan Nağızadə tərəfindən (müştəri kodu D361903) "mənim üçün sifariş et" vasitəsi ilə sifariş verilmiş "Qcy t7" model qulaqcıq 25 yanvar 2021-ci il tarixində Dynamic Express şirkətinin 28 May ms, Dilarə Əliyeva 235, Dəmir yolu vağzalı, 2-ci mərtəbədə yerləşən ofisindən alınmışdır. Qulaqcığın sağ tərəfinin səsinin zəif çıxması səbəbindən 27 Yanvar tarixində Messenger vasitəsi ilə şirkətin əməkdaşlarına qüsur barədə müraciət edilmişdir. Elə həmin gün şirkətin əməkdaşlarının təlimatına əsasən məhsul geri qaytarılmışdır. Məhsulu bizdən təhvil alınanda əməkdaşlar tərəfindən qulaqçığın qüsuru yoxlanılmış və sonra təhvil götürülmüşdür. Bizə bildirildi ki, şirkət tərəfindən iadə kodu alınıb məhsul yenisi ilə dəyişdiriləcək və bu barədə 2 gün içində bizə məlumat veriləcəkdir. Ancaq heç kim zəng etmədi. Bizə məlumat verilmədiyi üçün 9 fevral tarixində yenidən ofisə yaxınlaşdım. Məlum oldu ki, əməkdaşlar qulaqcıq üçün iadə kodu almağı unutmuş və onu iadə olunan məhsulların siyahısına daxil etməmişlər. Anlayış göstərərək bu məsələnin gec də olsa həll olunmasını xahiş etdim. İçəridən gətirdikləri qulaqcığı kağıza bükərək mobil nömrəmizi və müştəri kodunu kağızın üzərinıə yazıb, bu məsələnin həll olunacağını bizə dedilər. Bir daha bizə bildirildi ki, 1-2 gün ərzində bizə məlumat veriləcəkdir. Amma yenə də məlumat verilmədi. 22 fevral tarixində üçüncü dəfə ofisə yaxınlaşdım. Xanım əməkdaşa müraciət etdim. O, telefonla əlaqə saxladıqdan sonra lk öncə bizə dedi ki, Türkiyə tərəfi avadanlığın istifadə olunduğu səbəbindən məhsulu iadə etmir. Mən isə öz növbəsində qeyd etdim ki, elektron avadanlığın işləyib işləməməsi yanlız istifadə olunduqdan sonra müəyyən edilir. "Bu günə qədər istifadə etmədən, məsafədən hansı elektron avadanlıq test edilib?" sualına cavab ala bilmədim. Bir neçə dəqiqədən sonra xanım əmədaş telefonla danışdıqdan sonra mənə bildirdi ki, iadə müddəti bitdiyi üçün Türkiyə tərəfi məhsulu dəyişmir. Mən isə bildirdim ki, iadə müddətinin gecikməsi sizin əməkdaşların ucbatından baş vermişdir. Sonra mənə Türkiyə tərəfi ilə bir daha danışacaqları deyildi və 1-2 günə əlaqə saxlayacaqlarını bildirsələr də, heç kim əlaqə saxlamadı, özüm zəng etmək məcburiyyətində qaldım. Açıq aydın görsənir ki, xanım əməkdaşın bizə dediyi müxtəlif səbəblər Türkiyə tərəfinin deyil, içəridə oturan bəzi əməkdaşların uydurduğu bəhanələrdir. Bundan əlavə, ilk gündən əməkdaşlardan satıcı mağazanın adını və ünvanını soruşsamsa da, mənə bu barədə məlumat verə bilməyəcəklərini demişlər. Halbu ki, mən də öz vasitələrimlə satıcı mağaza ilə əlaqə yaradıb, məsələnin həll olunmasına dəstək ola bilərdim. Sonuncu dəfə, 1 mart 2021-ci il tarixdə qulaqcığın dəyişdirə bilməyəcəklərini mənə dedilər. Ancaq faktiki olaraq lk mərhələdə dəyişdirmək mümkün idi. İadə müddəti 15 gündür, Dynamic Express şirkətinin əməkdaşlarının səhlənkarlığı ucbatından bu müddət ötürülmüşdür.Xahiş edirəm bu məsələnin həll yollarını tapmaqda mənə köməklik göstərəsiniz.Hörmətlə Ziya Nağıyev
Cavab: 

Məsləhət: Ya 195-2;4981504;4981501  telefonları ılə dövlət orqanına müraciət edin VƏ YA mənim adıma ətraflı əriszə yaz imza qoy  göndər eyub@consumer.baku.az  (yax şı olarki ə\rizəni flaşa yazıb ofisimizə gətirəsiniz,sizin iştirakınızla çalışıb danışıq yolu ilə həll edəm)

28.02.2021
Bayram Sirinov
Sual: Salam sizde Alpen Gold olur ve olursa elaqe nomresi verinde
Cavab: 

Bağşlayın elə əlaqələr bizdə olmur və biz alıcı hüquqlarını qoruyuruq.

27.02.2021
Ilham Abbasov
Sual: Salam,yerli provayder sirketlerin birinden istifade edirem.Indi men onlarin teklif etdiyi aparati(ip tuneri)deyismek isteyirem.Onlarin ise tarif plani artirdiqdan sonra bunu deyise bileceklerini soyleyirler.Bu mehsul barede melumat saytlarinda yerlesdiribler amma tarifle bagli hec bir sey qeyd etmeyibler.Sual istehlakci huququ pozulur?Men sikayet ede bileremmi cunki istehlakciya tarifle bagli hec bir melumat verilmeyib sadece agizdan agiza deyilir hec bir qayda resmi qoyulmayib hec bir yerde.Etirazimi bildirmisem ola biler ki nese saytda deyisiklik elesinler amma hal hazirda hec bir melumat yoxdu ve men saytin seklin cekib goturmusem
Cavab: 

Bəli Sizin məlumat almaq hüququnuz pozulub. 195-2 telfonu ilə dövlət orqanına şıkayət edə bilərsiniz.

26.02.2021
Elvin Cebrayilov
Sual: salam hervaxtiniz xeyir men airpods 2 almisam mal problemli cixmasada men nausniki qaytarmax isdeyirem deyiller gigiyenik mehsuldu qaytara bilmersiz duzdu? qaytarmax huququm yoxdu?
Cavab: 

Qaytarmaq  hüququnuz var.

19.02.2021
Fikret Sabanov
Sual: Salam.bize su filtri getirib quraşdiriblar. Seheri gun cox baha oldugu ucun geri qaytarmaq istediyimizi bildirdik. Bize geri qaytarsaq 600 azn cerime odemeli oldugumuzu bildirdiler. Biz cerime odemeliyikmi.bildiyime gore 14 gun muddetinde qaytarma huququmuz var. Zehmet olmazsa melumatlandirardiz.
Cavab: 

Qaytarmağa hüququnuz var. Mənim adıma ətraflı ərizə yazın kompüterdə imza qoyun çatdırın çalışım kömək edim.

14.02.2021
Loan Mr. Anthony
Sual: Hər hansı bir maddi yardıma ehtiyacınız var? Şəxsi kreditlər? Biznes kreditləri? İpoteka krediti? Şirkət kreditləri? Kənd təsərrüfatı və layihə maliyyələşdirilməsi? % 2 faizlə kredit veririk! Əlaqə: (atlantainfrafinn@gmail.com)WhatsApp Nömrəsi: +919148049099
Cavab: 

Bu xarakterli məktubla bizə təklif verməyin!

09.02.2021
Teymur Ismayılov
Sual: Salam.Men İrsadelectroniksden Samsunq xolodelnikini almışam. Xolodelnik 6 ay işleyenden sonra xarab olub mende xolodelnikin yenisi ile evez edilmesini teleb etmişem amma menim telebim yerine yetirilmir. Bu işde mene kömek etmeyinizi xahiş edirem.
Cavab: 

Buyurun ya  bu təşkilata ətraflı ərisə yazıb flaşda gətirin ofisimizə çalışıb danışıq yolu ilə həll edək.Və ya İqtisad nazirliyinə  z edib şikayətinizi bildirin

01.02.2021
Laman Muradova
Sual: Salam. Men bir magazadan sac ucun 160 manata keratin almisam, keratini magazanin mene gosterdiyi texnika ile sac ustasi saclarima qoydugu halda malin keyfiyyetsizliyi ucbatindan saclarim yanib. indi malin boyuk ekseriyyeti qablasdirmada qaldigi ucun onu magazaya qaytarib pulumun geri qaytarilmasini teleb etmek isteyirem lakin Istehlakcilarin huquqlarinin qorunmasi agentliyinden mene telesik bashdansovdu verilen cavaba gore kosmetika mallarini magazaya geri qaytarib pulumu geri teleb etmek qanunla mumkun deyil. Oyrenmek isteyirem ki mene verilen melumat ne derecede dogrudu?
Cavab: 

Verilən məlumat qanuna uyğundur,təəssüf!

28.01.2021
Terlan Baxsiyev
Sual: Salam, hormetli azad istehlakcilar birliyi. 20.01.21 tarixinde 45ci mehellede yerlesen Ordubad marketden usaq qidasi almisdim. Amma lazim olan qidani almamisdim deye qaytarmaq qerarina geldim. 24.01.21 tarixinde aldigim malin ceki ile qaytarmaga getdim. Lakin mene bu usaq qidasidi, bunu qaytara bilmerik, siz onu hansi seraitde saxlamisiniz bilmirik dediler. Halbuki malin saxlanma seraiti normal otaq temperaturundadir( 25C-ye kimi). Nece yardimci ola bilersiniz?
Cavab: 

Buyurun ya  bu təşkilata ətraflı ərisə yazıb flaşda gətirin ofisimizə çalışıb danışıq yolu ilə həll edək.Və ya İqtisad nazirliyinə  z edib şikayətinizi bildirin

28.01.2021
Ramil Abdullayev
Sual: Salam men starex kargo sirketinnen sikayetciyem, sifarisim uzerinde hec bir melumat olmadan mene verdiler ki, senindir, soruwanda ki, burda hec ad siyad yazilmayib, dediler bele de olur, amma bu yanlışdır,bu basqasinin da ila biker ve sifarisim tam olaraq tehvil verilmedi, odenis etdikde ise cek vermirlər istedikde ise deyirlər ki neyinse uzsrinde qol cekib verirler, zdhmey olmaza mene meslehet verin ve onlarin bu yanlış hereketinin basqalarina da zerer vermemesi ucun müəyyən tedbirler gormek lazimdir və
Cavab: 

Buyurun ya  bu təşkilata ətraflı ərisə yazıb flaşda gətirin ofisimizə çalışıb danışıq yolu ilə həll edək.Və ya İqtisad nazirliyinə  z edib şikayətinizi bildirin .

Sual yaz
 1    2    3    4    5   6    7    8    9    10    11    12    13    14    15    16    17    18    19    20    21    22    23    24    25    26    27    28    29    30    31    32    33    34    35    36    37    38    39    40    41    42    43    44    45  

Əmtəə bazarında sağlamlıq üçün təhlükəli qənd satılır, AQTA-nin apardığı işlər davamlı deyil, epizodikdir!

 

Bu barədə “Azad İstehlakçılar” İctimayi Birliyi (AİİB) 2019-cu ildə  araşdırma apararaq cəmiyyətə ətrafli məlumat vermiş,bütün müvafiq Dövlət qurumlarına,o cümlədən  Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə(AQTA) rəsmi müraciətlər etmiş,Respublika Prokurorluğu,Dövlət Gömrük komitəsi və digər qurumlar tərəfindən müvafiq tədbirlər görülmüş,”kəllə qənd”istehsalı zamanı qəndin ağardılmasında mənşəyi məlum olmayan kimyəvi maddələrdən istifadə etdiyinə görə bir sira qənnadı məmulatlarının istehsali müəssiələrində  reydlər kecirilmiş,qanun pozuntuları aşkar edilərək cavabdeh şəxslər həbs olunmuşdur.Eyni zamanda qəndin ağardılmasında istifadə olunan kimyəvi maddəni  ölkəyə idxal edən şəxslər cinayət məsuliyyətinə alinmışlar! Bu işlər 2019-cu ildə olmuşdur.

Bəs hazırda vəziyyət necədir?!

Belə ki, AİİB istehlakçılardan daxil olan məlumatlar əsasında bazardakı vəziyyətə nəzər yetirmiş, bir  “Kəllə qənd”nümunəsinin akkreditasiya olunmuş laboratoriyada ekspertizasının nəticələrini əldə edərək, insan sağlamlığı üçün təhlükə törədən qəndlərin bazarda  geniş şəbəkə ilə satıldığını müəyyən etmişdir.

AİİB tərəfindən aparılmış araşdırmanı bir daha xatırlasaq, məlum olur ki, hazırda da şəkər tozundan kəllə qənd hazırlamaq ücün, əksər kəllə qənd istehsalcıları daha ucuz olan kimyalaşma yolunu secirlər. Xatırladaq ki, şəkər tozundan  bəyaz kəllə qənd əldə etmək ücün iki üsul mövcuddur:

1) Şəkər tozu qaynadılır, bişirilir, alınan məhlul qaynatma zamanı sarı rəngə boyandığından, bu məhluldan bəyaz kəllə qənd almaq üçün məhlul bərkiyəndən sonra sarı rəngli kəllə qənd kütlələri, çox böyük firlanma sürətinə malik olan və yüksək məsrəflərlə başa gələn “Sentrafuqa”qurğusuna yerləşdirilir, burda yüksək mərkəzdənqaçma təcilinə məruz qalan kütlələrdən sarı maddə ayrılır və mexaniki yolla  tam bəyaz “kəllə qənd” əldə olunur.

2) Qaynadıldıqda sarı rəngə boyanmış şəkər tozu məhluluna kimyəvi maddə-Kükürd dioksid (SO2) əlavə edilr, sarı rəngli məhlul bəyaz rəng alır! Bundan sonra məhlul qəlblərə yerləşdirilib soyudulur və  gözlə sarılığı cətinliklə ayird edilə bilən ”bəyaz” kəllə qənd əldə edilir.

SO2 kimyəvi maddəsindən əsasən sənayedə parca ağartma, dəri aşılama, xalca yuma kimi sahələrdə istifadə olunur.

Qeyd edək ki, bütün dünyada gəlir əldə etmək, insan sağlamlığını arxa plana keçirtmə istəkləri, o yerə gətirib cıxarmışdır ki, hətta kimyəvi yolla  kəllə qənd istehsalına, bəzi ölkələrdə standartlara da daxil etməklə  haqq qazandırmışlar. Məsələn MDB məkanında mövcud olan ГОСТ 33222-2015 standartlarında  1 kq bəyaz kəllə qənddə maximum 15 milli qram  kükürd dioksidın  ola bilməsi nəzərdə tutulmuşdur (bundan öncə bu sahədə qüvvədə olan ГОСТ 22-94 və ГОСТ 31361-2008 standartlarında isə ümumiyyətlə bu maddənin istifadə edilməsinə icazə verilmir). Ölkəmizdə Tayqa Ticarət”müəssıəsi tərəfindən istehsal olunan və əmtəə bazarında satılan “Dad1” kəllə qənd məmulatının tərkibində laboratorioya tədqiqatı  1 kq məhsulda 70,2 mq  kükürd dioksid olduğunu göstərmişdir! Yəni təhlükə normasından 4,6 dəfə (500%-ə yaxın) cox!

AİİB-in araşdırmaları göstərir ki, ölkədə mövcud olan 20-yə qədər “Kəllə qənd” istehsalçısı bəyaz kəllə qənd əldə etmək ücün hazırda kimyəvi üsuldan istifadə edir və təhlükəli kimyəvi maddədən qəndi daha bəyaz etmək ücun bol-bol istifadə edirlər!

İstehlakçıların maraqlarını və sağlamlığını əsas tutan AİİB-birmənalı olaraq istehsalçılar tərəfindən kəllə qəndin ümumiyyətlə mexaniki yolla ağardılmasının həyata keçirilməsini istəyir!  Ən pis halda isə ГОСТ 33222-2015 standartlarına əsaslanaraq kəllə qənd istehsal edən sahibkarların fəaliyyətinə dövlət tərəfindən ciddi nəzarət edilməsini və sözü gedən kimyəvi qatqının standartda göstərilən normadan əsla yuxarı keçməməklə istifadəsinə icazə verilməsini tələb edir.

O cümlədən, hansı kəllə qənd istehsalı müəssisəsində mexaniki yolla ağartma həyata keçirilmirsə bu müəssiələrdə mütləq vaxtaşırı yoxlamalar aparılmalı, istehsal nümunələrindən götürülüb laborator analizləri aparılmalı, təhlükəli maddələr aşkar olunarsa və ya qatqılarla bağlı normadan kənara çıxmalar müəyyən olunacaqsa, satışda və anbarlarda olan məhsullar qeri cağrılmalı, ictimaiyyətin gözü önündə və KİV-lərin iştiraki ilə məhv edilməlidir. Bu istək və tələblərlə AİİB, Qida Təhlükəsizliyi Agentliyinə, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Dövlət Gömrük komitəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi müraciətlər etmişdir.

 

                                        AİİB-in sədri:                       E.Hüseynov

 

daha ətraflı...

Ölkəmizdə malların etiket məlumatları tam yarıtmaz vəziyyətdədir,əsasən İrandan idxal olunan mallar!

İstehlakçı xüsusən ərzaq malları haqqında məlumatı birbaşa malın etiketindən alır!İstehlakcının beynəlxalq və yerli hüquqlarından biri də məhz mal haqqında milli dildə informasiya almaq hüququdur!

“Azad İstehlakçılar” İctimayi Birliyi(AİİB) uzun illərdir ki,ən müxtəlif Dövlət orqanlarına yazılı müraciətlər göndərərək  bu məsələnin ,yəni vətəndaşlarımızin milli dildə məlumat alma hüququnun de-fakto olaraq taninması barədə tədbirlərin görülməsinə dair təkliflər versə də,bu məsələ həll olunmadan qalir!

Dövlət Dili Haqqında AR-nin qanununun maddəsi: 7.3. Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır

Istehlakcılarin Hüquqlarının Müdafiəsi Haqqında  AR-nın Qanununun 13-cü maddəsi:

Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır.

Nazirlər Kabinetinin 94 saylı qərarı,maddə 5.8.” Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə edilmiş tərcümə ilə də müşayiət olunmalıdır”

Qeyd edək ki,malların milli dildə markalanması məsələsi dünyanın əksər ölkələrində ,hətta Azərbaycandan hər cəhətcə zəif olan Ermənistan və Gürcüstanda  belə uzun illərdir ki,tam həyata keçirilsə də ölkəmizdə bu məsələ həll olunmadan qalır.Əlbəttə bu amil,qacaqmal üçün münbit bir şərait yaradır!

İlkin olaraq AİİB malların milli dildə markalanması məsələsini  İran İslam Respublikasından idxal olunan  ərzaq malları üzərində cəmləşdirməkdən başlamaq niyyətindədir. Cün ki,ən acınacaqlı hal məhz İrandan idxal edilən ərzaq mallarındadır!Əğər Dövlət qurumları qanunun yerinə yetirilməsinə dəstək versə digər çoxsaylı mal və xidmətlərə də keciləcəkdir.24 il ərzində AİİB, BMT-nin beynəlxalq uşaq təşkilatı UNİCEF-in köməyilə yalnəz körpə qidalarının milli dildəmarkalanmasına nail olmuşdur,bu cox azdır! AİİB-n ofisinə istehlakçılar tərəfindən etiraz müraciətləri ilə gətirilən İranda istehsal olunan ərzaq mallarının  markalanmasına diqqət yetirdikdə Azərbaycan dilindən başqa digər dillərdə məlumat olduğu görünür,lakin ərzaq malları üçün çox mühüm göstərici olan,istehsal və son istifadə tarixlərinin fars əlifbası ilə yazıldiğını görürük!Şübhəsiz ki,bu istehsalcı tərəfindən bilərəkdən,şüurlu şəkildə edilir ki,malını “Ölməz etsin”,yəni vətəndaşlarımız yararlılıq vaxtı keçmiş malı da alıb istehlak etsinlər!Əlbəttə Azərbaycan istehlakçılarının belə sadəlövhlüklə aldanması səbəbsiz deyil.Əhali ölkəmizdə artıq 3 ildir fəaliyyət göstərən Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) və digər dövlət qurumlarının fəaliyyətinə inanır,düşünür ki,yararlılıq vaxtı keçmiş mal satıla bilməz!Əfsus ki,bu inam özünü doğrultmur və istehlakçıların İran ərzaq mallarından zəhərlənməsinə dair məlumatlar da mövcuddur. Bəzən bu mövzu ilə bağli  neqativ halların qarşısını almağa cavabdeh olan dövlət qurumları əməkdaşlarının mediyada pafoslu cıxıçlarına da rast gəlirik,amma “3 müşketyor qanunu” daha uğurla işləyir-birimiz hamimiz ücün,hamımız birimiz üçün - yəni gömrük xeyir-dua verib ölkəyə buraxıbsa vəssalam!

İran ərzaq malları satışı şəbəkələrində ciddi monitoringlərin keçirilməsi,dövlətimizin qanunlarının pozulması ilə  ölkəyə idxal olunmuş qeyd olunan nöqsanlı malların satış şəbəkələrindən geri çağrılıb,ictimaiyyətin gözü önündə kütləvi məhv edilməsi,gömrük komitəsində çalışan əməkdaşların diqqətinin bu məsələyə cəlb edilməsinə zərurət yaranmışdir.

Dövlətimizin qanunlarını pozmaqla İran dükanlar şəbəkəsində satışa mal çıxaran 50-dən çox dükan mövcuddur.Bu dükanların bəzilərinin ünvanları:Əsas topdansatış dükanları,Sədərək ticarət mərkəzi,”Lukoyl”YDM-nin yanı(topdan satış),Dərnəgüldə “Elit “TM-nin yaxınlığı(çoxlu sayda),. 1)Bakı şəh.Əsəd Əhmədov 28

2)Xırdalan.texnikumun yaxınlıği.Rahat bazar ilə üzbəüz 3)Maştağa qəs.Savalanın 2-ci girişi 4)Ümid qəs.Laçın məktəbinin qarşısı 5)Neftçala şəh.H.Əliyev pros.Təzə bazar 6)Sahil qəsəbəsi 7)Ballı marketin yaxınlığı050-791-11-12 8)Sumqayıt şəh.2-ci mikr.Rossiya klubunun yanı.777 mağaza 9)Bakı şəh.Sarayevo küç7 10)Binəqədi ray.Xocasən yolu.Netto klubun yanı 11)Gəncə küç.Fujifilmin yanı 12)Əhmədli metrosu çıxışı.Ukrayna dairəsi tərəf 13)Xətai metrosunun arxası.N.Əliyev küç.17 14)Bakı şəh.Fatmayı 15)Hövsan qəs. 16)8 km bazarı.Halal market17)Şirvan şəh.Elite bazarının həyəti18)A.Şərifzadə küç.19519)Dərnəgül qəs.Şır-şır restoranının yanı 20)Xırdalan şəh.Təzə bazarın girişi ilə üzbəüz 21)Nizami metrosunun yanı.Z.Əhmədbəyov küç. 22)Buzovna qəs.Köhnə Polis şöbəsinin yanı 23)Əhmədli metrosu.Məhəmməd Hadi 41 və.s.

 

AİİB bu məsələni ictımailəşdirməklə bərabər, , Qida Təhlükəsizliyi Agentliyinə, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Dövlət Gömrük komitəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsminə  müraciətlər göndərmişdir.  Dövlətimizin qanunlarına əməl olunmasında hər bir istehlakcını fəal olmağa cağırırıq və dövlət qurumlarında nəticələr gözləyirik.

AİİB-in sədri:                       Eyyub Hüseynov 

 

 

daha ətraflı...
Press reliz
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə “Azad İstehlakçılar” İctimai Birliyi(AİİB) “Istehlakçılara parça bazar torbalarının paylanılması ilə ekologiyanın qorunmasına dəstək verilməsi” layihəsinin icrası üzrə fəaliyyyətini davam etdirir.
19 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, Alatava 2. ünvanda yerləşən “Araz 20 yanvar Superstore”- da istehlakçılara 150 ədəd parça materialdan tikilmiş bazar çantaları təmənnasız olaraq paylanıldı. Onlara həmçinin ekologiyanın qorunmasına,plastik taralardan imtinaya, qida təhlükəsizliyinə və ştrix koda dair məlumatlar da paylanıldı. İstehlakçılarda parça sumkalara böyük maraq oldu. Tədbirin sonunda çantaların paylanılmasına dair akt tərtib edildi. Eyni zamanda müəyyən istehlakçıların fotosu da çəkildi. Tədbirə dair press reliz hazırlanaraq KİV-lərə göndərildi. Tədbirimiz davam
daha ətraflı...

 

 

“Azad İstehlakçılar”

  İctimai Birliyi                                                                                                                   M: +99450 341 62 25                                       

17 avqust   2020-ci il.

 

Press reliz

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının  Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə “Azad İstehlakçılar” İctimai Birliyi (AİİB) “Istehlakçılara parça bazar torbalarının paylanılması ilə ekologiyanın qorunmasına dəstək verilməsi layihəsinin icrası üzrə fəaliyyyətini davam etdirir.

17 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu,  Səməd Vurğun küçəsi 60. ünvanda yerləşən “Bolmart” Supermarketdə istehlakçılara 150 ədəd parça materialdan tikilmiş bazar sumkaları təmənnasız olaraq paylanılmışdır. İstehlakçılara həmçinin qida təhlükəsizliyinə və ştrix koda dair məlumatlar da paylanılmışdır. İstehlakçılar böyük həvəslə həmin sumkaları götürürdülər. Tədbirin sonunda sumkaların paylanılmasına dair akt tərtib edildi. Eyni zamanda müəyyən istehlakçıların fotosu da çəkildi.Tədbirimiz davam edəcək.

daha ətraflı...
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır