|
|
|
Be |
Ça |
Ç |
Ca |
C |
Ş |
B |
| | | | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
|
|
|
|
|
|
|
Bu gün ziyarətçilər: (48) |
|
Dunen ziyarətçilər: (64) |
|
Bu gün səhifə baxışı: (76) |
|
Dünən səhifə baxışı: (121) |
|
|
|
Sual-cavab |
|
|
Sual yaz |
|
|
|
|
|
12.09.2011 |
|
Sual:
Gence seherinde butun ehali icmeli su kimi Goygol
suyundan istifade edir.nu suyun codlugu yoxdur,istifademz ucun yararlidir. |
Cavab: Codluğu az olan su pis deyil. Konkret şikayətiniz varsa yazın həll edək. |
|
|
|
|
12.09.2011 |
|
Sual: Hormetli Eyyub muellim,salam. Bilmek isterdim,goresen, MDB uzvu olan olkelerde ehaliye verilen suyun deyeri bizim respublikada mueyyenlesdirilmis deyerden ne qeder ferqlidir.Konkret olaraq bir nece Respublikada,ocumleden,Orta Asiyadaki turk respublkalarinda,Rusiyada, Gurcustanda mueyyenlesdirilmis qiymetleri muqayise etmeyinizi xahis edirem.
Murad 11/09/2011 |
Cavab: Biz konkret istehlakçı hüququ qoruyuruq. Xahiş edirəm bu axtarışları internetdə özünüz edəsiniz. Probleminiz varsa ərizə yazın. |
|
|
|
|
09.09.2011 |
Arzu Badalov |
Sual: Salam,Eyyub muellim.Melumdur ki, Azersu SC-n rayon sobelerinin istehlakcilarla su istehlakina dair hec bir muqavilesi yoxdur.ancaq her ay her bir itehlakciya,o cumledem,mene abonent hesabimdan bildiris getirilir.Bidirisde unvanda yasayanlarin sayi ve ona muvafiq olaraq ay uzre odenilecek mebleg gosterilir. Unvanda yasayanlarin sayi ise esasen,evler ucluyunden alib teqdim etdiyimiz arayis esasinda ve ya menzilin qeydiyyat kitabi esasinda mueyyen edilir.Melumdur ki,qeydiyyat yeri yasayis yeri demek deyil.Ola bilsin ki,qeydiyyatda olan adam tamam basqa unvanda yasayir,ve ya xarici olkeye gedib ve ya herbi xidmetdedir.Ele olur ki,konkret unvanda qeydiyatda olmus insan orada gunler, hefteler, aylar,iller boyu yasamir.Bu halda da istehlakci olaraq bizden curbecur arayislar isteyirler.Ozu de arayisi o vaxt isteyirler ki,artiq adimiza borc yaziblar.Yani,arayis teqdim etmek vacibdirse,onun da da teqdim etmek mexanizmini aciqlamirlar.Kimisinin evler idaresinden verdiyi arayis ise yarayir,kimini de menzildeki qeydiyyat sayina gore borcnan yukleyirler. Bele cixir ki,biz,butun abonentler her an bir yere getmezden evvel su idaresine qacib onlari yazili sekilde melumatlandirmaliyiq,evler idaresinden arayislar alib teqdim etmeliyik?!
Diger bir mesele suyun deyeri ile baglidir.Melumdur ki,Gence erazisindeehaliye ancaq artezian suyu verilir ki,bunun da icmeli su kimi istifadesinin zererli oldugunu bilirik.Eslinde bu su meiset suyudur ki, ehali buhdan heyet-bagcasini sulamaq ucun de istifade edir. Melumdur kiartezian suyunun ve ya diger menbeden verilen suyun icmeli su halina getirilmesi ucun sutemizleyici qurgu insa edilmeli ve su hemin gqurgudan kecdikden sonra istehlakciya verilmelidir.Gencede ise bele bir temizleyici qurgu yoxdur.Bele olan halda Azersu Sc-n ehaliye tetbiq etdiyi qiymet icmeli suyun qiymetini eks tdirirmi,yoxsa biz meiset suyunun deyerinde su pulu odemeliyikmi?Yeni,temizleyici qurgusu olmayan artezian suyunun deyerini hansi qiymetle odemeliyik.
Movzu cox boyuk ve aktualdir.Xahis edirem her iki sualima cavab veresiniz. |
Cavab: 1) Muqavile mutleq baglanmalidir. Siz bunu teleb edin ve muqavile baglayin. 2) Teleb edin size temennasiz su saygaci qoysunlar? pulunuzu saygac gostericisine uygun verin. 3) Adamlarin menzilinizde yashamadigini MIS-in resmi arayishi ve ya qonshularin tertib etdiyi aktin notariusda tesdiqi ile subut ede bilersiz. 3) Suyun temizlenmesi meselesi size ve diger istehlakchilara qarshi olan edaletsiz munasibetdir. Tarif ashagi olmalidir.Hazirda AIB bu mesele uzerinde chalishir. |
|
|
|
|
02.09.2011 |
Nigar |
Sual: Salam Eyyub muellim!Maqazalardan kosmetik vasiteler alerken onlarin keyfiyyetli ve ya keyfiyyetsiz mehsul olduqunu hardan bilmek olar?Yeni keyfiyyetli mehsulu keyfiyyetsiz mehsuldan ferqlendiren her hansi bir qolaqram varmi?Onceden teshekkur |
Cavab: Hormetli Nigar xanim! Qalaqram, shtrix-kod keyfiyyete delalet etmir! Parfumeriya mallarinin etiketinde buraxilma tarixi ve son yararliliq muddeti olmalidir. Bu muhum gostericidir, buna fikir verin! Poliqrafiyasi, bukulmesi, salafan chexolun yapishdirma yerlerine diqqet edin. |
|
|
|
|
17.08.2011 |
Gunash |
Sual: Salam Eyyub muellim,
Mən bu il mart ayinda metal keramika adı ilə diş qoydurmuşam . Mart ayının sonundan dişlərimdə problemlər başlandı . Başqa həkimlərə müraciət etdim qoyulmuş dişlərin keyfiyyətsiz materialdan hazırlandığı və səhv ölçüdə qoyulduğunu məlum oldu . Bu səbəbdən indiyə qədər normal dişləmə və çeynəmə qabiliyyətim yoxdur . Həkimə 500 AZN vermişəm danışıga gorə 1000 AZN də verməliyəm . Qısa müddətdə dişlərimdə yaranmış problemlərə görə həkimlə aramızda münaqişə yaranıb. Həkim həmin pulu qaytarmamaq şərti iə ağzımdakı metal keramikaları çıxartmağı təklif edir . Mən isə pulu geri qaytarmaq şərti ilə Metal keramikaları çixartmaq istəyirəm çünki mənim 26 yaşım olmasına baxmayaraq həkim müalicə adı ilə mənim dişlərimin hamısını yonmuş və hal hazırda ağzımda dişlərin yalnız kök hissəsi qalmışdir . MƏn həm pullarımı həm də dişlərimi itirmək itçisinə məruz qalmışam . Hüquqlarımı müdafiə etmək üçün mən nə edəcəyimi bilmirəm . Mənə lazımı məsləhət və köməklik etməyinizi xahiş edirəm .
|
Cavab: Sən bötük səhv edib dişlərini yondurmusan. Yaxşı həkim bunu etməzdi! Dişlərinin belə olması məni çox mütəəssir etdi. Siz haqlısınız. Bizə ərizə yazsanız həll edərik. |
|
|
|
|
15.08.2011 |
fani dunya |
Sual: Hörmətli Eyyub müəllim, Respublikya getirilen canlı bitki şitillərindən yalnız üzüm şitilləri gömrük vergisindən azad edilib. Bunun səbəbi nədir?
Ölkədə meyvə bollugu yaratmaq istəyən yerli sahibkarlar nə üçün gətirdikləri digər növ şitillərə görə vergi ödəməlidirlər? |
Cavab: Şübhəsiz ki, ölkədə şərabçılığı stimullaşdırmaq üçün edilən hərəkətdir. |
|
|
|
|
13.08.2011 |
Rena Rasulova |
Sual: Salam!Biz Baku Electornics magazasindan yenice " Samsung" kondisioneri almishig.Gurashdirma zamani kondisionerin soyug vermediyini gorub,gebul etmek istemedik.Amma gurashdirici soyledi ki,kondisioner tezedir sonra ishleyecek.Gurashdirmadan hech 1 hefte de kechmeyib,amma artig servisden usta chgirilib.
Men bu kondisioneri gaytarmag isteyirem.Bunu ede bilerem mi?Men bildiyime gore,14 gun erzinde alici hugugum var ki,hech bir shertsiz her hansi mali gaytarag.Amma Baku Electronics magazasindan soyleyirler ki,servis ona gerar vere biler.Bu ne geder duzgundur?Men nece ishlemeyen kondisioneri gaytara bilerem?
Teshekkurler |
Cavab: Sizin mali deyishmek huququnuz vardir. Problem olarsa erize ile bize muraciet ede bilersiniz. Huququnuz temennasiz qorunacaqqdir. |
|
|
|
|
|
|
|
|
21.07.2011 |
ƏFLATUN TAPDIQOV |
Sual: 3 il qarantiya müddəti verilmiş İNDESİT soyuduçusunun 1 ili ərzində 4 dəfə talonla,2 dəfə talonsuz təmir ediblər. Talonda 1 ədəd yazılmamış talon qalıb. Artıq təmirdən bezmişəm.Bu soyuduçunun dəyişilməsi və yaxud pulun alınması üçün mənə köməklik göstərməyinizi Sizdən xahiş edirəm. |
Cavab: AIB-e erize ile muraciet etseniz, isteyiniz temennasiz icra olunar. AIB-in sedri: Eyyub Huseynov |
|
|
|
|
21.07.2011 |
Elvin Dadawov |
Sual: Hormetli Eyyub muellim Azad istehlakcilar birliyinin emekdawlarinin yerlerde taninmasi ucun hansisa bir geyim formasi gelecek planlarinizda varmi? |
Cavab: Bele planimiz yoxdur, buna ehtiyac da yoxdur, planlardan danishib Allahi guldurmek istemirem. AIB-in sedri: Eyyub Huseynov |
|
|
|
|
21.07.2011 |
Ased Manafov |
Sual: Hormetli Eyyub muellim;sizin tewkilata yodsuz duzlari ve istifade muddeti otmuw erzaq mehsullarini birbawa ticaret obyektlerinden cixarmaq ucun selahiyyet verilirmi? |
Cavab: Hormetli istehlakmchi! Bu cur mallarin satishi gadagandir. AIB saticiya mallari satishdan chixarmagi teklif edir, eger teklif gebul olunmazsa bu mesele barede dovlet orqanlarina melumat verir ve megsede nail olur. AIB-in sedri: Eyyub Huseynov |
|
|
|
|
13.07.2011 |
Raqif |
Sual: Salam! Computex mağazasından komputer sifariş etdim, reklamda yazilmishdir ki üstündə pulsuz çanta da verəcəklər, ancaq vermədlər, mən nə təbir görə bilərəm ki çantanı alıim? Sag olun! |
Cavab: Hormetli Rauf bey! Reklamin mezmununu ve erizenizi AIB-e tegdim etseniz Sizin huguglarinizi temennasiz goruyarig. Erizede unvaniniz, telefonunuz, isteyiniz,imzaniz olsun. AIB-in sedri: Eyyub Huseynov |
|
|
|
|
08.07.2011 |
Kamran Şərifov |
Sual: Salam !Hörmətli Əyyub müəllim,bilmək istərdim işıq satışı idarəsi abunəçidən 2007ildə yaranmış borcu tələb edə bilərmi və bu müddət hansı qanunun ,hansı naddəsi ilə tənzimlənir? |
Cavab: Hormetli istehlakchi! Mugavile ohdeliklerinden ireli gelen borclar 3 ilden sonra teleb edile bilmez. Mulki Mecelle madde 373. AIB-in sedri: Eyyub Huseynov |
|
|
|
|
05.07.2011 |
Fani Fena |
Sual: Eyyub bey
Siz Muzahirin verdiyi suala İslam nöqteyi-nəzərindən cavablandırmısnız. Bu suala tibbi cəhətdən yanamaginizi rica ederdim. Əgər həqiqətəndə içkinin insan saglamlıgna ziyanı varsa, onda niyə spirtli işkilrin etiketlərinin üzərində " İşki saglamlıga zərəlidir" szöləri qeyd olunmur? |
Cavab: Hormetli istehlakchi! Bir chox olkelerde (qeyri islam) spirtli ichkiin gebuluna ciddi gadagalar var. meselen, Avstraliyada. Bu olkelerde ichkilerin etiketinde Sizin yazdiginiz teklif eks olunur. Azad Istehlakchilar Birliyi (AIB) beynelxalg elagelerinden istifade ederek, chalishacag ki, Umumdunya Sehiyye Teshkilatinin komeyi ile etiketlerde, reklam materiallarinda Sziin dediyiniz melumat yazilsin. Dushunuruk ki, yaxin 3 il muddetinde buna nail olcagig. AIB-in sedri: Eyyub Huseynov |
|
|
|
|
04.07.2011 |
Muzahir Huseyn |
Sual: Salam, hörmətli Eyyub müəllim.
Məlumdur ki, spirtli içkilər insan saglamlgına çox ziyanlıdır. Belə olan təqdirdə nə üçün spirtli içiki şüşlərinin üzərində " Spirtli içkilər insan saglamlına ziyandır" sözləri yazılmır.
Tskler. |
Cavab: Maragli sualiniza gore teshekkur edirem. Sizinle tam hemreyem. Azerbaycan muselman olkelerinin medeniyyet merkezi oldugu halda, artig 15 gundur ki, Bakixanov kuchesi ile S.Vurgun kucheleriin kesishmelerinde arag reklam olunur. Azad Istehlakchilar Birliyi (AIB) Sizin dediyinizi nezere alacag ve reklamin yigishdirilmasina nail olacag. AIB-in sedri: Eyyub Huseynov |
|
|
|
|
21.06.2011 |
Heydər Məmmədov |
Sual: Salam, Hörmətli Eyyub müəllim.Mənim müraciətim "Katel" şirkətinin xidməti ilə bağlıdır.Axı, görəsən, nə vaxt düzgün bir xəbər eşidəciyik?!Bu istiqamətdə Sizin rəhbərlik etdiyiniz birlik hansı işlər görür?
Vallah,Azərbaycan dəhşət ölkədir: Üzünə gülə-gülə başına qapaz vururlar, haqqını tapdalayırlar, çörəyini əlindən alırıar...!
Vallah, rəhmətlik Cəlilin "Ölüləri" bizdən diridirlər!!! Allah biz ölülərə kömək olsun!!! |
Cavab: Katelle bagli AIB-e yalniz telefon zengleri ve Sizin sualiniz dacil olmushdur. Yazili erize olarsa en azi telefon aparatiniz geri gaytarmag olar. Etiraf edirem ki, AIB-in komandasi zeifdir. Qanunlara gore Kateli mehkemeye verib, onun istifadechilerine kompensasiya odetmek olar. AIB-in sedri: Eyyub Huseynov |
|
|
|
|
11.06.2011 |
Məhəmməd Qasımov |
Sual: Hörmətli Eyyub müəllim,
Mən arcelikdən paltaryuyan maşın almışam ...qaranti vaxtı bitmədən podşipnikleri dağıldı..təmir etdilər..3-4 aydan bir eyni qoyulan podşipnikler dağildi..dörd dəfə təmirdən sonra məlum oldu ki,onun barabanında zavod defekti var ....maşını dəyişdirmək hüququm olduğu halda bunu etmədilər....1-2 aydan sonra maşın yenə xarab oldu bu zaman onun təmiri ücün 140-azn istediler...men mustafa adlı şəxsə(qaranti ilə görevli) müraciət etdim....3-dəfə təmir orta hesabla 60-azn=180-AZN+barabanın qiymeti+140azn son təmir haqqı....təzə paltaryuyan almaq olar,üstə gəl 2-3 il garanti...mənə təmir ücün söz verdiler və üc gun məni aldatdılar evde usta gözlədim işimnən qaldım..4-cü gün deyilən vaxtda gəlmədilər və yenə aldatdılar....mən arcelikden mal almağima peşiman oldum ..neqeder usta axtarmaq olar ...bu komfort yox zülümdür...xahiş edirəm mənə yardım edəsiniz...mən istefada olan zabitəm artıq pulum yoxdur onlara yedirəm.
|
Cavab: Sizin hugugunuz var mali deyishesiniz ve ya temennasiz temir etdiresiniz. Unvaniniz, imzaniz olan etrafli erize yazsaniz hell olunar. AIB-in sedri: Eyyub Huseynov |
|
|
|
|
07.06.2011 |
xaligova sevil |
Sual: Bir aydan coxdur ki, yasadiqim unvanda smart tipli qaz sayqaci qurasdirilib.Her defe qaz kesilen zaman ve yeniden qaz verilen zaman sayqacdaki klapan acilmir.Her defe de qaz idaresinin iscini axtarib tapmaq lazimdir ki,gelib oz karti ile saygaci qaydaya salsin.Bunun neticesinde bir nece gun qazsiz qalmali oluruq.Indi hele yaydir, qisda goresen nece olacaq.Xahish edirem komeklik gosteresiniz. |
Cavab: Sizin hugugunuz pozulur, erize ile AIB-e muraciet etseniz komeklik gostererik. AIB-in sedri: Eyyub Huseynov |
|
|
|
|
28.05.2011 |
Raqif |
Sual: Şikayət və təkliflər kitabi necə lmalidir və hardan qeydiyyatdan keçməlidir? |
Cavab: Hazırda "Şikayət və təkliflər" kitabını biznes qurumlara paylayırıq, istənilən biznes qurum AİB-dən təmənnasız olaraq bu kitabı götürə bilər. Kitab AİB -də qeydiyyata alınır, təmənnasız paylanılır. AİB-in sədri: Eyyub Hüseynov |
|
|
|
|
27.05.2011 |
Mir Kamran Abdullayev |
Sual: salam.man bir restorana getdim mani sport geyiminda icari buraxmadilar.sadaca krosofka olduguna gora.ozuda sumqayitda adi bir donarxana.onlarin buna huququ varmi?manim huquqlarim na daracada pozulub va man na eda bilaram?tashakkur ediram |
Cavab: Birmənalı şəkildə Sizin hüququnuz pozulmuşdur. Əgər AİB-ə yazılı müraciət etsəniz qeyd olunan obyektdə qanun-qayda yarada bilərik. AİB-in sədri: Eyyub Hüseynov |
|
|
|
|
|
Sual yaz |
|
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44 |
|
|
|
Əmtəə bazarında sağlamlıq üçün təhlükəli qənd satılır, AQTA-nin apardığı işlər davamlı deyil, epizodikdir!
Bu barədə “Azad İstehlakçılar” İctimayi Birliyi (AİİB) 2019-cu ildə araşdırma apararaq cəmiyyətə ətrafli məlumat vermiş,bütün müvafiq Dövlət qurumlarına,o cümlədən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə(AQTA) rəsmi müraciətlər etmiş,Respublika Prokurorluğu,Dövlət Gömrük komitəsi və digər qurumlar tərəfindən müvafiq tədbirlər görülmüş,”kəllə qənd”istehsalı zamanı qəndin ağardılmasında mənşəyi məlum olmayan kimyəvi maddələrdən istifadə etdiyinə görə bir sira qənnadı məmulatlarının istehsali müəssiələrində reydlər kecirilmiş,qanun pozuntuları aşkar edilərək cavabdeh şəxslər həbs olunmuşdur.Eyni zamanda qəndin ağardılmasında istifadə olunan kimyəvi maddəni ölkəyə idxal edən şəxslər cinayət məsuliyyətinə alinmışlar! Bu işlər 2019-cu ildə olmuşdur.
Bəs hazırda vəziyyət necədir?!
Belə ki, AİİB istehlakçılardan daxil olan məlumatlar əsasında bazardakı vəziyyətə nəzər yetirmiş, bir “Kəllə qənd”nümunəsinin akkreditasiya olunmuş laboratoriyada ekspertizasının nəticələrini əldə edərək, insan sağlamlığı üçün təhlükə törədən qəndlərin bazarda geniş şəbəkə ilə satıldığını müəyyən etmişdir.
AİİB tərəfindən aparılmış araşdırmanı bir daha xatırlasaq, məlum olur ki, hazırda da şəkər tozundan kəllə qənd hazırlamaq ücün, əksər kəllə qənd istehsalcıları daha ucuz olan kimyalaşma yolunu secirlər. Xatırladaq ki, şəkər tozundan bəyaz kəllə qənd əldə etmək ücün iki üsul mövcuddur:
1) Şəkər tozu qaynadılır, bişirilir, alınan məhlul qaynatma zamanı sarı rəngə boyandığından, bu məhluldan bəyaz kəllə qənd almaq üçün məhlul bərkiyəndən sonra sarı rəngli kəllə qənd kütlələri, çox böyük firlanma sürətinə malik olan və yüksək məsrəflərlə başa gələn “Sentrafuqa”qurğusuna yerləşdirilir, burda yüksək mərkəzdənqaçma təcilinə məruz qalan kütlələrdən sarı maddə ayrılır və mexaniki yolla tam bəyaz “kəllə qənd” əldə olunur.
2) Qaynadıldıqda sarı rəngə boyanmış şəkər tozu məhluluna kimyəvi maddə-Kükürd dioksid (SO2) əlavə edilr, sarı rəngli məhlul bəyaz rəng alır! Bundan sonra məhlul qəlblərə yerləşdirilib soyudulur və gözlə sarılığı cətinliklə ayird edilə bilən ”bəyaz” kəllə qənd əldə edilir.
SO2 kimyəvi maddəsindən əsasən sənayedə parca ağartma, dəri aşılama, xalca yuma kimi sahələrdə istifadə olunur.
Qeyd edək ki, bütün dünyada gəlir əldə etmək, insan sağlamlığını arxa plana keçirtmə istəkləri, o yerə gətirib cıxarmışdır ki, hətta kimyəvi yolla kəllə qənd istehsalına, bəzi ölkələrdə standartlara da daxil etməklə haqq qazandırmışlar. Məsələn MDB məkanında mövcud olan ГОСТ 33222-2015 standartlarında 1 kq bəyaz kəllə qənddə maximum 15 milli qram kükürd dioksidın ola bilməsi nəzərdə tutulmuşdur (bundan öncə bu sahədə qüvvədə olan ГОСТ 22-94 və ГОСТ 31361-2008 standartlarında isə ümumiyyətlə bu maddənin istifadə edilməsinə icazə verilmir). Ölkəmizdə Tayqa Ticarət”müəssıəsi tərəfindən istehsal olunan və əmtəə bazarında satılan “Dad1” kəllə qənd məmulatının tərkibində laboratorioya tədqiqatı 1 kq məhsulda 70,2 mq kükürd dioksid olduğunu göstərmişdir! Yəni təhlükə normasından 4,6 dəfə (500%-ə yaxın) cox!
AİİB-in araşdırmaları göstərir ki, ölkədə mövcud olan 20-yə qədər “Kəllə qənd” istehsalçısı bəyaz kəllə qənd əldə etmək ücün hazırda kimyəvi üsuldan istifadə edir və təhlükəli kimyəvi maddədən qəndi daha bəyaz etmək ücun bol-bol istifadə edirlər!
İstehlakçıların maraqlarını və sağlamlığını əsas tutan AİİB-birmənalı olaraq istehsalçılar tərəfindən kəllə qəndin ümumiyyətlə mexaniki yolla ağardılmasının həyata keçirilməsini istəyir! Ən pis halda isə ГОСТ 33222-2015 standartlarına əsaslanaraq kəllə qənd istehsal edən sahibkarların fəaliyyətinə dövlət tərəfindən ciddi nəzarət edilməsini və sözü gedən kimyəvi qatqının standartda göstərilən normadan əsla yuxarı keçməməklə istifadəsinə icazə verilməsini tələb edir.
O cümlədən, hansı kəllə qənd istehsalı müəssisəsində mexaniki yolla ağartma həyata keçirilmirsə bu müəssiələrdə mütləq vaxtaşırı yoxlamalar aparılmalı, istehsal nümunələrindən götürülüb laborator analizləri aparılmalı, təhlükəli maddələr aşkar olunarsa və ya qatqılarla bağlı normadan kənara çıxmalar müəyyən olunacaqsa, satışda və anbarlarda olan məhsullar qeri cağrılmalı, ictimaiyyətin gözü önündə və KİV-lərin iştiraki ilə məhv edilməlidir. Bu istək və tələblərlə AİİB, Qida Təhlükəsizliyi Agentliyinə, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Dövlət Gömrük komitəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi müraciətlər etmişdir.
AİİB-in sədri: E.Hüseynov
|
|
daha ətraflı... |
|
Ölkəmizdə malların etiket məlumatları tam yarıtmaz vəziyyətdədir,əsasən İrandan idxal olunan mallar!
İstehlakçı xüsusən ərzaq malları haqqında məlumatı birbaşa malın etiketindən alır!İstehlakcının beynəlxalq və yerli hüquqlarından biri də məhz mal haqqında milli dildə informasiya almaq hüququdur!
“Azad İstehlakçılar” İctimayi Birliyi(AİİB) uzun illərdir ki,ən müxtəlif Dövlət orqanlarına yazılı müraciətlər göndərərək bu məsələnin ,yəni vətəndaşlarımızin milli dildə məlumat alma hüququnun de-fakto olaraq taninması barədə tədbirlərin görülməsinə dair təkliflər versə də,bu məsələ həll olunmadan qalir!
Dövlət Dili Haqqında AR-nin qanununun maddəsi: 7.3. Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır
Istehlakcılarin Hüquqlarının Müdafiəsi Haqqında AR-nın Qanununun 13-cü maddəsi:
Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır.
Nazirlər Kabinetinin 94 saylı qərarı,maddə 5.8.” Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə edilmiş tərcümə ilə də müşayiət olunmalıdır”
Qeyd edək ki,malların milli dildə markalanması məsələsi dünyanın əksər ölkələrində ,hətta Azərbaycandan hər cəhətcə zəif olan Ermənistan və Gürcüstanda belə uzun illərdir ki,tam həyata keçirilsə də ölkəmizdə bu məsələ həll olunmadan qalır.Əlbəttə bu amil,qacaqmal üçün münbit bir şərait yaradır!
İlkin olaraq AİİB malların milli dildə markalanması məsələsini İran İslam Respublikasından idxal olunan ərzaq malları üzərində cəmləşdirməkdən başlamaq niyyətindədir. Cün ki,ən acınacaqlı hal məhz İrandan idxal edilən ərzaq mallarındadır!Əğər Dövlət qurumları qanunun yerinə yetirilməsinə dəstək versə digər çoxsaylı mal və xidmətlərə də keciləcəkdir.24 il ərzində AİİB, BMT-nin beynəlxalq uşaq təşkilatı UNİCEF-in köməyilə yalnəz körpə qidalarının milli dildəmarkalanmasına nail olmuşdur,bu cox azdır! AİİB-n ofisinə istehlakçılar tərəfindən etiraz müraciətləri ilə gətirilən İranda istehsal olunan ərzaq mallarının markalanmasına diqqət yetirdikdə Azərbaycan dilindən başqa digər dillərdə məlumat olduğu görünür,lakin ərzaq malları üçün çox mühüm göstərici olan,istehsal və son istifadə tarixlərinin fars əlifbası ilə yazıldiğını görürük!Şübhəsiz ki,bu istehsalcı tərəfindən bilərəkdən,şüurlu şəkildə edilir ki,malını “Ölməz etsin”,yəni vətəndaşlarımız yararlılıq vaxtı keçmiş malı da alıb istehlak etsinlər!Əlbəttə Azərbaycan istehlakçılarının belə sadəlövhlüklə aldanması səbəbsiz deyil.Əhali ölkəmizdə artıq 3 ildir fəaliyyət göstərən Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) və digər dövlət qurumlarının fəaliyyətinə inanır,düşünür ki,yararlılıq vaxtı keçmiş mal satıla bilməz!Əfsus ki,bu inam özünü doğrultmur və istehlakçıların İran ərzaq mallarından zəhərlənməsinə dair məlumatlar da mövcuddur. Bəzən bu mövzu ilə bağli neqativ halların qarşısını almağa cavabdeh olan dövlət qurumları əməkdaşlarının mediyada pafoslu cıxıçlarına da rast gəlirik,amma “3 müşketyor qanunu” daha uğurla işləyir-birimiz hamimiz ücün,hamımız birimiz üçün - yəni gömrük xeyir-dua verib ölkəyə buraxıbsa vəssalam!
İran ərzaq malları satışı şəbəkələrində ciddi monitoringlərin keçirilməsi,dövlətimizin qanunlarının pozulması ilə ölkəyə idxal olunmuş qeyd olunan nöqsanlı malların satış şəbəkələrindən geri çağrılıb,ictimaiyyətin gözü önündə kütləvi məhv edilməsi,gömrük komitəsində çalışan əməkdaşların diqqətinin bu məsələyə cəlb edilməsinə zərurət yaranmışdir.
Dövlətimizin qanunlarını pozmaqla İran dükanlar şəbəkəsində satışa mal çıxaran 50-dən çox dükan mövcuddur.Bu dükanların bəzilərinin ünvanları:Əsas topdansatış dükanları,Sədərək ticarət mərkəzi,”Lukoyl”YDM-nin yanı(topdan satış),Dərnəgüldə “Elit “TM-nin yaxınlığı(çoxlu sayda),. 1)Bakı şəh.Əsəd Əhmədov 28
2)Xırdalan.texnikumun yaxınlıği.Rahat bazar ilə üzbəüz 3)Maştağa qəs.Savalanın 2-ci girişi 4)Ümid qəs.Laçın məktəbinin qarşısı 5)Neftçala şəh.H.Əliyev pros.Təzə bazar 6)Sahil qəsəbəsi 7)Ballı marketin yaxınlığı050-791-11-12 8)Sumqayıt şəh.2-ci mikr.Rossiya klubunun yanı.777 mağaza 9)Bakı şəh.Sarayevo küç7 10)Binəqədi ray.Xocasən yolu.Netto klubun yanı 11)Gəncə küç.Fujifilmin yanı 12)Əhmədli metrosu çıxışı.Ukrayna dairəsi tərəf 13)Xətai metrosunun arxası.N.Əliyev küç.17 14)Bakı şəh.Fatmayı 15)Hövsan qəs. 16)8 km bazarı.Halal market17)Şirvan şəh.Elite bazarının həyəti18)A.Şərifzadə küç.19519)Dərnəgül qəs.Şır-şır restoranının yanı 20)Xırdalan şəh.Təzə bazarın girişi ilə üzbəüz 21)Nizami metrosunun yanı.Z.Əhmədbəyov küç. 22)Buzovna qəs.Köhnə Polis şöbəsinin yanı 23)Əhmədli metrosu.Məhəmməd Hadi 41 və.s.
AİİB bu məsələni ictımailəşdirməklə bərabər, , Qida Təhlükəsizliyi Agentliyinə, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Dövlət Gömrük komitəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsminə müraciətlər göndərmişdir. Dövlətimizin qanunlarına əməl olunmasında hər bir istehlakcını fəal olmağa cağırırıq və dövlət qurumlarında nəticələr gözləyirik.
AİİB-in sədri: Eyyub Hüseynov
|
|
daha ətraflı... |
|
Press reliz
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə “Azad İstehlakçılar” İctimai Birliyi(AİİB) “Istehlakçılara parça bazar torbalarının paylanılması ilə ekologiyanın qorunmasına dəstək verilməsi” layihəsinin icrası üzrə fəaliyyyətini davam etdirir.
19 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, Alatava 2. ünvanda yerləşən “Araz 20 yanvar Superstore”- da istehlakçılara 150 ədəd parça materialdan tikilmiş bazar çantaları təmənnasız olaraq paylanıldı. Onlara həmçinin ekologiyanın qorunmasına,plastik taralardan imtinaya, qida təhlükəsizliyinə və ştrix koda dair məlumatlar da paylanıldı. İstehlakçılarda parça sumkalara böyük maraq oldu. Tədbirin sonunda çantaların paylanılmasına dair akt tərtib edildi. Eyni zamanda müəyyən istehlakçıların fotosu da çəkildi. Tədbirə dair press reliz hazırlanaraq KİV-lərə göndərildi. Tədbirimiz davam |
|
daha ətraflı... |
|
“Azad İstehlakçılar”
İctimai Birliyi M: +99450 341 62 25
17 avqust 2020-ci il.
Press reliz
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə “Azad İstehlakçılar” İctimai Birliyi (AİİB) “Istehlakçılara parça bazar torbalarının paylanılması ilə ekologiyanın qorunmasına dəstək verilməsi” layihəsinin icrası üzrə fəaliyyyətini davam etdirir.
17 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 60. ünvanda yerləşən “Bolmart” Supermarketdə istehlakçılara 150 ədəd parça materialdan tikilmiş bazar sumkaları təmənnasız olaraq paylanılmışdır. İstehlakçılara həmçinin qida təhlükəsizliyinə və ştrix koda dair məlumatlar da paylanılmışdır. İstehlakçılar böyük həvəslə həmin sumkaları götürürdülər. Tədbirin sonunda sumkaların paylanılmasına dair akt tərtib edildi. Eyni zamanda müəyyən istehlakçıların fotosu da çəkildi.Tədbirimiz davam edəcək. |
|
daha ətraflı... |
|
|