İSTEHLAKÇI HÜQUQLARINA DAİR İNTERNET PORTAL
Ana səhifə Xəritə Əlaqə
X ə b ə r l ə r B l o k u
Fevral-2025
Be Ça Ç Ca C Ş B
Bu gün ziyarətçilər: (161)
Dunen ziyarətçilər: (181)
Bu gün səhifə baxışı: (191)
Dünən səhifə baxışı: (449)
Sual-cavab
Sual yaz
10.02.2012
 
Sual: 
Cavab: 
09.02.2012
Nurlan Dadaşov
Sual: Salam,Eyyub müəllim.Eşitdiyimə görə AİB elektron ticarət iştirakçılarının hüquqlarını qoruyacaq.Bu hadise meni çox sevindirdi.Amma mene diger bir mesele ile bağlı aydınlıq gerekdir.Men elektron ticarət şirkəti olan QNet və V İnternational Trading şirkətinin resmi olaraq senedlerini aidiyyeti icra orqanına ne cür sübut ede bilerem???men özüm vekaletli nümayende olmadığıma göre mende resmi sened yoxdur.Bunu necur ve hansı yolla sübut etmek olar???necur yönlendirek bu meseleni?Men özüm Qnet-in üzvüyem ve tecrübeli bir şexs kimi burada çalışıram.ÇOX XAHİŞ EDİREM MENE YARDIM EDİN.MİNNETDARAM!
Cavab: 

Nurlan bey, Siz bize hansi unvanda fealiyyet gosterdiyinizi yazin. Biz ondan sonra Size cavab vere bilerik.

01.02.2012
Nazim Əliyev
Sual: Salam. Mənə 12.06.2011-ci ildə DYP-i tərəfindən protokol yazılıb və məni 1 illik suruculuk hüquqndanmərhum edilmişəm (S.V nömrəsi AB075098 Protokol nömrəsi 204593). İyul da təzə sistemi işə düşdü yəni ödəniş gecikərsə əlavə faiz üstünə gələcək. Mənim 3 sualım var. Mümkünsə bu suallara cavab verəsiniz. 1. Bu cərimə sistemi mənə şamil olunur ya yox(Mənə protokol yazılan günün sabahı DYP-nə getdim mənə dedilər ki, həmin ödənişi sən 1-ildən sürücülük vəsiqəsini götürəndə də ödiyə bilərsən) 2. Mən 1 il tamam olmamış sürücülük hüququmu bərpa edə bilərəmi, əgər edə bilərəmsə hansl yolnan. 3. Və səhf eləmirəmsə qanunda dəyişilikliyə görə 1 il tamam olan kimi mən imtahansız Sürücülük vəsiqəmi götürə bilərəm. Buna görə DYP-i tərəfindən mənə hər hansı bir çətinlik törətməzlər ki?
Cavab: Suallarinizi AIB-in ekspert Fazil muellime zeng ederek cavablandirin. Tel: 055 626 75 10, 050 310 90 72.
31.01.2012
Turxan Aliyev
Sual: Salam, her hansi qida mehsulunun respublikaya idxali uchun hansi prosedurlari kecmek lazimdi(senedlesme baresinde)
Cavab: 

1. Istehsalchi ile muqavile.

2. Mal nishaninin QOS Standartda qeydiyyata alinmasi.

3. Malin menshe senedlerinin QOS Standarta ve Sehiyye Nazirliyine teqim edilmesi.

25.01.2012
Rəşid Məmmədhüseyn
Sual:  Qazın təzyiqi demək olar ki, yoxdur. 104-ə dəfələrlə zəng etdim. Cavab verən olmadı. Binəqədi rayonu Qaz İstismarı İdarəsinin 412-30-38 və 412-30-77 nömrəli telefonları cox vaxt məşğul oldular, boş olanda isə telefonu açmadılar. Dərdimizi kimə deyək?
Cavab: AIB-e kollektiv erize yazin. Neft Shirketine kollektiv erize yazin.
23.01.2012
Orxan Kərimov
Sual: Salam. Oğuz-Qəbələ-Bakı su kəməri vasitəsilə mənzilimizə gələn suyun daxilində ərpin çox olması bizi narahat edir. Belə ki, bu cür ərpli suyun orqanizmimizə zərərli olub-olmaması barəsində məlumat verməyinizi Sizdən xahiş edirəm. Öncədən təşəkkürümü bildirirəm.
Cavab: Su qaynadıldıqda çaynikin dibinə çökən kalsium duzlarının çox olması əlbəttə arzu olunan deyil. Ətraflı məlumat üçün AİB-in eksperti Lətifə xanıma zəng çala bilərsiniz. tel: 012 490 18 45
21.01.2012
EMIL NEZEROV
Sual: SALAM Eyyub muellim.men AZ.Dovlet.Iqtisad.Universitetini 2006-ci ilde bitirmisem.Qida muhendisiyem.mene aid sizde vakant is yeri varmi?Tesekkur edirem.
Cavab: Gelin AİB-in ofisinə sohbət edək. Lakin hazırda vakant yer yoxdur.
20.01.2012
 
Sual: 
Cavab: 
13.01.2012
 
Sual: 
Cavab: 
08.01.2012
Emil Mirzeyev
Sual: Finikiyalilar deniz seyyahetlerini nece tehlukesiz edirdiler?
Cavab: Təəsüf ki, bu sual bizə aid deyil.
05.01.2012
Efruz Veliyeva
Sual: Salam Eyyub muellim. Ilk defe ishiq ve qaz cekdirmek uchun bu idarelere ne qeder pul odemeliyem? Onceden teshekkurler!
Cavab: 

İlk dəfə işıq, qaz çəkdirmək üçün layihə - smeta sənədləri tərtib olunmalıdır. Orada göstərilən məbləğ ödənilməlidir. Bunun üçün texniki şərt alınmalıdır, bu da Sizin işıq, qaz idarəsinə göndərdiyiniz ərizə əsasında verilir. N.Qasımov

04.01.2012
Aidə Əsgərova
Sual: Salam Eyyub müəllim, xahiş edirəm mənə kömək edəsiniz. Mənim kürkümü (дублёнка), kimyəvi təmizlənmə zamanı yararsız vəziyyətə çatdırmışlar- rəngi dəyişmiş, materialı bərkimiş, ölçüləri azalmışdır. Mən onu götürmədim və çeki saxladım. Malımı öz əvvəlki vəziyyətində istəyirəm. Axı bu qədər səhlənkarlıq olmaz. Mən nə edim?
Cavab: Saytda ana sehifede erize formasina baxin. Erize yazin, temennasiz komek edek.
22.12.2011
Nazim Aliyev
Sual: Salam, Men Volkswagen-dan Jetta mawini almiwam. 3 defe service muraciet etmiwem 2 defe eeyni detal deyiwilib hell olunmuyub, axirinci defe Noyabrn 8-de muraciet etmiwem, dediler ki, detal 2-3 hefteye gelir. Hele deqiq bir xeber vermirler. Menim suallarimi bundan ibaretdir. 1-cu sual Qarantiya muddetinden Service merkezine muraciet edilen tarixden ve temir olunan mudete qeder olan gunler elave olaraq qaraniya mudetin uzerine elave olunurmu? 2-ci sualim ise bir problema gore nece defe service merkezine muraciet edilenden sonra alici ya mawinini deyiwmesini ve yaxud tam qarantiya ala biler ki, hemin bir problem bir de tekrar olunmasin?
Cavab: 

1. Təmirdə saxlanılan müddət zəmanət müddətinə əlavə olunur.

2. Qanunvericiliklə bu məsələ tənzimlənməmişdir. Yalnız məhkəmə yolu ilə nəticə əldə etmək olar.

19.12.2011
ruhana samadova
Sual: Sikayetimizi hara bildirek??? Her saygaca 200 man. pul isteyirler.Bildiyimize gore bunlar dovlet hesabina aparilan islerdir.
Cavab: Ruhana xanim, sayğac Azərbaycan Respublikasının Prezidentinin 2009-cu il 30 sentyabr tarixli fermanına əsasən fiziki şəxslər üçün təsisatçının hesabına quraşdırılmalıdır. Siz Azad İstehlakçılar Birliyinə şikayət ərizəsi göndərə bilərsiniz. Şikayət ərizəsinin forması saytımızda var. Biz Sizə təmənnasız kömək etməyə hazırıq.
19.12.2011
ruhana samadova
Sual: Saalam! Xahis edirem sualimi cavablanirasiniz.Biz Hezi aslanov metrosuna yaxin teze binada yayda ev almisiq.indi bizeden saygac pulu teleb olunur.Qaz,su ve elektrik saygacina gore.vermeseniz isiqiniz kesiler deyirler.Imkan yoxdur vermeye.nece edek bu telebi bizden etmesinler.Hara sikayet eder?????Qabaqcadan tesekkur edirem
Cavab: 

Ruhana xanim, sayğac Azərbaycan Respublikasının Prezidentinin 2009-cu il 30 sentyabr tarixli fermanına əsasən fiziki şəxslər üçün təsisatçının hesabına quraşdırılmalıdır. Siz Azad İstehlakçılar Birliyinə şikayət ərizəsi göndərə bilərsiniz. Şikayət ərizəsinin forması saytımızda var. Biz Sizə təmənnasız kömək etməyə hazırıq.

13.12.2011
Bəhruz Məmmədov
Sual: Mən 14.10.2011-ci il tarixində KİA motors Azərbaycan şirkətindən Kia Sportage avtomobilini almışam. Avtomobilim zəmanətli olduğu üçün bütün xidmətlər orada aparılır. Avtomobilimin müharrikinin yağını dəyişən zaman aşkar etdim ki, istehsalçi tərəfindən tövsiyyə olunmayan yağlardan istifadə olunur onlara irad tutduqda onlar mənə dedilər ki, biz bu yağa etibar edirik əqər xoşunuza gəlmirsə zəmanəti ləğv eləyin və nə yağı istəyirsiniz tökün. Onlardan həmin yağin sertifikatını istədikdə mənə dedilər ki, get bizə yağı gətirən şirkətdən al. Mənim onlardan asılılığımdan sui istifadə edərək KİA Motors Azərbaycan şirkətinin servis mərkəzi istədiyini eləyir. Bu nəqədər düzgündür?
Cavab: Hörmətli Bəhruz müəllim. E-mai l- zə baxın, suallara cavab verin və ərizənizi yenidən yazın, vəziyyəti dəyişdirək.
12.12.2011
 
Sual: Salam Xahiş edirəm kommunal xidmətlərin adam hesabı qiymətlərini yazardız.MİS-in dediyinə görə zibil pulu artıb. Minnətdaram.
Cavab: 

Isıq pulu- 1 kb üçün 6 qəpik, qaz - 1m3 - 10 qəpik və sayğacın göstərişinə əsasən ödənilir. Zibil pulunun artmasi barede melumati MİS-dən öyrənə bilərsiniz. (Üzrlü hesab edin, insan resurslarımız zəifdir) Zəhmət çəkin özünüz öyrənin. İstehlakçı hüququnuz pozularsa, təmənnasız qorumağa hazırıq.

12.12.2011
 
Sual: zibil pulu nə vaxtdan arıb
Cavab: Bu haqda məlumatı MİS-dən öyrənin.
06.12.2011
Naila Aliyeva
Sual: Hidrogenleshdirilmish, trans-yaglarla bagli hansi telebler var?
Cavab: Sualınız aydın deyil. Məsləhət görülür, özünüz ədəbiyyata müraciət edəsiniz.
04.12.2011
Nuran Atamoğlanova
Sual: Hörmətli Eyyub məllim bilmək istərdimki,Azercellin "2729-a Sms göndər,nece qazanmagi sen de oyren!"kompaniyasinda qazanan şəxslərə hədiyyələr dogurdan da verilirmi?maşınları udan şəxslərə hədiyyələri təqdim olunurmu?
Cavab: Uduşları müəyyən edən kompaniyalar adətən, şəffaflığı və obyektivliyi təmin etmək üçün ictimai komissiya təşkil edir (əslində heç bir hüququ olmayan) və əksər hallarda məni komissiyanın sədri kimi təqdim edirlər. Adını çəkdiyiniz kompaniyaya dəvət almamışam. Xüsusən Azercell-in 8228 kompaniyasından böyük narazılıqlar var. Şəffaflıq olmayan yerdə mütləq qaranlıq istisna olmur.
25.11.2011
Natiq Abbasov
Sual: Hormatli Eyyub muallim oyranmak istardim ki,saxsi hayat evlarinda zibil pulunu hansi quruma odamaliyam ?,va zibil pulunu banka odamak ucun har-hansi kod olmalidirmi?.
Cavab: MIS (JEK)-ə və ya bələdiyyəyə ödəyin, təəssüf mərkəzləşmiş bank hesabı yoxdur. Qeyd olunan qurumlardan hesabı öyrənib ora ödəyə bilərsiniz.
21.11.2011
 
Sual: 
Cavab: 
21.11.2011
 
Sual: Hörmətli Eyyub müəllim ha deyirik ki, aldanmayaq amma bəzi insanlara görə bu qeyri mümkündür. Çünki onlar aldatmağa vərdiş ediblər. Bu gün aptekdən dərman almağa getmişəm. indi guya bu aptek müasir aptekdi və müasirdi deyə qiymətlərə satıcılar kompyuter vasitəsi ilə baxır, eləcə də alıcıya qiymətini deyir. Məsələ burasındadır ki, bu satıcılar normal kompyuterdəki aptek müdriyyəti tərəfindən təyin olunmuş qiymət yerinə şişirdilmiş bir qiymət deyib satıcını aldadır. Kompyuterin manitoru isə alıcıya deyil satıcıya doğru olduğundan daha bir söz deyə bilmirik.
Cavab: 

Təəsüf ki, belə vəziyyət mövcuddur. Bu mənim pis işləməyimdən irəli gəlir. Ərizə formasına baxın. Əgər Siz ərizə yazarsınızsa, Sizin hüququnuzu təmənnasız qorumağa hazırıq.

21.11.2011
şahin  
Sual: 
Cavab: 
21.11.2011
 
Sual:  Size edilen muracietlere nezer yetirende gorurem ki,siz huquqlarimizin pozulmamasi ucun, su,kanalizasiya problemlerimizin helli ucun cixis yolunun yerli su kanal idareleri ile muqavile baglamagimizdan kecdiyini bildirirsiniz. Nezerinize catdiriram ki,erazimiz yeni yasayis menteqesidir.Binalar-evler son 20 ilden beri tedricen insa olunub.Erazimizde su xettini de,kanalizasiya xettini de 1990-ci illerde biz ehali oz hesabimiza cekmisik.Hansi ki, borunun diametri de ehalinin su telebine cavab vermir,yeni,kicikdir,hemcinin, paslanmis borulardir. Bele olan halda bizimle Ganca sukanal TSC arasinda su istehlakina ve kanalizasiya xidmetine gore muqavile baglanmasi ne qeder qanunauygundur?!Eraziye su kemeri cekmemis Gence su kanal TSC ile biz muqavileni hansi sertlerle baglaya bilerik. Xahis edirik,bele konkret seraitde bizim Gence sukanal TSC ile muqavile baglamagimizin ne qeder qanuna zidd ve ya qanuna uygun olmasi barede izah edesiniz,yol gosteresiniz.
Cavab: 

Sudan istifadə edirsinizsə mütləq müqavilə bağlanmalı və suyun dəyəri ödənməlidir.

Əgər müqavilə bağlamırlarsa, onda sizi istənilən vaxt sudan təcrid edə bilərlər.

Məsləhət görürəm Gəncə sukanal TSC-yə yazılı müraciət edin,  cavabını alın, sonra AİB ilə əlaqə saxlayın.

12.11.2011
rufa pasayeva
Sual: iqtisadi sosial cografiya ucun melumatlari hardan tapa bilerem?ali mekteb seviyyesinde.
Cavab: Bağışlayın, sual bizə aid deyil.
10.11.2011
Rufat Sadıqov
Sual: Salam. Bilmek isteyirdim zibil pulu ucun ne qeder mebleginde rusum teleb olunur? Eger sahe sahibkarliq subyektidirse ve İceriseherde yerlesirse bu rusum artir? Evvelceden oz minnetdarligimi bildirirem.
Cavab: 

Menziller ucun  ayliq adambasina 14 qepik, sahibkarliq subyektleri ucun ise 20 qepik - 1 m3.

05.11.2011
Fəqan Mustafazade
Sual: Eyyub muellim salam! Bilmek isterdim ovchular birliyinin uzvu olmadan odlu silah alib,saxlaya bilerem?
Cavab: Ovçular Birliyinin üzvü olmadan silah alıb saxlaya bilərsiniz. Silah polisdə qeydiyyata alınmalıdır.
29.10.2011
Ələkbər Kazimov
Sual: Salam hörmətli Eyyub muəllim!Mən 24.10.2011-ci ildə Fizuli kücəsində yerləşən "kontakt" mağazasindan kredilə 340 manata(tələbə)kimi Samsunq mobil telefonu almışam.İki gündən sonra telefon deffekli cıxıb.Mağazaya müraciyət etdik,lakin o bizi servizə yollayır-serviz isə mağazaya.Əslində isə müqaviləyə görə telefonda bir problem olarsa-10 gün muddətində başqası ilə əvəzləmə yazılıb.Mənharaya müraciət edə bilərəm
Cavab: Sizin 14 gün müddətində telefonu yenisi ilə əvəzləmək hüququnuz var. AİB-in saytından ərizə formasına uyğun ərizə yazın təmənnasız həll edək.  
26.10.2011
ibrahim haziyev
Sual: salam.Bəzi magazalarda ,apteklərdə yazılıb ki alınana mallar geri qaytarılmır.Ordan mal aldıqda necə geri qaytarmaq olar?
Cavab: Qanuna zidd şüardır. Saytdan tapin istehlakçıların hüquqları haqqinda qanun maddə 15.1.
Sual yaz
 1    2    3    4    5    6    7    8    9    10    11    12    13    14    15    16    17    18    19    20    21    22    23    24    25    26    27    28    29    30    31    32    33    34    35    36    37    38    39    40    41    42    43   44    45  

Əmtəə bazarında sağlamlıq üçün təhlükəli qənd satılır, AQTA-nin apardığı işlər davamlı deyil, epizodikdir!

 

Bu barədə “Azad İstehlakçılar” İctimayi Birliyi (AİİB) 2019-cu ildə  araşdırma apararaq cəmiyyətə ətrafli məlumat vermiş,bütün müvafiq Dövlət qurumlarına,o cümlədən  Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə(AQTA) rəsmi müraciətlər etmiş,Respublika Prokurorluğu,Dövlət Gömrük komitəsi və digər qurumlar tərəfindən müvafiq tədbirlər görülmüş,”kəllə qənd”istehsalı zamanı qəndin ağardılmasında mənşəyi məlum olmayan kimyəvi maddələrdən istifadə etdiyinə görə bir sira qənnadı məmulatlarının istehsali müəssiələrində  reydlər kecirilmiş,qanun pozuntuları aşkar edilərək cavabdeh şəxslər həbs olunmuşdur.Eyni zamanda qəndin ağardılmasında istifadə olunan kimyəvi maddəni  ölkəyə idxal edən şəxslər cinayət məsuliyyətinə alinmışlar! Bu işlər 2019-cu ildə olmuşdur.

Bəs hazırda vəziyyət necədir?!

Belə ki, AİİB istehlakçılardan daxil olan məlumatlar əsasında bazardakı vəziyyətə nəzər yetirmiş, bir  “Kəllə qənd”nümunəsinin akkreditasiya olunmuş laboratoriyada ekspertizasının nəticələrini əldə edərək, insan sağlamlığı üçün təhlükə törədən qəndlərin bazarda  geniş şəbəkə ilə satıldığını müəyyən etmişdir.

AİİB tərəfindən aparılmış araşdırmanı bir daha xatırlasaq, məlum olur ki, hazırda da şəkər tozundan kəllə qənd hazırlamaq ücün, əksər kəllə qənd istehsalcıları daha ucuz olan kimyalaşma yolunu secirlər. Xatırladaq ki, şəkər tozundan  bəyaz kəllə qənd əldə etmək ücün iki üsul mövcuddur:

1) Şəkər tozu qaynadılır, bişirilir, alınan məhlul qaynatma zamanı sarı rəngə boyandığından, bu məhluldan bəyaz kəllə qənd almaq üçün məhlul bərkiyəndən sonra sarı rəngli kəllə qənd kütlələri, çox böyük firlanma sürətinə malik olan və yüksək məsrəflərlə başa gələn “Sentrafuqa”qurğusuna yerləşdirilir, burda yüksək mərkəzdənqaçma təcilinə məruz qalan kütlələrdən sarı maddə ayrılır və mexaniki yolla  tam bəyaz “kəllə qənd” əldə olunur.

2) Qaynadıldıqda sarı rəngə boyanmış şəkər tozu məhluluna kimyəvi maddə-Kükürd dioksid (SO2) əlavə edilr, sarı rəngli məhlul bəyaz rəng alır! Bundan sonra məhlul qəlblərə yerləşdirilib soyudulur və  gözlə sarılığı cətinliklə ayird edilə bilən ”bəyaz” kəllə qənd əldə edilir.

SO2 kimyəvi maddəsindən əsasən sənayedə parca ağartma, dəri aşılama, xalca yuma kimi sahələrdə istifadə olunur.

Qeyd edək ki, bütün dünyada gəlir əldə etmək, insan sağlamlığını arxa plana keçirtmə istəkləri, o yerə gətirib cıxarmışdır ki, hətta kimyəvi yolla  kəllə qənd istehsalına, bəzi ölkələrdə standartlara da daxil etməklə  haqq qazandırmışlar. Məsələn MDB məkanında mövcud olan ГОСТ 33222-2015 standartlarında  1 kq bəyaz kəllə qənddə maximum 15 milli qram  kükürd dioksidın  ola bilməsi nəzərdə tutulmuşdur (bundan öncə bu sahədə qüvvədə olan ГОСТ 22-94 və ГОСТ 31361-2008 standartlarında isə ümumiyyətlə bu maddənin istifadə edilməsinə icazə verilmir). Ölkəmizdə Tayqa Ticarət”müəssıəsi tərəfindən istehsal olunan və əmtəə bazarında satılan “Dad1” kəllə qənd məmulatının tərkibində laboratorioya tədqiqatı  1 kq məhsulda 70,2 mq  kükürd dioksid olduğunu göstərmişdir! Yəni təhlükə normasından 4,6 dəfə (500%-ə yaxın) cox!

AİİB-in araşdırmaları göstərir ki, ölkədə mövcud olan 20-yə qədər “Kəllə qənd” istehsalçısı bəyaz kəllə qənd əldə etmək ücün hazırda kimyəvi üsuldan istifadə edir və təhlükəli kimyəvi maddədən qəndi daha bəyaz etmək ücun bol-bol istifadə edirlər!

İstehlakçıların maraqlarını və sağlamlığını əsas tutan AİİB-birmənalı olaraq istehsalçılar tərəfindən kəllə qəndin ümumiyyətlə mexaniki yolla ağardılmasının həyata keçirilməsini istəyir!  Ən pis halda isə ГОСТ 33222-2015 standartlarına əsaslanaraq kəllə qənd istehsal edən sahibkarların fəaliyyətinə dövlət tərəfindən ciddi nəzarət edilməsini və sözü gedən kimyəvi qatqının standartda göstərilən normadan əsla yuxarı keçməməklə istifadəsinə icazə verilməsini tələb edir.

O cümlədən, hansı kəllə qənd istehsalı müəssisəsində mexaniki yolla ağartma həyata keçirilmirsə bu müəssiələrdə mütləq vaxtaşırı yoxlamalar aparılmalı, istehsal nümunələrindən götürülüb laborator analizləri aparılmalı, təhlükəli maddələr aşkar olunarsa və ya qatqılarla bağlı normadan kənara çıxmalar müəyyən olunacaqsa, satışda və anbarlarda olan məhsullar qeri cağrılmalı, ictimaiyyətin gözü önündə və KİV-lərin iştiraki ilə məhv edilməlidir. Bu istək və tələblərlə AİİB, Qida Təhlükəsizliyi Agentliyinə, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Dövlət Gömrük komitəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi müraciətlər etmişdir.

 

                                        AİİB-in sədri:                       E.Hüseynov

 

daha ətraflı...

Ölkəmizdə malların etiket məlumatları tam yarıtmaz vəziyyətdədir,əsasən İrandan idxal olunan mallar!

İstehlakçı xüsusən ərzaq malları haqqında məlumatı birbaşa malın etiketindən alır!İstehlakcının beynəlxalq və yerli hüquqlarından biri də məhz mal haqqında milli dildə informasiya almaq hüququdur!

“Azad İstehlakçılar” İctimayi Birliyi(AİİB) uzun illərdir ki,ən müxtəlif Dövlət orqanlarına yazılı müraciətlər göndərərək  bu məsələnin ,yəni vətəndaşlarımızin milli dildə məlumat alma hüququnun de-fakto olaraq taninması barədə tədbirlərin görülməsinə dair təkliflər versə də,bu məsələ həll olunmadan qalir!

Dövlət Dili Haqqında AR-nin qanununun maddəsi: 7.3. Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır

Istehlakcılarin Hüquqlarının Müdafiəsi Haqqında  AR-nın Qanununun 13-cü maddəsi:

Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır.

Nazirlər Kabinetinin 94 saylı qərarı,maddə 5.8.” Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə edilmiş tərcümə ilə də müşayiət olunmalıdır”

Qeyd edək ki,malların milli dildə markalanması məsələsi dünyanın əksər ölkələrində ,hətta Azərbaycandan hər cəhətcə zəif olan Ermənistan və Gürcüstanda  belə uzun illərdir ki,tam həyata keçirilsə də ölkəmizdə bu məsələ həll olunmadan qalır.Əlbəttə bu amil,qacaqmal üçün münbit bir şərait yaradır!

İlkin olaraq AİİB malların milli dildə markalanması məsələsini  İran İslam Respublikasından idxal olunan  ərzaq malları üzərində cəmləşdirməkdən başlamaq niyyətindədir. Cün ki,ən acınacaqlı hal məhz İrandan idxal edilən ərzaq mallarındadır!Əğər Dövlət qurumları qanunun yerinə yetirilməsinə dəstək versə digər çoxsaylı mal və xidmətlərə də keciləcəkdir.24 il ərzində AİİB, BMT-nin beynəlxalq uşaq təşkilatı UNİCEF-in köməyilə yalnəz körpə qidalarının milli dildəmarkalanmasına nail olmuşdur,bu cox azdır! AİİB-n ofisinə istehlakçılar tərəfindən etiraz müraciətləri ilə gətirilən İranda istehsal olunan ərzaq mallarının  markalanmasına diqqət yetirdikdə Azərbaycan dilindən başqa digər dillərdə məlumat olduğu görünür,lakin ərzaq malları üçün çox mühüm göstərici olan,istehsal və son istifadə tarixlərinin fars əlifbası ilə yazıldiğını görürük!Şübhəsiz ki,bu istehsalcı tərəfindən bilərəkdən,şüurlu şəkildə edilir ki,malını “Ölməz etsin”,yəni vətəndaşlarımız yararlılıq vaxtı keçmiş malı da alıb istehlak etsinlər!Əlbəttə Azərbaycan istehlakçılarının belə sadəlövhlüklə aldanması səbəbsiz deyil.Əhali ölkəmizdə artıq 3 ildir fəaliyyət göstərən Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) və digər dövlət qurumlarının fəaliyyətinə inanır,düşünür ki,yararlılıq vaxtı keçmiş mal satıla bilməz!Əfsus ki,bu inam özünü doğrultmur və istehlakçıların İran ərzaq mallarından zəhərlənməsinə dair məlumatlar da mövcuddur. Bəzən bu mövzu ilə bağli  neqativ halların qarşısını almağa cavabdeh olan dövlət qurumları əməkdaşlarının mediyada pafoslu cıxıçlarına da rast gəlirik,amma “3 müşketyor qanunu” daha uğurla işləyir-birimiz hamimiz ücün,hamımız birimiz üçün - yəni gömrük xeyir-dua verib ölkəyə buraxıbsa vəssalam!

İran ərzaq malları satışı şəbəkələrində ciddi monitoringlərin keçirilməsi,dövlətimizin qanunlarının pozulması ilə  ölkəyə idxal olunmuş qeyd olunan nöqsanlı malların satış şəbəkələrindən geri çağrılıb,ictimaiyyətin gözü önündə kütləvi məhv edilməsi,gömrük komitəsində çalışan əməkdaşların diqqətinin bu məsələyə cəlb edilməsinə zərurət yaranmışdir.

Dövlətimizin qanunlarını pozmaqla İran dükanlar şəbəkəsində satışa mal çıxaran 50-dən çox dükan mövcuddur.Bu dükanların bəzilərinin ünvanları:Əsas topdansatış dükanları,Sədərək ticarət mərkəzi,”Lukoyl”YDM-nin yanı(topdan satış),Dərnəgüldə “Elit “TM-nin yaxınlığı(çoxlu sayda),. 1)Bakı şəh.Əsəd Əhmədov 28

2)Xırdalan.texnikumun yaxınlıği.Rahat bazar ilə üzbəüz 3)Maştağa qəs.Savalanın 2-ci girişi 4)Ümid qəs.Laçın məktəbinin qarşısı 5)Neftçala şəh.H.Əliyev pros.Təzə bazar 6)Sahil qəsəbəsi 7)Ballı marketin yaxınlığı050-791-11-12 8)Sumqayıt şəh.2-ci mikr.Rossiya klubunun yanı.777 mağaza 9)Bakı şəh.Sarayevo küç7 10)Binəqədi ray.Xocasən yolu.Netto klubun yanı 11)Gəncə küç.Fujifilmin yanı 12)Əhmədli metrosu çıxışı.Ukrayna dairəsi tərəf 13)Xətai metrosunun arxası.N.Əliyev küç.17 14)Bakı şəh.Fatmayı 15)Hövsan qəs. 16)8 km bazarı.Halal market17)Şirvan şəh.Elite bazarının həyəti18)A.Şərifzadə küç.19519)Dərnəgül qəs.Şır-şır restoranının yanı 20)Xırdalan şəh.Təzə bazarın girişi ilə üzbəüz 21)Nizami metrosunun yanı.Z.Əhmədbəyov küç. 22)Buzovna qəs.Köhnə Polis şöbəsinin yanı 23)Əhmədli metrosu.Məhəmməd Hadi 41 və.s.

 

AİİB bu məsələni ictımailəşdirməklə bərabər, , Qida Təhlükəsizliyi Agentliyinə, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Dövlət Gömrük komitəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsminə  müraciətlər göndərmişdir.  Dövlətimizin qanunlarına əməl olunmasında hər bir istehlakcını fəal olmağa cağırırıq və dövlət qurumlarında nəticələr gözləyirik.

AİİB-in sədri:                       Eyyub Hüseynov 

 

 

daha ətraflı...
Press reliz
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə “Azad İstehlakçılar” İctimai Birliyi(AİİB) “Istehlakçılara parça bazar torbalarının paylanılması ilə ekologiyanın qorunmasına dəstək verilməsi” layihəsinin icrası üzrə fəaliyyyətini davam etdirir.
19 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, Alatava 2. ünvanda yerləşən “Araz 20 yanvar Superstore”- da istehlakçılara 150 ədəd parça materialdan tikilmiş bazar çantaları təmənnasız olaraq paylanıldı. Onlara həmçinin ekologiyanın qorunmasına,plastik taralardan imtinaya, qida təhlükəsizliyinə və ştrix koda dair məlumatlar da paylanıldı. İstehlakçılarda parça sumkalara böyük maraq oldu. Tədbirin sonunda çantaların paylanılmasına dair akt tərtib edildi. Eyni zamanda müəyyən istehlakçıların fotosu da çəkildi. Tədbirə dair press reliz hazırlanaraq KİV-lərə göndərildi. Tədbirimiz davam
daha ətraflı...

 

 

“Azad İstehlakçılar”

  İctimai Birliyi                                                                                                                   M: +99450 341 62 25                                       

17 avqust   2020-ci il.

 

Press reliz

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının  Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə “Azad İstehlakçılar” İctimai Birliyi (AİİB) “Istehlakçılara parça bazar torbalarının paylanılması ilə ekologiyanın qorunmasına dəstək verilməsi layihəsinin icrası üzrə fəaliyyyətini davam etdirir.

17 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu,  Səməd Vurğun küçəsi 60. ünvanda yerləşən “Bolmart” Supermarketdə istehlakçılara 150 ədəd parça materialdan tikilmiş bazar sumkaları təmənnasız olaraq paylanılmışdır. İstehlakçılara həmçinin qida təhlükəsizliyinə və ştrix koda dair məlumatlar da paylanılmışdır. İstehlakçılar böyük həvəslə həmin sumkaları götürürdülər. Tədbirin sonunda sumkaların paylanılmasına dair akt tərtib edildi. Eyni zamanda müəyyən istehlakçıların fotosu da çəkildi.Tədbirimiz davam edəcək.

daha ətraflı...
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır