|
|
|
Be |
Ça |
Ç |
Ca |
C |
Ş |
B |
| | | | | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
|
|
|
|
|
|
|
Bu gün ziyarətçilər: (136) |
|
Dunen ziyarətçilər: (181) |
|
Bu gün səhifə baxışı: (166) |
|
Dünən səhifə baxışı: (449) |
|
|
|
Sual-cavab |
|
|
Sual yaz |
|
16.12.2012 |
Rauf Nadirov |
Sual: Salam.Mən 1 ay bundan qabaq Romantik Geyim dükanları şəbəkəsindən daha doğrusu Neftçilər filialından uzun boğaz çəkmə aldim.Alarkən satıcı malın kefiyyətli olduğunu altlığının yapışdırıldığinı hətta tikildiyini və əgər nəsə baş verərsə dəyişdirmək imkanımım olduğunu bildirmişdi.Mən bu çəkməni havaların sabit keçdiyindən dolayı 3 gün bundan qabaq yəni havalar soyuduqdan sonra geyməyə başladım.3 gün sonra təsbit etdim ki aldığım çəkmənin sol tayı arxa tərəfdən açılıb.Dünən isə mən həmin geyim dükanına yaxınlaşıb problemi bildirdim və onlar dəyisdirmək qərarına gəldilər.Amma onlar həmin maldan qalmadığıni bildirərək başqa bir şey seçməyi təklif etdilər.Mənim isə orda xoşladığım bir şey olmadığından pulu geri qaytarmaqlarını istədimş.ONlar bunun mümkün olmadığıni bildirdilər.Mən sizdən öyrənmək istərdim mən pulumu geri ala bilərəm?Bunun üçün mən nə etməliyəm ?Xahiş edirəm mənə yardım edəsiz.Cavabınızı tez almaq istərdim |
Cavab: Saytimizdaki erize formasina uygun erize yazin. Huququnuzu temennasiz qoruyaq. |
|
|
|
|
12.12.2012 |
Sabit Bayramov |
Sual: Salam.Mənə hüquqi məsləhət verməyinizi Sizdən çox xahiş edirəm.Bir il əvvəl MAGNİT mağazasından 1 il zəmanətlə kreditə 1500 AZN dəyərində SAMSUNG LED televizoru almişiq.Televizorda nasazlıq yarandığına görə mağazaya servisin ünvanını almaq üçün müraciət etdik.Onlar televizoru magazaya gətirməyi dedilər.Servis guya magazaya gəlirmiş.Zəmanət isə bitməyə 6 gun qalmışdı. 6 gün ərzində təmir etdilər.Amma bəzi nasazləqlar yenə də gəlir gedir ekranda vaxtaşırı.Onlar bizə televizorda nə dəyışdiyini demədilər.Bu baradə də heç bir sənəd təqdim etmədilər.Bildiyimə görə dəyişdirilmiş detala yenidən 1 il qarantiya verilməli idi.Hüquqlarımın tapdalandıgını bilirəm və Sizdən bu haqda dəqiq ətrafli məlumat almaq üçün XAHİŞ edirəm. zaur7788@box.az |
Cavab: Saytimizdaki erize formasina baxin, erize yazin. Temennasiz huququnuzu qoruyaq. Ayriliqda detala zemanet verilmir. |
|
|
|
|
09.12.2012 |
Elvin Abasov |
Sual: Salam men sauna avadanliqlari satish yerinden sauna peci almisham.ama pulun bir hissesin odemisham.qurashdirilma zamani melum olduki menim evimde elektrik problemi var.indi peci qaytarmaq isteyirem goturmurler..cunki cami 1 deq ishlenib cemi pec ozu da oz ustalari terefinden.xahish edirem meslehet verin men qaytaraa bilerem bu peci? |
Cavab: Erizenizi lazimi dovlet orqanlarina gondermisik. |
|
|
|
|
07.12.2012 |
Araz Baki |
Sual: Salam. Zehmet olmasa BazarStore-un reklamina fikir verediniz. bu aciq aydin tehgir deyilmi 42 ci saniyeye
http://www.youtube.com/watch?v=aWXThG3df9Q
|
Cavab: |
|
|
|
|
05.08.2012 |
Mensur Ibadullayev |
Sual: Salam.Eyyub muellim.
Sheki RESH MMC 2 aydir ki.mene ishiq vermir.menden qisas alirlar.Onlar bu muddeti sonsuzluga kimi davam etdirmek fikrindedirler.Kime shikayet etsem mene komek ede biler? |
Cavab: Azad Istehlakcilar Birliyinin eksperti Baba muellimle danisin, meslehet alin. 012 449 89 95, 050 728 88 19 |
|
|
|
|
04.08.2012 |
natiq ceferov |
Sual: Hörmətli Eyyub müəllim 3-gün bundan qabaq "yevrolyuks" şirkəti adından Aytən adında bir xanım zəng edib həyat yoldaşıma deyib ki,- "telefon nömrəniz uduşa düşb və sizə şirkətdən ütü, tozsoran, elektirik çaydanı və endirim kartı hədiyyə edilir,amma gərək siz yarı dəyərində olan (195 azn) mikrodalğalı sobanı alasınız.Yoldaşım razılaşıb və 195 manat ödəyərək hədiyyələrlə birgə sobanı alır.Sonra məlum olur ki, (ştirix kodu 8699261730249) həmin malın pərakəndə satış qiyməti 56-60 azn-dir.
Bilmək isdərdik ki,bizim isdehlakçı kimi hüqqumuz nə dərəcədə pozulub və həmin malları geri qaytara bilərikmi.Əvvəlcədən öz təşəkkürümüzü bildiririk. |
Cavab: Saytadaki erize formasina baxin, ona uygun erize yazin, e-mailimiza gonderin hell edek. |
|
|
|
|
28.07.2012 |
Muzahir Huseyn |
Sual: Salam Eyub muellim, Bakida fealiyyet gosteren bir cox wirniyyat satiw magazalari var ki, satdiqlari mehsulun uzerinde tarix göstermirler. Meselen, cudo pecka, azza. Ve Alicilar satilan wirniyyatlarin tezeliyini saticilarin sozlerine uygun olaraq inanirlar. Bu cur ticarete ne derecede inanmaq olarmi? |
Cavab: Tortlarin satis sebekesinde saxlama muddeti 36 saatdan artiq deyildir. Buraxilma tarixi, son yararliliq muddeti gosterilmeyen mallari almayin! |
|
|
|
|
19.07.2012 |
Mensur Ibadullayev |
Sual: 1.SHeki RESH MMC-nin ishcileri meni 1140 manat 48qepik cerimeleyibler.Cerime aktina yalniz özleri qol cekibler.Aktda adlari gosterilen hal shahidlerininhec biri arta imza atmayib.SHahid kimi adlari gosterilen adamlarin hec biri hemin gun hec hadise yerinde olmayiblar.Bu cur saxta aktin tertib edilmesi cinayetdirmi?Bele senedin huquqi esasi varmi? 2.Mehkemede mudafie olunmaq ucun vekile ehtiyacim var.Amma bunun ucun maddi imkanim yoxdur.Bu veziyyetden cixish yolu varmi?Telefon elaqesini ustun tuturam. |
Cavab: Aktin yazilmasi cinayet terkibli deyil, hemin aktin huquqi quvvesi yoxdur. Bele tertib olunmush aktin esasinda cerime etmek qeyri-qanunidir. Akta gore yazilmish cerimenin hesabinzdan silinmesi ancaq mehkeme yolu ile hell etmek olar. Sheki RESH MMC mehkeme qerari olmadan esassiz yazdigi borcu pozmayacaqdir. |
|
|
|
|
14.07.2012 |
Mensur Ibadullayev |
Sual: akt nedir? |
Cavab: Inzibati akt- inzibati orqan terefinden umumi (publik) huquq sahesine aid olan mueyyen (konkret) meseleni nizama salmaq ve ya hell etmek meqsedi ile qebul edilmis ve unvanladigi huquqi ve ya fiziki sexsler ucun mueyyen huquqi neticeler yaradan qerar, serencam ve ya diger nov hakimiyyet tedbiridir. |
|
|
|
|
25.06.2012 |
Farhad Hasanov |
Sual: Ehali zibil tullantilarinin atilmasi üçün pul ödemelidirmi. |
Cavab: Pul mutleq odenilmelidir. |
|
|
|
|
10.06.2012 |
Adil Memmedov |
Sual: Salam Razin sokulur kime sikayet edek.Soken adam fikirlesmirki bu camaatin senin kimi imkani yoxdu. |
Cavab: Bu ciddi problemdir. Dusunurem ki, Baki seher Icra Hakimiyyetine muraciet edilmelidir. |
|
|
|
|
15.05.2012 |
Xaliq Rzayev |
Sual: Salam Eyub müəllim. Məhsulların netto çəkilərində yol verilə bilən xəta neçə faiz olmalıdır.( Məsələn, 100qrama qədər olanda neçə faiz? 500 qrama qədər olanda,1kq-a kimi və 1-10kq arası,10-100kq arası) . Əvvəlcədən təşəkkür edirəm. |
Cavab: Hrmətli Xaliq muellim, Sizin sualınıza cavab olaraq, nezerinizə çatdırırıq ki, Azərbaycan Respublikasının RST AZ-171-81 standartının tələbinə müvafiq olaraq, qablaşdırılmış 18%-9%-yağlılıqlı kəsmikin "netto çəkisi" 100qr çəkidə - ± 3% 250 qr çəkidə - ± 2,5% 500 qr çəkidə -± 2,0% kənarlaşmaya yol verilə bilər. O biri məhsullar haqda məlumat almaq üçün uyğun standartları axtarıb tapa bilərsiniz. |
|
|
|
|
06.05.2012 |
Resul Suleymanov |
Sual: Hörmətli Eyyub müəllim!mənim şikayətim Avropa Qapilarindaki süründürməçilikdəndir.Belə ki 31.03.2012 tarixdə Avropa Qapilari şirkətindən 4 ədəd otaq qapısı sifariş etmişəm.30.04.2012-yə gətirib quraşdırmalı idiler,amma hələ də yoxdur.Baxmayaraq mayın 6-sıdır gah deyirlər lakı qurumayıb gah deyirlər fabrikdə çərçivələri tapa bilmirik.məncə bu məsuliyyətsizlik və mənim hüqüqlarımın kobud pozulmasıdır.onların ucbatından evimin təmiri yarımcıq qalıb.Xahiş edirəm mənə kömək edəsiniz.Əqər ərizə yazmalıyamsa hansı ünvana təqdim etməliyəm?Sizin ofisiniz harada yerləşir?Əvvəlcədən edəcəyiniz köməyə görə minnətdaram |
Cavab: Hormetli R.Suleymanov, rica edirem, saytimizda erize formasina baxin, muraciet edin. Huququnuz temennasiz qorumaga haziriq. |
|
|
|
|
28.04.2012 |
Seyyub Aliyev |
Sual: Salam.Hormetli Eyyub muellim Nazirlər Kabinetinin 2012-ci il 17 fevral tarixli qərarı ilə ölkədə dövlət və ictimai mənzil fondlarına daxil olan evlərdə məişət tullantılarının daşınması və zərərsizləşdirilməsinə görə ödəniş ləğv edilib.Lakin bizim eraziye baxan 85-sayly MKIS-in de deyirler bize ele qerar gelmeyib.Tarif shurasinin qerari ile zibil pulu adambashi kecen ilin deklabr ayindan 30-qepikdir.
Zehmet olmasa bu barede bir balaca aydinliq getirerdiniz.
Evvelceden minnetdaram. |
Cavab: Istehlakci ile xidmet gosteren arasinda ikiterefli muqavile olmalidir, muqavilede butun shertler qeyd olunmalidir ve alinan pul muqabilinde qebz verilmelidir.Nusret Qasimov -AIB-in kommunal eksperti |
|
|
|
|
24.04.2012 |
Rafael Gulmemmedov |
Sual: Mənim sualım sayğacla (ELEKTRİK) bağlıdı bilmək istəyərdim ki sayğaclar dövlət rüsumu ödənilir yoxsa yox Avtovağzalda ofisə quraşdırılan sayğaca rüsum haqq ödənilməlidir yoxsa yox. burda heç bir sayğac quraşdırılmıyıb. birinci dəfədi sayğac quraşdırılır. bildiyimə görə birinci dəfə sayğac quraşdırlılarsa bu PULSUZ olmalıdı yoxsa bu ancaq fiziki şəxslərə aiddir. bu sayğaclaşdırma işini bakıelektrik şəbəkə yox başqa bir firma keçirir deyəsən. belə bir hüqüq verilir mi ki başqa bir firma sayğac quraşdırsın və haqq alsın. bunun cvblandırlmasını istərdim təşəkkür |
Cavab: Yalniz fiziki shexsler uchun saygac pulsuzdur. Diger firma terefinden saygac qurashdirila biler. |
|
|
|
|
|
|
|
|
09.04.2012 |
Elçin Vəliyev |
Sual: Mən cəbhə bölgəsində erməni işğalçılarının 2 km məsafədə yaşayəram
04/01/2012-ci il tarixdə Azersell-in hər gün televiziya vasitəsi ilə reklam etdiyi 3GMAX modemini rəsmi dillerdən güzəştli qiymətlə aldım.Orada mənə bildirdilər ki bu modem bütün Azərbaycanda işləyir məndə hımin modemi gətirdim Ağdama yoxlayanda məlum oldu ki modem nəyin ki şəkilləri hətta inernetə belə qoşulmağa çətinlik şəkir.Mən 05/01/2012-ci il tarixdən bu günə kimi Azersell MX-nə zəng vursamda mənə eyni sözləri deyirlər tezliklə sizinlə əlaqə saxlanılacaq ancaq 4aydır ki mənimlə bərabər Azersell milləti aldadır ki 3GMAX modemi bütün Azərbaycanı əhatə edir.Xahiş edirəm köməklik edəsiniz |
Cavab: Saytimizda erize formasina baxin. Formaya uygun erize yazin. |
|
|
|
|
27.03.2012 |
E. ƏLİYEVA |
Sual: XETAİ KLİNİKASİ TELEVİZORDA REKLAM EDİR Kİ, MART AYİNDA 35-40% ENDİRİM EDİRİK, AMMA BELƏ OLMADI.ƏVVƏL SİRUS HEKİMİN QEBULU 30 MANAT İDİ, MARTDA 24 MANAT OLDU. BU DA 20% EDİR. YALANCI ENDİRİMLERLE XALQİ ALDADANLAR QANUN QARŞISINDA HEÇ BİR MESULİYYƏT DAŞIMIRMI ? BUNA NƏZARƏT EDƏN BİR ORQAN YOXDURMU ? |
Cavab: Sizinle hemfikirem. Rica edirem, saytdaki erize formasina uygun erize yazin, veziyyeti vetendashlarin xeyrine deyishek. |
|
|
|
|
23.03.2012 |
SHABAN XANMAMEDOV |
Sual: Salam men noutbuk almisham 1aydan sesi cixmadi indide aldigim yerden deyirlerki,arxasi acilmalidi men ise ya pulumu yada geri qaytarmaq istiyirem.mene meslehet verin.evvelceden sizi teshekkur edirem. |
Cavab: Saytdaki erize formasina uygun erize yazin, mumkun olsa ozunuz de gelin ofise, chalishariq yerinde hell ederik. |
|
|
|
|
19.03.2012 |
Rufat Salahov |
Sual: Salam. Biz Mart ayinin 11-de Samsungdan soyuducu almisiq. 3 illik zemaneti de var. Ancaq soyuducunu evde 2 gun isledenden sonra xarab oldu. Samsungun servisinden usta gelib dedi ki, muherriki yanib ve onu deyiseceyik. Ancaq bizim fikrimizce soyuducu ozu tam deyisdirilmelidir, cunki cemi 2 gun istifadeden sonra xarab olub. Sizin meslehetinizi bilmek isterdim. Tesekkur edirem. |
Cavab: Tələbiniz haqlıdır. İstəsəniz bizə ərizə yazın. Təmənnasız həll edək. |
|
|
|
|
13.03.2012 |
Samir İbrahimov |
Sual: Salam!
Mən bir neçə ildir ki artıq Bakcell abunəçisiyəm.Məlumat mərkəzi ilə bağlı Bakcell-ə iradım olub amma tam dolğun cavab ala bilmədim.Şikayətim belədir: 555 məlumat mərkəzinə zəng etdikdə soruşur-Əgər müraciətiniz zəng etdiyiniz nömrəyə aiddirsə 1-ə basın.Mən də 1-ə basıb təsdiqləyirəm daha sonra isə heç bir seçim gəlmir və mən məcburən orda Bakcell-in hansısa reklam xarakterli audi yazısına qulaq asıram.Bu bütün abonentlər üçün belədir.Öyrənmək istədiyim odur ki Bakcell və yaxud başqa operator bunu edə bilər?Abonentlərə seçim şansı vermir ki onlar seçsinlər qulaq assınlar ya yox? |
Cavab: Bakcell müştəriyə diqqətsizlik edir. Bizə ərizə ilə müraciət etsəniz, vəziyyəti dəyişməyə çalışarıq. |
|
|
|
|
24.02.2012 |
Izzət Kərimov |
Sual: Bizde elektrik enerjisinin gədginliyi 180v-dan(Soyuq vaxtlarda hətta 160v-a qədər) yuxarı olmur!Bu isə mən hesab edirem istehlakçı huquqlarinin pozulması kimi deyerlendirilməlidir.Belə ki men işıq pulunu 220v gərəinlik hesabi ilə verirəm ahcaq bəzi elektrik cihazlarınən normal fəaliyyəti ucun "stabilizator"adlanan cihazdan istifadə edirəm bu da elektrik serfiyyatinda artiq odömələrə şerait yaradır!İstenilen halda Bakielektrikşəbəkə hər bir abenentə keyfiyyətli elektrik enerjisi ilə temin etməyə borcludur! Qeyd edim ki mən intizamli abonentəm və bunu yaxlamaq cox asandır! Bu problemi necə hell etmək olar? |
Cavab: Hormetli Izzet muellim. Siz intizamli istehlakchi olmaqla beraber hem de, prinsipal olsaniz "Bakielektrikshebeke" MMC-den odediyiniz pulun 25%-ni geri ala bilersiniz. Bu mesele Naziler Kabinetinin tesdiqlediyi "Elektrik enerjisinden" istifade qaydalarinda oz eksini tapib. |
|
|
|
|
22.02.2012 |
Vidad Qurbanov |
Sual: Ərizə
Sumqayıt şəhəri "Əşya bazarı" deyilən ərazidə olan yanacaq doldurma məntəqəsi benzini az vurur,aparaturaları həddən çox surətlə işlədərək köpüklü benzin vurur,iradlara məhəl qoymurlar |
Cavab: Erize formasina baxin, erize yazin, orada qayda-qanun yaranmasina nail olaq. |
|
|
|
|
18.02.2012 |
Gunel Zeynalzadə |
Sual: Salam ...Mənim sual saxta brend geyimlər haqqındadı .Siz bu mövzu barədə nə deyə bilərsiz? metrostansiyalarda, yeraldı kecidlərdə və yaxud da bir çox mağazalarda bu cür keyfiyyətsiz, sintetik parcadan hazirlanan geyimlər haqqında fikirlərinizi öyrənmək istırdim . |
Cavab: Bu cur geyimler arzuedilmezdi. Bu sahede huququnuz pozulmushsa, muraciet edin, temennasiz hell edek. |
|
|
|
|
17.02.2012 |
|
Sual: salam biz jekdən arayış almaq istədikdə ev pulu tələbilə vermirlər nə edək? |
Cavab: JEK-in bu hereketi qanunsuzdur. Erize ile muraciet etseniz temennasiz hell ederik |
|
|
|
|
16.02.2012 |
Nurlan Dadaşov |
Sual: Mən hal-hazırda Siyəzəndə fəaliyyət göstərirəm-Home office şəraitində-Qnetdə.İstəyirəmki buradakı İcra orqanları mənim bu işimdən rəsmi olaraq xəbərdar olsun.Mən Siyəzən Şəhər İcra Başçısına rəsmi yazılı ərizə ilə Elektron Ticarət və Birbaşa Satışın burada da inkişafı naminə müraciət etmişəm və yaxın həftələrdə Cənab Başçımız Arif Qasımov Bizi qəbul edəcək.Mən özümə və Şirkətimə əminəm və işləyirəm burada.Və yaxın vaxtlarda Bakı şəhərinə ofisə çıxmaq fikrindəyik.Müvəqqəti burada işləyirik.Mənim burada 30-a yaxın şəbəkəm və artmaqda olan qrupum var.Sadəcə İcra orqanlarının qarşısına qoya biləcək sənədlərim yoxdur-öz VOEN-imdən başqa.ÇOX XAHİŞ EDİRƏM MƏNƏ BU BARƏDƏ YARDIM EDİN.Lazımdırsa mobilni ilə də əlaqə saxlayıb danışa bilərik.Mən nömrəmi qeyd etmişəm.Minnətdaram.Gözləyirəm. |
Cavab: Nurlan bey, AIB-in huquqshunasi Habil Isgenderli ile elaqe saxlayin - 050 314 81 88. |
|
|
|
|
15.02.2012 |
Nurlan Dadaşov |
Sual: Mən hal-hazırda Siyəzəndə fəaliyyət göstərirəm-Home office şəraitində-Qnetdə.İstəyirəmki buradakı İcra orqanları mənim bu işimdən rəsmi olaraq xəbərdar olsun.Mən Siyəzən Şəhər İcra Başçısına rəsmi yazılı ərizə ilə Elektron Ticarət və Birbaşa Satışın burada da inkişafı naminə müraciət etmişəm və yaxın həftələrdə Cənab Başçımız Arif Qasımov Bizi qəbul edəcək.Mən özümə və Şirkətimə əminəm və işləyirəm burada.Və yaxın vaxtlarda Bakı şəhərinə ofisə çıxmaq fikrindəyik.Müvəqqəti burada işləyirik.Mənim burada 30-a yaxın şəbəkəm və artmaqda olan qrupum var.Sadəcə İcra orqanlarının qarşısına qoya biləcək sənədlərim yoxdur-öz VOEN-imdən başqa.ÇOX XAHİŞ EDİRƏM MƏNƏ BU BARƏDƏ YARDIM EDİN.Lazımdırsa mobilni ilə də əlaqə saxlayıb danışa bilərik.Mən nömrəmi qeyd etmişəm.Minnətdaram.Gözləyirəm. |
Cavab: |
|
|
|
|
13.02.2012 |
Nurlan Dadaşov |
Sual: Mən hal-hazırda Siyəzəndə fəaliyyət göstərirəm-Home office şəraitində-Qnetdə.İstəyirəmki buradakı İcra orqanları mənim bu işimdən rəsmi olaraq xəbərdar olsun.Mən Siyəzən Şəhər İcra Başçısına rəsmi yazılı ərizə ilə Elektron Ticarət və Birbaşa Satışın burada da inkişafı naminə müraciət etmişəm və yaxın həftələrdə Cənab Başçımız Arif Qasımov Bizi qəbul edəcək.Mən özümə və Şirkətimə əminəm və işləyirəm burada.Və yaxın vaxtlarda Bakı şəhərinə ofisə çıxmaq fikrindəyik.Müvəqqəti burada işləyirik.Mənim burada 30-a yaxın şəbəkəm və artmaqda olan qrupum var.Sadəcə İcra orqanlarının qarşısına qoya biləcək sənədlərim yoxdur-öz VOEN-imdən başqa.ÇOX XAHİŞ EDİRƏM MƏNƏ BU BARƏDƏ YARDIM EDİN.Lazımdırsa mobilni ilə də əlaqə saxlayıb danışa bilərik.Mən nömrəmi qeyd etmişəm.Minnətdaram.Gözləyirəm. |
Cavab: |
|
|
|
|
|
|
|
|
10.02.2012 |
Nurlan Dadaşov |
Sual: Mən hal-hazırda Siyəzəndə fəaliyyət göstərirəm-Home office şəraitində-Qnetdə.İstəyirəmki buradakı İcra orqanları mənim bu işimdən rəsmi olaraq xəbərdar olsun.Mən Siyəzən Şəhər İcra Başçısına rəsmi yazılı ərizə ilə Elektron Ticarət və Birbaşa Satışın burada da inkişafı naminə müraciət etmişəm və yaxın həftələrdə Cənab Başçımız Arif Qasımov Bizi qəbul edəcək.Mən özümə və Şirkətimə əminəm və işləyirəm burada.Və yaxın vaxtlarda Bakı şəhərinə ofisə çıxmaq fikrindəyik.Müvəqqəti burada işləyirik.Mənim burada 30-a yaxın şəbəkəm və artmaqda olan qrupum var.Sadəcə İcra orqanlarının qarşısına qoya biləcək sənədlərim yoxdur-öz VOEN-imdən başqa.ÇOX XAHİŞ EDİRƏM MƏNƏ BU BARƏDƏ YARDIM EDİN.Lazımdırsa mobilni ilə də əlaqə saxlayıb danışa bilərik.Mən nömrəmi qeyd etmişəm.Minnətdaram.Gözləyirəm. |
Cavab: |
|
|
|
|
|
Sual yaz |
|
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42 43
44
45
|
|
|
|
Əmtəə bazarında sağlamlıq üçün təhlükəli qənd satılır, AQTA-nin apardığı işlər davamlı deyil, epizodikdir!
Bu barədə “Azad İstehlakçılar” İctimayi Birliyi (AİİB) 2019-cu ildə araşdırma apararaq cəmiyyətə ətrafli məlumat vermiş,bütün müvafiq Dövlət qurumlarına,o cümlədən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə(AQTA) rəsmi müraciətlər etmiş,Respublika Prokurorluğu,Dövlət Gömrük komitəsi və digər qurumlar tərəfindən müvafiq tədbirlər görülmüş,”kəllə qənd”istehsalı zamanı qəndin ağardılmasında mənşəyi məlum olmayan kimyəvi maddələrdən istifadə etdiyinə görə bir sira qənnadı məmulatlarının istehsali müəssiələrində reydlər kecirilmiş,qanun pozuntuları aşkar edilərək cavabdeh şəxslər həbs olunmuşdur.Eyni zamanda qəndin ağardılmasında istifadə olunan kimyəvi maddəni ölkəyə idxal edən şəxslər cinayət məsuliyyətinə alinmışlar! Bu işlər 2019-cu ildə olmuşdur.
Bəs hazırda vəziyyət necədir?!
Belə ki, AİİB istehlakçılardan daxil olan məlumatlar əsasında bazardakı vəziyyətə nəzər yetirmiş, bir “Kəllə qənd”nümunəsinin akkreditasiya olunmuş laboratoriyada ekspertizasının nəticələrini əldə edərək, insan sağlamlığı üçün təhlükə törədən qəndlərin bazarda geniş şəbəkə ilə satıldığını müəyyən etmişdir.
AİİB tərəfindən aparılmış araşdırmanı bir daha xatırlasaq, məlum olur ki, hazırda da şəkər tozundan kəllə qənd hazırlamaq ücün, əksər kəllə qənd istehsalcıları daha ucuz olan kimyalaşma yolunu secirlər. Xatırladaq ki, şəkər tozundan bəyaz kəllə qənd əldə etmək ücün iki üsul mövcuddur:
1) Şəkər tozu qaynadılır, bişirilir, alınan məhlul qaynatma zamanı sarı rəngə boyandığından, bu məhluldan bəyaz kəllə qənd almaq üçün məhlul bərkiyəndən sonra sarı rəngli kəllə qənd kütlələri, çox böyük firlanma sürətinə malik olan və yüksək məsrəflərlə başa gələn “Sentrafuqa”qurğusuna yerləşdirilir, burda yüksək mərkəzdənqaçma təcilinə məruz qalan kütlələrdən sarı maddə ayrılır və mexaniki yolla tam bəyaz “kəllə qənd” əldə olunur.
2) Qaynadıldıqda sarı rəngə boyanmış şəkər tozu məhluluna kimyəvi maddə-Kükürd dioksid (SO2) əlavə edilr, sarı rəngli məhlul bəyaz rəng alır! Bundan sonra məhlul qəlblərə yerləşdirilib soyudulur və gözlə sarılığı cətinliklə ayird edilə bilən ”bəyaz” kəllə qənd əldə edilir.
SO2 kimyəvi maddəsindən əsasən sənayedə parca ağartma, dəri aşılama, xalca yuma kimi sahələrdə istifadə olunur.
Qeyd edək ki, bütün dünyada gəlir əldə etmək, insan sağlamlığını arxa plana keçirtmə istəkləri, o yerə gətirib cıxarmışdır ki, hətta kimyəvi yolla kəllə qənd istehsalına, bəzi ölkələrdə standartlara da daxil etməklə haqq qazandırmışlar. Məsələn MDB məkanında mövcud olan ГОСТ 33222-2015 standartlarında 1 kq bəyaz kəllə qənddə maximum 15 milli qram kükürd dioksidın ola bilməsi nəzərdə tutulmuşdur (bundan öncə bu sahədə qüvvədə olan ГОСТ 22-94 və ГОСТ 31361-2008 standartlarında isə ümumiyyətlə bu maddənin istifadə edilməsinə icazə verilmir). Ölkəmizdə Tayqa Ticarət”müəssıəsi tərəfindən istehsal olunan və əmtəə bazarında satılan “Dad1” kəllə qənd məmulatının tərkibində laboratorioya tədqiqatı 1 kq məhsulda 70,2 mq kükürd dioksid olduğunu göstərmişdir! Yəni təhlükə normasından 4,6 dəfə (500%-ə yaxın) cox!
AİİB-in araşdırmaları göstərir ki, ölkədə mövcud olan 20-yə qədər “Kəllə qənd” istehsalçısı bəyaz kəllə qənd əldə etmək ücün hazırda kimyəvi üsuldan istifadə edir və təhlükəli kimyəvi maddədən qəndi daha bəyaz etmək ücun bol-bol istifadə edirlər!
İstehlakçıların maraqlarını və sağlamlığını əsas tutan AİİB-birmənalı olaraq istehsalçılar tərəfindən kəllə qəndin ümumiyyətlə mexaniki yolla ağardılmasının həyata keçirilməsini istəyir! Ən pis halda isə ГОСТ 33222-2015 standartlarına əsaslanaraq kəllə qənd istehsal edən sahibkarların fəaliyyətinə dövlət tərəfindən ciddi nəzarət edilməsini və sözü gedən kimyəvi qatqının standartda göstərilən normadan əsla yuxarı keçməməklə istifadəsinə icazə verilməsini tələb edir.
O cümlədən, hansı kəllə qənd istehsalı müəssisəsində mexaniki yolla ağartma həyata keçirilmirsə bu müəssiələrdə mütləq vaxtaşırı yoxlamalar aparılmalı, istehsal nümunələrindən götürülüb laborator analizləri aparılmalı, təhlükəli maddələr aşkar olunarsa və ya qatqılarla bağlı normadan kənara çıxmalar müəyyən olunacaqsa, satışda və anbarlarda olan məhsullar qeri cağrılmalı, ictimaiyyətin gözü önündə və KİV-lərin iştiraki ilə məhv edilməlidir. Bu istək və tələblərlə AİİB, Qida Təhlükəsizliyi Agentliyinə, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Dövlət Gömrük komitəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi müraciətlər etmişdir.
AİİB-in sədri: E.Hüseynov
|
|
daha ətraflı... |
|
Ölkəmizdə malların etiket məlumatları tam yarıtmaz vəziyyətdədir,əsasən İrandan idxal olunan mallar!
İstehlakçı xüsusən ərzaq malları haqqında məlumatı birbaşa malın etiketindən alır!İstehlakcının beynəlxalq və yerli hüquqlarından biri də məhz mal haqqında milli dildə informasiya almaq hüququdur!
“Azad İstehlakçılar” İctimayi Birliyi(AİİB) uzun illərdir ki,ən müxtəlif Dövlət orqanlarına yazılı müraciətlər göndərərək bu məsələnin ,yəni vətəndaşlarımızin milli dildə məlumat alma hüququnun de-fakto olaraq taninması barədə tədbirlərin görülməsinə dair təkliflər versə də,bu məsələ həll olunmadan qalir!
Dövlət Dili Haqqında AR-nin qanununun maddəsi: 7.3. Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır
Istehlakcılarin Hüquqlarının Müdafiəsi Haqqında AR-nın Qanununun 13-cü maddəsi:
Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır.
Nazirlər Kabinetinin 94 saylı qərarı,maddə 5.8.” Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə edilmiş tərcümə ilə də müşayiət olunmalıdır”
Qeyd edək ki,malların milli dildə markalanması məsələsi dünyanın əksər ölkələrində ,hətta Azərbaycandan hər cəhətcə zəif olan Ermənistan və Gürcüstanda belə uzun illərdir ki,tam həyata keçirilsə də ölkəmizdə bu məsələ həll olunmadan qalır.Əlbəttə bu amil,qacaqmal üçün münbit bir şərait yaradır!
İlkin olaraq AİİB malların milli dildə markalanması məsələsini İran İslam Respublikasından idxal olunan ərzaq malları üzərində cəmləşdirməkdən başlamaq niyyətindədir. Cün ki,ən acınacaqlı hal məhz İrandan idxal edilən ərzaq mallarındadır!Əğər Dövlət qurumları qanunun yerinə yetirilməsinə dəstək versə digər çoxsaylı mal və xidmətlərə də keciləcəkdir.24 il ərzində AİİB, BMT-nin beynəlxalq uşaq təşkilatı UNİCEF-in köməyilə yalnəz körpə qidalarının milli dildəmarkalanmasına nail olmuşdur,bu cox azdır! AİİB-n ofisinə istehlakçılar tərəfindən etiraz müraciətləri ilə gətirilən İranda istehsal olunan ərzaq mallarının markalanmasına diqqət yetirdikdə Azərbaycan dilindən başqa digər dillərdə məlumat olduğu görünür,lakin ərzaq malları üçün çox mühüm göstərici olan,istehsal və son istifadə tarixlərinin fars əlifbası ilə yazıldiğını görürük!Şübhəsiz ki,bu istehsalcı tərəfindən bilərəkdən,şüurlu şəkildə edilir ki,malını “Ölməz etsin”,yəni vətəndaşlarımız yararlılıq vaxtı keçmiş malı da alıb istehlak etsinlər!Əlbəttə Azərbaycan istehlakçılarının belə sadəlövhlüklə aldanması səbəbsiz deyil.Əhali ölkəmizdə artıq 3 ildir fəaliyyət göstərən Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) və digər dövlət qurumlarının fəaliyyətinə inanır,düşünür ki,yararlılıq vaxtı keçmiş mal satıla bilməz!Əfsus ki,bu inam özünü doğrultmur və istehlakçıların İran ərzaq mallarından zəhərlənməsinə dair məlumatlar da mövcuddur. Bəzən bu mövzu ilə bağli neqativ halların qarşısını almağa cavabdeh olan dövlət qurumları əməkdaşlarının mediyada pafoslu cıxıçlarına da rast gəlirik,amma “3 müşketyor qanunu” daha uğurla işləyir-birimiz hamimiz ücün,hamımız birimiz üçün - yəni gömrük xeyir-dua verib ölkəyə buraxıbsa vəssalam!
İran ərzaq malları satışı şəbəkələrində ciddi monitoringlərin keçirilməsi,dövlətimizin qanunlarının pozulması ilə ölkəyə idxal olunmuş qeyd olunan nöqsanlı malların satış şəbəkələrindən geri çağrılıb,ictimaiyyətin gözü önündə kütləvi məhv edilməsi,gömrük komitəsində çalışan əməkdaşların diqqətinin bu məsələyə cəlb edilməsinə zərurət yaranmışdir.
Dövlətimizin qanunlarını pozmaqla İran dükanlar şəbəkəsində satışa mal çıxaran 50-dən çox dükan mövcuddur.Bu dükanların bəzilərinin ünvanları:Əsas topdansatış dükanları,Sədərək ticarət mərkəzi,”Lukoyl”YDM-nin yanı(topdan satış),Dərnəgüldə “Elit “TM-nin yaxınlığı(çoxlu sayda),. 1)Bakı şəh.Əsəd Əhmədov 28
2)Xırdalan.texnikumun yaxınlıği.Rahat bazar ilə üzbəüz 3)Maştağa qəs.Savalanın 2-ci girişi 4)Ümid qəs.Laçın məktəbinin qarşısı 5)Neftçala şəh.H.Əliyev pros.Təzə bazar 6)Sahil qəsəbəsi 7)Ballı marketin yaxınlığı050-791-11-12 8)Sumqayıt şəh.2-ci mikr.Rossiya klubunun yanı.777 mağaza 9)Bakı şəh.Sarayevo küç7 10)Binəqədi ray.Xocasən yolu.Netto klubun yanı 11)Gəncə küç.Fujifilmin yanı 12)Əhmədli metrosu çıxışı.Ukrayna dairəsi tərəf 13)Xətai metrosunun arxası.N.Əliyev küç.17 14)Bakı şəh.Fatmayı 15)Hövsan qəs. 16)8 km bazarı.Halal market17)Şirvan şəh.Elite bazarının həyəti18)A.Şərifzadə küç.19519)Dərnəgül qəs.Şır-şır restoranının yanı 20)Xırdalan şəh.Təzə bazarın girişi ilə üzbəüz 21)Nizami metrosunun yanı.Z.Əhmədbəyov küç. 22)Buzovna qəs.Köhnə Polis şöbəsinin yanı 23)Əhmədli metrosu.Məhəmməd Hadi 41 və.s.
AİİB bu məsələni ictımailəşdirməklə bərabər, , Qida Təhlükəsizliyi Agentliyinə, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Dövlət Gömrük komitəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsminə müraciətlər göndərmişdir. Dövlətimizin qanunlarına əməl olunmasında hər bir istehlakcını fəal olmağa cağırırıq və dövlət qurumlarında nəticələr gözləyirik.
AİİB-in sədri: Eyyub Hüseynov
|
|
daha ətraflı... |
|
Press reliz
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə “Azad İstehlakçılar” İctimai Birliyi(AİİB) “Istehlakçılara parça bazar torbalarının paylanılması ilə ekologiyanın qorunmasına dəstək verilməsi” layihəsinin icrası üzrə fəaliyyyətini davam etdirir.
19 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, Alatava 2. ünvanda yerləşən “Araz 20 yanvar Superstore”- da istehlakçılara 150 ədəd parça materialdan tikilmiş bazar çantaları təmənnasız olaraq paylanıldı. Onlara həmçinin ekologiyanın qorunmasına,plastik taralardan imtinaya, qida təhlükəsizliyinə və ştrix koda dair məlumatlar da paylanıldı. İstehlakçılarda parça sumkalara böyük maraq oldu. Tədbirin sonunda çantaların paylanılmasına dair akt tərtib edildi. Eyni zamanda müəyyən istehlakçıların fotosu da çəkildi. Tədbirə dair press reliz hazırlanaraq KİV-lərə göndərildi. Tədbirimiz davam |
|
daha ətraflı... |
|
“Azad İstehlakçılar”
İctimai Birliyi M: +99450 341 62 25
17 avqust 2020-ci il.
Press reliz
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə “Azad İstehlakçılar” İctimai Birliyi (AİİB) “Istehlakçılara parça bazar torbalarının paylanılması ilə ekologiyanın qorunmasına dəstək verilməsi” layihəsinin icrası üzrə fəaliyyyətini davam etdirir.
17 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 60. ünvanda yerləşən “Bolmart” Supermarketdə istehlakçılara 150 ədəd parça materialdan tikilmiş bazar sumkaları təmənnasız olaraq paylanılmışdır. İstehlakçılara həmçinin qida təhlükəsizliyinə və ştrix koda dair məlumatlar da paylanılmışdır. İstehlakçılar böyük həvəslə həmin sumkaları götürürdülər. Tədbirin sonunda sumkaların paylanılmasına dair akt tərtib edildi. Eyni zamanda müəyyən istehlakçıların fotosu da çəkildi.Tədbirimiz davam edəcək. |
|
daha ətraflı... |
|
|