|
|
|
Be |
Ça |
Ç |
Ca |
C |
Ş |
B |
| | | | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
|
|
|
|
|
|
|
Bu gün ziyarətçilər: (148) |
|
Dunen ziyarətçilər: (75) |
|
Bu gün səhifə baxışı: (275) |
|
Dünən səhifə baxışı: (130) |
|
|
|
Sual-cavab |
|
|
Sual yaz |
|
31.07.2013 |
ceyhun piriyev |
Sual: salAMALDIĞIMIZ MALLARI QAYTARA BİLMƏYƏNDƏ HARA ŞİKAYƏT ETMƏK LAZIMDIR? |
Cavab: İqtisadi İnkişaf Nazirliyinə (195-2) və ya Azad İstehlakçılar Birliyinə müraciət edə bilərsiniz. |
|
|
|
|
17.07.2013 |
aslan ibadov |
Sual: salam bilmek isterdim aileli adam kiwi rusya vetendawidirsa rehmete gedibse onun oqluna pensiya duwur?onuda deyimki orda yani rusiyada ailesi olubmumkunse cavabi bir az tez deyin xahiw direm,evvelceden tewekkul edirem |
Cavab: Bu mesele istehlakçı hüququ ilə bağlı olmadığı üçün biz sizə kömək edə bilmirik. |
|
|
|
|
16.07.2013 |
ilqar Qasimov |
Sual: Salam! Men ABC MMC Kontakt Magazasinan Samsung telefonu elde etmiwem mueyen vaxtan sonra telefonda problem yarandi elimde olan zemenet talonuyile telefonu servise apardim orda bildirdiler ki, biz bu zemanetle temir etmirik dukanda deyir menlik deyil o serviz oda sen |
Cavab: Xahiş edirik, saytımızda olan erize formasına uyğun erize yazin, biz Sizin hüququnuzu təmənnasız olaraq qoruyacağıq. |
|
|
|
|
09.07.2013 |
sevinc aliyeva |
Sual: salam aleykum size sualim budur nisanlim 181 madede ile tutlub 9il 6 ay veribler7 aydi tutulub3 nefer olublar 3de tutulub obiri 2si apilasiya mehkemesine veribler bizvermemisik eyer onlar cixsalar allahin izniyle bunun menim nisanlimada tesiri ola biler?birdeki biz de vere bilerik apilasiya mehkemesine??xahisedirem etrafli cvb yazasuz cogsagolun tskler |
Cavab: Sizin probleminiz istehlakçı hüququ ilə bağlı olmadığı üçün biz Sizə köməklikedə bilmirik. |
|
|
|
|
23.06.2013 |
Samir Eliyev |
Sual: Salammenim yoldasim iki il bundan once rehmete gedibzaksimiz var idiindi yeni aile qurmaq isteyiremEsitdiyime gore yeni nigaha daxil olmaq uchun olum kagizi lazimdimende ise olum kagizinin kapiyasi var natarius terefinden tesdiq olunmusbele halda ne etmeliyem |
Cavab: Sizin probleminiz istehlakçı hüququ ilə bağlı olmadığı üçün biz Sizə köməklik edə bilmirik. |
|
|
|
|
17.05.2013 |
Turanə Mürsəlova |
Sual: Salam Mən Bakıda Neftçilər metrosunun yaxınlığında yerləşən Səma mebel mərkəzində 140513 tarixində yataq mebeli sifariş etmişdim Sifariş mebeli canlı görmədən, kataloq vasitəsi ilə olunmuşdu Mebel dünən, yəni 160513 tarixində bizə çatdirilıb və quraşdırılıb Mebel quraşdırıldıqdan sonra onun evin ölçülərinə və bizə deyilən standartlara uyğun olmadığını gördük Ustalar orda olduğu zaman müdiriyyətlə əlaqə saxladıq və bu mebeli geri götürmələrini tələb etdik Lakin bizim sözümüzə əhəmiyyət verilmədi, mebelin geri götürülməyəcəyi deyildi Sizdən çox xahiş edirəm bizə bu mövzu ilə yardımçı olasınız, bu vəziyyətdə biz nə etməliyik? |
Cavab: Saytimizdaki erize formasina uygun erize yazin, huququnuzu temennasiz qoruyaq. |
|
|
|
|
09.05.2013 |
nura aliyeva |
Sual: salammene melumat vererdiz zehmet olmasayoldawim rasiya vetendawidiorda ucotdaazerbaycanda kimliyi varama pasportu yoxdumen bowansam uwaqima ev teleb ede bilerem hardansa ya rasiya ya burdan???4yawinda oglum varmen uwaqimda atam evinde ucotdayiq |
Cavab: Bu sual istehlakci huququ le bagli olmadigi ucun cavab vere bilmerik. |
|
|
|
|
09.05.2013 |
Kemale Esgerova |
Sual: men shikayetle bagli erizeni size teqdim etmeliyem ya internetle de gondere bilerem? eger gondermek olarsa nece? cox sag olun |
Cavab: Saytimizdaki erize formasina baxin, ona uygun erize yazin,imza qoyun, email vasitesi ile bize gonderin. |
|
|
|
|
08.05.2013 |
Sahile Zeynalov |
Sual: Bosanmisam iki oglum varAtalari da 8 ildir ki Ukranya respulbikasinda yasayirmen ne qeder aliment ala bilerem |
Cavab: Bu istehlakchi huququ ile bagli mesele deyildir. Ona gore de, cavablandira bilmirik. Uzrlu hesab edin. |
|
|
|
|
08.05.2013 |
Sahile Zeynalova |
Sual: 2007-cu ilde bosanmisamAdima hec bir torpaq sahesi yoxdurBelediyye hesabina torpaq ala bileremmi |
Cavab: Elbette ala bilersiniz. |
|
|
|
|
08.05.2013 |
Balaxanim Rustemova |
Sual: 2010-cu ilde resmi qaydada evlenmisikmeni evden doyub cixariblarBir azyasli qizimla colde qalmisamEve kocurulme barede iddia qaldirdimGoranboy mehkemesi iddiani temin etdiQarsi teref apelesiyya sikayyeti veribAile quranda muqavile baglamamisamGelin kocduyum evin kupcasi yoxdur,kohne tikilidirApelesiyya mehkemesinde qetname legv oluna bilermi |
Cavab: Legv olunmasi istisna olunmur. Bu mesele istehlakci huququ deyildir. Ona gore de komek gostere bilmirik. |
|
|
|
|
09.02.2013 |
ilham hebibov |
Sual: salam.bize ceyranbatan suyu verilir.temizleyici qurgunun oldugunu bilmirem.ona gore su temizleyici qurgu qurasdirdim.amma atv-de bunun ziyanli oldugunu deyirler.azersu evlere verilen sujun tam labarotorija analizini vere bilirmi? mumkunse hara ve ne cur muraciet edim? |
Cavab: Sualinizin cavabi asan deyil! Olkede normal müstəqil ekspertiza yox dərəcəsindədir. Məsləhət görürəm keçmiş "Kirov" İnstitutuna ("Yaşıl bazar"ın yaxınlığında) və ya 447 73 02 telefona zəng edib, onların imkanını soruşun. |
|
|
|
|
28.01.2013 |
Rəcəb |
Sual: Salam! Hörmətli Eyyub müəllim. Mənim sualım yeni tikilmiş binalarda kommunal xidməti haqlarının kim tərəfindən müəyyən edilməsi barəsindədi. MTK-nın sədri istediyi vaxt kommunal haqqini qaldirir. (Qeyd: Bina dövlət qeydiyyatından keçib). Bunu isə sakinlərin çoxalması ilə əsaslandırır, halbuki aydın məsələdir ki, sakinlərin sayı artdiqca yiğilan pullar da uyğun olaraq artır. Bir məsələni də diqqətinizə çatdırım ki, maşinları binanın qarşısında saxlamağa icazə vermir və sakinləri məcburən təmirsiz, heç bir şəraiti olmayan, toz-torpaq içində, yağış-qar yağdiqda hamısı maşınların üstünə axan dayanacada saxlamağa məcbur edir. Dayanacağşn qiyməti isə nə az nə çox düz 50AZN-dir. Bundan əlavə yiğilan kommunal haqları və dayanacaq haqqı üçün kağız parçasından düzəldilmiş yalançı qəbzler verilir. Heç bir VÖİN-i olmayan, yalnız ödənilib möhürü olan qəbzlər. Biz bununla bağli kimə daha ətraflı müraciət edə bilərik? Xahiş edirəm yardım edəsiniz. Diqqətinizə görə sağ olun! |
Cavab: Qaldirdigininiz mesele aktualdir. Xahish edirik saytimizdaki erize formasina baxin. Ona uygun erize yazin. Huququnuzu temennasiz qoruyaq. |
|
|
|
|
16.01.2013 |
xetai eliyev |
Sual: seherimizde bulbul prospektinde yerlesen wold telekom magazalar sebekesinden 699 azn-e telefon almisam, elave 50 manat dediklerine gore VIP al deyis kompaniyasina vermisem, mene bildirdiler ki,bu paketin o birilerinden ferqi ondadir kitelefonda her hansi problem olan kimi deyiseceyik. amma telefonda aldigim gunden problemler var ama mene qoy bura 2 gunden sonra gelib goturersen deyirler yani temir olunacaq. bu ne derecede dogrudur? men ne etmeliyem?
|
Cavab: Saytimizdaki erize formasina baxin, ona uygun erize yazin. Huququnuzu temennasiz qoruyaq. |
|
|
|
|
16.01.2013 |
zaur xaliqov |
Sual: niyə görə abunəçiyə demədən təzə şoççikə bilomb vurmurlar abunəçiyə kağız vermirlər ki abunəçi gedib kartını alsın 1 gun bu oış ayında qazsız q`````````````````````````````````````````````````````````````````````````````` |
Cavab: Bu, Sizden gelecekde artiq pul alinmasi ucun bir teledir. Xahish edirik saytimizdaki erize formasina baxin, ona uygun erize yazin. Huququnuzu temennasiz qoruyaq. |
|
|
|
|
12.01.2013 |
"QAFQAZ TEATRİ" MMC |
Sual: "QAFQAZ TEATRİ" MMC 01-04 YANVAR 2013- CÜ İL TARİXDƏ PARK İNN MEHMANXANASİNİN "DAN ULDUZU" ZALİNDA TƏŞKİL ETDİYİ "YENİ İL" ŞƏNLİYİNDƏ MÜXTƏLİF SƏBƏBLƏRDƏN İŞTİRAK EDƏ BİLMƏYƏN UŞAQLARDAN VALİDEYNLƏR ADİNDAN ÜZR İSTƏYİR. |
Cavab: |
|
|
|
|
09.01.2013 |
Cavid Xəlilov |
Sual: "Qafqaz Teatrı MMC" VÖEN 1301791351
Bu MMC nin təşkil etdiyi yeni il şənliyinə (yanvar ayının 2-nə) iş yerindən 2 ədəd dəvətnamə almışam. Yanvarın 2-də yeni il şənliyinə gedə bilmədim. Hədiyyə almaq üçün ayın 7-də
dəvətnamədə göstərilən ünvana getdim yolkadan,şənlikdən heç nə yox idi. Dedilər ki, 050 5289567 telefona zəng edib MMC-nin nümayəndəsi Şahin bəyə müraciət et. Şahin bəy isə yolka şənliyinin qurtardığını və hədiyyələrin isə "fabrikə" qaytardığını dedi. Şikayət edəcəyəm deyəndə, "kimə istəyirsən şikayət elə" cavabını aldım.
( Dəvətnamədə he bir tarix qeyd olunmamışdı)
Hörmətli Qanun Müdafiəçiləri! Belə çıxır ki, bizdə uşaqları da hədiyyəsis yola salmaq olar? |
Cavab: Saytimizdaki erize formasina baxin, ona uygun erize yazin. Teleblerinizi temennasiz yerine yetirek. |
|
|
|
|
23.12.2012 |
Cavid Vəlili |
Sual: Salam.Mənim şikayətim yoxdur.Sadəcə maraqlı olduğundan sualım var.Sualım kredit müqaviləsi barədədir.
Kredit alan şəxs müqavilənin vərəqlərinin sonunu imzalamalıdır yoxsa imza kredit müqaviləsinin hər fərəqinin aşağı hissəsində olmalıdır. ???
Çünki müqavilənin sonuna atılan imza təhlükəli olduğunu düşünürəm.Staplernen tikilən sənədlərin arasına əlavə sənəd qoymaq çox asandır.
Diqqətə görə çox sağolun... |
Cavab: Saf niyyeti olan teref elbette muqavilede her sehifede imza etdirir. Efsus ki, bu mesele qanunda tenzimlenmeyib. (zennimce) |
|
|
|
|
16.12.2012 |
Rauf Nadirov |
Sual: Salam.Mən 1 ay bundan qabaq Romantik Geyim dükanları şəbəkəsindən daha doğrusu Neftçilər filialından uzun boğaz çəkmə aldim.Alarkən satıcı malın kefiyyətli olduğunu altlığının yapışdırıldığinı hətta tikildiyini və əgər nəsə baş verərsə dəyişdirmək imkanımım olduğunu bildirmişdi.Mən bu çəkməni havaların sabit keçdiyindən dolayı 3 gün bundan qabaq yəni havalar soyuduqdan sonra geyməyə başladım.3 gün sonra təsbit etdim ki aldığım çəkmənin sol tayı arxa tərəfdən açılıb.Dünən isə mən həmin geyim dükanına yaxınlaşıb problemi bildirdim və onlar dəyisdirmək qərarına gəldilər.Amma onlar həmin maldan qalmadığıni bildirərək başqa bir şey seçməyi təklif etdilər.Mənim isə orda xoşladığım bir şey olmadığından pulu geri qaytarmaqlarını istədimş.ONlar bunun mümkün olmadığıni bildirdilər.Mən sizdən öyrənmək istərdim mən pulumu geri ala bilərəm?Bunun üçün mən nə etməliyəm ?Xahiş edirəm mənə yardım edəsiz.Cavabınızı tez almaq istərdim |
Cavab: Saytimizdaki erize formasina uygun erize yazin. Huququnuzu temennasiz qoruyaq. |
|
|
|
|
12.12.2012 |
Sabit Bayramov |
Sual: Salam.Mənə hüquqi məsləhət verməyinizi Sizdən çox xahiş edirəm.Bir il əvvəl MAGNİT mağazasından 1 il zəmanətlə kreditə 1500 AZN dəyərində SAMSUNG LED televizoru almişiq.Televizorda nasazlıq yarandığına görə mağazaya servisin ünvanını almaq üçün müraciət etdik.Onlar televizoru magazaya gətirməyi dedilər.Servis guya magazaya gəlirmiş.Zəmanət isə bitməyə 6 gun qalmışdı. 6 gün ərzində təmir etdilər.Amma bəzi nasazləqlar yenə də gəlir gedir ekranda vaxtaşırı.Onlar bizə televizorda nə dəyışdiyini demədilər.Bu baradə də heç bir sənəd təqdim etmədilər.Bildiyimə görə dəyişdirilmiş detala yenidən 1 il qarantiya verilməli idi.Hüquqlarımın tapdalandıgını bilirəm və Sizdən bu haqda dəqiq ətrafli məlumat almaq üçün XAHİŞ edirəm. zaur7788@box.az |
Cavab: Saytimizdaki erize formasina baxin, erize yazin. Temennasiz huququnuzu qoruyaq. Ayriliqda detala zemanet verilmir. |
|
|
|
|
09.12.2012 |
Elvin Abasov |
Sual: Salam men sauna avadanliqlari satish yerinden sauna peci almisham.ama pulun bir hissesin odemisham.qurashdirilma zamani melum olduki menim evimde elektrik problemi var.indi peci qaytarmaq isteyirem goturmurler..cunki cami 1 deq ishlenib cemi pec ozu da oz ustalari terefinden.xahish edirem meslehet verin men qaytaraa bilerem bu peci? |
Cavab: Erizenizi lazimi dovlet orqanlarina gondermisik. |
|
|
|
|
07.12.2012 |
Araz Baki |
Sual: Salam. Zehmet olmasa BazarStore-un reklamina fikir verediniz. bu aciq aydin tehgir deyilmi 42 ci saniyeye
http://www.youtube.com/watch?v=aWXThG3df9Q
|
Cavab: |
|
|
|
|
05.08.2012 |
Mensur Ibadullayev |
Sual: Salam.Eyyub muellim.
Sheki RESH MMC 2 aydir ki.mene ishiq vermir.menden qisas alirlar.Onlar bu muddeti sonsuzluga kimi davam etdirmek fikrindedirler.Kime shikayet etsem mene komek ede biler? |
Cavab: Azad Istehlakcilar Birliyinin eksperti Baba muellimle danisin, meslehet alin. 012 449 89 95, 050 728 88 19 |
|
|
|
|
04.08.2012 |
natiq ceferov |
Sual: Hörmətli Eyyub müəllim 3-gün bundan qabaq "yevrolyuks" şirkəti adından Aytən adında bir xanım zəng edib həyat yoldaşıma deyib ki,- "telefon nömrəniz uduşa düşb və sizə şirkətdən ütü, tozsoran, elektirik çaydanı və endirim kartı hədiyyə edilir,amma gərək siz yarı dəyərində olan (195 azn) mikrodalğalı sobanı alasınız.Yoldaşım razılaşıb və 195 manat ödəyərək hədiyyələrlə birgə sobanı alır.Sonra məlum olur ki, (ştirix kodu 8699261730249) həmin malın pərakəndə satış qiyməti 56-60 azn-dir.
Bilmək isdərdik ki,bizim isdehlakçı kimi hüqqumuz nə dərəcədə pozulub və həmin malları geri qaytara bilərikmi.Əvvəlcədən öz təşəkkürümüzü bildiririk. |
Cavab: Saytadaki erize formasina baxin, ona uygun erize yazin, e-mailimiza gonderin hell edek. |
|
|
|
|
28.07.2012 |
Muzahir Huseyn |
Sual: Salam Eyub muellim, Bakida fealiyyet gosteren bir cox wirniyyat satiw magazalari var ki, satdiqlari mehsulun uzerinde tarix göstermirler. Meselen, cudo pecka, azza. Ve Alicilar satilan wirniyyatlarin tezeliyini saticilarin sozlerine uygun olaraq inanirlar. Bu cur ticarete ne derecede inanmaq olarmi? |
Cavab: Tortlarin satis sebekesinde saxlama muddeti 36 saatdan artiq deyildir. Buraxilma tarixi, son yararliliq muddeti gosterilmeyen mallari almayin! |
|
|
|
|
19.07.2012 |
Mensur Ibadullayev |
Sual: 1.SHeki RESH MMC-nin ishcileri meni 1140 manat 48qepik cerimeleyibler.Cerime aktina yalniz özleri qol cekibler.Aktda adlari gosterilen hal shahidlerininhec biri arta imza atmayib.SHahid kimi adlari gosterilen adamlarin hec biri hemin gun hec hadise yerinde olmayiblar.Bu cur saxta aktin tertib edilmesi cinayetdirmi?Bele senedin huquqi esasi varmi? 2.Mehkemede mudafie olunmaq ucun vekile ehtiyacim var.Amma bunun ucun maddi imkanim yoxdur.Bu veziyyetden cixish yolu varmi?Telefon elaqesini ustun tuturam. |
Cavab: Aktin yazilmasi cinayet terkibli deyil, hemin aktin huquqi quvvesi yoxdur. Bele tertib olunmush aktin esasinda cerime etmek qeyri-qanunidir. Akta gore yazilmish cerimenin hesabinzdan silinmesi ancaq mehkeme yolu ile hell etmek olar. Sheki RESH MMC mehkeme qerari olmadan esassiz yazdigi borcu pozmayacaqdir. |
|
|
|
|
14.07.2012 |
Mensur Ibadullayev |
Sual: akt nedir? |
Cavab: Inzibati akt- inzibati orqan terefinden umumi (publik) huquq sahesine aid olan mueyyen (konkret) meseleni nizama salmaq ve ya hell etmek meqsedi ile qebul edilmis ve unvanladigi huquqi ve ya fiziki sexsler ucun mueyyen huquqi neticeler yaradan qerar, serencam ve ya diger nov hakimiyyet tedbiridir. |
|
|
|
|
25.06.2012 |
Farhad Hasanov |
Sual: Ehali zibil tullantilarinin atilmasi üçün pul ödemelidirmi. |
Cavab: Pul mutleq odenilmelidir. |
|
|
|
|
10.06.2012 |
Adil Memmedov |
Sual: Salam Razin sokulur kime sikayet edek.Soken adam fikirlesmirki bu camaatin senin kimi imkani yoxdu. |
Cavab: Bu ciddi problemdir. Dusunurem ki, Baki seher Icra Hakimiyyetine muraciet edilmelidir. |
|
|
|
|
15.05.2012 |
Xaliq Rzayev |
Sual: Salam Eyub müəllim. Məhsulların netto çəkilərində yol verilə bilən xəta neçə faiz olmalıdır.( Məsələn, 100qrama qədər olanda neçə faiz? 500 qrama qədər olanda,1kq-a kimi və 1-10kq arası,10-100kq arası) . Əvvəlcədən təşəkkür edirəm. |
Cavab: Hrmətli Xaliq muellim, Sizin sualınıza cavab olaraq, nezerinizə çatdırırıq ki, Azərbaycan Respublikasının RST AZ-171-81 standartının tələbinə müvafiq olaraq, qablaşdırılmış 18%-9%-yağlılıqlı kəsmikin "netto çəkisi" 100qr çəkidə - ± 3% 250 qr çəkidə - ± 2,5% 500 qr çəkidə -± 2,0% kənarlaşmaya yol verilə bilər. O biri məhsullar haqda məlumat almaq üçün uyğun standartları axtarıb tapa bilərsiniz. |
|
|
|
|
|
Sual yaz |
|
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41 42
43
44
|
|
|
|
Əmtəə bazarında sağlamlıq üçün təhlükəli qənd satılır, AQTA-nin apardığı işlər davamlı deyil, epizodikdir!
Bu barədə “Azad İstehlakçılar” İctimayi Birliyi (AİİB) 2019-cu ildə araşdırma apararaq cəmiyyətə ətrafli məlumat vermiş,bütün müvafiq Dövlət qurumlarına,o cümlədən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə(AQTA) rəsmi müraciətlər etmiş,Respublika Prokurorluğu,Dövlət Gömrük komitəsi və digər qurumlar tərəfindən müvafiq tədbirlər görülmüş,”kəllə qənd”istehsalı zamanı qəndin ağardılmasında mənşəyi məlum olmayan kimyəvi maddələrdən istifadə etdiyinə görə bir sira qənnadı məmulatlarının istehsali müəssiələrində reydlər kecirilmiş,qanun pozuntuları aşkar edilərək cavabdeh şəxslər həbs olunmuşdur.Eyni zamanda qəndin ağardılmasında istifadə olunan kimyəvi maddəni ölkəyə idxal edən şəxslər cinayət məsuliyyətinə alinmışlar! Bu işlər 2019-cu ildə olmuşdur.
Bəs hazırda vəziyyət necədir?!
Belə ki, AİİB istehlakçılardan daxil olan məlumatlar əsasında bazardakı vəziyyətə nəzər yetirmiş, bir “Kəllə qənd”nümunəsinin akkreditasiya olunmuş laboratoriyada ekspertizasının nəticələrini əldə edərək, insan sağlamlığı üçün təhlükə törədən qəndlərin bazarda geniş şəbəkə ilə satıldığını müəyyən etmişdir.
AİİB tərəfindən aparılmış araşdırmanı bir daha xatırlasaq, məlum olur ki, hazırda da şəkər tozundan kəllə qənd hazırlamaq ücün, əksər kəllə qənd istehsalcıları daha ucuz olan kimyalaşma yolunu secirlər. Xatırladaq ki, şəkər tozundan bəyaz kəllə qənd əldə etmək ücün iki üsul mövcuddur:
1) Şəkər tozu qaynadılır, bişirilir, alınan məhlul qaynatma zamanı sarı rəngə boyandığından, bu məhluldan bəyaz kəllə qənd almaq üçün məhlul bərkiyəndən sonra sarı rəngli kəllə qənd kütlələri, çox böyük firlanma sürətinə malik olan və yüksək məsrəflərlə başa gələn “Sentrafuqa”qurğusuna yerləşdirilir, burda yüksək mərkəzdənqaçma təcilinə məruz qalan kütlələrdən sarı maddə ayrılır və mexaniki yolla tam bəyaz “kəllə qənd” əldə olunur.
2) Qaynadıldıqda sarı rəngə boyanmış şəkər tozu məhluluna kimyəvi maddə-Kükürd dioksid (SO2) əlavə edilr, sarı rəngli məhlul bəyaz rəng alır! Bundan sonra məhlul qəlblərə yerləşdirilib soyudulur və gözlə sarılığı cətinliklə ayird edilə bilən ”bəyaz” kəllə qənd əldə edilir.
SO2 kimyəvi maddəsindən əsasən sənayedə parca ağartma, dəri aşılama, xalca yuma kimi sahələrdə istifadə olunur.
Qeyd edək ki, bütün dünyada gəlir əldə etmək, insan sağlamlığını arxa plana keçirtmə istəkləri, o yerə gətirib cıxarmışdır ki, hətta kimyəvi yolla kəllə qənd istehsalına, bəzi ölkələrdə standartlara da daxil etməklə haqq qazandırmışlar. Məsələn MDB məkanında mövcud olan ГОСТ 33222-2015 standartlarında 1 kq bəyaz kəllə qənddə maximum 15 milli qram kükürd dioksidın ola bilməsi nəzərdə tutulmuşdur (bundan öncə bu sahədə qüvvədə olan ГОСТ 22-94 və ГОСТ 31361-2008 standartlarında isə ümumiyyətlə bu maddənin istifadə edilməsinə icazə verilmir). Ölkəmizdə Tayqa Ticarət”müəssıəsi tərəfindən istehsal olunan və əmtəə bazarında satılan “Dad1” kəllə qənd məmulatının tərkibində laboratorioya tədqiqatı 1 kq məhsulda 70,2 mq kükürd dioksid olduğunu göstərmişdir! Yəni təhlükə normasından 4,6 dəfə (500%-ə yaxın) cox!
AİİB-in araşdırmaları göstərir ki, ölkədə mövcud olan 20-yə qədər “Kəllə qənd” istehsalçısı bəyaz kəllə qənd əldə etmək ücün hazırda kimyəvi üsuldan istifadə edir və təhlükəli kimyəvi maddədən qəndi daha bəyaz etmək ücun bol-bol istifadə edirlər!
İstehlakçıların maraqlarını və sağlamlığını əsas tutan AİİB-birmənalı olaraq istehsalçılar tərəfindən kəllə qəndin ümumiyyətlə mexaniki yolla ağardılmasının həyata keçirilməsini istəyir! Ən pis halda isə ГОСТ 33222-2015 standartlarına əsaslanaraq kəllə qənd istehsal edən sahibkarların fəaliyyətinə dövlət tərəfindən ciddi nəzarət edilməsini və sözü gedən kimyəvi qatqının standartda göstərilən normadan əsla yuxarı keçməməklə istifadəsinə icazə verilməsini tələb edir.
O cümlədən, hansı kəllə qənd istehsalı müəssisəsində mexaniki yolla ağartma həyata keçirilmirsə bu müəssiələrdə mütləq vaxtaşırı yoxlamalar aparılmalı, istehsal nümunələrindən götürülüb laborator analizləri aparılmalı, təhlükəli maddələr aşkar olunarsa və ya qatqılarla bağlı normadan kənara çıxmalar müəyyən olunacaqsa, satışda və anbarlarda olan məhsullar qeri cağrılmalı, ictimaiyyətin gözü önündə və KİV-lərin iştiraki ilə məhv edilməlidir. Bu istək və tələblərlə AİİB, Qida Təhlükəsizliyi Agentliyinə, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Dövlət Gömrük komitəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi müraciətlər etmişdir.
AİİB-in sədri: E.Hüseynov
|
|
daha ətraflı... |
|
Ölkəmizdə malların etiket məlumatları tam yarıtmaz vəziyyətdədir,əsasən İrandan idxal olunan mallar!
İstehlakçı xüsusən ərzaq malları haqqında məlumatı birbaşa malın etiketindən alır!İstehlakcının beynəlxalq və yerli hüquqlarından biri də məhz mal haqqında milli dildə informasiya almaq hüququdur!
“Azad İstehlakçılar” İctimayi Birliyi(AİİB) uzun illərdir ki,ən müxtəlif Dövlət orqanlarına yazılı müraciətlər göndərərək bu məsələnin ,yəni vətəndaşlarımızin milli dildə məlumat alma hüququnun de-fakto olaraq taninması barədə tədbirlərin görülməsinə dair təkliflər versə də,bu məsələ həll olunmadan qalir!
Dövlət Dili Haqqında AR-nin qanununun maddəsi: 7.3. Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır
Istehlakcılarin Hüquqlarının Müdafiəsi Haqqında AR-nın Qanununun 13-cü maddəsi:
Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır.
Nazirlər Kabinetinin 94 saylı qərarı,maddə 5.8.” Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə edilmiş tərcümə ilə də müşayiət olunmalıdır”
Qeyd edək ki,malların milli dildə markalanması məsələsi dünyanın əksər ölkələrində ,hətta Azərbaycandan hər cəhətcə zəif olan Ermənistan və Gürcüstanda belə uzun illərdir ki,tam həyata keçirilsə də ölkəmizdə bu məsələ həll olunmadan qalır.Əlbəttə bu amil,qacaqmal üçün münbit bir şərait yaradır!
İlkin olaraq AİİB malların milli dildə markalanması məsələsini İran İslam Respublikasından idxal olunan ərzaq malları üzərində cəmləşdirməkdən başlamaq niyyətindədir. Cün ki,ən acınacaqlı hal məhz İrandan idxal edilən ərzaq mallarındadır!Əğər Dövlət qurumları qanunun yerinə yetirilməsinə dəstək versə digər çoxsaylı mal və xidmətlərə də keciləcəkdir.24 il ərzində AİİB, BMT-nin beynəlxalq uşaq təşkilatı UNİCEF-in köməyilə yalnəz körpə qidalarının milli dildəmarkalanmasına nail olmuşdur,bu cox azdır! AİİB-n ofisinə istehlakçılar tərəfindən etiraz müraciətləri ilə gətirilən İranda istehsal olunan ərzaq mallarının markalanmasına diqqət yetirdikdə Azərbaycan dilindən başqa digər dillərdə məlumat olduğu görünür,lakin ərzaq malları üçün çox mühüm göstərici olan,istehsal və son istifadə tarixlərinin fars əlifbası ilə yazıldiğını görürük!Şübhəsiz ki,bu istehsalcı tərəfindən bilərəkdən,şüurlu şəkildə edilir ki,malını “Ölməz etsin”,yəni vətəndaşlarımız yararlılıq vaxtı keçmiş malı da alıb istehlak etsinlər!Əlbəttə Azərbaycan istehlakçılarının belə sadəlövhlüklə aldanması səbəbsiz deyil.Əhali ölkəmizdə artıq 3 ildir fəaliyyət göstərən Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) və digər dövlət qurumlarının fəaliyyətinə inanır,düşünür ki,yararlılıq vaxtı keçmiş mal satıla bilməz!Əfsus ki,bu inam özünü doğrultmur və istehlakçıların İran ərzaq mallarından zəhərlənməsinə dair məlumatlar da mövcuddur. Bəzən bu mövzu ilə bağli neqativ halların qarşısını almağa cavabdeh olan dövlət qurumları əməkdaşlarının mediyada pafoslu cıxıçlarına da rast gəlirik,amma “3 müşketyor qanunu” daha uğurla işləyir-birimiz hamimiz ücün,hamımız birimiz üçün - yəni gömrük xeyir-dua verib ölkəyə buraxıbsa vəssalam!
İran ərzaq malları satışı şəbəkələrində ciddi monitoringlərin keçirilməsi,dövlətimizin qanunlarının pozulması ilə ölkəyə idxal olunmuş qeyd olunan nöqsanlı malların satış şəbəkələrindən geri çağrılıb,ictimaiyyətin gözü önündə kütləvi məhv edilməsi,gömrük komitəsində çalışan əməkdaşların diqqətinin bu məsələyə cəlb edilməsinə zərurət yaranmışdir.
Dövlətimizin qanunlarını pozmaqla İran dükanlar şəbəkəsində satışa mal çıxaran 50-dən çox dükan mövcuddur.Bu dükanların bəzilərinin ünvanları:Əsas topdansatış dükanları,Sədərək ticarət mərkəzi,”Lukoyl”YDM-nin yanı(topdan satış),Dərnəgüldə “Elit “TM-nin yaxınlığı(çoxlu sayda),. 1)Bakı şəh.Əsəd Əhmədov 28
2)Xırdalan.texnikumun yaxınlıği.Rahat bazar ilə üzbəüz 3)Maştağa qəs.Savalanın 2-ci girişi 4)Ümid qəs.Laçın məktəbinin qarşısı 5)Neftçala şəh.H.Əliyev pros.Təzə bazar 6)Sahil qəsəbəsi 7)Ballı marketin yaxınlığı050-791-11-12 8)Sumqayıt şəh.2-ci mikr.Rossiya klubunun yanı.777 mağaza 9)Bakı şəh.Sarayevo küç7 10)Binəqədi ray.Xocasən yolu.Netto klubun yanı 11)Gəncə küç.Fujifilmin yanı 12)Əhmədli metrosu çıxışı.Ukrayna dairəsi tərəf 13)Xətai metrosunun arxası.N.Əliyev küç.17 14)Bakı şəh.Fatmayı 15)Hövsan qəs. 16)8 km bazarı.Halal market17)Şirvan şəh.Elite bazarının həyəti18)A.Şərifzadə küç.19519)Dərnəgül qəs.Şır-şır restoranının yanı 20)Xırdalan şəh.Təzə bazarın girişi ilə üzbəüz 21)Nizami metrosunun yanı.Z.Əhmədbəyov küç. 22)Buzovna qəs.Köhnə Polis şöbəsinin yanı 23)Əhmədli metrosu.Məhəmməd Hadi 41 və.s.
AİİB bu məsələni ictımailəşdirməklə bərabər, , Qida Təhlükəsizliyi Agentliyinə, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Dövlət Gömrük komitəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsminə müraciətlər göndərmişdir. Dövlətimizin qanunlarına əməl olunmasında hər bir istehlakcını fəal olmağa cağırırıq və dövlət qurumlarında nəticələr gözləyirik.
AİİB-in sədri: Eyyub Hüseynov
|
|
daha ətraflı... |
|
Press reliz
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə “Azad İstehlakçılar” İctimai Birliyi(AİİB) “Istehlakçılara parça bazar torbalarının paylanılması ilə ekologiyanın qorunmasına dəstək verilməsi” layihəsinin icrası üzrə fəaliyyyətini davam etdirir.
19 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, Alatava 2. ünvanda yerləşən “Araz 20 yanvar Superstore”- da istehlakçılara 150 ədəd parça materialdan tikilmiş bazar çantaları təmənnasız olaraq paylanıldı. Onlara həmçinin ekologiyanın qorunmasına,plastik taralardan imtinaya, qida təhlükəsizliyinə və ştrix koda dair məlumatlar da paylanıldı. İstehlakçılarda parça sumkalara böyük maraq oldu. Tədbirin sonunda çantaların paylanılmasına dair akt tərtib edildi. Eyni zamanda müəyyən istehlakçıların fotosu da çəkildi. Tədbirə dair press reliz hazırlanaraq KİV-lərə göndərildi. Tədbirimiz davam |
|
daha ətraflı... |
|
“Azad İstehlakçılar”
İctimai Birliyi M: +99450 341 62 25
17 avqust 2020-ci il.
Press reliz
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə “Azad İstehlakçılar” İctimai Birliyi (AİİB) “Istehlakçılara parça bazar torbalarının paylanılması ilə ekologiyanın qorunmasına dəstək verilməsi” layihəsinin icrası üzrə fəaliyyyətini davam etdirir.
17 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 60. ünvanda yerləşən “Bolmart” Supermarketdə istehlakçılara 150 ədəd parça materialdan tikilmiş bazar sumkaları təmənnasız olaraq paylanılmışdır. İstehlakçılara həmçinin qida təhlükəsizliyinə və ştrix koda dair məlumatlar da paylanılmışdır. İstehlakçılar böyük həvəslə həmin sumkaları götürürdülər. Tədbirin sonunda sumkaların paylanılmasına dair akt tərtib edildi. Eyni zamanda müəyyən istehlakçıların fotosu da çəkildi.Tədbirimiz davam edəcək. |
|
daha ətraflı... |
|
|