|
|
|
Be |
Ça |
Ç |
Ca |
C |
Ş |
B |
| | | | | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
|
|
|
|
|
|
|
Bu gün ziyarətçilər: (166) |
|
Dunen ziyarətçilər: (181) |
|
Bu gün səhifə baxışı: (200) |
|
Dünən səhifə baxışı: (449) |
|
|
|
Sual-cavab |
|
|
Sual yaz |
|
23.01.2014 |
Telman Eliyev |
Sual: Salam.2013-cu ilin sentyabr ayinda evimin temiri ucun 45,5 kv taxta almisam.taxta ile beraber lazim olan diger levazimatlari da almisam.usta cagirib vurdurmusam.Taxta vurulandan sonra ne qeder keyfiyyetsiz oldugu uze cixdi.1500-1600 manat pul xerclemisem.Indi evim pis veziyyete qalib.Hem maddi hem de menevi ziyan cekmisem.Xais edirem mene cixis yolu gosterin,komek edin. |
Cavab: Xahish edirem saytimizdaki erize formasina uygun erize yazin, calishariq komek edek. |
|
|
|
|
18.12.2013 |
adil həmidov |
Sual: eyyub müəlim salamson vaxtlar qida satılan marketlər acınacaqlı gündədirmən bunun baki şəhərində tez-tez şahidi oluramtaksi soferiyəmgecəni bakı küçələrində keçirirəmsəhər tezdən təsadüfən siqaret almaq üçün müxtəlif marketlərə daxil olan zaman maqazanın içərisi yəni döşəməsi su ilə dolu olurmən nə üçün belə olduğunu dəfələrlə xəbər almışam ancaq düzgün cavab verilməyibnəhayət birisi mənə gecələr bütün marketlər işığı söndürürlər deyə cavab verdiyəqin sizin də məlumatınız varhec bu haqda televiziada və mətbuat orqanlarinda danişmırsizxalqin xeyrinə olanlardan danişmaqinizi rica edirəm |
Cavab: Cox teesuf ki, bezi marketlerde bele hallar movcuddur. Cox yaxsi olardi ki, istehlakcilar bele marketler barede yazili melumat versinler. |
|
|
|
|
18.12.2013 |
Bayraməli Məmmədov |
Sual: Salam Eyyub müəllimMən bu gun Şəki şəhərində yerləşən "Ekonom" Market-dən "Snikers"şokoladı aldım(080 AZN)Son bitmə tarixi 2014 yanvar ayı göstərilmişdiŞokoladı açanda içi porlamışdı və ağarmışdı Aparıb mağazaya qaytardımVe bildirdim ki, digər şokoladlara da baxsınlarUşaq gelib alar,yeyib ZəhərlənərŞokoladın qaytarılmasında bir problem olmasa da münasibətlərindən bildim menim dediyim sozlər ele mənimlə birlikdə mağazadan çıxdıRayon yeri olduğu üçün çox da ciddiyətinə gedə bilmədimBununla bağlı fikrinizi və mənim hüquqlarımı bilmək istərdimƏvvəlcədən minnətdarlığımı bildirirəm |
Cavab: Fealliginiza gore Size tesekkurumu bildirirem. Bu gun teskilatimiz Seki rayon numayendeliyinin sedrini ictimai ise teyin etdi. Rica edirem Umudvar muellimle elaqe saxlayin ve mubarizeni guclendirin (tel: 050 351 81 79) |
|
|
|
|
18.12.2013 |
Malik Kərimov |
Sual: Çox sevimli və çox hörmətli Eyyub müəllim!Əvvəlcə, sizə məhəbbət ətirli salamlarımı çatdırıram!Sonra isə, biz istehlakçıların maarifləndirilməsi, hüquqlarının, sağlamlığının (son nəticədə genofondumuzun) qorunması yolunda sizə müvəffəqiyyətlər, nailiyyətlər, uzun ömür, can sağlığı və ULU Tanrıdan kömək arzu edirəm! Daşıdığınız missiya ilə milyonlarla istehlakçının qəlbində oyatdığınız minnətdarlıq hissindən payıma düşəni çox böyük məmnuniyyətlə sizə çatdırıram! Bu sahədə təcrübəsi olan mütəxəssis kimi işinizin- şərəfli, xeyirxah, məsuliyyətli olmaqla yanaşı, həm də-geniş miqyaslı, çoxsahəli, ağır və çox çətin olduğunu bilirəm Odur ki, həm bir istehlakçı, həm də bir mütəxəssis kimi AİB-nin işinə kömək etməyə hazır olduğumu bildirirəm Sualım çoxdur Amma səhifənizdəki məlumatlardan hiss edirəm ki, müxtəlif ekspertizaların aparılması üçün müvafiq maddi-texniki baza, laboratoriyalar və ixtisaslı mütəxəssislər hazırlığı sahəsində çətinliklər vardırOdur ki, hələlik, aşağıdakı suala cavab almaqda kömək etməyinizi xahiş edirəmAİB çörəyin,suyun,qəndin,çayın,siqaretin,arağın,benzinin, təbii qazın,müxtəlif parçaların və s tərkibini və müvafiq standartlara uyğunluğunu müəyyən edə bilirmi? |
Cavab: Hormetli Malik muellim, Bakiya yolunuz dusende gelin gorusek. Bizim mutexessise ehtiyacimiz var. Siz deyen chesidleri ayri-ayri laborotoriyalarda arasdirmaq olar. Ad ve soyadiniz menim sevimli sagirdimi xatirladir. |
|
|
|
|
13.12.2013 |
Təhmasib Kazımov |
Sual: salam Eyyub müəlim mən sizə iş üşun müraciət etmişdimMənim ixtisasım sizin sahənizdədi elə bir şirkətdə sizi taniıyan adamların arasında bu ixtisas üzrə işiçi lazım olsa deyersizdəsizdən çox xahiş edirəm mənə köməklik edəsiniz |
Cavab: Çox təəsüf ki, bizim təşkilatda iş yoxdur. Telefonda danışdığımız kimi kömək etməyə hazıram. |
|
|
|
|
11.12.2013 |
Faxrəddin İsmayılov |
Sual: salam! Sizin qida təhlükəsizliyi nişanı layihəniz istehlakçıların uzun illər boyu arzu etdikləri bir layihədir Bu işdə Sizə uğurlar arzulayırıq Çünki, gündəlik istifadə etdiyimiz qida məhsullarının keyfiyyəti barədə məlumatlı olmağımız Sizin bu fəaliyyətinizlə sıx bağlıdır Çox xahiş edirik ki, çörək, sular, un məmulatları konservlər ( meyvə-tərəvəz, balıq, ət) haqqında da bizi məlumatlandırasınız |
Cavab: Qeyd etdiyiniz sahələr üzrə hazırda bəzi müəssisələrdə uyğunlaşdırma işləri aparılır. Çalışacağıq ki, təhlükəsiz qida malları brendi yaxın vaxtlarda xarici və yerli istehlakçılara tanıdılsın. |
|
|
|
|
11.12.2013 |
Mütalib İsmayılov |
Sual: Salam! Çox sağ olun Biz elə sevimi dad və sab nişanlı kolbasa məhsullarından istifadə edirik Sadəcə dəqiqləşdirmək istəyirdik ki, görək həqiqətən də təhlükəsi yoxdur ki sabın süd məhsullarını da alırık keyfiyyəti çox yaxşıdır Digər süd istehsalçılarının məhsullarından hansını istifadə etməyin təhlükəsiz olduğu barədə məlumat versəniz biz istehlakçıların ürəyindən olardı |
Cavab: Bu sahədə digər süd istehsalçıları ilə də uyğunlaşdırma işini aparırıq. Müsbət nəticə olarsa məlumat verəcəyik. |
|
|
|
|
11.12.2013 |
Sahib Sadıqov |
Sual: Salam!Süd məhsulları istehsalçıları reklamlarında təbii süddən istifadə etdiklərini deyirlər Bakıdan Gəncəyə tez-tez gedib-gəlirəm Maraqlıdır ki, bir dəfə də qarşıma süd daşıyan maşınlar çıxmayıb Siz deyə bilərdinizmi ki, təbii südü zavodlara hansı üsulla daşıyırlar |
Cavab: Bəli, bəzi istehsalçılar arzuolunmayan quru süddən istifadə etsələr də, əhalini təzə süddən istifadə etdiklərinə inandırmağa çalışırlar. Təşkilatımız bu yalançı reklama qarşı iş aparır. Lakin bəzi müəssisələr özlərinə məxsus istehsal ərazisində yerləşən fermalara malikdir. Süd fermadan birbaşa istehsala gətirilir. Belə müəssisələri biz təşviq edirik. |
|
|
|
|
09.12.2013 |
Təhmasib Kazımov |
Sual: Azərbaycan Dövlət aqrar Universitenin standartaşdırma və sertifikasiya ixtisasını 2012 -ci ildə bitirmişəmHərbi xitmətdə olmuşamixtisasım üzrə işləmək istiyirəmXahiş edirəm mənə köməklik edəsıniz |
Cavab: Hər bir şəxsə təmənnasız kömək etməyə hazıram. Ya zəng edin, ya da görüşək, nə mümkündüsə də edim. (tel:050 341 62 25) |
|
|
|
|
06.12.2013 |
Asif Quliyev |
Sual: Salam Gündəlik istifadə etdiyimiz çorək və çörək məhsulları istehsalçılarından hansı Sizin qida təhlükəsizliyi nişanının tələblərinə uyğundur |
Cavab: Hələ ki, bu sahədə qiymətləndirilmə aparılmamışdır. |
|
|
|
|
05.12.2013 |
Mütalib İsmayılov |
Sual: Salam Hansı firmaların kolbasa məhsulları keyfiyyətli və qida üçün tam təhlükəsizdir |
Cavab: "Sevimli dad" və "Zəhmət-Ruzi" şirkətinin "SAB" mal nişanlı məhsulları |
|
|
|
|
04.12.2013 |
Malik Abisov |
Sual: Nə üçün ulduz fabrikinin reklamını saytdan çıxardınızXahiş edirəm mənasını bizə bildirəsiniz |
Cavab: Çıxarılmamışdır. Xəbərlər blokundakı siyahıda var. |
|
|
|
|
04.12.2013 |
həcər əfəndiyeva |
Sual: Salam Bəzi mağazalar endirimlər zamanı qeyd edirlər ki, endirim zamanı alınmış mallar geri qaytarıla və dəyişdirlə biməz Bu nə qədər qanunidir? |
Cavab: Bu qanuna ziddir. |
|
|
|
|
02.12.2013 |
Samir İsmayıllı |
Sual: Salam Sizin Ulduz fabrikinə qida təhlükəsizliyi nişanı verdiyiniz barədə məlumatı televiziya verilişlərindən öyrəndikdən sonra həmin kofetlərdən alırıq Doğrudan da keyfiyyətinə görə xarici dövlətlərdən gətirilən konfetləri üstələyir Çox sağ olun ki, bizləri məlumatlandırırsınızLayihənizin daha geniş miqyasda ərzaq məhsullarını əhatə etməsi nəzərdə tutulubmu |
Cavab: Bu məsələyə biz çox diqqətlə yanaşırıq. Ədalətlilik və obyektivlik əsas amalımızdır. Bu işi davam etdirmək fikrindəyik. |
|
|
|
|
02.12.2013 |
Umud Kürdəmirli |
Sual: Salam! Qida təhlükəsizliyi nişanı layihəsi istehlakçıların ürəyindən olan bir layihədir Əgər istifadə etdiyimiz ərzağın bizim orqanizmimizə hər hansı bir mənfi təsir edə bilməyəcəyinə əmin oluruqsa, bunun nə dərəcədə əhəmiyyətli olması hər bir kəsə bəllidirLakin yaxşı olardı ki, bu layihə bütün ərzaq məhsullarını əhatə etsin və istehlakçı hər bir ərzaq məhsulunu alarkən, istehsalçısı barədə məlumatı oxuduqdan sonra tərəddüd etmədən həmin məhsulu alsınBu məsələ gündəliyinizdə dayanırmı |
Cavab: Biz də arzu edərik ki, yerli istehsal mallarının hamısı keyfiyətli olsun. Ona görə də biz diqqətlə araşdırma aparıb, sonra nişanı veririk. Qida Təhlükəsizliyi nişanı verilmiş malların təhlükəsizliyinə tam etibar edə bilərsiniz. |
|
|
|
|
19.11.2013 |
Kamran Kərimov |
Sual: Salam Mən Çox Zaman Türkiyə Mallarına Üstünlük Verirəm Mən Öyrənmək İstəyirəm ki, Mən Aldığım Malların Təmiz Türk Malı Olduğunu Necə Dəqiq Öyrənə Bilərəm ??? |
Cavab: Bu asan iş deyil. Sadəcə Siz malın sertifikatını, Gömrük sənədlərini tələb edə bilərsiniz. Satıcı sənədləri göstərməyə borcludur. Əfsus ki, malların əksəriyyətinin satış şəbəkəsində heç bir sənədi yoxdur! |
|
|
|
|
18.11.2013 |
Səxavət Məmmədov |
Sual: SalamBiz Baku elektronicsdən paltaryuyan maşın(samsung)almışdıq 1ay əvvəl amma mətbəxdə təmir getdiyi üçün hardasa 2 həftə olarki qoşdurmuşuqMaşında problem yarandı və servisə zəng vurdumUsta göndərdilər gəlib baxdı və datçikin xarab olmasını bildirdiMaşın 1 dəfə istifadə olunub və usta bildirdiyi kimi problem olduğunu gördüyümüz üçün söndürüldüİndi usta deyirki bunun datçikini dəyişmək lazimdiAmma mən 800 manat verib təzə maşın alıramsa və bundada deffekt çıxırsa niyə görə mən təmir olunmuş avadanlıq almalıyamşTəzə ilə dəyişmək istəmirlər halbuki mənnən yeni avadalığı pulunu alıblarMən bu halda nə edə bilərəm? |
Cavab: Qüsur mal alınandan 14 gün müddətində aşkar olunubsa Siz malı dəyişmək hüququna maliksiniz. Əks halda servisdən istifadə etməlisiniz. |
|
|
|
|
18.11.2013 |
Fəqan Eyvazov |
Sual: Salam! İçməli sular barədə məlumata ölkəmizdə böyük ehtiyac var Azad İstehlakçılar Birliyi olaraq hansı istehsalçılara məxsus sulardan istifadənin təhlükəsiz olduğunu məsləhət bilərdiniz |
Cavab: Bəli bu sahədə problem mövcuddur. Hazırlaşırıq suların müstəqil testini keçirək və əhaliyə məlumat verək. |
|
|
|
|
18.11.2013 |
Sabir Piriyev |
Sual: Salam! Mətbuatdan qarğıdalı yağlarını ekspertiza analizi etməyiniz barədə məlumat almışam Hansı istehsalçının yağları qida üçün təhlükəsizdir |
Cavab: Sevindirici haldır ki, 16 növ qarğıdalı yağının tərkibində standartlardan kənarlaşma müəyyən olunmadı. Təkibinə görə ən yaxşı "Royal" yağı oldu. |
|
|
|
|
14.11.2013 |
Sevda Gulmemmedova |
Sual: salam men 13 noyabr 2013ci ilde Sumqayit seheri Sulh kucesi,32ci mehellede yerlesen Forte fashion magazasinin usaq sobesinde 1390 qiymete usaq ucun pijama aldimHemin gun usaq pijamani geyinende salvarin tikisi sokuldu,men de bu gun apardim magazaya deyismeye,amma onlar dediler ki,deyise ve ya qaytara bilmerik,amma men ya deyismek ya da qaytarmaq isteyirem men indi neylemeliyem |
Cavab: Xahiş edirik, saytımızdakı erize formasına uyğun erize yazin, bizə göndərin və ya AİB-in Sumqayıt şöbəsinə məlumat verin tel: 070 264 49 77; 050 369 05 77. |
|
|
|
|
10.11.2013 |
Malik Veysov |
Sual: EYYUB mSalamNiyə ərzaq məhsullarına nəzarət edən dövlət orqanları bir dəfə də olsun keyfiyyətsiz məhsul haqqında danışmirlarİtisadi İnkişaf Nazirliyi və Standartlasma komitəsi nümayəndələri televiziya vasitəsi ilə yararsız məhsullardan danışırlarAncaq həmin məhsulun nə adı nə də unvanı haqqında düzgün məlumat vermirlərOna görə də biz sahikarlar həmin adı çəkilən dövlət orqanlarina inamımız yoxdurXahiş ediriksiz bizə bu haqda doğru məlumat verəsiniz |
Cavab: 16 ildir mən keyfiyyətsiz malın adı və ünvanı barədə ardıcıl məlumat verirəm. Lakin keyfiyyətsiz mal anlayışı partiya mala aiddir. Bu günlərdə "Slobojanskaya squşenka"dan şikayət gəlib. Doğrudan da, bizə verilən nümunə yararsızdır. |
|
|
|
|
08.11.2013 |
Faxrəddin Alıyev |
Sual: Salam! Insan orqanizmi üçün təhlükəli ərzaq istehsal edən sex və müəssisələrin məhsulları barədə də əhalini məlumatlandırmağınız çox zəruridir Belə bir layihə həyata keçirmək fikriniz vardırmı |
Cavab: Əfsus ki, ölkədə ərzaq mallarının təhlükəsizliyinə dair qanun yoxdur. Təşkilatımız illər ərzində 20 növ təhlükəli ərzaq malının bazardan çıxarılmasına nail olubdur (Red Cow yağı, yodsuz duzlar, filtersiz siqaretlər və s. Əlbəttə, siz deyən məsələni həll etmək üçün biz daim axtarışlar aparırıq.) |
|
|
|
|
07.11.2013 |
Məmmədəli Əliyev |
Sual: hansı firmanın süd məhsulları qida üçün tam təhlükəsizdir |
Cavab: Biz yalnız keyfiyyət nişanına layiq görülmüş mal barədə açıq və müsbət informasiya veririk. Çünki bu cür mallar üçün təşkilatımız məsuliyyət daşıyır.Qeyd edə ki, şüşə qablarda 4 gün yararlılıq müddəti olan yerli süd satılır. Buna etibar edə bilərsiniz. |
|
|
|
|
07.11.2013 |
İsax Qasımov |
Sual: Hər bir qida məhsulunun və eləcə də insan orqanizminin əsas hissəsini təşkil edən suyun təhlükəsizliyini qiymətləndirməyiniz ən vacib məsələdirAzərbaycanda satışda olan suların keyfiyyəti haqqında da əhaliyə bildirməyinizi xahiş edirik |
Cavab: Bu məsələ ölkəmizdə problemli olaraq qalır. Yaxın günlərdə bitki yağları barədə geniş məlumat verəcəyik. Ekpertiza imkanlarımız mümkün olsa su barədə də məlumat verəcəyik. |
|
|
|
|
07.11.2013 |
Farman Məmmədov |
Sual: Xahış edirəm məlumat verin bilək nə üçün parfmeriyalara təhlükəsizlik nişanı vermirsiniz Axı o da bir növ qida məhsuludur Belə kı dəri vasitəsilə insan orqanizminə daxil olur |
Cavab: Mütəxəssislərimiz yalnız ərzaq malları üzrə təlim almışlar. |
|
|
|
|
06.11.2013 |
Tangiz Hajıyeva |
Sual: Salam! Ulduz fabikinin konfetlərinə Azad İstehlakçılar birliyinin qida təhlükəsizliyi nişanı verilməsi barədə ATV kanalından məlumat aldıqdan sonra həmin konfetlərdən aldım Doğrusu bizim ölkədə bu keyfiyyətdə, bu necə deyərlər damaq dadında konfetlərin istehsal olunmasına çox sevindimAzad İstehlakçılar Birliyinin bu yeni fəaliyyəti digər ərzaq məhsullarını da əhatə edəcəkmi |
Cavab: Nuş olsun. Bəli, digər ərzaq məhsulları barədə də qərar qəbul olunacaq və müvafiq nişan veriləcəkdir. |
|
|
|
|
06.11.2013 |
Faiq Alməmmədov |
Sual: Salam televiziyadan Ulduz konfetlərinə qida təhlükəsizliyi nişanı verdiyiniz barədə məlumat aldıqBiz həmin konfetlərdən aldıq və deyə bilərəm ki, keyfiyyət və ləzzətinə söz yoxdur Ancaq verilən məlumatda marketlərdə həmin nişan verilməsi barədə reklam materialının da olacağı bildirilirdi Bəs reklam materialları marketlərdə nə vaxt olacaq |
Cavab: Tezliklə dükanların girişində nişanı görəcəksiniz. |
|
|
|
|
06.11.2013 |
Elnur Ağalarov |
Sual: Salam!Mətbuatdan Ulduz şokoladlarına Azad İstehlakçılar Birliyinin qida təhlükəsizliyi nişanı verildiyi məlumatını aldıq Düzü bizim ailədə xarici konfetlərə üstünlük verilirdi Bu məlumatdan sonra Ulduz şokoladları aldıq Çox xoşumüza gəldi Xüsusən tanqo və səma şokoladları Yaxşı olardı ki, toy-nişan mərasimlərimizdə bu konfetlərdən istifadə olunsunAzad İstehlakçılar Birliyinə bizim həm inamımız , həm də etibarımız varDəfələrlə bizim ailə üzvlərimizin təmənnasız olaraq istehlakçı hüquqlarını qoruyub |
Cavab: Hər zaman vətəndaşlarımızın qulluğunda təmənnasız xidmət göstərməyə hazırıq. Layiq görülmüş nişan alan yerli məhsullara tam etibar edə bilərsiniz. |
|
|
|
|
05.11.2013 |
İlahe Sherifova |
Sual: 5 noyabr 2013 il tarixinde Cudo-peckanin Azerbayjan prospektinde yerleshen filialinda Standart bankla uzbeuz kakao ile pirojki aldim satijidanSantiji mene plastik gabda kakao verdiMen plastik gabi cashka ile evez edilmesini istedimLakin o mene gedin o biri terefde novbe tutun orda cashka varDeyirem axi orda 10 nefere geder adam var ,men 2 pirojki,1 kakao ucun ne geder gozlemeliyem Sen ordan cashka gotur plastik gabi boshaltGiz mene garshi cox sert davrandiMen ona dedimkimen sizin eve gonag gelmemishembura muessisedirsen lazimi shekilde alagl ile reftar etmelisenO mene bele cavab verdi SENIN KIMISI BIZIM EVE GELMESE YAXSHIDIR Men shikayet eledim mudiriyyeteMudiriyyet onu cagirdi ;dedi ki Xanimdan uzr iste anan yashindadirHemin satici giz ( adinin Aytac oldugunu mudirden eshitdim) men hes kesden uzr istemirem,isteyitsiz meni ishden cixardinIndi men neyleyim mene bir yol gosterinEle cixir ki,biz bir alici kimi tehgir olunmaliyig,satici ise oz emeline gore cezalanmayajag Xahish edirem mene komek edinMenim 55 yashim var, gizim yerinde olan bir shexs meni tehgir edir ve bu cavabsiz galir |
Cavab: Saytimizdaki erize formasina uygun erize yazin, imza qoyun, bizə göndərin, isteyinizi temennasiz icra edek. |
|
|
|
|
04.11.2013 |
Tofiq Şahbəndəyev |
Sual: SalamHansı firmaların kolbasa məhsulları istifadə üçün tam təhlükəsizdir |
Cavab: Çox yaxın günlərdə təşkilatımızın bir firmanin məhsullarının layiq görüldüyü "Qızıl nişan" barədə məlumat alacaqsınız. |
|
|
|
|
|
Sual yaz |
|
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40 41
42
43
44
45
|
|
|
|
Əmtəə bazarında sağlamlıq üçün təhlükəli qənd satılır, AQTA-nin apardığı işlər davamlı deyil, epizodikdir!
Bu barədə “Azad İstehlakçılar” İctimayi Birliyi (AİİB) 2019-cu ildə araşdırma apararaq cəmiyyətə ətrafli məlumat vermiş,bütün müvafiq Dövlət qurumlarına,o cümlədən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə(AQTA) rəsmi müraciətlər etmiş,Respublika Prokurorluğu,Dövlət Gömrük komitəsi və digər qurumlar tərəfindən müvafiq tədbirlər görülmüş,”kəllə qənd”istehsalı zamanı qəndin ağardılmasında mənşəyi məlum olmayan kimyəvi maddələrdən istifadə etdiyinə görə bir sira qənnadı məmulatlarının istehsali müəssiələrində reydlər kecirilmiş,qanun pozuntuları aşkar edilərək cavabdeh şəxslər həbs olunmuşdur.Eyni zamanda qəndin ağardılmasında istifadə olunan kimyəvi maddəni ölkəyə idxal edən şəxslər cinayət məsuliyyətinə alinmışlar! Bu işlər 2019-cu ildə olmuşdur.
Bəs hazırda vəziyyət necədir?!
Belə ki, AİİB istehlakçılardan daxil olan məlumatlar əsasında bazardakı vəziyyətə nəzər yetirmiş, bir “Kəllə qənd”nümunəsinin akkreditasiya olunmuş laboratoriyada ekspertizasının nəticələrini əldə edərək, insan sağlamlığı üçün təhlükə törədən qəndlərin bazarda geniş şəbəkə ilə satıldığını müəyyən etmişdir.
AİİB tərəfindən aparılmış araşdırmanı bir daha xatırlasaq, məlum olur ki, hazırda da şəkər tozundan kəllə qənd hazırlamaq ücün, əksər kəllə qənd istehsalcıları daha ucuz olan kimyalaşma yolunu secirlər. Xatırladaq ki, şəkər tozundan bəyaz kəllə qənd əldə etmək ücün iki üsul mövcuddur:
1) Şəkər tozu qaynadılır, bişirilir, alınan məhlul qaynatma zamanı sarı rəngə boyandığından, bu məhluldan bəyaz kəllə qənd almaq üçün məhlul bərkiyəndən sonra sarı rəngli kəllə qənd kütlələri, çox böyük firlanma sürətinə malik olan və yüksək məsrəflərlə başa gələn “Sentrafuqa”qurğusuna yerləşdirilir, burda yüksək mərkəzdənqaçma təcilinə məruz qalan kütlələrdən sarı maddə ayrılır və mexaniki yolla tam bəyaz “kəllə qənd” əldə olunur.
2) Qaynadıldıqda sarı rəngə boyanmış şəkər tozu məhluluna kimyəvi maddə-Kükürd dioksid (SO2) əlavə edilr, sarı rəngli məhlul bəyaz rəng alır! Bundan sonra məhlul qəlblərə yerləşdirilib soyudulur və gözlə sarılığı cətinliklə ayird edilə bilən ”bəyaz” kəllə qənd əldə edilir.
SO2 kimyəvi maddəsindən əsasən sənayedə parca ağartma, dəri aşılama, xalca yuma kimi sahələrdə istifadə olunur.
Qeyd edək ki, bütün dünyada gəlir əldə etmək, insan sağlamlığını arxa plana keçirtmə istəkləri, o yerə gətirib cıxarmışdır ki, hətta kimyəvi yolla kəllə qənd istehsalına, bəzi ölkələrdə standartlara da daxil etməklə haqq qazandırmışlar. Məsələn MDB məkanında mövcud olan ГОСТ 33222-2015 standartlarında 1 kq bəyaz kəllə qənddə maximum 15 milli qram kükürd dioksidın ola bilməsi nəzərdə tutulmuşdur (bundan öncə bu sahədə qüvvədə olan ГОСТ 22-94 və ГОСТ 31361-2008 standartlarında isə ümumiyyətlə bu maddənin istifadə edilməsinə icazə verilmir). Ölkəmizdə Tayqa Ticarət”müəssıəsi tərəfindən istehsal olunan və əmtəə bazarında satılan “Dad1” kəllə qənd məmulatının tərkibində laboratorioya tədqiqatı 1 kq məhsulda 70,2 mq kükürd dioksid olduğunu göstərmişdir! Yəni təhlükə normasından 4,6 dəfə (500%-ə yaxın) cox!
AİİB-in araşdırmaları göstərir ki, ölkədə mövcud olan 20-yə qədər “Kəllə qənd” istehsalçısı bəyaz kəllə qənd əldə etmək ücün hazırda kimyəvi üsuldan istifadə edir və təhlükəli kimyəvi maddədən qəndi daha bəyaz etmək ücun bol-bol istifadə edirlər!
İstehlakçıların maraqlarını və sağlamlığını əsas tutan AİİB-birmənalı olaraq istehsalçılar tərəfindən kəllə qəndin ümumiyyətlə mexaniki yolla ağardılmasının həyata keçirilməsini istəyir! Ən pis halda isə ГОСТ 33222-2015 standartlarına əsaslanaraq kəllə qənd istehsal edən sahibkarların fəaliyyətinə dövlət tərəfindən ciddi nəzarət edilməsini və sözü gedən kimyəvi qatqının standartda göstərilən normadan əsla yuxarı keçməməklə istifadəsinə icazə verilməsini tələb edir.
O cümlədən, hansı kəllə qənd istehsalı müəssisəsində mexaniki yolla ağartma həyata keçirilmirsə bu müəssiələrdə mütləq vaxtaşırı yoxlamalar aparılmalı, istehsal nümunələrindən götürülüb laborator analizləri aparılmalı, təhlükəli maddələr aşkar olunarsa və ya qatqılarla bağlı normadan kənara çıxmalar müəyyən olunacaqsa, satışda və anbarlarda olan məhsullar qeri cağrılmalı, ictimaiyyətin gözü önündə və KİV-lərin iştiraki ilə məhv edilməlidir. Bu istək və tələblərlə AİİB, Qida Təhlükəsizliyi Agentliyinə, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Dövlət Gömrük komitəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi müraciətlər etmişdir.
AİİB-in sədri: E.Hüseynov
|
|
daha ətraflı... |
|
Ölkəmizdə malların etiket məlumatları tam yarıtmaz vəziyyətdədir,əsasən İrandan idxal olunan mallar!
İstehlakçı xüsusən ərzaq malları haqqında məlumatı birbaşa malın etiketindən alır!İstehlakcının beynəlxalq və yerli hüquqlarından biri də məhz mal haqqında milli dildə informasiya almaq hüququdur!
“Azad İstehlakçılar” İctimayi Birliyi(AİİB) uzun illərdir ki,ən müxtəlif Dövlət orqanlarına yazılı müraciətlər göndərərək bu məsələnin ,yəni vətəndaşlarımızin milli dildə məlumat alma hüququnun de-fakto olaraq taninması barədə tədbirlərin görülməsinə dair təkliflər versə də,bu məsələ həll olunmadan qalir!
Dövlət Dili Haqqında AR-nin qanununun maddəsi: 7.3. Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır
Istehlakcılarin Hüquqlarının Müdafiəsi Haqqında AR-nın Qanununun 13-cü maddəsi:
Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır.
Nazirlər Kabinetinin 94 saylı qərarı,maddə 5.8.” Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə edilmiş tərcümə ilə də müşayiət olunmalıdır”
Qeyd edək ki,malların milli dildə markalanması məsələsi dünyanın əksər ölkələrində ,hətta Azərbaycandan hər cəhətcə zəif olan Ermənistan və Gürcüstanda belə uzun illərdir ki,tam həyata keçirilsə də ölkəmizdə bu məsələ həll olunmadan qalır.Əlbəttə bu amil,qacaqmal üçün münbit bir şərait yaradır!
İlkin olaraq AİİB malların milli dildə markalanması məsələsini İran İslam Respublikasından idxal olunan ərzaq malları üzərində cəmləşdirməkdən başlamaq niyyətindədir. Cün ki,ən acınacaqlı hal məhz İrandan idxal edilən ərzaq mallarındadır!Əğər Dövlət qurumları qanunun yerinə yetirilməsinə dəstək versə digər çoxsaylı mal və xidmətlərə də keciləcəkdir.24 il ərzində AİİB, BMT-nin beynəlxalq uşaq təşkilatı UNİCEF-in köməyilə yalnəz körpə qidalarının milli dildəmarkalanmasına nail olmuşdur,bu cox azdır! AİİB-n ofisinə istehlakçılar tərəfindən etiraz müraciətləri ilə gətirilən İranda istehsal olunan ərzaq mallarının markalanmasına diqqət yetirdikdə Azərbaycan dilindən başqa digər dillərdə məlumat olduğu görünür,lakin ərzaq malları üçün çox mühüm göstərici olan,istehsal və son istifadə tarixlərinin fars əlifbası ilə yazıldiğını görürük!Şübhəsiz ki,bu istehsalcı tərəfindən bilərəkdən,şüurlu şəkildə edilir ki,malını “Ölməz etsin”,yəni vətəndaşlarımız yararlılıq vaxtı keçmiş malı da alıb istehlak etsinlər!Əlbəttə Azərbaycan istehlakçılarının belə sadəlövhlüklə aldanması səbəbsiz deyil.Əhali ölkəmizdə artıq 3 ildir fəaliyyət göstərən Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) və digər dövlət qurumlarının fəaliyyətinə inanır,düşünür ki,yararlılıq vaxtı keçmiş mal satıla bilməz!Əfsus ki,bu inam özünü doğrultmur və istehlakçıların İran ərzaq mallarından zəhərlənməsinə dair məlumatlar da mövcuddur. Bəzən bu mövzu ilə bağli neqativ halların qarşısını almağa cavabdeh olan dövlət qurumları əməkdaşlarının mediyada pafoslu cıxıçlarına da rast gəlirik,amma “3 müşketyor qanunu” daha uğurla işləyir-birimiz hamimiz ücün,hamımız birimiz üçün - yəni gömrük xeyir-dua verib ölkəyə buraxıbsa vəssalam!
İran ərzaq malları satışı şəbəkələrində ciddi monitoringlərin keçirilməsi,dövlətimizin qanunlarının pozulması ilə ölkəyə idxal olunmuş qeyd olunan nöqsanlı malların satış şəbəkələrindən geri çağrılıb,ictimaiyyətin gözü önündə kütləvi məhv edilməsi,gömrük komitəsində çalışan əməkdaşların diqqətinin bu məsələyə cəlb edilməsinə zərurət yaranmışdir.
Dövlətimizin qanunlarını pozmaqla İran dükanlar şəbəkəsində satışa mal çıxaran 50-dən çox dükan mövcuddur.Bu dükanların bəzilərinin ünvanları:Əsas topdansatış dükanları,Sədərək ticarət mərkəzi,”Lukoyl”YDM-nin yanı(topdan satış),Dərnəgüldə “Elit “TM-nin yaxınlığı(çoxlu sayda),. 1)Bakı şəh.Əsəd Əhmədov 28
2)Xırdalan.texnikumun yaxınlıği.Rahat bazar ilə üzbəüz 3)Maştağa qəs.Savalanın 2-ci girişi 4)Ümid qəs.Laçın məktəbinin qarşısı 5)Neftçala şəh.H.Əliyev pros.Təzə bazar 6)Sahil qəsəbəsi 7)Ballı marketin yaxınlığı050-791-11-12 8)Sumqayıt şəh.2-ci mikr.Rossiya klubunun yanı.777 mağaza 9)Bakı şəh.Sarayevo küç7 10)Binəqədi ray.Xocasən yolu.Netto klubun yanı 11)Gəncə küç.Fujifilmin yanı 12)Əhmədli metrosu çıxışı.Ukrayna dairəsi tərəf 13)Xətai metrosunun arxası.N.Əliyev küç.17 14)Bakı şəh.Fatmayı 15)Hövsan qəs. 16)8 km bazarı.Halal market17)Şirvan şəh.Elite bazarının həyəti18)A.Şərifzadə küç.19519)Dərnəgül qəs.Şır-şır restoranının yanı 20)Xırdalan şəh.Təzə bazarın girişi ilə üzbəüz 21)Nizami metrosunun yanı.Z.Əhmədbəyov küç. 22)Buzovna qəs.Köhnə Polis şöbəsinin yanı 23)Əhmədli metrosu.Məhəmməd Hadi 41 və.s.
AİİB bu məsələni ictımailəşdirməklə bərabər, , Qida Təhlükəsizliyi Agentliyinə, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Dövlət Gömrük komitəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsminə müraciətlər göndərmişdir. Dövlətimizin qanunlarına əməl olunmasında hər bir istehlakcını fəal olmağa cağırırıq və dövlət qurumlarında nəticələr gözləyirik.
AİİB-in sədri: Eyyub Hüseynov
|
|
daha ətraflı... |
|
Press reliz
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə “Azad İstehlakçılar” İctimai Birliyi(AİİB) “Istehlakçılara parça bazar torbalarının paylanılması ilə ekologiyanın qorunmasına dəstək verilməsi” layihəsinin icrası üzrə fəaliyyyətini davam etdirir.
19 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, Alatava 2. ünvanda yerləşən “Araz 20 yanvar Superstore”- da istehlakçılara 150 ədəd parça materialdan tikilmiş bazar çantaları təmənnasız olaraq paylanıldı. Onlara həmçinin ekologiyanın qorunmasına,plastik taralardan imtinaya, qida təhlükəsizliyinə və ştrix koda dair məlumatlar da paylanıldı. İstehlakçılarda parça sumkalara böyük maraq oldu. Tədbirin sonunda çantaların paylanılmasına dair akt tərtib edildi. Eyni zamanda müəyyən istehlakçıların fotosu da çəkildi. Tədbirə dair press reliz hazırlanaraq KİV-lərə göndərildi. Tədbirimiz davam |
|
daha ətraflı... |
|
“Azad İstehlakçılar”
İctimai Birliyi M: +99450 341 62 25
17 avqust 2020-ci il.
Press reliz
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə “Azad İstehlakçılar” İctimai Birliyi (AİİB) “Istehlakçılara parça bazar torbalarının paylanılması ilə ekologiyanın qorunmasına dəstək verilməsi” layihəsinin icrası üzrə fəaliyyyətini davam etdirir.
17 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 60. ünvanda yerləşən “Bolmart” Supermarketdə istehlakçılara 150 ədəd parça materialdan tikilmiş bazar sumkaları təmənnasız olaraq paylanılmışdır. İstehlakçılara həmçinin qida təhlükəsizliyinə və ştrix koda dair məlumatlar da paylanılmışdır. İstehlakçılar böyük həvəslə həmin sumkaları götürürdülər. Tədbirin sonunda sumkaların paylanılmasına dair akt tərtib edildi. Eyni zamanda müəyyən istehlakçıların fotosu da çəkildi.Tədbirimiz davam edəcək. |
|
daha ətraflı... |
|
|