|
|
|
Be |
Ça |
Ç |
Ca |
C |
Ş |
B |
| | | | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
|
|
|
|
|
|
|
Bu gün ziyarətçilər: (156) |
|
Dunen ziyarətçilər: (75) |
|
Bu gün səhifə baxışı: (283) |
|
Dünən səhifə baxışı: (130) |
|
|
|
Sual-cavab |
|
|
Sual yaz |
|
10.02.2015 |
Mehriban Cavadov |
Sual: Eyyub bəy salam!Siz həmişə TV-də tez-tez "saxta" markalananməhsullar haqqında danışırsınız.Ancaq "Uzun ömür İVANOVKA"süd məhsulları BAKI şəhərinin ticarət mərkəzlərində hökmranlıq edir.İsmayıllının İvanovkası ilə heç bir əlaqəsi olmayan bu məhsullarin satışına heç kim reaksiya vermir.Çox maraqlıdır ki,dövlət orqanları niyə susur.Xahiş edirik mübarizə aparasınız. |
Cavab: Beli, bize de telefon zengleri gelir. Teshkilatimiz bu mesele ile elaqedar Iqtisadiyyat ve Senaye Nazirliyine, elece de Standartlasdirma? Metrologiya ve Patent uzre Dovlet Xidmetine 20 gun once resmi muracietler, faktlar gondermishdir. Hazirda dovlet orqanlari bu ishle meshgul olur. |
|
|
|
|
08.02.2015 |
ilahe abasova |
Sual: Salam hormetli vekil nenemin mene bagiwladigi 15il bundan qabaq adimda olan kupcali evle bagli 3il budan qabaq olan mehkeme menim xeyrimle bitmiwdir yeniden apilasiya mehkemesine verile biler?xalam terefden Veyaxud yeniden mehkeme ola biler?mehkemede wikayetci men idim xalami ordan cixartdim mehkemeni utdum yeniden apilyasiya mehkeme ola biler? |
Cavab: Hormetli Ilahe xanim, biz istehlakci huququnu qoruyuruq. Bu mesele istehlakci huququna aid deyildir. |
|
|
|
|
07.02.2015 |
Samir Behbudov |
Sual: Şəhərimizdə yeni açılan avto-dayanacaqların (parking) bir çoxunda girişdə verilən qəbzi itirməyə görə cərimələr tətəbiq olunur. Bu cərimələr dayanacaqdan asılı olaraq 10-50 AZN arasında dəyişir. Tətbiq olunan bu qaydalar istehlakçıların hüquqlarının qorunması siyasəti ilə nə dərəcədə üst-üstə düşür. Əslində bu avto-dayanacaqların əksəriyyətinin video müşahidə sistemi var və qəbzi itirən sürücünün maşınının nə vaxt daxil olduğunu asanlıqla müəyyən edə bilərlər. Bununla real vaxtı hesablamaq və həmin vaxta görə dayanacaq pulunu almaq, əlavə olaraq 1 AZN itirilmiş qəbzə görə cərimə tətbiq etmək daha düzgün olmazmı? Bu məslədə vətəndaşlara köməyinizi xahiş edirəm.Əvvəlcədən təşəkkürlər. |
Cavab: Hormetli Samir muellim, sizinle raziyam. Mumkun olani edeceyem. Teesuf ki, teshkilatimizda olan \"neqliyyat komissiyasi\" chox passividir. |
|
|
|
|
06.02.2015 |
Sevil Alxanova |
Sual: Eyyub m.salam!Çindən ölkəmizə idxal olunan mallarin demək olar ki,50%-i insan orqanizmə mənfi təsir göstərir.Məsəl üçün,ayaqqabılar geyiləndən 1ay sonra içərisindən pis iyi gəlir.Mebellər və paltarların əksəriyyəti bu cür iy verir.Buna qarsi mubarizə aparan yoxdur.Siz mətbuat vasitəsi ilə geniş şəkildə belə məhsulları antireklam etsəniz,istehlakçılar daha da maariflənər.Çünki ictimai rəy daha güclü olar. |
Cavab: Hormetli Sevil xanim, bu sahede ne bacariramsa edirem. Lakin istehlakcilarin konkret erizeleri mene komek ede biler. Efsuslar olsun ki, hokumetin istehlakci siyaseti lazimi seviyyede deyil. |
|
|
|
|
05.02.2015 |
sevda ediz |
Sual: Salam, Eyyub muellim. Men 01.02.2015 il tarixde Banu magazasinda180 deyirdiler 150 manata godekce aldim.Daha dogrusu bir gun önce beden olcum olmadığı üçün basqa yrrden getirtdiler. Dunen sederek ticaret merkezinde eynisini 50 manata gördüm. Men godekceni geri vere ve ya pulun üstünü ala bilerimmi. Onceden teşekkür ederim. |
Cavab: Hormetli Sevda xanim, qiymete gore deyil, mal;n Sizin telebatinizi odemediyi sebebinden deyishmek ucun dukana muraciet etmek, eger telebatiniza uygun mal olmazsa bu halda 14 gun muddetinde mali qaytarib pulunuzu almaq huququnuz vardir. |
|
|
|
|
05.02.2015 |
Təranə H........ |
Sual: Mən bir firmadan kosmetik mallar aldım, mənə bir müqavilə imzalatdılar. İmza etdikdən sonra müqaviləni mənə verdilər. Müqaviləni orda oxuma imkanım olmadı. Evə gəldikdə gördüm ki, qiymətlər çox şişirdilib və mənə verilən mallar məni qane etmir. Geri qaytarmaq qərarına gəldim, heç birinin amblajını açmamışdım. Geri getdim, məndən qəbul etməyəcəklərini sonra gəlməmi istədilər. Mən məcburən onların dediyi vaxtda, 16 gün sonra malı apardım. Onlar bir şərtlə geri alacaqlarını bildirdilər. Gərək mən borcum olduğuna dair sənədə qol çəkim. Mənim təcili işim olduğundan və malı bir daha evə geri aparmamaq məqsədi ilə həmin sənədə imza atdım. Sənəddə yazılıb ki mən 445 manat borclanıram, çünki malı geri qaytarmışam. Amma mal açılmayıb və istifadə edilməyib. Buna baxmayaraq, mənə imzalatdırdıqdan sonra verdikləri Müqavilənin maddəsinə əsaslandıqlarını deyiblər. Müqavilənin surətini də malla geri alıblar. Məndə yoxdur. Mən nə edə bilərəm? Bu istehlakçı hüquqlarını pozmaq deyilmi? |
Cavab: Hörmətli Təranə xanım, nə üçün \"Desheili\" firmasının adını gizlədirsiniz, nədən qorxursunuz? Azərbaycan qanunları Sizi qoruyur. Ətraflı ərizə yazın, imza qoyun, probleminizi təmənnasız həll edək. |
|
|
|
|
03.02.2015 |
Emin Aslanov |
Sual: Salam. 196 nomreli avtobusun resmi ve qeyri resmi qiymet barede zehmet omasa arashdirma aparardiniz.Resmi qiymet: 0.35 qepik (Tarif shurasi)Qeyri resmi : 0.50 qepik !!!Chox Sagolun ! |
Cavab: Hörmətli istehlakçı, konkret faktlara söykənən rəsmi ərizə yazın, imzalayaraq bizə göndərin, problemi həll edək. Sizə inanaırıq, araşdırma aparmağımıza ehtiyac yoxdur. |
|
|
|
|
03.02.2015 |
mardan qasimov |
Sual: Salam Eyyub müəllim!Gördüyünüz işlərdə sizə uğurlar diləyirikAncaq tcarətdə mobil telefonlarla,komputer satışı çox acınacaqlı vəziyyətdədir.Tam şəkildə demək olar ki.keyfiyyətsiz (elektrotexnikanı buna aid etmək olar)olan bu texnika bazarda hegemonluq edir.Sizə də bu sahədə yəqin ki.çoxlu sayda şikayət daxil olur.Bunun çıxış yolu həm mübarizə həm də dövlət orqanlarını ayağa qaldirmaq lazımdır.Bu işin öhdəsindən yalnız siz gələ bilərsiniz.Xahiş edirik belə haqsızlığa qarşı ciddi mübarizə aparasınız.Öz təşşəkürümü əvvəlcədən Sizə bildirirəm. |
Cavab: Sizinlə tam şərikəm, qanunlar çərçivəsində mübarizəmiz davam edir. Çalışcağıq ki, hökumətin siyasətinə təsir edək. |
|
|
|
|
02.02.2015 |
orxan eliyev |
Sual: Eyyub müəllim salam!WORd TELEKOM TELEFON satiş ticarət səbəkələrində biabirçiliq gedir.istehlakilar aldadilir.buna qarşi mübatriz. aparın |
Cavab: Haqlısınız, mümkün olanı edirik. Hətta 02.02.2015 tarixdə onların rəhbərliyinə də birbaşa iradlarımızı bildirmişik. Şikayət olarsa həll edərik. |
|
|
|
|
27.01.2015 |
Hafiz Yusifov |
Sual: Salam Eyyub müəllim. Ailə üzvlərimizdən bir məktəbli, bu gün hədiyyə məqsədilə saat alıb. Saata baxdıqda gördüm ki, mənşəyi, keyfiyyəti bəlli olmayan Çin malıdır və 2-3 manat dəyəri olduğu halda 10 manata satıblar (qəbz alınıb). - Uşaqla birlikdə bu gün mağaza sahibi Qsımova Hüsniyyənin yanına gedib mədəni şəkildə dedim ki, mümkündürsə saatı, keyfiyyətsiz və mənşəyi bəlli olmadığı üçün qaytarardınız. Xanım satıcı cavab verdi ki, əgər saat xarab olsaydı qaytarardım. Saat xarab deyilsə niyə qaytarmalıyam?Qanunları mağaza sahibinə izah etməyə çalışsam da faydası olmadı. Hara istəyirsiniz şikayət edin deyir. Qeyd: Necə olur ki, Almaniyada 10 avroya satılan saata 2 il qarantiya veririldiyi halda vətəndaş bəyənməzsə aldığı malı qaytara bilir. Azərbaycanda isə fırıldaq alverlə məşqul olan belə sahibkarlar özlərini haqlı, vətəndaşları isə haqsız sayır.Mal alındığı vaxtdan 2-3 saat vaxt keçib. Günlərlə yox... Belə vicdansızlıq da olmaz.Bəlkədə belələrinə qarşı cəzalar sərtləşdirilsə başqalarına da dərs olar.Mümkündürsə yaranmış problemlə bağlı köməklik göstərərdiniz. |
Cavab: Hormetli Hafiz muellim, movcud qanunlara gore 14 gun muddetinde Sizin mali keyfiyyetli mala deyishmek, eger teelbatinizi odeyen mal olmasa qaytarib pulunuzu 100% almaq huququnuz vardir. Rica edirem teskilatimizin Gence seher numayendeliyimizin sedri Tahir Pasayevle elaqe saxlayin. (tel^ 050 336 94 31) |
|
|
|
|
24.01.2015 |
zulfiqr baxışov |
Sual: Salam,sualım belədir. 23012015 tarixində gecə saat 03:00 radələrində evə gələn elektrikin normal haldan 2 dəfə güclənməsi nəticəsində evdə elektrik qoşulan cihazlardan(soyuducu, su nasosu, su isidən a Riston veb cihazlar) sıradan çıxmışdır. Sizcə elektrik istehsalçısı sadaladığım hadisədən cavabdehdir mi ve sıradan çıxan cihazlara dəymiş ziyanı ödəməlidir mi? Çox sağ olun cavabınız gözləyəcəyəm |
Cavab: Hormetli Zulfiqar muellim, siz haqlisiniz. Hemin anda fakt aktlasdirilmali idi. Mehkeme iddiasi qaldirmaq olar. Efsuslar olsun ki, \"elektrik enerjisinin istifade qaydaalri\" deyilen adli senedde gerginliyin artmasi faktini techizatci ozu qeyde almalidir ve huquqi sened o hesab edilir. Yeqin qonsularda da problem yasanmisidr. Meslehet gorurem ki, Azerenerji ve Bakielektriksebekeye resmi muraciet edin, son neticede ise elbette mehkemeye. |
|
|
|
|
18.01.2015 |
leyla mustafayeva |
Sual: Axsaminiz xeyir! Men 16.01.15 tarixinde sumqayit seheri 17 mkrn da fealiyyet gosteren "Seda store "marketinde alis veris etdikden sonra kassirin kobud ve nelayiq reftari ile uzuze gelmisem, hemin marketde kart sistemi fealiyyet gosterir bununla bagli kassir xanima sualla muraciet etsem de cox kobud cvb aldim, aldigim mehsullari qaytarmaq istedim, Lakin kassir basqa kassaya gedin, ozunuzden oyun cixartmayin dedi. Bununla bagli mudiriyyete muraciet edib sikayet etmek istesemde hec bir isci mene bu imkani yaratmadi. Men bununla bagli hara muraciet edim. Kime sikayetimi bildirim ki hemin magazada esas da hemin kassirle bagli olcu goturulsun. Musteri huquqlarinin pozulmasi haqda. |
Cavab: Akt tertib etmekle bu insidenti resmilesdirmish olsaydiniz musbet netice elde etmek olardi. Meslehet gorurem ki, sizin istehlakci huququnuzu qorumaga cavabdeh olan dovlet qurumu iqtisadiyyat ve Senaye Nazirliyine muraciet edin tel^ 195(2) ve ya 498 15 04 |
|
|
|
|
18.01.2015 |
Ровшан Гусейнов |
Sual: Салам Эйюб мюяллим. Я в 2006 году приобрел по договору на строительство у МТК Симург квартиру по ул. Хиябани 33. В 2007 году нам дали ордер Баксовета. Всё это время мы в квартире не жили, деньги с нас счетчики на газ и воду собрали, ремонт в квартире тоже не делали. Живем далеко от Баку, за границей, раз в год летом приезжаем на 5-7 дней. Вопрос должны ли мы платить за коммунальные услуги комменданту, если никаких договоров с МТК мы не подписывали на обслуживание, на охрану и сервис? Замечу ,что все это время дом не сдан, техпаспорта и купчии не выдавались, и я так понимаю , что когда дело дайдет до процесса регистрации , то МТК при выдаче справок будет требовать с нас эти платежи за эти годы... Спасибо... |
Cavab: Hormetli Rovsen muellim, MTK ile Sizin aranizda muqavile olmadigi, sizin orada yasamadiginiz ucun hech bir kommunal xerc odememelisiniz. Teesuf ki, qanunvericilikde boshluqlar, vetendashlarin aldadilmasi vardir. Ehtiyatli olun qanunsuz olaarq menzili ayri adama da sata bilerler. |
|
|
|
|
18.01.2015 |
Anar Yusubov |
Sual: Salam Eyyub müəllim, işlərinizdə uğurlar arzu edirem.Mən 2014-cü il avqusta ayında Hyundai Grand Santafe almışam.Maşının ciddi problemləri var. Maşını iki dəfə servisə aparmışam. Həll etmişik deyirlər ancaq yenə həmin problemlər yaranır. Maşının priborunda işıqlar yanır və sürət qutusu kilidlənir. Maşının içindən hərəkətdəykən səslər gəlir. Servis problemi həll edə bilmir.Axı bu maşın təzədir. Mən də təzə maşın almışam ki, 3-5 il problemsiz sürüm. 4 ay olmayıb artıq mən 2 dəfə maşını servisdə 3-5 gün saxlamışam. Düzdür qarantiyası var. Aparıram baxırar.Ancaq eyni yerdən eyni problem yaranır.Sualım belədir: Mən maşını neçə dəfə Servisə aparmalıyam? Və mən nə qədər maşınsız qalmalıyam. Sonsuz qədər mən Servisə getməliyəm mi? Mən bildiyim qədərilə Türkiyə qanunlarına görə bir məhsul 3 dəfə eyni problemi yaradırsa o məhsulu tamamilə dəyişdirirlər. Xahiş edirəm ki, hüquqlarımla əlaqəli mənə yol göstərəsiniz. Təşəkkür edirəm. Hörmətlə,Anar |
Cavab: Etrafli erize yazin, komekliyimizi temennasiz olaarq gosterek. |
|
|
|
|
17.01.2015 |
Sabina Nazarova |
Sual: Salam,Siz tedris merkezinde telebelerin lazimi telabatlarini gaydaya salmadigina gore mesele ile tedbir gorusuz? Onceden teshekkurler! |
Cavab: Eger pullu xidmetden istifade edirsinizse, huququnuz pozulubsa yazili erize ile muraciet edin, tedbir gorek. |
|
|
|
|
17.01.2015 |
Aysel Aliyeva |
Sual: Salam, usag magazasinda paltar alarken saticidan giymet sorusarken cox kobud cavab verdi. Men ondan gulumseyerek bir az sirindil olmasini xahis etdim, O ise mene soyus soydu. Bu barede ertesi gun gedib onun mudirine melumat verdim, o, men o gizin yerine uzur isteyirem dedi. Amma giz onun yaninda da yaxsi elediyini dedi ve dedi ki hec kimden uzur istemeycek. Ve yeniden tehgir etdi. Bilmek isteyirem ki, bu barede men mehkemeye muraciet ede bilerem? huququmu nece qoruya bilerem? |
Cavab: Akt tertib etmekle bu insidenti resmilesdirmish olsaydiniz musbet netice elde etmek olardi. Meslehet gorurem ki, sizin istehlakci huququnuzu qorumaga cavabdeh olan dovlet qurumu iqtisadiyyat ve Senaye Nazirliyine muraciet edin tel^ 195(2) ve ya 498 15 04 |
|
|
|
|
12.01.2015 |
Əfrayim Namazov |
Sual: Eyyub müəllim salam!Xahiş edirəm ticarət şəbəkələrində idxal olunub.satılan ərzaq malların milli dildə markalanması üçün tədbirlər görəsiniz.Hətta daxili istehsal da milli dildə markalanmır.Nə üçün müstəqil ölkənin vətəndaşlari istehsal etdiyi məhsulları milli dildə markalamır.Düvlət orqanları isə belə işlərə göz yumur. |
Cavab: Hörmətli Əfrayim müəllim, dövlət dili haqqında qanunda və digər qanunlarda göstərilir ki, ölkənin əmtəə bazarında olan bütün mallar, o cümlədən sənaye malları və s. milli dildə markalanmalıdır. Təşkilatımız yalnız körpə qidalarının milli dildə markalanmasına nail olub. Bu məsələ ilə bağlı mən müvafiq qurumları daim tənqid edirəm və vəziyyəti dəyişməyə çalışırıq. Yerli mallardan tam xarici dildə markalananı bilirsinizsə bizə məlumat verin. |
|
|
|
|
10.01.2015 |
Anar Həsənov |
Sual: Salam Eyyub müəllim! Mən bilmək istərdm ki, hal-hazırda respublikamızda satılan uşaq qidalarının və uşaqlara çox məsləhət görülən yoqurtların nə dərəcədə keyfiyyətli olub-olmaması barədə məlumat verəsiniz! Mən uşaq üçün "Friso" uşaq qidasını alıram! Bu qidaların tərkibində GMO varmı? |
Cavab: Hörmətli Anar müəllim, körpənizi Allah saxlasın. Bu məsələlər ilə bağlı istənilən məsləhəti təşkilatımızın komissiya sədri Səltənət xanımdan ala bilərsiniz. (tel: 012 597 37 33; 012 429 87 81; 055 555 89 93) ve ya vib.az saytına müraciət edəsiniz. |
|
|
|
|
07.01.2015 |
Akif Muradov |
Sual: Eyyub müəllim salam!Xahiş edirəm ki.Mağazada açiq konfet satışina son qoyulmasına qarşı ciddi mübarizə aparasınız.Bu millət nə vaxta qədər vaxtı keçmış konfetləri yeyəcək.Vaxtı keçmiş konfetlər qablaşmadan çıxarılıb açiq şəkildə satılır.Açiq şəkildə satilan konfetlərdə qurdlu olmasına daha çox rast gəlınır.Əvvəlcədən öz təşəkkürümü bildirirəm. |
Cavab: Hörmətli Akif müəllim, bu məsələ ilə mən uzun müddətdir məşğulam. Hətta MDBməkanında bu problem yaşanır. Təşkilatımız nail olub ki, Nazirlər Kabinetinin 03.04.2014 tarixli 94 saylı qərarı ilə konfetlərin açıq satışının qarşısının alınması həyata keçirilsin. Əfsuslar olsun ki, bu işə nəzarət edən dövlət orqanlarının passivliyi nümayiş olunur. Bizim əlimizdən o gəlir ki, ictimai çıxışlarımızla istehlakçıları açıq konfetalmaqdan çəkindirək (boykot)ş Bu işi aparırıq. |
|
|
|
|
06.01.2015 |
Nahide Meherremova |
Sual: Salam! Men 4 yanvar 2015-ci ilde " Baku Elektroniks"-in Yasamal filialindan "Tefal" markali etceken mashin almisham ve 1 defe istifade etmishem. Amma etcekenin teleblere cavab vermediyini gordum. Magazaya muraciet etdim, istifade etdiyim ucun mali 143 servis xidmetine tehvil vermeyimi ve akt tertib edildiyi halda pulumu geri qaytaracaqlarini dediler. 6 yanvar 2015-ci il tarixde servis xidmetinie getdim ve mashini tehvil verdim , mene xidmet qebzi teqdim etdiler. Servizde mashini hec vaxt qaytarmaq huququm olmadigini dediler. Sizden bu halda menim hansi huquqlara sahib olmagim haqda bilgi vermeyinizi xahish edirem. Evvelceden minnetdarligimi bildirirem. |
Cavab: Nazirlər Kabinetinin 03.04.2014 tarixli 94 saylı qərarının 5.51 maddəsinə görə satışda Sizin tələbatınızı ödəyən mal olmadıqda malı qaytarıb pulunuzu geri almaq hüququnuz vardır. |
|
|
|
|
29.12.2014 |
Mehriban Qas;mova |
Sual: Eyyub bəy salam!Mən həmişə ekoıoyi cəhətdən təmiz süd məhsulları almaq istəyirəm.Ən çox sevdiyim isə "ivanovka"süd məhsullarıdır.Hal hazırda bazarda ivanovka süd məhsullari doludur.Biz dəfələrlə əsl ivanovka mağazasına müraciət etmişik,cavab isə belə olub ki bizim bir maqazamız var.Qalan mağazaların bizə aidiyyəti yoxdur.Biz də bilirik ki bütün mağazalar satdığı ivanoka süd məhsulları saxtadir.Ancaq mubarizə apara bilmirik.Xahiş edirik bazarda olan bu cür hallarin qarşısıni alasınız. |
Cavab: Siz haqlısınız. \"İvanovka\"nın həqiqi dükanı 2 yerdədir, Topçubaşov küçəsində və Binə qəsəbəsində. \"İvanovka\" mal nişanı ilə satılan çoxsaylı məhsulların İvanovka kəndi ilə heç bir əlaqəsi olmadığı barədə müvafiq hökumət qurumlarına dəfələrlə məlumat vermişik. Yenidən bu məsələləri araşdıracağıq. |
|
|
|
|
27.12.2014 |
Məlahət Qasımova |
Sual: Eyyub bəy salam!Sizin oturduğnuz yerin sol tərəfində parfumriya malları satılır.Hec bir malın ustündə qiymətyoxdur .Siz istehlakçı huqüqu qoruyursunuz.Nə üçün 2 metr sizdən uzaq olan yerə bir söz demirsiz.Ona da gərək şikayət ola.Xahiş edirəm tədbir görün.Əgər onu etsəniz onda bilərik ki Siz həqiqətən istehlakçı huququ qoruyursunuz. |
Cavab: Əməkdaşlarımızla birlikdə dükanda baxış keçirdik, malların 85%-nin etiketində qiymət yazılmışdır. Tapşırıq verdik ki, digər mallara da qiymət yazılsın və istehlakçı onu kənardan görə bilsin. Qeyd edək ki, Nazirlər Kabinetinin 94 saylı qərarında qiymət kağızının kənardan görülməsi barədə heç bir tövsiyyə yoxdur. Əməkdaşlığınıza görə təşəkkür edirik. |
|
|
|
|
27.12.2014 |
Samir Azimov |
Sual: Salam her vaxtiniz xeyir men Neriman Nerimanov metro stansiyasinin yaxinliginda Ehmed Recebli kucesinde yerleshen Qizil gul adli aptekden umumi deyeri 61.80 qep deyerinde reseptle derman almisham tam 2 gun kecdikden sonra onlardan dermanlardan birini diger bir derman ile deyishdirmeye cehd etdim mal zedelenmeyib amma satici qiz mali geri goturmedim sebeb numayendeleri icaze vermedi azad istehlakcilar birliyi ve qaytarmag huququmu bildirdikde mene get harashikayet edirsen et diye cavab verdi ve haqqimi teleb etmek ucun sizden melumat isteyirem xahish ederdim komek edesiniz |
Cavab: Xahish edirik, saytimizda olan erize formasina uygun erize yazin, imzalayin, bizim emailimize gonderin. İstehlakçı huququnuzu təmənnasız qoruyaq. |
|
|
|
|
26.12.2014 |
Narmin Asadova |
Sual: İstehsalçı istehsal etdiyi məhsulun qablaşdırması üzrəində olan etiketdə məhsulun keyfiyyətsizli ilə baglı dəyən zərəin ödənilməsi halı üçün maksimal həddi müəyyən edə bilərmi ? Yəni məsələn istehsalçı yalnız 5.000 AZN məbləğində məsuliyyət daşıyır? İstehsal etdiyi keyfiyyətsiz məhsulla baglı dəyən ziyana görə hansı məsuliyyət daşıyır ? |
Cavab: İstehsalçı qanunlar çərçivəsində çox şey müəyyən edə bilər. Sizin dediyiniz məsələ qanunlarda yoxdur (əlbəttə qadağan da edilməyibdir), ona görə də istehsalçı özü istərsə bunu edə bilər. |
|
|
|
|
24.12.2014 |
arzu eliyeva |
Sual: bes men bu barede hardan oyrene bilerem?? |
Cavab: Ədliyyə Nazirliyinin qaynar xətti ilə əlaqə saxlayın:
(99412) 404-42-87 (99412) 404-42-88 |
|
|
|
|
22.12.2014 |
arzu eliyeva |
Sual: salam.bagislayin bilmirem sualim ne derecede duzgundu.ama yene de yazim mene meslehet verin ehtiyacim var sizlere.menim 2016a qeder stopum var rusiyaya.usagim rusiya vetendasidu pasportu var.yoldasimin da var.menim pasportum yoxdu.zaqsmiz yoxdu.men nece gede bilerem bunun helli yolu nedir?????? |
Cavab: Çox təəsüf ki, bu bizim həll edə biləcəyimiz məsələ deyil. Biz təmənnasız olaraq istehlakçı hüququnu qoruyuruq. Bu məsələ bizə aid deyil. |
|
|
|
|
17.12.2014 |
Zemfira Quliyeva |
Sual: Salam!Mən 14.12.2014 tarixinde saat 7:00-8:00 olardi "Memar Əcəmi" metrosu yaxınlığında "Lady Sharm"mağazasına daxil oldum və ordan 1 ziyafət paltarı aldım.Paltar 70 man olub endirimle 49 man-ta idi,amma heç o qiymətə uyğun mal deyil.Mal neçə dəfə geyinilib soyunulubsa istifadəyə yararsızdı.Mən də 15.12.2014 tarixində elə həmin vaxtlarda ora getdik anamla mən satıcıya malı dəyişdirməyi təklif etdim .Satıcı dedi yaxşı bax.Baxdım mənə uyğun tapmadım və qaytarmağı tələb etdik.Dedilər yox nə danışırsız olmaz.Dedilər gedib işlədib gətirmisiz.Heç mən aldığım vaxtla aparıb qaytarmaq istediyim vaxtda toy olur ki mənə o cavabı verirlər.İndi sualım budur ki,mən bu malı necə qaytara bilərəm? |
Cavab: Saytımızdakı ərizə formasına uyğun ətraflı ərizə yazın, imzalayın, skaner ederek bizə göndərin, istehlakçı hüququnuzu təməmmasız qoruyaq. |
|
|
|
|
14.12.2014 |
Mələk İlyasova |
Sual: Salam Eyyub müəllim.Rafinə duzun ziyan olduğunu öyrənəndən sonra qaya duzu axtarmağa başladım.Naxçıvan duzunu seçdim.Amma bu duz əməlli başlı torpaqlıdı.Onu suda həll etdikdə suyun dibinə çoxlu torpaq çökür.Torpaqda isə cürbəcür mikrobların qurd yumurtalarının olduğunu bilirik.Xahiş edirəm deyərdiz bu duzu almağa dəyərmi? O bakterioloji müayinelerden keçirmi? |
Cavab: Hazırda satışda olan, bəyaz olmayan Naxçıvan duzu arzuedilməzdir. Rafinə olunmuş duzun problemi yoxdur. Yodlu duz almağınız məsləhət olunur. |
|
|
|
|
14.12.2014 |
Ayaz Alakbarov |
Sual: salam. bilmek isteyirem ki alinan mal nece defe deyisdirile biler? |
Cavab: Bu barədə qanunvericilikdə məhdudiyyət yoxdur. |
|
|
|
|
13.12.2014 |
Seymur Civishov |
Sual: Salam, Eyyub müəllim! Xahiş edirəm mənə bir sualda aydınlıq gətirəsiniz. Bilmek isderdimki alinan malin hemin gun geri qaytarmaq isdedim amma ceki atmisdim satici malin heqiqetende qusurlu oldugunu boynuna aldi amma cek yoxdur deyq mali qaytarmaqdan imtina etdi... Bele oldugu halda satici haqlidirmi? Cek olmadiqda men nece o mali geri qatrara bilerem? Bu haqda qanun ne deyir? Eger men haqliyamsa o magazani cerimelede bileremi? |
Cavab: Qanunda çekin mövcudluğu zəruri tələbdir. Satıcı inkar etmirsə əlavə olaraq Sizin şahidiniz də varsa təşkilatımıza yazılı ərizə ilə müraciət etsəniz həll edərik. |
|
|
|
|
|
Sual yaz |
|
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36 37
38
39
40
41
42
43
44
|
|
|
|
Əmtəə bazarında sağlamlıq üçün təhlükəli qənd satılır, AQTA-nin apardığı işlər davamlı deyil, epizodikdir!
Bu barədə “Azad İstehlakçılar” İctimayi Birliyi (AİİB) 2019-cu ildə araşdırma apararaq cəmiyyətə ətrafli məlumat vermiş,bütün müvafiq Dövlət qurumlarına,o cümlədən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə(AQTA) rəsmi müraciətlər etmiş,Respublika Prokurorluğu,Dövlət Gömrük komitəsi və digər qurumlar tərəfindən müvafiq tədbirlər görülmüş,”kəllə qənd”istehsalı zamanı qəndin ağardılmasında mənşəyi məlum olmayan kimyəvi maddələrdən istifadə etdiyinə görə bir sira qənnadı məmulatlarının istehsali müəssiələrində reydlər kecirilmiş,qanun pozuntuları aşkar edilərək cavabdeh şəxslər həbs olunmuşdur.Eyni zamanda qəndin ağardılmasında istifadə olunan kimyəvi maddəni ölkəyə idxal edən şəxslər cinayət məsuliyyətinə alinmışlar! Bu işlər 2019-cu ildə olmuşdur.
Bəs hazırda vəziyyət necədir?!
Belə ki, AİİB istehlakçılardan daxil olan məlumatlar əsasında bazardakı vəziyyətə nəzər yetirmiş, bir “Kəllə qənd”nümunəsinin akkreditasiya olunmuş laboratoriyada ekspertizasının nəticələrini əldə edərək, insan sağlamlığı üçün təhlükə törədən qəndlərin bazarda geniş şəbəkə ilə satıldığını müəyyən etmişdir.
AİİB tərəfindən aparılmış araşdırmanı bir daha xatırlasaq, məlum olur ki, hazırda da şəkər tozundan kəllə qənd hazırlamaq ücün, əksər kəllə qənd istehsalcıları daha ucuz olan kimyalaşma yolunu secirlər. Xatırladaq ki, şəkər tozundan bəyaz kəllə qənd əldə etmək ücün iki üsul mövcuddur:
1) Şəkər tozu qaynadılır, bişirilir, alınan məhlul qaynatma zamanı sarı rəngə boyandığından, bu məhluldan bəyaz kəllə qənd almaq üçün məhlul bərkiyəndən sonra sarı rəngli kəllə qənd kütlələri, çox böyük firlanma sürətinə malik olan və yüksək məsrəflərlə başa gələn “Sentrafuqa”qurğusuna yerləşdirilir, burda yüksək mərkəzdənqaçma təcilinə məruz qalan kütlələrdən sarı maddə ayrılır və mexaniki yolla tam bəyaz “kəllə qənd” əldə olunur.
2) Qaynadıldıqda sarı rəngə boyanmış şəkər tozu məhluluna kimyəvi maddə-Kükürd dioksid (SO2) əlavə edilr, sarı rəngli məhlul bəyaz rəng alır! Bundan sonra məhlul qəlblərə yerləşdirilib soyudulur və gözlə sarılığı cətinliklə ayird edilə bilən ”bəyaz” kəllə qənd əldə edilir.
SO2 kimyəvi maddəsindən əsasən sənayedə parca ağartma, dəri aşılama, xalca yuma kimi sahələrdə istifadə olunur.
Qeyd edək ki, bütün dünyada gəlir əldə etmək, insan sağlamlığını arxa plana keçirtmə istəkləri, o yerə gətirib cıxarmışdır ki, hətta kimyəvi yolla kəllə qənd istehsalına, bəzi ölkələrdə standartlara da daxil etməklə haqq qazandırmışlar. Məsələn MDB məkanında mövcud olan ГОСТ 33222-2015 standartlarında 1 kq bəyaz kəllə qənddə maximum 15 milli qram kükürd dioksidın ola bilməsi nəzərdə tutulmuşdur (bundan öncə bu sahədə qüvvədə olan ГОСТ 22-94 və ГОСТ 31361-2008 standartlarında isə ümumiyyətlə bu maddənin istifadə edilməsinə icazə verilmir). Ölkəmizdə Tayqa Ticarət”müəssıəsi tərəfindən istehsal olunan və əmtəə bazarında satılan “Dad1” kəllə qənd məmulatının tərkibində laboratorioya tədqiqatı 1 kq məhsulda 70,2 mq kükürd dioksid olduğunu göstərmişdir! Yəni təhlükə normasından 4,6 dəfə (500%-ə yaxın) cox!
AİİB-in araşdırmaları göstərir ki, ölkədə mövcud olan 20-yə qədər “Kəllə qənd” istehsalçısı bəyaz kəllə qənd əldə etmək ücün hazırda kimyəvi üsuldan istifadə edir və təhlükəli kimyəvi maddədən qəndi daha bəyaz etmək ücun bol-bol istifadə edirlər!
İstehlakçıların maraqlarını və sağlamlığını əsas tutan AİİB-birmənalı olaraq istehsalçılar tərəfindən kəllə qəndin ümumiyyətlə mexaniki yolla ağardılmasının həyata keçirilməsini istəyir! Ən pis halda isə ГОСТ 33222-2015 standartlarına əsaslanaraq kəllə qənd istehsal edən sahibkarların fəaliyyətinə dövlət tərəfindən ciddi nəzarət edilməsini və sözü gedən kimyəvi qatqının standartda göstərilən normadan əsla yuxarı keçməməklə istifadəsinə icazə verilməsini tələb edir.
O cümlədən, hansı kəllə qənd istehsalı müəssisəsində mexaniki yolla ağartma həyata keçirilmirsə bu müəssiələrdə mütləq vaxtaşırı yoxlamalar aparılmalı, istehsal nümunələrindən götürülüb laborator analizləri aparılmalı, təhlükəli maddələr aşkar olunarsa və ya qatqılarla bağlı normadan kənara çıxmalar müəyyən olunacaqsa, satışda və anbarlarda olan məhsullar qeri cağrılmalı, ictimaiyyətin gözü önündə və KİV-lərin iştiraki ilə məhv edilməlidir. Bu istək və tələblərlə AİİB, Qida Təhlükəsizliyi Agentliyinə, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Dövlət Gömrük komitəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi müraciətlər etmişdir.
AİİB-in sədri: E.Hüseynov
|
|
daha ətraflı... |
|
Ölkəmizdə malların etiket məlumatları tam yarıtmaz vəziyyətdədir,əsasən İrandan idxal olunan mallar!
İstehlakçı xüsusən ərzaq malları haqqında məlumatı birbaşa malın etiketindən alır!İstehlakcının beynəlxalq və yerli hüquqlarından biri də məhz mal haqqında milli dildə informasiya almaq hüququdur!
“Azad İstehlakçılar” İctimayi Birliyi(AİİB) uzun illərdir ki,ən müxtəlif Dövlət orqanlarına yazılı müraciətlər göndərərək bu məsələnin ,yəni vətəndaşlarımızin milli dildə məlumat alma hüququnun de-fakto olaraq taninması barədə tədbirlərin görülməsinə dair təkliflər versə də,bu məsələ həll olunmadan qalir!
Dövlət Dili Haqqında AR-nin qanununun maddəsi: 7.3. Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır
Istehlakcılarin Hüquqlarının Müdafiəsi Haqqında AR-nın Qanununun 13-cü maddəsi:
Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır.
Nazirlər Kabinetinin 94 saylı qərarı,maddə 5.8.” Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə edilmiş tərcümə ilə də müşayiət olunmalıdır”
Qeyd edək ki,malların milli dildə markalanması məsələsi dünyanın əksər ölkələrində ,hətta Azərbaycandan hər cəhətcə zəif olan Ermənistan və Gürcüstanda belə uzun illərdir ki,tam həyata keçirilsə də ölkəmizdə bu məsələ həll olunmadan qalır.Əlbəttə bu amil,qacaqmal üçün münbit bir şərait yaradır!
İlkin olaraq AİİB malların milli dildə markalanması məsələsini İran İslam Respublikasından idxal olunan ərzaq malları üzərində cəmləşdirməkdən başlamaq niyyətindədir. Cün ki,ən acınacaqlı hal məhz İrandan idxal edilən ərzaq mallarındadır!Əğər Dövlət qurumları qanunun yerinə yetirilməsinə dəstək versə digər çoxsaylı mal və xidmətlərə də keciləcəkdir.24 il ərzində AİİB, BMT-nin beynəlxalq uşaq təşkilatı UNİCEF-in köməyilə yalnəz körpə qidalarının milli dildəmarkalanmasına nail olmuşdur,bu cox azdır! AİİB-n ofisinə istehlakçılar tərəfindən etiraz müraciətləri ilə gətirilən İranda istehsal olunan ərzaq mallarının markalanmasına diqqət yetirdikdə Azərbaycan dilindən başqa digər dillərdə məlumat olduğu görünür,lakin ərzaq malları üçün çox mühüm göstərici olan,istehsal və son istifadə tarixlərinin fars əlifbası ilə yazıldiğını görürük!Şübhəsiz ki,bu istehsalcı tərəfindən bilərəkdən,şüurlu şəkildə edilir ki,malını “Ölməz etsin”,yəni vətəndaşlarımız yararlılıq vaxtı keçmiş malı da alıb istehlak etsinlər!Əlbəttə Azərbaycan istehlakçılarının belə sadəlövhlüklə aldanması səbəbsiz deyil.Əhali ölkəmizdə artıq 3 ildir fəaliyyət göstərən Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) və digər dövlət qurumlarının fəaliyyətinə inanır,düşünür ki,yararlılıq vaxtı keçmiş mal satıla bilməz!Əfsus ki,bu inam özünü doğrultmur və istehlakçıların İran ərzaq mallarından zəhərlənməsinə dair məlumatlar da mövcuddur. Bəzən bu mövzu ilə bağli neqativ halların qarşısını almağa cavabdeh olan dövlət qurumları əməkdaşlarının mediyada pafoslu cıxıçlarına da rast gəlirik,amma “3 müşketyor qanunu” daha uğurla işləyir-birimiz hamimiz ücün,hamımız birimiz üçün - yəni gömrük xeyir-dua verib ölkəyə buraxıbsa vəssalam!
İran ərzaq malları satışı şəbəkələrində ciddi monitoringlərin keçirilməsi,dövlətimizin qanunlarının pozulması ilə ölkəyə idxal olunmuş qeyd olunan nöqsanlı malların satış şəbəkələrindən geri çağrılıb,ictimaiyyətin gözü önündə kütləvi məhv edilməsi,gömrük komitəsində çalışan əməkdaşların diqqətinin bu məsələyə cəlb edilməsinə zərurət yaranmışdir.
Dövlətimizin qanunlarını pozmaqla İran dükanlar şəbəkəsində satışa mal çıxaran 50-dən çox dükan mövcuddur.Bu dükanların bəzilərinin ünvanları:Əsas topdansatış dükanları,Sədərək ticarət mərkəzi,”Lukoyl”YDM-nin yanı(topdan satış),Dərnəgüldə “Elit “TM-nin yaxınlığı(çoxlu sayda),. 1)Bakı şəh.Əsəd Əhmədov 28
2)Xırdalan.texnikumun yaxınlıği.Rahat bazar ilə üzbəüz 3)Maştağa qəs.Savalanın 2-ci girişi 4)Ümid qəs.Laçın məktəbinin qarşısı 5)Neftçala şəh.H.Əliyev pros.Təzə bazar 6)Sahil qəsəbəsi 7)Ballı marketin yaxınlığı050-791-11-12 8)Sumqayıt şəh.2-ci mikr.Rossiya klubunun yanı.777 mağaza 9)Bakı şəh.Sarayevo küç7 10)Binəqədi ray.Xocasən yolu.Netto klubun yanı 11)Gəncə küç.Fujifilmin yanı 12)Əhmədli metrosu çıxışı.Ukrayna dairəsi tərəf 13)Xətai metrosunun arxası.N.Əliyev küç.17 14)Bakı şəh.Fatmayı 15)Hövsan qəs. 16)8 km bazarı.Halal market17)Şirvan şəh.Elite bazarının həyəti18)A.Şərifzadə küç.19519)Dərnəgül qəs.Şır-şır restoranının yanı 20)Xırdalan şəh.Təzə bazarın girişi ilə üzbəüz 21)Nizami metrosunun yanı.Z.Əhmədbəyov küç. 22)Buzovna qəs.Köhnə Polis şöbəsinin yanı 23)Əhmədli metrosu.Məhəmməd Hadi 41 və.s.
AİİB bu məsələni ictımailəşdirməklə bərabər, , Qida Təhlükəsizliyi Agentliyinə, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Dövlət Gömrük komitəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsminə müraciətlər göndərmişdir. Dövlətimizin qanunlarına əməl olunmasında hər bir istehlakcını fəal olmağa cağırırıq və dövlət qurumlarında nəticələr gözləyirik.
AİİB-in sədri: Eyyub Hüseynov
|
|
daha ətraflı... |
|
Press reliz
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə “Azad İstehlakçılar” İctimai Birliyi(AİİB) “Istehlakçılara parça bazar torbalarının paylanılması ilə ekologiyanın qorunmasına dəstək verilməsi” layihəsinin icrası üzrə fəaliyyyətini davam etdirir.
19 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, Alatava 2. ünvanda yerləşən “Araz 20 yanvar Superstore”- da istehlakçılara 150 ədəd parça materialdan tikilmiş bazar çantaları təmənnasız olaraq paylanıldı. Onlara həmçinin ekologiyanın qorunmasına,plastik taralardan imtinaya, qida təhlükəsizliyinə və ştrix koda dair məlumatlar da paylanıldı. İstehlakçılarda parça sumkalara böyük maraq oldu. Tədbirin sonunda çantaların paylanılmasına dair akt tərtib edildi. Eyni zamanda müəyyən istehlakçıların fotosu da çəkildi. Tədbirə dair press reliz hazırlanaraq KİV-lərə göndərildi. Tədbirimiz davam |
|
daha ətraflı... |
|
“Azad İstehlakçılar”
İctimai Birliyi M: +99450 341 62 25
17 avqust 2020-ci il.
Press reliz
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə “Azad İstehlakçılar” İctimai Birliyi (AİİB) “Istehlakçılara parça bazar torbalarının paylanılması ilə ekologiyanın qorunmasına dəstək verilməsi” layihəsinin icrası üzrə fəaliyyyətini davam etdirir.
17 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 60. ünvanda yerləşən “Bolmart” Supermarketdə istehlakçılara 150 ədəd parça materialdan tikilmiş bazar sumkaları təmənnasız olaraq paylanılmışdır. İstehlakçılara həmçinin qida təhlükəsizliyinə və ştrix koda dair məlumatlar da paylanılmışdır. İstehlakçılar böyük həvəslə həmin sumkaları götürürdülər. Tədbirin sonunda sumkaların paylanılmasına dair akt tərtib edildi. Eyni zamanda müəyyən istehlakçıların fotosu da çəkildi.Tədbirimiz davam edəcək. |
|
daha ətraflı... |
|
|