|
|
|
Be |
Ça |
Ç |
Ca |
C |
Ş |
B |
| | | | | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
|
|
|
|
|
|
|
Bu gün ziyarətçilər: (125) |
|
Dunen ziyarətçilər: (181) |
|
Bu gün səhifə baxışı: (155) |
|
Dünən səhifə baxışı: (449) |
|
|
|
Sual-cavab |
|
|
Sual yaz |
|
20.08.2015 |
Ezız Orucov |
Sual: Salam men dukandan mal almısam vaxtı kecıb men hara muracıet eleyım bele serefsızlere gore |
Cavab: Azad İstehlakçılar Birliyinə (AİB) saytımızda göstərilən ərizə formasına uyğun ərizə ilə (imza qoymaqla) müraciət etsəniz, təsir edərik, Sizdən üzr istənilər, mal yığışdırılar, məhv edilər. Dövlət orqanları vasitəsi ilə onlara 1500 AZN cərimə tətbiq olunar. Kassa çekinin mövcudluğu zəruridir. |
|
|
|
|
19.08.2015 |
Sona Eliyeva |
Sual: salam men 2 il evvel men birinden 2000 manat seleme pul aldim. bunun 1000 manatini tez qaytardim.Qalanini ise 300 manat bir, 300manat bir verdim.birde 2 qizil uzuyum var hemin adamda deyiri 300 manatdir.kecen gunlerde basima dasla vurub. sonra meni mehkemiye verib.size sualim bu mehkeme onun xeyrine olarmi? |
Cavab: Biz istehlakçı (alıcı) hüququnu qoruyuruq. Məsləhət almaq üçün hüquq firmasına zəng vurun - 012 496 35 20. |
|
|
|
|
19.08.2015 |
aysel axundov |
Sual: saqlam praduk dukaninda kasa aparadi olmasa cerme ala bilerem?dukan baglana biler? |
Cavab: Bu barədə Vergilər Nazirliyinin 195 (1) qaynar xəttinə zəng vurun, məlumat verin. |
|
|
|
|
19.08.2015 |
Mustafa Əfəndiyev |
Sual: Eyyub bey salam. Yeqin yadiniza dusdum men Pal dondurmasindan zeherlenmisdim. Siz demisdiz bu barede KİV-e melumat otureceksiz hele internetde rast gelmemisem bu melumata. Bilmke isteyirem ne vaxt oturulecek bu melumat |
Cavab: 1. Sizin şikayətiniz əsasında Səhiyyə Nazirliyinə rəsmi məktub göndərmişik. Ərizənizi əlavə etmişik. Cavab gözləyirik.
2. Bütün şikayət ərizələri KİV üçün açıqdır. Hər gün jurnalistlər ərizələrə baxır., maraqlılarını götürüb dərc edirlər. Hələ ki, bu ərizəni götürən olmayıbdır, yəqin ki, olacaqdır.
P.S Əgər tanış jurnalistiniz varsa, yönəldin bizdən ərizəni götürüb dərc etsin. |
|
|
|
|
17.08.2015 |
Məmmd Tağılı |
Sual: Eyyub müəllim! Salam Siz xahiş edirik fakti araşdirin.Doğrudur tədbir görün.Yoxsa mənim kimliyimi öyrənibŞirkətin rəhbərliyinə deyəsiz onlar da mənə hücum edə.Xahiş edirəm məlumatı araşdırıb bizi düzgün məlumatlandırın. |
Cavab: Siz haqlısınız. Baxmayaraq ki, şirkət rəhbərliyi bunu təkzib edir, qiymət artımı mövcuddur. Lakin bu da məlumdur ki, bazar iqtisadiyyatında bu cür malların qiyməti dövlət tərəfindən tənzimlənmir, qiymət sərbəstdir. |
|
|
|
|
17.08.2015 |
Anar Hüseynov |
Sual: Salam Eyyub müəllim!09.08.2015- ci il tarixdə Azadlıq prospekti 99 ünvanda yerləşən "H2O" kimyavi təmizləmə camaşırxanasına 2 -əd gödəkçə təmizlənməq ücün təhvil vermişdim.üstündən 7 gün keçdikdə ( halbu ki 3 gün ərzində mənə telefona mesaj yazıb bildirməliydilər ki gödəkçələr hazırdır gəl apar)15.08.22015-ci il tarixində özüm getdim ki, gödəkçələri götürüm və mənə gödəkcələri verəndə mən diqqətlə baxdım və gördümki müxtəlif (əvvəlcədən olmayan) yağ ləkəliri , mazut və səirə ləkələr hər iki gödəkçədə mövcüddur,Etirazımı bildirəndə mənə dedilər ki bu ləkələr var idi və biz bu ləkələri təmizliyə bilmirik.Hər iki gödəkcələr bahalı BBREN DÜKANDAN ALINIB və mən bu halda nə tələb edə bilərəm .. |
Cavab: Ətraflı ərizə yazın, çalışaq kömək edək. |
|
|
|
|
14.08.2015 |
Ağaəli Manafov |
Sual: Masazır duzu ilə əlaqədar;Əgər bu sizin səlahiyyətinizdə deyilsə məsləhət verin, kimə müraciət edək? |
Cavab: Siz əlbəttə Səhiyyə Nazirliyinə müraciət etməlisiniz. |
|
|
|
|
14.08.2015 |
AQAƏLİ MANAFOV |
Sual: HAL -HAZIRDA YODLAŞDIRİLMIŞ XÖRƏK DUZU RESPUBLİKAMİZDA,DAHA DOĞRUSU MASAZİR QƏSƏBƏSİNDƏ İSTEHSAL OLUNUR.BU TƏQDİRƏ LAYİQ FAKTDIR. LAKİN İŞ ONDADIR Kİ, BU DUZA YODDAN ƏLAVƏ İNSAN ÇİMƏNDƏN SONRA ONDAN İFRAZ OLUNAN ÇİRK VƏ CÜRBƏCÜR XƏSTƏ VİRUSLAR DA ƏLAVƏ OLUNUR. MASAZIR GÖLÜN DƏHAL-HAZIRDA BÖYÜK SAYDA CAMAAT ÇİMİR, VANNA QƏBUL EDİR, SONRA O SUDAN DUZ ƏLDƏ EDİB BİZƏ YEDİRDİRLƏR. BUNA İSƏ HEÇ KƏS NƏZARƏT ELƏMİR.SİZİN BUNA GÜCÜNÜZ YETƏRSƏ XAHİŞ EDİRƏM BİR TƏSİR GÖSTƏRİN |
Cavab: Sizin mesajınız duz zavodunun rəhbərliyinə çatdırıldı. Təşkilatımızın eksperti əraziyə baxış keçirdi, məlum oldu ki, hasarlanmış ərazidə polis nəzarəti var və bu ərazidə çimmək qadağandır, heç kim çimmir. Lakin Binəqədi -Novxanı yolunun sol tərəfində duz gölündə çimmək var. Burdan yığılan duzlar verilən məlumata görə zavoda aparılsa da yalnlız texniki məqsədlər üçün (yola səpmək, dəri aşılamaq, neft quyuları və s.) istifadə olunur. |
|
|
|
|
13.08.2015 |
Məlahət Kazımova |
Sual: Eyyub müəllim Sizin saytınızı diqqətlə izləyitəm.Siz istehlakçıa tam dolğun cavab verirsiniz.Ancaq sözün düzü Dövlət orqanlari heç istehlakçı ilı danışmaq da istəmirlər.Nə üçün vəziyyət bu həddə çatıb.Şikayəti qəbul etmirlər.Sadəçə səbəbini bilmək istəyirəv. |
Cavab: Çox təəssüf ki, Hörmətli Prezidentimizin etibar edib vəzifə verdiyi insanlar dövləti də, ordunu da, məmuru da, biznesi də saxlayan və mövcud edən İstehlakçıya biganəlik göstərirlər. Düşünürəm ki, Sizin bu mesajınız biganələri yuxudan ayıldar. Lakin təşkilatımızın bütün dövlət orqanlarına göndərdiyi rəsmi məktublar cavabsız qalmır. |
|
|
|
|
13.08.2015 |
Məmməd Tağılı |
Sual: Salam Eyyub müəllim! Xahiş edirəm mətanət-a sirkətinin özbaşnalığına son qoyulması üçün ciddi tədbirlər görəsiniz.Şirkətin istehsal etdiyi məhsulların qiyməti 40 faiz artıb,özüdə 28.02.2015-ci il taixdən.Heç kim buna əhəmiyyət vermir.Hamı ərzağin üzərinə düşüb.Nə üçün Mətanət-Aşirkətinin adı heç bir yerdə çəkilmir.Qiymət artımına bir misal sirkətin istehsal etdiyi 25 kq emusiya əvvəl 36 azn idisə indi 47 azn-dir.Qalan Şirkətin bütün məhsulların qiymət artımı da bu qaydadadır.Gərək kimsə şikayət edə.Mən İqtisadi İnkisaf Nazirliyinin qaynar telefon xəttinə zəng edib bu məlumatı onlara da dedim.Ancaq onlar sualıma cava verə bilmədilər.Deyirlər ki,ölkədə qiymət artımı yoxdur.Çox gülməlidir ki,dövlətin bu işlə məşğul olan orqanı nə üçün Mətanət-A şirkətindən qorxmalıdır.Xaricdən gələn məhsul deyil ki,daxili istehsaldır.Nə üçün qiymət belə kəskin şəkildə artmalıdir.Xahiş edirəm bazarda olan Mətanət-A şirkətinin mallarinin qiymət artımını təhlil edib məıtubata geniş məlumat verəsiniz.Əvvəlcədən təşəkkür edirik. |
Cavab: Bu məsələ ilə bağlı şirkətin rəhbərliyi ilə danışdıq. Fikirlərinizi tam təkzib etdi. Lakin təşkilatımız qiymət monitorinqi aparacaq, qısa zamanda məsələyə aydınlıq gətirəcəyik. Sizdən isə ünvan göstərilməklə rəsmi ərizə verməyiniz (ünvan, telefon və imzanız olmaqla) xahiş olunur. |
|
|
|
|
12.08.2015 |
Mustafa Əfəndiyev |
Sual: Salam Eyyub bey. Menim bir sikayetim var. Men hemise Pal firmasinin mehsullarini alirdim ayranlarini sudunu hamiya da meslehet gorurdum nece illerdi dondurmalarini da hevesle alirdim. Dunen 28 Mall-da yerlesen Bazarstore marketler sebekesinden Pal firmaisnin Pallegria dondurmasini aldim ve eve 1-2 saatdan sonra halim keskin pislesdi. Eve geldim yemek yeye bilmedim sonradan qarin agri qusma baslandi. Bugun birteher ozume gelmisem. İsteyirem bu Palsud firmasi haqqinda bir yoxlama keciresiz ve ya metbuata aciqlama verende deyesiz ki, Palin dondurmasindan zeherlenenler olub. |
Cavab: Yazılı ərizəniz daxil olmuşdur. Sizin iştirakınızla firmanın hüquqşünası Musa müəllimlə danışıb məsələyə aydınlıq gətirmək istəsək də, onlar insanların zəhərlənməsinə tam biganəlik nümayiş etdirdilər. Ərizəniz mütləq dövlət orqanlarına təqdim olunacaqqdır. |
|
|
|
|
09.08.2015 |
elvin memmedov |
Sual: Salam men üzümçilik teserfatiile mesqul oluram celilabad rayon icra hakimiyeti ğgelib uzum sahemi 60sotun zemt etdi xeberdarliq etdki 66sotuda bosaldunbiz hara sikaet edecekimizde bilmirik icra hakimi deyirki buralar menimdi elizdeki senetler bos seydi buranin sahibi özumem sikaet etseniz tuturacam sizi bununla baqli xais edrem bize yol görsedin |
Cavab: Təəssüf ki, şikayətiniz istehlakçı hüququ ilə bağlı olmadığı üçün bizə aid deyildir. Lakin əmlak hüququnuzun qorunması üçün əgər haqlısınızsa, məhkəməyə müraciət edin, dövlət orqanalrına ərizə ilə müraciət edin. Düşünürəm ki, ədalət bərpa olunar. |
|
|
|
|
08.08.2015 |
Lala Torop |
Sual: Salam. Iki hefte once Fresco Supermarket (Nizami kuc 203B yerləşən) odeniş zamani menim kartimdan eyni məbləğı 2 dəfə yoxlayıb mənə dedilər ki kartda vəsayit yoxduç lakin olmalı idi. İkinci kartımı verdim ki ödəyım,ödənışdən sonra mənə sms gəldi ki o iki dəfə artıg cixilib. Fresconun Administrasiyasi uzr isteyibç dedi ki bu sehfen iki dəfə cixan məbləg mənə gaytarilacag. Lazim olan bütün sənədləri və bankımdan çıxarışı onların mühasibatlıgına vermışəm. 3 günə gaytarmalı idilər, amma indi nə zənglərə cavab verirler nə də ki magazada administratElnur atır muhasibatlıgın ustune. Pulum ise qayıtmayıb. Zehmet olmasa komek ederdiz.Cox sagolun,Lala |
Cavab: Xahiş edirəm ətraflı ərizə yazın, imza qoyun, həll edək. |
|
|
|
|
07.08.2015 |
Cavid Quliyev |
Sual: Salam,narahat etdiyimçün bağışlayın.Biz VipBrands adlı online shopping saytindan sifariş ederek Wordcard la ödeniş etmişik,lakin pullar kartdan çixarilsa da mallar çatdirilmir...Araşdirma apardiqda melum oldu ki,bizimle eyni veziyyetde aldadılanlarvar.Ne mallarimiz elimize gelir ne de pulumuz geriqaytarilir...Men bildiyime gore bu qanunla idare edilir ve 2001 ci ilden quvveye minen internetle alqı-satqı zamanı istehlakçinin qanunlari qoruyan madde var.Biz huquqlarimizi nece berqerar ede bilerik,pulumuzun geri qaytarilmasini teleb etmekle...Önceden sonsuz teşekkurler. |
Cavab: Rica edirəm satışın Bakı nümayəndəliyi varsa ünvanını, telefonunu yazmaqla saytımızda göstərilən ərizə formasına uyğun ərizə yazın, kömək etməyə çalışarıq. |
|
|
|
|
07.08.2015 |
Xəyalə Əliyeva |
Sual: Xahiş edirik düzgün cavablandırın.ULDUZ sokalad fabrikinin istehsal etdiyi məhsullar həqiqətənmı keyfiyyətlidir.Sübhə ondadır ki keyfiyyətli mal reklam etməyə ehtiyac yoxdur.Ulduz fabriki hər gun öz məhsullarını reklam edir.Reklam etmək üçün böyük məbləğlər istifadə edilir. |
Cavab: Azad İstehlakçılar Birliyi (AİB) Ulduz fabrikinə \"Qida Təhlükəsizliyi nişanı\"nı şamil etmişdir. Bu fabrikin mallarından şikayətlər yox səviyyəsindədir. Reklamın geniş edilməsi düşünürəm ki, müəssisənin satışı artırmaq istəyi ilə bərabər sosial məsuliyyətindən irəli gəlir. Bildiyiniz kimi milli medianı da mövcud etmək lazımdır. |
|
|
|
|
07.08.2015 |
Kamala Qədirova |
Sual: Eyyub müəllim salam!Siz həmişə istehlakçılara kömək etmisiniz.İndi problemlər artıb.Bütün mağazalardan pal-paltar alan zaman qeyri ağıla gəlməz mənzərə ilə rastlaşırıq.Hansı malı almaq istəyəndə onun üç variantına rast gəımək olur.Saxta ,bir az keyfiyyətli bə original mallar.Bəs bir mağazada belə mallar niyə satırsınız deyəndə , satıcı kim hansını istəsə onu da alır,ibinə uyğun deyə cavab verir.Biz İqtisadi İnkisaf Nazirliyinə dəfələrlə qaynar xətt vasitəsi ilə müraciət etmişik ancaq heç bir nəticə olmayıb.Xahiş edirik bu haqda tədbir görəsiniz. |
Cavab: Hormetli Kamala xanim, azad bazar iqtisadiyyati seraitinde \"ticaret haqqinda qanun\" olmadigi, istehlakci huquqlarinin zeif qorundugu, musteqil ekspertizanin movcud seraitinde bu cur ticareti qanunlarimiz qadaga etmir. Alicilar bu cur mallara teleb yaradir, ona gore de teklif meydana cixir. Efsus ki, bazarda saxta dermanlar, avtomobil hisseleri ve s. de vardir. Mumkun olani edirik. Konkret erize ile muraciet etseniz, praktik netice elde etmek olar. Teklif edirem gelin bizim teskilata ve bir yerde tohvenizi verin. |
|
|
|
|
07.08.2015 |
Ferqane Ezizova |
Sual: Baki meropoliteni sernisinler ucuc gedis kartini deyisir.Heresi 2 azn dir.Gorun ne qeder istehlakcidan pul yiqilr.Xahis edirik ciddi mubarize aparin. |
Cavab: Hormetli Ferqane xanim, melumat verilib ki, 08.08.2015-15.08.2015 tarixe qeder kartlar sadece olaraq deyisdirilir. Sonra yeqin ki, satilacaq.Elbette, bu ehaliden pul soyulmasi kompaniyasidir. Ne mumkundurse tesir edeceyik. |
|
|
|
|
05.08.2015 |
MAHİR CAMALOV |
Sual: BAKI KƏNDLƏRİNDƏKİ MAĞAZALAR DEMƏK OLAR Kİ 90% VAXTI KEÇMİŞ ƏRZAQ MALLARI SATIR.hEÇ KİM MAĞAZADAN ŞİKAYƏT EDƏ BİLMİR ÇÜNKİ KƏND ƏHALİSİ NİSYƏ DƏFTƏRİ İLƏ MAL ALIR.BORCU OLDUĞU ÜÇÜN DANIŞA BİLMİR.BU HAQDA MƏTBUAT VASİTƏSİ İLƏ BÜTÜN NEQATİV HALLARI UZƏ ÇIXARA BİLƏRSİNİZ.XAHİŞ EDİRİK BELƏ MAĞAZALARI İFŞA EDƏSİNİZ. |
Cavab: Bu cur situasiya barede men defelerle KİV-de cixishlar etmishem. Dovlet orqanlarina melumat vermishem. Konkret unvanlar ve malların adı gosterilmekle AİB-e muraciet etseniz Sizin ishtirakinizla meseleni hell etmek olar. |
|
|
|
|
05.08.2015 |
Tehran Əlişov |
Sual: Salam Eyyub m.Sualım Sizədir.Nə ücun ölkəmizdə istehsal olunan Dondurmalarin 90 faizi xarici adlarla məhşurdur.Müstəqil dövlətin istehsalçıları nə üçün belə işlərlə məşğuldur.Dövlət orqanlari isə susur.Bəs onlar həmin məhsullara sertifikat verir.Bazarda dondurmadan başqa məhsullar da çoxdur.Məsələn peçenyelər,vaflilər,konfetlər,şokaladar.Biskivitlər,marmalatlar və sairə kimi məhsullar.yuyucu maddələ isə daha acınacaqlı vəziyyətdədir.İnsanlar ciddi xəstəliklərə dqçar olacaq.Xahiş edirəm bu sahədə ciddi problemlərin olmasını nəzərə alıb mübarizə aparasınız,cünki, biz sizə həqiqətən də inanırıq.Dövlət orqanları nəyə sertifikat verdiklərini düşünürlərmi.Əvvəlcədən təsəkkür edirik. |
Cavab: İnamınıza görə çox sağ olun. Bugünki Yeni Müsavat qəzetində sularla bağlı mənim fikrim dərc olunmuşdur. Mümkün olsa baxın. Nəzərə alın ki, AİB ictimai təşkilatdır. Burda könüllülər çalışır, epizodik çalışır. Daimi mütəxəssislərimiz yoxdur. Nə bacarırıq onu edirik. Buyurun gəlin, qapılarımız üzünüzə açıqdır. Kömək edin, istehlakçıların xeyrinə mümkün olanları edək. Əlbəttə, mən istərəm ki, dünyada brendlər Azərbaycan adı ilə tanınsın. Lakin qanunlarımız malların mövcud qaydada markalanmasını qadağa etmir. |
|
|
|
|
04.08.2015 |
Nərgiz Paşa |
Sual: SLAM HÖRMƏTLİ EYYUB BƏY. MƏN AZƏRSU ASC-NİN ƏDALƏTSİZ VƏ QEYRİ-QANUNİ QƏRARI HAQDA SİZƏ EMAİL YAZMIŞAM. MƏN YUXARIDA GÖSTƏRİLƏN ÜNVANDA 2007-Cİ İLDƏN BƏRİ TƏK QEYDİYYATDAYAM VƏ AİLƏ TƏRKİBİM DƏ BİR NƏFƏRDƏN İBARƏTDİR. MƏNZİLİMDƏ SAYÖAC QURAŞDIRILA BİLMƏDİYİNDƏN SU-KANALİZASİYA XİDMƏTLƏRİNƏ ÖDƏNİŞİ İLLİK ABUNƏ HAQQI ŞƏKLİNDƏ ÖDƏMİŞƏM. 2015-Cİ İLDƏ İSƏ AZƏRSU MƏNDƏN 2014-CÜ İLİN İYUL AYINDA NAZİRLƏR KABİNETİNİN QƏRARINA GÖRƏ MƏNDƏN 4 NƏFƏRİN PULUNU İSTƏYİR. MƏN ONLARA ARAYIŞ TƏQDİM ETMƏYİM BARƏDƏ MƏNƏ NƏ YAZILI, NƏ DƏ ŞİFAHİ XƏBƏRDARLIQ EDİLMƏDİYİMİ BİLDİRDİKDƏ, MƏNƏ BU QƏRARI BİLMƏLİ OLDUĞÖUMU SÖYLƏDİLƏR. AXI BU QƏRAR BARƏDƏ ABUNƏÇİLƏRİ XƏBƏRDAR ETMƏK AZƏRSU NƏZARƏTÇİLƏRİNİN BİURBAŞA VƏZİFƏSİDİR. MƏN BU ÜNVANDA 2007-Cİ İLDƏN TƏK QEYDİYYATDA OLDUÖĞUM VƏ AİLƏ TƏRKİBİMİN 1 NƏFƏRDƏN İBARƏT OLDUĞUNU TƏSDİQ EDƏN ARAYIŞ TƏQDİM ETSƏM DƏ, AZƏRSU MƏNƏ YENƏ BORC YAZIR. MƏNƏ . ZƏHMƏT OLMAZSA, MƏSLƏHƏT VERİN. |
Cavab: Hormetli Nargiz xanim, sayt;m;zdaki erize formasina uygun erize yazin. Kodunuzu erizede qeyd edin, tarixleri yazin. Etrafli yazin, imza qoyun. Chalishaq komek edek. |
|
|
|
|
03.08.2015 |
Feyzi Aşurov |
Sual: Sizin cavabınız məni qane etmədi.cünki bir mənalı şəkildə yerli istesal və məhsulun adları Azərbaycan dilində markalanmalıdır.Söhbət Şirin firmasının istehsal etdiyi məhsullardan gedir.Siz firmanın tərəfini saxlayırsız.Təşəkkür edirəm. |
Cavab: Fikirlərinizi firmaya çatdırmışıq. Suallarınız və iradlarınız saytımızda saxlanılır, ictimaiyyət fikirlərimizlə tanış olur. |
|
|
|
|
02.08.2015 |
Ayaz Mehdiyev |
Sual: Salam, Zehmet olmasa sualima cavab vererdiniz, onceden ayirdiginiz vaxt uchun teshekkurler,Azərbaycan Respublikasının Cinayət Məcəlləsi • Maddə 200 (İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma)bu haqda etrafli melumat almaq isterdim , yeni bu madde nece tedbiq olunur? kimlere muraciet etmeli ve ya hansi merhelelerden kechmeli.qeyd edimki meni ve dostlarimi bir restoranda xeyli miqdarda pulla aldadiblar, maddeni oxumusham sadece olaraq nece tedbiq olunur onu sorushuram,Teshekkurler!. |
Cavab: A) Ərizə ilə təşkilatımıza müraciət etsəniz, məktub yazıb, ərizənizi müvafiq dövlət qurumlarına təqdim edərik, tədbir görülə bilər.
B) 195 (2) telefonun azəng edin, şikayətinizi bildirin. |
|
|
|
|
01.08.2015 |
Gularä Novruzova |
Sual: Axaminiz xeyr salam bu gun qizim ucun daftar aldim ucuz olsun deya getdim Sadaraya orda oyal adiynan daftar aldim amma goruram farq var mana ela galir bu oyal deyil xahi ediram bu baradä malumat verasiz va ya ora reyd kecirasiz va onu qaytarmaq olar cox saq olun bu badan |
Cavab: Buyurun ərizə ilə müraciət edin, həll edək. |
|
|
|
|
31.07.2015 |
Dəyanət Ağayev |
Sual: Eyyub müəllim, siz Azərbaycanı inkişaf etmiş ölkə olmağa aparan yolda buna ürəkdən can atan az sayda insanlardan birisiniz. Bu xüsusiyyətinizə görə sizə təşəkkür edirəm. Təəssüf ki, cənab prezidentin ciddi-cəhdlə gecə-gündüz ölkəmizin inkişafına çalışması, həm dövlətin, həm də ümumilikdə xalqın rifahına çalışması bir çox sahələrdə bir çox işçilər tərəfindən bu inkişafı kölgədə qoymaq məqsədi daşıyır, qanun pozuntularının, xüsusən rüşvətin ölkədə adi və normal hal kimi baxılmasına gətirib çıxarır.Sizin təşkilatın könüllülər üçün vəsiqəsi varmı ki, bunu sizdən əldə etməklə qanun pozuntularına qarşı vasitə kimi yerindəcə tətbiq edək? Mənə sizinlə işləyib sizdən maaş yaxud pul almaq lazım deyil, qanunu tələb etmək etmək üçün sizin təşkilat adından xəbərdarlıq etmək lazımdır.Bu barədə xahiş edirəm məlumat verəsiniz. |
Cavab: Hörmətli Dəyanət müəllim, səmimi və vətənpərvər fikirləriniz üçün Sizə təşəkkürümü bildirirəm. Təşkilatın çoxminli sayda üzvləri vardır. Anketimizi dolduran şəxs üzv olur. Əfsuslar olsun ki, 15 il bundan qabaq üzlük biletindən sui-istifadə ilə bağlı problemlər yaşamışıq. Hazırda təşkilatımızın üzvü konkret bir komissiyada təmsil olunub, fəal iş aparmağa kömək edərsə, onlara üzvlük vəsiqəsi verilir. Buyurun gəlin. |
|
|
|
|
30.07.2015 |
Balaəmi Aydınov |
Sual: Eyyub müəllim salam!Ərzaqdan başqa bütün məhsulların qiyməti kəskin şəkildə artıb.Bununla bağlı mətbuata heç bir məluat verilmir.Xahiş edirəm bu haqda araşdırma aparıb Dövlətə məlumat verəsiniz. |
Cavab: Hörmətli Balaəmi müəllim, mən elə bu gün Şərq qəzetində bu barədə dövlətə məlumat vermişəm. Nə etmək lazımdır onu da demişəm. Gəlin ictimai təşkilatda birıləşin və cəmiyyətə töhvə verin. |
|
|
|
|
30.07.2015 |
Feyzi Aşurov |
Sual: Siz Şirin firmasını çox tərifləyirsiniz.120 ölkədə təbliğ edirsiniz.Amma konfet və şokaladların üzərində Azərbaycan dilində bir söz də tapmaq çətindir.Məhsulların uzərində xarici dillərdə yazılar mövcuddur.Xahiş edirik bu kimi acınacaqlı vəziyyətə aydılıq gətirəsiniz.Nə üçün milli dildə istehsal olunmur.Siz ölkəmizdə istehsal olunan xarici dildə markalanmış məhssulları xaricdə təbliğ edirsiniz. |
Cavab: Şirin fabrikinin istehsal etdiyi konfetlərin ayrı-ayrı çeşidlərinin adları brend olaraq dövlət qeydiyyatına alınmışdır. Mövcud standarlara görə hər ədəd konfetin bükmə kağızında tərkibi barədə məlumatın yazılması tələbi yoxdur.. Ümumiyyətlə ölkəmizdə\"istehlakçı üçün məlumat stadartı\" yoxdur. Qeyd etdiyiniz konfetlərin hər ədədinin üstündə Azərbaycan dilində buraxılma ünvanları vardır. Hesab edirik ki, bu konfetlər dünya bazarına çıxa bilər. Sizinlə həmfikirəm ki, yaxşı olar ki, özəl olaraq Azərbaycan adları işlənsin. Məsələn, onların \"7 gözəl\" adı kimi. |
|
|
|
|
30.07.2015 |
Malik qasimov |
Sual: Eyyub m.Sizin cavabınız məni və ailəmi qane etmədi.Siz içtimai nəzarəti həyata keçirirsiniz.TV-də yaxşı çıxışlar edirsiniz.Lakin indi susursunuz. |
Cavab: Hörmətli Malik müəllim, qeyd etdiyiniz mövzu ilə bağlı mən 29.07.2015 tarixdə Space TV-nin xəbərlər bölməsində, bu gün 30.07.2015 tarixdə mövqe.az saytında və digər KİV-də çıxışlar edirəm. Bütün bu işləri mən və könüllülərimiz təmənnasız yerinə yetirir. Buyurun gəlin Siz də töhvə verinç xalqımız maariflənsin. Qapımız hər zaman Sizin və yaxınlarınızın üzünə açıqdır. |
|
|
|
|
29.07.2015 |
intiqam huseynov |
Sual: salam eyyub muellim men 2015ci il12 yanvar qnet sebekeden mal aldim ve qnete qosuldum bu gune kimi mal gelmeyib men sirketin meni ora celb edenlere maldan imtina etdiyimi ve pulumu geri qaytarmalarini teleb edirem bunun mumkun olmadigini deyirler.qeyd edim ki mal guya 3-90 gun erzinde gelmeli idi .xahis edirem mene 1komek edesiniz men ne edim ki pulumu geri ala bilim1740 manat az pul deyil.sag olun |
Cavab: Hormetli İntiqam muellim, TC kodunuz gosterilmekle mene komputerde çap olunuş ətraflı ərizə yazın. Ş/V-nin surətini və TC kodun surətini əlavə edin. Çalışım həll edim. Ofisimizə gəlsəniz Sizi lazımi adamla görüşdürərərm. |
|
|
|
|
29.07.2015 |
Dadaş Qəribov |
Sual: Eyyub m.Salam!Mağazada satilan dovğaların əksəriyyəti belə güclü istidə ev səraitində 2 gün qıcqırmır.Dovğanın tərkibinə nə qatildığni necə araşdırmaq olar.Ümid yerimiz sizsiniz.Təşəkkür edirəm. |
Cavab: Siz haqlısınız. Belə dovğadan imtina etmək lazımdır. Tərkibini araşdırmaq Azərbaycan şəraitində çox müşkül məsələdir. Konkret mal adı göstərməklə ərizəniz daxil olarsa Sizinlə birlikdə müəyyən cəhətlər etmək olar. |
|
|
|
|
29.07.2015 |
Feyzi Aşurov |
Sual: Şirin firmasının istehsal etdiyi şokaladların keyfiyyəti barədə bizə məlumat verməyinizi xahiş edirəm.Bilirik ki. Siz onlara PLATİN medal vermisiniz.Xahiş edirik düzgün və dolğun cavab verəsiniz.Mediyaya da məlumat verin. |
Cavab: Şirin müəssisəsi az müəssisələrdən biridir ki, ona Azərbaycan İstehlakçılarının Qida Təhülkəsizliyi nişanı (AİQTN) şamil olunmuşdur. Çox mürəkkəb qiymətləndirmə alqoritmindən sonra bu nuşan verilmişdir. Bu müəssisə təhlükəsiz mal istehsal edir. Biz bu müəssisənin istehsal etdiyi mallar barədə dünyanın 120 ölkəsinin istehlakçılarına məlumat yaymışıq. AİQTN haqqında daha ətraflı http://www.consumer-aib.com/az/pages/122 |
|
|
|
|
|
Sual yaz |
|
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33 34
35
36
37
38
39
40
41
42
43
44
45
|
|
|
|
Əmtəə bazarında sağlamlıq üçün təhlükəli qənd satılır, AQTA-nin apardığı işlər davamlı deyil, epizodikdir!
Bu barədə “Azad İstehlakçılar” İctimayi Birliyi (AİİB) 2019-cu ildə araşdırma apararaq cəmiyyətə ətrafli məlumat vermiş,bütün müvafiq Dövlət qurumlarına,o cümlədən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə(AQTA) rəsmi müraciətlər etmiş,Respublika Prokurorluğu,Dövlət Gömrük komitəsi və digər qurumlar tərəfindən müvafiq tədbirlər görülmüş,”kəllə qənd”istehsalı zamanı qəndin ağardılmasında mənşəyi məlum olmayan kimyəvi maddələrdən istifadə etdiyinə görə bir sira qənnadı məmulatlarının istehsali müəssiələrində reydlər kecirilmiş,qanun pozuntuları aşkar edilərək cavabdeh şəxslər həbs olunmuşdur.Eyni zamanda qəndin ağardılmasında istifadə olunan kimyəvi maddəni ölkəyə idxal edən şəxslər cinayət məsuliyyətinə alinmışlar! Bu işlər 2019-cu ildə olmuşdur.
Bəs hazırda vəziyyət necədir?!
Belə ki, AİİB istehlakçılardan daxil olan məlumatlar əsasında bazardakı vəziyyətə nəzər yetirmiş, bir “Kəllə qənd”nümunəsinin akkreditasiya olunmuş laboratoriyada ekspertizasının nəticələrini əldə edərək, insan sağlamlığı üçün təhlükə törədən qəndlərin bazarda geniş şəbəkə ilə satıldığını müəyyən etmişdir.
AİİB tərəfindən aparılmış araşdırmanı bir daha xatırlasaq, məlum olur ki, hazırda da şəkər tozundan kəllə qənd hazırlamaq ücün, əksər kəllə qənd istehsalcıları daha ucuz olan kimyalaşma yolunu secirlər. Xatırladaq ki, şəkər tozundan bəyaz kəllə qənd əldə etmək ücün iki üsul mövcuddur:
1) Şəkər tozu qaynadılır, bişirilir, alınan məhlul qaynatma zamanı sarı rəngə boyandığından, bu məhluldan bəyaz kəllə qənd almaq üçün məhlul bərkiyəndən sonra sarı rəngli kəllə qənd kütlələri, çox böyük firlanma sürətinə malik olan və yüksək məsrəflərlə başa gələn “Sentrafuqa”qurğusuna yerləşdirilir, burda yüksək mərkəzdənqaçma təcilinə məruz qalan kütlələrdən sarı maddə ayrılır və mexaniki yolla tam bəyaz “kəllə qənd” əldə olunur.
2) Qaynadıldıqda sarı rəngə boyanmış şəkər tozu məhluluna kimyəvi maddə-Kükürd dioksid (SO2) əlavə edilr, sarı rəngli məhlul bəyaz rəng alır! Bundan sonra məhlul qəlblərə yerləşdirilib soyudulur və gözlə sarılığı cətinliklə ayird edilə bilən ”bəyaz” kəllə qənd əldə edilir.
SO2 kimyəvi maddəsindən əsasən sənayedə parca ağartma, dəri aşılama, xalca yuma kimi sahələrdə istifadə olunur.
Qeyd edək ki, bütün dünyada gəlir əldə etmək, insan sağlamlığını arxa plana keçirtmə istəkləri, o yerə gətirib cıxarmışdır ki, hətta kimyəvi yolla kəllə qənd istehsalına, bəzi ölkələrdə standartlara da daxil etməklə haqq qazandırmışlar. Məsələn MDB məkanında mövcud olan ГОСТ 33222-2015 standartlarında 1 kq bəyaz kəllə qənddə maximum 15 milli qram kükürd dioksidın ola bilməsi nəzərdə tutulmuşdur (bundan öncə bu sahədə qüvvədə olan ГОСТ 22-94 və ГОСТ 31361-2008 standartlarında isə ümumiyyətlə bu maddənin istifadə edilməsinə icazə verilmir). Ölkəmizdə Tayqa Ticarət”müəssıəsi tərəfindən istehsal olunan və əmtəə bazarında satılan “Dad1” kəllə qənd məmulatının tərkibində laboratorioya tədqiqatı 1 kq məhsulda 70,2 mq kükürd dioksid olduğunu göstərmişdir! Yəni təhlükə normasından 4,6 dəfə (500%-ə yaxın) cox!
AİİB-in araşdırmaları göstərir ki, ölkədə mövcud olan 20-yə qədər “Kəllə qənd” istehsalçısı bəyaz kəllə qənd əldə etmək ücün hazırda kimyəvi üsuldan istifadə edir və təhlükəli kimyəvi maddədən qəndi daha bəyaz etmək ücun bol-bol istifadə edirlər!
İstehlakçıların maraqlarını və sağlamlığını əsas tutan AİİB-birmənalı olaraq istehsalçılar tərəfindən kəllə qəndin ümumiyyətlə mexaniki yolla ağardılmasının həyata keçirilməsini istəyir! Ən pis halda isə ГОСТ 33222-2015 standartlarına əsaslanaraq kəllə qənd istehsal edən sahibkarların fəaliyyətinə dövlət tərəfindən ciddi nəzarət edilməsini və sözü gedən kimyəvi qatqının standartda göstərilən normadan əsla yuxarı keçməməklə istifadəsinə icazə verilməsini tələb edir.
O cümlədən, hansı kəllə qənd istehsalı müəssisəsində mexaniki yolla ağartma həyata keçirilmirsə bu müəssiələrdə mütləq vaxtaşırı yoxlamalar aparılmalı, istehsal nümunələrindən götürülüb laborator analizləri aparılmalı, təhlükəli maddələr aşkar olunarsa və ya qatqılarla bağlı normadan kənara çıxmalar müəyyən olunacaqsa, satışda və anbarlarda olan məhsullar qeri cağrılmalı, ictimaiyyətin gözü önündə və KİV-lərin iştiraki ilə məhv edilməlidir. Bu istək və tələblərlə AİİB, Qida Təhlükəsizliyi Agentliyinə, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Dövlət Gömrük komitəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi müraciətlər etmişdir.
AİİB-in sədri: E.Hüseynov
|
|
daha ətraflı... |
|
Ölkəmizdə malların etiket məlumatları tam yarıtmaz vəziyyətdədir,əsasən İrandan idxal olunan mallar!
İstehlakçı xüsusən ərzaq malları haqqında məlumatı birbaşa malın etiketindən alır!İstehlakcının beynəlxalq və yerli hüquqlarından biri də məhz mal haqqında milli dildə informasiya almaq hüququdur!
“Azad İstehlakçılar” İctimayi Birliyi(AİİB) uzun illərdir ki,ən müxtəlif Dövlət orqanlarına yazılı müraciətlər göndərərək bu məsələnin ,yəni vətəndaşlarımızin milli dildə məlumat alma hüququnun de-fakto olaraq taninması barədə tədbirlərin görülməsinə dair təkliflər versə də,bu məsələ həll olunmadan qalir!
Dövlət Dili Haqqında AR-nin qanununun maddəsi: 7.3. Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır
Istehlakcılarin Hüquqlarının Müdafiəsi Haqqında AR-nın Qanununun 13-cü maddəsi:
Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır.
Nazirlər Kabinetinin 94 saylı qərarı,maddə 5.8.” Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə edilmiş tərcümə ilə də müşayiət olunmalıdır”
Qeyd edək ki,malların milli dildə markalanması məsələsi dünyanın əksər ölkələrində ,hətta Azərbaycandan hər cəhətcə zəif olan Ermənistan və Gürcüstanda belə uzun illərdir ki,tam həyata keçirilsə də ölkəmizdə bu məsələ həll olunmadan qalır.Əlbəttə bu amil,qacaqmal üçün münbit bir şərait yaradır!
İlkin olaraq AİİB malların milli dildə markalanması məsələsini İran İslam Respublikasından idxal olunan ərzaq malları üzərində cəmləşdirməkdən başlamaq niyyətindədir. Cün ki,ən acınacaqlı hal məhz İrandan idxal edilən ərzaq mallarındadır!Əğər Dövlət qurumları qanunun yerinə yetirilməsinə dəstək versə digər çoxsaylı mal və xidmətlərə də keciləcəkdir.24 il ərzində AİİB, BMT-nin beynəlxalq uşaq təşkilatı UNİCEF-in köməyilə yalnəz körpə qidalarının milli dildəmarkalanmasına nail olmuşdur,bu cox azdır! AİİB-n ofisinə istehlakçılar tərəfindən etiraz müraciətləri ilə gətirilən İranda istehsal olunan ərzaq mallarının markalanmasına diqqət yetirdikdə Azərbaycan dilindən başqa digər dillərdə məlumat olduğu görünür,lakin ərzaq malları üçün çox mühüm göstərici olan,istehsal və son istifadə tarixlərinin fars əlifbası ilə yazıldiğını görürük!Şübhəsiz ki,bu istehsalcı tərəfindən bilərəkdən,şüurlu şəkildə edilir ki,malını “Ölməz etsin”,yəni vətəndaşlarımız yararlılıq vaxtı keçmiş malı da alıb istehlak etsinlər!Əlbəttə Azərbaycan istehlakçılarının belə sadəlövhlüklə aldanması səbəbsiz deyil.Əhali ölkəmizdə artıq 3 ildir fəaliyyət göstərən Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) və digər dövlət qurumlarının fəaliyyətinə inanır,düşünür ki,yararlılıq vaxtı keçmiş mal satıla bilməz!Əfsus ki,bu inam özünü doğrultmur və istehlakçıların İran ərzaq mallarından zəhərlənməsinə dair məlumatlar da mövcuddur. Bəzən bu mövzu ilə bağli neqativ halların qarşısını almağa cavabdeh olan dövlət qurumları əməkdaşlarının mediyada pafoslu cıxıçlarına da rast gəlirik,amma “3 müşketyor qanunu” daha uğurla işləyir-birimiz hamimiz ücün,hamımız birimiz üçün - yəni gömrük xeyir-dua verib ölkəyə buraxıbsa vəssalam!
İran ərzaq malları satışı şəbəkələrində ciddi monitoringlərin keçirilməsi,dövlətimizin qanunlarının pozulması ilə ölkəyə idxal olunmuş qeyd olunan nöqsanlı malların satış şəbəkələrindən geri çağrılıb,ictimaiyyətin gözü önündə kütləvi məhv edilməsi,gömrük komitəsində çalışan əməkdaşların diqqətinin bu məsələyə cəlb edilməsinə zərurət yaranmışdir.
Dövlətimizin qanunlarını pozmaqla İran dükanlar şəbəkəsində satışa mal çıxaran 50-dən çox dükan mövcuddur.Bu dükanların bəzilərinin ünvanları:Əsas topdansatış dükanları,Sədərək ticarət mərkəzi,”Lukoyl”YDM-nin yanı(topdan satış),Dərnəgüldə “Elit “TM-nin yaxınlığı(çoxlu sayda),. 1)Bakı şəh.Əsəd Əhmədov 28
2)Xırdalan.texnikumun yaxınlıği.Rahat bazar ilə üzbəüz 3)Maştağa qəs.Savalanın 2-ci girişi 4)Ümid qəs.Laçın məktəbinin qarşısı 5)Neftçala şəh.H.Əliyev pros.Təzə bazar 6)Sahil qəsəbəsi 7)Ballı marketin yaxınlığı050-791-11-12 8)Sumqayıt şəh.2-ci mikr.Rossiya klubunun yanı.777 mağaza 9)Bakı şəh.Sarayevo küç7 10)Binəqədi ray.Xocasən yolu.Netto klubun yanı 11)Gəncə küç.Fujifilmin yanı 12)Əhmədli metrosu çıxışı.Ukrayna dairəsi tərəf 13)Xətai metrosunun arxası.N.Əliyev küç.17 14)Bakı şəh.Fatmayı 15)Hövsan qəs. 16)8 km bazarı.Halal market17)Şirvan şəh.Elite bazarının həyəti18)A.Şərifzadə küç.19519)Dərnəgül qəs.Şır-şır restoranının yanı 20)Xırdalan şəh.Təzə bazarın girişi ilə üzbəüz 21)Nizami metrosunun yanı.Z.Əhmədbəyov küç. 22)Buzovna qəs.Köhnə Polis şöbəsinin yanı 23)Əhmədli metrosu.Məhəmməd Hadi 41 və.s.
AİİB bu məsələni ictımailəşdirməklə bərabər, , Qida Təhlükəsizliyi Agentliyinə, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Dövlət Gömrük komitəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsminə müraciətlər göndərmişdir. Dövlətimizin qanunlarına əməl olunmasında hər bir istehlakcını fəal olmağa cağırırıq və dövlət qurumlarında nəticələr gözləyirik.
AİİB-in sədri: Eyyub Hüseynov
|
|
daha ətraflı... |
|
Press reliz
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə “Azad İstehlakçılar” İctimai Birliyi(AİİB) “Istehlakçılara parça bazar torbalarının paylanılması ilə ekologiyanın qorunmasına dəstək verilməsi” layihəsinin icrası üzrə fəaliyyyətini davam etdirir.
19 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, Alatava 2. ünvanda yerləşən “Araz 20 yanvar Superstore”- da istehlakçılara 150 ədəd parça materialdan tikilmiş bazar çantaları təmənnasız olaraq paylanıldı. Onlara həmçinin ekologiyanın qorunmasına,plastik taralardan imtinaya, qida təhlükəsizliyinə və ştrix koda dair məlumatlar da paylanıldı. İstehlakçılarda parça sumkalara böyük maraq oldu. Tədbirin sonunda çantaların paylanılmasına dair akt tərtib edildi. Eyni zamanda müəyyən istehlakçıların fotosu da çəkildi. Tədbirə dair press reliz hazırlanaraq KİV-lərə göndərildi. Tədbirimiz davam |
|
daha ətraflı... |
|
“Azad İstehlakçılar”
İctimai Birliyi M: +99450 341 62 25
17 avqust 2020-ci il.
Press reliz
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə “Azad İstehlakçılar” İctimai Birliyi (AİİB) “Istehlakçılara parça bazar torbalarının paylanılması ilə ekologiyanın qorunmasına dəstək verilməsi” layihəsinin icrası üzrə fəaliyyyətini davam etdirir.
17 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 60. ünvanda yerləşən “Bolmart” Supermarketdə istehlakçılara 150 ədəd parça materialdan tikilmiş bazar sumkaları təmənnasız olaraq paylanılmışdır. İstehlakçılara həmçinin qida təhlükəsizliyinə və ştrix koda dair məlumatlar da paylanılmışdır. İstehlakçılar böyük həvəslə həmin sumkaları götürürdülər. Tədbirin sonunda sumkaların paylanılmasına dair akt tərtib edildi. Eyni zamanda müəyyən istehlakçıların fotosu da çəkildi.Tədbirimiz davam edəcək. |
|
daha ətraflı... |
|
|