İSTEHLAKÇI HÜQUQLARINA DAİR İNTERNET PORTAL
Ana səhifə Xəritə Əlaqə
X ə b ə r l ə r B l o k u
Fevral-2025
Be Ça Ç Ca C Ş B
Bu gün ziyarətçilər: (135)
Dunen ziyarətçilər: (181)
Bu gün səhifə baxışı: (165)
Dünən səhifə baxışı: (449)
Sual-cavab
Sual yaz
10.01.2016
Melahet Qasimova
Sual: Kimse FRISO vom verib korpesine?men sanci ve kope gore vom a kecdim.friso sade ile muqaisede cox dadldir,qatidir ve yaglidir.ancaq terkiblerine baxiram her ikisinde yagliliq eyni gostericidir.terkibinde hansi yaqlar var?umumiyyetle hagigatan kopun azalmasina komek edirmi?Hekimler yalniz friso almaqi meslehet gorur.Melumati deqiq vermeyinizi xahis edirem.chica
Cavab: 

Meslehet almaq uchun ekspertimiz Seltenet xanima zeng edin, 055 555 89 93 ve vib.az saytina baxin. 

10.01.2016
famil eliyev
Sual: bir sualim var idi.dukandan oyun diski aldim komputere qosdum acmadi.ama basqa bir komputere qosdum acildi.men o oyun diskini qaytara bileremmi?satici deye bilerki aparib yukluyub getirmisen.sizce kim haqlidi?
Cavab: 

Movcud qanunvericiliyə görə kassa çeki təqdim olunmaqla 14 gündə malı dəyişmək, əgər uyğun mal olmazsa qaytarmaq hüququnuz vardır. 

08.01.2016
Ruslan Eliyev
Sual: Salam. Men dunen lizingle avtomashin elde etmishem. Aldiqdan sonra avtomashin bir gun idare edilib. Teesufler olsun ki, indi avtomashinda mueyyen qusurlar ashkar etmishem. Hal-hazirda avtomashini geri qaytara bileremmi? Qaytardiqda elave odenish etmeliyem ya yox? Ilkin odenish haqqinda qebz ve diger senedler var.Onceden minnetdaram.
Cavab: 

Avtomaşın təzədirsə, qüsurlar aşkar etmisinizsə 14 gün müddətində dəyişmək və ya qaytarmaq hüququnuz vardır. 

07.01.2016
Tamaşa Əzızova
Sual: 2aydi qizim friso yeyir,friso goldu tek verende ama qebzlik olur,hekime deyirem deyisim deyir yox friso vom al qat ver.tanislarim hamisi nutrilak verir,men sade nutrilak vermek istiyirem bilmirem karopkasi hansi rengdedi?bilenler yazardilar.eger dusmese yene frisolara qayidim.hami deyir hekim faize isliyir ona gore friso ver deyir.Friso haqqında bizə düzgün məlumat verinsağ olun
Cavab: 

Hormetli Tamasha xanim,meslehet almaq uchun ekspertimiz Seltenet xanima zeng edin, 055 555 89 93 ve vib.az saytina baxin. 

05.01.2016
Yasmin Aqabeyli
Sual: Salam.Mehkemeye alimentin artirilmasina dair erizeni teqdim edende,senedlerin (nigah ve doğum haqqinda shehadetnamenin) süretini tesdiq etmek vacibdirmi.ve ya senedleri tesdiq edilmemiş halda esle ile beraber teqdim etmek olar mi? Onceden teshekkurler.
Cavab: 

Biz istehlakçı hüquqlarını qorumaqla məşğuluq. Bu barədə 195 nömrəsi ilə Ədliyyə Nazirliyinə müraciət edin. 

05.01.2016
Vaqif Manafov
Sual: Eyyub m.salam! Indi az adam tapilar ki, "Ciko" tumu almasin. Paketi achanda ichinden bir eded lotareya chixir. Bildiyiniz kimi udushda verilmish her hansi bir mehsul 6 hisseye bolunub ve kim 6 hisseni tapib bir yere toplasa hemin mehsulu udur. Qonshuda imkansiz bir aile yashayir.Imkani olan onlara komek edir. Ata xeste, ana ise iki ushaga baxir (ishlemir). Mektebli olan bu qonshu ushaglar udushda olan "her hansi bir mehsulu udmaq uchun" her gun aldiqlari "ciko"dan chixan udush lotareyalarini yigirlar. Indiyecen 100-den chox yigiblar. Size melumdur ki, 15.03.2015-ci il tarixine olan lotareyalarda bunlar "chiko" nun icherisine 4-cu hisseden bashqa butun hisseleri (1; 2; 3; 5; ve 6-ci hisseler) lotareyalara qoyublar. Irad, shikayet ve etirazlar bildirildikden sonra bunlar yene aldadici varianta el atib, 30.12.2015-ci il tarixe olan "Ciko" tumlarina ise her mehsuldaun 6 hissesinden birini udusha salmayiblar. Meselen, "velosiped 5-7 yash" ve "mobil telefon samsung Duos"da 3-cu hisseler, 5 ve 10 manat"larda 6-ci hisseler, "etcheken texnolux" ve "tozsoran texnolux" de 2-ci hisseler, "shirecheken texnolux", "samakat 2 tekerli" ve "sach feni Nikai" de 4-ci hisseler daxil edilmeyib ve s. "Patron" "Al Tum" tumlari da hemchinin...
Cavab: 

Ətraflı ərziə yazın, imza qoyun, müraciət edin, çalışıb araşdırarıq. Bu məsələni biz çox antireklan etmişik və dövlət orqanlarına dəfələrlə məlumat vermişik. Məsləhət bilirəm, 195- nömrəsinə zəng vurub məlumat verin. 

03.01.2016
firudin mammedzade
Sual: 1 hefde bundan evvel aldigim telefonu kichik bir qusuruna gore qaytarmaq istedim,mene dediler mumkun deyil,biz ancaq sizin uchun deyishe bilerik.men ise pulumu geri almaq isteyirem.
Cavab: 

Kassa  çeki olmaqla 14 gün müddətində dəyişmək, uyğun mal yoxdursa, qaytarmaq hüququnuz vardır. Əgər telefon qüsurludursa, qeyd olunan şərtlərlə qaytarmaq hüququnuz vardır. Məsləhət görürəm 195 - nömrəsi ilə dövlət orqanına müraciət edin. 

29.12.2015
Adil Vəliyev
Sual: Eyyub m.Salam.Vitrindəki qiymətlə kassada olan qiymət tam başqadir.Siz dəfələrlə özünüz bu haqda danışmısınız.ancaq bir nəticəsi olmayıb.xahiş edirik bu haqda bir tədbir görün.
Cavab: 

Məsləhət görürəm ünvanı bildirməklə dövlət orqanına zəng edin, məlumat verin. 

195 (2), 012 495 15 04

29.12.2015
aidə namazova
Sual: salam.xahiş edirəm çayın qiyməti 100% artıb.buna qarşı mübarizə aparın.televiziyada və mətbuatda cıxış edin.Çay yerli istehsal oldüğu istehsalçının deyəsən yaddından çıxıb.9 manat olan çay indi 18 manatdır.
Cavab: 

Fikirlərinizi nəzərə alaram. Məsləhət görürəm bu məsələlərə nəzarət edən dövlət qurumuna zəng edin, məlumat verin. 195 (2), 012 495 15 04

28.12.2015
Leyla Haciyeva
Sual: Salam. dollarla kredit goturduyum bankda 3 ay once dollarla kreditleri milli valyutaya konvertasiya qerari qebul edilmish. Butun mushterilere shamil olmasi gerekdiyi halda vesait goturduyum filial meni melumatlandirmamish ve sonucda 5000 manat itgim olmushdur. Sechme mushterileri, yani problemli, vesaitlerini odemeyen-riskli mushterilerin ardinca qachib onlari melumatlandiriblar. SUal verdikde ise filial mudiri "mezuniyyetde olmsuham, ishchiler butun mushterileri melumatlandirmagi chatdirmayiblar" - cavabi verdi. Bu filial nece cezalandirilmalidir ve vesaitimi kohne kursla konvertasiyasina nail olmaq olarmi, hansi yollarla? Teshekkurler.
Cavab: 

Rica edirəm İqtisadiyyat Nazirliyinin 195 (2) telefon xətti ilə məlumat verin və yazılı cavab alın. 

27.12.2015
Mehriban Agayeva
Sual: Salam.apteklerde suni qiymet artimina baxan var ya yox? Seher ushaq ucun smes aldim 10manat 30 qepik.saat 2de yoldashim menim aldigimi bilmeden apteke girib smes almaga 13manat deyirler.nece olur 4saat erzinde qiymet deyishir?hele dukanlardaki qiymetleri demirem 3 manat 10qepiye olan chayi 5 nanat 30 qepiye satirlar
Cavab: 

Bu meselelere İqtisadiyyat və Sənaye Nazirliyi nəzarət edir. Rica edirəm 195 (2) nömrəsinə zəng edin, məlumat verin. 

26.12.2015
Məmməd Məmmədov
Sual: SalamXidmətlə bağlı (məs. kinoteatr) istehlakçı hüququ pozulursa vətəndaş məhkəmədə mülki qaydada yoxsa inzibati qaydada iddia qaldırmalıdır?
Cavab: 

Mülki qaydada

20.12.2015
Azar Safarov
Sual: Salam, 5 il once Baki saharinda yeni tikilen menzilden ev almisig. evin muqavile uzre deyerinden artig pul odemisik, ev tikilib hazirdi, yasayis var, lakin sirket, muqavile uzre nezerde tutulan butun ohdeliklerini yerine yetirmediyi azmish kimi hala evi tehvil verekden de imtina edir. sebeb olaraq bildirir ki, elave olaraq muxtelif komunal saygaclarin alinmasi ucun 5000 manat, ve hemcinin evin sahesi muqavilede gosterilenden artig oldugu ucun elave sahenin pulu odenilmelidir. menzilin faktiki sahesi muqavile uzre saheden azdir ki, artig deyil. faktiki olaraq 5 il once pulunu odediyimiz menzilden istifade etmeyimiz hele ki qeyri mueyyen muddete geder texire salinir. bu halda size yazili muraciet etsek, bize nece yardim ede bilersiniz?
Cavab: 

Xahish edirik saytimizda gosterilen erize formasina uygun etrafli erize yazin, imzalayaraq skaner edin, bize gonderin. 

18.12.2015
Azade Novruzova
Sual: Salam. Menim sualim isimle baglidir. 10 ile yaxindir ki muhasib isleyirem. Hal hazirda da isleyirem ancaq mene erize yazdirdilar mecburi isden cixmaq haqqinda.(Menden basqa bir nece isci de daxil). Resmiden vergiye gore cixartdilar. Bu nece iller erzinde hc bele sey olmamisdi . Fehlelerle bagli gormusdum , amma idare isileri ile yox. Men xahis edirem bu ne decede dogrudur ?
Cavab: 

Biz istehlakçı (alıcı) hüquqlarını qoruyuruq. 

17.12.2015
Aynure Əyyubova
Sual: Salam, ilk öncə operativ istehlak hüquqlarının müdafiəsi üçün sizə minətdarlığımı bildirmək istəyirem.Mən 16.12.2015 tarixində Neftiçilər metrosu yaxınlığında aptekden elektron təzyiq ölçən apparat aldım. Evde apardığımda apparatın aptekdəki göstərişlərinə əməl ederək xəstənin təzyiqini oıcdum, lakin apparat təzyiqi duz olcmedi. yarim saat sonra elimdəki cekle apteke qayidib, bashqa birisi ilə deyishdirilmesi ve ya qaytarilmasi ilə bağlı muraciet etdim . Lakin bunun mumkun olmadigini soylediler. Aptek ishcininden oz tezyiqini olcmeyi xahish etdim.Appart 150 100 reqemlerini gosterdikde aptek ishcini onun bele yuksek tezyiqle normal shekilde iş başında olduğunu sübut etmeye çalışdı. Tezyiq apparatinin şirket nümayendeliyi ilə telefon elaqesi yraratmağı söyledi. Elaqe yaratdım nümayende qetiyyetle malın geri qaytara bilmeyeceyimi söyledi. Dəyişdirilməsini isə menim ona apparatin düzgün işləmədiyini təsdiq etdiyimdə mümkün ola biləcəyini söylədi.Təbii ki evə gəldim və internet vasitəsilə 0124981501 nomresini aradım.Düzü inanmirdim ki 20:00 da telefon zengine cavab versinler. Cavab verən AİB işiçisi mənim şikayətimi yerindece resmiləşdirib, 1 hefte ərzində bu şikayətə baxıb cavab alacağımı söyledi.Sualim menim telifon vasitəsilə şikayət müraciətim yetərlidimi, bu meseleye heqiqeten baxılacaqmı?
Cavab: 

Hormetli Synure xani, Siz 0124981501 nomresi vasytesi ile Iqtisadiyyat ve Senaye Nazirlyine zeng vurmusunuz. Rica edirem gelin bizim ofise apparati ve senedleri getirin. Guman edirem ki, 10 deqiqe erzinde mesele hell olunar. Chunki Siz haqlisiniz. 

16.12.2015
Adil Mammadov
Sual: 10042013 cu ilde TOYOTA BAKİ Merkezi MMC den Toyota RAV 4 markalı avtomobil aldım.Avtomobili tehvil alanda,mene bir eded acar(pult) verdiler.Bu yazında tesadüfen bilmişsem ki,mene ikinci acar da verilmeliyiz.Ona gora şirkete müraciat etdim.Sirketin salahiyyetli numayendesi mene imtina etdi,bildirdi ki,masini mene satanlari isden cixardiblar.Onlarin mene ikinci acarin verilib-verilmemesi haqqinda melumat yoxdur. Melumat ucun bildirim ki,avtomobilin qarantiyasi 1004-2016 ci ilde qurtarir.
Cavab: 

Saytimizda gosterilen erize formasina uygun ehateli erize yazin, imzalayaraq skaner edin, bize gonderin. 

15.12.2015
Nijat Huseynov
Sual: Salam,men Port Baku Mall da yerleshen Emporium magazasinin Northskull kishi aksesuarlarindan 180 manat deyerinde bilerzik almisham ve uzerinden 3 gun otub,meni qane etmediyi ucun,bezi defektleri olduqu ucun qaytarmaq isteyirem ve onlar mene bu mumkun deyil deyirler sebebini sorushanda mene bizim magazada aksesuarlari ve alt geyimleri qaytarmaq olmur deyirler.Bu ne derecede duzgundur?Sheherin sayilib secilmish boutiqi olasan ve bucur hereketTeshekurler!
Cavab: 

Aldığınız bilərzik qiymətli metaldırsa qanunvericiliyə görə o dəyişdirilə və qaytarıla bilməz. Əgər qızıldırsa fikir verin əyyar palatası işarə qoyubmu. İmkanınız olsa zəng edin 012 441 28 33.

14.12.2015
Azade Novruzova
Sual: Salam. Hormetli vekil men nece illerdir ki, ev tikirem hele tam hazir deyil . Torpagi bizim ucun qaynanam alib. Yeni ogluna verib. Ev tikmeyi ise nece illerdir ki ozum calisiram. Yeni ev tikmenin 80 faiz xercleri menden cixib. (Banga girmisem, islediyim yerde lotereya oynamisam ve sair.)Menim sualim ondan ibaretdir ki, bizim butun senedler qaynanamin adinadir. Ne menim adima ne de oglunun adina deyil. Men gelecekde bir problemle qarsilassam ne ile subut ede bilerem ki evi men tikmisem ? Xahis edirem ki mene oz huquqlarimi qorumaq ucun komek edesiniz.
Cavab: 

Biz istehlakçı hüququnu qoruyuruq. Sual bizə  aid deyildir. Qaçay müəllimlə əlaqə saxlayın 050 341 59 17.

14.12.2015
Yemen Musayeva
Sual: Salam . Menim qardashim russ vetendashidi, 1999 ilde qardashim bizim Bakidaki evimize qeydiyyata dushmek istedi, amma Anam xuliqanliqa qore qardashima icaze vermedi, sonra qardashim mehkemeye verdi, eve qeydiyyata dushmek ucun, mehkemenin qerari onu qeydiyyata salmadi. 2002 ilde menim Anam rehmete qetdi, bizim evde qeydiyyatda 2 insan var , menim bacim ve men. Bilmek isteyirem Anam rehmete qedennen sonra, qardashima bizim evden pay dushur? Chunki Anam saq olanda onu qeydiyyata salmadi. Cox xaish edirem etrafli mene cevab yazasiz
Cavab: 

Biz alıcı hüquqları qoruyuruq. Elaqe axlayın hüquqşünas Qaçay müəllimlə 050 341 59 17.

09.12.2015
Rustem Rustemov
Sual: salam size bir sualim var. men eger erze yazmiwamsa o erzeni geri goture bilerem? onun hakqinda men hardan oxuya bilerem?
Cavab: 

İstənilən zaman istənilən etiraf mümkündür. Yazılı müraciət edin. Cinayət xarakterli bir məsələ deyilsə həll olunar. 

08.12.2015
Mezahir eliyev
Sual: Salam men 2011 ci ilde evlendim ve iki ilden sanra ayrildim.Onuda deyimki bunu men isdemedim meni aldadaraq evden qacib gedib ve bosanma erzesinide ozu ?yazib ve bosanib.hal hazirda 2 ildiki ayrilmisiq 2 usagimizda var indi menen aliment teleb edirler menimde ne evim var nede isim var yani fehleyem 2 usagada 160azen aliment kesibler menimde odemeye gucum catmir. Hal hazirdada basqa biri ile aile heyati qurmuwam.inidide meni axdariwa veribler hetda 1 defe 5 sutqa hepis kesibler..buna baxmayaraq men indi raziyamki ayda 50azen odeyim ama icra deyirki odemediylervin hamisini odemelisen onan sonra 50 azen odeyersen yoxsa ekis halda yenede 10 sutqa hepis kesilecek.Menimde buna imkanim yoxdu yeni 3200 azen.xayis edirem bir meslehet verin? Bunlar mecbur edirlerki men ogurluq edim yada ozumu oldurum. Axi bosanmagi men isdememisem hetda bir necedefe evlerine getdimki barisaq amma polis cagirib meni uzaqlasdirdilar hetda qadaga qoydularki birde evlerine getmeyim
Cavab: 

Biz alıcı hüquqları qoruyuruq. Bu məsələ bizə aid deyildir. 

08.12.2015
Iftixar Eliyev
Sual: Yeni Gunewlideki Xezer marketde alish verish etdim. Yagin qiymeti 8.20 gosterilib. Eve gelenden sonra ceke baxdim. Qiymet 8.35 idi. Bezi bawqa marketlerde de bele weye rast qelmiwem. Buna kim nezaret etmelidir.
Cavab: 

Belə məsələlərə nəzarət edən orqan İqtisadiyyat və Sənaye Nazirliyidir. 195 (2) nömrəsinə zəng edin, məlumat verin və ya bizim təəşkilata ərizə ilə müraciət edin. 

05.12.2015
habil ehmedov
Sual: Salam siz cox gozel werayet yaratmisiniz azerbaycan xalgina twekkur edirik bunlara gore burdan her suvala ozunuz cavab versez ve ozunuz hell etsez dahada yaxwi olar bunlara gorede cox sagolun menim size suvalim var cox xayw edirem bu baredede cavab vererdis zehmet olmasa men aylenin balaca ogluyam tesarufetden kenardayam hecbir werayetim yoxdur ne evim nedeki torpagim mecburi atamin evimde qaliram mende ozume werayet yaratmax isdiyirem ozume yer almak ev tikmey ama hecbir imkanim yoxdur mene dovlet terefden her hansi sosiyal yardim yada her hansi bir komeyliy catirmi sizden cox xayw edirem mene azerbaycan respublikasinin qanunlarina esasen eyer her hansi yardim catirsa qanuna gore oz hugugumu oyrenib mene bildirmeyinizi sizden cox xayw edirem cox sagolun
Cavab: 

Təşkilatımızı  istehlakçı (alıcı) hüquqlarını qoruyur. Bu məsələ bizə aid deyildir. Təəssüf ki, məsləhət verə bilmirəm. Ədliyyə Nazirliyinin qaynar telefon xəttinə müraciət etsəniz 012 510 21 58 və ya 195 məlumat ala bilərsiniz. 

04.12.2015
sevinc huseynova
Sual: salam menim yoldasim iki esgerikden qacmis ferari narkotik satmaq istediklerini bilib ve olari baki seherine aldadib aparib orda ifsa edib polise caniler ise yoldasimin ifsa etdiyini bilib yalandan ifade veriblerki guye oda bularla elbir olub buna gorede yoldasimi hal hazirda stentaka qeder 4 ay kurdaxanida heps edibler narkotik satanlari heps eden polsde tesdiq edirki bize bulari menim yoldasim ifsa edib amma buna baxmayaraq onu heps edibler xais edirem hettda yalvariram mene yardim edin 3 balasi atasiz yetim qalib gunahimi nedir dovlete quluq polise komekdir xatirladimki yoldasim narkotiklerle mubarize idaresinde mexvi qeydiyatdadir 231 azn mas alir ordan cox xais edirem men ne edim huquqlarimizi bilmirem evdar xanimam yoldasima gunahsizdir
Cavab: 

Sual bizə aid deyil. Biz istehlakçı (alıcı) qoruyuruq. Hüquqşünas Habil müəllimə müraciət edə bilərsiniz - 050 314 81 88.

04.12.2015
sema memmedli
Sual: salam menim alimentle bagli sualim var mehkeme menim yoldasima aliment qetnamesi cixarib yoldasimda bu qetnameyle razilasmir her yere müraciyyet edirki aliment azaldilsin mende azaldilmasini isdemirem bilmek isdeyiremki men iddi atsemki hemin bebleq qalsin qalarmi azalmaz.
Cavab: 

Biz istehlakçı hüququ qoruyuruq. Hüquqşünas Habil müəllimlə əlaqə saxlayın - 050 314 81 88

03.12.2015
habil ehmedov
Sual: Zakatala rayonda internet prablemi var bu barede hara muraciyet ede bilerik yada bize siz komeyliy ede bilersinizmi
Cavab: 

Xahish edirik 195 (2) ile elaqe saxlayin, shikayetinizi bildirin. 

02.12.2015
Cavid Müqəddəmi
Sual: Müştəriyə satılmış malların gerı qaytarılması qanunla necə tənzimlənir? (yəni müştəri aldığı malı hansı hallarda qaytara və dəyışdırə bilər və müddəti)
Cavab: 

14 gun muddetinde bezi mallar sitisna olmaqla mali deyishe, uygun mal olmadiqda qaytarib pulunuzu almaq huququnuz var. Kassa chekinin olmasi zeruridir. 

01.12.2015
Çingiz Musayev
Sual: salam. İrşad telekom mağazası satdığı mallara 12 aylıq kreditlə faizsiz deyə reklamlar yayınlayır. lakin mağazada və irtelecom.az saytında xidmət haqqı kimi əlavə olaraq satılan malın dəyərinin 10% həddində nağd vəsait ödənilməsi tələb olunur. Bilmək istəyirəm ki, bu vətəndaşları aldatmaq və fırıldaqçılıq sayılırmı?
Cavab: 

Hüquqi qiymət vermək məhkəmənin səlahiyyətindədir. 

01.12.2015
Elmurad Ekberov
Sual: Salam her vaxtivz xeyr qardasm men 2ildi surculuk vesiqeso almaq istyrem amma ala bilmrem cunki lenkeranda ora sahveren adli kisi menden 500m bir alb ustelik meni imtahana qoymuar vee sen kesilersen deyerek pul getir deyirler mudur senden 1000pul istyr deyirler eyer getirmesen senetlervi levg ederik men kasib oglan hardan getrm pulu niye imtahana qoymurlae kim pul verir 1000m 1500m imtahansz o deyqe prava verirler xais mene komeklik edin allah rizasi ucun xais sogolun
Cavab: 

Xahiş edirəm rəsmi ərizə yazın, imza qoyun. Çəkinmədən hər şeyi yazın. Adamların adını, bilirsənsə telefon nömrələrini də yaz, kömək edək.

30.11.2015
Vüqar Məmmədov
Sual: Salam. Hansı markalı yodlu duz almağı məsləhət görürsünüz?
Cavab: 

\"Azerduz\" markalı mallara üstünlük verə bilərsiniz. 

Sual yaz
 1    2    3    4    5    6    7    8    9    10    11    12    13    14    15    16    17    18    19    20    21    22    23    24    25    26    27    28    29    30    31   32    33    34    35    36    37    38    39    40    41    42    43    44    45  

Əmtəə bazarında sağlamlıq üçün təhlükəli qənd satılır, AQTA-nin apardığı işlər davamlı deyil, epizodikdir!

 

Bu barədə “Azad İstehlakçılar” İctimayi Birliyi (AİİB) 2019-cu ildə  araşdırma apararaq cəmiyyətə ətrafli məlumat vermiş,bütün müvafiq Dövlət qurumlarına,o cümlədən  Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə(AQTA) rəsmi müraciətlər etmiş,Respublika Prokurorluğu,Dövlət Gömrük komitəsi və digər qurumlar tərəfindən müvafiq tədbirlər görülmüş,”kəllə qənd”istehsalı zamanı qəndin ağardılmasında mənşəyi məlum olmayan kimyəvi maddələrdən istifadə etdiyinə görə bir sira qənnadı məmulatlarının istehsali müəssiələrində  reydlər kecirilmiş,qanun pozuntuları aşkar edilərək cavabdeh şəxslər həbs olunmuşdur.Eyni zamanda qəndin ağardılmasında istifadə olunan kimyəvi maddəni  ölkəyə idxal edən şəxslər cinayət məsuliyyətinə alinmışlar! Bu işlər 2019-cu ildə olmuşdur.

Bəs hazırda vəziyyət necədir?!

Belə ki, AİİB istehlakçılardan daxil olan məlumatlar əsasında bazardakı vəziyyətə nəzər yetirmiş, bir  “Kəllə qənd”nümunəsinin akkreditasiya olunmuş laboratoriyada ekspertizasının nəticələrini əldə edərək, insan sağlamlığı üçün təhlükə törədən qəndlərin bazarda  geniş şəbəkə ilə satıldığını müəyyən etmişdir.

AİİB tərəfindən aparılmış araşdırmanı bir daha xatırlasaq, məlum olur ki, hazırda da şəkər tozundan kəllə qənd hazırlamaq ücün, əksər kəllə qənd istehsalcıları daha ucuz olan kimyalaşma yolunu secirlər. Xatırladaq ki, şəkər tozundan  bəyaz kəllə qənd əldə etmək ücün iki üsul mövcuddur:

1) Şəkər tozu qaynadılır, bişirilir, alınan məhlul qaynatma zamanı sarı rəngə boyandığından, bu məhluldan bəyaz kəllə qənd almaq üçün məhlul bərkiyəndən sonra sarı rəngli kəllə qənd kütlələri, çox böyük firlanma sürətinə malik olan və yüksək məsrəflərlə başa gələn “Sentrafuqa”qurğusuna yerləşdirilir, burda yüksək mərkəzdənqaçma təcilinə məruz qalan kütlələrdən sarı maddə ayrılır və mexaniki yolla  tam bəyaz “kəllə qənd” əldə olunur.

2) Qaynadıldıqda sarı rəngə boyanmış şəkər tozu məhluluna kimyəvi maddə-Kükürd dioksid (SO2) əlavə edilr, sarı rəngli məhlul bəyaz rəng alır! Bundan sonra məhlul qəlblərə yerləşdirilib soyudulur və  gözlə sarılığı cətinliklə ayird edilə bilən ”bəyaz” kəllə qənd əldə edilir.

SO2 kimyəvi maddəsindən əsasən sənayedə parca ağartma, dəri aşılama, xalca yuma kimi sahələrdə istifadə olunur.

Qeyd edək ki, bütün dünyada gəlir əldə etmək, insan sağlamlığını arxa plana keçirtmə istəkləri, o yerə gətirib cıxarmışdır ki, hətta kimyəvi yolla  kəllə qənd istehsalına, bəzi ölkələrdə standartlara da daxil etməklə  haqq qazandırmışlar. Məsələn MDB məkanında mövcud olan ГОСТ 33222-2015 standartlarında  1 kq bəyaz kəllə qənddə maximum 15 milli qram  kükürd dioksidın  ola bilməsi nəzərdə tutulmuşdur (bundan öncə bu sahədə qüvvədə olan ГОСТ 22-94 və ГОСТ 31361-2008 standartlarında isə ümumiyyətlə bu maddənin istifadə edilməsinə icazə verilmir). Ölkəmizdə Tayqa Ticarət”müəssıəsi tərəfindən istehsal olunan və əmtəə bazarında satılan “Dad1” kəllə qənd məmulatının tərkibində laboratorioya tədqiqatı  1 kq məhsulda 70,2 mq  kükürd dioksid olduğunu göstərmişdir! Yəni təhlükə normasından 4,6 dəfə (500%-ə yaxın) cox!

AİİB-in araşdırmaları göstərir ki, ölkədə mövcud olan 20-yə qədər “Kəllə qənd” istehsalçısı bəyaz kəllə qənd əldə etmək ücün hazırda kimyəvi üsuldan istifadə edir və təhlükəli kimyəvi maddədən qəndi daha bəyaz etmək ücun bol-bol istifadə edirlər!

İstehlakçıların maraqlarını və sağlamlığını əsas tutan AİİB-birmənalı olaraq istehsalçılar tərəfindən kəllə qəndin ümumiyyətlə mexaniki yolla ağardılmasının həyata keçirilməsini istəyir!  Ən pis halda isə ГОСТ 33222-2015 standartlarına əsaslanaraq kəllə qənd istehsal edən sahibkarların fəaliyyətinə dövlət tərəfindən ciddi nəzarət edilməsini və sözü gedən kimyəvi qatqının standartda göstərilən normadan əsla yuxarı keçməməklə istifadəsinə icazə verilməsini tələb edir.

O cümlədən, hansı kəllə qənd istehsalı müəssisəsində mexaniki yolla ağartma həyata keçirilmirsə bu müəssiələrdə mütləq vaxtaşırı yoxlamalar aparılmalı, istehsal nümunələrindən götürülüb laborator analizləri aparılmalı, təhlükəli maddələr aşkar olunarsa və ya qatqılarla bağlı normadan kənara çıxmalar müəyyən olunacaqsa, satışda və anbarlarda olan məhsullar qeri cağrılmalı, ictimaiyyətin gözü önündə və KİV-lərin iştiraki ilə məhv edilməlidir. Bu istək və tələblərlə AİİB, Qida Təhlükəsizliyi Agentliyinə, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Dövlət Gömrük komitəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi müraciətlər etmişdir.

 

                                        AİİB-in sədri:                       E.Hüseynov

 

daha ətraflı...

Ölkəmizdə malların etiket məlumatları tam yarıtmaz vəziyyətdədir,əsasən İrandan idxal olunan mallar!

İstehlakçı xüsusən ərzaq malları haqqında məlumatı birbaşa malın etiketindən alır!İstehlakcının beynəlxalq və yerli hüquqlarından biri də məhz mal haqqında milli dildə informasiya almaq hüququdur!

“Azad İstehlakçılar” İctimayi Birliyi(AİİB) uzun illərdir ki,ən müxtəlif Dövlət orqanlarına yazılı müraciətlər göndərərək  bu məsələnin ,yəni vətəndaşlarımızin milli dildə məlumat alma hüququnun de-fakto olaraq taninması barədə tədbirlərin görülməsinə dair təkliflər versə də,bu məsələ həll olunmadan qalir!

Dövlət Dili Haqqında AR-nin qanununun maddəsi: 7.3. Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır

Istehlakcılarin Hüquqlarının Müdafiəsi Haqqında  AR-nın Qanununun 13-cü maddəsi:

Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır.

Nazirlər Kabinetinin 94 saylı qərarı,maddə 5.8.” Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə edilmiş tərcümə ilə də müşayiət olunmalıdır”

Qeyd edək ki,malların milli dildə markalanması məsələsi dünyanın əksər ölkələrində ,hətta Azərbaycandan hər cəhətcə zəif olan Ermənistan və Gürcüstanda  belə uzun illərdir ki,tam həyata keçirilsə də ölkəmizdə bu məsələ həll olunmadan qalır.Əlbəttə bu amil,qacaqmal üçün münbit bir şərait yaradır!

İlkin olaraq AİİB malların milli dildə markalanması məsələsini  İran İslam Respublikasından idxal olunan  ərzaq malları üzərində cəmləşdirməkdən başlamaq niyyətindədir. Cün ki,ən acınacaqlı hal məhz İrandan idxal edilən ərzaq mallarındadır!Əğər Dövlət qurumları qanunun yerinə yetirilməsinə dəstək versə digər çoxsaylı mal və xidmətlərə də keciləcəkdir.24 il ərzində AİİB, BMT-nin beynəlxalq uşaq təşkilatı UNİCEF-in köməyilə yalnəz körpə qidalarının milli dildəmarkalanmasına nail olmuşdur,bu cox azdır! AİİB-n ofisinə istehlakçılar tərəfindən etiraz müraciətləri ilə gətirilən İranda istehsal olunan ərzaq mallarının  markalanmasına diqqət yetirdikdə Azərbaycan dilindən başqa digər dillərdə məlumat olduğu görünür,lakin ərzaq malları üçün çox mühüm göstərici olan,istehsal və son istifadə tarixlərinin fars əlifbası ilə yazıldiğını görürük!Şübhəsiz ki,bu istehsalcı tərəfindən bilərəkdən,şüurlu şəkildə edilir ki,malını “Ölməz etsin”,yəni vətəndaşlarımız yararlılıq vaxtı keçmiş malı da alıb istehlak etsinlər!Əlbəttə Azərbaycan istehlakçılarının belə sadəlövhlüklə aldanması səbəbsiz deyil.Əhali ölkəmizdə artıq 3 ildir fəaliyyət göstərən Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) və digər dövlət qurumlarının fəaliyyətinə inanır,düşünür ki,yararlılıq vaxtı keçmiş mal satıla bilməz!Əfsus ki,bu inam özünü doğrultmur və istehlakçıların İran ərzaq mallarından zəhərlənməsinə dair məlumatlar da mövcuddur. Bəzən bu mövzu ilə bağli  neqativ halların qarşısını almağa cavabdeh olan dövlət qurumları əməkdaşlarının mediyada pafoslu cıxıçlarına da rast gəlirik,amma “3 müşketyor qanunu” daha uğurla işləyir-birimiz hamimiz ücün,hamımız birimiz üçün - yəni gömrük xeyir-dua verib ölkəyə buraxıbsa vəssalam!

İran ərzaq malları satışı şəbəkələrində ciddi monitoringlərin keçirilməsi,dövlətimizin qanunlarının pozulması ilə  ölkəyə idxal olunmuş qeyd olunan nöqsanlı malların satış şəbəkələrindən geri çağrılıb,ictimaiyyətin gözü önündə kütləvi məhv edilməsi,gömrük komitəsində çalışan əməkdaşların diqqətinin bu məsələyə cəlb edilməsinə zərurət yaranmışdir.

Dövlətimizin qanunlarını pozmaqla İran dükanlar şəbəkəsində satışa mal çıxaran 50-dən çox dükan mövcuddur.Bu dükanların bəzilərinin ünvanları:Əsas topdansatış dükanları,Sədərək ticarət mərkəzi,”Lukoyl”YDM-nin yanı(topdan satış),Dərnəgüldə “Elit “TM-nin yaxınlığı(çoxlu sayda),. 1)Bakı şəh.Əsəd Əhmədov 28

2)Xırdalan.texnikumun yaxınlıği.Rahat bazar ilə üzbəüz 3)Maştağa qəs.Savalanın 2-ci girişi 4)Ümid qəs.Laçın məktəbinin qarşısı 5)Neftçala şəh.H.Əliyev pros.Təzə bazar 6)Sahil qəsəbəsi 7)Ballı marketin yaxınlığı050-791-11-12 8)Sumqayıt şəh.2-ci mikr.Rossiya klubunun yanı.777 mağaza 9)Bakı şəh.Sarayevo küç7 10)Binəqədi ray.Xocasən yolu.Netto klubun yanı 11)Gəncə küç.Fujifilmin yanı 12)Əhmədli metrosu çıxışı.Ukrayna dairəsi tərəf 13)Xətai metrosunun arxası.N.Əliyev küç.17 14)Bakı şəh.Fatmayı 15)Hövsan qəs. 16)8 km bazarı.Halal market17)Şirvan şəh.Elite bazarının həyəti18)A.Şərifzadə küç.19519)Dərnəgül qəs.Şır-şır restoranının yanı 20)Xırdalan şəh.Təzə bazarın girişi ilə üzbəüz 21)Nizami metrosunun yanı.Z.Əhmədbəyov küç. 22)Buzovna qəs.Köhnə Polis şöbəsinin yanı 23)Əhmədli metrosu.Məhəmməd Hadi 41 və.s.

 

AİİB bu məsələni ictımailəşdirməklə bərabər, , Qida Təhlükəsizliyi Agentliyinə, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Dövlət Gömrük komitəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsminə  müraciətlər göndərmişdir.  Dövlətimizin qanunlarına əməl olunmasında hər bir istehlakcını fəal olmağa cağırırıq və dövlət qurumlarında nəticələr gözləyirik.

AİİB-in sədri:                       Eyyub Hüseynov 

 

 

daha ətraflı...
Press reliz
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə “Azad İstehlakçılar” İctimai Birliyi(AİİB) “Istehlakçılara parça bazar torbalarının paylanılması ilə ekologiyanın qorunmasına dəstək verilməsi” layihəsinin icrası üzrə fəaliyyyətini davam etdirir.
19 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, Alatava 2. ünvanda yerləşən “Araz 20 yanvar Superstore”- da istehlakçılara 150 ədəd parça materialdan tikilmiş bazar çantaları təmənnasız olaraq paylanıldı. Onlara həmçinin ekologiyanın qorunmasına,plastik taralardan imtinaya, qida təhlükəsizliyinə və ştrix koda dair məlumatlar da paylanıldı. İstehlakçılarda parça sumkalara böyük maraq oldu. Tədbirin sonunda çantaların paylanılmasına dair akt tərtib edildi. Eyni zamanda müəyyən istehlakçıların fotosu da çəkildi. Tədbirə dair press reliz hazırlanaraq KİV-lərə göndərildi. Tədbirimiz davam
daha ətraflı...

 

 

“Azad İstehlakçılar”

  İctimai Birliyi                                                                                                                   M: +99450 341 62 25                                       

17 avqust   2020-ci il.

 

Press reliz

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının  Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə “Azad İstehlakçılar” İctimai Birliyi (AİİB) “Istehlakçılara parça bazar torbalarının paylanılması ilə ekologiyanın qorunmasına dəstək verilməsi layihəsinin icrası üzrə fəaliyyyətini davam etdirir.

17 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu,  Səməd Vurğun küçəsi 60. ünvanda yerləşən “Bolmart” Supermarketdə istehlakçılara 150 ədəd parça materialdan tikilmiş bazar sumkaları təmənnasız olaraq paylanılmışdır. İstehlakçılara həmçinin qida təhlükəsizliyinə və ştrix koda dair məlumatlar da paylanılmışdır. İstehlakçılar böyük həvəslə həmin sumkaları götürürdülər. Tədbirin sonunda sumkaların paylanılmasına dair akt tərtib edildi. Eyni zamanda müəyyən istehlakçıların fotosu da çəkildi.Tədbirimiz davam edəcək.

daha ətraflı...
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır