|
|
|
Be |
Ça |
Ç |
Ca |
C |
Ş |
B |
| | | | | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
|
|
|
|
|
|
|
Bu gün ziyarətçilər: (158) |
|
Dunen ziyarətçilər: (181) |
|
Bu gün səhifə baxışı: (188) |
|
Dünən səhifə baxışı: (449) |
|
|
|
Sual-cavab |
|
|
Sual yaz |
|
07.03.2016 |
Elsad Alnagiyev |
Sual: Bagislayin yadimdan cixdi elaqe telefonlari yazmaq 0702430680 0553439360 0505242083 bu nomrelerin hansina zenk vursaz cavab verilecek?????????? |
Cavab: |
|
|
|
|
07.03.2016 |
Elsad Alnagiyev |
Sual: Salam menim atamin Beynelxalq Bankda krediti var.Atam ustunze sagliq rehmete gedib mende zamin durmusam mene mecburi deyirki odemelisen.Menim ozumunde Beynelxalq Bankda kreditim var onu zorla odeyirem 2-ci qrup elilem bu Banga bir encam eleyen ya bu bangin yesi yoxdur qanunla bu ise baxilsin bir qerar verersiz cox cox xais edirem komek komek iteyirem butun orqanlardan??????? |
Cavab: Hörmətli Elşad müəllim, belə halda vətəndaş təbii ki, dövlət orqanına müraciət etməlidir. Zəng vurun İqtisadiyyat Nazirliyinə şikayətinizi bildirin 195 (2). |
|
|
|
|
06.03.2016 |
Sahib Xəlilov |
Sual: Forum niyə işləmir? Sual-cavabla problemləri həll etmək olmur. Forum olsa, camaat müəyyən malları müzakirə edər. Məsələn, südün, kərə yağlarının keyfiyyəti, onların reytinqi və s. Mən bilmək istəyirəm, bizdə satılan məhsullara palma yağı qatılırmı? Qatılırsa, bu insan üçün təhlükəli plan texniki palma yağı deyil ki? |
Cavab: Çalışacagıq Forum aktiv olsun, keçən ilin noyabr ayına qədər palma yağları barədə fikrim tam tənqidi idi. Lakin istehlakçı hüquqları ilə bağlı Braziliyada keçirilən dünya konqresində oldum. Və məlum oldu ki, Braziliyada və dünyanın bir çox ölkələrində qida üçün palma yağı qidada geniş istifadə olunur. Azərbaycanda da bu yağdan istifadə olunur. Lakin malların üzərinə bunu yazmırlar. Biz çalışacağıq ki, buna nail olaq. |
|
|
|
|
02.03.2016 |
Vüsal Həsənov |
Sual: Salam. Unibankın Albalı Plus kartını almışam bir il əvvəl. Kartın taksit xətti keçən ilin dekabrında bitirdi, lakin kartı alanda mənə demişdilər ki, taksit xətti bağlandıqdan sonra da, 2019-cu ilə qədər (kartın üstündə bu tarix yazılıb) kartdan debet kartı kimi istifadə edə, hesaba qoyduğum pulla onlayn ödəniş etməyə və həmin pulu Unibankın bankomatlarından çəkməyə davam edə bilərəm. Lakin bu ilin əvvəlindən kartdan istifadə etməyim mümkün olmayıb. Karta qoyduğum pulla xarici saytlarda onlayn ödəniş edə bilmirəm (əvvəl mümkün idi), üstəlik kart hesabına qoyduğum məbləği bankın bankomatından da geri ala bilmirəm, kartı aldığım filiala getməli oluram. Bu, istehlakçı hüququnun pöozulması hesab oluna bilərmi? Şikayət etməyimin bir faydası olarmı? |
Cavab: Yazılı şəkildə banka müraciət edin, yazılı cavab alın. Sonra məsləhətləşərik. |
|
|
|
|
29.02.2016 |
Elvin Memmedli |
Sual: Salam, mən hansısa şirkətə ərizə ilə şikayət yazmaq istəyirəm, ərizəmin qeydiyyata alınmasını necə bilə bilərə? Ümumiyyətlə ərizə necə qeydiyyata alınır? |
Cavab: Bu sual bizə aid deyildir. Biz istehlakçı (alıcı) hüququnu qoruyuruq. |
|
|
|
|
29.02.2016 |
Renat Akçurin |
Sual: Salam.Sizi narahat edən Bakı şəhəri,Sahil Qəsəbəsi sakini.Bu qün bizə 2 nəfər Azəriqazdan qəliblər,yoxlama ilə.Hər şeyi yoxlayıblar,amma bir noqsan tapdılar.Bizim qaz soba şlanq boru ilə birləşib.Dərhal cərimə yazdilar- 150AZN.İndi bu hüquqi yoxsa yox? |
Cavab: Cərimənin hüquqi əsası yoxdur, lakin qaz verilişini dayandıra bilərlər. Rezin boru ilə qaz çəkmək təhlükəlidir və qəti surətdə qadağandır. |
|
|
|
|
26.02.2016 |
Azad Rehimov |
Sual: SALAM MEN ASTARA RAYONUNDA YAWAYIRAM BIZ 3 QARDAWIQ ATAM ANAM REHMETE GEDIBLER OLARDAN QALAN TORPAQI BOLE BILMIRIK MEN MEHKEMEYEDE MURACIET ETMIWEM MEHKEME USE BAXIB AMMA EVE VE HEYETE DAIR SENED YOXDUR QABAQ NE SENETLERDI REISTIRDEB BE HEYET CIXIB NE DE EV MEHKEMEDE DIYIR EVIN VE HEYETIN SENEDLERIN DUZELDIN MEN ISE BAXIM QARDASLARIMDA ISTEMIR EVIN SENEDLERIN DUZELTMEYE QALMIWAM BELE MEHKEMEDE MENIM PAYIMI VERE BILMIR MEN NE EDIM KI OZ PAYIMI ALIM |
Cavab: Biz istehlakçı hüquqları qoruyuruq. Bu şikayət bizə aid deyildir. Hüquqşünas Qaçay müəllimlə əlaqə saxlayın. tel: 050 341 59 17 |
|
|
|
|
25.02.2016 |
Pasha Semedov |
Sual: Salam. Online magazalardan alinan mallar gosterilen muddetden gec catdirilirsa ne ede bilerem? Fevral ayinin 11-i sifaris vermisem, 5-7 gun erzinde catdirilmali idi, hele de catdirilmiyib (odenisi olunub) |
Cavab: 195-2 elefonuna zəng vurun, şikayətinizi bildirin. |
|
|
|
|
23.02.2016 |
Asif Axmedov |
Sual: Salam.460 qram сörəyi 30 qəpiyə verirlər bu nəqədər düzdür? səhvdirsə hara müraciət edim? |
Cavab: 195- telefonuna zəng edin. |
|
|
|
|
21.02.2016 |
Paşa Babayev |
Sual: Salam. Malın üzərindəki qiymətlə kassada vurulan qiymət fərqləndiyi zaman nə etməli? |
Cavab: 195-2 telefonu ilə İqtisadiyyat Nazirliyinə və ya 161 telefonu ilə prokurorluğa məlumat verin. |
|
|
|
|
18.02.2016 |
Dəyanət Ağayev |
Sual: Salam. Azərbaycanda olan günəbaxan tumlarının əksəriyyətinin içərisinə lotereya xarakterli kağız biletlər yerləşdirilir. Bildiyimə görə, ABŞ-da bu qadağandır. Yeyinti məhsullarının içərisinə yeyilməyəcək əşya qoyulması ABŞ qanunvericiliyi ilə qadağan edilir. Səbəb də aydındır. Reaksiya nəticəsində zəhərlənmə ehtimalı yüksəkdir. Sizcə, bizdə bu qayda niyə tətbiq edilmir? Yaxud artıq təkliflər edilib və bu istiqamətdə işlər aparılır?Təşəkkür edirəm. |
Cavab: Ölkədə \"qida təhlükəsizliyi haqqında qanun\" yoxdur. Qanun olmayan yerdə cinayət istisna olunmur. |
|
|
|
|
17.02.2016 |
Mikayıl Həsənov |
Sual: Salam.alınmış ətriyyat və kosmetika vasitelerini Geri qaytarmaq və ya dəyişdirmək mümkündürmü. Zəhmət olmasa biraz ətraflı cavablandırardınız. |
Cavab: Nazirlər Kabinetinin 114 saylı qərarına görə qeyd olunan mallar dəyişdirilməli olmayan mallar siyahısına daxildir. |
|
|
|
|
16.02.2016 |
Nuranə Hacıyeva |
Sual: Salam, Mən 11.02.2013-cü ildən bir şirkətdə çalışıram. Əmək müqaviləsi hər il 1 il müddətinə bağlanır mənimlə. 01.06.2014-cü il tarixdən analıq məzuniyyətindəyəm. Analıq məzuniyyətini isə 01.03.2016-cı il tarixə qədər götürmüşəm. Müddətli əmək müqaviləm 11.02.2016-cı ildə bitir. Şirkət mənə 15.02.2016-cı il tarixdə məktub göndərərək bildirib ki, 01.03.2016-cı il tarixdə analıq məzuniyyətiniz biydiyi gün 11.02.2016-cı ildə əmək müqaviləniz bitdiyi üçün əmək müqavilənizə xitam veriləcək? Bu nə dərəcədə qanunidir? Uşağın isə 3 yaşı 27.05.2017-ci ildə tamam olduğu üçün mən analıq məzuniyyətini 27.05.2017-ci il tarixə kimi uzatmaq istəyirəm. Bunu edə bilərəmmi? Yəni 11.02.2016-cı ildə əmək müqaviləsinin vaxtı bitməsinə baxmayaraq analıq məzuniyyətini 27.05.2017-ci il tarixə kimi uzada bilərəmmi? |
Cavab: Biz istehlakçı hüququ qoruyuruq. Bu sual bizə aid deyildir. |
|
|
|
|
16.02.2016 |
Ruslan Quliyev |
Sual: Salam.Biz dunen sumqayitda yerleshen HIPER marketden terevez doghramaq ucun yariavtomat mashin aldiq.evde yoxlayanda melum oldu ki dogramir.indi hemin mali qaytarmaq ve pulumuzu geri goturmek isteyirik. Market rehberliyi imtina edir her hansi bir odenish etmekden. Biz neylemeliyik? Minnetdaram. |
Cavab: AİİB-in Sumqayıt şəhər nümayəndəliyinə yazılı ərizə ilə müraciət edin. tel: 050 549 17 99 |
|
|
|
|
10.02.2016 |
Serefet Susurov |
Sual: 4 usaqli analar ne vaxt penisye alacaq |
Cavab: Sual bizə aid deyildir. |
|
|
|
|
05.02.2016 |
isa isgenderov |
Sual: salam.kredit götürdüm yarì dollar yarì manat dollar 105 idi oldu 160 güzet etmirler 105 le verirem160 la isteyirler zaminim yalì penisyanerdir onun penisye kartìndan tutmaq hüquqlarì varmì? |
Cavab: Xeyr təqaüd kartından tutmaq hüquqları yoxdur. |
|
|
|
|
04.02.2016 |
sevinc memmedova |
Sual: salam 3ay evvel ev almisam sonra oyrenmisemki ev mene deyerinden cox baha satilib hemde ev cox narahatdi qaytara bileremmi? |
Cavab: Yalnız məhkəməyə müraciət etməklə nail ola bilərsiniz. |
|
|
|
|
03.02.2016 |
elsen quluzade |
Sual: zibil pulu 1 aya ne qeder verilmelidi.kofeye |
Cavab: Bu asilidir Sizinle bağlanan müqavile şərtlərindən. |
|
|
|
|
02.02.2016 |
Aqil Ilyasov |
Sual: Salam Gencede bicox boyuk marketler webekesinde pecenye konfet ve s bi cox bele mallari qablasdirillar ve usde yalniz qiymeti ve cekisi olur bu ne derecede duzgundu ? |
Cavab: Bu cür qablaşdırma Nazirlər Kabinetinin 94 saylı qərarına ziddir. |
|
|
|
|
29.01.2016 |
aygun eleyeva |
Sual: salam men eliyeva aygun 24 yawim var 4il yarimdi ki ayleliyem 1qizim var 2ci uwaga hamileyem 4ayliq qan analizi verenden sora hebatit c dawiyicisi oldugumu bildim.birinci uwagda bu hexsteliyim olmayib soradan genekoloji hekimden tutmuwam.indi yoldawim bu xesdeliye gore meni bowamaq istiyir.bilmey isiyiremki bu xesteliye gore meni bowasa uwagi elimden ala bilmey haqqi var.bu xesdeliye gore uwagi dovlet elimden alib yoldawima vere bilerler ya yox????yoldawimda hebatit c yoxdu.. |
Cavab: Sizinlə halınıza təəssüflənirəm. Biz istehlakçı (alıcı) hüquqlarını qoruyuruq. Cavab almaq üçün hüquqşünas Habil müellime zeng vurun - 050 314 81 88. |
|
|
|
|
28.01.2016 |
Reshad Balayev |
Sual: Salam,men 2013 ci ilde KmazMMC den(kia modelinin resmi satis dustryubutori) avtomobil almiwam,amma kreditleshmeni saytlarinda reklam etdikleri kimi manatla deyil dollar ile kreditleshdiribler,men hemen MMC-ni mehkemeye verib deyen ziyami teleb ede bilerem?Cunki dollar ile satis qadagandi bildiyime gore. |
Cavab: Müqaviləniz dollarla bağlanıbsa müsbət nəticənizə az ehtimal var. |
|
|
|
|
25.01.2016 |
memmedova aynur |
Sual: Salam.Bosanmisam,1 usagim var.kecmis yoldasim mehkemeye 150 manat maas almasi barede sened getirib.mene ne qeder aliment dusur ?emek haqqinin 4 de 1i, yoxsa usaqlar ucun yasayis minimumu olan 117 manat qeder ? |
Cavab: Biz alıcı hüquqlarını qoruyuruq. Məsləhət almaq üçün hüquqşünas Habilə (050 314 81 88) və ya Qaçaya (050 341 59 17) zəng edin. |
|
|
|
|
25.01.2016 |
emil celilov |
Sual: Salam şexsiyyet vesiqem itib.buna gore asan xidmete 30 azn cerime odemisem.indise mene deyirleki adında stop var sexsiyyet vesiqesi vere bilmerik.banka borcumu odeye bilmediyim ucun.bele qanun var? Varsa harda oxuya bilerem |
Cavab: Mənə belə qanun məlum deyildir. Bunu ASAN xidmətdən istəyin. |
|
|
|
|
25.01.2016 |
Elvin Mirzeyev |
Sual: Salam men lizingden kend teserufati texnikasi almaq isdiyirem ancaq vermirler men hara muraciet edim? |
Cavab: Şikayətinizi Kənd təsərrüfatı nazirinə və İqtisadiyyat nazirinə bildirin. |
|
|
|
|
25.01.2016 |
Əsgər Şirəliyev |
Sual: Mən İnternet provaderlerin biri ile muqavile əsasında 5mb inernet suretinden istifade edirdim ve xidmet haqqı kimi 15 AZN ödeyirdim.Sonradan guzeşt olaraq bu sureti 8 mb etdiler.İndi gelib deyirler ki guzeşt leğv olunur ve siz 8 mb-ın qiymetini yeni 18 AZN ödemelisiniz. Bu ne derece duzgundur?Cox sağ olun. |
Cavab: Əgər Sizinlə bağlanan müqavilədə bu məsələlər öz əksini tapıbsa, razılaşmalı və ya provayderdən imtina etməlisiniz. Əks halda 195-2 telefonu ilə dövlət qurumuna zəng vurun, şikayətinizi bildirin və ya bizə yazılı ərizə ilə müraciət edin. |
|
|
|
|
25.01.2016 |
mirvari germi |
Sual: salam ,bilmek isteyirdim azerbaycan sabun,maye sabunu,qab yuyan sabun ve sampun istehsal eden Iran islam respublikasindan bir zavoudn burda zavod filiali acmasi ucun hara muraciet etmek lazimdir. |
Cavab: Bu çətin məsələ deyildir. Yer tapmaq, vergi uçotuna durmaq, gigiyenik sertifikat almaq, standart şəhadərnaməsi almaq, bank hesabı və s. Buyurun işə başlayın. Nə lazım olsa təmənnasız kömək etməyə hazırıq. |
|
|
|
|
15.01.2016 |
Daşqın Göyüşov |
Sual: Salam;ankyağın qiyməti 6.60 m-dən 11 manata yüksəlib.Bunun sirrini açiqlayın |
Cavab: Xaricdən alınan yağdır. Artım təbiidir. |
|
|
|
|
15.01.2016 |
Mələk Qasımova |
Sual: çörəyin qiyməti bu gün də duşmədi.Sebebini siz bilərsiniz.xahiş edirəm bu haqda məlumat verin |
Cavab: Şikayətinizi 195 -2 telefonu ilə və ya 161 telefonu ilə dövlət orqanlarına bildirin. |
|
|
|
|
13.01.2016 |
Mehbara Musaeva |
Sual: Salam . problemim qaz sayğacı ilə bağlıdı. Qaz xətti var laki dəfələrlə müraciət etməyimizə baxmayaraq sayğac qoymurlar.xahis edirəm köməklik gostetesiniz |
Cavab: Zahiş edirik imza qoymaqla saytımızda göstərilən ərizə formasına uyğun ərizə yazın. Hüququnuzu təmənnasız qoruyaq. |
|
|
|
|
11.01.2016 |
feride seferova |
Sual: salam 25122015 tarixinde nolimit magazasindan 5 man 49 qep mebleginde aksessuar(suni daslar) almisam.paltarima yarasmadigi ucun bu gun qaytarmaq istedim.dediler ki neinki qaytarmaq hec deyismek de mumkun deyil.17 gun kecib hec ne elemek olmaz? magazaya elan da yazib vurublar alinan mallar qaytarilmir ve deyisdirilmir. |
Cavab: Ətraflı ərizə yazın, imza qoyun, həll edək və ya 195 (2) telefonuna zəng vurun məlumat verin. |
|
|
|
|
|
Sual yaz |
|
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30 31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
|
|
|
|
Əmtəə bazarında sağlamlıq üçün təhlükəli qənd satılır, AQTA-nin apardığı işlər davamlı deyil, epizodikdir!
Bu barədə “Azad İstehlakçılar” İctimayi Birliyi (AİİB) 2019-cu ildə araşdırma apararaq cəmiyyətə ətrafli məlumat vermiş,bütün müvafiq Dövlət qurumlarına,o cümlədən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə(AQTA) rəsmi müraciətlər etmiş,Respublika Prokurorluğu,Dövlət Gömrük komitəsi və digər qurumlar tərəfindən müvafiq tədbirlər görülmüş,”kəllə qənd”istehsalı zamanı qəndin ağardılmasında mənşəyi məlum olmayan kimyəvi maddələrdən istifadə etdiyinə görə bir sira qənnadı məmulatlarının istehsali müəssiələrində reydlər kecirilmiş,qanun pozuntuları aşkar edilərək cavabdeh şəxslər həbs olunmuşdur.Eyni zamanda qəndin ağardılmasında istifadə olunan kimyəvi maddəni ölkəyə idxal edən şəxslər cinayət məsuliyyətinə alinmışlar! Bu işlər 2019-cu ildə olmuşdur.
Bəs hazırda vəziyyət necədir?!
Belə ki, AİİB istehlakçılardan daxil olan məlumatlar əsasında bazardakı vəziyyətə nəzər yetirmiş, bir “Kəllə qənd”nümunəsinin akkreditasiya olunmuş laboratoriyada ekspertizasının nəticələrini əldə edərək, insan sağlamlığı üçün təhlükə törədən qəndlərin bazarda geniş şəbəkə ilə satıldığını müəyyən etmişdir.
AİİB tərəfindən aparılmış araşdırmanı bir daha xatırlasaq, məlum olur ki, hazırda da şəkər tozundan kəllə qənd hazırlamaq ücün, əksər kəllə qənd istehsalcıları daha ucuz olan kimyalaşma yolunu secirlər. Xatırladaq ki, şəkər tozundan bəyaz kəllə qənd əldə etmək ücün iki üsul mövcuddur:
1) Şəkər tozu qaynadılır, bişirilir, alınan məhlul qaynatma zamanı sarı rəngə boyandığından, bu məhluldan bəyaz kəllə qənd almaq üçün məhlul bərkiyəndən sonra sarı rəngli kəllə qənd kütlələri, çox böyük firlanma sürətinə malik olan və yüksək məsrəflərlə başa gələn “Sentrafuqa”qurğusuna yerləşdirilir, burda yüksək mərkəzdənqaçma təcilinə məruz qalan kütlələrdən sarı maddə ayrılır və mexaniki yolla tam bəyaz “kəllə qənd” əldə olunur.
2) Qaynadıldıqda sarı rəngə boyanmış şəkər tozu məhluluna kimyəvi maddə-Kükürd dioksid (SO2) əlavə edilr, sarı rəngli məhlul bəyaz rəng alır! Bundan sonra məhlul qəlblərə yerləşdirilib soyudulur və gözlə sarılığı cətinliklə ayird edilə bilən ”bəyaz” kəllə qənd əldə edilir.
SO2 kimyəvi maddəsindən əsasən sənayedə parca ağartma, dəri aşılama, xalca yuma kimi sahələrdə istifadə olunur.
Qeyd edək ki, bütün dünyada gəlir əldə etmək, insan sağlamlığını arxa plana keçirtmə istəkləri, o yerə gətirib cıxarmışdır ki, hətta kimyəvi yolla kəllə qənd istehsalına, bəzi ölkələrdə standartlara da daxil etməklə haqq qazandırmışlar. Məsələn MDB məkanında mövcud olan ГОСТ 33222-2015 standartlarında 1 kq bəyaz kəllə qənddə maximum 15 milli qram kükürd dioksidın ola bilməsi nəzərdə tutulmuşdur (bundan öncə bu sahədə qüvvədə olan ГОСТ 22-94 və ГОСТ 31361-2008 standartlarında isə ümumiyyətlə bu maddənin istifadə edilməsinə icazə verilmir). Ölkəmizdə Tayqa Ticarət”müəssıəsi tərəfindən istehsal olunan və əmtəə bazarında satılan “Dad1” kəllə qənd məmulatının tərkibində laboratorioya tədqiqatı 1 kq məhsulda 70,2 mq kükürd dioksid olduğunu göstərmişdir! Yəni təhlükə normasından 4,6 dəfə (500%-ə yaxın) cox!
AİİB-in araşdırmaları göstərir ki, ölkədə mövcud olan 20-yə qədər “Kəllə qənd” istehsalçısı bəyaz kəllə qənd əldə etmək ücün hazırda kimyəvi üsuldan istifadə edir və təhlükəli kimyəvi maddədən qəndi daha bəyaz etmək ücun bol-bol istifadə edirlər!
İstehlakçıların maraqlarını və sağlamlığını əsas tutan AİİB-birmənalı olaraq istehsalçılar tərəfindən kəllə qəndin ümumiyyətlə mexaniki yolla ağardılmasının həyata keçirilməsini istəyir! Ən pis halda isə ГОСТ 33222-2015 standartlarına əsaslanaraq kəllə qənd istehsal edən sahibkarların fəaliyyətinə dövlət tərəfindən ciddi nəzarət edilməsini və sözü gedən kimyəvi qatqının standartda göstərilən normadan əsla yuxarı keçməməklə istifadəsinə icazə verilməsini tələb edir.
O cümlədən, hansı kəllə qənd istehsalı müəssisəsində mexaniki yolla ağartma həyata keçirilmirsə bu müəssiələrdə mütləq vaxtaşırı yoxlamalar aparılmalı, istehsal nümunələrindən götürülüb laborator analizləri aparılmalı, təhlükəli maddələr aşkar olunarsa və ya qatqılarla bağlı normadan kənara çıxmalar müəyyən olunacaqsa, satışda və anbarlarda olan məhsullar qeri cağrılmalı, ictimaiyyətin gözü önündə və KİV-lərin iştiraki ilə məhv edilməlidir. Bu istək və tələblərlə AİİB, Qida Təhlükəsizliyi Agentliyinə, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Dövlət Gömrük komitəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi müraciətlər etmişdir.
AİİB-in sədri: E.Hüseynov
|
|
daha ətraflı... |
|
Ölkəmizdə malların etiket məlumatları tam yarıtmaz vəziyyətdədir,əsasən İrandan idxal olunan mallar!
İstehlakçı xüsusən ərzaq malları haqqında məlumatı birbaşa malın etiketindən alır!İstehlakcının beynəlxalq və yerli hüquqlarından biri də məhz mal haqqında milli dildə informasiya almaq hüququdur!
“Azad İstehlakçılar” İctimayi Birliyi(AİİB) uzun illərdir ki,ən müxtəlif Dövlət orqanlarına yazılı müraciətlər göndərərək bu məsələnin ,yəni vətəndaşlarımızin milli dildə məlumat alma hüququnun de-fakto olaraq taninması barədə tədbirlərin görülməsinə dair təkliflər versə də,bu məsələ həll olunmadan qalir!
Dövlət Dili Haqqında AR-nin qanununun maddəsi: 7.3. Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır
Istehlakcılarin Hüquqlarının Müdafiəsi Haqqında AR-nın Qanununun 13-cü maddəsi:
Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır.
Nazirlər Kabinetinin 94 saylı qərarı,maddə 5.8.” Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə edilmiş tərcümə ilə də müşayiət olunmalıdır”
Qeyd edək ki,malların milli dildə markalanması məsələsi dünyanın əksər ölkələrində ,hətta Azərbaycandan hər cəhətcə zəif olan Ermənistan və Gürcüstanda belə uzun illərdir ki,tam həyata keçirilsə də ölkəmizdə bu məsələ həll olunmadan qalır.Əlbəttə bu amil,qacaqmal üçün münbit bir şərait yaradır!
İlkin olaraq AİİB malların milli dildə markalanması məsələsini İran İslam Respublikasından idxal olunan ərzaq malları üzərində cəmləşdirməkdən başlamaq niyyətindədir. Cün ki,ən acınacaqlı hal məhz İrandan idxal edilən ərzaq mallarındadır!Əğər Dövlət qurumları qanunun yerinə yetirilməsinə dəstək versə digər çoxsaylı mal və xidmətlərə də keciləcəkdir.24 il ərzində AİİB, BMT-nin beynəlxalq uşaq təşkilatı UNİCEF-in köməyilə yalnəz körpə qidalarının milli dildəmarkalanmasına nail olmuşdur,bu cox azdır! AİİB-n ofisinə istehlakçılar tərəfindən etiraz müraciətləri ilə gətirilən İranda istehsal olunan ərzaq mallarının markalanmasına diqqət yetirdikdə Azərbaycan dilindən başqa digər dillərdə məlumat olduğu görünür,lakin ərzaq malları üçün çox mühüm göstərici olan,istehsal və son istifadə tarixlərinin fars əlifbası ilə yazıldiğını görürük!Şübhəsiz ki,bu istehsalcı tərəfindən bilərəkdən,şüurlu şəkildə edilir ki,malını “Ölməz etsin”,yəni vətəndaşlarımız yararlılıq vaxtı keçmiş malı da alıb istehlak etsinlər!Əlbəttə Azərbaycan istehlakçılarının belə sadəlövhlüklə aldanması səbəbsiz deyil.Əhali ölkəmizdə artıq 3 ildir fəaliyyət göstərən Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) və digər dövlət qurumlarının fəaliyyətinə inanır,düşünür ki,yararlılıq vaxtı keçmiş mal satıla bilməz!Əfsus ki,bu inam özünü doğrultmur və istehlakçıların İran ərzaq mallarından zəhərlənməsinə dair məlumatlar da mövcuddur. Bəzən bu mövzu ilə bağli neqativ halların qarşısını almağa cavabdeh olan dövlət qurumları əməkdaşlarının mediyada pafoslu cıxıçlarına da rast gəlirik,amma “3 müşketyor qanunu” daha uğurla işləyir-birimiz hamimiz ücün,hamımız birimiz üçün - yəni gömrük xeyir-dua verib ölkəyə buraxıbsa vəssalam!
İran ərzaq malları satışı şəbəkələrində ciddi monitoringlərin keçirilməsi,dövlətimizin qanunlarının pozulması ilə ölkəyə idxal olunmuş qeyd olunan nöqsanlı malların satış şəbəkələrindən geri çağrılıb,ictimaiyyətin gözü önündə kütləvi məhv edilməsi,gömrük komitəsində çalışan əməkdaşların diqqətinin bu məsələyə cəlb edilməsinə zərurət yaranmışdir.
Dövlətimizin qanunlarını pozmaqla İran dükanlar şəbəkəsində satışa mal çıxaran 50-dən çox dükan mövcuddur.Bu dükanların bəzilərinin ünvanları:Əsas topdansatış dükanları,Sədərək ticarət mərkəzi,”Lukoyl”YDM-nin yanı(topdan satış),Dərnəgüldə “Elit “TM-nin yaxınlığı(çoxlu sayda),. 1)Bakı şəh.Əsəd Əhmədov 28
2)Xırdalan.texnikumun yaxınlıği.Rahat bazar ilə üzbəüz 3)Maştağa qəs.Savalanın 2-ci girişi 4)Ümid qəs.Laçın məktəbinin qarşısı 5)Neftçala şəh.H.Əliyev pros.Təzə bazar 6)Sahil qəsəbəsi 7)Ballı marketin yaxınlığı050-791-11-12 8)Sumqayıt şəh.2-ci mikr.Rossiya klubunun yanı.777 mağaza 9)Bakı şəh.Sarayevo küç7 10)Binəqədi ray.Xocasən yolu.Netto klubun yanı 11)Gəncə küç.Fujifilmin yanı 12)Əhmədli metrosu çıxışı.Ukrayna dairəsi tərəf 13)Xətai metrosunun arxası.N.Əliyev küç.17 14)Bakı şəh.Fatmayı 15)Hövsan qəs. 16)8 km bazarı.Halal market17)Şirvan şəh.Elite bazarının həyəti18)A.Şərifzadə küç.19519)Dərnəgül qəs.Şır-şır restoranının yanı 20)Xırdalan şəh.Təzə bazarın girişi ilə üzbəüz 21)Nizami metrosunun yanı.Z.Əhmədbəyov küç. 22)Buzovna qəs.Köhnə Polis şöbəsinin yanı 23)Əhmədli metrosu.Məhəmməd Hadi 41 və.s.
AİİB bu məsələni ictımailəşdirməklə bərabər, , Qida Təhlükəsizliyi Agentliyinə, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Dövlət Gömrük komitəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsminə müraciətlər göndərmişdir. Dövlətimizin qanunlarına əməl olunmasında hər bir istehlakcını fəal olmağa cağırırıq və dövlət qurumlarında nəticələr gözləyirik.
AİİB-in sədri: Eyyub Hüseynov
|
|
daha ətraflı... |
|
Press reliz
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə “Azad İstehlakçılar” İctimai Birliyi(AİİB) “Istehlakçılara parça bazar torbalarının paylanılması ilə ekologiyanın qorunmasına dəstək verilməsi” layihəsinin icrası üzrə fəaliyyyətini davam etdirir.
19 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, Alatava 2. ünvanda yerləşən “Araz 20 yanvar Superstore”- da istehlakçılara 150 ədəd parça materialdan tikilmiş bazar çantaları təmənnasız olaraq paylanıldı. Onlara həmçinin ekologiyanın qorunmasına,plastik taralardan imtinaya, qida təhlükəsizliyinə və ştrix koda dair məlumatlar da paylanıldı. İstehlakçılarda parça sumkalara böyük maraq oldu. Tədbirin sonunda çantaların paylanılmasına dair akt tərtib edildi. Eyni zamanda müəyyən istehlakçıların fotosu da çəkildi. Tədbirə dair press reliz hazırlanaraq KİV-lərə göndərildi. Tədbirimiz davam |
|
daha ətraflı... |
|
“Azad İstehlakçılar”
İctimai Birliyi M: +99450 341 62 25
17 avqust 2020-ci il.
Press reliz
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə “Azad İstehlakçılar” İctimai Birliyi (AİİB) “Istehlakçılara parça bazar torbalarının paylanılması ilə ekologiyanın qorunmasına dəstək verilməsi” layihəsinin icrası üzrə fəaliyyyətini davam etdirir.
17 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 60. ünvanda yerləşən “Bolmart” Supermarketdə istehlakçılara 150 ədəd parça materialdan tikilmiş bazar sumkaları təmənnasız olaraq paylanılmışdır. İstehlakçılara həmçinin qida təhlükəsizliyinə və ştrix koda dair məlumatlar da paylanılmışdır. İstehlakçılar böyük həvəslə həmin sumkaları götürürdülər. Tədbirin sonunda sumkaların paylanılmasına dair akt tərtib edildi. Eyni zamanda müəyyən istehlakçıların fotosu da çəkildi.Tədbirimiz davam edəcək. |
|
daha ətraflı... |
|
|