|
|
|
Be |
Ça |
Ç |
Ca |
C |
Ş |
B |
| | | | | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
|
|
|
|
|
|
|
Bu gün ziyarətçilər: (150) |
|
Dunen ziyarətçilər: (181) |
|
Bu gün səhifə baxışı: (180) |
|
Dünən səhifə baxışı: (449) |
|
|
|
Sual-cavab |
|
|
Sual yaz |
|
30.06.2016 |
Elçin Kərimov |
Sual: Salam. Men 23.06.206 tarixdə Baki, Azadliq prospektinde yerleşen Baku Electronics magazasindan kreditle qiymeti texminen1119 manat olan Samsun Galaxy S7 markali mobil telefon aldim. novbəti gun enerji yigmasi üçün şebekeye qoşandan sonra hiss etdim ki telefonun arxasi isinir. Getdim hemin magazaya dediler onlarin resmi temir merkezine müraciet edim, orada xüsüsi qurgu ilə telefonu açmadan diaqnostikadan keçirenden sonra yazili rey verecekler. bu reye esasen magaza ya telefonu deyishecek ya da yox. 29.06.2016 tarixde servisde telefona baxiş keçirdiler ve ciddi cehdle axtarişdan sonra üzlük şüşenin üzərinde gözlə güclə görünen xirda ciziqlar aşkar edib telefonu qaytarmaqdan imtina etdiler. Lakin telefonu heç bir xüsusi qurgu ve ya proqramla yoxlamadan şifahi olaraq bildirdilər ki, telefonun qizmasi tebiidir burda qeyri adi bir şey yoxdur. men de bildirdim ki, bu halda istehsalçinin bu telefon barede verdiyi texniki parametrlərde bu telefonunu qizmasinin tebii ve yarana bilecek hal olmasi barede resmi reyini gosterin. Bele bir sened vere bilmediler. Son neticede temir xidmetinin müdüri emekdaşlarina göstəriş verdi ki bu barede istehsalçiya sorgu gonderilsin ve mene bu barede melumat verilsin. Orada cavabin 2-3 gun erzinde olacagi bildirildi. Xahiş edirem yaranmiş veziyyetle bagli mene köməklik edesiniz ve meslehet veresiniz. |
Cavab: Məsləhət görürəm, Sizin hüququnuzu qorumağa cavabdeh dövlət orqanına - İqtisadiyyat Nazirliyinə zəng edib, şikayətinizi bildirəsnizş - 195- 2; 012 498 15 04 |
|
|
|
|
30.06.2016 |
Sevda Esedova |
Sual: Salam, bir qızın şeklin bir tanışım menden isteyirdi, dostu o qızla tanış olmaq isteyirdi ona göre. Mende bunun erinin ve özünün şeklini gönderdimKi bu qız evlidi. İndi qız meni polise şikayet edib. Şekli gönderdiyim adam Söhbeti üzerinden atır. Deyir men şekil istememişem. Men polis bölmesinde her Şeyi oldugu kimi danışdım. İndi ne olacaq. Mene ne ceza düşecek? |
Cavab: Biz istehlakçı hüququnu qoruyuruq. Əgər Sizə qeyri-qanuni təzyiqlər varsa, təmənnasız olaraq kömək etməyə hazırıq. |
|
|
|
|
30.06.2016 |
Cavid Vahidov |
Sual: Salam. Mən qida məhsulu istehsalı ilə məşqul olmaq istəyirəm. Sadəcə yeyinti məhsullarına verilən uyğunluq, gigiyenik sertifikatı necə və hansı qurumun verdiyini tam oyrənmək istəyirəm.Zəhmət olmasa mənim sualımı cavablandırasınız. Zaman ayırdığınız üçün təşəkkürlər! |
Cavab: Gigiyenik sertifikatı Səhiyyə Nazirliyi verir. Uyğunluq sertifikatını Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi verir. Təmənnasız olaraq hər cür kömək etməyə hazırıq,t əki Siz keyfiyyətli məhsul istehsal edin. |
|
|
|
|
28.06.2016 |
Oqtay Əliyev |
Sual: Salam! Dükanlarda kiçik sarı paketlərdə qara istiot adıyla satılan məhsul nə iyinə görə, nə də görkəminə görə istiota oxşamır. İstiotun iyi xoşagələndir və mən ondan daim istifadə edirəm. Ancaq dediyim paketdəki nədirsə, tütün iyi verir. Dəfələrlə iylədim və siqaret iyi ürəyimi bulandırdı. Dükançıya iradımı bildirdim. O isə nə edim, bizə belə verirlər. Onu da qeyd edim ki, belə paketlər kütləvi bütün dükanlara verilir. Biz alıcılar nə etməliyik? |
Cavab: Rica edirem sizdeki numuneni bize chatdirin. Erize yazin, Sizin ishtirakinizla, komekleshib qarshisini alaq. |
|
|
|
|
21.06.2016 |
tarana veliyeva |
Sual: Salam. Biz 11- ci sinifde oxuyan usaqi kursa yazdirmaq isteyirik. 8-ci km de bazara catmamis ALFA tedris kurslari var idi.Bir az maraqlandiq. Odenis 144 AZN.Guya 180 olub 20 faiz endirim edibler. Bir nece gnden sonra getdim gordum artiq ALFA yox XEZER kurslari yaziblar. Dedim niye bu qebulun vaxti adinizi deyisdirmiziniz dediler ALFA mental kurslari usaqlar ucun idi biz ise 2-ci ad altinda telebe hazirlasdiracagiq. Amma burosurlarda yene mental hazirliq barede reklam gedirdi. Sonra mene dediler ki odenisi tam etmelisiniz. Muqavile baqlayin. Men sorusdum hele iyun ayidi birden setyabracan fikrimi deyissem ve sizin kurs haqqinda nese esitsem gelib muqavileni pozub pulumu goture bilerem. Dediler ki ele sey yoxdu pulunu verdin qurdardi.Geri qaytarmaq sohbeti yoxdu.Dedim hele ders baslamayib siz mene hec bir xidmet gostermemisiniz niye pulumu ala bilmerem. Indi cenablar sualim suzedir.Her yerinden duran kurs acir.Biz mecburuq muraciet edek.Ona gore ki ayri- ayri muellim bahadir.Indi bilmek isteyirem konkret bu kursun tesiscisi kimdi. 2-ci lisenziyani kim verir. 3-cu men pulumu geri ala bileremmi eger kursa getmek barede fikrimi deyissen. Melumat ucun bildirim ki bu barede mene teqdim olunan muqavilede hec ne yazilmayib. Birde axirinci sual niye goren bu kurs adini deyisdirib. Evvelceden tesekkurumu bildiririm. Saq olun. |
Cavab: Bu fəaliyyət lisensizyasız fəaliyyətdir. Pulunuzu geri almaq hüququnuz vardır. Ətraflı ərizə ilə bizə müraciət etsəniz həll edərik. Adın dəyişdirlməsi məsləsi isə bizə aid deyildir. |
|
|
|
|
20.06.2016 |
Pərvanə kazımova |
Sual: Salam. Zəhmət olmasa deyin, suyun tərkibini yoxlatmaq üçün hara müraciət etmək olar? Bizə verilən suyun texniki su olduğundan şübhələnirik. |
Cavab: Azərbaycanda texniki su ümumiyyətlə yoxdur. Sanitar orqanlara müraciət edə bilərsiniz. Bizə təşkilatımıza 0.5l gətirib, codluğunu öyrənə bilərsiniz. |
|
|
|
|
19.06.2016 |
Elsan Mehdizade |
Sual: Salam men bowaniram bilmek isteyirem uwagim 10 ayliqdi anasinda qalacag yoxsa mende.isteyirem mende qalsin bu nece mumkundur. |
Cavab: Biz istehlakçı hüququ qoruyuruq. Suaı bizə aid deyildir. Məsləhət üçün Habil İsgəndərova zəng vura bilərsiniz - 050 314 81 88 |
|
|
|
|
17.06.2016 |
turan Alişov |
Sual: Salam. Men ailemden boşanmamişam evden cixib gedib atasi gile 2aydi uşaqlarimi gostermir ve ustelikde mene tezminat davasi acdiribki 3 uşaqa 150m her ay pul kocurdum ve özunede 200m verim bu dava neqeder duzdu. Evden cixib getmeyininde sebebi menim kende yaşamaqimdi onun ana atasi bakida olur. Men ne ede bilerem? |
Cavab: Biz istehlakçı hüququ qoruyuruq. Suaı bizə aid deyildir. Məsləhət üçün Habil İsgəndərova zəng vura bilərsiniz - 050 314 81 88. |
|
|
|
|
14.06.2016 |
habil memishov |
Sual: salam Gigiyenik sertifikat almag ucun hara ve hansi senedlerle muraciyyet olunmlalidir?evvelceden tesekkur edirik.isinizde ugurlarhabilmemishov@gmail.com |
Cavab: Bunun üçün Səhiyyə Nazirliyinin Gigiyena Mərkəzinə müraciət etməlisiniz. Ordan sənədləri soruşarsınız - 012 423 61 24; 012 422 30 34 |
|
|
|
|
14.06.2016 |
Oqtay Əliyev |
Sual: Salam! İndi bütün idarə və müəssisələrsə, ticarət obyektlərində nəzarət üçün kameralardan istifadə edirlər. Bu, başadüşüləndir. Lakin mənin sualım konkret hadisə ilə bağlı deyil. Yalnız sorğu məqsədi ilədir.Feysbukda canlı yayımda hansısa rayonda super-marketlərin birində marketdə canlı yayım aparılırdı və şəbəkədə bunu istifadəçilər canlı olaraq izləyirlər və mən də bir neçə saniyə onu izlədim.Marketdən alı-veriş edən nsanların simalarını hər gün sosial şəbəkədə yerləşdirmək və yaymaq hüquqi cəhətdən düzgündürmü? |
Cavab: Hesab edirəm ki, bu məsələdə qeyri-qanuni bir amil yoxdur. |
|
|
|
|
12.06.2016 |
samire veliyeva |
Sual: Salam mende 24m odemiwem dunen cox xahiw edirem menede komeklik edesiz .qonsudan borc alib vermisem .ise ehtiyacim olduqu ucun pulu odedim mene sms geldi ki 21-i ise cixirsiz ne qeder zeng vururam zeng catmir iki nomreye birinin adi Samil idi |
Cavab: Azerqida MMC Sizi aldadır, polisə müraciət edin. |
|
|
|
|
11.06.2016 |
Fəxriyyə Balakişiyeva |
Sual: Salam. Biz dekabr ayında Avropa qapılarından 5 qapı sifariş vermişdik. Müqavilə imzaladıq, müqaviləyə görə sifariş yanvar ayının 11 i gəlməli idi. Bir ay sifarişi gecikdirdilər. Fevral ayında gəldi sifarişlər. Onlardan da bir neçəsində problem var idi, geri göndərdik bir həftəyə gələcək olan qapı yenə bir aya gəldi. Mart ayında gəlib qoydular qapıları. Qapı çərçivələrindən birinin ölçüsünü səhv gətirmişdilər . Bir həftəyə gətirəcəklərini dedilər, üç aydan çoxdu ki keçib hələ də gətirməyiblər. Pulun yarısını müqavilə bağlayanda verdik, Digər yarısını qapılar qoyulandan sonra verilməli idi, ancaq qapılari evə gətirən kimi heç qoymamiş bütün pulu aldılar. İndi həm çərçivəyə görə həm də dəmir qapıda problemlər var onda görə üç aydır ki zəng edərək, bizə usta gələr deyərlər, dəqiq cavab vermirlər. Son bir həftə isə sifarişləri verdiyimiz ofis telefonlarımıza cavab vermir. Zəhmət olmasa kömək edərdiniz. |
Cavab: İqtisadiyyat Nazirliyinə müraciət edin 195-2 və ya 498-15-04 nömrələri vasitəs ilə. Və yaxud da gəlin ofisimizə çalışaq, kömək edək. |
|
|
|
|
11.06.2016 |
sabir memmedov |
Sual: salam.mende 22 manat odedim azer qida firildagcilarina.ofisin unvanin yazardiniz zehmet olmasa |
Cavab: Ofisimizin ünvanı S.RƏhimov 201/10. Azerqida MMC Sizi aldadır. Polisə müraciət edin və ya gəlin ərizə yazın, hüququnuzu qoruyaq. |
|
|
|
|
10.06.2016 |
Sona Huseynova |
Sual: Salam.men azerqida mmcnin elanini gordum lalafo.az saytinda iw ucun muraciet etdim seheri gun cavab geldiki ki ise cagirilirsiz.19manat odeniw etmiwem.bu qeder insani aldadir bu sirket.niye hec bir tedbir gorulmur?sikayet etmek ucun ne etmey lazimdi..ofisiniz hardadi unvani deye bilersiz? |
Cavab: Sizi aldadırlar. Azerqidadan bizə çoxlu şikayət gəlir. Polisə müraciət edin və ya gəlin bizə ətraflı ərizə yazın. |
|
|
|
|
09.06.2016 |
surac quliyev |
Sual: salam men azerqida mmc bele bir sirket iw elanin gordum cv gonderdim.sehersi gunu qebul oldugumu yazdilar sigorta ucun million vasitesiyle pul odemeyi sora elaqe saxlamagi istediler.bu nederecede duzgundu? |
Cavab: Sizi aldadırlar. Azerqidadan bizə çoxlu şikayət gəlir. Polisə müraciət edin və ya gəlin bizə ətraflı ərizə yazın. |
|
|
|
|
09.06.2016 |
Anar Salmanov |
Sual: Salam men 2 dovlet qurumundan shikayet etmey istiyirem AZERIQAZ ve AZERISHIQ her ikisinin qaynar xetlerine bununla bagli zeng edib bildirmishem bir faydasi olmuyub.Bununla bagli zehmet olmasa komeklik edardiz |
Cavab: Bütün dünyada, bütün zamanlarda vətəndaşın problemi olarsa hökumətinə müraciət edir. Buyurun şikayətinizi İqtisadiyyat Nazirliyinə bildirin. telefonlar 195-2 və ya 498-15-04 |
|
|
|
|
09.06.2016 |
Əkrəm Axundov |
Sual: Salam Eyyub məllim. Mənim şikayətim "KONTAKT HOME" şirketindendir 2014 cü ilde telefon aldım 3 il zemanet verildi.Artiq 2 dəfə telefonda problem yaranib sonuncu defe servis bildirdi ki, telefonun platası yanib biz bunu təmir edə bilmirik yaxınlaşın dükana 15%endirimlə yeni telefon alin. Mən isə onlara bildirdim ki, əğər siz təmir edə bilmirsinizsə bu barədə mənə yazılı surətdə sənəd təqdim edin məndə məhkəmə orqanlarina şikayət edəcəcəm. Lakin onlar bu sənədi verməkdən imtina etdilər və bildirdilər ki, hara isteyirsiniz şikayət edin. Xahiş edirəm köməklik edəsiniz. |
Cavab: 1. 195-2 telefonunuza zəng edin, şikayətinizi dövlət orqanına edin.
2. Bizə saytımızda göstərilən ərizə formasına uyğun ətraflı ərizə yazın, imzalayaraq bizə göndərin, hüququnuzu təmənnasız qoruyaq. |
|
|
|
|
07.06.2016 |
Roza Huseynova |
Sual: Salam men Azer qida mmc şirketine işçi teleb oldugunu gordum cv gonderdim bir nece gunden sonra cavab geldi 1-ìse çağrilirsiniz .Mene dediler milli öne 19manat ödemelisiniz .Ödedim çekde elimdedi .İndi hemin íşbazlara zeng çatmir xaiş edirem mene kömeklik gosderesiniz.Zehmet olmasa ünvani da deyin. |
Cavab: Təcili gəlin ofisimizə ərizə yazın. |
|
|
|
|
07.06.2016 |
Gündüz Ramazanov |
Sual: Salam. Marketlərdə "İsmayıllı Qatığı" adlı qatıq satılır. Lakin istehsal ünvanı olaraq "Binəqədi rayonu, Baksol qəsəbəsi" göstərilib. Bu istehlakçıları aldatmaq, çaşdırmaq sayılmırmı? İsmayıllı hara, Binəqədi hara?! Hər şey kənara, Binəqədidə istehsal olunan məhsulu İsmayıllı adı ilə necə qeydiyyata alıblar, görəsən. Bu da məsələnin 2-ci tərəfi.Təşəkkür edirəm. |
Cavab: Rica edirəm, diqqətlə baxın. Güman ki, adı \"İvanovka\"dır. Sizinlə həmfikirəm. Dəfələrlə dövlətorqanları arasında qaldırmışam. Bu ad altında 10-a qədər yalançı dükanlar, 20növə qədər mal satılır. Təşkilatımız müəyyən sənədləri əldə etmək üzərində iş aparır və bu hala son qoymaq fikrindəyik. |
|
|
|
|
07.06.2016 |
Rasim Memmedov |
Sual: Salam.Internet vasitesi ile bele bir ish elani vermishdiler Azer qida mmc adi altinda.CV-leri whatsappa gondermeyi dediler.20 gunden sonra bele bir cavab geldiki emeyin sigortalanmasi ucun 19 manat odemelisiniz.Qeribesi odurki odeme Million aparatlaridaki Kassam bolmesinde verilen bir nomreye odemelisiniz.Bu ne derecede dogrudur. |
Cavab: Ərizəniz qəbul eidldi və polisə göndərildi. |
|
|
|
|
06.06.2016 |
Salman Hüseynov |
Sual: 2015in oktyabr ayında kimyəvi təmizləmə kürkü yararsız hala salıb. İİN İHM DX nə müraciət olunub. İşə baxılıb, lakin xidmət güstərən ziyanı ödəməkdən imtina etdiyinə görə dövlət xidmətindən Məhkəməyə müraciət etmək tövsiyyə olunub, və 3-cü tərəf kimi iştirak etməyi spz verib. Yasamal r-n məhkəməsində işə baxılır, lakin məhkəmənin dəvətinə baxmayaraq mən üçüncü iclasdır ki DX nümayindəsi iclasa gəlmir. Nəticədə mən, hüquqi təhsilim olmayaraq, ÖZÜM TƏK həm vəkil, həm iddiaçı kimi çıxış edirəm. Növbəti məhkəmə içlası 08.06.2016 ya təyin olunub. Xahiş edirəm, mənə qanunvericilikdə olan bəzi nyuanslarla əlaqədar, qanun çərçivəsində mənə yardım köstərib, məhkəmədə iştirak edəsiniz. Bundan əvvəl iş yeni başlayarkən Sizə müraciət etdim, və sizin məsləhətinizlə ərizə formasını doldurdum, İMZALAYIB internetlə sizin internet ünvanınıza yolladım. Lakin sizin Birlikdən mənə heç bir cavab gəlmədi.Hörmətlə, Salman Hüseynovtel. 050 3146599, (012) 4973346 |
Cavab: Artıq bu işə dövlət orqanı və çəhkəmələr qarışmışdır. Məsləhət görürəm ki, İqtisadiyyat Nazirliyinin rəsmiləri ilə görüşün və məhkəmədə iştirak üçün xahiş edin. Çalışın dövlət qurumunun dəstəyini alasınız. Çünki Sizin bizə göndərdiyiniz ərizə qeyd etdiyiniz dövlət qurumuna göndərilmişdir. |
|
|
|
|
06.06.2016 |
Elvin Memmedov |
Sual: sizin ofis harda yerlesir? birde elaqe nomrelerini qeyd edinde zehmet deyilse |
Cavab: Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov 201/10 (28 May metrosunun əsas çıxışının yaxınlığında, Vital Klinika ilə üzbəüz), 012 441 28 33, 012 449 89 95 |
|
|
|
|
05.06.2016 |
serxan recebov |
Sual: salam.men bir hefte once tarqovudaki magazalardan biirnnen salvar aldim.orda beyendim eynime biraz dar idi ama beyendiyimcun aldim.eve geldim birde geyinib baxdim dordum dardi..ishden cxa bilmedim ki qaytaram.etiketinide cixarib atmisam ustunnen amma subut kimi onu deyimki kartla odenish etmisem.onnan ucuz basqasini aldim indi bunu qaytarsam mene etiketi behane ede bilerlermi..xais edirem cavablayasiz . |
Cavab: Mövcud qanuna görə, malın etiketinin üstündə olması zərurirdir. İstisna olunmur ki, danışıq yolu ilə kompromisə gəlmək olar. Bütün hallarda dövlət orqanına - 195-2 nömrəsi ilə müraciət edə bilərsiniz. |
|
|
|
|
05.06.2016 |
Elvin Memmedov |
Sual: Salam kecen ayin 27si Azerqida firmasina cv gondermisdim.3gun sonra mene sms geldiki ise qebul oldunuz ayin 1i ise cixin,19manat odenis edin qebzinde seklini bize gonderin.ama helede onlardan cavab gelmeyib,nomrelerede zeng catmir ,Xahis edirem komeklik edesiniz |
Cavab: Rica edirəm, gəlin bizim ofisə,ətraflı ərizə yazın, ya iş məsələnizi həll edək, ya da pulunuzu qaytartdıraq.
|
|
|
|
|
05.06.2016 |
Nərgiz Kazımova |
Sual: Salam. Mən bu yaxınlarda Coca Cola istehsalı olan Fuse Tea aldım. Qablaşdırmanın üzərinə "70 qəpik**" yazılsa da marketlərdə 1 manat, 99 qəpik, bəzi yerlərdə isə 1.20 manata satılır. Səbəb maraqlıdır. Sualımı cavablandırsanız sevinərəm |
Cavab: Bizim təşkilata ətraflı ərizə yazsanız, həm antireklam edərik, həm də vəziyyətin düzəlməsi üçün Sizin iştirakınızla iş apararıq (TV veriliş və s.) |
|
|
|
|
01.06.2016 |
Resul Eliyev |
Sual: Salam men bir nece gun evvel tap.az saytinda iş elani gordum azerqida.mmc ye işci axtarirdilar cv i gonderdim iyun ayının 1 i işe cagirdilar ve 19 manat millionde pul odememi istediler dedi odeyin şeklin çekib bize gonderin biz sizle elaqe saxlayacagiq. Helede mene zeng elemeyibler. Hemin nomreye zeng edirem zeng catmir. Xaiş edire mene komeklik edesiniz |
Cavab: Rica edirəm, gəlin bizim ofisə,ətraflı ərizə yazın, ya iş məsələnizi həll edək, ya da pulunuzu qaytartdıraq. |
|
|
|
|
29.05.2016 |
Cavid Balayev |
Sual: Salam Men bravo marketden Pendir almisdim . Pendirin isteifade vaxtina 3 gun qalmisdi . Men onu istifade etmek isteyende Kohne oldugunu gorum Ve dukana qaytarmaq isteyende onu geri goturmeldiler Meni onu isti yerde saxlayib . Xarab olmasina sebeb oldugumda gunahlandirdilar Amma pendirin ici kif atmisdi Men bu barede hansi orqana sikayet etmeliyem Ve ya siz mene komek ede bielrsiz Menim huqularmi mudafiyesi ucun |
Cavab: 195-2 nömrəsi ilə İqtisadiyyat Nazirliyinə məlumat verin. |
|
|
|
|
25.05.2016 |
Aqasif Memmedyarov |
Sual: Salam.01.09.2007 tarixinden 01.03.2010 tarixine qeder 501 manat isiq pulu yazilmisdir.Hormetli prezidentimizin serencami ile 2013cu ilde isiq borclari dondurulmusdur.Indi bu ev satisa cixarilmisdir isiq idaresi bu borcun odenilmesini isteyir.Bu borcun odenilmelsi mecburidir yoxsa evi alan sexsin hesabina kece bilermi? |
Cavab: Evin yeni sahibinin adina kecirilmesi mentiqe ve qanunlara uygun deyildir. |
|
|
|
|
25.05.2016 |
Mehbara Musaeva |
Sual: Salam,bir neçə gün bundan əvvəl qardaşım cv ilə Azeri Qida MMC şirkətinə vakansiya ilə bağlı müraciət etmişdir.Bu gün də işə götürdüklərini bildirdilər lakin işə gəlməzdən əvvəl 19AZN pul onların hesabına köçürülməsini istədilər.Həmin çekin də şəklini çəkməlidi qardaşım elə bildirdilər. Bu şirkət haqqında internetdə araşdırma etdim lakin dolğun məlumat ala bilmədim.Bilmək istərdim ki bu hoqqabazlarin işidi? Çünki mən belə bir halla qarşılaşmamışam işə götürülərken.Təşəkkürlər |
Cavab: Hörmətli Mehparə xanım, ətraflı ərizə yazin, köməkliyimizi göstərək. |
|
|
|
|
21.05.2016 |
Mehri Mamedova |
Sual: Salam.Men 10aydi yoldawimdan ayrilmiwam.Senetle hele yox,2uwagimiz var.Bilmek isteyrem bowananda uwaqlara ne qeder aliment duwur?birde ev duwur?xatirladimki onlar mecburi kockunduler.Ama oz wexsi bir otagli evi var.Cavab yazarsaniz sevinerem.Evvelceden tewekkurler. |
Cavab: Biz alıcı hüquqları qoruyuruq. Bu bizə aid məsələ deyildir. Məsləhət ala bilərsiniz Habil İsgəndərlidən 050 314 81 88. |
|
|
|
|
|
Sual yaz |
|
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28 29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
|
|
|
|
Əmtəə bazarında sağlamlıq üçün təhlükəli qənd satılır, AQTA-nin apardığı işlər davamlı deyil, epizodikdir!
Bu barədə “Azad İstehlakçılar” İctimayi Birliyi (AİİB) 2019-cu ildə araşdırma apararaq cəmiyyətə ətrafli məlumat vermiş,bütün müvafiq Dövlət qurumlarına,o cümlədən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə(AQTA) rəsmi müraciətlər etmiş,Respublika Prokurorluğu,Dövlət Gömrük komitəsi və digər qurumlar tərəfindən müvafiq tədbirlər görülmüş,”kəllə qənd”istehsalı zamanı qəndin ağardılmasında mənşəyi məlum olmayan kimyəvi maddələrdən istifadə etdiyinə görə bir sira qənnadı məmulatlarının istehsali müəssiələrində reydlər kecirilmiş,qanun pozuntuları aşkar edilərək cavabdeh şəxslər həbs olunmuşdur.Eyni zamanda qəndin ağardılmasında istifadə olunan kimyəvi maddəni ölkəyə idxal edən şəxslər cinayət məsuliyyətinə alinmışlar! Bu işlər 2019-cu ildə olmuşdur.
Bəs hazırda vəziyyət necədir?!
Belə ki, AİİB istehlakçılardan daxil olan məlumatlar əsasında bazardakı vəziyyətə nəzər yetirmiş, bir “Kəllə qənd”nümunəsinin akkreditasiya olunmuş laboratoriyada ekspertizasının nəticələrini əldə edərək, insan sağlamlığı üçün təhlükə törədən qəndlərin bazarda geniş şəbəkə ilə satıldığını müəyyən etmişdir.
AİİB tərəfindən aparılmış araşdırmanı bir daha xatırlasaq, məlum olur ki, hazırda da şəkər tozundan kəllə qənd hazırlamaq ücün, əksər kəllə qənd istehsalcıları daha ucuz olan kimyalaşma yolunu secirlər. Xatırladaq ki, şəkər tozundan bəyaz kəllə qənd əldə etmək ücün iki üsul mövcuddur:
1) Şəkər tozu qaynadılır, bişirilir, alınan məhlul qaynatma zamanı sarı rəngə boyandığından, bu məhluldan bəyaz kəllə qənd almaq üçün məhlul bərkiyəndən sonra sarı rəngli kəllə qənd kütlələri, çox böyük firlanma sürətinə malik olan və yüksək məsrəflərlə başa gələn “Sentrafuqa”qurğusuna yerləşdirilir, burda yüksək mərkəzdənqaçma təcilinə məruz qalan kütlələrdən sarı maddə ayrılır və mexaniki yolla tam bəyaz “kəllə qənd” əldə olunur.
2) Qaynadıldıqda sarı rəngə boyanmış şəkər tozu məhluluna kimyəvi maddə-Kükürd dioksid (SO2) əlavə edilr, sarı rəngli məhlul bəyaz rəng alır! Bundan sonra məhlul qəlblərə yerləşdirilib soyudulur və gözlə sarılığı cətinliklə ayird edilə bilən ”bəyaz” kəllə qənd əldə edilir.
SO2 kimyəvi maddəsindən əsasən sənayedə parca ağartma, dəri aşılama, xalca yuma kimi sahələrdə istifadə olunur.
Qeyd edək ki, bütün dünyada gəlir əldə etmək, insan sağlamlığını arxa plana keçirtmə istəkləri, o yerə gətirib cıxarmışdır ki, hətta kimyəvi yolla kəllə qənd istehsalına, bəzi ölkələrdə standartlara da daxil etməklə haqq qazandırmışlar. Məsələn MDB məkanında mövcud olan ГОСТ 33222-2015 standartlarında 1 kq bəyaz kəllə qənddə maximum 15 milli qram kükürd dioksidın ola bilməsi nəzərdə tutulmuşdur (bundan öncə bu sahədə qüvvədə olan ГОСТ 22-94 və ГОСТ 31361-2008 standartlarında isə ümumiyyətlə bu maddənin istifadə edilməsinə icazə verilmir). Ölkəmizdə Tayqa Ticarət”müəssıəsi tərəfindən istehsal olunan və əmtəə bazarında satılan “Dad1” kəllə qənd məmulatının tərkibində laboratorioya tədqiqatı 1 kq məhsulda 70,2 mq kükürd dioksid olduğunu göstərmişdir! Yəni təhlükə normasından 4,6 dəfə (500%-ə yaxın) cox!
AİİB-in araşdırmaları göstərir ki, ölkədə mövcud olan 20-yə qədər “Kəllə qənd” istehsalçısı bəyaz kəllə qənd əldə etmək ücün hazırda kimyəvi üsuldan istifadə edir və təhlükəli kimyəvi maddədən qəndi daha bəyaz etmək ücun bol-bol istifadə edirlər!
İstehlakçıların maraqlarını və sağlamlığını əsas tutan AİİB-birmənalı olaraq istehsalçılar tərəfindən kəllə qəndin ümumiyyətlə mexaniki yolla ağardılmasının həyata keçirilməsini istəyir! Ən pis halda isə ГОСТ 33222-2015 standartlarına əsaslanaraq kəllə qənd istehsal edən sahibkarların fəaliyyətinə dövlət tərəfindən ciddi nəzarət edilməsini və sözü gedən kimyəvi qatqının standartda göstərilən normadan əsla yuxarı keçməməklə istifadəsinə icazə verilməsini tələb edir.
O cümlədən, hansı kəllə qənd istehsalı müəssisəsində mexaniki yolla ağartma həyata keçirilmirsə bu müəssiələrdə mütləq vaxtaşırı yoxlamalar aparılmalı, istehsal nümunələrindən götürülüb laborator analizləri aparılmalı, təhlükəli maddələr aşkar olunarsa və ya qatqılarla bağlı normadan kənara çıxmalar müəyyən olunacaqsa, satışda və anbarlarda olan məhsullar qeri cağrılmalı, ictimaiyyətin gözü önündə və KİV-lərin iştiraki ilə məhv edilməlidir. Bu istək və tələblərlə AİİB, Qida Təhlükəsizliyi Agentliyinə, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Dövlət Gömrük komitəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi müraciətlər etmişdir.
AİİB-in sədri: E.Hüseynov
|
|
daha ətraflı... |
|
Ölkəmizdə malların etiket məlumatları tam yarıtmaz vəziyyətdədir,əsasən İrandan idxal olunan mallar!
İstehlakçı xüsusən ərzaq malları haqqında məlumatı birbaşa malın etiketindən alır!İstehlakcının beynəlxalq və yerli hüquqlarından biri də məhz mal haqqında milli dildə informasiya almaq hüququdur!
“Azad İstehlakçılar” İctimayi Birliyi(AİİB) uzun illərdir ki,ən müxtəlif Dövlət orqanlarına yazılı müraciətlər göndərərək bu məsələnin ,yəni vətəndaşlarımızin milli dildə məlumat alma hüququnun de-fakto olaraq taninması barədə tədbirlərin görülməsinə dair təkliflər versə də,bu məsələ həll olunmadan qalir!
Dövlət Dili Haqqında AR-nin qanununun maddəsi: 7.3. Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır
Istehlakcılarin Hüquqlarının Müdafiəsi Haqqında AR-nın Qanununun 13-cü maddəsi:
Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır.
Nazirlər Kabinetinin 94 saylı qərarı,maddə 5.8.” Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə edilmiş tərcümə ilə də müşayiət olunmalıdır”
Qeyd edək ki,malların milli dildə markalanması məsələsi dünyanın əksər ölkələrində ,hətta Azərbaycandan hər cəhətcə zəif olan Ermənistan və Gürcüstanda belə uzun illərdir ki,tam həyata keçirilsə də ölkəmizdə bu məsələ həll olunmadan qalır.Əlbəttə bu amil,qacaqmal üçün münbit bir şərait yaradır!
İlkin olaraq AİİB malların milli dildə markalanması məsələsini İran İslam Respublikasından idxal olunan ərzaq malları üzərində cəmləşdirməkdən başlamaq niyyətindədir. Cün ki,ən acınacaqlı hal məhz İrandan idxal edilən ərzaq mallarındadır!Əğər Dövlət qurumları qanunun yerinə yetirilməsinə dəstək versə digər çoxsaylı mal və xidmətlərə də keciləcəkdir.24 il ərzində AİİB, BMT-nin beynəlxalq uşaq təşkilatı UNİCEF-in köməyilə yalnəz körpə qidalarının milli dildəmarkalanmasına nail olmuşdur,bu cox azdır! AİİB-n ofisinə istehlakçılar tərəfindən etiraz müraciətləri ilə gətirilən İranda istehsal olunan ərzaq mallarının markalanmasına diqqət yetirdikdə Azərbaycan dilindən başqa digər dillərdə məlumat olduğu görünür,lakin ərzaq malları üçün çox mühüm göstərici olan,istehsal və son istifadə tarixlərinin fars əlifbası ilə yazıldiğını görürük!Şübhəsiz ki,bu istehsalcı tərəfindən bilərəkdən,şüurlu şəkildə edilir ki,malını “Ölməz etsin”,yəni vətəndaşlarımız yararlılıq vaxtı keçmiş malı da alıb istehlak etsinlər!Əlbəttə Azərbaycan istehlakçılarının belə sadəlövhlüklə aldanması səbəbsiz deyil.Əhali ölkəmizdə artıq 3 ildir fəaliyyət göstərən Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) və digər dövlət qurumlarının fəaliyyətinə inanır,düşünür ki,yararlılıq vaxtı keçmiş mal satıla bilməz!Əfsus ki,bu inam özünü doğrultmur və istehlakçıların İran ərzaq mallarından zəhərlənməsinə dair məlumatlar da mövcuddur. Bəzən bu mövzu ilə bağli neqativ halların qarşısını almağa cavabdeh olan dövlət qurumları əməkdaşlarının mediyada pafoslu cıxıçlarına da rast gəlirik,amma “3 müşketyor qanunu” daha uğurla işləyir-birimiz hamimiz ücün,hamımız birimiz üçün - yəni gömrük xeyir-dua verib ölkəyə buraxıbsa vəssalam!
İran ərzaq malları satışı şəbəkələrində ciddi monitoringlərin keçirilməsi,dövlətimizin qanunlarının pozulması ilə ölkəyə idxal olunmuş qeyd olunan nöqsanlı malların satış şəbəkələrindən geri çağrılıb,ictimaiyyətin gözü önündə kütləvi məhv edilməsi,gömrük komitəsində çalışan əməkdaşların diqqətinin bu məsələyə cəlb edilməsinə zərurət yaranmışdir.
Dövlətimizin qanunlarını pozmaqla İran dükanlar şəbəkəsində satışa mal çıxaran 50-dən çox dükan mövcuddur.Bu dükanların bəzilərinin ünvanları:Əsas topdansatış dükanları,Sədərək ticarət mərkəzi,”Lukoyl”YDM-nin yanı(topdan satış),Dərnəgüldə “Elit “TM-nin yaxınlığı(çoxlu sayda),. 1)Bakı şəh.Əsəd Əhmədov 28
2)Xırdalan.texnikumun yaxınlıği.Rahat bazar ilə üzbəüz 3)Maştağa qəs.Savalanın 2-ci girişi 4)Ümid qəs.Laçın məktəbinin qarşısı 5)Neftçala şəh.H.Əliyev pros.Təzə bazar 6)Sahil qəsəbəsi 7)Ballı marketin yaxınlığı050-791-11-12 8)Sumqayıt şəh.2-ci mikr.Rossiya klubunun yanı.777 mağaza 9)Bakı şəh.Sarayevo küç7 10)Binəqədi ray.Xocasən yolu.Netto klubun yanı 11)Gəncə küç.Fujifilmin yanı 12)Əhmədli metrosu çıxışı.Ukrayna dairəsi tərəf 13)Xətai metrosunun arxası.N.Əliyev küç.17 14)Bakı şəh.Fatmayı 15)Hövsan qəs. 16)8 km bazarı.Halal market17)Şirvan şəh.Elite bazarının həyəti18)A.Şərifzadə küç.19519)Dərnəgül qəs.Şır-şır restoranının yanı 20)Xırdalan şəh.Təzə bazarın girişi ilə üzbəüz 21)Nizami metrosunun yanı.Z.Əhmədbəyov küç. 22)Buzovna qəs.Köhnə Polis şöbəsinin yanı 23)Əhmədli metrosu.Məhəmməd Hadi 41 və.s.
AİİB bu məsələni ictımailəşdirməklə bərabər, , Qida Təhlükəsizliyi Agentliyinə, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Dövlət Gömrük komitəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsminə müraciətlər göndərmişdir. Dövlətimizin qanunlarına əməl olunmasında hər bir istehlakcını fəal olmağa cağırırıq və dövlət qurumlarında nəticələr gözləyirik.
AİİB-in sədri: Eyyub Hüseynov
|
|
daha ətraflı... |
|
Press reliz
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə “Azad İstehlakçılar” İctimai Birliyi(AİİB) “Istehlakçılara parça bazar torbalarının paylanılması ilə ekologiyanın qorunmasına dəstək verilməsi” layihəsinin icrası üzrə fəaliyyyətini davam etdirir.
19 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, Alatava 2. ünvanda yerləşən “Araz 20 yanvar Superstore”- da istehlakçılara 150 ədəd parça materialdan tikilmiş bazar çantaları təmənnasız olaraq paylanıldı. Onlara həmçinin ekologiyanın qorunmasına,plastik taralardan imtinaya, qida təhlükəsizliyinə və ştrix koda dair məlumatlar da paylanıldı. İstehlakçılarda parça sumkalara böyük maraq oldu. Tədbirin sonunda çantaların paylanılmasına dair akt tərtib edildi. Eyni zamanda müəyyən istehlakçıların fotosu da çəkildi. Tədbirə dair press reliz hazırlanaraq KİV-lərə göndərildi. Tədbirimiz davam |
|
daha ətraflı... |
|
“Azad İstehlakçılar”
İctimai Birliyi M: +99450 341 62 25
17 avqust 2020-ci il.
Press reliz
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə “Azad İstehlakçılar” İctimai Birliyi (AİİB) “Istehlakçılara parça bazar torbalarının paylanılması ilə ekologiyanın qorunmasına dəstək verilməsi” layihəsinin icrası üzrə fəaliyyyətini davam etdirir.
17 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 60. ünvanda yerləşən “Bolmart” Supermarketdə istehlakçılara 150 ədəd parça materialdan tikilmiş bazar sumkaları təmənnasız olaraq paylanılmışdır. İstehlakçılara həmçinin qida təhlükəsizliyinə və ştrix koda dair məlumatlar da paylanılmışdır. İstehlakçılar böyük həvəslə həmin sumkaları götürürdülər. Tədbirin sonunda sumkaların paylanılmasına dair akt tərtib edildi. Eyni zamanda müəyyən istehlakçıların fotosu da çəkildi.Tədbirimiz davam edəcək. |
|
daha ətraflı... |
|
|