|
|
|
Be |
Ça |
Ç |
Ca |
C |
Ş |
B |
| | | | | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
|
|
|
|
|
|
|
Bu gün ziyarətçilər: (144) |
|
Dunen ziyarətçilər: (181) |
|
Bu gün səhifə baxışı: (174) |
|
Dünən səhifə baxışı: (449) |
|
|
|
Sual-cavab |
|
|
Sual yaz |
|
08.12.2016 |
Taleh Sultanov |
Sual: Salam baqiwlayin narahat edirem size bir sualim var.Men ehmeslide bir evde qeydiyatdayan ama ev menim adıma deyil bezi sebeblere göre o evde qalmiram (aile munaqiiwesine gire).O evi mehkemeye verib satdira bilerem?Aileliyem bir ovaladım var |
Cavab: Biz istehlakçı hüquqlarını qoruyuruq. Sual bizə aid deyildir. |
|
|
|
|
08.12.2016 |
elmir hummetov |
Sual: menim anam 4 usaqlidi 16 staji pensiya cixmasi munkundu |
Cavab: Biz alıcı hüquqlarını qoruyuruq. Sual bizə aid deyildir. |
|
|
|
|
05.12.2016 |
Reshad ibrahimov |
Sual: Salam menim sualim var texminen bir ay bunan evel ( tarixde yanilaram ) , Inshatci metronun yaninda olan Maqnit maqazisinde qaz kombisi almaq isteyirdim (elektrolux ) , qiymeti texminen 947 azn , kreditle texminen 1040 azn , biz muqafile bagladiq ancaq odeme etmedik , dedik ki, 2 gunen sonra gelib mall ve odeme ederik. Ancaq 2 gunden sonra bashqa yerde serfeli qiymetle qaz kombisini elde etdik. 05.12.2016 ci ilde Maqnitden zeng etdiler ve krediti mall alib alinmamasini sorushdular , Men ise bildirdim ki, biz maldan imtina edirik ,onlar bildirdiler ki, gelib erza yazib malldan imtina ede bilersiniz ve bize deyildi ki, sabah muqavileyle birlikde Maqnit maqazisine yaxinlashin Inshatci metronun yanida hemin maqaza yerleshir. Menim buna gore sualim var men yuxarda geyd etdiyim muqafile imzalamishdim indi men hemin muqafileni bashga yerde kombi aldigim ucun hemin senedi tulamisham indi men neyleyim ? |
Cavab: Gedin dükana, müqavilədən imtina etməyiniz barədə ərizə verin, ərizəni qeydiyyata aldırın, surətini özünüzdə götürün. |
|
|
|
|
04.12.2016 |
Əmirulla Rzayev |
Sual: Salam hormetli vekil men 4 il bundan evvel mende unibankin plastik kredit karti var idi.2015 ilde kartin muqavilesi bitdiyinden karta olan 1600m borcu qoymaliydim karta.lakin hemin vaxt men iwsiz oldugumdan pulu qaytarib karta qoya bilmirdim.iki ay sora bank menimle elaqa saxladiki pulu qoya bilmirsizse gelin cedvele salag hise hise odeyin.mende razilawdim evvelki muqavile manatla idi .bank savadsizligimdan istifade edib menimle yeniden muqavile bagladi ozude dollar ile.indi iki defe mehkeme olub bankin xeyrine.nece ede bileremki men iz huququmu berpa edim cunki bank terefinden aldadilmiwam .tewekur edirem |
Cavab: Məsləhət görürəm Maliyyə Nəzarət Palatasına müraciət edin. Təəssüf ki, teelfonu və ünvanı bilmirik. |
|
|
|
|
29.11.2016 |
Mahir Musayev |
Sual: Salam. Menim bir gozumde gorme demek olarki yox seviyyesindedir ancaq el hereketlerin gorurem. Men ise giren zaman check up muayinesinden kecende buna gore problem ola biler? Is offis isidir komputerle. Cox xais edirem cavab vererdiniz |
Cavab: Biz istehlakçı hüququ qouyuruq. Bu sual bizə aid deyildir. |
|
|
|
|
25.11.2016 |
səmid ovçuyev |
Sual: Cari ilin avqust ayında kəndimizə təbii qazın verilməsi bərpa olunub.lakin mən qazin keyyfiyətinin normal olmadığından şübhələnirəm.Təbii qazın keyyfiyətini müəyyən etmək üçün mənə nə köməklik edə bilərsiniz? |
Cavab: Azqazsazlamanın laboratoriyasına müraciət edin. |
|
|
|
|
25.11.2016 |
intiqam hesenov |
Sual: salam bagislayin narahat edirem menim aliment borcum var 8ayliq 800manat men turkiyeye is ucun getmek isteyirem mene stop qoyula bilermi cox xais edirem cavablandirin |
Cavab: Biz istehlakçı hüququ qoruyuruq. Sual bizə aid deyildir. |
|
|
|
|
24.11.2016 |
Rəşad Axundov |
Sual: salam,27. Alıcı tərəfindən dəyəri ödənilmiş və mağazadan çıxarılmış lazımi keyfiyyətli (o cümlədən yararlılıq müddəti ərzində) ərzaq malları sonradan yenisi ilə dəyişdirilə bilməz.ilk öncə bunu başa salmaqınızı xahiş edirəm,sonra müştəri bir malı bəyənmirsə,səhv alıbsa,fikrin dəyişibsə qaytara bilərmi ya bilməz.Qida mallarına necə hansısa istisnalar varmı.Əsasda uşaq qidasına misal üçün məhsulu alıb sonradan ya fikir dəyişib ya qaytarmaq yada başqası ilə əvəz etmək hüququ nə qədrdir? |
Cavab: Saytimizdaki qanunvericilik bazasına bax, nəticə əldə et: http://www.consumer-aib.com/az/pages/5/6 |
|
|
|
|
21.11.2016 |
sunduz muslumova |
Sual: salam menim 60 yawim aprelde tamam olub. emek kitabcam iwlediyim yerde qalib indi hemin iw yeri baglanib ve senedleri hec bir arxive verilmiyib men pensiya almaq ucun ne etmeliyem? |
Cavab: Ərizə ilə Sosial Müdafiə Nazirliyinə müraciət edin. |
|
|
|
|
16.11.2016 |
münevver şixeliyeva |
Sual: salam.qohumumun oğlu öz bacısının adına bankdan maşın alıb krediti ödeyib qurtarıb.bacısını dostu qızışdırıb maşına verdiyi müqavileni pozub stop qoydurub öz eline keçirmek isteyir.biz herşeyi bilirik bize pis tesir edir.bankin pulunu herzaman oğlan özü ödeyib sadece bacısına inanib de,insaniq bes bacıya da inanmasan ne oldu ta?indi bunun bir qanuni yolu,öz haqqını berpa etmek hüququ varsa söylerdiniz |
Cavab: Yalnız məhkəməyə müraciət etməklə hüququnuzu müdafiə edə bilərsiniz. |
|
|
|
|
16.11.2016 |
Günel məmmədiva |
Sual: Salam.dükandan plonşet aldım .aldığım zaman yüngülvari yoxladım..evə gəldikdə funksiyaları zəif olduğundan sabahsı günü telefonu qaytarmaq istədim mənə dəyişməyi təklif etdilər amma planşet yeganə bir dənə idi seçmək imkanım yox idi..telefona dəyişdirmək təklif olundu o da kı mənə lazım deyil...bu halda mənim hüqüqüm nədir?zəhmət olmasa mənə yazın da hansu qanuna görə və maddəsini görsədin hüququmu |
Cavab: İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunun 7 və 15-ci maddələrinə baxın. |
|
|
|
|
15.11.2016 |
sahil huseynov |
Sual: salam bagislayin men 3il qeyri qanuni bir qadinla elaqem olub.indi 6aydi ayrilmisinsa hemin qadinin qohumlari eri.her gun menim aileme heqe qorxu gelir.pis soyusler soyur.onun yoldasiyla giya zorla bir yerde olmusam deyir ama bu yalandi.bunu subut edirem men onlar menim aileme olmayan seylerle idduham edirler hede qorxu gelirler.pis sozlerle tehdit edirler. onari mehkemeye vere bilerem. |
Cavab:
- Biz alici huquqlarini qoruyuruq. Sual bize aid deyildir. Polise muraciet edin.
|
|
|
|
|
13.11.2016 |
Ilkin Kocak |
Sual: Salam,zehmet olmasa cavablandirardiniz,men neft wirketinde iwleyirem 17ildir ve evveller neftin nezdinde olan yataqxanadan 2otaqli ev almiwam 15ildir orda yawayiram,orderimde var.2016ci ilin aprel ayi evimiz plana duwub sokuldu ve bize muqavile verdiler,ancaq muqavilede nece otaq nece kvadrat yazilmayib.qizimda evlidir 2ildir bizimle yawayir,biz 2otaqli ve birde qizim ucun ayrica 1otaqli ev ala bilerikmi ordan? Qizimda bizim ustumuzde qeydiyyatdadir.biz gedib wikayet ede bilerikmi bele isteyirik yoxsa gecdir? Ve vekil tutsaq bu iwi hel ede biler? Yeni wansimiz var? |
Cavab: Biz istehlakçı hüquqları qoruyuruq. Bu məsələ bizə aid deyil. Hüquqşünas Qaçay müəllimlə əlaqə saxlayın - 055 569 83 53 |
|
|
|
|
04.11.2016 |
Gulsen Tagiyeva |
Sual: Salam 2013 cu ilde yoldawim 177 maddesi ile tutulub hetta cibinden narkotikde cixib ve mehkemenin qerari 6 il oldu.bu yoldawimin 3 cu iwidir.men onun iwini isteyiremki Vekil komekliyi ile apelyasiya mehkemesine muraciet edim ve onun iwini azalda bilek az yawli qizimizda var yoldawim hec onun uzunu gormeyib xahiw edirem mene cavab yazin men ne ede bileremki yoldawimin iwini azaldim. |
Cavab: Bağışlayın, biz istehlakçı hüququ qoruyuruq. Bu sual bizə aid deyildir. |
|
|
|
|
01.11.2016 |
Qoshqar Nadirov |
Sual: salam.34 yawim var. men ev almiwam. ilk once eve baxdiq. evde hansi ewyanin qalib qalmamasi barede sohbetlewdik. ev sahibi 18 , 20 yawlarinda bir xanim idi. menim valideynlerim qizdan atan anan varmi soruwanda dediki var. amma evi satmaqima onlarin hec bir audiyyati yoxdu. gedirem onlarin yanina dedi. ona gorede satiram. razilawdiq ve getdik Asan xidmete. butun proseduralar normal wekilde oldu. tam alqi satqidan sonra pulun bir hissesin bankla, diger hissesin ele verdim. ustunden bir muddet kecdikden sonra bir yawli xanim ve uc (3) nefer xanimla birge geldilerki evde metbex mebelin sokmeye gelmiwik. yawli xanim ozunu qizin anasi kimi teqdim etdi.amma ev sahibi olan Zehra xanim onlarin yaninda deyildi. men onlari medeni wekilde uzaqlawdirdim. dedilerki evi qaytaraciq. bu ne qeder duzgundu? cox xaiw cavablandirin sualimi. |
Cavab: Evin qaytarılması məhkəmə yolu ilə mümkündür. Düşünürəm ki, Siz haqlısınız. |
|
|
|
|
01.11.2016 |
Azer Aliyev |
Sual: Salam,men bu ilin oktyabir ayinin 8 de AzTutk Wood voen 1503262061 shirketinde mebel sifarishi etmishem ve mebelin qiymeti 780 manat oldugu halda mennen 350 manat aloblar,qebzde veribler lakin bu gun noyabr ayinn 1 nde mene zeng edib bildiriblerki mebel hazirdir ve tam odenish edilmelidir, mende odenishin qalan hissesinide odeyib yeni bir qebz alib gelib evde medeli gozledim .Saat 18.00 da shirkete zeng edende ise mene bildirildiki mebel tam hazir deyil.Mene bir meslehet verin , xahish edirem. |
Cavab: Gecikdirilən hər gün üçün mebelin dəyərinin 1% azaldılması baş verməlidir.
2. 195-2 telefonuna zəng vurub, şikayətinizi bildirin. |
|
|
|
|
01.11.2016 |
Vusal Vusal |
Sual: Salam men magazadan 1 il zemanetle 3-cu birinde printer almisam.Aldigim mehsulun isdifade qaydalarini tam deqiqiqlikle yerineyetirmisem.Lakin mehsul isdifade etdiyim zaman oz ozune siradan cixib.(sondu ve acilmir)Mehsulu aldigim gunden cemi 5 gun kecmisdi.Magazaya muraciet etdim onlar sevise muraciet etmeyimi meslehet gorduler.Servise muraciet etdim.Servis mehsulu dioqinostika edib problemin neden qaynadaqlandigini ve bunu odenisli ve ya odenissiz esaslarla olacagini o vaxt deyeceklerini bildirdiler.Men her hansi bir qisurun oldugu halda mehsulun temir olunmadgindan imtina edib yeni mehsul ile evez olunmagini teleb edirem.Cun ki mehsulu aldigim gunden 1 hefde kecmeyib.Onlar ise bunun mumkun olmadigini ifade ediler.Servis bu telebin qeyri qanuni oldugunu iddda edir.Sizden xahisim budur ki,eger men mehsulun yeni ve eyni model ve marka ile evez olunmagini teleb ediremse bu qanunla mumkundurse,qanunlarimiz buna imkan verirse,mene komeklik gostermeyinizi ve ya bu qanunlar barede basliq ve ya melumat vermeyinizi xahis edirem. |
Cavab: Qanuna bax: http://www.consumer-aib.com/az/pages/5/6 |
|
|
|
|
27.10.2016 |
Sevda Karimova |
Sual: Salam, mən Nərimanovda yerləşən mobi dükanların birindən 950 manata telefon aldım, 3 həftə sonra telefon söndü birdən birə, apardıq dükana dedilər göndərəcəyik servisə, 2 gün sonra dedilər ki batareyası yerindən çıxıbdı, yerinə taxıb sabah gün verəcəyik, sabahısı gün də dedilər ki nəsə yanıb içində, detalını dəyişib verə vilərik, amma ekranın rəngi dəyişəcək. Mən də indi istəyirəm telefon yenisi ilə əvəz olunsun ya da pul qaytarılsın, nə edə bilərəm ? O qədər pul vermişəm 3 həftəyə xarab oldusa deməli qüsuru var imiş, elə deyilmi ? |
Cavab: Sizin qanunvericiliyə görə 14 gün müddətdin malı dəyişdirmək, uyğun mal olmasa qaytarmaq hüququnuz var. Dövlət orqanı olaraq 195-2; 498-15-04 ilə əlaqə saxlayıb və yaxuda da bizim təşkilata ərizə ilə müraciət edə bilərsiniz. |
|
|
|
|
24.10.2016 |
Ramal Rzayev |
Sual: Salam.Men bu ilin iyun ayinda Sederek ticaret merkezinden Eurolux kondisioneri aldim eve getirib qurasdirdiqdan sonra 1 ay kecenden sonra malin defekt olduqunu nezere aldim defelernen zeng etdim mali aldiqim sexse oda gunahi menim ustumde gordu artiq 4 aydirki ne menin kondisionerim islek yenisi ile deyisdirilir nedeki pulum qaytarilir eseblerim pozulub bu barede mene komeklik edin cox xahis edirem.845 azn vermisem indi kondisioner xususende onun iceride olan hissesi pultla isleyen o xarabdi.Yeni kondisioner alinan gunden qazi itir sizintisi var ikinci defedirki kondisionerin qazi bitib isledilmeden birib.birinci defe bu hal olanda saticiya dedim dediki duzgun qurasdirilmayib ikinci defe qaz vuruldu indi yenede eyni meseledi.artiq ikinci defedirki qazi yoxdur isletmeden sizinti var split sisteminde buda zavod defekti adlqnir ancaq satici ne deyismir nedeki temir etdirmek elemir.Mobil nomrem 0 51 877 14 88 |
Cavab: Məsləhət 195-2 nömrəsi ilə İqtisadiyyat Nazirliyinə müraciət edin. |
|
|
|
|
22.10.2016 |
Orxan Quliyev |
Sual: Salam.Mən Sumqayıt şəhərində yaşayıram.Yaşadığım evdə qeydiyyatdayam.Ev anamın adınadır.Ev telefonu mənim adımadır.Anamla arafa problemlər olduğuna görə anam məni evdən cıxartmaq istəyir.Evliyəm və beş ayliq körpəm var.Mən bilmək istəyirəm ki,ev üzərində hansı hüquqlarım var.?Xahiş edirəm sualımı cavablandırasınız.Öncədən təşəkkürlər. |
Cavab: Biz alıcı hüquqları ilə məşğul oluruq. Sual bizə aid deyildir. |
|
|
|
|
21.10.2016 |
Eyyar Seyidov |
Sual: Salam.Siz Iwiqla Bagli Boyuk Bir Meseleni Qanun Cercivesinde Hell Etdiniz Size Ve Sizin Kollektivinize Men Oz Minnetdarliimi Bildirirem. |
Cavab: Chox sag olun, halal xoşunuz olsun. |
|
|
|
|
19.10.2016 |
elnur huseynov |
Sual: Salam. Sualim avto-kreditle bagli olacaq. Eger musteri banka olan borcu odemezse, onda bank avtomobilin hereketine mehdudiyyet qoya bilermi? Onceden tesekkur edirem. |
Cavab: Bəli. |
|
|
|
|
17.10.2016 |
Reşid Cəfərov |
Sual: Salam bağişlayin narahat edirəm ama cox istərdim sualimi cavablandirasiz biz ev tikmək ucun 2008;ildə icra hakimyətinən icacazə aldiq ama tikə bilmədik indi istərdik tikək bilmək istərdik həmin sənət hələdə keçərlidi mi |
Cavab: Biz alıcı hüquqlarını qoruyuruq. Sual bizə aid deyildir. |
|
|
|
|
17.10.2016 |
Vusal Novruzeliyev |
Sual: Salam bagslayn sizi narahat edirem men 1 il 3 ay bundan evvel 8 bas iri buynuzlu heyvani nisye pulun uzaqi 2 aya vermey sertiyle satmisam lakin pulun ala bilmirem polis sobesine erize ile muraciet etdim polis sobesi mehkemeye muraciet etmeyimi dediler mehkemeye muraciet etmisem helede mehkeme hemin mal alani mehkemeye cagirmayb men bilmey isteyirem mehkeme 1600 manat pulu nece aya bolmelidi birde mehkeme baxmasa hara muraciet edim xais edirem mene komey edin |
Cavab: Bizim təşkilat alıcıların hüququnu qoruyur. Bu bizə aid sual deyildir. |
|
|
|
|
15.10.2016 |
Xalid Kamalov |
Sual: Salam.menden 2012 ci ilde odediyim zibil pulunun qebzlerini teleb ediller. Men ise onlari saxlamamisham.Odeme qebzlerini ve chekleri neche il saxlamaq lazimdi?Evvelceden teshekkur edirem. |
Cavab: Qanunvericilikdə bu barədə öhdəlik yoxdur. |
|
|
|
|
15.10.2016 |
Anar Rahimzade |
Sual: Salam. Kontakt magazasindan eshya alanda muqavilede yazilir ki mezenne deyishse , mueyyen mezenne ferqi kreditin sonunda odenilmelidi. Indi men butun borcu odemishemse, mezenne ferqini odemiremse, onlar dedikleri kimi mehkemeye vere bilerler meni? Ve verseler kimin xeyrine qerar cixacag? Qanunudi mezenne ferqi teleb etmek ve onu muqavilede qeyd etmek? Krediti manatla odeib bitirmishem, borcum yoxdu, lakin mezenne ferqi 100 azn teleb edirler, deyirler ki qol cekmisen muqavileye. |
Cavab: Məsləhət: 195-2 nömrəsinə zəng vurun, şikayətinizi bildirin. |
|
|
|
|
14.10.2016 |
Irade Yaqubova |
Sual: Salam size bele bir sualim var xahis edirem mene komek edesiz . Oglum 2 aydi ki sumqayit seherinden avtoservisden yeni masin alib indi aydin olub ki masin defekti imis biz onu geri qaytara bilerik mi buna bizim huququmuz varmi |
Cavab: Alandan 14 gün müddətində dəyişmək və qaytarmaq hüququnuz vardır. Zavod qüsuru olma barədə əlinizdə rəsmi sənəd varsa, bizə müraciət edin, təmənnasız olaraq hüququnuzu qoruyaq. |
|
|
|
|
14.10.2016 |
MÜZEFFER Rehimov |
Sual: Salam, Men qızıma Ali mektebe qebul olduğu minasibetile Lenovo markalı telefon almışam.2aydan sonra xavab oldu. Indi isteyirem ki onu gaytarıb ya hemin modelden yenisini,ya da ferqi ödenilmekle başqa model telefona deyişim.Qebul etmirler ki,olmaz ,ancaq temir olmalıdır.Evezine de müveqqeti istifade üçün telefon vermirler.Ne edim? |
Cavab: Sizin 14 gün müddətində dəyişmək hüququnuz vardır.
Məsləhət: 195-2 zəng edin, şikayətinizi bildirin. |
|
|
|
|
13.10.2016 |
Sevda Elekberov |
Sual: Salam .menım 8 ayında ıcınde bır qızım var.yoldasım qızımın 40 gunluyune bırgun qalmıs bızı evınden qovdukı saxlamıram.valıdeynlerının sozuyle soyudu menden.bugunecen usagıyla maraqlanmıyıb mecbur bırdefe gorusdurmusemkı belke ınsafa gele.telesır bosanmaga.men buna gore neynıye bılerem.bosanmadan bu usagın haqqını vermelıdımı?bosansa onu atalıqdan mehrum ede bıleremmı. |
Cavab: Biz istehlakçı hüququ qoruyuruq. Bu məsələ bizə aid deyil. Vəkillə əlaqə saxlayın - Habil İsgəndərov - 050 314 81 88 |
|
|
|
|
09.10.2016 |
mubariz rzayev |
Sual: Salam.Hansi hallarda ana aliment odemelidir? |
Cavab: Bu sual bizə aid deyildir. Biz istehlakçı hüququnu qoruyuruq. |
|
|
|
|
|
Sual yaz |
|
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26 27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
|
|
|
|
Əmtəə bazarında sağlamlıq üçün təhlükəli qənd satılır, AQTA-nin apardığı işlər davamlı deyil, epizodikdir!
Bu barədə “Azad İstehlakçılar” İctimayi Birliyi (AİİB) 2019-cu ildə araşdırma apararaq cəmiyyətə ətrafli məlumat vermiş,bütün müvafiq Dövlət qurumlarına,o cümlədən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə(AQTA) rəsmi müraciətlər etmiş,Respublika Prokurorluğu,Dövlət Gömrük komitəsi və digər qurumlar tərəfindən müvafiq tədbirlər görülmüş,”kəllə qənd”istehsalı zamanı qəndin ağardılmasında mənşəyi məlum olmayan kimyəvi maddələrdən istifadə etdiyinə görə bir sira qənnadı məmulatlarının istehsali müəssiələrində reydlər kecirilmiş,qanun pozuntuları aşkar edilərək cavabdeh şəxslər həbs olunmuşdur.Eyni zamanda qəndin ağardılmasında istifadə olunan kimyəvi maddəni ölkəyə idxal edən şəxslər cinayət məsuliyyətinə alinmışlar! Bu işlər 2019-cu ildə olmuşdur.
Bəs hazırda vəziyyət necədir?!
Belə ki, AİİB istehlakçılardan daxil olan məlumatlar əsasında bazardakı vəziyyətə nəzər yetirmiş, bir “Kəllə qənd”nümunəsinin akkreditasiya olunmuş laboratoriyada ekspertizasının nəticələrini əldə edərək, insan sağlamlığı üçün təhlükə törədən qəndlərin bazarda geniş şəbəkə ilə satıldığını müəyyən etmişdir.
AİİB tərəfindən aparılmış araşdırmanı bir daha xatırlasaq, məlum olur ki, hazırda da şəkər tozundan kəllə qənd hazırlamaq ücün, əksər kəllə qənd istehsalcıları daha ucuz olan kimyalaşma yolunu secirlər. Xatırladaq ki, şəkər tozundan bəyaz kəllə qənd əldə etmək ücün iki üsul mövcuddur:
1) Şəkər tozu qaynadılır, bişirilir, alınan məhlul qaynatma zamanı sarı rəngə boyandığından, bu məhluldan bəyaz kəllə qənd almaq üçün məhlul bərkiyəndən sonra sarı rəngli kəllə qənd kütlələri, çox böyük firlanma sürətinə malik olan və yüksək məsrəflərlə başa gələn “Sentrafuqa”qurğusuna yerləşdirilir, burda yüksək mərkəzdənqaçma təcilinə məruz qalan kütlələrdən sarı maddə ayrılır və mexaniki yolla tam bəyaz “kəllə qənd” əldə olunur.
2) Qaynadıldıqda sarı rəngə boyanmış şəkər tozu məhluluna kimyəvi maddə-Kükürd dioksid (SO2) əlavə edilr, sarı rəngli məhlul bəyaz rəng alır! Bundan sonra məhlul qəlblərə yerləşdirilib soyudulur və gözlə sarılığı cətinliklə ayird edilə bilən ”bəyaz” kəllə qənd əldə edilir.
SO2 kimyəvi maddəsindən əsasən sənayedə parca ağartma, dəri aşılama, xalca yuma kimi sahələrdə istifadə olunur.
Qeyd edək ki, bütün dünyada gəlir əldə etmək, insan sağlamlığını arxa plana keçirtmə istəkləri, o yerə gətirib cıxarmışdır ki, hətta kimyəvi yolla kəllə qənd istehsalına, bəzi ölkələrdə standartlara da daxil etməklə haqq qazandırmışlar. Məsələn MDB məkanında mövcud olan ГОСТ 33222-2015 standartlarında 1 kq bəyaz kəllə qənddə maximum 15 milli qram kükürd dioksidın ola bilməsi nəzərdə tutulmuşdur (bundan öncə bu sahədə qüvvədə olan ГОСТ 22-94 və ГОСТ 31361-2008 standartlarında isə ümumiyyətlə bu maddənin istifadə edilməsinə icazə verilmir). Ölkəmizdə Tayqa Ticarət”müəssıəsi tərəfindən istehsal olunan və əmtəə bazarında satılan “Dad1” kəllə qənd məmulatının tərkibində laboratorioya tədqiqatı 1 kq məhsulda 70,2 mq kükürd dioksid olduğunu göstərmişdir! Yəni təhlükə normasından 4,6 dəfə (500%-ə yaxın) cox!
AİİB-in araşdırmaları göstərir ki, ölkədə mövcud olan 20-yə qədər “Kəllə qənd” istehsalçısı bəyaz kəllə qənd əldə etmək ücün hazırda kimyəvi üsuldan istifadə edir və təhlükəli kimyəvi maddədən qəndi daha bəyaz etmək ücun bol-bol istifadə edirlər!
İstehlakçıların maraqlarını və sağlamlığını əsas tutan AİİB-birmənalı olaraq istehsalçılar tərəfindən kəllə qəndin ümumiyyətlə mexaniki yolla ağardılmasının həyata keçirilməsini istəyir! Ən pis halda isə ГОСТ 33222-2015 standartlarına əsaslanaraq kəllə qənd istehsal edən sahibkarların fəaliyyətinə dövlət tərəfindən ciddi nəzarət edilməsini və sözü gedən kimyəvi qatqının standartda göstərilən normadan əsla yuxarı keçməməklə istifadəsinə icazə verilməsini tələb edir.
O cümlədən, hansı kəllə qənd istehsalı müəssisəsində mexaniki yolla ağartma həyata keçirilmirsə bu müəssiələrdə mütləq vaxtaşırı yoxlamalar aparılmalı, istehsal nümunələrindən götürülüb laborator analizləri aparılmalı, təhlükəli maddələr aşkar olunarsa və ya qatqılarla bağlı normadan kənara çıxmalar müəyyən olunacaqsa, satışda və anbarlarda olan məhsullar qeri cağrılmalı, ictimaiyyətin gözü önündə və KİV-lərin iştiraki ilə məhv edilməlidir. Bu istək və tələblərlə AİİB, Qida Təhlükəsizliyi Agentliyinə, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Dövlət Gömrük komitəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi müraciətlər etmişdir.
AİİB-in sədri: E.Hüseynov
|
|
daha ətraflı... |
|
Ölkəmizdə malların etiket məlumatları tam yarıtmaz vəziyyətdədir,əsasən İrandan idxal olunan mallar!
İstehlakçı xüsusən ərzaq malları haqqında məlumatı birbaşa malın etiketindən alır!İstehlakcının beynəlxalq və yerli hüquqlarından biri də məhz mal haqqında milli dildə informasiya almaq hüququdur!
“Azad İstehlakçılar” İctimayi Birliyi(AİİB) uzun illərdir ki,ən müxtəlif Dövlət orqanlarına yazılı müraciətlər göndərərək bu məsələnin ,yəni vətəndaşlarımızin milli dildə məlumat alma hüququnun de-fakto olaraq taninması barədə tədbirlərin görülməsinə dair təkliflər versə də,bu məsələ həll olunmadan qalir!
Dövlət Dili Haqqında AR-nin qanununun maddəsi: 7.3. Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır
Istehlakcılarin Hüquqlarının Müdafiəsi Haqqında AR-nın Qanununun 13-cü maddəsi:
Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır.
Nazirlər Kabinetinin 94 saylı qərarı,maddə 5.8.” Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə edilmiş tərcümə ilə də müşayiət olunmalıdır”
Qeyd edək ki,malların milli dildə markalanması məsələsi dünyanın əksər ölkələrində ,hətta Azərbaycandan hər cəhətcə zəif olan Ermənistan və Gürcüstanda belə uzun illərdir ki,tam həyata keçirilsə də ölkəmizdə bu məsələ həll olunmadan qalır.Əlbəttə bu amil,qacaqmal üçün münbit bir şərait yaradır!
İlkin olaraq AİİB malların milli dildə markalanması məsələsini İran İslam Respublikasından idxal olunan ərzaq malları üzərində cəmləşdirməkdən başlamaq niyyətindədir. Cün ki,ən acınacaqlı hal məhz İrandan idxal edilən ərzaq mallarındadır!Əğər Dövlət qurumları qanunun yerinə yetirilməsinə dəstək versə digər çoxsaylı mal və xidmətlərə də keciləcəkdir.24 il ərzində AİİB, BMT-nin beynəlxalq uşaq təşkilatı UNİCEF-in köməyilə yalnəz körpə qidalarının milli dildəmarkalanmasına nail olmuşdur,bu cox azdır! AİİB-n ofisinə istehlakçılar tərəfindən etiraz müraciətləri ilə gətirilən İranda istehsal olunan ərzaq mallarının markalanmasına diqqət yetirdikdə Azərbaycan dilindən başqa digər dillərdə məlumat olduğu görünür,lakin ərzaq malları üçün çox mühüm göstərici olan,istehsal və son istifadə tarixlərinin fars əlifbası ilə yazıldiğını görürük!Şübhəsiz ki,bu istehsalcı tərəfindən bilərəkdən,şüurlu şəkildə edilir ki,malını “Ölməz etsin”,yəni vətəndaşlarımız yararlılıq vaxtı keçmiş malı da alıb istehlak etsinlər!Əlbəttə Azərbaycan istehlakçılarının belə sadəlövhlüklə aldanması səbəbsiz deyil.Əhali ölkəmizdə artıq 3 ildir fəaliyyət göstərən Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) və digər dövlət qurumlarının fəaliyyətinə inanır,düşünür ki,yararlılıq vaxtı keçmiş mal satıla bilməz!Əfsus ki,bu inam özünü doğrultmur və istehlakçıların İran ərzaq mallarından zəhərlənməsinə dair məlumatlar da mövcuddur. Bəzən bu mövzu ilə bağli neqativ halların qarşısını almağa cavabdeh olan dövlət qurumları əməkdaşlarının mediyada pafoslu cıxıçlarına da rast gəlirik,amma “3 müşketyor qanunu” daha uğurla işləyir-birimiz hamimiz ücün,hamımız birimiz üçün - yəni gömrük xeyir-dua verib ölkəyə buraxıbsa vəssalam!
İran ərzaq malları satışı şəbəkələrində ciddi monitoringlərin keçirilməsi,dövlətimizin qanunlarının pozulması ilə ölkəyə idxal olunmuş qeyd olunan nöqsanlı malların satış şəbəkələrindən geri çağrılıb,ictimaiyyətin gözü önündə kütləvi məhv edilməsi,gömrük komitəsində çalışan əməkdaşların diqqətinin bu məsələyə cəlb edilməsinə zərurət yaranmışdir.
Dövlətimizin qanunlarını pozmaqla İran dükanlar şəbəkəsində satışa mal çıxaran 50-dən çox dükan mövcuddur.Bu dükanların bəzilərinin ünvanları:Əsas topdansatış dükanları,Sədərək ticarət mərkəzi,”Lukoyl”YDM-nin yanı(topdan satış),Dərnəgüldə “Elit “TM-nin yaxınlığı(çoxlu sayda),. 1)Bakı şəh.Əsəd Əhmədov 28
2)Xırdalan.texnikumun yaxınlıği.Rahat bazar ilə üzbəüz 3)Maştağa qəs.Savalanın 2-ci girişi 4)Ümid qəs.Laçın məktəbinin qarşısı 5)Neftçala şəh.H.Əliyev pros.Təzə bazar 6)Sahil qəsəbəsi 7)Ballı marketin yaxınlığı050-791-11-12 8)Sumqayıt şəh.2-ci mikr.Rossiya klubunun yanı.777 mağaza 9)Bakı şəh.Sarayevo küç7 10)Binəqədi ray.Xocasən yolu.Netto klubun yanı 11)Gəncə küç.Fujifilmin yanı 12)Əhmədli metrosu çıxışı.Ukrayna dairəsi tərəf 13)Xətai metrosunun arxası.N.Əliyev küç.17 14)Bakı şəh.Fatmayı 15)Hövsan qəs. 16)8 km bazarı.Halal market17)Şirvan şəh.Elite bazarının həyəti18)A.Şərifzadə küç.19519)Dərnəgül qəs.Şır-şır restoranının yanı 20)Xırdalan şəh.Təzə bazarın girişi ilə üzbəüz 21)Nizami metrosunun yanı.Z.Əhmədbəyov küç. 22)Buzovna qəs.Köhnə Polis şöbəsinin yanı 23)Əhmədli metrosu.Məhəmməd Hadi 41 və.s.
AİİB bu məsələni ictımailəşdirməklə bərabər, , Qida Təhlükəsizliyi Agentliyinə, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Dövlət Gömrük komitəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsminə müraciətlər göndərmişdir. Dövlətimizin qanunlarına əməl olunmasında hər bir istehlakcını fəal olmağa cağırırıq və dövlət qurumlarında nəticələr gözləyirik.
AİİB-in sədri: Eyyub Hüseynov
|
|
daha ətraflı... |
|
Press reliz
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə “Azad İstehlakçılar” İctimai Birliyi(AİİB) “Istehlakçılara parça bazar torbalarının paylanılması ilə ekologiyanın qorunmasına dəstək verilməsi” layihəsinin icrası üzrə fəaliyyyətini davam etdirir.
19 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, Alatava 2. ünvanda yerləşən “Araz 20 yanvar Superstore”- da istehlakçılara 150 ədəd parça materialdan tikilmiş bazar çantaları təmənnasız olaraq paylanıldı. Onlara həmçinin ekologiyanın qorunmasına,plastik taralardan imtinaya, qida təhlükəsizliyinə və ştrix koda dair məlumatlar da paylanıldı. İstehlakçılarda parça sumkalara böyük maraq oldu. Tədbirin sonunda çantaların paylanılmasına dair akt tərtib edildi. Eyni zamanda müəyyən istehlakçıların fotosu da çəkildi. Tədbirə dair press reliz hazırlanaraq KİV-lərə göndərildi. Tədbirimiz davam |
|
daha ətraflı... |
|
“Azad İstehlakçılar”
İctimai Birliyi M: +99450 341 62 25
17 avqust 2020-ci il.
Press reliz
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə “Azad İstehlakçılar” İctimai Birliyi (AİİB) “Istehlakçılara parça bazar torbalarının paylanılması ilə ekologiyanın qorunmasına dəstək verilməsi” layihəsinin icrası üzrə fəaliyyyətini davam etdirir.
17 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 60. ünvanda yerləşən “Bolmart” Supermarketdə istehlakçılara 150 ədəd parça materialdan tikilmiş bazar sumkaları təmənnasız olaraq paylanılmışdır. İstehlakçılara həmçinin qida təhlükəsizliyinə və ştrix koda dair məlumatlar da paylanılmışdır. İstehlakçılar böyük həvəslə həmin sumkaları götürürdülər. Tədbirin sonunda sumkaların paylanılmasına dair akt tərtib edildi. Eyni zamanda müəyyən istehlakçıların fotosu da çəkildi.Tədbirimiz davam edəcək. |
|
daha ətraflı... |
|
|