İSTEHLAKÇI HÜQUQLARINA DAİR İNTERNET PORTAL
Ana səhifə Xəritə Əlaqə
X ə b ə r l ə r B l o k u
Noyabr-2024
Be Ça Ç Ca C Ş B
Bu gün ziyarətçilər: (207)
Dunen ziyarətçilər: (75)
Bu gün səhifə baxışı: (339)
Dünən səhifə baxışı: (130)
Sual-cavab
Sual yaz
16.01.2017
Şahin Zaman
Sual: Salam. 14.01.2017 ci ildə aldığım malı 15.01.2017 ci ildə (1 gün keçib) qaytarmaq istədim amma dükan qaytarmadı. bu movzu haqqda məlumat almaq istəyirdim zəhmət olmasa komeklik göstərəsiniz.Bacım ozunə toya geyinmək üçün paltar aldı.dukanda geyinilende ise etiketi cixdigindan goturmek ehtiyyaci duyulmadı. Paltar evde beYenilmedi ve qaytarmaq istədi, dukana getdiyində isə bunu qaytarmadi və dedi ki biz demişik alinan mallar geri qaytarilmir və mal geyinilib soylendi.(toy gelen aydi hele geyinlimeyib paltar). oz cantasina qoyulub ve geri aparilib. orda bize noksan tutdular ki bu paltar geyinilib. Etiketi yoxdu, dukandan paltari alanda da cek vermemişdilər və dedilər ki əslina qalsa ceki de yoxdu subut ede bilmezsiniz bizden almisiniz. mubahise boyudu etrafdaki saticilar da ona destek olub mali qaytarmaga borclu olmadiqlarini dediler ve şikayet de hara istesen et dediler. Lacın ticaret merkezində ikinci mertebe 3 cu sira 88 sayli dukan.Bunun ucun ne etmeliyem?
Cavab: 

Saytımızda  göstərilən ərizə formasına uyğun ətraflı ərizə yazın, imzalayaraq skaner edib, bizə göndərin. Və ya 012 498 15 04/06 nömrəsi ilə əlaqə saxlayın. 

12.01.2017
Nigar Kerimova
Sual: Salam vekil.men 4ildi aile qurmusam.bu evlilikden 2ovladim var.qeydiyyatimiz usaqlar ve men atamin evinedi.yoldasimsa qaynanamin evinde qeydiyyatdadi.indi ayrilmaq erefesindeyik.qeyd edim ki nigahdan sora yoldasim 2oraqli ev vr 3sot bag torpagi alib.ancaq anasinin adina alib.bilmek isteyirdim ki menim hansi huququm var.men ev teleb ede bilerem mi ve ya mene yasayis huququ ve ya kampensasiya ideye bilerler.?
Cavab: 

Biz istehlakçı hüququ qoruyuruq. 

12.01.2017
Vafa Vaqif qizi
Sual: SalamMerkezde yerlesen "Penti" magazalarda mal ldiqdan sonra ancaq 1 gun erizinde deyisdirile bilmesi haqqinda saticilar xeberdar edirler.Bildiyim qederi ile 14 gun olmalidir.Ne kimi addim atmaq olar ki bele ozbasnaliq olmasin !Tesekkurler.
Cavab: 

Məsləhət:

1. Dükanın ünvanını göstərməklə bizə ərizə yazın:

2. Və ya 195-2 telefonuna əlaqə saxlayın. 

11.01.2017
Emin Safarov
Sual: Salam Satishda olan qazsiz sularin hansi keyfitetine gore standarta uygundur,zerersizdir?Bunu nece oyrenmek olar.Bir il bundan once ipek su sifaris edirdik.Qablashdirilmasina fikir vermirdik.Fikirverdiyimizde melum olundu ki istifade olunan plastik yeyinti mallari ucun deyil.Sonra SİRAB yaxshi bilib sifaris veriridik.1 ayda yaxindi ki 19 litrli sirablarda olan qazsiz sudan "yod"a benez qoxu qelir.Karbol turshusuda ola biler. Lap çasib qalmishiq.Suyun ekspertizasini harda aparmaq olar?Ne meslehet gore bilersiz?onceden tesekkur edirem!
Cavab: 

Hormetli Emin muellim, firma ile danishdim, Sizinle elaqe saxlayacaqlar. Onlarla danishin, numuneni onlara teqdim edin. 

11.01.2017
elgun qasimov
Sual: salam men ayrilmisam yokdasim evdenngedib mene deyurki eriz vermisem mehkemeye amma mene 1ay yarimdiki mehkemeden hecne gelmiyib men bilmek istiyiremki eger qarsibteref erize veribse mene xeberdarliq ne vaxtda kimi gelmelidi zehmet olmasa mene bu haqqinda melumat vererdiniz tewwekkur edirem
Cavab: 

Biz istehlakçı hüququ qoruyuruq. 

10.01.2017
Aida Quliyeva
Sual: Salam.Men evimi kiraye vermişdim. hardasa 4-5 ay qaldilar. Her defe neyise sindirib xarab edirler. Paltaryuyanin matoru yanib.usda geldi dedi düzgün işletmeyibler.acabda icinden ne qeder zir zibil cixdı. .su matorun yandiriblar.Gelib baxdim ki rakfinani acip üsdüne su tökübler .soyuducunun gözlerin sindiriblar.Mebelimi xarab edibler. men 10 ildi evi kiraye verirem.amma bele biriyle ilk defe raslaşdim. indi de bezi şeyleri özünüz temir edin deyirem ,razilaşmırlar.Men ne ede bilerem .yeni köhnelme neticesinde deyil her biri sehlenkarliqdan xarab olub. meslehet vere bilersiz
Cavab: 

onlarla rəsmi müqaviləniz varsa, vergi ödəyirsinizsə məhkəməyə müraciət edin. 

09.01.2017
Meryem Ezizova
Sual: Salam. Men ilk yoldasimdan ayrilmisam. 2- ci defe aile qurmaq isteyirem. Suslim ondan ibaretdir ki, usaqlarimin soyadini oz soyadima kecirtmey isteyirem. Bunun ucun ne etmeliyem? Qeyd edimki, .zaksim yoxdur
Cavab: 

Biz alıcı hüquqları ilə məşğul oluruq. Məsləhət üçün hüquqşünas Habil İsgəndərova zəng vurun: 050 314 81 88

02.01.2017
nermin musayeva
Sual: salam.menim baldizim mennen xebersiz shexsiyyet vesiqemi goturub ishe duzelib man ozum ish ucun meshqulluq idaresine muraciet edende mene bilddirebler ki man artiq ishci kimi qeydiyatayam.shoka duwdum.neyniyeceyimi bilmirem.o ishi nece legv etdirmek olar?evvelceden teshekkur edirem
Cavab: 

Şəxsiyyət vəsiqənizi götürün, gedin baldızınızın iş yerinə, müdirin qəbulunda olun vəziyyəti danışın, və ya ərizə ilə həmin yerə işdən çıxmaq haqqında müraciət edin. 

01.01.2017
Gulnar Qurbanova
Sual: Salam.Gross marketin Mibgecevir filialinda uduw kampaniyasikecurilir.30manatliq alver edene 1kupon verilir.50kupon yigana paltaryuyan masin hediyye olunur.biz 110kupon yigmiwiq.ammaki hediyyemizi vermirler.buna gore hara muraciet etmeliyik????
Cavab: 

Məsləhət: 

1. Təşkilatımızın Mingəçevir şəhər nümayəndəliyinə müraciət edin. Hüseynov Arif - 055 418 53 53.

2. 195-2 telefonu ilə dövlət orqanına müraciət edin. 

25.12.2016
Nazire Racabova
Sual: Salam.Menim 49 yasim var.Fibro-miomadan emeliyyat olunmusam matkami cixariblar.Hal hazirda islemirem.Bilmek istiyirdimki mene elilliy pensiyasi dusur?
Cavab: 

Biz istehlakçı hüququ qoruyuruq. Sual bizə aid deyildir. 

24.12.2016
Elşad Allahverdiyev
Sual: Salam !Mən Azad Azərbaycan radiyosunda həftə içi 12 00-14 00 arası gedən yarışmalı verilşdə səslənən suala düzgün cavab yazdıgım halda məni günün qalibi elan etmədilər.mən onlara sms narazıçılıgımı bildirdikdə isə mənə düzgün cavab vermədiyimi bildirdilər.Sual belə idi BMV markalı avtomobil hansı ölkələrdə istehsal olunur.məndə cavab olaraq 12 olkə yazıb,sonundada mini maşınlarında istehsal olundugu iki ölkənin adını yazmışdış.Onlar isə mənə bildirdilərki minilərin istehsal oldugu ölkələr adını yazdıgınıza görə biz cavabı düzgün qəbul eləməmişik.Mən isə göndərdiyim sms ilk 12 ölkədə istehsal olundugunu yazmışdım.Onlarında həm efirdə həmdə facebook səifəsində suallarının cavabı eynı mən yazdıgım sms dəki kimi olmuşdur.yani 12 ölkədə .Məntiqlədə götürəndə mənim cavabımı düzgün hesab eləmək olar !Sizcə mən öz hüququmu necə tələb edə bilərəm !Diqqətinizə görə təşəkkür edirəm !
Cavab: 

Sübutları təqdim etməklə yalnız məhkəmə yolu ilə nəticə əldə edə bilərsiniz.

23.12.2016
Elşən Nəcəf
Sual: Salam - mən bu yaxinlarda xalca yuma firmalarin birində xalcami yuduzdurmuşam - xalca eve gəlşndən sonra xalcanin rənginin garişdigini və birazda agardigini aşkara cixardim - xalca yuma firmasi mənə cemi 50 manat kompensasiya təklif edir amma mən razilaşmiram cünki xalcamin 350 -400 man giyməti var ( 200d ) hadisenin üstunden 5 gün kecib - mənə necə köməklik göstərə bilərsiz bu problemi aradan galdirag !- önceden teşekkür edirem
Cavab: 

Xahiş edirəm saytımızda göstərilən ərizə formasına uyğun ərizə yazın, imzalayaraq skaner edin, bizə göndərin, çalışarıq kömək edək 

15.12.2016
Cingiz Haciyev
Sual: Salam. Sumqayit sheherine girishde yolun ortasindaki Azpertrolda benzin vurdum mashinima 14 manata 20 litr. dedimki ashagi suretle vur o da ashagi suretle vurdu ekranda 1 manat gosteren kimi operat2 dene duymeni basdi mebleg 1 manatdan bir basha 5 manata kechdi. ve 20 litr benzin mashinima 4-5 saniyeye vuruldu. men mudriyyete shikayetimi bildirmek uchun iceri girdim 7-8 muhafizeci ve ishciler mene muqavimet gosterdiler mudriyyet qarishiq. men dedim subut edin kamera chekilishin gosterin gostermediler. men munaqishenin davaya chevrilmemesi uchun pulu mecbur odedim kassa qebzimi alib getdim. bu shikayetim barede kime muraciet etmeliyem
Cavab: 

Sizin şübhəniz nədəndir? Şübhənizi sübut edə bilirsinizsə, gəlin ərizə yazın. 

15.12.2016
Aqil Kazimov
Sual: Salam men 2011 ci ilde 3 bankdan kredit qoturmüsem bir mudet ödedim 3 banka kreditimi sonra isden cixdim ödeye bilmedum 3 bankada krediti onlarda meni mehkemeye verdi menimde adimda ne mulk nedeki is yerim olmadigim ucun is donduruldu bilmek isderdim nevaxta kimi etibarlidi mehkemenin qerari yada nece ikden sonra borc legv olur yada silinir coxsagolun.
Cavab: 

Sualınızın cavabı məhkəmənin qərarında əksini tapmalıdır. 

14.12.2016
Adilə Qudrətova
Sual: Sədərəkdən Samsung mağazasindan 2 ədəd tv aldık. sabahı günübirini qaytarmaq isdedim. Saticı dedi ki servizə zəng edin .onlar bu işə baxır.Sabahı gün servisə zəng vurdum gəldilər baxdılar dedilər ki biz sadəcə tv ni yoxlayırıq. Xoşunuz gəlmirsə mağaza qaytarmalıdı. Yenə mağazaya getdim. dedilər ki siz tv ni servizə aparin. onlar orda qəbul edib yoxlasinlar və bizə emellə xəbər versinlər.sonra bizdən gəlib pulunuzu alın.Servizə getdim.orda da dedilər ki biz tv ni qəbul edib yoxlaya bilərik.15 azn -dir. Amma mağaza sizə talon verməlidir. cünki tv ni siz verirsiniz biz sizə də qaytarmalıyiq. Həm də bizim Sədərəkdə mağazamız yoxdur. İndi bilmirəm hara müraciət edim. Vaxt da gedir sonra hec qaytara bilməyəcəm
Cavab: 

Emailde Size cavab vermishik. 

12.12.2016
Ulya ...
Sual: Salam. Biz aileliyik boshanmag isteyirik. Nikahimiz Baki sheherinde olub, ama biz hal hazirda xarici olkede yashayiriq. Sadece bilmey isterdim biz Bakiya gelmeden boshanma mumkundur? Ve yaxud burda yashadigimiz xarici olkede boshana bilerik?
Cavab: 

Biz al;c; hwquqlar; qoruyuruq. Sual biz\' aid deyildir. 

10.12.2016
fazil abdullayev
Sual: salam sizden xahis edirem sualimi cavablandirasiz menim atam 1985 ci ilde rehmete gedib rehmete geddiyi vaxt qaracda surucu isleyirdi duzdu usdunnen cox vaxt kecib buna baxmayaraq indi anama pensiya duzeltmek isdiyirik bize diyirler ki anamin is staji az olduqunnan ona pensiya dusmur amma sabesden didiler ki eyer yoldasuvun emek kitapcasi olsa size pensiya duser bizde atamin emek kitabcasi olmadiqinnan alinmir bizim sualimiz budur ki biz atamin hansi qaracda isdediyi yeride bilmirik biz nece elde eliye bilerik atamin emek kitabcasin kime mutaciet edek bilmirik
Cavab: 

Biz istehlakçı hüququ qoruyuruq. Sual bizə aid deyildir. 

09.12.2016
Nermin Memmedov
Sual: Salam, bizim qesebede demek olarki,2- aydi qaz yoxdu,yeni cuzu gelir,amma geceler xodun ala bilmirik,defelerle qaynar xette muraciyet etmisik,(cunki butun idarelerini baglayib bir idarede birlesdiribler,muraciyet etmeye yer qoymayiblar)amma bizi esiden yoxdu,kime deyek derdimizi bilmirik,2-aydi qapilardayiq hamam ucun
Cavab: 

Kollektiv ərizə yazın - saytımızda göstərilən ərizə formasına uyğun, imzalayaraq bizə göndərin. 

08.12.2016
Taleh Sultanov
Sual: Salam baqiwlayin narahat edirem size bir sualim var.Men ehmeslide bir evde qeydiyatdayan ama ev menim adıma deyil bezi sebeblere göre o evde qalmiram (aile munaqiiwesine gire).O evi mehkemeye verib satdira bilerem?Aileliyem bir ovaladım var
Cavab: 

Biz istehlakçı hüquqlarını qoruyuruq. Sual bizə aid deyildir. 

08.12.2016
elmir hummetov
Sual: menim anam 4 usaqlidi 16 staji pensiya cixmasi munkundu
Cavab: 

Biz alıcı hüquqlarını qoruyuruq. Sual bizə aid deyildir. 

05.12.2016
Reshad ibrahimov
Sual: Salam menim sualim var texminen bir ay bunan evel ( tarixde yanilaram ) , Inshatci metronun yaninda olan Maqnit maqazisinde qaz kombisi almaq isteyirdim (elektrolux ) , qiymeti texminen 947 azn , kreditle texminen 1040 azn , biz muqafile bagladiq ancaq odeme etmedik , dedik ki, 2 gunen sonra gelib mall ve odeme ederik. Ancaq 2 gunden sonra bashqa yerde serfeli qiymetle qaz kombisini elde etdik. 05.12.2016 ci ilde Maqnitden zeng etdiler ve krediti mall alib alinmamasini sorushdular , Men ise bildirdim ki, biz maldan imtina edirik ,onlar bildirdiler ki, gelib erza yazib malldan imtina ede bilersiniz ve bize deyildi ki, sabah muqavileyle birlikde Maqnit maqazisine yaxinlashin Inshatci metronun yanida hemin maqaza yerleshir. Menim buna gore sualim var men yuxarda geyd etdiyim muqafile imzalamishdim indi men hemin muqafileni bashga yerde kombi aldigim ucun hemin senedi tulamisham indi men neyleyim ?
Cavab: 

Gedin dükana, müqavilədən imtina etməyiniz barədə ərizə verin, ərizəni qeydiyyata aldırın, surətini özünüzdə götürün. 

04.12.2016
Əmirulla Rzayev
Sual: Salam hormetli vekil men 4 il bundan evvel mende unibankin plastik kredit karti var idi.2015 ilde kartin muqavilesi bitdiyinden karta olan 1600m borcu qoymaliydim karta.lakin hemin vaxt men iwsiz oldugumdan pulu qaytarib karta qoya bilmirdim.iki ay sora bank menimle elaqa saxladiki pulu qoya bilmirsizse gelin cedvele salag hise hise odeyin.mende razilawdim evvelki muqavile manatla idi .bank savadsizligimdan istifade edib menimle yeniden muqavile bagladi ozude dollar ile.indi iki defe mehkeme olub bankin xeyrine.nece ede bileremki men iz huququmu berpa edim cunki bank terefinden aldadilmiwam .tewekur edirem
Cavab: 

Məsləhət görürəm Maliyyə Nəzarət Palatasına müraciət edin. Təəssüf ki, teelfonu və ünvanı bilmirik. 

29.11.2016
Mahir Musayev
Sual: Salam. Menim bir gozumde gorme demek olarki yox seviyyesindedir ancaq el hereketlerin gorurem. Men ise giren zaman check up muayinesinden kecende buna gore problem ola biler? Is offis isidir komputerle. Cox xais edirem cavab vererdiniz
Cavab: 

Biz istehlakçı hüququ qouyuruq. Bu sual bizə aid deyildir. 

25.11.2016
səmid ovçuyev
Sual: Cari ilin avqust ayında kəndimizə təbii qazın verilməsi bərpa olunub.lakin mən qazin keyyfiyətinin normal olmadığından şübhələnirəm.Təbii qazın keyyfiyətini müəyyən etmək üçün mənə nə köməklik edə bilərsiniz?
Cavab: 

Azqazsazlamanın laboratoriyasına müraciət edin. 

25.11.2016
intiqam hesenov
Sual: salam bagislayin narahat edirem menim aliment borcum var 8ayliq 800manat men turkiyeye is ucun getmek isteyirem mene stop qoyula bilermi cox xais edirem cavablandirin
Cavab: 

Biz istehlakçı hüququ qoruyuruq. Sual bizə aid deyildir. 

24.11.2016
Rəşad Axundov
Sual: salam,27. Alıcı tərəfindən dəyəri ödənilmiş və mağazadan çıxarılmış lazımi keyfiyyətli (o cümlədən yararlılıq müddəti ərzində) ərzaq malları sonradan yenisi ilə dəyişdirilə bilməz.ilk öncə bunu başa salmaqınızı xahiş edirəm,sonra müştəri bir malı bəyənmirsə,səhv alıbsa,fikrin dəyişibsə qaytara bilərmi ya bilməz.Qida mallarına necə hansısa istisnalar varmı.Əsasda uşaq qidasına misal üçün məhsulu alıb sonradan ya fikir dəyişib ya qaytarmaq yada başqası ilə əvəz etmək hüququ nə qədrdir?
Cavab: 

Saytimizdaki qanunvericilik bazasına bax, nəticə əldə et: http://www.consumer-aib.com/az/pages/5/6 

21.11.2016
sunduz muslumova
Sual: salam menim 60 yawim aprelde tamam olub. emek kitabcam iwlediyim yerde qalib indi hemin iw yeri baglanib ve senedleri hec bir arxive verilmiyib men pensiya almaq ucun ne etmeliyem?
Cavab: 

Ərizə ilə Sosial Müdafiə Nazirliyinə müraciət edin. 

16.11.2016
münevver şixeliyeva
Sual: salam.qohumumun oğlu öz bacısının adına bankdan maşın alıb krediti ödeyib qurtarıb.bacısını dostu qızışdırıb maşına verdiyi müqavileni pozub stop qoydurub öz eline keçirmek isteyir.biz herşeyi bilirik bize pis tesir edir.bankin pulunu herzaman oğlan özü ödeyib sadece bacısına inanib de,insaniq bes bacıya da inanmasan ne oldu ta?indi bunun bir qanuni yolu,öz haqqını berpa etmek hüququ varsa söylerdiniz
Cavab: 

Yalnız məhkəməyə müraciət etməklə hüququnuzu müdafiə edə bilərsiniz. 

16.11.2016
Günel məmmədiva
Sual: Salam.dükandan plonşet aldım .aldığım zaman yüngülvari yoxladım..evə gəldikdə funksiyaları zəif olduğundan sabahsı günü telefonu qaytarmaq istədim mənə dəyişməyi təklif etdilər amma planşet yeganə bir dənə idi seçmək imkanım yox idi..telefona dəyişdirmək təklif olundu o da kı mənə lazım deyil...bu halda mənim hüqüqüm nədir?zəhmət olmasa mənə yazın da hansu qanuna görə və maddəsini görsədin hüququmu
Cavab: 

İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunun 7 və 15-ci maddələrinə baxın. 

15.11.2016
sahil huseynov
Sual: salam bagislayin men 3il qeyri qanuni bir qadinla elaqem olub.indi 6aydi ayrilmisinsa hemin qadinin qohumlari eri.her gun menim aileme heqe qorxu gelir.pis soyusler soyur.onun yoldasiyla giya zorla bir yerde olmusam deyir ama bu yalandi.bunu subut edirem men onlar menim aileme olmayan seylerle idduham edirler hede qorxu gelirler.pis sozlerle tehdit edirler. onari mehkemeye vere bilerem.
Cavab: 
  • Biz alici huquqlarini qoruyuruq. Sual bize aid deyildir. Polise muraciet edin. 
Sual yaz
 1    2    3    4    5    6    7    8    9    10    11    12    13    14    15    16    17    18    19    20    21    22    23    24    25   26    27    28    29    30    31    32    33    34    35    36    37    38    39    40    41    42    43    44  

Əmtəə bazarında sağlamlıq üçün təhlükəli qənd satılır, AQTA-nin apardığı işlər davamlı deyil, epizodikdir!

 

Bu barədə “Azad İstehlakçılar” İctimayi Birliyi (AİİB) 2019-cu ildə  araşdırma apararaq cəmiyyətə ətrafli məlumat vermiş,bütün müvafiq Dövlət qurumlarına,o cümlədən  Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə(AQTA) rəsmi müraciətlər etmiş,Respublika Prokurorluğu,Dövlət Gömrük komitəsi və digər qurumlar tərəfindən müvafiq tədbirlər görülmüş,”kəllə qənd”istehsalı zamanı qəndin ağardılmasında mənşəyi məlum olmayan kimyəvi maddələrdən istifadə etdiyinə görə bir sira qənnadı məmulatlarının istehsali müəssiələrində  reydlər kecirilmiş,qanun pozuntuları aşkar edilərək cavabdeh şəxslər həbs olunmuşdur.Eyni zamanda qəndin ağardılmasında istifadə olunan kimyəvi maddəni  ölkəyə idxal edən şəxslər cinayət məsuliyyətinə alinmışlar! Bu işlər 2019-cu ildə olmuşdur.

Bəs hazırda vəziyyət necədir?!

Belə ki, AİİB istehlakçılardan daxil olan məlumatlar əsasında bazardakı vəziyyətə nəzər yetirmiş, bir  “Kəllə qənd”nümunəsinin akkreditasiya olunmuş laboratoriyada ekspertizasının nəticələrini əldə edərək, insan sağlamlığı üçün təhlükə törədən qəndlərin bazarda  geniş şəbəkə ilə satıldığını müəyyən etmişdir.

AİİB tərəfindən aparılmış araşdırmanı bir daha xatırlasaq, məlum olur ki, hazırda da şəkər tozundan kəllə qənd hazırlamaq ücün, əksər kəllə qənd istehsalcıları daha ucuz olan kimyalaşma yolunu secirlər. Xatırladaq ki, şəkər tozundan  bəyaz kəllə qənd əldə etmək ücün iki üsul mövcuddur:

1) Şəkər tozu qaynadılır, bişirilir, alınan məhlul qaynatma zamanı sarı rəngə boyandığından, bu məhluldan bəyaz kəllə qənd almaq üçün məhlul bərkiyəndən sonra sarı rəngli kəllə qənd kütlələri, çox böyük firlanma sürətinə malik olan və yüksək məsrəflərlə başa gələn “Sentrafuqa”qurğusuna yerləşdirilir, burda yüksək mərkəzdənqaçma təcilinə məruz qalan kütlələrdən sarı maddə ayrılır və mexaniki yolla  tam bəyaz “kəllə qənd” əldə olunur.

2) Qaynadıldıqda sarı rəngə boyanmış şəkər tozu məhluluna kimyəvi maddə-Kükürd dioksid (SO2) əlavə edilr, sarı rəngli məhlul bəyaz rəng alır! Bundan sonra məhlul qəlblərə yerləşdirilib soyudulur və  gözlə sarılığı cətinliklə ayird edilə bilən ”bəyaz” kəllə qənd əldə edilir.

SO2 kimyəvi maddəsindən əsasən sənayedə parca ağartma, dəri aşılama, xalca yuma kimi sahələrdə istifadə olunur.

Qeyd edək ki, bütün dünyada gəlir əldə etmək, insan sağlamlığını arxa plana keçirtmə istəkləri, o yerə gətirib cıxarmışdır ki, hətta kimyəvi yolla  kəllə qənd istehsalına, bəzi ölkələrdə standartlara da daxil etməklə  haqq qazandırmışlar. Məsələn MDB məkanında mövcud olan ГОСТ 33222-2015 standartlarında  1 kq bəyaz kəllə qənddə maximum 15 milli qram  kükürd dioksidın  ola bilməsi nəzərdə tutulmuşdur (bundan öncə bu sahədə qüvvədə olan ГОСТ 22-94 və ГОСТ 31361-2008 standartlarında isə ümumiyyətlə bu maddənin istifadə edilməsinə icazə verilmir). Ölkəmizdə Tayqa Ticarət”müəssıəsi tərəfindən istehsal olunan və əmtəə bazarında satılan “Dad1” kəllə qənd məmulatının tərkibində laboratorioya tədqiqatı  1 kq məhsulda 70,2 mq  kükürd dioksid olduğunu göstərmişdir! Yəni təhlükə normasından 4,6 dəfə (500%-ə yaxın) cox!

AİİB-in araşdırmaları göstərir ki, ölkədə mövcud olan 20-yə qədər “Kəllə qənd” istehsalçısı bəyaz kəllə qənd əldə etmək ücün hazırda kimyəvi üsuldan istifadə edir və təhlükəli kimyəvi maddədən qəndi daha bəyaz etmək ücun bol-bol istifadə edirlər!

İstehlakçıların maraqlarını və sağlamlığını əsas tutan AİİB-birmənalı olaraq istehsalçılar tərəfindən kəllə qəndin ümumiyyətlə mexaniki yolla ağardılmasının həyata keçirilməsini istəyir!  Ən pis halda isə ГОСТ 33222-2015 standartlarına əsaslanaraq kəllə qənd istehsal edən sahibkarların fəaliyyətinə dövlət tərəfindən ciddi nəzarət edilməsini və sözü gedən kimyəvi qatqının standartda göstərilən normadan əsla yuxarı keçməməklə istifadəsinə icazə verilməsini tələb edir.

O cümlədən, hansı kəllə qənd istehsalı müəssisəsində mexaniki yolla ağartma həyata keçirilmirsə bu müəssiələrdə mütləq vaxtaşırı yoxlamalar aparılmalı, istehsal nümunələrindən götürülüb laborator analizləri aparılmalı, təhlükəli maddələr aşkar olunarsa və ya qatqılarla bağlı normadan kənara çıxmalar müəyyən olunacaqsa, satışda və anbarlarda olan məhsullar qeri cağrılmalı, ictimaiyyətin gözü önündə və KİV-lərin iştiraki ilə məhv edilməlidir. Bu istək və tələblərlə AİİB, Qida Təhlükəsizliyi Agentliyinə, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Dövlət Gömrük komitəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi müraciətlər etmişdir.

 

                                        AİİB-in sədri:                       E.Hüseynov

 

daha ətraflı...

Ölkəmizdə malların etiket məlumatları tam yarıtmaz vəziyyətdədir,əsasən İrandan idxal olunan mallar!

İstehlakçı xüsusən ərzaq malları haqqında məlumatı birbaşa malın etiketindən alır!İstehlakcının beynəlxalq və yerli hüquqlarından biri də məhz mal haqqında milli dildə informasiya almaq hüququdur!

“Azad İstehlakçılar” İctimayi Birliyi(AİİB) uzun illərdir ki,ən müxtəlif Dövlət orqanlarına yazılı müraciətlər göndərərək  bu məsələnin ,yəni vətəndaşlarımızin milli dildə məlumat alma hüququnun de-fakto olaraq taninması barədə tədbirlərin görülməsinə dair təkliflər versə də,bu məsələ həll olunmadan qalir!

Dövlət Dili Haqqında AR-nin qanununun maddəsi: 7.3. Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır

Istehlakcılarin Hüquqlarının Müdafiəsi Haqqında  AR-nın Qanununun 13-cü maddəsi:

Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır.

Nazirlər Kabinetinin 94 saylı qərarı,maddə 5.8.” Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə edilmiş tərcümə ilə də müşayiət olunmalıdır”

Qeyd edək ki,malların milli dildə markalanması məsələsi dünyanın əksər ölkələrində ,hətta Azərbaycandan hər cəhətcə zəif olan Ermənistan və Gürcüstanda  belə uzun illərdir ki,tam həyata keçirilsə də ölkəmizdə bu məsələ həll olunmadan qalır.Əlbəttə bu amil,qacaqmal üçün münbit bir şərait yaradır!

İlkin olaraq AİİB malların milli dildə markalanması məsələsini  İran İslam Respublikasından idxal olunan  ərzaq malları üzərində cəmləşdirməkdən başlamaq niyyətindədir. Cün ki,ən acınacaqlı hal məhz İrandan idxal edilən ərzaq mallarındadır!Əğər Dövlət qurumları qanunun yerinə yetirilməsinə dəstək versə digər çoxsaylı mal və xidmətlərə də keciləcəkdir.24 il ərzində AİİB, BMT-nin beynəlxalq uşaq təşkilatı UNİCEF-in köməyilə yalnəz körpə qidalarının milli dildəmarkalanmasına nail olmuşdur,bu cox azdır! AİİB-n ofisinə istehlakçılar tərəfindən etiraz müraciətləri ilə gətirilən İranda istehsal olunan ərzaq mallarının  markalanmasına diqqət yetirdikdə Azərbaycan dilindən başqa digər dillərdə məlumat olduğu görünür,lakin ərzaq malları üçün çox mühüm göstərici olan,istehsal və son istifadə tarixlərinin fars əlifbası ilə yazıldiğını görürük!Şübhəsiz ki,bu istehsalcı tərəfindən bilərəkdən,şüurlu şəkildə edilir ki,malını “Ölməz etsin”,yəni vətəndaşlarımız yararlılıq vaxtı keçmiş malı da alıb istehlak etsinlər!Əlbəttə Azərbaycan istehlakçılarının belə sadəlövhlüklə aldanması səbəbsiz deyil.Əhali ölkəmizdə artıq 3 ildir fəaliyyət göstərən Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) və digər dövlət qurumlarının fəaliyyətinə inanır,düşünür ki,yararlılıq vaxtı keçmiş mal satıla bilməz!Əfsus ki,bu inam özünü doğrultmur və istehlakçıların İran ərzaq mallarından zəhərlənməsinə dair məlumatlar da mövcuddur. Bəzən bu mövzu ilə bağli  neqativ halların qarşısını almağa cavabdeh olan dövlət qurumları əməkdaşlarının mediyada pafoslu cıxıçlarına da rast gəlirik,amma “3 müşketyor qanunu” daha uğurla işləyir-birimiz hamimiz ücün,hamımız birimiz üçün - yəni gömrük xeyir-dua verib ölkəyə buraxıbsa vəssalam!

İran ərzaq malları satışı şəbəkələrində ciddi monitoringlərin keçirilməsi,dövlətimizin qanunlarının pozulması ilə  ölkəyə idxal olunmuş qeyd olunan nöqsanlı malların satış şəbəkələrindən geri çağrılıb,ictimaiyyətin gözü önündə kütləvi məhv edilməsi,gömrük komitəsində çalışan əməkdaşların diqqətinin bu məsələyə cəlb edilməsinə zərurət yaranmışdir.

Dövlətimizin qanunlarını pozmaqla İran dükanlar şəbəkəsində satışa mal çıxaran 50-dən çox dükan mövcuddur.Bu dükanların bəzilərinin ünvanları:Əsas topdansatış dükanları,Sədərək ticarət mərkəzi,”Lukoyl”YDM-nin yanı(topdan satış),Dərnəgüldə “Elit “TM-nin yaxınlığı(çoxlu sayda),. 1)Bakı şəh.Əsəd Əhmədov 28

2)Xırdalan.texnikumun yaxınlıği.Rahat bazar ilə üzbəüz 3)Maştağa qəs.Savalanın 2-ci girişi 4)Ümid qəs.Laçın məktəbinin qarşısı 5)Neftçala şəh.H.Əliyev pros.Təzə bazar 6)Sahil qəsəbəsi 7)Ballı marketin yaxınlığı050-791-11-12 8)Sumqayıt şəh.2-ci mikr.Rossiya klubunun yanı.777 mağaza 9)Bakı şəh.Sarayevo küç7 10)Binəqədi ray.Xocasən yolu.Netto klubun yanı 11)Gəncə küç.Fujifilmin yanı 12)Əhmədli metrosu çıxışı.Ukrayna dairəsi tərəf 13)Xətai metrosunun arxası.N.Əliyev küç.17 14)Bakı şəh.Fatmayı 15)Hövsan qəs. 16)8 km bazarı.Halal market17)Şirvan şəh.Elite bazarının həyəti18)A.Şərifzadə küç.19519)Dərnəgül qəs.Şır-şır restoranının yanı 20)Xırdalan şəh.Təzə bazarın girişi ilə üzbəüz 21)Nizami metrosunun yanı.Z.Əhmədbəyov küç. 22)Buzovna qəs.Köhnə Polis şöbəsinin yanı 23)Əhmədli metrosu.Məhəmməd Hadi 41 və.s.

 

AİİB bu məsələni ictımailəşdirməklə bərabər, , Qida Təhlükəsizliyi Agentliyinə, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Dövlət Gömrük komitəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsminə  müraciətlər göndərmişdir.  Dövlətimizin qanunlarına əməl olunmasında hər bir istehlakcını fəal olmağa cağırırıq və dövlət qurumlarında nəticələr gözləyirik.

AİİB-in sədri:                       Eyyub Hüseynov 

 

 

daha ətraflı...
Press reliz
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə “Azad İstehlakçılar” İctimai Birliyi(AİİB) “Istehlakçılara parça bazar torbalarının paylanılması ilə ekologiyanın qorunmasına dəstək verilməsi” layihəsinin icrası üzrə fəaliyyyətini davam etdirir.
19 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, Alatava 2. ünvanda yerləşən “Araz 20 yanvar Superstore”- da istehlakçılara 150 ədəd parça materialdan tikilmiş bazar çantaları təmənnasız olaraq paylanıldı. Onlara həmçinin ekologiyanın qorunmasına,plastik taralardan imtinaya, qida təhlükəsizliyinə və ştrix koda dair məlumatlar da paylanıldı. İstehlakçılarda parça sumkalara böyük maraq oldu. Tədbirin sonunda çantaların paylanılmasına dair akt tərtib edildi. Eyni zamanda müəyyən istehlakçıların fotosu da çəkildi. Tədbirə dair press reliz hazırlanaraq KİV-lərə göndərildi. Tədbirimiz davam
daha ətraflı...

 

 

“Azad İstehlakçılar”

  İctimai Birliyi                                                                                                                   M: +99450 341 62 25                                       

17 avqust   2020-ci il.

 

Press reliz

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının  Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə “Azad İstehlakçılar” İctimai Birliyi (AİİB) “Istehlakçılara parça bazar torbalarının paylanılması ilə ekologiyanın qorunmasına dəstək verilməsi layihəsinin icrası üzrə fəaliyyyətini davam etdirir.

17 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu,  Səməd Vurğun küçəsi 60. ünvanda yerləşən “Bolmart” Supermarketdə istehlakçılara 150 ədəd parça materialdan tikilmiş bazar sumkaları təmənnasız olaraq paylanılmışdır. İstehlakçılara həmçinin qida təhlükəsizliyinə və ştrix koda dair məlumatlar da paylanılmışdır. İstehlakçılar böyük həvəslə həmin sumkaları götürürdülər. Tədbirin sonunda sumkaların paylanılmasına dair akt tərtib edildi. Eyni zamanda müəyyən istehlakçıların fotosu da çəkildi.Tədbirimiz davam edəcək.

daha ətraflı...
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır