|
|
|
Be |
Ça |
Ç |
Ca |
C |
Ş |
B |
| | | | | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
|
|
|
|
|
|
|
Bu gün ziyarətçilər: (133) |
|
Dunen ziyarətçilər: (181) |
|
Bu gün səhifə baxışı: (163) |
|
Dünən səhifə baxışı: (449) |
|
|
|
Sual-cavab |
|
|
Sual yaz |
|
22.06.2017 |
Rustem A. |
Sual: Əvalla salam!Bizim Qebele rayonunda evimiz var. Menim anama 1996 ci ilde Qebele kendinde pay torpaqi vermelidiler. Amma vermediler.Anam ise bir muddet sonra rehmete getdi.Men ise mehkeme yolu ile torpaqi aldim,senedleşdirdim öz adima ve hetta kupcalaşdirdim. Mehkemenin gerari mendedi.İndi baci ve qardaş o torpaqdan pay isteyirler. Menim sualim size?Onlara pay düşür və onlar mehkemede iddia galdira bilerler? |
Cavab: Əlbəttə məhkəmədə iddia qaldıra bilərlər və istədiklərinə nail ola bilərlər.Məsləhət görürəm əsəblərinizi korlamayasınız,könüllü olaraq halallıqla münasibətinizi saxlayasınız. |
|
|
|
|
21.06.2017 |
İsmayıl Əliyev |
Sual: Mən 26.03.2017-ci il tarixində Xaçmaz rayonu Xudat şəhərində Keneksi Ellips markalı telefon aldım 2 həftədən sonra WhatsApp ilə video görüntü göndərdim 1 dəqiqəlik ancaq səsi getdi görüntü yoxdur. Servisə 5 dəfə apardılar gətirdilər yenə düzəlmədi sonunda sxemi dəyişdilər yenə düzəlmədi "İrşad Elektroniks"ə dedim onda digər model ilə dəyişin qalıq pulun ödüyüm dedilər platanı dəyişməsəydik olardı indi olmaz. |
Cavab: Məsləhət görürəm təşkilatımızın Xaçmaz rayon nümayəndəliyinə zəng vurun-Tel: 055 204 84 79 Nəzər bəy.
Və ya 012 498 15 04 ilə İqtisadiyyat Nazirliyinə zəng edin. |
|
|
|
|
21.06.2017 |
Azad Ələkbərov |
Sual: Bu ərizəni necə harda yazmaq lazımdı bu vaxtı keçmiş südlə bağlı? |
Cavab: Hörmətli Azad müəllim,bizim saytımızda ərizə forması var,ona əsasən ərizəni yaza bilərsiniz.Ərizə anlaşıqlı,faktlar dəqiq göstərilməlidir,sonunu isə bizdən tələbiniz,xahişiniz nədir onu qeyd edin,imza qoyun. (ərizənin fotosun çəkin və ya scan edin ) eyub@consumer.baku.az ünvanına göndərin.Ərizəni flash kartda təşkilata da gətirə bilərsiniz. |
|
|
|
|
21.06.2017 |
Azad Ələkbərov |
Sual: Salam mən dünən 20.06.2017 tarixdə dükannan 4.5% li pal süd almışam bugün açıb içəndə görürəmki üstündə istifadə müddəti 13.01.17_13.05.17 di istifadə vaxtınnan 1aydan çox vaxt keçib. Mən nə etməliyəm hüququm nədir? |
Cavab: Salam,Hörmətli istehlakçı yararlılıq müddəti keçmiş malın satışı qanunla qadağandır.Malı hansı dükandan aldığınızı sübut edən sənəd varsa,malı qaytarıb dəyişdirə bilərsiniz,pulunuzu geri ala bilərsiniz.Bizə ərizə ilə müraciət etsəniz dövlət orqanları qarşısında məsələ qaldırarıq satıcı cərimə olunar. |
|
|
|
|
20.06.2017 |
Ferid yediyarov |
Sual: Salam men ehtiyat hissleri satilan maqazadan ot bicen aletim ucun karbirataldim .ustune qoydum yoxladim ki islemir .geri maqazine qaytardimsada goturmediler.Menim o hisseni almaqim ve geri getirmeyim arasindaki vaxt cemi 2 saat olub .Bu meselede haqli kimdir Evvelceden tesekkurler |
Cavab: Siz haqlısınız,malı 14 gün müddətində dəyişmək və qaytarmaq hüququnuz vardır,kassa çeki zəruridir. |
|
|
|
|
14.06.2017 |
Elvin Süleymanov |
Sual: Salam. Öncəki sualımı cavablandırdığınız üçün təşəkkür edirəm. "OVQAT AB", "KRAL", "1000 BƏRƏKƏT HALAL NEMƏT" firmalarının məhsulları halal sertifikatı alıb? |
Cavab: Bəli, bu firma \"Halal\" setifikati alıbdır və əlavə olaraq həmin firmaya \"Qida Təhlükəsizliyi\" nişanı təqdim olunubdur .Həmin firmada daim ictimai nəzarət vardır. |
|
|
|
|
13.06.2017 |
Elvin Süleymanov |
Sual: Salam. Gününüz uğurlu olsun. Zəhmət olmasa mənə halal sertifikatı almış firmaların və restoranların adlarını qeyd edərdiniz. Öncədən təşəkkür edirəm. |
Cavab: Halal sertifikatı almış restoran yoxdur.Bir neçə ət istehsalı firması halal sertifikat almışdır,\"Sevimli Dad\",\"Payım\", \"Sab\" və s.
|
|
|
|
|
11.06.2017 |
Mecid Behmenov |
Sual: Salam mene qaz sayagacinin dovlet rusumunun qiymeti lazimdir |
Cavab: Fiziki şəxslər üçün pulsuzdur,Hüquqi şəxslər üçün isə texniki şərtlər əsasında müəyyən olunur. |
|
|
|
|
08.06.2017 |
Nurane Abbasova |
Sual: Salam menim Adim Nurenedi 26yawim var ayleliyem 2oglum var yoldawimin ayagini uwagligda kesici alet kesdiyi ucun esger getmeyib hecbir yerde iwlemir boyuk oglum ixdioz xesdeliyi var yoldawimin qazanci ona gedir bizim tek prablemimiz evimiz torpagimiz yixdu ele veziyetdeyiyki olkeni terk etmey isdiry bize bir yol gosderin bize bir meslehet verin noolar cox xaiw edirem.sizden |
Cavab: Bildiyiniz kimi biz alıcı hüquqlarını qoruyuruq ,əfsus ki bu məsələdə mən Sizə heç bir məsləhət verə bilmirəm.
Nəzərə alın ki ,vaxtında yaxşı oxumaq lazım idi,təmbəl adama dünyanın heç yerində rahat iş yoxdur. |
|
|
|
|
06.06.2017 |
Fikrət Dadaşov |
Sual: Salam hər vaxtınız xeyir.Yataqxanada yaşayırıq.3 ailəyə ailəyə 4 kv.metr mətbəximiz var.3 ailəyə məxsus 3 ədəd qaz sayqacını bu mətbəxtdə yerləşdiriblər.Burda 3 sayqac və 3 ədəd 4 gözlü qaz pilitəsi burda yerləşir.Bu da bizim həddən artıq çətin olan şəraitimizi bir az daçətinləşdirib.Dəfələrlə əlaqədar təşkilatlara müraciət etmişik.Yazılı surətdəAzəriqazın Baş direktoruna müraciət etmişik ki,qaz sayqaclarını bayıra çıxarsınlar.Axırıncı dəfə18.10.2016- da müraciət etmişik.Bizə kömək edən tapılmır.Sizdən 3 ailənin 13 üzvi adından xahiş edirik bizə kömək edəsiniz.Həyatımız təhlükədədir.Hörmətlə 2 qrup Qarabaq əlili Dadaşov Fikrət İdris oölu. 06.06.2017.Qabaqcadan təşəkkür edirik və sizə inanırıq |
Cavab: Məsləhət : 498 15 04/ 01 telefonu ilə İqtisadiyyat Nazilriyinə zəng vurun şikayətinizi bildirin.Sizə kömək etmək istərdim ,lakin bu məsələ bizə aid deyildir. |
|
|
|
|
06.06.2017 |
Ruslan Cəlilov |
Sual: Salam.Mən M.Xiyabani 4 ünvanında yaşayıram.Bu binada günün düz vaxtında belə su verimində problemdir.Halbuki Azersu Baş İdarəsi 300 metrlikdədir.Gün ərzində səhər 3 saat, axşam 3 saat su ilə təchiz edilirik.Amma bu təchizatda belə ciddi problemlər var.Çox özbaşınalıqdı bu Yasamal Su Qovşağında...Bu gün saat 18.00 da su verilməli idi, lakin saat 21.13 dü su yoxdur.3 gündən bir bu cür problemdir.Zəng edən də isə xəttə təzyiq problemi var deyilir.Ümumilikdə götürsək gün ərzində 3 saat su ilə təchiz edilmirik.Ele bir qurum var görəsən buna nəzarət eləsin?Yoxsa gedek başqa ölkələrin səfirliyinə yazaq kömək istəyək?Diqqətə görə minnətdaram. |
Cavab: Məaləhət :498 15 04/01 ile İqtisadiyyat Nazirliyinə şikayətinizi bildirin. |
|
|
|
|
02.06.2017 |
Ulya Ulya |
Sual: Salam irwad telecomdan kredite telefon planwet ve komp goturmusduk, 4_5 ay vaxtinda odeme etmisdik sonra tegribi 4_5 ay ise odemek etmek alinmadiqindan aparib butun mallari qaytarmisdiq ve mallari qaytaramaqa baxmayaraq gecikmelere gore ustune 900 manatdan cox borc yazilib mehkemeye vereceyler dediklerine qore bu ne derecede duzgundur? 2) bir oqlan anasinin onuncun aldiqi kredit eve qore her ay kredit verdi kredit bitenden sonra anasi evi oqlanin adina kecirtmedi amma butun krediti oqlan ozu odeyib bununcun ne ede biler ve hal hazirda yasadiqi anasigilin evincen cixib evlense qalmaga yeri yoxdursa aileni mehkemeye verib oz haqqini teleb etmesi ne derecede meqsedeuygundur? |
Cavab: Hər iki halda məhkəməyə müraciət etməyinizi məsləhət görürəm. |
|
|
|
|
30.05.2017 |
nezrin babayeva |
Sual: Salam size bir sualim var men 19.05.2017 tarixinde sahil metrosu yaninda kosmetika magazasindan iki dene kosmetika mehsulu almisam sadece bu gun karopkasina baxanda onun cin istehsali oldugunu gormusem ve saxta oldugu ucun qaytarmaq qerarina geldim magaza ile elaqe saxladim mene dedilerki bizde qaytarmaq ve ya deyisdirmek yoxdur ve dedilerki bizim mehsul saxta deyil mehsulun sertifikatin teleb etdim bizde mehsulun sertfikatin olmadigin dediler.sizden meslehet isdiyiremki men ne ede bilerem? |
Cavab: 1)Nəzərə alın ki parfumeriya malları müvafiq qanunvericiliyə görə dəyişdirilməyən və qaytarılmayan mallar siyahısındadır.
2)498 15 04 telefonu ilə İqtisadiyyat Nazirliyinə şikayətinizi bildirin
3)ətraflı ərizə yazın ,kassa çekini təqdim edin,istəyinizi qeyd edin,imza qoyun həllinə çalışaq.Bizimlə 441 28 33 telefonu ilə də əlaqə saxlaya bilərsiniz. |
|
|
|
|
27.05.2017 |
Ali Nurriyev |
Sual: Salam. Mən telefon almişam. Qaranti ile. Ama telefon problem varki zaryatka saxlamasi ucun kilitde olmalidir. kilitden cixardan dan sonra zaryatka tez qurtarir.2-3 saata qurtarir. ekran yaniqli qalir. gerek kilite salasanki ekran sonsun. hemin telefonu qaytarmaq isteyirem ama magaza deyirki bu hallara gore telefon qaytarila bilmez. dogru mu soyleyirler? |
Cavab: Məsləhət: 1.498 15 04 telefonu ilə İqtisadiyyat Nazirliyinə ətraflı məlumat verin
2. Və ya bizə ətraflı ərizə yazın. |
|
|
|
|
26.05.2017 |
Afiq İbadov |
Sual: Salam biz bir ay evvel paltaryuyan almışığ usda gelib qarantiya yazanda dediki paltaryuyanı tokda saxlamıyın bir müddet sora taxdığ görduy ki tokda qalanda ses eliyir buna göre usdaya muraciet elediy gelib dediki bu madellerde hamısında beledi mende bildim ki bu madellerde prablem olub ama bize satanda bu haqda heçne demiyibler dukanda qarantiya kağızında yazıbki mal ne qaytarılır ne de ki deyişdirilir bu haqda ne ede bilerik xahiş edirem mene bir meslehet veresiz.evvelceden teşekkur edirem. |
Cavab: Sizin 14 gün ərzində malı dəyişmək və qaytarmaq hüququnuz vardır.
Məsləhət : 012 498 15 04 telefon nömrəsi ilə İqtisadiyyat Nazirliyinə zəng etməklə hüququnuzun qorunmasını xahiş edin. |
|
|
|
|
21.05.2017 |
Nargiz Qurbanova |
Sual: Salam. Dunen Bazar store supermarketden 5 eden dondurma aldiq Magnum. Eve gelib tebii ki de ushaga verdik ve ozumuz acdiq yedik bir az ve gorduk ki dondurmanin ici zay olub artiq. Tarixine baxdiq tarixi de cixib.Atdiq elimizdekileri zibilliye,kagizlarin ise saxladim ve qalan dondurmalar da durur. Chek de var. Hara muraciyet ede bilerik? Bu ne mehsuliyyetsizlikdi,dondurma en cox ushaglra alinir. Eminem ki biz goturduyumuz xolodilnikde hamisi vaxti cixmish dondurmalardi |
Cavab: Məsləhət :1)Sübutları götürüb gedin bazar store-a pulunuzu geri alın,müdriyyətə iradınızı bildirin, satışdan çıxartsınıar.
2)Sübutları bizə təqdim edin,ərizə yazın,Respublika ərazisində olan bu partiyanı satışdan çıxaraq və anti reklam aparaq.Dövlət orqanları vasitəsilə cərimələnməsinə nail olaq.
|
|
|
|
|
21.05.2017 |
aynur ələkbərova |
Sual: salam axaminiz xeyir. bir nefer yaxin adam 2003-cu ildə cəzasin cekib qurtarib. 1 il cəzacəkmə müəssisesində olub 221.1 mad ilə.indi məhkumlugu ödənilib. lakin bu məhkumluq ona ayağ baği olub. nece onun məhkumlugun götüre bilerik. zerer cekmişlernen barışıb hetta qizi ilə aile qurub |
Cavab: Biz istehlakçı (alıcı ) hüquqlarını qoruyuruq ,sual bizə aid deyildir. |
|
|
|
|
15.05.2017 |
Aygun Hemzeyeva |
Sual: Her vaxtiniz xeyir bele bir sualla muraciet etmek isteyirem qardasim 07.05.2017 masin bazarina gederek tanis masin alib 7700 manata.Onu kompyutere saldirmadan.Masin bu 1 hefte erzinde ustada olub ancaq artiq ustune 500 manat qoymusuq gedir sonur qizdirir remont eledik indide kompyutere salib ve bir sira prablemleri cixib ve yene pul ustune qoymaq lazimdir.Artiq 8 gun kecib satan insana dedik remintuna pul verin yada masini geri giturun onlar ise uzunuze adboy verdiler.Biz bu masini geri qaytara bilerikmi??artiq ustune qoydugunuz puluda vermek serti ile?? |
Cavab: İkinci əl malları ilə bağlı bu kimi problem əfsus ki dünyanın hər yerində var.Məsləhət:Dövlət orqanına-İqtisadiyyat Nazirliyinə müraciət edin.Tel:195 (2)/498 15 04 |
|
|
|
|
15.05.2017 |
Samir Orucov |
Sual: Salam azad istehlakcilar birliyiMen 30.03.2017 tarixde kontakt home magazasindan ozume htc aspire dual 830 markali telefon aldim ve 1 ay olar olmaz telefonda problem yarandi.Men zemanet talonu ile yaxinlashdim magazaya ordanda gonderdiler meni servise mende qizil zemanet ola ola mene teze telefon vermirler deyirlerki biz temir edib qaytaririq tezesini teleb edirem deyirlerki bir aydan kecib ve 50 faiz guzeshtle tezesini ala bilersiz mend bunula razi olmuram teleb edirem ki ya tezesini yada pulu qaytarin deyirlerki ya telefonu temir edib veririk yada yeniden telefon al.Telefonuda en qisa vaxtda ve gecikme olmadan bir ayliq kredite qizil zemanetle aldim Sizden xahish edirem mene komek edin |
Cavab: Xahiş edirəm bizə ətraflı ərizə yazın,sənədləri də təqdim edin həllinə çalışaq.
Ya da İqtisadiyyat Nazirliyinə 195 (2) ə zəng edin. |
|
|
|
|
12.05.2017 |
Qemze Hüseynova |
Sual: Salam,03.05.17 tarixinde nerimanov metrosunun yanında yerleşen takım accesories magazasında çanta almışam,1 gün keçdikden sonra istifade etmemiş üreyimce olmadıgı üçün gerl qayrarmaq istedim,lakin dediler bizde icaze yoxdu geri qaytarmaga,başqa xoşuma gelen bir şey olmadıgı üçün deyişdirmek istemedim,mene dedilerki 1 hefte gözleyin,yeni çantalar gelecek,getirersiniz başqa bir çantayla deyişerik,mende 1 hefte sonra 10.05.10 tarixinde getdim dediler çantalar gelmiyib,hele 10 güne geler,mende müdirle danışdım ki,qaytarmaq isteyirem,o da sert şekilde bizde qaytarmaq yoxdu dedi,heç 1 hefte keçib deyişmek de olmaz dedi,men bu meseleyle baglı erize yazmışam,onu size nece göndere bilerem,hemin erizenin şeklin çekib sizin maile göndersem,baxışscaqmı erizeye? |
Cavab: Ərizənizi və kassa çekinin şəklini eyub@consumer.baku.az ünvanına gönderin |
|
|
|
|
11.05.2017 |
Namiq Eliyev |
Sual: Salam sualim beledir eger qaz saygacinin dovlet rusumu 151 azn dirse binanin yiyesi bu mesleye gore guzest etmir ve saygaca gore 400 azn isteyirse bu barede mene ne yardimizniz deye biler bu barede yardimci olsaniz minetdar olaram. |
Cavab: Fiziki şəxslər üçün sayğac pulsuzdur.
Məsləhət:195 (2) ə zəng vurun ya da ərizə yazın həllinə çalışaq. |
|
|
|
|
08.05.2017 |
Ramil Necefli |
Sual: Salam.Iki gun once Kontakt Home magazalar webekesinnen ilkin odeniwsiz kreditle telefon almiwam. hal hazirda qaytarmaq isteyirem.meslehet vererdiniz zehmet olmasa. |
Cavab: Mal zavod qüsurludursa,14 gün müddətində qaytarmaq ,işlədilən zaman qüsur yaranıbsa 14 gün müddətində dəyişmək hüququnuz vardır. |
|
|
|
|
06.05.2017 |
Rövşən Əhmədov |
Sual: Əvvəllər nigahda oldugu insanı evdən çıxartmaga görə ödənilən məbləğ nə qədərdir? |
Cavab: Biz alıcı hüquqları ilə məşğul oluruq ,bu sual bizə aid deyildir. |
|
|
|
|
04.05.2017 |
Aysel Abdullayeva |
Sual: Salam.men aptekden derman almisam.reseptde istemediyim dermani da satici pakete qoyub.hem diger lazim olan derman 30 yazilmasina baxmayaraq satici butov bir qutu 60 eded verib.mende teleskenlikden paketi alib baxmadan pulunu odeyib cixmisam amma kassa qebzini goturmemisem.ne ede bilerem?? |
Cavab: 14 gün müddətində qəbz olmaq olmaq şərtilə qaytarmaq hüququ vardır.Məsləhət:
gedin aptekə vəziyyəti deyin,həll olunmasa ,bizim təşkilata ərizə yazın həll edək. |
|
|
|
|
04.05.2017 |
Dəyanət Ağayev |
Sual: Salam. Sualım nəqliyyat, daha dəqiq avtovağzal komplekslərinin fəaliyyəti ilə bağlıdır. Məlum olduğu kimi BBAK rayonlara bilet satışı həyata keçirir, doğrudur, 4.88 AZN əvəzinə çox vaxt 5.18 AZN tələb edirlər, sonda 5.00 AZN ödəməklə bileti almaq olur. Bu, bir rayon üçün misaldır. Yəqin ki, digər rayonlar üçün də eyni qayda tətbiq olunur. Hələ bu yenə də yaxşıdır. Çünki biletsiz səfər 1-2 AZN artıq ödənişlə nəticələnir. Rayonlardan Bakıya isə ümumiyyətlə bilet satışı həyata keçirilmir. Nümunə kimi qeyd edim ki, saat 12 olmamış kassaya yaxınlaşmışam, kassada oturmalı olan 3 kassir eyni vaxtda vaxtından əvvəl nahar fasiləsinə çıxmış, yerində qalan, mənə bu məlumatı bildirən isə kassir olmadığını bildirmiş və əlavə etmişdir ki, Bakıya biletlə deyil, birbaşa sürücüyə ödəniş etməklə gedişli. Cənab prezidentin rayonlarda inşa etdirdiyi bu kimi avtovağzal kompleksləri bilet satışı həyata keçirməyəcəkdisə, niyə bu qədər dəbdəbəli formada və üzərində "Avtovağzal" olaraq tikilib? Yuxarı mərtəbədə kafe yerləşir və avtovağzallar kafesi ilə yada düşür. Eyyub müəllim, sizi dəfələrlə fəaliyyətinizə görə qiymətləndirmişəm. Avtovağzalların normal fəaliyyəti ilə də bağlı haqlı iradımızı müvafiq strukturlara çatdıraraq hər şeyi yoluna qoymağı sizdən xahiş edirəm. |
Cavab: Hörmətli Dəyanət bəy,xahiş edirik ,konkret marşrut üzrə vaxtı göstərməklə ərizə yazın imza qoyun,digər iradlarınızı da bildirin ,məşğul olaq.TV-də intervyu verməyə hazır olun. |
|
|
|
|
01.05.2017 |
Farid Ayvazov |
Sual: Salam men dovlet muesesinde gece gozetcisi iwleyirem.men hansisa bawqa bir dovlet muesesindede eyni anda iwleye bileremmi.ikisindede dovlet qeydiyati ile emek kitabcasi sigorta olaqla |
Cavab: Bağışlayın sual bizə aid deyildir. |
|
|
|
|
30.04.2017 |
Sofya Babayeva |
Sual: Salam! Mən 2015-ci ildə soyuducu almışam və işlətdiyim gündən soyuducunun işindən cox narazı qalmışam.Bu günə kimi bir neçə dəfə qarantiyası olduğuna görə onu təmir ediblər. Lakin soyuducunun dərdini tapa bilməyillər.İndi soyuducu yenə işləmir və bizə yenə təmir təklif olunur.Sizdən Öyrənməy istərdim ki,qarantiyasi bitməmiş bu soyuducunu biz qaytara və yaxud başqasıilə əvəz edə bilərikmi. |
Cavab: Əlbəttə , dəyişə bilərsiniz,MƏSLƏHƏT:
195 (2)ilə İqtisadiyyat Nazirliyinə məlumat verin və ya bizə ərizə yazın həllinə çalışaq. |
|
|
|
|
27.04.2017 |
amal huseynov |
Sual: salam men 2016 ilin yanvar ayi alemden bosanmisam bir qizim var 1 yasindadi mene mehkeme 136m almet kesib men hec yerde islemediyme gore almenti oduye bilmirem 4 ay erzinde cemi imkan eliyib 150 manat oduye bilmisem mehkeme menim islemediymi nezere ala bilermi almete gore ver ne odeye bilmediyme gore ne ceza tebiq edile biler |
Cavab: Biz alıcı hüquqlarını qoruyuruq bağışlayın məslə bizə aid deyildir. |
|
|
|
|
24.04.2017 |
Bahar Azimova |
Sual: Salam,bagisdin sizi naragat ediram,ancax sizin maslativize coxx estiyacim var,1ay bunan once ayfon5 almisam,520 mata,1ay tamama olmamis,twlefon zaradka yigasi olmadi ve coxlu probkemi cixidi,apardix aldimiz erde dediler biz gaytarmirx,uzax basi size 200 mat vere bilerik,sizde telefon bize veresuz.1ikde zamanat verdiler alanda,indide deyrki ne duzeltmirem,nedeki puluvi gaytarmiraMene bir eslet verir men neyniyim? |
Cavab: Sizin təmənnasız təmir etdirmək hüququnuz vardır
Məsləhət:1.165(2) telefonu ilə Dövlət orqanına şikayətinizi bildirin
2.Və ya gəlin ofisimizə ətraflı ərizə yazın həllinə çalışaq |
|
|
|
|
19.04.2017 |
Ramil Soltanov |
Sual: Salam men bakielektrik sebekenin ay tamam olub qurtaranan sora 15 gun kecir yaddlarina duwur byada qesden limiti kecirdib caamata artiq pul yazirlar niye gore ay tamam olanda galmirler butun camahat sikayetcidir.goresen duzelecek bunlar |
Cavab: Biz konkret istehlakçı şikayətini təmənnasız həll edirik.Qeybet barədə düşünməyə vaxtımız yoxdur. |
|
|
|
|
|
Sual yaz |
|
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23 24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
|
|
|
|
Əmtəə bazarında sağlamlıq üçün təhlükəli qənd satılır, AQTA-nin apardığı işlər davamlı deyil, epizodikdir!
Bu barədə “Azad İstehlakçılar” İctimayi Birliyi (AİİB) 2019-cu ildə araşdırma apararaq cəmiyyətə ətrafli məlumat vermiş,bütün müvafiq Dövlət qurumlarına,o cümlədən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə(AQTA) rəsmi müraciətlər etmiş,Respublika Prokurorluğu,Dövlət Gömrük komitəsi və digər qurumlar tərəfindən müvafiq tədbirlər görülmüş,”kəllə qənd”istehsalı zamanı qəndin ağardılmasında mənşəyi məlum olmayan kimyəvi maddələrdən istifadə etdiyinə görə bir sira qənnadı məmulatlarının istehsali müəssiələrində reydlər kecirilmiş,qanun pozuntuları aşkar edilərək cavabdeh şəxslər həbs olunmuşdur.Eyni zamanda qəndin ağardılmasında istifadə olunan kimyəvi maddəni ölkəyə idxal edən şəxslər cinayət məsuliyyətinə alinmışlar! Bu işlər 2019-cu ildə olmuşdur.
Bəs hazırda vəziyyət necədir?!
Belə ki, AİİB istehlakçılardan daxil olan məlumatlar əsasında bazardakı vəziyyətə nəzər yetirmiş, bir “Kəllə qənd”nümunəsinin akkreditasiya olunmuş laboratoriyada ekspertizasının nəticələrini əldə edərək, insan sağlamlığı üçün təhlükə törədən qəndlərin bazarda geniş şəbəkə ilə satıldığını müəyyən etmişdir.
AİİB tərəfindən aparılmış araşdırmanı bir daha xatırlasaq, məlum olur ki, hazırda da şəkər tozundan kəllə qənd hazırlamaq ücün, əksər kəllə qənd istehsalcıları daha ucuz olan kimyalaşma yolunu secirlər. Xatırladaq ki, şəkər tozundan bəyaz kəllə qənd əldə etmək ücün iki üsul mövcuddur:
1) Şəkər tozu qaynadılır, bişirilir, alınan məhlul qaynatma zamanı sarı rəngə boyandığından, bu məhluldan bəyaz kəllə qənd almaq üçün məhlul bərkiyəndən sonra sarı rəngli kəllə qənd kütlələri, çox böyük firlanma sürətinə malik olan və yüksək məsrəflərlə başa gələn “Sentrafuqa”qurğusuna yerləşdirilir, burda yüksək mərkəzdənqaçma təcilinə məruz qalan kütlələrdən sarı maddə ayrılır və mexaniki yolla tam bəyaz “kəllə qənd” əldə olunur.
2) Qaynadıldıqda sarı rəngə boyanmış şəkər tozu məhluluna kimyəvi maddə-Kükürd dioksid (SO2) əlavə edilr, sarı rəngli məhlul bəyaz rəng alır! Bundan sonra məhlul qəlblərə yerləşdirilib soyudulur və gözlə sarılığı cətinliklə ayird edilə bilən ”bəyaz” kəllə qənd əldə edilir.
SO2 kimyəvi maddəsindən əsasən sənayedə parca ağartma, dəri aşılama, xalca yuma kimi sahələrdə istifadə olunur.
Qeyd edək ki, bütün dünyada gəlir əldə etmək, insan sağlamlığını arxa plana keçirtmə istəkləri, o yerə gətirib cıxarmışdır ki, hətta kimyəvi yolla kəllə qənd istehsalına, bəzi ölkələrdə standartlara da daxil etməklə haqq qazandırmışlar. Məsələn MDB məkanında mövcud olan ГОСТ 33222-2015 standartlarında 1 kq bəyaz kəllə qənddə maximum 15 milli qram kükürd dioksidın ola bilməsi nəzərdə tutulmuşdur (bundan öncə bu sahədə qüvvədə olan ГОСТ 22-94 və ГОСТ 31361-2008 standartlarında isə ümumiyyətlə bu maddənin istifadə edilməsinə icazə verilmir). Ölkəmizdə Tayqa Ticarət”müəssıəsi tərəfindən istehsal olunan və əmtəə bazarında satılan “Dad1” kəllə qənd məmulatının tərkibində laboratorioya tədqiqatı 1 kq məhsulda 70,2 mq kükürd dioksid olduğunu göstərmişdir! Yəni təhlükə normasından 4,6 dəfə (500%-ə yaxın) cox!
AİİB-in araşdırmaları göstərir ki, ölkədə mövcud olan 20-yə qədər “Kəllə qənd” istehsalçısı bəyaz kəllə qənd əldə etmək ücün hazırda kimyəvi üsuldan istifadə edir və təhlükəli kimyəvi maddədən qəndi daha bəyaz etmək ücun bol-bol istifadə edirlər!
İstehlakçıların maraqlarını və sağlamlığını əsas tutan AİİB-birmənalı olaraq istehsalçılar tərəfindən kəllə qəndin ümumiyyətlə mexaniki yolla ağardılmasının həyata keçirilməsini istəyir! Ən pis halda isə ГОСТ 33222-2015 standartlarına əsaslanaraq kəllə qənd istehsal edən sahibkarların fəaliyyətinə dövlət tərəfindən ciddi nəzarət edilməsini və sözü gedən kimyəvi qatqının standartda göstərilən normadan əsla yuxarı keçməməklə istifadəsinə icazə verilməsini tələb edir.
O cümlədən, hansı kəllə qənd istehsalı müəssisəsində mexaniki yolla ağartma həyata keçirilmirsə bu müəssiələrdə mütləq vaxtaşırı yoxlamalar aparılmalı, istehsal nümunələrindən götürülüb laborator analizləri aparılmalı, təhlükəli maddələr aşkar olunarsa və ya qatqılarla bağlı normadan kənara çıxmalar müəyyən olunacaqsa, satışda və anbarlarda olan məhsullar qeri cağrılmalı, ictimaiyyətin gözü önündə və KİV-lərin iştiraki ilə məhv edilməlidir. Bu istək və tələblərlə AİİB, Qida Təhlükəsizliyi Agentliyinə, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Dövlət Gömrük komitəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi müraciətlər etmişdir.
AİİB-in sədri: E.Hüseynov
|
|
daha ətraflı... |
|
Ölkəmizdə malların etiket məlumatları tam yarıtmaz vəziyyətdədir,əsasən İrandan idxal olunan mallar!
İstehlakçı xüsusən ərzaq malları haqqında məlumatı birbaşa malın etiketindən alır!İstehlakcının beynəlxalq və yerli hüquqlarından biri də məhz mal haqqında milli dildə informasiya almaq hüququdur!
“Azad İstehlakçılar” İctimayi Birliyi(AİİB) uzun illərdir ki,ən müxtəlif Dövlət orqanlarına yazılı müraciətlər göndərərək bu məsələnin ,yəni vətəndaşlarımızin milli dildə məlumat alma hüququnun de-fakto olaraq taninması barədə tədbirlərin görülməsinə dair təkliflər versə də,bu məsələ həll olunmadan qalir!
Dövlət Dili Haqqında AR-nin qanununun maddəsi: 7.3. Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır
Istehlakcılarin Hüquqlarının Müdafiəsi Haqqında AR-nın Qanununun 13-cü maddəsi:
Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır.
Nazirlər Kabinetinin 94 saylı qərarı,maddə 5.8.” Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə edilmiş tərcümə ilə də müşayiət olunmalıdır”
Qeyd edək ki,malların milli dildə markalanması məsələsi dünyanın əksər ölkələrində ,hətta Azərbaycandan hər cəhətcə zəif olan Ermənistan və Gürcüstanda belə uzun illərdir ki,tam həyata keçirilsə də ölkəmizdə bu məsələ həll olunmadan qalır.Əlbəttə bu amil,qacaqmal üçün münbit bir şərait yaradır!
İlkin olaraq AİİB malların milli dildə markalanması məsələsini İran İslam Respublikasından idxal olunan ərzaq malları üzərində cəmləşdirməkdən başlamaq niyyətindədir. Cün ki,ən acınacaqlı hal məhz İrandan idxal edilən ərzaq mallarındadır!Əğər Dövlət qurumları qanunun yerinə yetirilməsinə dəstək versə digər çoxsaylı mal və xidmətlərə də keciləcəkdir.24 il ərzində AİİB, BMT-nin beynəlxalq uşaq təşkilatı UNİCEF-in köməyilə yalnəz körpə qidalarının milli dildəmarkalanmasına nail olmuşdur,bu cox azdır! AİİB-n ofisinə istehlakçılar tərəfindən etiraz müraciətləri ilə gətirilən İranda istehsal olunan ərzaq mallarının markalanmasına diqqət yetirdikdə Azərbaycan dilindən başqa digər dillərdə məlumat olduğu görünür,lakin ərzaq malları üçün çox mühüm göstərici olan,istehsal və son istifadə tarixlərinin fars əlifbası ilə yazıldiğını görürük!Şübhəsiz ki,bu istehsalcı tərəfindən bilərəkdən,şüurlu şəkildə edilir ki,malını “Ölməz etsin”,yəni vətəndaşlarımız yararlılıq vaxtı keçmiş malı da alıb istehlak etsinlər!Əlbəttə Azərbaycan istehlakçılarının belə sadəlövhlüklə aldanması səbəbsiz deyil.Əhali ölkəmizdə artıq 3 ildir fəaliyyət göstərən Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) və digər dövlət qurumlarının fəaliyyətinə inanır,düşünür ki,yararlılıq vaxtı keçmiş mal satıla bilməz!Əfsus ki,bu inam özünü doğrultmur və istehlakçıların İran ərzaq mallarından zəhərlənməsinə dair məlumatlar da mövcuddur. Bəzən bu mövzu ilə bağli neqativ halların qarşısını almağa cavabdeh olan dövlət qurumları əməkdaşlarının mediyada pafoslu cıxıçlarına da rast gəlirik,amma “3 müşketyor qanunu” daha uğurla işləyir-birimiz hamimiz ücün,hamımız birimiz üçün - yəni gömrük xeyir-dua verib ölkəyə buraxıbsa vəssalam!
İran ərzaq malları satışı şəbəkələrində ciddi monitoringlərin keçirilməsi,dövlətimizin qanunlarının pozulması ilə ölkəyə idxal olunmuş qeyd olunan nöqsanlı malların satış şəbəkələrindən geri çağrılıb,ictimaiyyətin gözü önündə kütləvi məhv edilməsi,gömrük komitəsində çalışan əməkdaşların diqqətinin bu məsələyə cəlb edilməsinə zərurət yaranmışdir.
Dövlətimizin qanunlarını pozmaqla İran dükanlar şəbəkəsində satışa mal çıxaran 50-dən çox dükan mövcuddur.Bu dükanların bəzilərinin ünvanları:Əsas topdansatış dükanları,Sədərək ticarət mərkəzi,”Lukoyl”YDM-nin yanı(topdan satış),Dərnəgüldə “Elit “TM-nin yaxınlığı(çoxlu sayda),. 1)Bakı şəh.Əsəd Əhmədov 28
2)Xırdalan.texnikumun yaxınlıği.Rahat bazar ilə üzbəüz 3)Maştağa qəs.Savalanın 2-ci girişi 4)Ümid qəs.Laçın məktəbinin qarşısı 5)Neftçala şəh.H.Əliyev pros.Təzə bazar 6)Sahil qəsəbəsi 7)Ballı marketin yaxınlığı050-791-11-12 8)Sumqayıt şəh.2-ci mikr.Rossiya klubunun yanı.777 mağaza 9)Bakı şəh.Sarayevo küç7 10)Binəqədi ray.Xocasən yolu.Netto klubun yanı 11)Gəncə küç.Fujifilmin yanı 12)Əhmədli metrosu çıxışı.Ukrayna dairəsi tərəf 13)Xətai metrosunun arxası.N.Əliyev küç.17 14)Bakı şəh.Fatmayı 15)Hövsan qəs. 16)8 km bazarı.Halal market17)Şirvan şəh.Elite bazarının həyəti18)A.Şərifzadə küç.19519)Dərnəgül qəs.Şır-şır restoranının yanı 20)Xırdalan şəh.Təzə bazarın girişi ilə üzbəüz 21)Nizami metrosunun yanı.Z.Əhmədbəyov küç. 22)Buzovna qəs.Köhnə Polis şöbəsinin yanı 23)Əhmədli metrosu.Məhəmməd Hadi 41 və.s.
AİİB bu məsələni ictımailəşdirməklə bərabər, , Qida Təhlükəsizliyi Agentliyinə, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Dövlət Gömrük komitəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsminə müraciətlər göndərmişdir. Dövlətimizin qanunlarına əməl olunmasında hər bir istehlakcını fəal olmağa cağırırıq və dövlət qurumlarında nəticələr gözləyirik.
AİİB-in sədri: Eyyub Hüseynov
|
|
daha ətraflı... |
|
Press reliz
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə “Azad İstehlakçılar” İctimai Birliyi(AİİB) “Istehlakçılara parça bazar torbalarının paylanılması ilə ekologiyanın qorunmasına dəstək verilməsi” layihəsinin icrası üzrə fəaliyyyətini davam etdirir.
19 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, Alatava 2. ünvanda yerləşən “Araz 20 yanvar Superstore”- da istehlakçılara 150 ədəd parça materialdan tikilmiş bazar çantaları təmənnasız olaraq paylanıldı. Onlara həmçinin ekologiyanın qorunmasına,plastik taralardan imtinaya, qida təhlükəsizliyinə və ştrix koda dair məlumatlar da paylanıldı. İstehlakçılarda parça sumkalara böyük maraq oldu. Tədbirin sonunda çantaların paylanılmasına dair akt tərtib edildi. Eyni zamanda müəyyən istehlakçıların fotosu da çəkildi. Tədbirə dair press reliz hazırlanaraq KİV-lərə göndərildi. Tədbirimiz davam |
|
daha ətraflı... |
|
“Azad İstehlakçılar”
İctimai Birliyi M: +99450 341 62 25
17 avqust 2020-ci il.
Press reliz
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə “Azad İstehlakçılar” İctimai Birliyi (AİİB) “Istehlakçılara parça bazar torbalarının paylanılması ilə ekologiyanın qorunmasına dəstək verilməsi” layihəsinin icrası üzrə fəaliyyyətini davam etdirir.
17 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 60. ünvanda yerləşən “Bolmart” Supermarketdə istehlakçılara 150 ədəd parça materialdan tikilmiş bazar sumkaları təmənnasız olaraq paylanılmışdır. İstehlakçılara həmçinin qida təhlükəsizliyinə və ştrix koda dair məlumatlar da paylanılmışdır. İstehlakçılar böyük həvəslə həmin sumkaları götürürdülər. Tədbirin sonunda sumkaların paylanılmasına dair akt tərtib edildi. Eyni zamanda müəyyən istehlakçıların fotosu da çəkildi.Tədbirimiz davam edəcək. |
|
daha ətraflı... |
|
|