İSTEHLAKÇI HÜQUQLARINA DAİR İNTERNET PORTAL
Ana səhifə Xəritə Əlaqə
X ə b ə r l ə r B l o k u
Fevral-2025
Be Ça Ç Ca C Ş B
Bu gün ziyarətçilər: (147)
Dunen ziyarətçilər: (181)
Bu gün səhifə baxışı: (177)
Dünən səhifə baxışı: (449)
Sual-cavab
Sual yaz
23.08.2017
Zehra Kazimova
Sual: Salam.fiziki shexse aid shirketde 3 il ishlemishemse ve menimle emek muqavilesi baglanilmayib.buna gore men sikayet elesem hemin shirkete nece cerime dushur?zehmet olmasa sualima cavab vererdiz
Cavab: 

Biz alıcı hüquqlarını qoruyuruq.Dövlət orqanına müraciət edin 195 (5)

19.08.2017
Rəşad Əlizadə
Sual: Salam.Elektrik malları mağazasında alacağım əşyanın (soyuducu) qiymətini tam ödənilməsini, fəqət malın özünün yalnız 3 gündən sonra çatdırılacağını bildiriblər. Bu cür alış-veriş təklifi nə dərəcədə düzgündür?
Cavab: 

Sizin seçim hüququnuz vardır.Bu sahədə inhisarçılıq yoxdur,satıcının təklifi ilə razılaşmayıb başqa yerdən ala bilərsiniz.Qanun belə  məsələləri qadağan etmir.

13.08.2017
Feride Nagiyeva
Sual: Salam biz oba marketden Novoye yagi almisiq.yagdan ele pis qoxu gelir adamin beynin xarab edir.dadida adamin bogazini,medesini yandirir.usaqlar zeherlenmisdi bu yagdan.ustundede hec bir tarixi yoxdu.bele mallar hardan gelir.umumiyyetle bele mallarin sertifkati varmi.xahis edirik cavab yazin birde bu firmayla maraqlanin.artiq nece nefer bu firmadan sikayetlenir.
Cavab: 

Hörmətli Fəridə xanım, rica edirəm  köməklik göstərin bizim araşdırmada özünüz də fəal iştirak edin .Pulunuzu qaytartdıra , o partiya malı satışdan çıxartdıra,Sizə nə zərər dəyibsə onu ödətdirə və s. edə bilərik.Bizə rəsmi ərizə yazın , imza qoyun malın etiketini təqdim edin və s.

11.08.2017
Elsever Refiyev
Sual: Salam sizden bir sual sorusunu.men baksseherinde atama mexsus heyetde ev tikmisem ama ayrıca senetim yoxdu indi isiq cekdirmey isdirem mene hansi denediler lazımdı ve bu senedleri nece gel ede bilerem tsk
Cavab: 

Yerli işıq idarəsi ilə görüşün,ərizə yazın məlumatı ordan əldə edin.

07.08.2017
Nergiz Eliyeva
Sual: Salam.Siz dələduzluga aid suala cavab verirsiniz?
Cavab: 

Konkret alıcı hüquqlarınız pozulubsa ərizə yazın ,imza qoyun həllinə çalışaq.

04.08.2017
Elcin Iskenderov
Sual: Salam. Menim emek muqavilemin vaxti 11.10.2017 tarixinde bitir. Ozum sirketde 2 ildir isleyirem. Bilmek isteyirem ki emek muqvilesi biterse ve vaxti uzadilmazsa o zaman sirket isciye tezminat odemelidir mi ??Onceden tesekkur edirem.
Cavab: 

Biz istehlakçı alıcı hüquqları qoruyuruq,bu sual bizə aid deyildir.

02.08.2017
Lale M
Sual: Salam. Men qizimi ozel kurslardan birinde ingilis dili kursuna qoydum. Odeme eledim, muellime de yoxladi, hemin yoxlamani 1 ders kimi qeyd elediler. Odememe dair muqavilem var elimde. Sonra problemler yarandi deye kursa gede bilmedik. Ve men ushagin hech derse getmediyini bildirib odemeni geri istedim. Odemeni geri vermek istemirler. Bununla bagli ne meslehet gorursuz?
Cavab: 

Xahiş edirəm ətraflı ərizə yazın ,ödəmə sənədini və s əlavə edin.Mümkün olsa gəlin ofisə telefon zəngi ilə həll edək.

29.07.2017
sevil huseynova
Sual: Salam. Men Qoc eti restorandan 3.50 q doner almisdim diqqet etdim ki, etin.qrami 80-85q artiq olmurdu. Bu haqqda melumat vere bilersiz?
Cavab: 

Biz konkret məsələ üzrə istehlakçı hüququ qoruyuruq.ŞiKayətiniz varsa ərizə yazın imza qoyun kömək edək.

28.07.2017
Nermin Quliyeva
Sual: Salam. Azerbaycanda istehsal olunan bir neche dondurma sirketlerinin dondurmalarinin satisi qadaga olundu. Millenium dondurmalari bu siyahiya daxildir? Onceden tesekkur
Cavab: 

Daxil deyil.

20.07.2017
Orxan Tagiyev
Sual: Salam..2011 12 may nazirler kabinetinin 80 nomreli qerara gore qaz ib fiziki sexslerin saygacini plombun tehlukesizliyi ucun(qeyd edim ki menim saygacim kendde kucededir) oz hesablarina qutuya salmalidirlar..Amma Qaz IB bunu etmir.Aktda gosterir aygaca istehlakci cavabdehdir..bu ne derecede duzgundur..Saygaci qutuya Ib mi salmalidir yoxsa istehlakci fiziki sexs..????? Bir de eger menim 100 manat qaza borcum varsa men sikayet etdiyim ucun 3ildir menim qazimi kesmirdiler indi tutaq ki kesdiler...Sebeb borcum olduguna gore....Amma rayonda 30 faiz istehlakcinin borcu 200 manatdan artiqdir..Onlarin qazini kesmirler..Bu ayri seckiliye gore men ne ede bilerem...Buna menim huququm catirmi nese demeye???Sikayet etmeye??yoxsa men oz borcumu odemeliyem basqasindan mene ne???Bu qanunsuzluq deyilmi???Dostlarinin,,Vezifeli adamlarin,,Qohumlarinin qazini kesmi Qaz Ib menim Qazimi kesir..Tesekkurler...
Cavab: 

Şəxsən Sizin istehlakçı hüququnuzun pozulmasını dəqiq əks etdirən ərizə  yazın,istəyinizi dəqiq ifadə edin ,imza qoyun həllinə çalışaq.

19.07.2017
Orxan Tagiyev
Sual: Salam..Menim qaz saygacimi Agstafa Qaz IB emekdaslari menimle hec bir akt baglamadan 2015 ci ilde Uzerinde 800m3 serfiyyat oldugu ucun deyisib qaciblar..Ondan sonra men qaz ib getdim dediler hec bir odenis etme ozumuz saygaci deyiseceyik.2 il kecmeyine baxmayaraq deyismediler.ve men istifade etdiyimi odedim..Bir de Tarif surasi qerar verdikden sonra 1700m3 yanvarin 1 den hesablanmali idi bunlar dekabrin 16 -dan hesablayirlar.. evimde 2009-cu ilden qaz plasmas boru ile cekilib..bunun qanunsuz oldugunu bilmirdim.Defelerle qaz ib in iscileri ve rehberi eve baxis kecirse de hec birmelumat vermeyibler...Men bu haqqda azerqazin anti karrupsiya idaresine kecen ay melumat verdim.gelib baxdilar..Dediler tedbir goreceyik. Amma hec bir tedbir gorulmedi..Dediler senin deqiq borcunu hesablayib deyeceyik amma hec ne demediler....Indi bu gun mene bildiris gonderibler ki, adina olan borcun hamisini tam 3 gun erzinde baglamasan qaz verilisi dayandirilacaq..Xahis edirem mene yol gosterin men nece ede bilerem..Nezerinize catdirim ki,Qaz IB (2011 12 may) qaydalara riayet etmir..qazin tezyiqi gunde 2-3 defe deyisirbuna gore menim qaz sobam yandi.6 ayda bir defe yoxlama olmali ...olmur..qaz saygacini qutuya salmali salmir....Xahis mene cavab yazin
Cavab: 

Birinci məktubunuza cavab yazılıb.

18.07.2017
vüqar ismayilov
Sual: salam men 2016 ci ilin sentyabr ayinda ovum mercedes markali avtomasin aldim masini gendavernusla aldim adima kecirtmedimbu ilin aprel ayinda oyrendim ki masinin mulkiyyetcisinin 1900 manat telefon kreditine gore mehkeme terefinden hebs qoyulub bu ne derecede duzgundur men bu veziyyetde ne ede bilerem hal hazirda 15000 manatliq emlakim havada qalib
Cavab: 

Hörmətli Vüqar müəllim,biz birbaşa  istehlakçı hüquqlarını qoruyuruq(keyfiyyətsiz mal,xidmət..).Bu məsələ bizə aid deyildir.Təmənnasız məsləhət almaq üçün Habil müəllimə zəng vurun.( 050 314 81 88)

17.07.2017
Rasim Əliyev
Sual: SalamAzerbaycan Respublikasinin Qanunvericiliyine görə təmirə verilmiş avadanlıq hansi muddət ərzində servisdə təmir olunmalidir.Sohbət zəmanətli təmir şərtlərindən gedir
Cavab: 

http://www.consumer-aib.com/az/pages/5/6 bu linkdən istehlakçı hüquqları ilə tanış ola bilərsiniz.

17.07.2017
Nuranə Abbasova
Sual: Salam. Mən Əcəmidəki mağazalardan birindən şalvar alddım və evdə yuyub utulədikdən sonra geyindikdə şalvar bir yerindən cırıldı, yəni çürük idi. Mən iki dəfə qaytarmaq üçün və ya dəyişmək üçün getdim müdir olmadığına görə mənə bir şey demədilər. Çek və paltar onlarda qalıbdır dedilər müdir gələndə göstərim sənə xəbər edərik. 5ci gün vermişəm hələki cavab yoxdur. Bir də bildirmək isdtərdim ki, mağazanın meneceri və satıcı bir qız paltarın özünün defekt olduğunu söylədilər. İşçilərdən biri paltrarı yoxlamaq üçün çəkdikdə başqa yerdən də cırıldı. İndi bilmək istərdim ki, bu halda mənim haqlarım nədir? Xahiş edirəm bu haqqda mənə ətraflı məlumat verərdinizHörmətlə
Cavab: 

Komputerdə Ətraflı ərizə yazın,flashkartda ofisə gətirin həllinə çalışaq.

16.07.2017
Kamal Abişov
Sual: Salam.Alpen gold firmasindan qazan alinib.Hediyye verilib.Şifrede veribler.O şifre ile hansi saytdan girmek olur.Zehmet olmasa melumatlandirardiz
Cavab: 

Salam bu sualın cavabını satıcıdan soruşun,bu sual bizə aid deyildir.

15.07.2017
Gulnar Qedirova
Sual: Salam İnternrtden zakaz etdiyimiz mallara vek teleb ede bilerik?İnstagramdan
Cavab: 

Bütün hallarda rəsmi maliyyə sənədi tələb oluna bilər.Əks halda hüququnuzu qorumaq müşkül olur.

14.07.2017
SAMIRA ISMAYILOVA
Sual: SALAM.MEN BOSHANMISHAM 2 EVLADIM VAR.ERIMIN ADINDA HECNE YOXDU AMA QAYNATAMIN EVI VAR ELAVE.MENIM EVIM YOXDU USHAQLARNAN CETINLIKDE QALMISHAM MENE EV PAYI VERMIR MENE MARAQLIDI MENE HUQUQI BAXIMDAN EV PAYI DUSHUR?
Cavab: 

Biz istehlakçı hüquqlarını qoruyuruq.Sizə bu məsələdə hüquqşünasımız Qaçay Şahbazov yardım edə bilər-Tel: 055 569 83 53.

12.07.2017
rahib eliyev
Sual: salam men 9 ay evvel kontakt home kreditle 860 azn tv almiwam.lakin tv brak cixib bu 9 ayda tv nece defe onlarin servizine gedib ama brak oldugun tesdiqlemirler teze alanda sesi tutulurdu geldiler platani deyiwdiler spra dahad pislewdi tv ses tutulmasi bir yana goruntude bulaniq vardi ve bunu bize gelen serviz iwcileride testiq edir lakin tv servize aparirlarki baxsinlqar iki gun kecir getirirlerki hec bir problemi yoxdu.biz ne ed bilerik hel qarantiyasi oktyabr ayina kimidi tukanda deyir deyiwmirik tvini.bextivize bu cixib bele iw olar?xahiew edirem komeklik edesiniz.
Cavab: 

 Rəsmi ərizə yazın,faktları anlaşıqlı ardıcıl qeyd edin,bizdən tələbinizi ,xahişinizi göstərməklə imza qoyun həllinə çalışaq.(eyub@consumer.baku.az)Və yaxud flashkartda təşkilatımıza gətirin.

12.07.2017
Musviq Hesenov
Sual: Salam. Sualım beledirki sağlığnda mülkün övladına bağışlayan şəxsin ölümündən sonra,digər övladı "mən vərəsəyəm"deyə iddia qaldıra bilərmi? Əvvəlcədən təşəkkür edirəm.
Cavab: 

Salam,biz istehlakçı hüquqlarını qoruyuruq.Sizə bu məsələdə hüquqşünasımız Qaçay Şahbazov yardım edə  bilər  - Tel: 055 569 83 53.

11.07.2017
Emin Talibli
Sual: Salam. Sualim beledir ki eger dukanda tesadufen her hansi bir erzaq ve ya qeyri-erzaq mali sindirsam onu odemeye borcluyam ? Bu haqda qanunda nese var ?
Cavab: 

Ödəməlisiniz və bunun üçün çek verilməsini tələb edin.

10.07.2017
Azer Nesibli
Sual: Salam sualim budur ki Ayna Sultanova heykeli yaxinliqinda magazalardan birinden 3-4 gun once qadin cantasi almiwiq ve alinmish mal eve gelib baxanda problemli oldugunu gormushuk indi magazin onu geri qaytarmir biz ne etmeli ?
Cavab: 
09.07.2017
Fidan Qasimova
Sual: Salam alinmis ve teze kupca cixarilmis mulk alinan sexs terefinden 6 ay muddetinde geri alina biler?
Cavab: 

Salam,biz istehlakçı hüquqlarını qoruyuruq.Sizə bu məsələdə hüquqşünasımız Qaçay Şahbazov yardım edə  bilər-Tel: 055 569 83 53

05.07.2017
Emin Ceferov
Sual: Salam, xahish edirem sulami cavablandirardiniz, evli oldugum muddetde valideyinlerim mene ev aldilar ve ailemle o evde yashayiram. hal hazirda boshanmaq isteyirik, yoldashim menden ev teleb edir., ev, ise sadece menim adimdadir (lecevos)hec bir kupca yoxdur... bilmek isteyirem evi mehkeme ona vere biler ve ya bolune biler?
Cavab: 

Salam,biz istehlakçı hüquqlarını qoruyuruq.Sizə bu məsələdə hüquqşünasımız Qaçay Şahbazov yardım edə  bilər-Tel: 055 569 83 53

30.06.2017
Namik Akberov
Sual: Salam.men dogum haqqinda sehadetnameni tezeliyce deyismisem,(metrika),evvelki metrikada soyadim mamanin soyadi idi,tezesinde ise kecmisem papanin soyadina.Ancaq heleki obiri senedlerimin hec birini deyismemisem.Bu yaxinlarda russiyada yasiyan qohumun toyu olacaq,getmey isteyirem,eyer baslasam obiri dokumentlerimi de deyismeye vaxt aparir,toya kimi cattirmayacam.Bilmek isteyirdim ki,men obiri soyadimnan olan xarici pasportla granisani kece bileremmi?.cox xais edirem bir cavab yazin.diqqetinize gore sag olun.
Cavab: 

Salam,Sizə bu məsələdə hüquqşünasımız Qaçay Şahbazov yardım edə bilər-Tel: 055 569 83 53

30.06.2017
Orxan Qenberov
Sual: Salam . size yazdigim suali cavablandirdigviz ucun tewekkur eliyrem.Kontakt home yaxinlawib telefonun ekranin zedelenib iwlemediyni bildirdim amma onlar zemanet bunu temir etmir dediler.zemanet talonunda ise yazilibki "Zemanet bunlara wamil olunmur"BATAREYA,AKUMLAYTVE AKSESSUARLAR " EKRAN B URA AID DEIL
Cavab: 

Ərizə yazın,bizdən tələbinizi qeyd edin,imza qoyun. eyub@consumer.baku.az ünvanına göndərin.Həllinə çalışaq.

28.06.2017
Orxan Vəliyev
Sual: Salam, mən soruşmaq istərdim ki, kulinariya müəssisələrində istehlakçının müəssisənin mətbəxi ilə tanış olmaq hüququ varmı?
Cavab: 

Salam,bəli hüququnuz var.

28.06.2017
orxan qenberov
Sual: salam.men 4 ay evvel kontakt homeden telefon almiwam kreditle 1 illik zemaneti var telefonun ekrani zedelenib ve iwlemir bu hali zemanet temir eleyir?
Cavab: 

Zəmanətə əsasən həll edə bilərsiniz.Məsləhət 012 498 15 04-ə zəng edin,və ya bizə (eyub@consumer.baku.az) rəsmi ərizə göndərin (ərizədə faktlar dəqiq, ardıcıl,anlaşıqlı olmalı,sonda bizdən tələbiniz və imzanız olmalıdır)həllinə çalışaq.

23.06.2017
elnur bayramov
Sual: sexsi aftomobilde neter geldi kuce ticareti etmey ne derecede duzgundu? ve bunun cermesi ne qederdi? birde bu barede melumat veren sexsin anonimliyi qorunurmu?
Cavab: 

Bu sualın cavabını İqtisadiyyat Nazirliyindən öyrənin - Tel: 012 498 15 04

23.06.2017
Bəhruz Səfərov
Sual: Mən öz qızım üçün 21.06.2017 tarixdə uşaq geyim dükanından ayaqqabı almışam və səhərisi günü həmin malı,gəbzlə birlikdə dükana qaytarmaq istəmişəm. Lakin dükanın məhsul şəxsləri israrca malı geri götürməyəcəklərini söyləmişlər. Bu halda kim haklıdı və ya mən nə etməliyəm?
Cavab: 

Sizin 14 gün müddətində malı dəyişmək ,uyğun mal olmasa qaytarmaq hüququnuz var.Malın yarlıqları üstündə olmalıdır.Məsləhət: 498 15 04 -ə müraciət edin və ya bizə  ərizə yazın,imza qoyun həllinə çalışaq eyub@consumer.baku.az

22.06.2017
Emil Mustafayev
Sual: salam aptekdən dərman alınca sonra onu qaytaranda ƏDV vergisini menen tutdular bu nə dərəcədə düzgündür?
Cavab: 

Sizdən vergi tutulmamalıdır.

Sual yaz
 1    2    3    4    5    6    7    8    9    10    11    12    13    14    15    16    17    18    19    20    21    22   23    24    25    26    27    28    29    30    31    32    33    34    35    36    37    38    39    40    41    42    43    44    45  

Əmtəə bazarında sağlamlıq üçün təhlükəli qənd satılır, AQTA-nin apardığı işlər davamlı deyil, epizodikdir!

 

Bu barədə “Azad İstehlakçılar” İctimayi Birliyi (AİİB) 2019-cu ildə  araşdırma apararaq cəmiyyətə ətrafli məlumat vermiş,bütün müvafiq Dövlət qurumlarına,o cümlədən  Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə(AQTA) rəsmi müraciətlər etmiş,Respublika Prokurorluğu,Dövlət Gömrük komitəsi və digər qurumlar tərəfindən müvafiq tədbirlər görülmüş,”kəllə qənd”istehsalı zamanı qəndin ağardılmasında mənşəyi məlum olmayan kimyəvi maddələrdən istifadə etdiyinə görə bir sira qənnadı məmulatlarının istehsali müəssiələrində  reydlər kecirilmiş,qanun pozuntuları aşkar edilərək cavabdeh şəxslər həbs olunmuşdur.Eyni zamanda qəndin ağardılmasında istifadə olunan kimyəvi maddəni  ölkəyə idxal edən şəxslər cinayət məsuliyyətinə alinmışlar! Bu işlər 2019-cu ildə olmuşdur.

Bəs hazırda vəziyyət necədir?!

Belə ki, AİİB istehlakçılardan daxil olan məlumatlar əsasında bazardakı vəziyyətə nəzər yetirmiş, bir  “Kəllə qənd”nümunəsinin akkreditasiya olunmuş laboratoriyada ekspertizasının nəticələrini əldə edərək, insan sağlamlığı üçün təhlükə törədən qəndlərin bazarda  geniş şəbəkə ilə satıldığını müəyyən etmişdir.

AİİB tərəfindən aparılmış araşdırmanı bir daha xatırlasaq, məlum olur ki, hazırda da şəkər tozundan kəllə qənd hazırlamaq ücün, əksər kəllə qənd istehsalcıları daha ucuz olan kimyalaşma yolunu secirlər. Xatırladaq ki, şəkər tozundan  bəyaz kəllə qənd əldə etmək ücün iki üsul mövcuddur:

1) Şəkər tozu qaynadılır, bişirilir, alınan məhlul qaynatma zamanı sarı rəngə boyandığından, bu məhluldan bəyaz kəllə qənd almaq üçün məhlul bərkiyəndən sonra sarı rəngli kəllə qənd kütlələri, çox böyük firlanma sürətinə malik olan və yüksək məsrəflərlə başa gələn “Sentrafuqa”qurğusuna yerləşdirilir, burda yüksək mərkəzdənqaçma təcilinə məruz qalan kütlələrdən sarı maddə ayrılır və mexaniki yolla  tam bəyaz “kəllə qənd” əldə olunur.

2) Qaynadıldıqda sarı rəngə boyanmış şəkər tozu məhluluna kimyəvi maddə-Kükürd dioksid (SO2) əlavə edilr, sarı rəngli məhlul bəyaz rəng alır! Bundan sonra məhlul qəlblərə yerləşdirilib soyudulur və  gözlə sarılığı cətinliklə ayird edilə bilən ”bəyaz” kəllə qənd əldə edilir.

SO2 kimyəvi maddəsindən əsasən sənayedə parca ağartma, dəri aşılama, xalca yuma kimi sahələrdə istifadə olunur.

Qeyd edək ki, bütün dünyada gəlir əldə etmək, insan sağlamlığını arxa plana keçirtmə istəkləri, o yerə gətirib cıxarmışdır ki, hətta kimyəvi yolla  kəllə qənd istehsalına, bəzi ölkələrdə standartlara da daxil etməklə  haqq qazandırmışlar. Məsələn MDB məkanında mövcud olan ГОСТ 33222-2015 standartlarında  1 kq bəyaz kəllə qənddə maximum 15 milli qram  kükürd dioksidın  ola bilməsi nəzərdə tutulmuşdur (bundan öncə bu sahədə qüvvədə olan ГОСТ 22-94 və ГОСТ 31361-2008 standartlarında isə ümumiyyətlə bu maddənin istifadə edilməsinə icazə verilmir). Ölkəmizdə Tayqa Ticarət”müəssıəsi tərəfindən istehsal olunan və əmtəə bazarında satılan “Dad1” kəllə qənd məmulatının tərkibində laboratorioya tədqiqatı  1 kq məhsulda 70,2 mq  kükürd dioksid olduğunu göstərmişdir! Yəni təhlükə normasından 4,6 dəfə (500%-ə yaxın) cox!

AİİB-in araşdırmaları göstərir ki, ölkədə mövcud olan 20-yə qədər “Kəllə qənd” istehsalçısı bəyaz kəllə qənd əldə etmək ücün hazırda kimyəvi üsuldan istifadə edir və təhlükəli kimyəvi maddədən qəndi daha bəyaz etmək ücun bol-bol istifadə edirlər!

İstehlakçıların maraqlarını və sağlamlığını əsas tutan AİİB-birmənalı olaraq istehsalçılar tərəfindən kəllə qəndin ümumiyyətlə mexaniki yolla ağardılmasının həyata keçirilməsini istəyir!  Ən pis halda isə ГОСТ 33222-2015 standartlarına əsaslanaraq kəllə qənd istehsal edən sahibkarların fəaliyyətinə dövlət tərəfindən ciddi nəzarət edilməsini və sözü gedən kimyəvi qatqının standartda göstərilən normadan əsla yuxarı keçməməklə istifadəsinə icazə verilməsini tələb edir.

O cümlədən, hansı kəllə qənd istehsalı müəssisəsində mexaniki yolla ağartma həyata keçirilmirsə bu müəssiələrdə mütləq vaxtaşırı yoxlamalar aparılmalı, istehsal nümunələrindən götürülüb laborator analizləri aparılmalı, təhlükəli maddələr aşkar olunarsa və ya qatqılarla bağlı normadan kənara çıxmalar müəyyən olunacaqsa, satışda və anbarlarda olan məhsullar qeri cağrılmalı, ictimaiyyətin gözü önündə və KİV-lərin iştiraki ilə məhv edilməlidir. Bu istək və tələblərlə AİİB, Qida Təhlükəsizliyi Agentliyinə, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Dövlət Gömrük komitəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi müraciətlər etmişdir.

 

                                        AİİB-in sədri:                       E.Hüseynov

 

daha ətraflı...

Ölkəmizdə malların etiket məlumatları tam yarıtmaz vəziyyətdədir,əsasən İrandan idxal olunan mallar!

İstehlakçı xüsusən ərzaq malları haqqında məlumatı birbaşa malın etiketindən alır!İstehlakcının beynəlxalq və yerli hüquqlarından biri də məhz mal haqqında milli dildə informasiya almaq hüququdur!

“Azad İstehlakçılar” İctimayi Birliyi(AİİB) uzun illərdir ki,ən müxtəlif Dövlət orqanlarına yazılı müraciətlər göndərərək  bu məsələnin ,yəni vətəndaşlarımızin milli dildə məlumat alma hüququnun de-fakto olaraq taninması barədə tədbirlərin görülməsinə dair təkliflər versə də,bu məsələ həll olunmadan qalir!

Dövlət Dili Haqqında AR-nin qanununun maddəsi: 7.3. Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır

Istehlakcılarin Hüquqlarının Müdafiəsi Haqqında  AR-nın Qanununun 13-cü maddəsi:

Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır.

Nazirlər Kabinetinin 94 saylı qərarı,maddə 5.8.” Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə edilmiş tərcümə ilə də müşayiət olunmalıdır”

Qeyd edək ki,malların milli dildə markalanması məsələsi dünyanın əksər ölkələrində ,hətta Azərbaycandan hər cəhətcə zəif olan Ermənistan və Gürcüstanda  belə uzun illərdir ki,tam həyata keçirilsə də ölkəmizdə bu məsələ həll olunmadan qalır.Əlbəttə bu amil,qacaqmal üçün münbit bir şərait yaradır!

İlkin olaraq AİİB malların milli dildə markalanması məsələsini  İran İslam Respublikasından idxal olunan  ərzaq malları üzərində cəmləşdirməkdən başlamaq niyyətindədir. Cün ki,ən acınacaqlı hal məhz İrandan idxal edilən ərzaq mallarındadır!Əğər Dövlət qurumları qanunun yerinə yetirilməsinə dəstək versə digər çoxsaylı mal və xidmətlərə də keciləcəkdir.24 il ərzində AİİB, BMT-nin beynəlxalq uşaq təşkilatı UNİCEF-in köməyilə yalnəz körpə qidalarının milli dildəmarkalanmasına nail olmuşdur,bu cox azdır! AİİB-n ofisinə istehlakçılar tərəfindən etiraz müraciətləri ilə gətirilən İranda istehsal olunan ərzaq mallarının  markalanmasına diqqət yetirdikdə Azərbaycan dilindən başqa digər dillərdə məlumat olduğu görünür,lakin ərzaq malları üçün çox mühüm göstərici olan,istehsal və son istifadə tarixlərinin fars əlifbası ilə yazıldiğını görürük!Şübhəsiz ki,bu istehsalcı tərəfindən bilərəkdən,şüurlu şəkildə edilir ki,malını “Ölməz etsin”,yəni vətəndaşlarımız yararlılıq vaxtı keçmiş malı da alıb istehlak etsinlər!Əlbəttə Azərbaycan istehlakçılarının belə sadəlövhlüklə aldanması səbəbsiz deyil.Əhali ölkəmizdə artıq 3 ildir fəaliyyət göstərən Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) və digər dövlət qurumlarının fəaliyyətinə inanır,düşünür ki,yararlılıq vaxtı keçmiş mal satıla bilməz!Əfsus ki,bu inam özünü doğrultmur və istehlakçıların İran ərzaq mallarından zəhərlənməsinə dair məlumatlar da mövcuddur. Bəzən bu mövzu ilə bağli  neqativ halların qarşısını almağa cavabdeh olan dövlət qurumları əməkdaşlarının mediyada pafoslu cıxıçlarına da rast gəlirik,amma “3 müşketyor qanunu” daha uğurla işləyir-birimiz hamimiz ücün,hamımız birimiz üçün - yəni gömrük xeyir-dua verib ölkəyə buraxıbsa vəssalam!

İran ərzaq malları satışı şəbəkələrində ciddi monitoringlərin keçirilməsi,dövlətimizin qanunlarının pozulması ilə  ölkəyə idxal olunmuş qeyd olunan nöqsanlı malların satış şəbəkələrindən geri çağrılıb,ictimaiyyətin gözü önündə kütləvi məhv edilməsi,gömrük komitəsində çalışan əməkdaşların diqqətinin bu məsələyə cəlb edilməsinə zərurət yaranmışdir.

Dövlətimizin qanunlarını pozmaqla İran dükanlar şəbəkəsində satışa mal çıxaran 50-dən çox dükan mövcuddur.Bu dükanların bəzilərinin ünvanları:Əsas topdansatış dükanları,Sədərək ticarət mərkəzi,”Lukoyl”YDM-nin yanı(topdan satış),Dərnəgüldə “Elit “TM-nin yaxınlığı(çoxlu sayda),. 1)Bakı şəh.Əsəd Əhmədov 28

2)Xırdalan.texnikumun yaxınlıği.Rahat bazar ilə üzbəüz 3)Maştağa qəs.Savalanın 2-ci girişi 4)Ümid qəs.Laçın məktəbinin qarşısı 5)Neftçala şəh.H.Əliyev pros.Təzə bazar 6)Sahil qəsəbəsi 7)Ballı marketin yaxınlığı050-791-11-12 8)Sumqayıt şəh.2-ci mikr.Rossiya klubunun yanı.777 mağaza 9)Bakı şəh.Sarayevo küç7 10)Binəqədi ray.Xocasən yolu.Netto klubun yanı 11)Gəncə küç.Fujifilmin yanı 12)Əhmədli metrosu çıxışı.Ukrayna dairəsi tərəf 13)Xətai metrosunun arxası.N.Əliyev küç.17 14)Bakı şəh.Fatmayı 15)Hövsan qəs. 16)8 km bazarı.Halal market17)Şirvan şəh.Elite bazarının həyəti18)A.Şərifzadə küç.19519)Dərnəgül qəs.Şır-şır restoranının yanı 20)Xırdalan şəh.Təzə bazarın girişi ilə üzbəüz 21)Nizami metrosunun yanı.Z.Əhmədbəyov küç. 22)Buzovna qəs.Köhnə Polis şöbəsinin yanı 23)Əhmədli metrosu.Məhəmməd Hadi 41 və.s.

 

AİİB bu məsələni ictımailəşdirməklə bərabər, , Qida Təhlükəsizliyi Agentliyinə, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Dövlət Gömrük komitəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsminə  müraciətlər göndərmişdir.  Dövlətimizin qanunlarına əməl olunmasında hər bir istehlakcını fəal olmağa cağırırıq və dövlət qurumlarında nəticələr gözləyirik.

AİİB-in sədri:                       Eyyub Hüseynov 

 

 

daha ətraflı...
Press reliz
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə “Azad İstehlakçılar” İctimai Birliyi(AİİB) “Istehlakçılara parça bazar torbalarının paylanılması ilə ekologiyanın qorunmasına dəstək verilməsi” layihəsinin icrası üzrə fəaliyyyətini davam etdirir.
19 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, Alatava 2. ünvanda yerləşən “Araz 20 yanvar Superstore”- da istehlakçılara 150 ədəd parça materialdan tikilmiş bazar çantaları təmənnasız olaraq paylanıldı. Onlara həmçinin ekologiyanın qorunmasına,plastik taralardan imtinaya, qida təhlükəsizliyinə və ştrix koda dair məlumatlar da paylanıldı. İstehlakçılarda parça sumkalara böyük maraq oldu. Tədbirin sonunda çantaların paylanılmasına dair akt tərtib edildi. Eyni zamanda müəyyən istehlakçıların fotosu da çəkildi. Tədbirə dair press reliz hazırlanaraq KİV-lərə göndərildi. Tədbirimiz davam
daha ətraflı...

 

 

“Azad İstehlakçılar”

  İctimai Birliyi                                                                                                                   M: +99450 341 62 25                                       

17 avqust   2020-ci il.

 

Press reliz

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının  Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə “Azad İstehlakçılar” İctimai Birliyi (AİİB) “Istehlakçılara parça bazar torbalarının paylanılması ilə ekologiyanın qorunmasına dəstək verilməsi layihəsinin icrası üzrə fəaliyyyətini davam etdirir.

17 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu,  Səməd Vurğun küçəsi 60. ünvanda yerləşən “Bolmart” Supermarketdə istehlakçılara 150 ədəd parça materialdan tikilmiş bazar sumkaları təmənnasız olaraq paylanılmışdır. İstehlakçılara həmçinin qida təhlükəsizliyinə və ştrix koda dair məlumatlar da paylanılmışdır. İstehlakçılar böyük həvəslə həmin sumkaları götürürdülər. Tədbirin sonunda sumkaların paylanılmasına dair akt tərtib edildi. Eyni zamanda müəyyən istehlakçıların fotosu da çəkildi.Tədbirimiz davam edəcək.

daha ətraflı...
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır