|
|
|
Be |
Ça |
Ç |
Ca |
C |
Ş |
B |
| | | | | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
|
|
|
|
|
|
|
Bu gün ziyarətçilər: (139) |
|
Dunen ziyarətçilər: (181) |
|
Bu gün səhifə baxışı: (169) |
|
Dünən səhifə baxışı: (449) |
|
|
|
Sual-cavab |
|
|
Sual yaz |
|
22.11.2017 |
Vüsalə Alakbarli |
Sual: Salam men dünən kontakt homedan kreditle telefon almışam heç bir nasazlığı yoxdur sadəcə maddi vəziyyətlə əlaqədar geri qaytara bilərəm mi? |
Cavab: Qanunda bu səbəbdən geri qaytarmaq nəzərdə tutulmamışdır.Məsləhət: 498 15 04 ilə İqtisadiyyat Nazirliyinə müraciət edə bilərsiniz. |
|
|
|
|
18.11.2017 |
Aynur Seyidova |
Sual: Salam! Yoldasimin qeydiyyati yoxdu. Qeydiyyatda olmayanlar nigaha gire bilerler ve buna gore hansi senedler lazimdi? |
Cavab: Salam, biz istehlakçı hüquqlarını qoruyuruq.Bu sual bizə aid deyildir. |
|
|
|
|
18.11.2017 |
Rafiq Paşayev |
Sual: Salam.Mənim müraciətim bir neçə məsələ ilə bağlıdır.Bu haqda lazımı dövlət idarələrinə müraciət etsəm də cavab ala bilməmişəm.Çox xahiş edərdim yardım edəsiniz.2013cü ildə AAAF park yaşayış kompleksindən mənzil almışam.Bina hələ tikilməkdə olduğundan evin sahəsini yerində ölçə bilmədik.Sonradan kreditin başa çatmağına az müddət qalmış mənzili təmir edən zaman evin sahəsinin müqavilədə göstərildiyindən az olduğu məlum oldu.70.9 kv yazılsa da 63 kv olduğu məlum oldu.Sizdən artıq ödədiyim məbləğin geri qaytarılması üçün köməklik göstərməyinizi xahiş edirəm.Növbəti məni narahat edən məsələ hər ay enerji sərfiyyatına görə sakinlərdən qeyri-əhali qrupuna aid edilən 1 klv0.09 azn məbləğdə ödənişin tələb edilməsidir.Bu da mənə hər ay 4-5 azn artıq məbləğin ödəməsinə başa gəlir ki,bu da istehlakçı hüqumun pozulması deməkdir.Yuxarıda göstırilənləri nəzərə alaraq köməklik göstərəcəyinizi ümid edirəm.Çünki dəfələrlə bu məsələrlə bağlı dövlət qurumlsrına müraciət etsəm da müraciətim cavabsız qalıb. |
Cavab: Hüquqşünas Qaçay Şahbazovla əlaqə saxlayın (Tel:050 341 59 17) ərizə yazın,köməklik göstərək. |
|
|
|
|
08.11.2017 |
Gunel Memmedova |
Sual: Salam. Size bir sualim olacaq. Zehmet olmasa cavablayardiz. Men mehkemede alimentle bagli legv erizesi yazib vermiwdim. Bu halda Alimente xitam verilirmi? |
Cavab: Xanım , biz istehlakçı hüquqlarını qoruyuruq.Bu sual bizə aid deyildir. |
|
|
|
|
04.11.2017 |
Arif Memmedov |
Sual: Salam,zehmet olmasa deyerdiniz men kere yagi adiyla xeyli miqdarda yag almaq isteyirem,onun terkibini nece yoxlada bilerem? |
Cavab: Hörmətli Arif bəy, müstəqil laboratoriyada pul ödəyib, etdirə bilərsiniz.Tel: 050 220 74 35 (İradə xanım) |
|
|
|
|
03.11.2017 |
əliyeva pərvanə |
Sual: mən kiprik ücün tuş alanda satici qiz acib verdi ki yoxlayim.Sonra nəzarətci dedi ki bu tus probnik deyil istifadə etdiz almalisan.Axi bu saticinin səhvidi.cox narahatam xahis edirəm mənə yol göstərin.Magaza Tutti. |
Cavab: Gəlin ətraflı ərizə yazın,imza qoyun həllinə çalışaq və ya 498 15 04 ilə dövlət orqanına şikayətinizi bildirin. |
|
|
|
|
26.10.2017 |
Sevda Aqayeva |
Sual: Salam.Bilmek isteyirem 1217 man at 79 qepik.borca neçe manat rusum ödenilmelidir?Rusumu ödemek üçün odeyen sexse mehkeme sened teqdim etmelidirmi?Rusumu ödedikden sonra mehkeme qebz vermelidirmi?yoxsa yox. |
Cavab: Biz istehlakçı hüququ qoruyuruq,bize aid sual deyildir. |
|
|
|
|
24.10.2017 |
Yusif Huseynov |
Sual: Salam men Huseynov Yusif Rafik oglu 4sentyabr tarixinde avtosalondan padjero markali masin almisam lakin masinima hebs qoyulub mene aidiyyeti olmuyan mesele baresinde menim istirakim olmadan masinin evvelki sahibleri arasinda olan meseleye gore masinin geri qaytarilmasi teleb olunur men mawinimi sure bilmirem mawin menim mulkiyyetimdedi men sizden xahiw edirem mene meslehet veresiniz bu masini men qanunla almisam menim mulkiyetime nece hebs qoyula biler cox sag olun |
Cavab: Sənədlərin kopyasını təqdim etməklə, bizə rəzmi ərizə yazın,flashkartda təşkilata gətirin həllinə çalışaq. |
|
|
|
|
22.10.2017 |
Elnur Ibrahimov |
Sual: Salam, çox xaiş edirəm köməklik göstərəsiniz. Deməli 4 ay bundan öncə İrşad Telecomdan 1019man telefon almışam. Yarı pulunu ödəmişəm digər yarısını isə 6 ay müddətində ödəməklə. Telefon 3 dəfə servis mərkəzinə gedib eyni problemlə, 3-cü dəfə verdikdən sonra telefon lap berbad işləyir , həmçinin cızıqlar düşüb, məndə bildirirəm ki, dəyişsinlər ama heç bir köməklik göstərmirlər. İndi telefonun kredit borcu qalıb məndə bildirmişəm ki, borcu ödəmiyəcəm, bu zamanda əlavə faizlər yazılacaq. İndi mən nə etməliyəm belə bir hüququm varmı telefonu dəyişdirim? |
Cavab: 2 həftə ərzində malı dəyişmə və qaytarma hüququnuz var.Dövlət orqanına zəng edin 498 15 04(İqtisadiyyat Nazirliyi) ya da bizə rəsmi ərizə ilə müraciət edin. |
|
|
|
|
19.10.2017 |
Xədicə İmranova |
Sual: Men metbex mebeli sifariş etmişdim. Beh olaraq 650 man aldılar ve 3 heftedi getiririk deye deye axırda men leğv eledim. Pulumu ise qaytarmayıblar. Ne ede bilerem? |
Cavab: Rəsmi ərizə ilə bizə müraciət edin həllinə çalışaq. |
|
|
|
|
13.10.2017 |
Sevda Memmedova |
Sual: Salam! Sualimi cavablandirsaniz sevinerem ve evvelceden tesekkur edirem! Men 15 il bundan once payli mulkiyyetden ev almisam,evler plana dusen erefede satanin qohumu gelib ki, ev menimdi elindede cixarisi.menim xeberim olmadan meni mehkemeye verib ve mehkeme onun xeyrine qerar cixarib ki, men evden cixarilim.iddiasida bu olub k,mene heyetde qohumunun 2 ic ice olan otagindan 1 otaq satilib. Men appelyasiya sikayeti verdim Ppelyasiya mehkemesi 1 ci instansiya mehkemesinin qerarini legv etdi! Sonra rayon mehkemesine yeniden evin naturada bolgusu barede verdi yenede iddasinda men idim.mehkeme bu defede menim xeyrime qerar cixartdi! Indi ise yene rayon mehkemesine verib ki, payin naturada bolgusu barede. Xahis edirem deyerdiniz bu defe mene ziyanli ne qerar cixa biler bu defe iddiasi butun mulkiyyetcilerdi. Mene qarsi mehkeme hansisa bir ziyanli qerar cixarda bilermi? |
Cavab: Biz istehlakçı hüquqlarını qoruyuruq.Hüquqşünas Qaçay Şahbazova müraciət edin :055 569 83 53. |
|
|
|
|
11.10.2017 |
Aygul Elekberzade |
Sual: Salam Men Qida tehlukesizliyi uzre tehsil aliram (magistr) sizin birliye nece uzv ola bilerem? Diqqetinize gore teshekkur. |
Cavab: Salam,təşkilata gəlib bizim üzvlük anketini doldurmağınız lazımdır.Üzvlüyün haqqı yoxdur. |
|
|
|
|
05.10.2017 |
Perviz Bebisov |
Sual: Salam Men Seleme pul almisdim dilimden 2 qatina kagiz yazmisdim.700 goturub 1400 yazmisdim.sonra meni mehkemeye verdiler her ay vaxti vqxtinda pulu 50 man odeyirdim bu ay biraz gecikme olub bunun ucun mene problem yaranar o yeniden erize verse |
Cavab: Biz istehlakçı hüquqlarını qoruyuruq.Hüquqşünas Qaçay Şahbazova müraciət edin :055 569 83 53. |
|
|
|
|
05.10.2017 |
rustem eliyev |
Sual: salam eri olmus ana erin ata evinden pay ala bilermi?1qiz ovladi olsa bele buna haqqi var? |
Cavab: Biz istehlakçı hüquqlarını qoruyuruq.Hüquqşünas Qaçay Şahbazova müraciət edin :055 569 83 53. |
|
|
|
|
03.10.2017 |
sevinc nurlu |
Sual: salam. men bosanmadan aliment teleb etmek isdiyirem bunun ucun hara muraciet edim? nigaha girdiyim sehere getmeliyem yoxsa ferqi yoxdu seherin |
Cavab: Biz istehlakçı hüquqlarını qoruyuruq.Hüquqşünas Qaçay Şahbazova müraciət edin :055 569 83 53. |
|
|
|
|
29.09.2017 |
Amin Veliyev |
Sual: Salam menim turk vetendawina borcum var bir il bundan qabaq onunla raziliga geldik ki ona olan borcumu bir il erzinde hisse hisse odemekle ilin tamaminda ise qaliq borcun tamamini odeyerek ona olan borcumu baglayacam men birinci ay 1000 azn odedim geride qalan aylari 250.200 azn odedim son 4 ay imkanim olmadigi ucun odeye bilmedim. Hormetli Vekil menim ona olan borcumu danmiram ve mene vaxt vermeyini xais etdim oda buna mehel qoymayaraq meni baw dovlet cinayetkarliga qarwi idareye wikayet edib. Mohterem Vekil bilmek isteyirem ki meni hepis ede bilerlermi. Yaziqlarimi oxudugunuz ucun size minnetdaram xaiw edirem sualimi cavablandirasiz |
Cavab: |
|
|
|
|
21.09.2017 |
Dadaş Mahmudov |
Sual: 17 sentyabr 2017-ci il tarixində Bakı şəhəri Səməd Vurğun 85 ünvanında yerləşən “ERA” kimyəvi təmizləmə məntəqəsinə pencəyimi təmizləmək üçün vermişdim (QƏBZ №27368, 17.09.2017, ödəniləsi məbləğ 7 (yeddi) manat). 18 sentyabr tarixində pencəyi götürməyə gələndə onun ətəyinə böyük bir ləkə salındığını aşkar etdim. İşçilər dərhal sübut etməyə başladılar ki, ləkə pencəyi təhvil verəndə olub, sadəcə onlar bunu təmizləyə bilməyiblər. Amma mən pencəyi təhvil verən zaman işçilərdən biri ona hərtərəfli baxaraq yalnız qollarının bilək hissədə qatlananan yerdə və boyun hissəsində çirklənmə olduğunu deyib onu qəbul edibdir. Uzun danışıqdan sonra bir gün də möhlət istəyib pencəyi təmizləyəcəklərini dedilər. Növbəti gün gəldikdə heç bir şeyin dəyişmədiyini, ləkənin qaldığını gördüm. Yenə də işçilər ləkənin əvvəldən olduğunu sübut etməyə çalışırdılar. Əsəbləşib qışqırdıqdan rəhbərliyi tələb etdikdən sonra özlərinin mənə təkrar zəng edəcəklərini bidirdilər. İki gün keçməsinə baxmayaraq heç bir xəbər yoxdur, mən də yenidən əsəbləşmək istəmədiyimə görə ora təkrar getmək istəmirəm. Qəbzdə qeyd edilib ki, firma öz səhfi üzündən zərərgörənə ödənilən məbləğin 10 qatını qaytarır.. Xahiş edirəm ki, mənə hüquqi cəhətdən doğru çıxış yolu göstərəsiniz. |
Cavab: Bizə faktları ardıcıl qeyd edərək ,xahiş və ya tələbinizi göstərməklə imzalı ərizə yazın,təşkilata gətirin ya da bir başa İqtisadiyyat Nazirliyininin İstehlakçıların hüquqlarının müdafiəsi xidmətinə zəng edin 498 15 04 |
|
|
|
|
21.09.2017 |
Ramil Mustafayev |
Sual: Salam. Mən 19.09.2017 tarixində mağazadan işlənmiş noutbuk aldım. Lakin sonra işlənmiş aldığıma peşman oldum və 20.09.2017 tarixində (1 gün sonra) apardım ki qaytarım. Qaytarmadılar. Mənim bu noutbuku qaytarmaq hüququm var? varsa mən onlara necə izah edib (hansı qanunlarla) qaytara bilərəm. |
Cavab: |
|
|
|
|
20.09.2017 |
Orxan Ismayilli |
Sual: Salam men kontakt home magazasinnan hoffmann telefonu almisam 3 gun muddetinde telefonda problem askar edib getsim telefonu deyismese mene bildirdileeki men dediyim problem telefonda yoxdu guya men yalan deyirem deyismek ucunde 40 manat cerime istediler telefonu goturmediler mende eve qayitdim bir teher islederem amma gordumki alinmir ve zeng eledim qaynar xette mene yenede komeklik elemediler mene dedilerki senin telefina ciziq salmisan ona gore cerime odemelisen men cerimenj odememek huququm var |
Cavab: Telefon cızıldığı üçün dəyişməməyə haqlıdırlar.Siz zəmanətli təmirə verə bilərsiniz. |
|
|
|
|
15.09.2017 |
Nasir Əliyev |
Sual: Salam. Mən 08.09.2017 tarixində Sumqayıtdakı Maxi.az mağazasından LG markalı, 32 ekran tv almışam. Tv ni evə gətirdim,5 gün normal formada işlədi, lakin 2 gündür Tv-ni yandırmaq olmur. Bunula bağlı Tv-ni götürüb həmin mağazaya yaxınlaşdım, orada Tv-yə baxdılar, yoxladılar gördülər ki yandırmaq mümkün deyil. Mənə Tv-ni Bakond servisə aparmağımı və orada yoxlandıqdan sonra isə əgər mənim günahım ucbatından deyil yəni zavod istehsalı problemi olsa kağız verəcəklər və yenidən mən həmin kağızla və tv ilə yaxınlaşmalıyam Sumqayıtdakı mağazaya və o halda işləməyən tv ni yeni Tv ilə əvəz edəcəklərini bildirdilər. Mən bunun düzgün olmadığını bildirdim, çünki mən 5 gün Tv ni istifadə eləmişəm sonra isə özbaşına sönüb və yanmayıb, burada axı mənim nə günahım var ? və mən niyə əlavə xərc edib Bakıya servisə getməliyəm, bu mənim üçün həm artıq vaxt və pul itkisinə səbəb olacaq. Lakin mağaza işçiləri biz də belə olduğunu və firmanın qaydalarının belə olduğunu bildirdilər. Yekunda tv-ni götürdüm və mağazadan çıxdım. Mən sizdən bunun nə dərəcədə düzgün olduğunu və mənim hansı hüquqlarımın olduğunu, hansı hüquqlarımın pozulduğunu izah etməyinizi xahiş edirəm.Əvvəlcəsən təşəkkürümü bildirirəm |
Cavab: Hörmətli Nasir bəy,rica edirəm zəng edin danışaq. 012 441 28 33/050 341 62 25 |
|
|
|
|
14.09.2017 |
Xeyyam Elekberov |
Sual: Salam sizden xayis edirem ki mene komeklik gosteresiz men anqdan kredit goturmusdim gotrduyum meblegi odeye bilmediyim ucun banq meni merkemeye verib merkemede qerar cixarib ki emlaki satisina ve ya senetlesmesine qadaga qoyulsun mende bunu masini satmaq isteyende oyrendim ki ares qoyulub indi merkeme haqi odemisem banqa vereceyimin 7 fayizin mene deyir ki inzibati cermede olumusan bunu basa dusmedim ki men bankin olan borcu odedim hemen mebileg qederde icra memuru deyir odemelisen sebeb nedi |
Cavab: Bu məsələni məhkəmədə araşdırın. |
|
|
|
|
13.09.2017 |
cinare abbasova |
Sual: salam men sumqayit seher 1mk 826 menzil 11yasayram duz 4aydi uwaqimi evimin qarsisindaki 11nomreli bagcaya yerlewdire bilmirem. mudriyet meni ve ailemi tehqir ederek otaqinan cixardir deyir yer yoxdu gedin icraya defelerle Sumqayit seher Icra Hakimiyetindede olmuwuq ve Tehsil sobesindede amma bizi yola vererek deyibler duzeler amma duz. 4aydan coxdu hec bir xeber yoxdu ve texminen 1hefde bunan qabaq tanidiqim insanlar 600 manat ve 800manat verib uwaqin yerlewdirb menim ise o pula gucum catmir yoldasim 2ci qrup elil ozumuz mecburi kocqun ailesiyik yoldasim hec bir yerde iwlemir uwaqimda bu unvanda qeydiyatdadi kenardan gelen uwaqlari yerlewdirir amma erazinin uwaqia deyir yer yoxdu xahiw edirk bize komek edin hara muraciyet edek Icra bizim iwimize baxmir.... |
Cavab: Xahiş edirəm ətraflı ərizə yazın ,baxçanın ünvanını qeyd edin ,(varsa telefonu)imza qoyun,faktları ardıcıl yazın.email ünvanına yollayın və ya təşkilata gətirin. |
|
|
|
|
09.09.2017 |
A M |
Sual: Salam.Bilmek isterdim bowanma zamani aliment teleb etmedikden sonra uwagin ata ile goruwmesi oz isteyimizle yaranir ya mehkeme bu barede vaxt ayirmalidi?Evvelceden tewekkur. |
Cavab: Biz istehlakçı hüquqlarını qoruyuruq.Sizə bu məsələdə hüquqşünasımız Qaçay Şahbazov yardım edə bilər :055 569 83 53 |
|
|
|
|
09.09.2017 |
siyavus Eliyev |
Sual: 2016 ci il yanvar ayinda Kantakt magazasindan 399 azn telefon goturmusem ve o erefelerde Dusduymuz veziyetle bagli devalasiyaya gore is yerim baglandi ve odeye bilmedim ve hal hazirda borcum 1200azn olubdu Bu nece duzgundur ? Axi qanundafaiz yoxdur ? İsim mehkemeye getdi mmehkeme oz qerarini nece verdi neynedi bilinmedi mehkemelerde istirak elemedim indi is oz erazi polisimize verilib ve Bolme mennen ya 200 m odememi yadaki 20 sutka hepsi bulari dedi Bu nece duzgundur ? Eyer bu meblege menim imkanim catmirsa ve 26 yasim var Aile bascisiyam 5 neferlik aile uzuvume men tek baxiram aylig gelirim ise 300 m Bularin hellini istiyrem bilmek ? |
Cavab: Məsləhət görürəm ki ,İqtisadiyyat Nazirliyinə müraciət edəsiniz 498 15 04. |
|
|
|
|
06.09.2017 |
Kemale Kilic |
Sual: Salam men 7 aydir ki aileliyem yoldasim turk vetendasidi ama 1 aydirki yungul munaqise neticesinde yoldasim hec ne demeden mene xebersiz gedib turkiyeye ve qizillarimi da ogurlayib aparib ustelik tehqir edib doyub meni tehqirleri indiye kimi davam edir whatsappdan yazir.men ona soyduyune doyduyune ogurladigi qizillara gore tezminat davasi acmaq istiyirem.sadece bilmek istiyirem mehkemeni qazana bilerem? Tesekkurler |
Cavab: Biz istehlakçı hüquqlarını qoruyuruq.Sizə bu məsələdə hüquqşünasımız Qaçay Şahbazov yardım edə bilər :055 569 83 53 |
|
|
|
|
06.09.2017 |
Aynur Memmedova |
Sual: Size muraciet etdim,ve istehlakci huqularimi qorudugunuz ucun Eyyub muellim size cox cox minnetdaram! |
Cavab: |
|
|
|
|
05.09.2017 |
Elvin ABBASOV |
Sual: Salam, men marketden elektrikle işleyen ağcaqanad dermanı aparatı aldım getirdim eve, cereyana qoşan zaman xarab oldu, deyişdirmek isteyirem deyişmirler, market mehle marketidi, alıcı olaraq meni tanıyırlar, ona görede alınan mallara çek vermirler, men hansı tedbiri göre bilerem, hansı hüquqdan istifade ede bilerem? |
Cavab: Ətraflı ərizə yazın,elektron ünvanımıza göndərin.imza qoyun həllinə çalışaq. |
|
|
|
|
05.09.2017 |
Turkan İbraqimova |
Sual: Salam. Men 3-4 gun once Mobimalldan telefon ucun mashina yapishdirmaqa maqnit ile olan aksesuar almishm. cek vurulmayib. mene mal meslehet gorulub. lakin qurshdirdiqdan sonra telefonun zaryadkasin oldurduyunu gormushem. 2 gun sonra yaxinlashdim ki, ne ede bilerem. dediler o senin telefonun ucun deyil. 3 marka tel saydilar ki, bunlar ucundu.. men etiraz etdim ki, "Alanda niye demediz ? indi neyleyim men? " satici ciynin cekdi bilmirem... men ne ede bilerem? |
Cavab: Ətraflı ərizə yazın,imza qoyun,elektron ünvanımıza göndərin həllinə çalışaq. |
|
|
|
|
03.09.2017 |
Mirzaur Mahmudov |
Sual: Salam.Menim daevo centra model 90-pu-572 dovlet qeydiyyat nisanli avtomobilim var.Hemin avtomobille 22.08.17 satt 22:56 da (Abseron rayonu .Xirdalan STQ. "Xirdalan YDM" FS Quliyev Behruz M.)yanacaq doldurdum.Menim masnimin baki 55 litr tutdugu halda menden (hele bakda 6-7litr yanacaq vardi) 59 litr yanacagin pulunu aldilar ve cek verdiler 53,60azn lik..cek mendedir..Men novbe reisini ve diger iscilerle danisdiqdan sonra mene bildirdiler ki get kime ,ve hara isteyirsen sikayet et..Siz bu meseleni hell ede bilersinizmi? Ve ya biz kime muraciet edek..Evvelceden tesekkurler.... |
Cavab: Hörmətli Mir Zaur müəllim,ölkəmizdə bu problem mövcuddur.Əhali Sizin kimi deyil,ərinirlər ,mənə yalnız telefon zəngi edirlər.Mən də heç nə sübut edə bilmirəm.Xahiş edirəm , ətraflı ərizə yazın,ünvanı dəqiq qeyd edin.Bakın tutumunu sübut edən sənədin kopyasını qoyun ,kassa çekini mütləq təqdim edin,kömək edin birlikdə mübarizə aparaq.Əlbəttə ərizə daxil olduqdan sonra həmin məntəqəni cərimələyəcək və s.Pis olmazdi ki, biz görüşək ətraflı müzakirə edək. |
|
|
|
|
26.08.2017 |
Aytakin Xalilova |
Sual: Salam.Men boshanma uzre erize vermishem.1 ushagimda var.yoldashimin adina hech nir menzil yoxdur.Mulk bolgusunde mene ev haqqi dushur ?Qabagcadan teshekkur. |
Cavab: Salam,biz istehlakçı hüquqlarını qoruyuruq.Sizə bu məsələdə hüquqşünasımız Qaçay Şahbazov yardım edə bilər - Tel: 055 569 83 53.
|
|
|
|
|
|
Sual yaz |
|
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21 22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
|
|
|
|
Əmtəə bazarında sağlamlıq üçün təhlükəli qənd satılır, AQTA-nin apardığı işlər davamlı deyil, epizodikdir!
Bu barədə “Azad İstehlakçılar” İctimayi Birliyi (AİİB) 2019-cu ildə araşdırma apararaq cəmiyyətə ətrafli məlumat vermiş,bütün müvafiq Dövlət qurumlarına,o cümlədən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə(AQTA) rəsmi müraciətlər etmiş,Respublika Prokurorluğu,Dövlət Gömrük komitəsi və digər qurumlar tərəfindən müvafiq tədbirlər görülmüş,”kəllə qənd”istehsalı zamanı qəndin ağardılmasında mənşəyi məlum olmayan kimyəvi maddələrdən istifadə etdiyinə görə bir sira qənnadı məmulatlarının istehsali müəssiələrində reydlər kecirilmiş,qanun pozuntuları aşkar edilərək cavabdeh şəxslər həbs olunmuşdur.Eyni zamanda qəndin ağardılmasında istifadə olunan kimyəvi maddəni ölkəyə idxal edən şəxslər cinayət məsuliyyətinə alinmışlar! Bu işlər 2019-cu ildə olmuşdur.
Bəs hazırda vəziyyət necədir?!
Belə ki, AİİB istehlakçılardan daxil olan məlumatlar əsasında bazardakı vəziyyətə nəzər yetirmiş, bir “Kəllə qənd”nümunəsinin akkreditasiya olunmuş laboratoriyada ekspertizasının nəticələrini əldə edərək, insan sağlamlığı üçün təhlükə törədən qəndlərin bazarda geniş şəbəkə ilə satıldığını müəyyən etmişdir.
AİİB tərəfindən aparılmış araşdırmanı bir daha xatırlasaq, məlum olur ki, hazırda da şəkər tozundan kəllə qənd hazırlamaq ücün, əksər kəllə qənd istehsalcıları daha ucuz olan kimyalaşma yolunu secirlər. Xatırladaq ki, şəkər tozundan bəyaz kəllə qənd əldə etmək ücün iki üsul mövcuddur:
1) Şəkər tozu qaynadılır, bişirilir, alınan məhlul qaynatma zamanı sarı rəngə boyandığından, bu məhluldan bəyaz kəllə qənd almaq üçün məhlul bərkiyəndən sonra sarı rəngli kəllə qənd kütlələri, çox böyük firlanma sürətinə malik olan və yüksək məsrəflərlə başa gələn “Sentrafuqa”qurğusuna yerləşdirilir, burda yüksək mərkəzdənqaçma təcilinə məruz qalan kütlələrdən sarı maddə ayrılır və mexaniki yolla tam bəyaz “kəllə qənd” əldə olunur.
2) Qaynadıldıqda sarı rəngə boyanmış şəkər tozu məhluluna kimyəvi maddə-Kükürd dioksid (SO2) əlavə edilr, sarı rəngli məhlul bəyaz rəng alır! Bundan sonra məhlul qəlblərə yerləşdirilib soyudulur və gözlə sarılığı cətinliklə ayird edilə bilən ”bəyaz” kəllə qənd əldə edilir.
SO2 kimyəvi maddəsindən əsasən sənayedə parca ağartma, dəri aşılama, xalca yuma kimi sahələrdə istifadə olunur.
Qeyd edək ki, bütün dünyada gəlir əldə etmək, insan sağlamlığını arxa plana keçirtmə istəkləri, o yerə gətirib cıxarmışdır ki, hətta kimyəvi yolla kəllə qənd istehsalına, bəzi ölkələrdə standartlara da daxil etməklə haqq qazandırmışlar. Məsələn MDB məkanında mövcud olan ГОСТ 33222-2015 standartlarında 1 kq bəyaz kəllə qənddə maximum 15 milli qram kükürd dioksidın ola bilməsi nəzərdə tutulmuşdur (bundan öncə bu sahədə qüvvədə olan ГОСТ 22-94 və ГОСТ 31361-2008 standartlarında isə ümumiyyətlə bu maddənin istifadə edilməsinə icazə verilmir). Ölkəmizdə Tayqa Ticarət”müəssıəsi tərəfindən istehsal olunan və əmtəə bazarında satılan “Dad1” kəllə qənd məmulatının tərkibində laboratorioya tədqiqatı 1 kq məhsulda 70,2 mq kükürd dioksid olduğunu göstərmişdir! Yəni təhlükə normasından 4,6 dəfə (500%-ə yaxın) cox!
AİİB-in araşdırmaları göstərir ki, ölkədə mövcud olan 20-yə qədər “Kəllə qənd” istehsalçısı bəyaz kəllə qənd əldə etmək ücün hazırda kimyəvi üsuldan istifadə edir və təhlükəli kimyəvi maddədən qəndi daha bəyaz etmək ücun bol-bol istifadə edirlər!
İstehlakçıların maraqlarını və sağlamlığını əsas tutan AİİB-birmənalı olaraq istehsalçılar tərəfindən kəllə qəndin ümumiyyətlə mexaniki yolla ağardılmasının həyata keçirilməsini istəyir! Ən pis halda isə ГОСТ 33222-2015 standartlarına əsaslanaraq kəllə qənd istehsal edən sahibkarların fəaliyyətinə dövlət tərəfindən ciddi nəzarət edilməsini və sözü gedən kimyəvi qatqının standartda göstərilən normadan əsla yuxarı keçməməklə istifadəsinə icazə verilməsini tələb edir.
O cümlədən, hansı kəllə qənd istehsalı müəssisəsində mexaniki yolla ağartma həyata keçirilmirsə bu müəssiələrdə mütləq vaxtaşırı yoxlamalar aparılmalı, istehsal nümunələrindən götürülüb laborator analizləri aparılmalı, təhlükəli maddələr aşkar olunarsa və ya qatqılarla bağlı normadan kənara çıxmalar müəyyən olunacaqsa, satışda və anbarlarda olan məhsullar qeri cağrılmalı, ictimaiyyətin gözü önündə və KİV-lərin iştiraki ilə məhv edilməlidir. Bu istək və tələblərlə AİİB, Qida Təhlükəsizliyi Agentliyinə, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Dövlət Gömrük komitəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi müraciətlər etmişdir.
AİİB-in sədri: E.Hüseynov
|
|
daha ətraflı... |
|
Ölkəmizdə malların etiket məlumatları tam yarıtmaz vəziyyətdədir,əsasən İrandan idxal olunan mallar!
İstehlakçı xüsusən ərzaq malları haqqında məlumatı birbaşa malın etiketindən alır!İstehlakcının beynəlxalq və yerli hüquqlarından biri də məhz mal haqqında milli dildə informasiya almaq hüququdur!
“Azad İstehlakçılar” İctimayi Birliyi(AİİB) uzun illərdir ki,ən müxtəlif Dövlət orqanlarına yazılı müraciətlər göndərərək bu məsələnin ,yəni vətəndaşlarımızin milli dildə məlumat alma hüququnun de-fakto olaraq taninması barədə tədbirlərin görülməsinə dair təkliflər versə də,bu məsələ həll olunmadan qalir!
Dövlət Dili Haqqında AR-nin qanununun maddəsi: 7.3. Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır
Istehlakcılarin Hüquqlarının Müdafiəsi Haqqında AR-nın Qanununun 13-cü maddəsi:
Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır.
Nazirlər Kabinetinin 94 saylı qərarı,maddə 5.8.” Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə edilmiş tərcümə ilə də müşayiət olunmalıdır”
Qeyd edək ki,malların milli dildə markalanması məsələsi dünyanın əksər ölkələrində ,hətta Azərbaycandan hər cəhətcə zəif olan Ermənistan və Gürcüstanda belə uzun illərdir ki,tam həyata keçirilsə də ölkəmizdə bu məsələ həll olunmadan qalır.Əlbəttə bu amil,qacaqmal üçün münbit bir şərait yaradır!
İlkin olaraq AİİB malların milli dildə markalanması məsələsini İran İslam Respublikasından idxal olunan ərzaq malları üzərində cəmləşdirməkdən başlamaq niyyətindədir. Cün ki,ən acınacaqlı hal məhz İrandan idxal edilən ərzaq mallarındadır!Əğər Dövlət qurumları qanunun yerinə yetirilməsinə dəstək versə digər çoxsaylı mal və xidmətlərə də keciləcəkdir.24 il ərzində AİİB, BMT-nin beynəlxalq uşaq təşkilatı UNİCEF-in köməyilə yalnəz körpə qidalarının milli dildəmarkalanmasına nail olmuşdur,bu cox azdır! AİİB-n ofisinə istehlakçılar tərəfindən etiraz müraciətləri ilə gətirilən İranda istehsal olunan ərzaq mallarının markalanmasına diqqət yetirdikdə Azərbaycan dilindən başqa digər dillərdə məlumat olduğu görünür,lakin ərzaq malları üçün çox mühüm göstərici olan,istehsal və son istifadə tarixlərinin fars əlifbası ilə yazıldiğını görürük!Şübhəsiz ki,bu istehsalcı tərəfindən bilərəkdən,şüurlu şəkildə edilir ki,malını “Ölməz etsin”,yəni vətəndaşlarımız yararlılıq vaxtı keçmiş malı da alıb istehlak etsinlər!Əlbəttə Azərbaycan istehlakçılarının belə sadəlövhlüklə aldanması səbəbsiz deyil.Əhali ölkəmizdə artıq 3 ildir fəaliyyət göstərən Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) və digər dövlət qurumlarının fəaliyyətinə inanır,düşünür ki,yararlılıq vaxtı keçmiş mal satıla bilməz!Əfsus ki,bu inam özünü doğrultmur və istehlakçıların İran ərzaq mallarından zəhərlənməsinə dair məlumatlar da mövcuddur. Bəzən bu mövzu ilə bağli neqativ halların qarşısını almağa cavabdeh olan dövlət qurumları əməkdaşlarının mediyada pafoslu cıxıçlarına da rast gəlirik,amma “3 müşketyor qanunu” daha uğurla işləyir-birimiz hamimiz ücün,hamımız birimiz üçün - yəni gömrük xeyir-dua verib ölkəyə buraxıbsa vəssalam!
İran ərzaq malları satışı şəbəkələrində ciddi monitoringlərin keçirilməsi,dövlətimizin qanunlarının pozulması ilə ölkəyə idxal olunmuş qeyd olunan nöqsanlı malların satış şəbəkələrindən geri çağrılıb,ictimaiyyətin gözü önündə kütləvi məhv edilməsi,gömrük komitəsində çalışan əməkdaşların diqqətinin bu məsələyə cəlb edilməsinə zərurət yaranmışdir.
Dövlətimizin qanunlarını pozmaqla İran dükanlar şəbəkəsində satışa mal çıxaran 50-dən çox dükan mövcuddur.Bu dükanların bəzilərinin ünvanları:Əsas topdansatış dükanları,Sədərək ticarət mərkəzi,”Lukoyl”YDM-nin yanı(topdan satış),Dərnəgüldə “Elit “TM-nin yaxınlığı(çoxlu sayda),. 1)Bakı şəh.Əsəd Əhmədov 28
2)Xırdalan.texnikumun yaxınlıği.Rahat bazar ilə üzbəüz 3)Maştağa qəs.Savalanın 2-ci girişi 4)Ümid qəs.Laçın məktəbinin qarşısı 5)Neftçala şəh.H.Əliyev pros.Təzə bazar 6)Sahil qəsəbəsi 7)Ballı marketin yaxınlığı050-791-11-12 8)Sumqayıt şəh.2-ci mikr.Rossiya klubunun yanı.777 mağaza 9)Bakı şəh.Sarayevo küç7 10)Binəqədi ray.Xocasən yolu.Netto klubun yanı 11)Gəncə küç.Fujifilmin yanı 12)Əhmədli metrosu çıxışı.Ukrayna dairəsi tərəf 13)Xətai metrosunun arxası.N.Əliyev küç.17 14)Bakı şəh.Fatmayı 15)Hövsan qəs. 16)8 km bazarı.Halal market17)Şirvan şəh.Elite bazarının həyəti18)A.Şərifzadə küç.19519)Dərnəgül qəs.Şır-şır restoranının yanı 20)Xırdalan şəh.Təzə bazarın girişi ilə üzbəüz 21)Nizami metrosunun yanı.Z.Əhmədbəyov küç. 22)Buzovna qəs.Köhnə Polis şöbəsinin yanı 23)Əhmədli metrosu.Məhəmməd Hadi 41 və.s.
AİİB bu məsələni ictımailəşdirməklə bərabər, , Qida Təhlükəsizliyi Agentliyinə, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Dövlət Gömrük komitəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsminə müraciətlər göndərmişdir. Dövlətimizin qanunlarına əməl olunmasında hər bir istehlakcını fəal olmağa cağırırıq və dövlət qurumlarında nəticələr gözləyirik.
AİİB-in sədri: Eyyub Hüseynov
|
|
daha ətraflı... |
|
Press reliz
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə “Azad İstehlakçılar” İctimai Birliyi(AİİB) “Istehlakçılara parça bazar torbalarının paylanılması ilə ekologiyanın qorunmasına dəstək verilməsi” layihəsinin icrası üzrə fəaliyyyətini davam etdirir.
19 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, Alatava 2. ünvanda yerləşən “Araz 20 yanvar Superstore”- da istehlakçılara 150 ədəd parça materialdan tikilmiş bazar çantaları təmənnasız olaraq paylanıldı. Onlara həmçinin ekologiyanın qorunmasına,plastik taralardan imtinaya, qida təhlükəsizliyinə və ştrix koda dair məlumatlar da paylanıldı. İstehlakçılarda parça sumkalara böyük maraq oldu. Tədbirin sonunda çantaların paylanılmasına dair akt tərtib edildi. Eyni zamanda müəyyən istehlakçıların fotosu da çəkildi. Tədbirə dair press reliz hazırlanaraq KİV-lərə göndərildi. Tədbirimiz davam |
|
daha ətraflı... |
|
“Azad İstehlakçılar”
İctimai Birliyi M: +99450 341 62 25
17 avqust 2020-ci il.
Press reliz
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə “Azad İstehlakçılar” İctimai Birliyi (AİİB) “Istehlakçılara parça bazar torbalarının paylanılması ilə ekologiyanın qorunmasına dəstək verilməsi” layihəsinin icrası üzrə fəaliyyyətini davam etdirir.
17 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 60. ünvanda yerləşən “Bolmart” Supermarketdə istehlakçılara 150 ədəd parça materialdan tikilmiş bazar sumkaları təmənnasız olaraq paylanılmışdır. İstehlakçılara həmçinin qida təhlükəsizliyinə və ştrix koda dair məlumatlar da paylanılmışdır. İstehlakçılar böyük həvəslə həmin sumkaları götürürdülər. Tədbirin sonunda sumkaların paylanılmasına dair akt tərtib edildi. Eyni zamanda müəyyən istehlakçıların fotosu da çəkildi.Tədbirimiz davam edəcək. |
|
daha ətraflı... |
|
|