|
|
|
Be |
Ça |
Ç |
Ca |
C |
Ş |
B |
| | | | | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
|
|
|
|
|
|
|
Bu gün ziyarətçilər: (148) |
|
Dunen ziyarətçilər: (181) |
|
Bu gün səhifə baxışı: (178) |
|
Dünən səhifə baxışı: (449) |
|
|
|
Sual-cavab |
|
|
Sual yaz |
|
16.06.2024 |
Xalisə Qəhrəmanova |
Sual: Salam.Mən ayaqqabı aldım,bir gün geyindim ucu qopdu, altı yeyildi,kartla ödəniş etdim.Kartdan-karta atmaq olur dedilər elə ödədim,amma çəkdə vermədilər.Mən qaytarma istəyirəm nəsə qaytarmırıq desələr nə edim? |
Cavab: Məsləhət: 012 5997600/82/83( və ya 195) telefonnu ilə dövlət orqanına şikayət edin və ya Normal ərizə yazın,fləş Kartda gətirin ofisə (D.Əliyeva 239,saat 9.30--12 arası) Sizin iştirakınızlzla z edim çalışım danşıq yolu ilə həll edim,əks halda ərizəni dövlət orqanlarına göndərəcəm.
|
|
|
|
|
11.06.2024 |
İlqar Memmedov |
Sual: Salam.Men 10.6.24 kontakt home-dan et çeken maşın aldim Kenwood 250 manata,yoxladım çox pis çekir,geri qaytarmaq istedim,deyirler apar itiletdir işleyecek,eğer işlemese deyişerik,eğer o da yaxşı olmasa bizde qaytarılma yoxdu.Men ne etmeliyem? |
Cavab: Məsləhət: 012 5997600/82/83( və ya 195) telefonnu ilə dövlət orqanına şikayət edin və ya Normal ərizə yazın,fləş Kartda gətirin ofisə (D.Əliyeva 239,saat 9.30--12 arası) Sizin iştirakınızlzla z edim çalışım danşıq yolu ilə həll edim,əks halda ərizəni dövlət orqanlarına göndərəcəm.
|
|
|
|
|
01.06.2024 |
Salam Qədirov |
Sual: Salam. Mən 2 gün öncə Fox Optikadan eynək aldım. Gözlərim orda yoxlanıldı və eynək sifarişlə hazırlandı. 1 günlük istifadədən sonra gözümə uyğun olmadığını anladım. Şəxsə özəl hazırlanır deyə əmin deyiləm, öyrənmək istəyirdim eynəyi qaytarıb tam ödənişi geri ala bilərəm ya yox? İndidən təşəkkürlər! |
Cavab: Məsləhət: 012 5997600( və ya 195) telefonnu ilə dövlət orqanına şikayət edin və ya Normal ərizə yazın,fləş Kartda gətirin ofisə (D.Əliyeva 239,saat 9.30--12 arası) Sizin iştirakınızlzla z edim çalışım danşıq yolu ilə həll edim,əks halda ərizəni dövlət orqanlarına göndərəcəm.
|
|
|
|
|
01.06.2024 |
Zəhra Zəhra |
Sual: Salam. Mən may ayının 1-i 28 may ərazisində yerləşən öz parçalarını özləri istehsal edən Suzanni Baku Textile (yaxud digər adı ilə Atlas Baku Textile) adlı mağazadan 110 manat dəyərində alış etmişdim. Satın aldığım parçaların hamısına yaş halda ütü dəyən kimi rəngləri çıxdı və qarışdı bir-birinə. Qarşı tərəfə mənim zərərimi kompensasiya etmələri ilə bağlı dəfələrlə müraciət etdim. Lakin, dedilər ki, get kimə istəyirsən şikayət et. Alış zamanı saxtakarlıq edərək çeki də təqdim etmədən, paketin içinden götürübler. Məncə heç kassaya da vurmadılar satışı. Bununla bağlı vergi organına şikayət etmişəm. Əlimdə hal-hazırda bu mağazanın logosunu daşıyan parçalar və bank apilkasiyası vasitəsi ilə kartlarına etdiyim ödənişin çeki var. Siz bu barədə mənə kömək edə bilərsiniz? |
Cavab: Məsləhət: 012 5997600( və ya 195) telefonnu ilə dövlət orqanına şikayət edin və ya Normal ərizə yazın,fləş Kartda gətirin ofisə (D.Əliyeva 239,saat 9.30--12 arası) Sizin iştirakınızlzla z edim çalışım danşıq yolu ilə həll edim,əks halda ərizəni dövlət orqanlarına göndərəcəm.
|
|
|
|
|
29.05.2024 |
Babek Atakisiyev |
Sual: Salam. Men 36 gun evvel chevrolet babek filialindan 2023ci il model yeni (sifir yurus)chevrolet malibu masini almisam. Bugun masini cilalamaga aparanda dedilerki masinin bir detali daha deqiq desek qapisi sonradan renglenib. Men indi ne etmeliyem. |
Cavab: Salam. Mənə z edin danşaq, çalşıb kömək edəcəm.0124412833;0124498995 saat 12-yə qədər |
|
|
|
|
23.05.2024 |
Eldar Əliyev |
Sual: Salam,Dünən Əhmədli qəsəbəsi General Şıxlinski küçəsində yerləşən AZZA şəbəkə mağazasından qatıq məhsulu alarkən son istifadə tarixinə baxmamışam.Evdə baxanda gördümki məhsulun istifadə müddəti 21-05-2024 bitir.Təxmini məhsulu aldıqdan 10-15 dəqiqə sonra geri qaytarmaq istədim.Lakin mağaza işçiləri geri götümədilər.Bu nədərəcədə düzgündür?Salam,aydınlıq gətirmək istəyirəm məhsul alınanda tarix 20-05-2024 idi.Yəni məhsulun bitmə müddətinə 1 gün qalmışdır 2-ci sual:Nə səbəbə geri qaytaranda qəbul edilmir?Əsas gətirlər ki,süd məhsulu mağazadan çıxandan sonra geri qaytarmaq olmaz.Fərq etmir 1-5 dəqiqqə keçsə belə.Əsas gətirirlər Nazirlər Kabinetininin qərarı var sözü gedən məsələ ilə bağlı.Doğrudur?Öncədən təşəkkür. |
Cavab: Salam. Yararlılıq vaxtına hələ bir gün varsa və başqa səbəb yoxsa, malı geri qaytarmaya bilərlər. Təssüf ki, NK-nin qeyd olunan məzmunda qərari var.(21.05.1998, qərar 114,bənd 12) |
|
|
|
|
21.05.2024 |
Eldar Əliyev |
Sual: Salam,Dünən Əhmədli qəsəbəsi General Şıxlinski küçəsində yerləşən AZZA şəbəkə mağazasından qatıq məhsulu alarkən son istifadə tarixinə baxmamışam.Evdə baxanda gördümki məhsulun istifadə müddəti 21-05-2024 bitir.Təxmini məhsulu aldıqdan 10-15 dəqiqə sonra geri qaytarmaq istədim.Lakin mağaza işçiləri geri götümədilər.Bu nədərcə düzgündür? |
Cavab: Qanunla belə məhsulu satmaq qadağandır!Mütləq 1003 telefonu ilə Qida Agentliyinə z edib məlumat verin,tələb edin ki,orada yoxlama keçirsinlər və malı qaytarsinlar.Nəticəsi olacaqdır! |
|
|
|
|
15.05.2024 |
Arzu Qurban |
Sual: Salam. Men 11.05.2024 tarixinde Yasamal mega sop univermaqda kostyum aldım. İstifadə olunmayıb, bütün etiketleri üzərindədir. Qaytarmaq isteyirem. Bildirirlerki malı 1 gün erzinde qaytarmaq , 14 gün erzinde ise deyişmek olar ancaq. Düzdürmü? |
Cavab: Məsləhət: 012 5997600( və ya 195) telefonnu ilə dövlət orqanına şikayət edin və ya Normal ərizə yazın,fləş Kartda gətirin ofisə (D.Əliyeva 239,saat 9.30--12 arası) Sizin iştirakınızlzla z edim çalışım danşıq yolu ilə həll edim,əks halda ərizəni dövlət orqanlarına göndərəcəm.
Sizin 14 gün müddətində qytarmaq hüququnuz var |
|
|
|
|
09.05.2024 |
Zamiq Selimov |
Sual: Salam.Fiber optik internet cekilib 40mb.ama o suret temin olunmur. Demek olar ki islemir.sikayet edirsen baxan yoxdu. Basqa hara sikayet ede bilereem |
Cavab: Məsləhət: 012 5997600( və ya 195) telefonnu ilə dövlət orqanına şikayət edin və ya Normal ərizə yazın,fləş Kartda gətirin ofisə (D.Əliyeva 239,saat 9.30--12 arası) Sizin iştirakınızlzla z edim çalışım danşıq yolu ilə həll edim,əks halda ərizəni dövlət orqanlarına göndərəcəm. |
|
|
|
|
14.04.2024 |
Fəridə Əliyeva |
Sual: Salam, Mən dünən restoranda rezervasiyam olmasına baxmayaraq rezerv etdiyim masada əyləşməyimə icazə verilmədi. Girişdə çay yoxsa yemək olacağını soruşub buna əsasən qərar verildi ki orada əyləşə bilmərəm. və orda mənə bu məlumat verildi. Sonradan menyuda olan fincan çay və desert sifariş etmək istədim. Ancaq çayın fincan şəklində sadəcə yeməkdən sonra verdiklərini dedilər və çayı set şəklində təklif etdilər. əks təqdirdə çay almaq olmazmış. bu menyuda və ya resotan səhifəsində yazılmayıb. Məcbur qalıb əyləşdiyim məkandan qalxdım və bütün planım pozuldu. mən bununla bağlı restoranı hara şikayət edə bilərəm? |
Cavab: Məsləhət: 012 5997600( və ya 195) telefonnu ilə dövlət orqanına şikayət edin və ya Normal ərizə yazın,fləş Kartda gətirin ofisə (D.Əliyeva 239,saat 9.30--12 arası) Sizin iştirakınızlzla z edim çalışım danşıq yolu ilə həll edim,əks halda ərizəni dövlət orqanlarına göndərəcəm. |
|
|
|
|
03.04.2024 |
Alya Aleskerova |
Sual: Salam. İngilis dili kursuna yazılmamışdan əvvəl məndən 20 azn depozit alındı. Endirim günü idi deyə. Kursa başlamamışdım, və bildirmişdim ki, hələ başlamıyacam. Və 3 gün sonra kursa getməkdən imtina etdim. Depozitimi isə qaytarmaqdan imtina edirlər. Səbəb olaraq ödənişlər geri qaytarılmır dedilər. Balaca tədris müqaviləsi verilib. Burada yalnız qeyd olunub ki, tədris məşğələsi üçün ödənilən məbləğ geri qaytarılmır. Mən isə depozit ödəmişəm. Və öz pulumu geri istəyirəm. Buna haqqları çatmır. Mən necə edə bilərəm? |
Cavab: Məsləhət: 012 5997600( və ya 195) telefonnu ilə dövlət orqanına şikayət edin və ya Normal ərizə yazın,fləş Kartda gətirin ofisə (D.Əliyeva 239,saat 9.30--12 arası) Sizin iştirakınızlzla z edim çalışım danşıq yolu ilə həll edim,əks halda ərizəni dövlət orqanlarına göndərəcəm. |
|
|
|
|
01.04.2024 |
Nigar Əliyeva |
Sual: Salam. Mən 3 gün əvvəl Salon malları vağazasında Dırnaq üçün kusaçka almışam. Satıcı bildirdi ki, manikur alətləri qaytarılmır, nədəki dəyişdirlmir, lakin onu yoxlamadan mənə satdı. Alıb istifadə etdikdən sonra məlum oldu ki, alət tamamilə kütdür. FİRMA aləti olduğuna və qiyməti də ucuz olmadğına görə (25 AZN) mən bu aləti aldım. lakin istifadəyə yararsız çıxdı. İndi mən nə edim. Qaytarılması mümkün deyilsə bu mənim günahındırmı bir istehlakçı kimi xahiş edirəm mənə köməklik göstərəsiniz. |
Cavab: Məsləhət: 012 5997600( və ya 195) telefonnu ilə dövlət orqanına şikayət edin və ya Normal ərizə yazın,fləş Kartda gətirin ofisə (D.Əliyeva 239,saat 9.30--12 arası) Sizin iştirakınızlzla z edim çalışım danşıq yolu ilə həll edim,əks halda ərizəni dövlət orqanlarına göndərəcəm. |
|
|
|
|
25.03.2024 |
Nigar Eyvazova |
Sual: Salam. Mağazadan 55 manata brelok almışam. Çeki ilə geri qaytaranda dedilər ki kassada pul yoxdu breloku qoy , pul olanda xəbər edərik gəlib götürərsiz. 4 gündü qaytarmışam amma hələ pulu ödəmirlər. Bu nə qədər düzdü? Mən nə etməliyəm? |
Cavab: Məsləhət: 012 5997600( və ya 195) telefonnu ilə dövlət orqanına şikayət edin və ya Normal ərizə yazın,fləş Kartda gətirin ofisə (D.Əliyeva 239,saat 9.30--12 arası) Sizin iştirakınızlzla z edim çalışım danşıq yolu ilə həll edim,əks halda ərizəni dövlət orqanlarına göndərəcəm |
|
|
|
|
22.03.2024 |
Ulfat Shukurov |
Sual: Salam. Men kreditle televizaldim toshiba markali. Ve satici mene dediki bu tv 2023 modeli. Sonradan televizoru getirdikden sonra gordumki 2020 modelidi. Ve mene yalan dediler. Indi men neynemeliyem . Xahis edirrem bir yol gosterin. |
Cavab: Məsləhət: 012 5997600( və ya 195) telefonnu ilə dövlət orqanına şikayət edin və ya Normal ərizə yazın,fləş Kartda gətirin ofisə (D.Əliyeva 239,saat 9.30--12 arası) Sizin iştirakınızlzla z edim çalışım danşıq yolu ilə həll edim,əks halda ərizəni dövlət orqanlarına göndərəcəm |
|
|
|
|
19.03.2024 |
Nigar Eyvazova |
Sual: Salam. Brelok almışam və 3 gün sonra qaytarmaqçun mağazaya getmişəm. Deyirlər aksesuarlar geri qaytarılmır. Çeki də var. Bu doğrudu? |
Cavab: Brelok qaytarilmayan mallar siyahisinda deyil. |
|
|
|
|
18.03.2024 |
Şahin Məmmədov |
Sual: Salam.bizim yeni tikili binamızın 15 metrlik mesafesinde maşın yuyucuxanası açılıb,gece saat 1 e qeder işleyib sakinleri narahat edirler,bilmek isterdim qanunvericilikle onların işleme saatları nece tenzimlenir. Teşekkür edirem. |
Cavab: Sual bizə aid deyil.195 telefona zəng edin soruşun. |
|
|
|
|
11.03.2024 |
Hemidova Konul |
Sual: Salam men umico sirketinen sikayetci olmax isfeyirem mehsul almsam xarab cixib geri gidermisem 5 aydi uje faiz ygilib ygram meni hergun aldadilar ki muraciet qeyde alinib xais edirem sizden men harauraciet edim onu deyin mene 5 aydi umico sirketi faizi ygib usdume |
Cavab: Məsləhət: 012 5997600( və ya 195) telefonnu ilə dövlət orqanına şikayət edin və ya Normal ərizə yazın,fləş Kartda gətirin ofisə (D.Əliyeva 239,saat 9.30--12 arası) Sizin iştirakınızlzla z edim çalışım danşıq yolu ilə həll edim,əks halda ərizəni dövlət orqanlarına göndərəcəm.
|
|
|
|
|
11.03.2024 |
Hemidova Konul |
Sual: Salam men umico sirketinen sikayetci olmax isfeyirem mehsul almsam xarab cixib geri gidermisem 5 aydi uje faiz ygilib ygram meni hergun aldadilar ki muraciet qeyde alinib xais edirem sizden men harauraciet edim onu deyin mene 5 aydi umico sirketi faizi ygib usdume |
Cavab: Məsləhət: 012 5997600( və ya 195) telefonnu ilə dövlət orqanına şikayət edin və ya Normal ərizə yazın,fləş Kartda gətirin ofisə (D.Əliyeva 239,saat 9.30--12 arası) Sizin iştirakınızlzla z edim çalışım danşıq yolu ilə həll edim,əks halda ərizəni dövlət orqanlarına göndərəcəm.
|
|
|
|
|
09.03.2024 |
Fəqani Əhmədov |
Sual: Salam mən 02.03.2024 cü ildə Goran ticarət merkezinden bir aded 4.5×2.5 ölçüde türkiye istehsalı olan keva almışam ancaq evdabeyenmedilar.man onu qaytarmaq isteyiram amma satıcı qaytarmır.Menim hüququm varmı aldığım malı geri qaytarmağa. |
Cavab: Məsləhət: 012 5997600( və ya 195) telefonnu ilə dövlət orqanına şikayət edin və ya Normal ərizə yazın,fləş Kartda gətirin ofisə (D.Əliyeva 239,saat 9.30--12 arası) Sizin iştirakınızlzla z edim çalışım danşıq yolu ilə həll edim,əks halda ərizəni dövlət orqanlarına göndərəcəm.
|
|
|
|
|
04.03.2024 |
Xəyalə Zamanova |
Sual: Qnet şirkətin Azərbaycandakı rəsmi iş yerinin ünvanı haradır ? Və ya əlaqə nömrəsi ? |
Cavab: Mənə məlum deyil |
|
|
|
|
17.02.2024 |
Allahverdi Sultanov |
Sual: QNET şirkəti Azərbaycanda rəsmi fəaliyyət göstərir? |
Cavab: Bəli göstərir. |
|
|
|
|
15.02.2024 |
Fikret Huseyinli |
Sual: Men kargolux şikayet etmek isteyirem resmi qaydada hara müraciet ede bilerem |
Cavab: İqtisad Nazirliyinə müraciət etməyiniz münasibdir.Tel:195 və ya 012 5997600 |
|
|
|
|
05.02.2024 |
Qəmzə Hüseynova |
Sual: Mən 21.01.2024-cü il tarixində umico tətbiqi vasitəsilə təzyiq aparatı sifariş vermişəm aparat düzgün işləmədiyi üçün 29.01.2024-cü il tarixində umiconun kuryeri vasitəsilə geri qaytarmışam. Mənə bildirdilər ki 3 iş günü ərzində vəsait kartınıza köçürüləcək. Lakin bu gün 05.02.2024-cü il tarixidi hələdə vəsaiti geri qaytarmayıblar. Soruşanda da deyirlər hələ icradadır vəsaitiniz karta köçürüləcək. Xahiş edirəm mənə köməklik edin |
Cavab: Salam. 15 gün müddəti nəzərdə tutulur. |
|
|
|
|
10.01.2024 |
Əlifağa Kazımov |
Sual: Bakı səhəri Nəsimi rayonu Rəsul Rza ev 16-da yerləşən “Ucuz Market”də alış veriş edərkə yerin darlığından əlimdəki zənbil mənim xəbərim olmadan təsadufən 1 ədəd duşes butulkasına dəymiş və şuşə butulka yerə duşub sınmışdır. Bununla bağıı oranın işciləri mənə qarşı kobudluq etmış bə həmin butulkanın pulunu kassada hesablayib məndən aldılar. Onlar duzmu eləyiblər və ya bu barədə bir normativ sənədlər varmı? Cox xahiş edirəm aidınlıq gətirin. |
Cavab: Sualınızı tənzimləyən heç bir normativ sənəd yoxdur.Biznes qurumunun öz istəyilə həll olunmalıdir. |
|
|
|
|
25.12.2023 |
Atakişiyev Anar |
Sual: Salam.Yaxınlarımdan biri 16 dekabrda 2 banka bal alıb. Bankanın birini açıb. Balın nə ətrindən və dadından görüb ki,əsl bal deyil.Suya tökəndə bulanıqlaşmayıb. Su sarı şəffaf rəng alıb.Bağlı bankanı çeklə birgə geri qaytarmağa çalışsa da dükan malı geri götürməyib.Bu, istehlakçı hüququnun pozulmasıdır ya yox? Əvvəlcədən təşəkkür edirəm. |
Cavab: Bəli, kassa ceki varsa və mal istifadə olunmayıbsa qaytara bilər. Məsləhət: 1003 telfonu ilə dövlət orqanına məlumat verilsin. |
|
|
|
|
10.12.2023 |
Rəşid İbadov |
Sual: Salam. İrşad Electronic.dən mobil telefon almışam 1 həftə əvvəl. Cihaz məni qane etmədiyi üçün dəyişmək istədim. Amma cihazın ekranına zavod tərəfindən çəkilmiş qoruyucu plyonkada(hidrogeldə cızıqlar var yazıblar)mikro cızıqlar olduğu üçün servisdən geri qayıdacağını və dəyişilməyəcəyini dedikər. Uzun sözün qısası cihazı dəyişməmək üçün bəhanə edirlər. Bilmək istəyirəm ki, zavod tərəfindən tapışdırılmış Nəzik, keyfiyyətsiz, ekran qoruyucuya görə cihazı dəyişməkdən imtina etmək qanuna görə doğrudurmu? |
Cavab: Məsləhət: 012 5997600( və ya 195) telefonnu ilə dövlət orqanına şikayət edin və ya Normal ərizə yazın,fləş Kartda gətirin ofisə (D.Əliyeva 239,saat 9.30--12 arası) Sizin iştirakınızlzla z edim çalışım danşıq yolu ilə həll edim,əks halda ərizəni dövlət orqanlarına göndərəcəm. |
|
|
|
|
20.11.2023 |
RASIM GÖZƏLOV |
Sual: Salam. Hüquqlarının pozulması nəticəsində vurulan mənəvi ziyanın pul hesabı ilə ödənilməsi barədə istehlakçıların iddia tələbləri Azəbaycan Respublikasının tabeliyində olan məhkəmələrdə bu vaxta qədər təmin olunub mu? |
Cavab: Bu təşkilat tərəfindən belə bir praktika olmayıb |
|
|
|
|
19.11.2023 |
RASIM GOEZELOV |
Sual: Salam. Xahiş edirəm ki, istehlakçıların pozulmuş hüquqlarının Azərbaycan Respublikasının tabeliyində olan məhkəmələrdə müdafiəsi ilə bağlı real vəziyyətə dair məlumat verəsiniz. Yəni bu vaxta qədər istehlakçıların iddia tələbləri məhkəmələrdə təmin olunub mu? |
Cavab: Bəli, məhkəmədə həll olunmuş müsbət nəticələr var,xüsusən komunal xidmət,siğorta sahələrində. |
|
|
|
|
14.11.2023 |
Elşən Vəlizadə |
Sual: Salam, Expargo karqo şirkəti (Expert MMC) vasitəçiliyi ilə 19.10.2023-cü il tarixində Amerikadan məhsul aldım.Ödənişi etdim lakın hələdə məhsulu mənə təqdim etməyiblər.Dəfələrlə əlaqə saxladım və mail yazdım mənə həll ediləcək deyib uzadırlar.Son 10 gündür nə telefona cavab verilir nədə ki, online müraicətimə baxılır.Sizdən xahiş edirəm ki, ciddi tədbir görülməsində köməklik edəsiniz. |
Cavab: Məsləhət: 012 5997600( və ya 195) telefonnu ilə dövlət orqanına şikayət edin və ya Normal ərizə yazın,fləş Kartda gətirin ofisə (D.Əliyeva 239,saat 9.30--12 arası) Sizin iştirakınızlzla z edim çalışım danşıq yolu ilə həll edim,əks halda ərizəni dövlət orqanlarına göndərəcəm. |
|
|
|
|
13.11.2023 |
Vasif Pənahov |
Sual: Salam. Adını çekmiyecem. Sumqayit şeherinde yaşayıram. Tanışım sayesinde telefon dükanından adında borc olsa bele,telefon göture bileceyim bir şans olduğunu bildim.Qerara aldım Dükana yaxinlaşdim.Ad tanişliq verdim.Dusunduyumden tamam ferqli oldu. Telefon mene bağlı yox, qutusu açılmiş veziyyetde verildi. Heç bir problem yox idi. O an telefonu götürunde çox da derinliye getmedim. Aylıq vaxtı çatdı. Hal hazırda gecikmem var. Sixişdirirlar. Zeng edib veziyyeti izah etdim. Qanunla bilirdim ki senedleşdirilme olunmalıdır.Olunmayib.Telefonu da mene üstüne faiz qoyub satıblar. Gelecekde telefonun bağlanmayacagına şübhem var. Borcdan qacmiram. Amma onlar yaniş iş görürler men bu barede şikayet edib Dövlet idaresine melumat vere bilerem mi ? |
Cavab:
Məsləhət: 012 5997600( və ya 195) telefonnu ilə dövlət orqanına şikayət edin və ya Normal ərizə yazın,fləş Kartda gətirin ofisə (D.Əliyeva 239,saat 9.30--12 arası) Sizin iştirakınızlzla z edim çalışım danşıq yolu ilə həll edim,əks halda ərizəni dövlət orqanlarına göndərəcəm. |
|
|
|
|
|
Sual yaz |
|
1
2 3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
|
|
|
|
Əmtəə bazarında sağlamlıq üçün təhlükəli qənd satılır, AQTA-nin apardığı işlər davamlı deyil, epizodikdir!
Bu barədə “Azad İstehlakçılar” İctimayi Birliyi (AİİB) 2019-cu ildə araşdırma apararaq cəmiyyətə ətrafli məlumat vermiş,bütün müvafiq Dövlət qurumlarına,o cümlədən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə(AQTA) rəsmi müraciətlər etmiş,Respublika Prokurorluğu,Dövlət Gömrük komitəsi və digər qurumlar tərəfindən müvafiq tədbirlər görülmüş,”kəllə qənd”istehsalı zamanı qəndin ağardılmasında mənşəyi məlum olmayan kimyəvi maddələrdən istifadə etdiyinə görə bir sira qənnadı məmulatlarının istehsali müəssiələrində reydlər kecirilmiş,qanun pozuntuları aşkar edilərək cavabdeh şəxslər həbs olunmuşdur.Eyni zamanda qəndin ağardılmasında istifadə olunan kimyəvi maddəni ölkəyə idxal edən şəxslər cinayət məsuliyyətinə alinmışlar! Bu işlər 2019-cu ildə olmuşdur.
Bəs hazırda vəziyyət necədir?!
Belə ki, AİİB istehlakçılardan daxil olan məlumatlar əsasında bazardakı vəziyyətə nəzər yetirmiş, bir “Kəllə qənd”nümunəsinin akkreditasiya olunmuş laboratoriyada ekspertizasının nəticələrini əldə edərək, insan sağlamlığı üçün təhlükə törədən qəndlərin bazarda geniş şəbəkə ilə satıldığını müəyyən etmişdir.
AİİB tərəfindən aparılmış araşdırmanı bir daha xatırlasaq, məlum olur ki, hazırda da şəkər tozundan kəllə qənd hazırlamaq ücün, əksər kəllə qənd istehsalcıları daha ucuz olan kimyalaşma yolunu secirlər. Xatırladaq ki, şəkər tozundan bəyaz kəllə qənd əldə etmək ücün iki üsul mövcuddur:
1) Şəkər tozu qaynadılır, bişirilir, alınan məhlul qaynatma zamanı sarı rəngə boyandığından, bu məhluldan bəyaz kəllə qənd almaq üçün məhlul bərkiyəndən sonra sarı rəngli kəllə qənd kütlələri, çox böyük firlanma sürətinə malik olan və yüksək məsrəflərlə başa gələn “Sentrafuqa”qurğusuna yerləşdirilir, burda yüksək mərkəzdənqaçma təcilinə məruz qalan kütlələrdən sarı maddə ayrılır və mexaniki yolla tam bəyaz “kəllə qənd” əldə olunur.
2) Qaynadıldıqda sarı rəngə boyanmış şəkər tozu məhluluna kimyəvi maddə-Kükürd dioksid (SO2) əlavə edilr, sarı rəngli məhlul bəyaz rəng alır! Bundan sonra məhlul qəlblərə yerləşdirilib soyudulur və gözlə sarılığı cətinliklə ayird edilə bilən ”bəyaz” kəllə qənd əldə edilir.
SO2 kimyəvi maddəsindən əsasən sənayedə parca ağartma, dəri aşılama, xalca yuma kimi sahələrdə istifadə olunur.
Qeyd edək ki, bütün dünyada gəlir əldə etmək, insan sağlamlığını arxa plana keçirtmə istəkləri, o yerə gətirib cıxarmışdır ki, hətta kimyəvi yolla kəllə qənd istehsalına, bəzi ölkələrdə standartlara da daxil etməklə haqq qazandırmışlar. Məsələn MDB məkanında mövcud olan ГОСТ 33222-2015 standartlarında 1 kq bəyaz kəllə qənddə maximum 15 milli qram kükürd dioksidın ola bilməsi nəzərdə tutulmuşdur (bundan öncə bu sahədə qüvvədə olan ГОСТ 22-94 və ГОСТ 31361-2008 standartlarında isə ümumiyyətlə bu maddənin istifadə edilməsinə icazə verilmir). Ölkəmizdə Tayqa Ticarət”müəssıəsi tərəfindən istehsal olunan və əmtəə bazarında satılan “Dad1” kəllə qənd məmulatının tərkibində laboratorioya tədqiqatı 1 kq məhsulda 70,2 mq kükürd dioksid olduğunu göstərmişdir! Yəni təhlükə normasından 4,6 dəfə (500%-ə yaxın) cox!
AİİB-in araşdırmaları göstərir ki, ölkədə mövcud olan 20-yə qədər “Kəllə qənd” istehsalçısı bəyaz kəllə qənd əldə etmək ücün hazırda kimyəvi üsuldan istifadə edir və təhlükəli kimyəvi maddədən qəndi daha bəyaz etmək ücun bol-bol istifadə edirlər!
İstehlakçıların maraqlarını və sağlamlığını əsas tutan AİİB-birmənalı olaraq istehsalçılar tərəfindən kəllə qəndin ümumiyyətlə mexaniki yolla ağardılmasının həyata keçirilməsini istəyir! Ən pis halda isə ГОСТ 33222-2015 standartlarına əsaslanaraq kəllə qənd istehsal edən sahibkarların fəaliyyətinə dövlət tərəfindən ciddi nəzarət edilməsini və sözü gedən kimyəvi qatqının standartda göstərilən normadan əsla yuxarı keçməməklə istifadəsinə icazə verilməsini tələb edir.
O cümlədən, hansı kəllə qənd istehsalı müəssisəsində mexaniki yolla ağartma həyata keçirilmirsə bu müəssiələrdə mütləq vaxtaşırı yoxlamalar aparılmalı, istehsal nümunələrindən götürülüb laborator analizləri aparılmalı, təhlükəli maddələr aşkar olunarsa və ya qatqılarla bağlı normadan kənara çıxmalar müəyyən olunacaqsa, satışda və anbarlarda olan məhsullar qeri cağrılmalı, ictimaiyyətin gözü önündə və KİV-lərin iştiraki ilə məhv edilməlidir. Bu istək və tələblərlə AİİB, Qida Təhlükəsizliyi Agentliyinə, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Dövlət Gömrük komitəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi müraciətlər etmişdir.
AİİB-in sədri: E.Hüseynov
|
|
daha ətraflı... |
|
Ölkəmizdə malların etiket məlumatları tam yarıtmaz vəziyyətdədir,əsasən İrandan idxal olunan mallar!
İstehlakçı xüsusən ərzaq malları haqqında məlumatı birbaşa malın etiketindən alır!İstehlakcının beynəlxalq və yerli hüquqlarından biri də məhz mal haqqında milli dildə informasiya almaq hüququdur!
“Azad İstehlakçılar” İctimayi Birliyi(AİİB) uzun illərdir ki,ən müxtəlif Dövlət orqanlarına yazılı müraciətlər göndərərək bu məsələnin ,yəni vətəndaşlarımızin milli dildə məlumat alma hüququnun de-fakto olaraq taninması barədə tədbirlərin görülməsinə dair təkliflər versə də,bu məsələ həll olunmadan qalir!
Dövlət Dili Haqqında AR-nin qanununun maddəsi: 7.3. Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır
Istehlakcılarin Hüquqlarının Müdafiəsi Haqqında AR-nın Qanununun 13-cü maddəsi:
Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır.
Nazirlər Kabinetinin 94 saylı qərarı,maddə 5.8.” Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə edilmiş tərcümə ilə də müşayiət olunmalıdır”
Qeyd edək ki,malların milli dildə markalanması məsələsi dünyanın əksər ölkələrində ,hətta Azərbaycandan hər cəhətcə zəif olan Ermənistan və Gürcüstanda belə uzun illərdir ki,tam həyata keçirilsə də ölkəmizdə bu məsələ həll olunmadan qalır.Əlbəttə bu amil,qacaqmal üçün münbit bir şərait yaradır!
İlkin olaraq AİİB malların milli dildə markalanması məsələsini İran İslam Respublikasından idxal olunan ərzaq malları üzərində cəmləşdirməkdən başlamaq niyyətindədir. Cün ki,ən acınacaqlı hal məhz İrandan idxal edilən ərzaq mallarındadır!Əğər Dövlət qurumları qanunun yerinə yetirilməsinə dəstək versə digər çoxsaylı mal və xidmətlərə də keciləcəkdir.24 il ərzində AİİB, BMT-nin beynəlxalq uşaq təşkilatı UNİCEF-in köməyilə yalnəz körpə qidalarının milli dildəmarkalanmasına nail olmuşdur,bu cox azdır! AİİB-n ofisinə istehlakçılar tərəfindən etiraz müraciətləri ilə gətirilən İranda istehsal olunan ərzaq mallarının markalanmasına diqqət yetirdikdə Azərbaycan dilindən başqa digər dillərdə məlumat olduğu görünür,lakin ərzaq malları üçün çox mühüm göstərici olan,istehsal və son istifadə tarixlərinin fars əlifbası ilə yazıldiğını görürük!Şübhəsiz ki,bu istehsalcı tərəfindən bilərəkdən,şüurlu şəkildə edilir ki,malını “Ölməz etsin”,yəni vətəndaşlarımız yararlılıq vaxtı keçmiş malı da alıb istehlak etsinlər!Əlbəttə Azərbaycan istehlakçılarının belə sadəlövhlüklə aldanması səbəbsiz deyil.Əhali ölkəmizdə artıq 3 ildir fəaliyyət göstərən Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) və digər dövlət qurumlarının fəaliyyətinə inanır,düşünür ki,yararlılıq vaxtı keçmiş mal satıla bilməz!Əfsus ki,bu inam özünü doğrultmur və istehlakçıların İran ərzaq mallarından zəhərlənməsinə dair məlumatlar da mövcuddur. Bəzən bu mövzu ilə bağli neqativ halların qarşısını almağa cavabdeh olan dövlət qurumları əməkdaşlarının mediyada pafoslu cıxıçlarına da rast gəlirik,amma “3 müşketyor qanunu” daha uğurla işləyir-birimiz hamimiz ücün,hamımız birimiz üçün - yəni gömrük xeyir-dua verib ölkəyə buraxıbsa vəssalam!
İran ərzaq malları satışı şəbəkələrində ciddi monitoringlərin keçirilməsi,dövlətimizin qanunlarının pozulması ilə ölkəyə idxal olunmuş qeyd olunan nöqsanlı malların satış şəbəkələrindən geri çağrılıb,ictimaiyyətin gözü önündə kütləvi məhv edilməsi,gömrük komitəsində çalışan əməkdaşların diqqətinin bu məsələyə cəlb edilməsinə zərurət yaranmışdir.
Dövlətimizin qanunlarını pozmaqla İran dükanlar şəbəkəsində satışa mal çıxaran 50-dən çox dükan mövcuddur.Bu dükanların bəzilərinin ünvanları:Əsas topdansatış dükanları,Sədərək ticarət mərkəzi,”Lukoyl”YDM-nin yanı(topdan satış),Dərnəgüldə “Elit “TM-nin yaxınlığı(çoxlu sayda),. 1)Bakı şəh.Əsəd Əhmədov 28
2)Xırdalan.texnikumun yaxınlıği.Rahat bazar ilə üzbəüz 3)Maştağa qəs.Savalanın 2-ci girişi 4)Ümid qəs.Laçın məktəbinin qarşısı 5)Neftçala şəh.H.Əliyev pros.Təzə bazar 6)Sahil qəsəbəsi 7)Ballı marketin yaxınlığı050-791-11-12 8)Sumqayıt şəh.2-ci mikr.Rossiya klubunun yanı.777 mağaza 9)Bakı şəh.Sarayevo küç7 10)Binəqədi ray.Xocasən yolu.Netto klubun yanı 11)Gəncə küç.Fujifilmin yanı 12)Əhmədli metrosu çıxışı.Ukrayna dairəsi tərəf 13)Xətai metrosunun arxası.N.Əliyev küç.17 14)Bakı şəh.Fatmayı 15)Hövsan qəs. 16)8 km bazarı.Halal market17)Şirvan şəh.Elite bazarının həyəti18)A.Şərifzadə küç.19519)Dərnəgül qəs.Şır-şır restoranının yanı 20)Xırdalan şəh.Təzə bazarın girişi ilə üzbəüz 21)Nizami metrosunun yanı.Z.Əhmədbəyov küç. 22)Buzovna qəs.Köhnə Polis şöbəsinin yanı 23)Əhmədli metrosu.Məhəmməd Hadi 41 və.s.
AİİB bu məsələni ictımailəşdirməklə bərabər, , Qida Təhlükəsizliyi Agentliyinə, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Dövlət Gömrük komitəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsminə müraciətlər göndərmişdir. Dövlətimizin qanunlarına əməl olunmasında hər bir istehlakcını fəal olmağa cağırırıq və dövlət qurumlarında nəticələr gözləyirik.
AİİB-in sədri: Eyyub Hüseynov
|
|
daha ətraflı... |
|
Press reliz
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə “Azad İstehlakçılar” İctimai Birliyi(AİİB) “Istehlakçılara parça bazar torbalarının paylanılması ilə ekologiyanın qorunmasına dəstək verilməsi” layihəsinin icrası üzrə fəaliyyyətini davam etdirir.
19 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, Alatava 2. ünvanda yerləşən “Araz 20 yanvar Superstore”- da istehlakçılara 150 ədəd parça materialdan tikilmiş bazar çantaları təmənnasız olaraq paylanıldı. Onlara həmçinin ekologiyanın qorunmasına,plastik taralardan imtinaya, qida təhlükəsizliyinə və ştrix koda dair məlumatlar da paylanıldı. İstehlakçılarda parça sumkalara böyük maraq oldu. Tədbirin sonunda çantaların paylanılmasına dair akt tərtib edildi. Eyni zamanda müəyyən istehlakçıların fotosu da çəkildi. Tədbirə dair press reliz hazırlanaraq KİV-lərə göndərildi. Tədbirimiz davam |
|
daha ətraflı... |
|
“Azad İstehlakçılar”
İctimai Birliyi M: +99450 341 62 25
17 avqust 2020-ci il.
Press reliz
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə “Azad İstehlakçılar” İctimai Birliyi (AİİB) “Istehlakçılara parça bazar torbalarının paylanılması ilə ekologiyanın qorunmasına dəstək verilməsi” layihəsinin icrası üzrə fəaliyyyətini davam etdirir.
17 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 60. ünvanda yerləşən “Bolmart” Supermarketdə istehlakçılara 150 ədəd parça materialdan tikilmiş bazar sumkaları təmənnasız olaraq paylanılmışdır. İstehlakçılara həmçinin qida təhlükəsizliyinə və ştrix koda dair məlumatlar da paylanılmışdır. İstehlakçılar böyük həvəslə həmin sumkaları götürürdülər. Tədbirin sonunda sumkaların paylanılmasına dair akt tərtib edildi. Eyni zamanda müəyyən istehlakçıların fotosu da çəkildi.Tədbirimiz davam edəcək. |
|
daha ətraflı... |
|
|