|
|
|
Be |
Ça |
Ç |
Ca |
C |
Ş |
B |
| | | | | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
|
|
|
|
|
|
|
Bu gün ziyarətçilər: (134) |
|
Dunen ziyarətçilər: (181) |
|
Bu gün səhifə baxışı: (164) |
|
Dünən səhifə baxışı: (449) |
|
|
|
Sual-cavab |
|
|
Sual yaz |
|
01.03.2018 |
solmaz tahirova |
Sual: mən 2017ci ilin noyabr ayında Xirdalan şəhərində yerləşən Maqnit mağazalar şəbəkəsindən qiyməti 1500AZN dəyərində olan yumşaq mebel dəstini kreditə almışam. mebel evə gətirilərkən defektli idi- divan və kresloların taxta qolları nasaz vəziyyətdə idi. mağazaya müraciət etdikdə 2-3 günə bu hissələri dəyişəcəklərini söz verdilər. lakin indiyədək mütamadi olaraq müraciətlərimə baxmayaraq bu hissələr dəyişdirilməyib.səbəb kimi isə bu hissələrin Türkiyədən gətirilməsini göstərirlər bu müddətə türkiyədən Bakıya ayaqla gəlmək olardı. mən ödənişləri vaxtında edirəm.sualım belədir;mən mənə dəymiş ziyana görə kompensasiya olaraq 300AZN ödəməyə bilərəmmi |
Cavab: kompüensasiyanı məhkəmə müəyyən edir. dövlət orqanlarına müraciət edə builərsiz 4981504 |
|
|
|
|
28.02.2018 |
Gunel Arif |
Sual: Salam, dunen refigem mene idealdan duxu alib , ama sechimi duz ede bilmediyi uchun sehv sechim edib , indi men o duxunu deyishmek isteyirem, chek de ozundedi, lakin mene deyirlerki kosmetik sayildighi uchun qaytarmagha icaze yoxdu, halbuki ne achilib ne bir shey, ama deyishmeye icaze var! guya ustupka edirler ! halbuki men deyishmek yox , pulu geri isteyirem , onlarin bele cavabi normaldir ? |
Cavab: kosmetika malları dəyişdirilməyən və qaytarılmayan mallar siyahısındadır. |
|
|
|
|
28.02.2018 |
Emin İsmayılov |
Sual: Mən 7 gün əvvəl, kredit ilə telefon əldə etmişəm, hall hazırda kredit şərtləri yüngülləşib , və bu telefon 300 AZN daha ucuz qiymətə kredit ilə satılir. Bilmək istərdim , mən bu fərgi öz müqaviləmdə qeyd edə bilərəm? Və bu fərgi ödəməmk üçün qanuni haqqım varmı? |
Cavab: yalnız satıcının və müqavilə bağlayanın razılığı ilə bu baş verə bilər. |
|
|
|
|
27.02.2018 |
Nermin Gozelova |
Sual: Salam,men 10 ildirki,aile qurmusam.Hemin vaxtdan butun ehtiyaclarimi qaynanam odeyib.Erim islemek istemir,mene de icaze vermir,Anasi xestedi men artig ona yuk olmag istemirem.men bu halda erimden mehkemeye sikayet ede bileremmi??xatirladim ki bir qiz ovladim var. |
Cavab: cavabını məhkəmədən öyrənin. yaşadığınız ərazidəki məhkəməyə müraciət edin. bu məsələ bizə aid deyil. |
|
|
|
|
23.02.2018 |
Nerhiz Six |
Sual: Marketlere girisde market emekdaslarinin el,kurek cantalarinin ve habele eldeki paketlerin mecburi suretde dolaba(skafa) qoymalarini teleb etmeleri ve iceriye cantayla kecmeye icaze yoxdur demeleri ne qeder qanuna uygundur. Qanunda bele bir madde var mi?Eger bele bir qanun da varsa qeyd ederdiniz. Eger yoxdursa marketin alicilara yonelmis bu nov qaydalar qoymasi qanunidir mi? |
Cavab: QANUNDA BELƏ BİR MADDƏ YOXDUR ŞİKAYƏTİNİZİ iQTİSADİYYAT nAZİRLİYİNƏ BİLDİRİN 4981504 01 |
|
|
|
|
22.02.2018 |
Həzrət Ağayev |
Sual: salam mən Ağayev Həzrət Biləsuvar rayon sakini 06 07 2016 cı il bakı şəhərində açıq ürək əməliyyatı olmuşam həmin ilin 10cu ayindan Biləsuvar mərkəzi xəstəxanasında qeydiyyata alinmişam stasional mualice uçun iki ildir ki ikinci qurup əlilliy uçun muraciet edirem alinmir mene baş hekim indi diyir ki siz burda yox harda əmliyyat olmusuz orda stasional mualice almalisiz bu ne derecede duzgundur |
Cavab: BİZ İSTEHLAKÇI HÜQUQU QORUYURUQ SUAL BİZƏ AİD DEYİL |
|
|
|
|
22.02.2018 |
Lalə Əkbərova |
Sual: Salam. Azərbaycan Respublikası qanunvericiliyinə əsasən məhbus olmuş adam yaşadığı mənzildən qeydiyyatdan çıxarılırmı? Xahiş edirəm bu haqda ətraflı məlumat verərdiz. Öncədən təşəkkürlər. |
Cavab: MƏSLƏHƏT ÜÇÜN HÜQUQŞUNAS hABİL MÜƏLLİMƏ ZƏNG EDİN 0503148188 |
|
|
|
|
22.02.2018 |
Gulnar Eliyeva |
Sual: Salam.Yoldasim meni usaglarimiza vesiqe duzeltdirmek adi ile imza cekdirib.Halbuki mene sonradan dedi ki generalni davernis imis deme anasinin ayagina kecirirmis evleri men de saf insan imza cekmisem xahis edirem cavab yazin kime ve hara muraciet ede bilerem biz bosanma eefesindeyik qaynannam bizi ayirdi 3usagim var ne ede bilerem |
Cavab: MƏSLƏHƏT ÜÇÜN HABİL MÜƏLLİMLƏ ƏLAQƏ SAXLAYIN 0503148188 |
|
|
|
|
20.02.2018 |
Nise Abisova |
Sual: Salam .men marketden usagima gerkules aldim.eve gelende uzerindeki tarixin bitmesine 1hefte qaldigini gordum.men ise onu 1hefteden artiq istifade edirem.toplam yararliq vaxti ise 6ay yazir.magaza ise qaytarmir.cekde ozumdedir. |
Cavab: SAYTIMIZA BAXIN ERİZƏ FORMASINA UYĞUN ERİZƏ YAZİN İMZA QOYUN KÖMƏK EDƏK |
|
|
|
|
20.02.2018 |
Leyla Allahverdiyeva |
Sual: Salam. Habil Isgenderov ile nece elage saxlamaq olar. Qeyd olunan nomre teyin edilmeyib. Xahis edirem mobil nomresini ve ya nece elage saxlamaq mumkun oldugu barede melumat veresiniz |
Cavab: 0503148188 |
|
|
|
|
20.02.2018 |
Rauf Haciyev |
Sual: Salam men ipoteka ile ev almagi dusundum.eve baxdiq.mene ilkin 10000azn odeyeceyimi dediler.ailemle novbeti defe 2gun sonra gedende 10000 yox 12500dediler ve bunu dollarin qalmagi ile bagli olduginu dediler.halbuki biz basqa cur danismisdiq.indi imtina etmek isteyirem.lakin deyirler siz artiq senede imza qoymusuz.Sizle gorusmek isteyirem |
Cavab: ŞİKAYƏTİNİZİ iQTİSADİYYAT nAZİRLİYİNƏ BİLDİRİN 4981504/01 |
|
|
|
|
20.02.2018 |
Sevil Elizade |
Sual: Salam,menim estetik gozellik salonundan sikayetim var.mene nomreniz udusa dusub dediler.salona getdim.ancaq mene 1000manatdan artiq presudra imza atdirdilar.hec muqavileni oxumaga imkan vermeden imzalatdirdilar.Mene nece komek ede bilersiniz? |
Cavab: ŞİKAYƏTİNİZ AYDIN DEYİL |
|
|
|
|
19.02.2018 |
Sabira Cafarova |
Sual: Salam.Men bu gun gunorta saatlarinda Sabuncu qesebesi erazisindeki Ucuzluq marketden alis veris etmisem.Aldigim mehsullardan birini alib eve dondukden sonra yanlis aldigimi gorub çekle beraber magazaya uz tutub deyisdirmek istedim.Lakin aldigim mehsulun ustundeki barkod kagizini cixarib atdigim ucun mehsulu deyisdirmediler.Bu ne derecede qanuna uygundu?Onceden tesekkur edirem |
Cavab: SATICI QAYTARMAMAQDA HAQLIDIR |
|
|
|
|
18.02.2018 |
kamran islamov |
Sual: Salam ! çox xaiş edirəm satışda olan duzların yodlu olub olmamağın ev şəraitində necə öyrənmək olar bu barədə. Televizorda görsətmişdilər ki hansısa maddə ilə yoxlayırlar, ümumiyyəytlə hansı sadə üsulla bunu öyrənmək olursa yazardız çox xaiş edirəm!!!! |
Cavab: İSTƏDİYİNİZ DUZU OFİSİMİZƏ GƏTİRİN YOXLAYAQ O MADDƏ SATIŞDA YOXDUR |
|
|
|
|
14.02.2018 |
Ruslan Rehimov |
Sual: Salam men sexsiyyet vesiqemi itirmisem.ozumde Rusiyada şotda olmusamIndi mene sexsiyyet vediqemi ala bilmiremBilmek isterdim ona hansi senedler lazimdi |
Cavab: ərazinizdə olan asan xidmətə müraciət edin |
|
|
|
|
10.02.2018 |
Xuraman Mayilova |
Sual: atamin olumunden sonra bir otaqli ev miras qalmisdi.Miras qalan vaxti uc verese olub.Anam,men,qardasim.Qardasim atamdan miras qalmis bir otaqli olan eve veresilikden imtina erzesi yazmisdir.Hemen bir otaqli ev anam ve menim aramizda bolunmusdu.Lakin hemin evden imtina etdikden sonra yenede hemen otaqda yasamisdi.Men bilmek isteyiremki imtina etdiyi otaqdan ona pay dusurmu.Anamda rehmete gedib.Imtina eden sexsin ve onun vereselerinin o evden pay istemek huququ varmi? |
Cavab: Sual bizə aid deyildir.Hüquqşünasımız Habil İsgəndərovla əlaqə saxlaya bilərsiniz : 050 314 85 88 |
|
|
|
|
08.02.2018 |
Arzu Mahmudova |
Sual: Salam,2012-ci ilde ev almishig,ev qaynanamin adinadi,qeyd edimki evin kupcasi yoxdu,sadece muqaviledi.Ne men,ne yoldashim,nede ozu o eve qeydiyyatda deyilik.6-il olacagki birge yashayirig.Menim raziligim olmadan qaynanam o evi sata biler?Iki ushagim var.Ushaglardan biri 2013-cu ilde bu evde dunyaya gelib.Xahish edirem cavablandirin. |
Cavab: Sual bizə aid deyildir.Hüquqşünasımız Habil İsgəndərovla əlaqə saxlaya bilərsiniz : 050 314 85 88 |
|
|
|
|
08.02.2018 |
Elşad Abdullayev |
Sual: Salam. Mən bir həftə öncə zoomağazada pişik qidası aldım. Qidanı ilk dəfə verəcəyim üçün bütöv paçka almadım və çəki ilə 2 kilo qida aldım. Aldığım qidanı pişik yemədiyi üçün çeklə mağazaya döndüm və çeki təqdim edib qidanı geri gaytarmalarını xahiş etdim. Lakin mənə deyildi ki çəki ilə satılan malların geri gaytarışı olmur. Bilmək istərdim mağaza tərəfindən deyilən qayda qanuna uyğundur mu? |
Cavab: Qanunvericiliyə görə bu mal da 14 gün ərzində dəyişdirilə və qaytarıla bilər.Problem varsa rəsmi ərizə yazın,kömək edək |
|
|
|
|
08.02.2018 |
Aqil Taralov |
Sual: Salam.bizim evimiz bank terefinden satiwa cixarilib 3defe Alan olmuyub indi ozu alacaq bizi evden cixara bilerlermi |
Cavab: Biz istehlakçı hüquqlarını qoruyuruq,bu sual bize aid deyildir.Hüquqşünas Habil İsgenderovla əlaqə saxlasın 050 314 85 88 |
|
|
|
|
07.02.2018 |
Samir Kerimov |
Sual: Salam.. cox xaiw edirem mene tez bir zamanda komeklik gosteresiz.. dunen 6 fevral 2018 ci ilde qapini doyduler.. su filteri satan "smart Brain Company" firmasinini emekdawlari,icmeli suyu yoxlamaq ucun. icaze verdim girdiler yoxladilar suya aparat salib onu qap qara halina getirdiler.. dedilerki bunu icirsiz cox ziyandi.. bizim size teklif etdiyimiz su filteri ise size minerallarla dolu bakteriyasiz su verir. nese belece bawimi doldurdular 1690 manata o aparati satdilar mene kreditnen. mugavilede tez bazar imzaladib getdiler. indi internetde girib goruremki dehwet bu su ziyandi. o stekanda qaralan su eslinde suyun terkibinde olan minerallardiki parcalanir cixir uze. firildaqciliqnan mewquldular. indi mugavilenide oxuyuramki yazilibki qaytarsaz 300 manat cerime olunursuz.. yeni elave bulara pul vermeliyem.. artiq buu gun qaytarmaq isteyirem mallarini.. xaiw edirem komeklik gosteresiz.. bular firildaxcilixnan mewquldular. tewekkur edirem.. |
Cavab: Bizə rəsmi ərizə ilə müraciət edin,həllinə çalışaq. |
|
|
|
|
06.02.2018 |
Rüfət Bədəlov |
Sual: Salam men 2016-ci ilde Badamdar masin bazarinda yerlesen lifan avtosalonundan nazlifan markali masini lizinqle almisam artiq 12 ay qalib bitmeyine lakin menim masinima hebs qoyulub beleki avtosalonun harasa borcu var ona gore de menim masinima smsradar.az saytindan hebs qoyuldugu xeberini almisam.Avtosalonun huquq sobesi ile de elaqe saxlamisam hamisi yaxasini kenare cekir.Xahis edirem ki mene komek edesiniz! |
Cavab: Biz istehlakçı hüququnu qoruyuruq təəssüf ki ,bizə aid məsələ deyildir. |
|
|
|
|
06.02.2018 |
Sevən Kərimova |
Sual: Torpaga çıxarış almaq üçün hansı senedler laZımdlr və hara müraciet etmeliyem?Torpaq çıxarışı olmadan eve Eskiz Layihe almaq mümkündür? |
Cavab: Biz istehlakçı hüququ qoruyuruq ,məsələ bizə aid deyildir. |
|
|
|
|
03.02.2018 |
Muwfiq Talibov |
Sual: Salam .menin 7il mehkulugum olub.2008-2015.ilde bitib.indi sirkete qurasdirici isine imtahan verib qebul.olmusam .menden mehkumluq haqqinda arayis isteyirler.asan xidmetin verdiyi arayisdada menim mehkumlugun helede silinmeyib gorsenir.bu mene ise qebul olmaqla bagli prablem yarabilermii.xais edirem mene oz huquqlarimi yazasizz |
Cavab: Biz istehlakçı hüquqlarını qoruyuq.Bu sual bizə aid deyildir. |
|
|
|
|
30.01.2018 |
Elza Hüseynova |
Sual: Salam.biz 2015 ci ildə kapital bankdan pul götürmüşük üç ildiki hər ay ödəniş edirik 2017 ci ilin may ayında 700 manat ödədim və iyun ayında 160 iyulda 175 və ardıcıl dekabıra kimi mödəniş elədik indi hesabımıza göre kreditimiz bağlanmalıdır banka gedəndə bizə bildirdilərki iyun iyul ayı ödəniş olunmuyub bir qəbza əlimizdədi bankın özündə ödəmişik diqəri itib bizə bildirfilərki bizə çek zad lazım deyil bizi maraqlandırmır ödəməlisiz .çox xahiş edirəm bizə bir yol göstərin nə edək öncədən təşəkkür edirəm. |
Cavab: Məsləhət görürəm ki Maliyyə Bazarlarına nəzarət palatasına ərizə ilə müraciət edin və ya 498 15 04 ilə İqtisadiyyat Nazirliyinə müraciət edin |
|
|
|
|
28.01.2018 |
Yegane Novruzova |
Sual: Salam.menim sualim beledi.atam 4 ay bundan once vefat edib.1 baciyiq 1 qardaw.ama qardawim burda yawamir.hec biznende maraqlanmir.atamin adina olan torpagda anam , men ve menim qizim propiskadadi.torpaq Celilabadda yerlewir.qardawim ve ya qizimin doverennosti lazimdiki bu torpaq menim adima kecsin.ve ya anam oz payina duwen torpaq yerini mene yazdira biler vesiyyetnamede? |
Cavab: Bu sual bizə aid deyildir,biz istehlakçı hüquqlarını qoruyuruq. |
|
|
|
|
28.01.2018 |
Leyla Məmmədova |
Sual: Mənim yoldaşım oğurluq ustunde tutulub 9min mamat olub indiye qeder məhkumluğu olmayıb və iki az yaşlı övladı var biri mənden biri qabaqkı yoldaşından obiri uşağa alimet verir yoldaşıma neçə il iş veriləcək allah sizden razı olsun |
Cavab: Biz istehlakçı hüquqlarını qoruyuruq,bu sual bizə aid deyildir.Hüquqşünasımız Qaçay Şahbazovla əlaqə saxlaya bilərsiniz: 055 569 83 53. |
|
|
|
|
28.01.2018 |
Nailə Mehtiyeva |
Sual: mənim qardaşın boşanıb boşadığı qadın başqasıyla ailə qurub yenede aliment teleb edir almalıdırmı çox sağolun |
Cavab: Biz istehlakçı hüquqlarını qoruyuruq,bu sual bizə aid deyildir.Hüquqşünasımız Qaçay Şahbazovla əlaqə saxlaya bilərsiniz: 055 569 83 53. |
|
|
|
|
27.01.2018 |
Tofiq Quliyev |
Sual: Salam ! Hormetli huquqşunaz men sizi sankt peterburq şeherinnen elaqe saxlayram , ve size bir sualim var , zehmet olmasa cavablayin , bir nece ildirki Baki şeherinde menzili almosam mennen basqa bir adam da var oda alib mennen xebersiz onada satiblar , bina tikildi tehfil verildi mene ikinci sahibi cixdi uze tanis olduq . Ve bununlada bizim caremiz oldu mehkemeye bas vurmaq men birinci sahibi oldugumcun qalib qeldim , ve is baglandi verildi icraya , icrada duz iki ayi kecib artiq , buqun sabah uzadillar. Men kime muraciyet ede bilerem , ve ya ne ede bilerem ? Mene bir meslehet verin xayis edirem . Icrani uzadillar mende uzanmaqda şubhe edirem qarşi terefden. |
Cavab: Məsləhət verirəm ki,hüquqşünas Qaçay Şahbazovla əlaqə saxlayın ( 055 569 83 53.) İddia qaldırıb icraçıları məhkəməyə vermək lazımdır. |
|
|
|
|
25.01.2018 |
gulendam memmedova |
Sual: Zamin Bankda (artiq baglanib)texminen 5 il once zamin dayanmisdim. kredit goturen sexs odemelerini etmeyib, daha sonra da bank baglanib. amma hele de meni narahat edir, tez-tez zeng edirler. sonuncu defe de korrupsiya idaresi adi ile hede qorxu geldiler. mene filialimiza yaxinlasin deye israr edirler. mene ne meslehet vere bilersiniz? |
Cavab: Məsləhət görürəm ki Maliyyə Bazarlarına nəzarət palatasına ərizə ilə müraciət edin və ya 498 15 04 ilə İqtisadiyyat Nazirliyinə müraciət edin |
|
|
|
|
25.01.2018 |
Sebine Muxtarova |
Sual: Men mebel magazinden yazi masasi almisham.Olculerini duz etmediler.Deyishdirmek xahish etdim.Meni get gele sali lar.Dedim qaytarin pulumu istemirem stolunuzu.Mene kobud cavab verdiler. |
Cavab: 498 15 04 telefonu ilə dövlət orqanına müraciət edin. |
|
|
|
|
|
Sual yaz |
|
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19 20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
|
|
|
|
Əmtəə bazarında sağlamlıq üçün təhlükəli qənd satılır, AQTA-nin apardığı işlər davamlı deyil, epizodikdir!
Bu barədə “Azad İstehlakçılar” İctimayi Birliyi (AİİB) 2019-cu ildə araşdırma apararaq cəmiyyətə ətrafli məlumat vermiş,bütün müvafiq Dövlət qurumlarına,o cümlədən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə(AQTA) rəsmi müraciətlər etmiş,Respublika Prokurorluğu,Dövlət Gömrük komitəsi və digər qurumlar tərəfindən müvafiq tədbirlər görülmüş,”kəllə qənd”istehsalı zamanı qəndin ağardılmasında mənşəyi məlum olmayan kimyəvi maddələrdən istifadə etdiyinə görə bir sira qənnadı məmulatlarının istehsali müəssiələrində reydlər kecirilmiş,qanun pozuntuları aşkar edilərək cavabdeh şəxslər həbs olunmuşdur.Eyni zamanda qəndin ağardılmasında istifadə olunan kimyəvi maddəni ölkəyə idxal edən şəxslər cinayət məsuliyyətinə alinmışlar! Bu işlər 2019-cu ildə olmuşdur.
Bəs hazırda vəziyyət necədir?!
Belə ki, AİİB istehlakçılardan daxil olan məlumatlar əsasında bazardakı vəziyyətə nəzər yetirmiş, bir “Kəllə qənd”nümunəsinin akkreditasiya olunmuş laboratoriyada ekspertizasının nəticələrini əldə edərək, insan sağlamlığı üçün təhlükə törədən qəndlərin bazarda geniş şəbəkə ilə satıldığını müəyyən etmişdir.
AİİB tərəfindən aparılmış araşdırmanı bir daha xatırlasaq, məlum olur ki, hazırda da şəkər tozundan kəllə qənd hazırlamaq ücün, əksər kəllə qənd istehsalcıları daha ucuz olan kimyalaşma yolunu secirlər. Xatırladaq ki, şəkər tozundan bəyaz kəllə qənd əldə etmək ücün iki üsul mövcuddur:
1) Şəkər tozu qaynadılır, bişirilir, alınan məhlul qaynatma zamanı sarı rəngə boyandığından, bu məhluldan bəyaz kəllə qənd almaq üçün məhlul bərkiyəndən sonra sarı rəngli kəllə qənd kütlələri, çox böyük firlanma sürətinə malik olan və yüksək məsrəflərlə başa gələn “Sentrafuqa”qurğusuna yerləşdirilir, burda yüksək mərkəzdənqaçma təcilinə məruz qalan kütlələrdən sarı maddə ayrılır və mexaniki yolla tam bəyaz “kəllə qənd” əldə olunur.
2) Qaynadıldıqda sarı rəngə boyanmış şəkər tozu məhluluna kimyəvi maddə-Kükürd dioksid (SO2) əlavə edilr, sarı rəngli məhlul bəyaz rəng alır! Bundan sonra məhlul qəlblərə yerləşdirilib soyudulur və gözlə sarılığı cətinliklə ayird edilə bilən ”bəyaz” kəllə qənd əldə edilir.
SO2 kimyəvi maddəsindən əsasən sənayedə parca ağartma, dəri aşılama, xalca yuma kimi sahələrdə istifadə olunur.
Qeyd edək ki, bütün dünyada gəlir əldə etmək, insan sağlamlığını arxa plana keçirtmə istəkləri, o yerə gətirib cıxarmışdır ki, hətta kimyəvi yolla kəllə qənd istehsalına, bəzi ölkələrdə standartlara da daxil etməklə haqq qazandırmışlar. Məsələn MDB məkanında mövcud olan ГОСТ 33222-2015 standartlarında 1 kq bəyaz kəllə qənddə maximum 15 milli qram kükürd dioksidın ola bilməsi nəzərdə tutulmuşdur (bundan öncə bu sahədə qüvvədə olan ГОСТ 22-94 və ГОСТ 31361-2008 standartlarında isə ümumiyyətlə bu maddənin istifadə edilməsinə icazə verilmir). Ölkəmizdə Tayqa Ticarət”müəssıəsi tərəfindən istehsal olunan və əmtəə bazarında satılan “Dad1” kəllə qənd məmulatının tərkibində laboratorioya tədqiqatı 1 kq məhsulda 70,2 mq kükürd dioksid olduğunu göstərmişdir! Yəni təhlükə normasından 4,6 dəfə (500%-ə yaxın) cox!
AİİB-in araşdırmaları göstərir ki, ölkədə mövcud olan 20-yə qədər “Kəllə qənd” istehsalçısı bəyaz kəllə qənd əldə etmək ücün hazırda kimyəvi üsuldan istifadə edir və təhlükəli kimyəvi maddədən qəndi daha bəyaz etmək ücun bol-bol istifadə edirlər!
İstehlakçıların maraqlarını və sağlamlığını əsas tutan AİİB-birmənalı olaraq istehsalçılar tərəfindən kəllə qəndin ümumiyyətlə mexaniki yolla ağardılmasının həyata keçirilməsini istəyir! Ən pis halda isə ГОСТ 33222-2015 standartlarına əsaslanaraq kəllə qənd istehsal edən sahibkarların fəaliyyətinə dövlət tərəfindən ciddi nəzarət edilməsini və sözü gedən kimyəvi qatqının standartda göstərilən normadan əsla yuxarı keçməməklə istifadəsinə icazə verilməsini tələb edir.
O cümlədən, hansı kəllə qənd istehsalı müəssisəsində mexaniki yolla ağartma həyata keçirilmirsə bu müəssiələrdə mütləq vaxtaşırı yoxlamalar aparılmalı, istehsal nümunələrindən götürülüb laborator analizləri aparılmalı, təhlükəli maddələr aşkar olunarsa və ya qatqılarla bağlı normadan kənara çıxmalar müəyyən olunacaqsa, satışda və anbarlarda olan məhsullar qeri cağrılmalı, ictimaiyyətin gözü önündə və KİV-lərin iştiraki ilə məhv edilməlidir. Bu istək və tələblərlə AİİB, Qida Təhlükəsizliyi Agentliyinə, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Dövlət Gömrük komitəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi müraciətlər etmişdir.
AİİB-in sədri: E.Hüseynov
|
|
daha ətraflı... |
|
Ölkəmizdə malların etiket məlumatları tam yarıtmaz vəziyyətdədir,əsasən İrandan idxal olunan mallar!
İstehlakçı xüsusən ərzaq malları haqqında məlumatı birbaşa malın etiketindən alır!İstehlakcının beynəlxalq və yerli hüquqlarından biri də məhz mal haqqında milli dildə informasiya almaq hüququdur!
“Azad İstehlakçılar” İctimayi Birliyi(AİİB) uzun illərdir ki,ən müxtəlif Dövlət orqanlarına yazılı müraciətlər göndərərək bu məsələnin ,yəni vətəndaşlarımızin milli dildə məlumat alma hüququnun de-fakto olaraq taninması barədə tədbirlərin görülməsinə dair təkliflər versə də,bu məsələ həll olunmadan qalir!
Dövlət Dili Haqqında AR-nin qanununun maddəsi: 7.3. Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır
Istehlakcılarin Hüquqlarının Müdafiəsi Haqqında AR-nın Qanununun 13-cü maddəsi:
Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır.
Nazirlər Kabinetinin 94 saylı qərarı,maddə 5.8.” Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə edilmiş tərcümə ilə də müşayiət olunmalıdır”
Qeyd edək ki,malların milli dildə markalanması məsələsi dünyanın əksər ölkələrində ,hətta Azərbaycandan hər cəhətcə zəif olan Ermənistan və Gürcüstanda belə uzun illərdir ki,tam həyata keçirilsə də ölkəmizdə bu məsələ həll olunmadan qalır.Əlbəttə bu amil,qacaqmal üçün münbit bir şərait yaradır!
İlkin olaraq AİİB malların milli dildə markalanması məsələsini İran İslam Respublikasından idxal olunan ərzaq malları üzərində cəmləşdirməkdən başlamaq niyyətindədir. Cün ki,ən acınacaqlı hal məhz İrandan idxal edilən ərzaq mallarındadır!Əğər Dövlət qurumları qanunun yerinə yetirilməsinə dəstək versə digər çoxsaylı mal və xidmətlərə də keciləcəkdir.24 il ərzində AİİB, BMT-nin beynəlxalq uşaq təşkilatı UNİCEF-in köməyilə yalnəz körpə qidalarının milli dildəmarkalanmasına nail olmuşdur,bu cox azdır! AİİB-n ofisinə istehlakçılar tərəfindən etiraz müraciətləri ilə gətirilən İranda istehsal olunan ərzaq mallarının markalanmasına diqqət yetirdikdə Azərbaycan dilindən başqa digər dillərdə məlumat olduğu görünür,lakin ərzaq malları üçün çox mühüm göstərici olan,istehsal və son istifadə tarixlərinin fars əlifbası ilə yazıldiğını görürük!Şübhəsiz ki,bu istehsalcı tərəfindən bilərəkdən,şüurlu şəkildə edilir ki,malını “Ölməz etsin”,yəni vətəndaşlarımız yararlılıq vaxtı keçmiş malı da alıb istehlak etsinlər!Əlbəttə Azərbaycan istehlakçılarının belə sadəlövhlüklə aldanması səbəbsiz deyil.Əhali ölkəmizdə artıq 3 ildir fəaliyyət göstərən Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) və digər dövlət qurumlarının fəaliyyətinə inanır,düşünür ki,yararlılıq vaxtı keçmiş mal satıla bilməz!Əfsus ki,bu inam özünü doğrultmur və istehlakçıların İran ərzaq mallarından zəhərlənməsinə dair məlumatlar da mövcuddur. Bəzən bu mövzu ilə bağli neqativ halların qarşısını almağa cavabdeh olan dövlət qurumları əməkdaşlarının mediyada pafoslu cıxıçlarına da rast gəlirik,amma “3 müşketyor qanunu” daha uğurla işləyir-birimiz hamimiz ücün,hamımız birimiz üçün - yəni gömrük xeyir-dua verib ölkəyə buraxıbsa vəssalam!
İran ərzaq malları satışı şəbəkələrində ciddi monitoringlərin keçirilməsi,dövlətimizin qanunlarının pozulması ilə ölkəyə idxal olunmuş qeyd olunan nöqsanlı malların satış şəbəkələrindən geri çağrılıb,ictimaiyyətin gözü önündə kütləvi məhv edilməsi,gömrük komitəsində çalışan əməkdaşların diqqətinin bu məsələyə cəlb edilməsinə zərurət yaranmışdir.
Dövlətimizin qanunlarını pozmaqla İran dükanlar şəbəkəsində satışa mal çıxaran 50-dən çox dükan mövcuddur.Bu dükanların bəzilərinin ünvanları:Əsas topdansatış dükanları,Sədərək ticarət mərkəzi,”Lukoyl”YDM-nin yanı(topdan satış),Dərnəgüldə “Elit “TM-nin yaxınlığı(çoxlu sayda),. 1)Bakı şəh.Əsəd Əhmədov 28
2)Xırdalan.texnikumun yaxınlıği.Rahat bazar ilə üzbəüz 3)Maştağa qəs.Savalanın 2-ci girişi 4)Ümid qəs.Laçın məktəbinin qarşısı 5)Neftçala şəh.H.Əliyev pros.Təzə bazar 6)Sahil qəsəbəsi 7)Ballı marketin yaxınlığı050-791-11-12 8)Sumqayıt şəh.2-ci mikr.Rossiya klubunun yanı.777 mağaza 9)Bakı şəh.Sarayevo küç7 10)Binəqədi ray.Xocasən yolu.Netto klubun yanı 11)Gəncə küç.Fujifilmin yanı 12)Əhmədli metrosu çıxışı.Ukrayna dairəsi tərəf 13)Xətai metrosunun arxası.N.Əliyev küç.17 14)Bakı şəh.Fatmayı 15)Hövsan qəs. 16)8 km bazarı.Halal market17)Şirvan şəh.Elite bazarının həyəti18)A.Şərifzadə küç.19519)Dərnəgül qəs.Şır-şır restoranının yanı 20)Xırdalan şəh.Təzə bazarın girişi ilə üzbəüz 21)Nizami metrosunun yanı.Z.Əhmədbəyov küç. 22)Buzovna qəs.Köhnə Polis şöbəsinin yanı 23)Əhmədli metrosu.Məhəmməd Hadi 41 və.s.
AİİB bu məsələni ictımailəşdirməklə bərabər, , Qida Təhlükəsizliyi Agentliyinə, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Dövlət Gömrük komitəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsminə müraciətlər göndərmişdir. Dövlətimizin qanunlarına əməl olunmasında hər bir istehlakcını fəal olmağa cağırırıq və dövlət qurumlarında nəticələr gözləyirik.
AİİB-in sədri: Eyyub Hüseynov
|
|
daha ətraflı... |
|
Press reliz
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə “Azad İstehlakçılar” İctimai Birliyi(AİİB) “Istehlakçılara parça bazar torbalarının paylanılması ilə ekologiyanın qorunmasına dəstək verilməsi” layihəsinin icrası üzrə fəaliyyyətini davam etdirir.
19 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, Alatava 2. ünvanda yerləşən “Araz 20 yanvar Superstore”- da istehlakçılara 150 ədəd parça materialdan tikilmiş bazar çantaları təmənnasız olaraq paylanıldı. Onlara həmçinin ekologiyanın qorunmasına,plastik taralardan imtinaya, qida təhlükəsizliyinə və ştrix koda dair məlumatlar da paylanıldı. İstehlakçılarda parça sumkalara böyük maraq oldu. Tədbirin sonunda çantaların paylanılmasına dair akt tərtib edildi. Eyni zamanda müəyyən istehlakçıların fotosu da çəkildi. Tədbirə dair press reliz hazırlanaraq KİV-lərə göndərildi. Tədbirimiz davam |
|
daha ətraflı... |
|
“Azad İstehlakçılar”
İctimai Birliyi M: +99450 341 62 25
17 avqust 2020-ci il.
Press reliz
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə “Azad İstehlakçılar” İctimai Birliyi (AİİB) “Istehlakçılara parça bazar torbalarının paylanılması ilə ekologiyanın qorunmasına dəstək verilməsi” layihəsinin icrası üzrə fəaliyyyətini davam etdirir.
17 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 60. ünvanda yerləşən “Bolmart” Supermarketdə istehlakçılara 150 ədəd parça materialdan tikilmiş bazar sumkaları təmənnasız olaraq paylanılmışdır. İstehlakçılara həmçinin qida təhlükəsizliyinə və ştrix koda dair məlumatlar da paylanılmışdır. İstehlakçılar böyük həvəslə həmin sumkaları götürürdülər. Tədbirin sonunda sumkaların paylanılmasına dair akt tərtib edildi. Eyni zamanda müəyyən istehlakçıların fotosu da çəkildi.Tədbirimiz davam edəcək. |
|
daha ətraflı... |
|
|