|
|
|
Be |
Ça |
Ç |
Ca |
C |
Ş |
B |
| | | | | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |
|
|
|
|
|
|
|
Bu gün ziyarətçilər: (42) |
|
Dunen ziyarətçilər: (93) |
|
Bu gün səhifə baxışı: (55) |
|
Dünən səhifə baxışı: (153) |
|
|
|
Sual-cavab |
|
|
Sual yaz |
|
26.07.2018 |
pərvanə kazımova |
Sual: Salam. Bu mövzu, bəlkə də sizə aid deyil. Ancaq, heç olmazsa, bir məsləhət vermənizi xahiş edirəm. Hövsan qəsəbəsində bağ evində yaşayırıq. Qonşunun çirkab suları daşıb öz hasarının dibində yığılıb və sahəsi 3-4 kv m. olan gölməçə əmələ gəlib. Külək əsəndə bu çirkab yığınının iyi ətrafa yayılır, ən əsas da bizim həyətə, evə dolur. Dəfələrlə ev sahibiundən xahiş etsəm də, həmişə qulaqardına vurub. Sonra, Suraxanı rayonu üzrə, demək olar ki, bütün aidiyyəti qurumlara müraciət etsəm də, heç bir nəticəsi olmayıb. Bu yaxınlarda Suraxanı İH-nə müraciət etdim. Müraciətim San.Epid. Stan.-ya göndərilib. Oradan gələn qadın isə "Mən Sizin ərizəyə görə gəlmişəm, ancaq mənim heç bir səlahiyyətim yoxdur" kimi çox gülməli bir ifadə işlətdi. Mən isə "Səlahiyyətiniz yoxdursa, nə üçün gəlmisiniz?" deyə soruşdum.Qəribə haldır, deyilmi? Dövlət qulluqçusu vətəndaşın şikayəti əsasında gəlir və deyir ki, mənim heç bir səlahiyyətim yoxdur. Sizcə bu halda, mən, problemi həll etməli olan SƏLAHİYYƏTLİ ŞƏXSİ necə tapa bilərəm? Dövlət idarələrində oturanların səlahiyyəti nəyə çatır? Səlahiyyəti olmayan şəxs hansı xidmətinə görə Dövlət büdcəsindən əməkhaqqı alır? |
Cavab: Təəsüüfki belə problem geniş yayılıb. Məsləhət görürəm yazılı ərizə ilə Bakı şəhər İcra Hakimiyyətinə və ekologiya Nazirliyinə müraciət edin. |
|
|
|
|
25.07.2018 |
ismayil esgerzade |
Sual: salam eyyyub mellim men qnete uzv oldum sonra oyrendimki burda coxdandi isleyenler var hele verdikleri pulun 2 faizini goturmeybler hec. men bu mehsulu qaytarmaq isteyirem 1500 manat pul vermisem, esidmisemki 14 gun erzinde mehsulu geri qaytarmaq olur. mene nece komek ede bilersiz. sizinle telefon elaqesi saxlamaq isteyirem. ve yaxud facebook adresiniz varsa verin |
Cavab: telefon 441 28-33 ətraflı ərizə yazın çalışaq kömək edək. |
|
|
|
|
19.07.2018 |
Natiq Mustafayev |
Sual: Salam.1992-ci ilde konullu olaraq Agdam rayonuna 859-li herbi-hisseye getmiwem ve doyuwlerde iwtirak etmiwem.Herbi-hissenin resmi senedi de var.1992-ci ilde ordudan texris olunmuwam.1995-ci ilde mehkumlugum olub.Bilmek isteyirem mene veteran vesiqesi verile biler ? |
Cavab: Təssüüfki bu sual bizə aid deyil. |
|
|
|
|
18.07.2018 |
Gulane Məmmədova |
Sual: Salam men sizden orgenmek isteyerdim eger mehsulun uzerinde satisa qoyularken azn yazilirsa ve mehsul kredit şerti ile satilanda odenısı bugunkı mezenneye uygun olaraq usd seklınde odemelıdır? Yenı bele bır qanun varmı yoxsa magaza sahıblerının qanunsuz sekılde saxtakarlıgıdımı. Aydınlıq getırım ( 500 azn aldıgım malı kredıt sertı ıle alıramsa muqavılede 1,72 dollar yazılıb ve mezenneye uygun olaraq odenıs odenışır ) yazılırsa bunu normal qebul etmelıyıkmı ? |
Cavab: Müqavilə şərtlərində satışın dollarla göstərilməsi qanuna uyğun deyildir. |
|
|
|
|
16.07.2018 |
Adil Qayibov |
Sual: Salam. Size bu gunlerde unvanlanmish suali daha da deqiqleshdirmeyiniz xahish edirem. Bir nece il once sizin qurumun rehberinin intervyusunda slavyanka ve badamli sularinin haqqinda o qadar de urekacan sozler soylenmemishdi. Xahish edirem deqiq yoxlamalariniza esaslanan rey veresiniz ki, evlere 20lt balonlarda getirilen sularin en keyfiyyetlisi hansidir. Hansindan ichmek, yemek bishirmek, istifade etmek ucun alaq. Onceden tewekkurumu bildiririem. |
Cavab: Hörmətli Adil sizə Eyyub Hüseynov cavab verir.
Təşkilatımız nadir hallarda yaxşı mal haqqında informasiya verir. Təəssüfki hər bir malın o cümlədəndə suların saxta variyantıda vardır. Siz soruşsanız ki, hansı sudan şikayət gəlib yalnız bu barədə cavab verə bilərik. |
|
|
|
|
15.07.2018 |
Ali Verdiyev |
Sual: Salam. Bu gun terkibine ve keyfiyyetine gore eve dawinan icmeli sulardan hansini tovsiye ederdiniz? |
Cavab: Suyla baqlı heç bir problem yoxdur heleki. ama keyfiyyet baxımdan mən özüm slavyanka və badamlıdan istifadə edirəm. |
|
|
|
|
13.07.2018 |
Sevda Cebiyeva |
Sual: Salam bilmek isteyirem 5ildi zaksli aileliyem yoldasim cemi 7ay yanimda qalib 3yasinda oglumuz var arada gedib gelib.ozude menden once bosandigi qafinin yanina qayidir2ci usagi olub mene bildirmeyib menim oglumla yasiddi ay ferqleri var buna ragmen yene yalanlarla meni aldatmaga calisib.indi usagimi elimden almaqla ve pulunu verdiyi kiraye evden cixmamizi teleb etmekle meni hedeliyir.men 3yasli oglumla kiraye qaliram.onun buna ixtiyari varmi?oz huquqlarimi bilmek isteyirem.mumkunse tez cavab vererdiz |
Cavab: Hüquqşünas Habil İsgəndarova müraciət edin- 050-314-81-88. O, sizə yaxından və təmannasız kömək edəcək. |
|
|
|
|
09.07.2018 |
Leyla Efendyeva |
Sual: Salam.Men heyet evinde yasayiram.Divar qonsum qapi pencere sexi acib.(60 sm mesafe qoymayib, hasarin ustunden tikib obyekti-biz kocmemisden evvel) .Penceresinj de menim heyetime acib.Butun gunu sesden evde oturmaq olmur.Bu duzgundurmu? |
Cavab: Məsləhət göruürəm icra hakimiyyətinə ərizə ilə müraciət edəsiniz |
|
|
|
|
08.07.2018 |
Turk Hack Team |
Sual: Niyə cavab yazmırsız????.Qaynar xəttdə şikayət edəcəm ki sualıma cavab yazmırlar. |
Cavab: 195 qaynar xetti ordanda 1 müraciət edin |
|
|
|
|
06.07.2018 |
Zaur Əliyev |
Sual: Salam, aşağıda üzləşdiyim problem barədə problemi yaradan "Lady Sharm" geyim mağazasına rəsmi müraciəti diqqətinizə çatdırıram. Təəssüf ki, dəfələrlə şifahi və yazılı müraciətimə baxmayaraq, əlimdə qəbz, paltar isə onlarda olmağına baxmayaraq mənim pulumu geri qaytarmırlar.Xahiş edirəm mənə yardım edəsiniz.Zaur Əliyev.Şikayət!!!Fromzaur.aliyev@anasguesthouse.azToinfo@ladysharm.azDateWed 05:07Contact photoMessage BodySalam.27 iyun tarixində qızım (Əliyeva Nuranə Zaur qızı) Lady Sharmdan (28 MAY mağazası) don almağa gedib, birini bəyənib, amma defekti olub, deyiblər düzəldib ünvana çatdırarıq. 280 (iki yüz səksən) manat ödəniş edib, gəlib evə.Sonra mağazadan həmin donu hardasa 17.00-da göndəriblər və metronun çıxışında yoldaşıma ticari qəbz və kartlarıyla birlikdə təqdim ediblər. Evə gətirib qızım donu geyinəndə aşkar edirik ki, donda keyfiyyət problemləri var -sökülən və üzülən yerləri var. Təqdim etdikləri qəbzdə əlaqə telefon nömrəsi olmadığından mən 28 tezdən aparmışam donu qaytarmağa - onlar isə qəti şəkildə imtina edirlər ki, biz ziyafət paltarların nə dəyişirik, nə də qaytarırıq. Mən də dedim ki, qaytarmırsınız, onda yazılı izahatını təqdim edin - nə səbəbdən. Əvvəlcə kassir Zamiq (050-4575973) adında bir nəfər bir vərəq götürüb izahatlı məktub yazırdı, sonra isə bir qadınla telefonla danışaraq, həmin kağızı cırdı və dedi heç bir şey yazılı təqdim etmirik, geri də qaytarmırıq. Mən dedim səlahiyyətli bir şəxlə görüşdürün, hansı ki, problemi həll etməyə kömək etsin, ondan da imtina etdilər. Yekunda mən donu orda saxlayıb, mağazanı tərk etdim. Sonra mənə kassir zəng edib bildirdi ki, saat 12:00-da sizə marketinq müdiri zəng edəcək.Hardasa günorta birə yaxın həmin marketinq müdiri (Ulya xanım -050-278-03-68) zəng etdi və demək olar ki, eləoğlan dediklərini təkrarladı və üstəlik onu da dedi ki, güya biz (alıcı) tərəfdən paltara dərzi müdaxilə edib. Mən isə bildirdim ki, onu əksinə sizinkilər ediblər.Xülasə, mən xahiş etdim ki, bu məsələ ilə məşğul olsunlar və mənə rəsmi cavab versinlər. Çox təəssüf ki, artıq iyul ayının 4-dü, ancaq mənə hələ də cavab verilməyib.Qeyd edim ki, əvvəla Azərbaycan Respublıikasının qanunlarına əsasən 14 gün ərzində alınan mal-məhsullar qaytarıla bilər.İkincisi, paltar bizə satılanda mağaza tərəfindən vergi qəbzi təqdim edilməyib.Üçüncüsü, "Lady Sharm" mağazası tərəfindən dona dərzi müdaxiləsi olduğu halda, müştərinin (mənim) üzərinə bunu yıxırlar.Dördüncüsü, müştəriylə saymazyana rəftar edirlər.Bütün yuxarıdakıları nəzərə alaraq, sizdən bir daha artıq dərəcədə rica edirəm, bu məsələnin tezliklə həllinə köməklik edəsiniz.Mən hər iki əməkdaşınıza tam səmimi və təfərrüatlı məlumat vermişəm, ticari qəbz və kart məndədirdonu saxlamışam orada - kim də istəsə nümayəndələrinizdən baxa bilər, və mənim qeyd etdiklərimlə həqiqət olduğuna özü şahid ola bilərHər dəfə əməkdaşlarınızla ünsiyyətdə demişəm, indi də demək istəyirəm - şəxsən mən "Lady Sharm" samballı və ciddi brend hesab etmişəm və, ümid edirəm ki, bu xırda məsələni bu dərəcədə qəlizləşdirməyəcəkşÇox inanır və ümid edirəm ki, məni bu məsələylə bağlı digər dövlət orqanlarına müraciət etməyimə gərək qalmayacaq.Hörmətlə,Zaur Əliyev (055-701-6075). |
Cavab: Ətraflı Ərizə yazın, imza qoyun fləş kartda ərizə formasını bizə gətirin biz düzəlişlər edək sizə kömək edək. |
|
|
|
|
06.07.2018 |
TurkHack Team |
Sual: Salam.İnsanlar artıq xaricdən telefon sifariş edə biləcəylər yoxsa edə bilməyəcəylər?.Yoxsa vergi ödəmək lazım olacaq?.Qanuna görə xaricdən gətirilənin qiyməti 1000 keçmirsə gömrükdə pul ödənməməlidi.Xaiş edirəm cavab yazın. |
Cavab: |
|
|
|
|
05.07.2018 |
Sabina Babayeva |
Sual: salam, Bu gun 28ticaret merkezinden ayaqqabi aldim. Hetta alib almamaqda qerarsiz idim satici ele tesir etdi ki, ozumu almaga mecbur hiss etdim. neyse, mesele bunda deyil. o tip magazalarda çek teqdim olunmur amma vizit kart verdiler mene. daha sonra eve gedende ayaqqabinin renginin ferqli oldugunu yeninki, eslinde istediyim reng olmadiqini gorsum. Yazib ozlerinw bildirdim amma dediler ki, deyise bilerik amma qaytarmaq olmaz. magazada ala bileceyim baska mal yoxdur mwcbur nss ala bilmeremki... hetta daha sonra hec cavab da yazmadilar. bu meselede haqli teref kimdi, mali nece qaytara bilerem? oncdeden teshekkur. |
Cavab: 14 gun erzinde mali qaytarmaq huquqnuz var. Əgər sizə çek verilmiybse bu duzgun deyil . Mal satılan zaman mağaza sizə kassa çeki təqdim eləməlidi. Əgər malı qaytarmasalar gəlib bizə ərizə ilə müraciət edin biz bu məsəsləyə baxaq. |
|
|
|
|
02.07.2018 |
Fərid Yusifli |
Sual: Salam. Atam 18.06.2018 tarixinde baku elektroniksden nokia markalı mobil telefon alıb. 1illik zemanet talonu veribler((gülünc şertlerle) bu şertlere baxsaq zemanete benzer hecbirşey nezere çarpmır sanki yola veribler. Telefon nece xarab ola bilerse ağla gele bilecek ve ya bilmeyecek her şeyi daxil edibler o şerteki "Zemanet talonu qüvveden düşür). Telefonda nemden xarab olub, açılmır. İndi bilmek isteyirem ki sabah 14cü gündür ihtehlakçı hüquqlarına göre 1illik talon esasında men bu malı 14cü gününde qaytara ve ya deyişe bileremmi(telefon nemden xarab olub).? |
Cavab: beli siz telefonu 14 gün ərzində qaytara bilərsiniz. |
|
|
|
|
30.06.2018 |
Natavan Garagasova |
Sual: Salam. Texmini 1ay olar men "Podium" geim dukanindan 100m giymetinde paltar almisam. 1 hefte kecmeden paltarda problem yarandi. Dukana apardim oz hesablarina duzeldib verdiler. Indi enede paltar sizulub gedir. Zeng etdim dukana dediler cavad vermeye vaxtimiz yoxdu birinci gun zeng edin. Men o paltari gaytara bilerem ya yox? Ne ede bilerem, zexmat olmasa cavab vererdiz. |
Cavab: İstehlakçı hüquqlarına görə alınmış malı 14 gün ərzində qaytara bilərsiniz. əgər malı qaytarmasalar bizə ərizə ilə müraciət edin sizə köməklik göstərək. |
|
|
|
|
26.06.2018 |
Anar Əsgərov |
Sual: Salam.Oktyabr ayında kontakthomeden orginal,yeni adı ile mene satilan "iphone 6" telefonun applenin resmi saytında imei kodh ilə yoxladiqda sonradan yığılma,korpusunun deyisildiyini aşkar etdim.Mesele ile bağlı onlara online müraciət etsemde boyunlarindan ataraq yığılma telefonun imei kod ile anlaşılması mümkünsüzdür dediler.Mesele ile bagli ciddi tədbirlər görülməsini istəyirem.Kontakt home mene yeni bir telefon vermek mecburiyyetinde veya pulumu geri qaytarmaq məcburiyyətindədirmi? |
Cavab: təklif -498-15-04/01 dövlət orqanına müraciət edin
2) Bizə ətraflı ərizə yazın və imza qoyun |
|
|
|
|
23.06.2018 |
Hafiz Şirvanov |
Sual: Sualım budur ki Biləsuvarda yerləşən Azercell ə məxsus KN Telekom aldı telefon satış mərkəzindən mobil telefon aldıq 1 il zəmanət verildi 1 il ərzində telefon 3 dəfə servis mərkəzindən göndərildi bildirdilər ki 4cü dəfə problem çıxsa məhsul geri qaytarılacaq hal hazırda problem yaranıb amma heç bir yardım göstərmirlər nə telefonu qaytarırlar nədə ki öfəfiyimiz məbləği geri vermirlər biz nə etməliyik? Xahiş edirdik bizdə kömək edin. |
Cavab: Təklif - 1) 498-15-04/01 dövlət orqanına müraciət edin
2) Bizə ətraflı ərizə yazın və imza qoyun
3) Təşkilatımızın Biləsuvar rayon nümayəndəliyinə müraciət edin Eldar 050-627-10-57. |
|
|
|
|
22.06.2018 |
Gülzar Ehmedova |
Sual: Salam men boşanma haqqinda şahadetnameni hardan ala bilerem |
Cavab: Hüquqşünas Habil İsgəndarova müraciət edin- 050-314-81-88 |
|
|
|
|
20.06.2018 |
Aywen Quliyeva |
Sual: Salam bilmek isteyirem ki iw apilasiya mehkemeainde gede gede eger amnistya akti olarsa amniste duwmek olar yoxsa yox xaiw edirem cavablandirasiz. |
Cavab: Hüquqşünas Habil İsgəndarova müraciət edin- 050-314-81-88 |
|
|
|
|
20.06.2018 |
AFSANA Mammadova |
Sual: Birkasi atilmis mali qaytarmaq mumkundurmu paket ve cekler qalir ve bir defe bele geyinilmeyib |
Cavab: Qanunda Bilkanın açılmaması tələbi var. Lakin Biznes qurum istəsə qaytara bilər. |
|
|
|
|
18.06.2018 |
Dilara Veliyeva |
Sual: Menim taniw refiqe evimizde zucok yeni prosluwka qoyub.biz evde ne daniwmiwig hamisini ewidib ve gonderib taniwlara.bu insani nece cezalandirmaq olar.mehkemeye vermek isteyirem bunu |
Cavab: |
|
|
|
|
18.06.2018 |
Dilara Veliyeva |
Sual: Menim taniw refiqe evimizde zucok yeni prosluwka qoyub.biz evde ne daniwmiwig hamisini ewidib ve gonderib taniwlara.bu insani nece cezalandirmaq olar.mehkemeye vermek isteyirem bunu |
Cavab: Siz bunu polise ve refiqenizi mehkemey vere bilersiniz/ bununla baqlı vətəndasşın öz şəxsi həyatına müdaxilə və narhat etmə və başqa hallar kimi cəzalandırıla və haqqında iş acıla bilər. siz Rusya vətəndaşısınız ? |
|
|
|
|
31.05.2018 |
Gulya Bayramova |
Sual: Salam. Bilmek isterdim ki bir mehsul alınandan 3 ay sonra keyfiyetini itirse, onu qayatrmaq olar? Tozsoran slmişiq 2 il zemanetle . 3 ay deyil işledirik. Artiq ele bil 10 ildi işlemiş kimi keyfiyyeysizdi |
Cavab: Azərbaycan Respublikasının İstehlakçıların Hüquqi barədə qərarına görə 14 gün ərzində qaytara bilərsiniz, eger 1 il zəmanət verilibsə pulsuz təmir etdirə bilərsiniz. |
|
|
|
|
27.05.2018 |
Elnur Isgenderov |
Sual: Salam. Bosanan xanim bir ovladi olaraq mehkemenin qerari olaraq, aliment ala bilmir. Icracilar icra etmir dogru durust. Artiq iki aydir mehkemenin qerari icrasizdir. Bele veziyetde ne kimi addimlar atilmalidir. Kime neye muraciyyet etmelidir. |
Cavab: Hüquqşünas Habil İsgəndarova müraciət edin- 050-314-81-88 |
|
|
|
|
26.05.2018 |
sohrrt serdarov |
Sual: yazdiqim 45 il yox ayribayri yeni 4. 5 ildi |
Cavab: |
|
|
|
|
26.05.2018 |
Sohret Serdarov |
Sual: an vetandawi olaraq azerbaycanda qaliram ferqi yoxduki doqulduqum yerde qalim ve yaxuda bawqa rayonda qesebede qalim men kende daqulub kocmuwem ailemle birlikde qesebede qaliriq.Hemin qesebenin caskovusu son 45 ildiki burda menim kimi gelib qalanlara deyirki iki ilden bir adam bawina 30 manat pul kocurmelisen soruwuram niye acib mene el yazmanan gosterirki sen qanunsuz bawqa yerde yawadiqiva gore cerime olunursan hemen cerimenide oz iwcisi ile gonderir kapital banka wexsiyet vereqemle ve yaxuda sayli wexsiyet vesiqeleriyle iwcisi odeniw edir qebzide ozlerinde saxlayirlar sorada meni caqirir yanina oz el yazmasiyla mene gosterirki bura qol cek.Xaiw edirem bu ne derecede duzgundu ve yaxuda bele bir qanun varsa deyin bilek. |
Cavab: bu mesele bize aid deyil. Lakin, sizə üzərində VÖEN olan kassa mədaxil ordeni verilirsə və orderdə pulun alınma səbəbi görünürsə qanuni hesab etmək olar. |
|
|
|
|
11.05.2018 |
3% kredit təklifi Derek Douglas |
Sual: Diqqət,Bir Biznes qurmaq və ya borcunuzu ödəmək üçün ciddi bir kredit axtarırsınız? Banka və ya digər kreditorlar tərəfindən imtina etdinizmi? Heç bir gecikmə və ya problem olmadan baxdığınız şeyi vermək üçün buradayız, bu gün daha çox məlumat üçün aşağıda e-poçt vasitəsilə bizimlə əlaqə saxlayın;E-poçt: easyloanfirm2020@gmail.comHörmətləDerek Douglaseasyloanfirm2020@gmail.com |
Cavab: melumata gore cox saqolun |
|
|
|
|
10.05.2018 |
Meryam Qasimova |
Sual: Salam.yazib sizden sorusmaq isdeyirenki artiq 1ildirki ehf aministiya yoxdur.bu ay 28mayda ehf ve yaxud aministiya olacaqmi? |
Cavab: artiq aministiya oldu |
|
|
|
|
10.05.2018 |
Yana Ahmedova |
Sual: Salam, Park Bulvar ticaret merkezinde yerleşen Acoola Kids mağazasında 6.05.2018 tarixinde alış-veriş etdim.9.05.2018 tarixinde, aldıqlarımı geri qaytardıqda satıcı qaytarmadı. Sebebi, şirketin icaze vermediyini söyledi, ancaq 7 gün erzinde deişdirmek olar dedi.Aldığım 3 eşyadan birini deişdirdim, bu defede mene heç çek bele verilmedi.. Men aldığım malı qaytarmaq isteirem. Bunu nece etmek olar? Hal hazırda meni aldadıb çekide vermeibler.. |
Cavab: Məsləhət 1) Dövlət orqanına müraciət edin 498-15-04 və ya 2) Bizə ətraflı ərizə yazın imza qoyun çalışaq kömək edək. |
|
|
|
|
29.04.2018 |
İmran Dәmirçiyev |
Sual: Salam, bişmiş tortun mağaza da satış vitrinindә saxlama müddәti nә qәdәrdir?Mәhsulu (tortu) alarkәn hәmin mәhsulun satışa qәbul kitabında nә vaxt qәbul olunduğunu istehlakçıya satıcı tәqdim etmәyә borcludurmu?Bu gün Nәrimanov ms yanında yerlәşәn "Azcake" şe satıcı tәqdim etmәkdәn imtina etdi vә israrla mәhsulun 120 saat vitrindә saxlama müddәti olduğunu bildirdi. |
Cavab: Tortun saxlanma müddəti 36 saatdan artıq deyildir. satıcı istənilən sənədlər sizə təqdim etməyə borcludur. |
|
|
|
|
28.04.2018 |
Lamiye Aliyeva |
Sual: Salam.men ozel bagca acmaq isteyirem.lisenziyadan basqa hansi senedler lazimdi.bes acildiqda sonra ?tesekkur edirem |
Cavab: Bağışlayın bu barədə bililyim azdır. Məncə lisenziyada lazımdır deyildir. |
|
|
|
|
|
Sual yaz |
|
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17 18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
|
|
|
|
Əmtəə bazarında sağlamlıq üçün təhlükəli qənd satılır, AQTA-nin apardığı işlər davamlı deyil, epizodikdir!
Bu barədə “Azad İstehlakçılar” İctimayi Birliyi (AİİB) 2019-cu ildə araşdırma apararaq cəmiyyətə ətrafli məlumat vermiş,bütün müvafiq Dövlət qurumlarına,o cümlədən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə(AQTA) rəsmi müraciətlər etmiş,Respublika Prokurorluğu,Dövlət Gömrük komitəsi və digər qurumlar tərəfindən müvafiq tədbirlər görülmüş,”kəllə qənd”istehsalı zamanı qəndin ağardılmasında mənşəyi məlum olmayan kimyəvi maddələrdən istifadə etdiyinə görə bir sira qənnadı məmulatlarının istehsali müəssiələrində reydlər kecirilmiş,qanun pozuntuları aşkar edilərək cavabdeh şəxslər həbs olunmuşdur.Eyni zamanda qəndin ağardılmasında istifadə olunan kimyəvi maddəni ölkəyə idxal edən şəxslər cinayət məsuliyyətinə alinmışlar! Bu işlər 2019-cu ildə olmuşdur.
Bəs hazırda vəziyyət necədir?!
Belə ki, AİİB istehlakçılardan daxil olan məlumatlar əsasında bazardakı vəziyyətə nəzər yetirmiş, bir “Kəllə qənd”nümunəsinin akkreditasiya olunmuş laboratoriyada ekspertizasının nəticələrini əldə edərək, insan sağlamlığı üçün təhlükə törədən qəndlərin bazarda geniş şəbəkə ilə satıldığını müəyyən etmişdir.
AİİB tərəfindən aparılmış araşdırmanı bir daha xatırlasaq, məlum olur ki, hazırda da şəkər tozundan kəllə qənd hazırlamaq ücün, əksər kəllə qənd istehsalcıları daha ucuz olan kimyalaşma yolunu secirlər. Xatırladaq ki, şəkər tozundan bəyaz kəllə qənd əldə etmək ücün iki üsul mövcuddur:
1) Şəkər tozu qaynadılır, bişirilir, alınan məhlul qaynatma zamanı sarı rəngə boyandığından, bu məhluldan bəyaz kəllə qənd almaq üçün məhlul bərkiyəndən sonra sarı rəngli kəllə qənd kütlələri, çox böyük firlanma sürətinə malik olan və yüksək məsrəflərlə başa gələn “Sentrafuqa”qurğusuna yerləşdirilir, burda yüksək mərkəzdənqaçma təcilinə məruz qalan kütlələrdən sarı maddə ayrılır və mexaniki yolla tam bəyaz “kəllə qənd” əldə olunur.
2) Qaynadıldıqda sarı rəngə boyanmış şəkər tozu məhluluna kimyəvi maddə-Kükürd dioksid (SO2) əlavə edilr, sarı rəngli məhlul bəyaz rəng alır! Bundan sonra məhlul qəlblərə yerləşdirilib soyudulur və gözlə sarılığı cətinliklə ayird edilə bilən ”bəyaz” kəllə qənd əldə edilir.
SO2 kimyəvi maddəsindən əsasən sənayedə parca ağartma, dəri aşılama, xalca yuma kimi sahələrdə istifadə olunur.
Qeyd edək ki, bütün dünyada gəlir əldə etmək, insan sağlamlığını arxa plana keçirtmə istəkləri, o yerə gətirib cıxarmışdır ki, hətta kimyəvi yolla kəllə qənd istehsalına, bəzi ölkələrdə standartlara da daxil etməklə haqq qazandırmışlar. Məsələn MDB məkanında mövcud olan ГОСТ 33222-2015 standartlarında 1 kq bəyaz kəllə qənddə maximum 15 milli qram kükürd dioksidın ola bilməsi nəzərdə tutulmuşdur (bundan öncə bu sahədə qüvvədə olan ГОСТ 22-94 və ГОСТ 31361-2008 standartlarında isə ümumiyyətlə bu maddənin istifadə edilməsinə icazə verilmir). Ölkəmizdə Tayqa Ticarət”müəssıəsi tərəfindən istehsal olunan və əmtəə bazarında satılan “Dad1” kəllə qənd məmulatının tərkibində laboratorioya tədqiqatı 1 kq məhsulda 70,2 mq kükürd dioksid olduğunu göstərmişdir! Yəni təhlükə normasından 4,6 dəfə (500%-ə yaxın) cox!
AİİB-in araşdırmaları göstərir ki, ölkədə mövcud olan 20-yə qədər “Kəllə qənd” istehsalçısı bəyaz kəllə qənd əldə etmək ücün hazırda kimyəvi üsuldan istifadə edir və təhlükəli kimyəvi maddədən qəndi daha bəyaz etmək ücun bol-bol istifadə edirlər!
İstehlakçıların maraqlarını və sağlamlığını əsas tutan AİİB-birmənalı olaraq istehsalçılar tərəfindən kəllə qəndin ümumiyyətlə mexaniki yolla ağardılmasının həyata keçirilməsini istəyir! Ən pis halda isə ГОСТ 33222-2015 standartlarına əsaslanaraq kəllə qənd istehsal edən sahibkarların fəaliyyətinə dövlət tərəfindən ciddi nəzarət edilməsini və sözü gedən kimyəvi qatqının standartda göstərilən normadan əsla yuxarı keçməməklə istifadəsinə icazə verilməsini tələb edir.
O cümlədən, hansı kəllə qənd istehsalı müəssisəsində mexaniki yolla ağartma həyata keçirilmirsə bu müəssiələrdə mütləq vaxtaşırı yoxlamalar aparılmalı, istehsal nümunələrindən götürülüb laborator analizləri aparılmalı, təhlükəli maddələr aşkar olunarsa və ya qatqılarla bağlı normadan kənara çıxmalar müəyyən olunacaqsa, satışda və anbarlarda olan məhsullar qeri cağrılmalı, ictimaiyyətin gözü önündə və KİV-lərin iştiraki ilə məhv edilməlidir. Bu istək və tələblərlə AİİB, Qida Təhlükəsizliyi Agentliyinə, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Dövlət Gömrük komitəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi müraciətlər etmişdir.
AİİB-in sədri: E.Hüseynov
|
|
daha ətraflı... |
|
Ölkəmizdə malların etiket məlumatları tam yarıtmaz vəziyyətdədir,əsasən İrandan idxal olunan mallar!
İstehlakçı xüsusən ərzaq malları haqqında məlumatı birbaşa malın etiketindən alır!İstehlakcının beynəlxalq və yerli hüquqlarından biri də məhz mal haqqında milli dildə informasiya almaq hüququdur!
“Azad İstehlakçılar” İctimayi Birliyi(AİİB) uzun illərdir ki,ən müxtəlif Dövlət orqanlarına yazılı müraciətlər göndərərək bu məsələnin ,yəni vətəndaşlarımızin milli dildə məlumat alma hüququnun de-fakto olaraq taninması barədə tədbirlərin görülməsinə dair təkliflər versə də,bu məsələ həll olunmadan qalir!
Dövlət Dili Haqqında AR-nin qanununun maddəsi: 7.3. Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır
Istehlakcılarin Hüquqlarının Müdafiəsi Haqqında AR-nın Qanununun 13-cü maddəsi:
Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır.
Nazirlər Kabinetinin 94 saylı qərarı,maddə 5.8.” Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə edilmiş tərcümə ilə də müşayiət olunmalıdır”
Qeyd edək ki,malların milli dildə markalanması məsələsi dünyanın əksər ölkələrində ,hətta Azərbaycandan hər cəhətcə zəif olan Ermənistan və Gürcüstanda belə uzun illərdir ki,tam həyata keçirilsə də ölkəmizdə bu məsələ həll olunmadan qalır.Əlbəttə bu amil,qacaqmal üçün münbit bir şərait yaradır!
İlkin olaraq AİİB malların milli dildə markalanması məsələsini İran İslam Respublikasından idxal olunan ərzaq malları üzərində cəmləşdirməkdən başlamaq niyyətindədir. Cün ki,ən acınacaqlı hal məhz İrandan idxal edilən ərzaq mallarındadır!Əğər Dövlət qurumları qanunun yerinə yetirilməsinə dəstək versə digər çoxsaylı mal və xidmətlərə də keciləcəkdir.24 il ərzində AİİB, BMT-nin beynəlxalq uşaq təşkilatı UNİCEF-in köməyilə yalnəz körpə qidalarının milli dildəmarkalanmasına nail olmuşdur,bu cox azdır! AİİB-n ofisinə istehlakçılar tərəfindən etiraz müraciətləri ilə gətirilən İranda istehsal olunan ərzaq mallarının markalanmasına diqqət yetirdikdə Azərbaycan dilindən başqa digər dillərdə məlumat olduğu görünür,lakin ərzaq malları üçün çox mühüm göstərici olan,istehsal və son istifadə tarixlərinin fars əlifbası ilə yazıldiğını görürük!Şübhəsiz ki,bu istehsalcı tərəfindən bilərəkdən,şüurlu şəkildə edilir ki,malını “Ölməz etsin”,yəni vətəndaşlarımız yararlılıq vaxtı keçmiş malı da alıb istehlak etsinlər!Əlbəttə Azərbaycan istehlakçılarının belə sadəlövhlüklə aldanması səbəbsiz deyil.Əhali ölkəmizdə artıq 3 ildir fəaliyyət göstərən Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) və digər dövlət qurumlarının fəaliyyətinə inanır,düşünür ki,yararlılıq vaxtı keçmiş mal satıla bilməz!Əfsus ki,bu inam özünü doğrultmur və istehlakçıların İran ərzaq mallarından zəhərlənməsinə dair məlumatlar da mövcuddur. Bəzən bu mövzu ilə bağli neqativ halların qarşısını almağa cavabdeh olan dövlət qurumları əməkdaşlarının mediyada pafoslu cıxıçlarına da rast gəlirik,amma “3 müşketyor qanunu” daha uğurla işləyir-birimiz hamimiz ücün,hamımız birimiz üçün - yəni gömrük xeyir-dua verib ölkəyə buraxıbsa vəssalam!
İran ərzaq malları satışı şəbəkələrində ciddi monitoringlərin keçirilməsi,dövlətimizin qanunlarının pozulması ilə ölkəyə idxal olunmuş qeyd olunan nöqsanlı malların satış şəbəkələrindən geri çağrılıb,ictimaiyyətin gözü önündə kütləvi məhv edilməsi,gömrük komitəsində çalışan əməkdaşların diqqətinin bu məsələyə cəlb edilməsinə zərurət yaranmışdir.
Dövlətimizin qanunlarını pozmaqla İran dükanlar şəbəkəsində satışa mal çıxaran 50-dən çox dükan mövcuddur.Bu dükanların bəzilərinin ünvanları:Əsas topdansatış dükanları,Sədərək ticarət mərkəzi,”Lukoyl”YDM-nin yanı(topdan satış),Dərnəgüldə “Elit “TM-nin yaxınlığı(çoxlu sayda),. 1)Bakı şəh.Əsəd Əhmədov 28
2)Xırdalan.texnikumun yaxınlıği.Rahat bazar ilə üzbəüz 3)Maştağa qəs.Savalanın 2-ci girişi 4)Ümid qəs.Laçın məktəbinin qarşısı 5)Neftçala şəh.H.Əliyev pros.Təzə bazar 6)Sahil qəsəbəsi 7)Ballı marketin yaxınlığı050-791-11-12 8)Sumqayıt şəh.2-ci mikr.Rossiya klubunun yanı.777 mağaza 9)Bakı şəh.Sarayevo küç7 10)Binəqədi ray.Xocasən yolu.Netto klubun yanı 11)Gəncə küç.Fujifilmin yanı 12)Əhmədli metrosu çıxışı.Ukrayna dairəsi tərəf 13)Xətai metrosunun arxası.N.Əliyev küç.17 14)Bakı şəh.Fatmayı 15)Hövsan qəs. 16)8 km bazarı.Halal market17)Şirvan şəh.Elite bazarının həyəti18)A.Şərifzadə küç.19519)Dərnəgül qəs.Şır-şır restoranının yanı 20)Xırdalan şəh.Təzə bazarın girişi ilə üzbəüz 21)Nizami metrosunun yanı.Z.Əhmədbəyov küç. 22)Buzovna qəs.Köhnə Polis şöbəsinin yanı 23)Əhmədli metrosu.Məhəmməd Hadi 41 və.s.
AİİB bu məsələni ictımailəşdirməklə bərabər, , Qida Təhlükəsizliyi Agentliyinə, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Dövlət Gömrük komitəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsminə müraciətlər göndərmişdir. Dövlətimizin qanunlarına əməl olunmasında hər bir istehlakcını fəal olmağa cağırırıq və dövlət qurumlarında nəticələr gözləyirik.
AİİB-in sədri: Eyyub Hüseynov
|
|
daha ətraflı... |
|
Press reliz
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə “Azad İstehlakçılar” İctimai Birliyi(AİİB) “Istehlakçılara parça bazar torbalarının paylanılması ilə ekologiyanın qorunmasına dəstək verilməsi” layihəsinin icrası üzrə fəaliyyyətini davam etdirir.
19 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, Alatava 2. ünvanda yerləşən “Araz 20 yanvar Superstore”- da istehlakçılara 150 ədəd parça materialdan tikilmiş bazar çantaları təmənnasız olaraq paylanıldı. Onlara həmçinin ekologiyanın qorunmasına,plastik taralardan imtinaya, qida təhlükəsizliyinə və ştrix koda dair məlumatlar da paylanıldı. İstehlakçılarda parça sumkalara böyük maraq oldu. Tədbirin sonunda çantaların paylanılmasına dair akt tərtib edildi. Eyni zamanda müəyyən istehlakçıların fotosu da çəkildi. Tədbirə dair press reliz hazırlanaraq KİV-lərə göndərildi. Tədbirimiz davam |
|
daha ətraflı... |
|
“Azad İstehlakçılar”
İctimai Birliyi M: +99450 341 62 25
17 avqust 2020-ci il.
Press reliz
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə “Azad İstehlakçılar” İctimai Birliyi (AİİB) “Istehlakçılara parça bazar torbalarının paylanılması ilə ekologiyanın qorunmasına dəstək verilməsi” layihəsinin icrası üzrə fəaliyyyətini davam etdirir.
17 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 60. ünvanda yerləşən “Bolmart” Supermarketdə istehlakçılara 150 ədəd parça materialdan tikilmiş bazar sumkaları təmənnasız olaraq paylanılmışdır. İstehlakçılara həmçinin qida təhlükəsizliyinə və ştrix koda dair məlumatlar da paylanılmışdır. İstehlakçılar böyük həvəslə həmin sumkaları götürürdülər. Tədbirin sonunda sumkaların paylanılmasına dair akt tərtib edildi. Eyni zamanda müəyyən istehlakçıların fotosu da çəkildi.Tədbirimiz davam edəcək. |
|
daha ətraflı... |
|
|