İSTEHLAKÇI HÜQUQLARINA DAİR İNTERNET PORTAL
Ana səhifə Xəritə Əlaqə
X ə b ə r l ə r B l o k u
Fevral-2025
Be Ça Ç Ca C Ş B
Bu gün ziyarətçilər: (146)
Dunen ziyarətçilər: (181)
Bu gün səhifə baxışı: (176)
Dünən səhifə baxışı: (449)
Sual-cavab
Sual yaz
12.10.2018
Ilhame Aloyeva
Sual: Sualim beledi.bank borcu 3 il odenillmeyibse iw mehkemeye verilmeyibse borc siline biler?
Cavab: 

Xeyr borc silinmir.

11.10.2018
Valeh Dunyamaliyev
Sual: Salam..mən özəl şirketde işleyirem 9 ildi..iş prosesinde (biraz ağir işdi) belimde problem yaranib(yırtığ)...butun muayine kağizlarini qarşi terefe getirib teqdim etmişem...işə götürən nə etmelidi? Səhhətimə deymiş ziyani odeyib mualicə aldiğim vaxti əmək haqqim yazilmalidi yoxsa necə?
Cavab: 

Biz İstehlakçı hüquqlarını qoeuyurq sual bizə aid deyil. Sosial Müdafia Fonduna  zəng vurun

10.10.2018
Fuad Quliyev
Sual: 09.10.18 tarıxında 28 molda yerlaşan zara magazinan ayaqqabı almışam 10.09 18 qaytarmaq istadim ödaniş cek , magazin ceki alimda olsada daişmadilar, sabab ayaqqabının üstünda olan giymat kağızı olmadıqda göra .
Cavab: 

Etraflı ərizə yazaraq bizə müraciət edə bilərsiniz.

2) İqtisadiyyat Nazirliyinə müraciət edin -195(2)

07.10.2018
vusale seferova
Sual: salam .size bir sualla muraciet etmek isteyirem .men olkeni terk etmek isteyirem bir qizim var onuda ozumle aparacam .bunun ucun mene atasindan etibarname gerekdir ama usaq menim soy ismimi dasiyir bu halda yenemi mene etibarneme gerekdir?
Cavab: 

Hüquqşünas Habil İsgəndarova müraciət edin- 050-314-81-88

06.10.2018
Ulya Ulya
Sual: Birde bizim vekilimiz yoxdu.. bizden mehkemede tegribi ne qeder rusum teleb oluna biler..
Cavab: 

Hüquqşünas Habil İsgəndarova müraciət edin- 050-314-81-88

05.10.2018
Ulya Ulya
Sual: Salam bowanmaq ucun bir teref razi olmayanda mehkemeyle bowanmaq ucun hansi mehkemeye ve ne senedlerle qetmek lazimdi ve onda dovlet rusumu ne qeder ve kime odenmelidir?
Cavab: 

Hüquqşünas Habil İsgəndarova müraciət edin- 050-314-81-88

05.10.2018
Ferid Qocayev
Sual: Salam. Aliment odeyirem. Usaqin yasi Ayin 13 u 18 yas tamam olur. Ona aliment bu ay ucun tam odenilmelidi? Ya yarim ay?
Cavab: 

Hüquqşünas Habil İsgəndarova müraciət edin- 050-314-81-88

 

02.10.2018
Elçin Əlizadə
Sual: Salam. Paltar kirayəsi mapğazalarindan paltar kirayə götürerken kiraye veren mağaza iile kiraye götüren şexs her hansi yazili müqavile (blankda)doldurrmalidirmi.doldurulmalidirsa paltar kiraye götüren terefden zedelenerse mesuliyyet hansi qanunla müeyyen edilir.Çox sağ olun.
Cavab: 

Müqavilə Şifahi və yazılı ola bilər. Sualınız müqavilə şərtində qoyulur. Qisaca sizin danışıqınızdan aslıdır.

02.10.2018
Elekber Huseynov
Sual: Salam Azer qaz mene sayqaca gore 1944 manat cerime ve elave olaraqda 230 manat sayqacin pulunu tekeb edir ne qeder duzgundu
Cavab: 

Haqlısınza düzgün deyil.  Eks halda düzgündür. Hər halda ekspert Nüsrət Qasımovla əlaqə saxlayın - 050-384-20-21

28.09.2018
Şəbnəm Səlimova
Sual: Salam. Mən keçən il noyabrda maxi.az magazasından smartfon almışam. Telefon ios əməliyyat sistemli oldugu üçün bir neçə gün əvvəl yenilənmə oldu və yeni əməliyyat sistemi yukləndi. Yenilənmədən sonra yaranmış qadcetlərdən birində parol tələb olunur və bu tələb olunan parol mənim tərəfimdən bu telefonda quraşdırılmayıb. İlk istifadəçisi mən oldugum cihaza məndən başqa kim müdaxilə edə bilər? Magazayla əlaqə yaratmaga çalıçıram, xətlər daim məşgul və ya yuklənmiş olur, sosial media vasitələrinə ünvanladıgım suallar hələ ki cavabsız qalıb. Mən bu problemi dünən aşkarladım və bildirdim. Əksər müraciət etdiyim insanlar mənə həmin kod parolun telefonun əvvəlki istifadəçisi tərəfindən və ya proqramçılar tərəfindən qoyuldugunu deyir, yəni hər hansı bir istifadə olunmuş telefonun “beynini” xüsusi proqram vasitəsiylə silib tam yeni kimi göstərmək mümkündür. Və bu cür “beyni sıfırlanmış” ikinci əl telefonlar yeni kimi insanlara sırışdırılırmış. Mən bu problemlə baglı necə hərəkət etməliyəm? Əgər bütün bu iddialar dogrudursa mənim istehlakçı kimi hüquqlarım pozulmuş sayılırmı? Hüquqi məsləhətinizə, ekspert ki fikirlərə ehtiyacım var.
Cavab: 

İstehlakçı hüququnuz pozulmuşdur. Məsləhət

1) Dükana müraciət edin.

2) 498-15-04 , 195(2) telefonu ilə iqtisadiyyat Nazirliyinə müraciət edin.

3) Bizə ətraflı ərizə ilə müraciət edin. İmza qoyun. hüququnuzu qoruyaq.

25.09.2018
Ulya Ulya
Sual: birde men aile heyati qurmaqa hazirlasdiqim oqlan aile ile 1 aydi dava eleyib qedib kiraye qalir, biz evlenenden sonrada mecburi kiraye qalariq..o evlenenden sonra ailesini mehkemeye verib onlardan oz evdeki payini ala biler?
Cavab: 

Hüquqşünas Habil İsgəndarova müraciət edin- 050-314-81-88

25.09.2018
Ulya Ulya
Sual: Salam..Anamla atam bowanma erefesindedi..evde qeydiyyatda 4 neferik..Bowandiqdan sonra atam evi satmasa hara muraciet etmeliyik evin satilib bolunmesine qore ve ve anamla men 1 de bacim olanda atam tek yawasa biz 3 muz onda bizim ucumuzle onun arasinda ferg olar yoxsa yarisi ataya yarisi anama paylasacaq?
Cavab: 

Hüquqşünas Habil İsgəndarova müraciət edin- 050-314-81-88

25.09.2018
Aysel Mamedova
Sual: SalamAptekden derman almishiq, daha sonra eyni apteke dermani qaytarmiwiq(hekim istifadəsini dayandirdigi üçün). Aptekde geri goturmeyibler, deyiblerki satdiga qoya bilerik ancaq, ne vaxt satilar satilar. 30manliq dermandi. Ustunden 2il keçib, ne dermani verirlər ne de pulunu. Evvel deyirdilerki satilmayib hele, indi de deyirlerki guya aptek satılıb derman itbat olub.deyir hara wikayet eleyirsen ele. Bu barede hara wikayet ede bilerik?
Cavab: 

1) İqtisadiyyat Nazirliyine zeng edib müraciet ede bilərsiniz.

2) ərizə ilə bizə gəlib müraciət edə bilərsiniz ərizə forması saytımızda yerləşdirilmişdir.

20.09.2018
İslam Nuri
Sual: Salam əgər mən fiziki şəxs , fizik şəxsdən işlənmiş maşın almışamsa ,alanda isə servisdə yoxladib problemsiz maşın olduqunu mənə serviz deyirsə və mən maşını oz adıma keçirdirəmsə ,notariusda təsdiqlənmiş alqı satqı muqaviləsidə yoxdur ,amma dyp da alqı satqı muqavilesi var, və sonra 2gün surdükdən sonra maşında problem yaranirsa ,maşını qaytara bilərəm pulumu yani geri almaq istəyirəm?. Birdəki bu İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunda fiziki şəxs ,fiziki şəxsə malını qaytara bilər 14 gün ərzində ,yoxsa bu yalnız huquqi şəxs ilə fiziki şəxs arasinda olan qanundır? Əvvəlcədən çox sagolun.
Cavab: 

Məsləhət görürəm İqtisadiyyat Nazirliyinə müraciət edin. 498-15-04   195(2)

19.09.2018
Ramil Həsənov
Sual: Erizeni gelib idarede yazmaliyiq yoxsa burda onlaynda yazmag olur.
Cavab: 

erizəni tam halda saytımızda yerləşdirmiyiz formada yazıb imza çəkib bizə gətirə bilərsiniz. və ya imzalı halda mail vasitəsi ilə göndərə bilərsiniz.

16.09.2018
Ramil Həsənov
Sual: Salam.Ayin 8 yeni bir hefte once 20 yanvar metrosunun yanindan optik linza aldim 30manata acdimki birinin yani cirigdi.deyirlee acmisan qaytara bilmeriy.acmamiw men nece bile bileremki bu mal brakdi.6ildi linzadan istifade edirem bir defede olmuwdu o vaxt ferid optik qaytardi ancaq bu aptek qaytarmir.mene komey etmenizi xahiw edirem.
Cavab: 

Bizə ərizə ilə müraciət edin. kassa çeki varsa onuda qeyd edin aptekin ünvanı və telefon nömrəsində ərizənizdə qeyd edərək bizə gelib ərizə ilə müraciet edin.ı

12.09.2018
Zohrab Quliyev
Sual: Salam,mən şirkətlərin birində ekspeditişləyirəm.Dükanların birinə küllü miqdarda mal verərək aramızda saziş bagladıq ki bir ay ərzində borc tam baglansın. Borcun az miqdarını almışan bir müddət keçdikdən sonra həmin dükan baglanir və sahibkara zəng çatmır. şirkət pulu məndən tələb edir. Mən ne edə bilərəm ki həmə şəxs tapılsın. Şəxsiyyət vəsiqəsinin nüsxəsi var məndə.
Cavab: 

Yalnız polisə müraciət etmək.

11.09.2018
İlqar Cəfərov
Sual: Bakı Beynəlxalq Avtovağzalından Astara şəhərinə gedən avtobusla Lənkəran şəhərinə getdiyim halda biletin dəyərini Astaraya qədər yoxsa Lənkərana qədər ödəməliyəm. 08.09.2018-ci il tarixdə 9 saylı kassada mənə Astarayacan biletin dəyərini 7,60(yeddi manat altmış qəpik)manat ödətdirdilər. Bakı Beynəlxalq Avtovağzalında müraciət edə biləcəyim heç bir məsul şəxs barədə məlumat ala bilmədim. Bilet kassalarının qarşısında gördüyüm yaxa kartıyla gəzişən iki nəfərə bu barədə sual verdim onlarda avtobusların şəxsi olduğunu ona görə də biletin tam Astaraya qədər satılmasını qanuni olduğunu bildirdilər.
Cavab: 

Şəxsi biznes olduqları üçün o cür qayda tətbiq edə bilər. 

10.09.2018
Sevinc Askerova
Sual: Menim atam telefon dukaninnindan 230 man deyerinde mobil telefin alib 20 gun sonra telefon ishlemedi. Aparib qaytarmaq deyishmek istedik bizden qutunu teleleb etdiler . Qutusunu atmishdik .telefobu servise verdiler ozleri oda duzelmedi . Indi bizim hansi huqularimiz var. Magaza tlefonu deyishmelidirmi
Cavab: 

aldığınızdan 14 gün keçdiyi üçün sizin zəmanət və təmir hüququnuz vardır. 

08.09.2018
Leyla Ismayilova
Sual: Maxi.az dukanindan mene fen hediyye olunub.Hediyyeni goren kimi sacima uygun olmadigini anladim. 2 gun sonra yaxinlashdim hemin magazaya ki bawga modele deyishmek isteyirem. Pul qaytarmagini istemirem. Nece alinmishdisa cek ile, setkasi ile bele birlikde yaxinlashmishdim. Mene dediler deyishmirik, icaze yoxdu. Gorduler ki cox tekid edirem, dediler gedin filan unvana bizim servise verin, onlar 14 gun erzinde yararli ya yararsiz oldugu barede rey versinler sonra gelersiz. Men de basha dushurem ki onu orda ozleri de yararsiz ede bilerler ya da rey verene geder artig lazimi vaxt da bitecek ve neticesiz qalacagam. Feni sadece qutudan cixarib, duymeni basib, ishlek olduguna baxmag lazim idi. Istehlakciya bele kunasibet ne qeder duzgundur? Men huquqlarimi nece mudafiye edim? Ne edim ki meni eshitsinler?
Cavab: 

Siz və sizin şüpəniz haqlıdır. Ətraflı ərizə yazın imza qoyun kömək edək və ya. 498-15-04 zəng edin  

05.09.2018
Şahin Feyziyev
Sual: Salam.men evime qaz çekdirmek isdeyirem.ancaq icaze yoxdu.men hara müraciyet edim
Cavab: 

Xahiş edirəm Nüsrət Qasımovla əlaqə saxlayın. 050-384-20-21

03.09.2018
Rugiyya Abbasova
Sual: Salam, mən azeriqazla bağlı problemim var.evde olmadığ müddətdə qaz sayğacini söküb aparıblar. Yeni sayğac qoyublar . Ancaq yeni saygacin kartini vermirler. Bizden yeni saygaca gore 200 azn ödəniş teleb edirler. Ve küçədə olan saygaca gore akt tertib edibler kenar müdaxilə aşkar etdikleri barede. 1400 azn cerime deyirler şifahi sekilde. men ne tedbir gore bilerem? Hara müraciət etmek olar bele halda?
Cavab: 

Xahiş edirəm Nüsrət Qasımovla əlaqə saxlayın. 050-384-20-21

01.09.2018
Qedir Suleymanov
Sual: Bir huquqsunasa muqavile ile pul verdim isimizi gormedi. Biznen cox kobud davranirdi ve senedlerimizi geri vermirdi mende bunlari biznen danisarken viedoya cekdim indi onlar mene tezminat mehkemesi acmaq isteyir. Sizce bu elediyim cekilisde cinayet isi var?
Cavab: 

Məsləhət almaq üçün Habil İsgəndorva zəng vurun- 050-314-81-88

28.08.2018
Tehmine Qelenderova
Sual: salam. men internet magazadan qadin geyimi sifariş etdim. əvəzində mənə çox keyfiyyətiz bir geyim göndərdilər. mən pulumu necə geri ala bilərəm. siafriş etdiyim və əldə etdiyim paltar çoox fərqlidi və çox keyfiyyıtsizdir.
Cavab: 

Məsləhət- 498-15-04 telefonu ilə İqtisadiyyat Nazirliyinə şikayət edin.

 

26.08.2018
Hesen Zeynali
Sual: Salam.14 gunu tamam olmayib.kreditle telefon alinib.indi mumkun olar? onu basqa mehsula deyismek ve ya istedyim mehsul yoxdursa geri leğv etmek krediti. hec bir prablemide yoxdu.demek olar istifade olunmayib.bilmek isterdim eger mumkunse MEnden pul tutulacağ mehsulu deyisdikde ve ya krediti leğv etdikde kredite gore elave odenis teleb edilecek 14 gunu tamam olmadiğina gore
Cavab: 

Telefonda hec bir problem yoxdursa siz terefden hec bir xeta yetirilmiybse beli deyisdirile bilersiz ve ya pulunuzu geri ala bilersiniz/

18.08.2018
Aysel Ehmedova
Sual: Salam men kantak homeden 4 ay bundan qabag tel ipone x aldım ılk odenıs 200 ömanat etdı tel 18 aya mene 200 manat faiz geldi ve tel 2 aydan islemir 12 qarantısı var indi hal hazırda ödenşa elemşrem cunki tel islemir kantak homede ne qaytarır nedeki deyısır hetta mene zeng vurub özlerını polis kimi teqdı edırler ki gelıb senın evınen teli aparacıg bu ne derecesı duzgundu??
Cavab: 

Bu böyük məsələdi. Xahiş olunur  Tutarlı ərizə yazasınız və gəib bizə təqdim edəsiniz. 050-341-62-25 nömrəsiylə əlaqə saxlıyarsınılz.

06.08.2018
Gile Qurbanova
Sual: Salam men Mingecevir seheri Su kanal idarəsi içməli sular üzre nasos maşinisti vəzifəsində 9 ildi çalışıram.Şəhərin köhnə su sistemi dəyişib yenisi ilə əvəz olunub.Müdriyyət məni isdən məcburi azad edir məni isdən cixarir.bu vaxt müdriyyət məni işdən çıxartmaga haqqı varmı yoxsa yeni islə təmin etməlidir.Nəzərinizə çatdırımki mnnən qabag dayanan nasosların işçilərini yeni işlə təmin edib.yaşım 55 dir.cox xajiş edirəmki mənə bu məsələdə aydınlıq gətirərdiniz.Ailə başçımı itirməm tək işləyən özüməm.
Cavab: 

Biz istehlakçı hüquqlarını qoruyurq. 

04.08.2018
orxan qaniyev
Sual: salam bağşliyin narhat edirem. men ve anam nenemin evinde yaşayiriq atam yoxdur ve ne anamin nede menim adima torpaq sahesi yoxdur amma ki muraciyyet edirem mene torpaq sahesi vermirler hara muraciyyet edim ve ya başqa ne edim mene meslehet verin
Cavab: 

Biz alıcı hüuqularını qoruyurq təəsüfki bu sual bizə aid deyil. 

01.08.2018
Fatime Ibrahimova
Sual: Salam.Men bir sirniyyat evinden sikayet elemek isteyirem.Getdiyim gun mene 3 gun praktika olacaq dediler,sonra beyensek ise gotureceyin deyildi.3 gun sonra senle isleyeceyin dediler ama bir gun daha gel.Getdim.Artiq ise basliyim dedim.Orda Orxan m.var dedi bilmemisem indi isleyen xanimin iyulun 31ne kimi emek muqavilesi var.Sen ayin birinden ise baslayacan.Bugun seher avqystun biri Orxan m.dedi ki sen bugunde axsam gel.Sabahdan basliyarsan.Men wuphelendim getdim magazaya.Orada cixasi olan satici xanimin hecneden xeberi yox imis ve isden hele cixmirmis.Meni aldadiblar orda Orxan m.Nigar x.Sikayet ede bileremmi? men bu insanlar.Duz 1 hefte gedib gelmisem.Maddi menevi ziyan deyib mene
Cavab: 

Siz bu barədə Əmək və sosial müdafia nazirliyinə şikayət edə bilərsiniz. 142 qaynatr xətt

29.07.2018
Nailə Hüseynova
Sual: Salam! Sualım yeni tikililərdə olan mənzillərin alışı. Aprel 2016cı ildə kredit xətti ilə Panorama Park yaşayış kompleksində mənzil əldə etmişəm (təmirsiz). Ümumi sahə 54 kv.m olaraq balkon sahəsidə buna daxildir və müqavilədə buda qeyd olunub. KİVdə məlumat verilib ki,balkon sahəsi ödənişə daxil olmamalıdır. belə halda mən şirkətdən tələb edə bilərəm müqaviləyə dəyişiklik etsinlə əgər bu həqiqətən qanunla tələb edilir? Daha bir sual müqaviləyə daxil edilib ki, bina təhvil verildikdən sonrada Satıçı kommunal xidmət, təhlükəsizlik, təmizlik və s. xidmətlərin qayda və ödənişini özü müəyyən etmək hüququndadır. Bu nə qədər qanuna uyğundur və bu müqaviləni imzalayaraq Alıcının (istehlakçının) hüquqları pozulur?Öncədən təşəkkür edirəm
Cavab: 

Balkon və bəzi digər yerlər sahəyə daxil deyildir. Ətraflı məlumat almaq istəyirsinizsə Qaçay müəllimə zəng vurun. telefon--  050-341-59-17. Müqavilədəki siz qeyd etdiyiniz məsələr normaldır.

Sual yaz
 1    2    3    4    5    6    7    8    9    10    11    12    13    14    15    16   17    18    19    20    21    22    23    24    25    26    27    28    29    30    31    32    33    34    35    36    37    38    39    40    41    42    43    44    45  

Əmtəə bazarında sağlamlıq üçün təhlükəli qənd satılır, AQTA-nin apardığı işlər davamlı deyil, epizodikdir!

 

Bu barədə “Azad İstehlakçılar” İctimayi Birliyi (AİİB) 2019-cu ildə  araşdırma apararaq cəmiyyətə ətrafli məlumat vermiş,bütün müvafiq Dövlət qurumlarına,o cümlədən  Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə(AQTA) rəsmi müraciətlər etmiş,Respublika Prokurorluğu,Dövlət Gömrük komitəsi və digər qurumlar tərəfindən müvafiq tədbirlər görülmüş,”kəllə qənd”istehsalı zamanı qəndin ağardılmasında mənşəyi məlum olmayan kimyəvi maddələrdən istifadə etdiyinə görə bir sira qənnadı məmulatlarının istehsali müəssiələrində  reydlər kecirilmiş,qanun pozuntuları aşkar edilərək cavabdeh şəxslər həbs olunmuşdur.Eyni zamanda qəndin ağardılmasında istifadə olunan kimyəvi maddəni  ölkəyə idxal edən şəxslər cinayət məsuliyyətinə alinmışlar! Bu işlər 2019-cu ildə olmuşdur.

Bəs hazırda vəziyyət necədir?!

Belə ki, AİİB istehlakçılardan daxil olan məlumatlar əsasında bazardakı vəziyyətə nəzər yetirmiş, bir  “Kəllə qənd”nümunəsinin akkreditasiya olunmuş laboratoriyada ekspertizasının nəticələrini əldə edərək, insan sağlamlığı üçün təhlükə törədən qəndlərin bazarda  geniş şəbəkə ilə satıldığını müəyyən etmişdir.

AİİB tərəfindən aparılmış araşdırmanı bir daha xatırlasaq, məlum olur ki, hazırda da şəkər tozundan kəllə qənd hazırlamaq ücün, əksər kəllə qənd istehsalcıları daha ucuz olan kimyalaşma yolunu secirlər. Xatırladaq ki, şəkər tozundan  bəyaz kəllə qənd əldə etmək ücün iki üsul mövcuddur:

1) Şəkər tozu qaynadılır, bişirilir, alınan məhlul qaynatma zamanı sarı rəngə boyandığından, bu məhluldan bəyaz kəllə qənd almaq üçün məhlul bərkiyəndən sonra sarı rəngli kəllə qənd kütlələri, çox böyük firlanma sürətinə malik olan və yüksək məsrəflərlə başa gələn “Sentrafuqa”qurğusuna yerləşdirilir, burda yüksək mərkəzdənqaçma təcilinə məruz qalan kütlələrdən sarı maddə ayrılır və mexaniki yolla  tam bəyaz “kəllə qənd” əldə olunur.

2) Qaynadıldıqda sarı rəngə boyanmış şəkər tozu məhluluna kimyəvi maddə-Kükürd dioksid (SO2) əlavə edilr, sarı rəngli məhlul bəyaz rəng alır! Bundan sonra məhlul qəlblərə yerləşdirilib soyudulur və  gözlə sarılığı cətinliklə ayird edilə bilən ”bəyaz” kəllə qənd əldə edilir.

SO2 kimyəvi maddəsindən əsasən sənayedə parca ağartma, dəri aşılama, xalca yuma kimi sahələrdə istifadə olunur.

Qeyd edək ki, bütün dünyada gəlir əldə etmək, insan sağlamlığını arxa plana keçirtmə istəkləri, o yerə gətirib cıxarmışdır ki, hətta kimyəvi yolla  kəllə qənd istehsalına, bəzi ölkələrdə standartlara da daxil etməklə  haqq qazandırmışlar. Məsələn MDB məkanında mövcud olan ГОСТ 33222-2015 standartlarında  1 kq bəyaz kəllə qənddə maximum 15 milli qram  kükürd dioksidın  ola bilməsi nəzərdə tutulmuşdur (bundan öncə bu sahədə qüvvədə olan ГОСТ 22-94 və ГОСТ 31361-2008 standartlarında isə ümumiyyətlə bu maddənin istifadə edilməsinə icazə verilmir). Ölkəmizdə Tayqa Ticarət”müəssıəsi tərəfindən istehsal olunan və əmtəə bazarında satılan “Dad1” kəllə qənd məmulatının tərkibində laboratorioya tədqiqatı  1 kq məhsulda 70,2 mq  kükürd dioksid olduğunu göstərmişdir! Yəni təhlükə normasından 4,6 dəfə (500%-ə yaxın) cox!

AİİB-in araşdırmaları göstərir ki, ölkədə mövcud olan 20-yə qədər “Kəllə qənd” istehsalçısı bəyaz kəllə qənd əldə etmək ücün hazırda kimyəvi üsuldan istifadə edir və təhlükəli kimyəvi maddədən qəndi daha bəyaz etmək ücun bol-bol istifadə edirlər!

İstehlakçıların maraqlarını və sağlamlığını əsas tutan AİİB-birmənalı olaraq istehsalçılar tərəfindən kəllə qəndin ümumiyyətlə mexaniki yolla ağardılmasının həyata keçirilməsini istəyir!  Ən pis halda isə ГОСТ 33222-2015 standartlarına əsaslanaraq kəllə qənd istehsal edən sahibkarların fəaliyyətinə dövlət tərəfindən ciddi nəzarət edilməsini və sözü gedən kimyəvi qatqının standartda göstərilən normadan əsla yuxarı keçməməklə istifadəsinə icazə verilməsini tələb edir.

O cümlədən, hansı kəllə qənd istehsalı müəssisəsində mexaniki yolla ağartma həyata keçirilmirsə bu müəssiələrdə mütləq vaxtaşırı yoxlamalar aparılmalı, istehsal nümunələrindən götürülüb laborator analizləri aparılmalı, təhlükəli maddələr aşkar olunarsa və ya qatqılarla bağlı normadan kənara çıxmalar müəyyən olunacaqsa, satışda və anbarlarda olan məhsullar qeri cağrılmalı, ictimaiyyətin gözü önündə və KİV-lərin iştiraki ilə məhv edilməlidir. Bu istək və tələblərlə AİİB, Qida Təhlükəsizliyi Agentliyinə, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Dövlət Gömrük komitəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi müraciətlər etmişdir.

 

                                        AİİB-in sədri:                       E.Hüseynov

 

daha ətraflı...

Ölkəmizdə malların etiket məlumatları tam yarıtmaz vəziyyətdədir,əsasən İrandan idxal olunan mallar!

İstehlakçı xüsusən ərzaq malları haqqında məlumatı birbaşa malın etiketindən alır!İstehlakcının beynəlxalq və yerli hüquqlarından biri də məhz mal haqqında milli dildə informasiya almaq hüququdur!

“Azad İstehlakçılar” İctimayi Birliyi(AİİB) uzun illərdir ki,ən müxtəlif Dövlət orqanlarına yazılı müraciətlər göndərərək  bu məsələnin ,yəni vətəndaşlarımızin milli dildə məlumat alma hüququnun de-fakto olaraq taninması barədə tədbirlərin görülməsinə dair təkliflər versə də,bu məsələ həll olunmadan qalir!

Dövlət Dili Haqqında AR-nin qanununun maddəsi: 7.3. Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır

Istehlakcılarin Hüquqlarının Müdafiəsi Haqqında  AR-nın Qanununun 13-cü maddəsi:

Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır.

Nazirlər Kabinetinin 94 saylı qərarı,maddə 5.8.” Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə edilmiş tərcümə ilə də müşayiət olunmalıdır”

Qeyd edək ki,malların milli dildə markalanması məsələsi dünyanın əksər ölkələrində ,hətta Azərbaycandan hər cəhətcə zəif olan Ermənistan və Gürcüstanda  belə uzun illərdir ki,tam həyata keçirilsə də ölkəmizdə bu məsələ həll olunmadan qalır.Əlbəttə bu amil,qacaqmal üçün münbit bir şərait yaradır!

İlkin olaraq AİİB malların milli dildə markalanması məsələsini  İran İslam Respublikasından idxal olunan  ərzaq malları üzərində cəmləşdirməkdən başlamaq niyyətindədir. Cün ki,ən acınacaqlı hal məhz İrandan idxal edilən ərzaq mallarındadır!Əğər Dövlət qurumları qanunun yerinə yetirilməsinə dəstək versə digər çoxsaylı mal və xidmətlərə də keciləcəkdir.24 il ərzində AİİB, BMT-nin beynəlxalq uşaq təşkilatı UNİCEF-in köməyilə yalnəz körpə qidalarının milli dildəmarkalanmasına nail olmuşdur,bu cox azdır! AİİB-n ofisinə istehlakçılar tərəfindən etiraz müraciətləri ilə gətirilən İranda istehsal olunan ərzaq mallarının  markalanmasına diqqət yetirdikdə Azərbaycan dilindən başqa digər dillərdə məlumat olduğu görünür,lakin ərzaq malları üçün çox mühüm göstərici olan,istehsal və son istifadə tarixlərinin fars əlifbası ilə yazıldiğını görürük!Şübhəsiz ki,bu istehsalcı tərəfindən bilərəkdən,şüurlu şəkildə edilir ki,malını “Ölməz etsin”,yəni vətəndaşlarımız yararlılıq vaxtı keçmiş malı da alıb istehlak etsinlər!Əlbəttə Azərbaycan istehlakçılarının belə sadəlövhlüklə aldanması səbəbsiz deyil.Əhali ölkəmizdə artıq 3 ildir fəaliyyət göstərən Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) və digər dövlət qurumlarının fəaliyyətinə inanır,düşünür ki,yararlılıq vaxtı keçmiş mal satıla bilməz!Əfsus ki,bu inam özünü doğrultmur və istehlakçıların İran ərzaq mallarından zəhərlənməsinə dair məlumatlar da mövcuddur. Bəzən bu mövzu ilə bağli  neqativ halların qarşısını almağa cavabdeh olan dövlət qurumları əməkdaşlarının mediyada pafoslu cıxıçlarına da rast gəlirik,amma “3 müşketyor qanunu” daha uğurla işləyir-birimiz hamimiz ücün,hamımız birimiz üçün - yəni gömrük xeyir-dua verib ölkəyə buraxıbsa vəssalam!

İran ərzaq malları satışı şəbəkələrində ciddi monitoringlərin keçirilməsi,dövlətimizin qanunlarının pozulması ilə  ölkəyə idxal olunmuş qeyd olunan nöqsanlı malların satış şəbəkələrindən geri çağrılıb,ictimaiyyətin gözü önündə kütləvi məhv edilməsi,gömrük komitəsində çalışan əməkdaşların diqqətinin bu məsələyə cəlb edilməsinə zərurət yaranmışdir.

Dövlətimizin qanunlarını pozmaqla İran dükanlar şəbəkəsində satışa mal çıxaran 50-dən çox dükan mövcuddur.Bu dükanların bəzilərinin ünvanları:Əsas topdansatış dükanları,Sədərək ticarət mərkəzi,”Lukoyl”YDM-nin yanı(topdan satış),Dərnəgüldə “Elit “TM-nin yaxınlığı(çoxlu sayda),. 1)Bakı şəh.Əsəd Əhmədov 28

2)Xırdalan.texnikumun yaxınlıği.Rahat bazar ilə üzbəüz 3)Maştağa qəs.Savalanın 2-ci girişi 4)Ümid qəs.Laçın məktəbinin qarşısı 5)Neftçala şəh.H.Əliyev pros.Təzə bazar 6)Sahil qəsəbəsi 7)Ballı marketin yaxınlığı050-791-11-12 8)Sumqayıt şəh.2-ci mikr.Rossiya klubunun yanı.777 mağaza 9)Bakı şəh.Sarayevo küç7 10)Binəqədi ray.Xocasən yolu.Netto klubun yanı 11)Gəncə küç.Fujifilmin yanı 12)Əhmədli metrosu çıxışı.Ukrayna dairəsi tərəf 13)Xətai metrosunun arxası.N.Əliyev küç.17 14)Bakı şəh.Fatmayı 15)Hövsan qəs. 16)8 km bazarı.Halal market17)Şirvan şəh.Elite bazarının həyəti18)A.Şərifzadə küç.19519)Dərnəgül qəs.Şır-şır restoranının yanı 20)Xırdalan şəh.Təzə bazarın girişi ilə üzbəüz 21)Nizami metrosunun yanı.Z.Əhmədbəyov küç. 22)Buzovna qəs.Köhnə Polis şöbəsinin yanı 23)Əhmədli metrosu.Məhəmməd Hadi 41 və.s.

 

AİİB bu məsələni ictımailəşdirməklə bərabər, , Qida Təhlükəsizliyi Agentliyinə, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Dövlət Gömrük komitəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsminə  müraciətlər göndərmişdir.  Dövlətimizin qanunlarına əməl olunmasında hər bir istehlakcını fəal olmağa cağırırıq və dövlət qurumlarında nəticələr gözləyirik.

AİİB-in sədri:                       Eyyub Hüseynov 

 

 

daha ətraflı...
Press reliz
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə “Azad İstehlakçılar” İctimai Birliyi(AİİB) “Istehlakçılara parça bazar torbalarının paylanılması ilə ekologiyanın qorunmasına dəstək verilməsi” layihəsinin icrası üzrə fəaliyyyətini davam etdirir.
19 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, Alatava 2. ünvanda yerləşən “Araz 20 yanvar Superstore”- da istehlakçılara 150 ədəd parça materialdan tikilmiş bazar çantaları təmənnasız olaraq paylanıldı. Onlara həmçinin ekologiyanın qorunmasına,plastik taralardan imtinaya, qida təhlükəsizliyinə və ştrix koda dair məlumatlar da paylanıldı. İstehlakçılarda parça sumkalara böyük maraq oldu. Tədbirin sonunda çantaların paylanılmasına dair akt tərtib edildi. Eyni zamanda müəyyən istehlakçıların fotosu da çəkildi. Tədbirə dair press reliz hazırlanaraq KİV-lərə göndərildi. Tədbirimiz davam
daha ətraflı...

 

 

“Azad İstehlakçılar”

  İctimai Birliyi                                                                                                                   M: +99450 341 62 25                                       

17 avqust   2020-ci il.

 

Press reliz

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının  Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə “Azad İstehlakçılar” İctimai Birliyi (AİİB) “Istehlakçılara parça bazar torbalarının paylanılması ilə ekologiyanın qorunmasına dəstək verilməsi layihəsinin icrası üzrə fəaliyyyətini davam etdirir.

17 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu,  Səməd Vurğun küçəsi 60. ünvanda yerləşən “Bolmart” Supermarketdə istehlakçılara 150 ədəd parça materialdan tikilmiş bazar sumkaları təmənnasız olaraq paylanılmışdır. İstehlakçılara həmçinin qida təhlükəsizliyinə və ştrix koda dair məlumatlar da paylanılmışdır. İstehlakçılar böyük həvəslə həmin sumkaları götürürdülər. Tədbirin sonunda sumkaların paylanılmasına dair akt tərtib edildi. Eyni zamanda müəyyən istehlakçıların fotosu da çəkildi.Tədbirimiz davam edəcək.

daha ətraflı...
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır