|
|
|
Be |
Ça |
Ç |
Ca |
C |
Ş |
B |
| | | | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
|
|
|
|
|
|
|
Bu gün ziyarətçilər: (199) |
|
Dunen ziyarətçilər: (75) |
|
Bu gün səhifə baxışı: (333) |
|
Dünən səhifə baxışı: (130) |
|
|
|
Sual-cavab |
|
|
Sual yaz |
|
19.02.2019 |
Rafael Süleymanov |
Sual: Salam menim anamı küçə söyüşleriyle söyüb gonşulugda yaşayan mecburi köçkün sakini men 102 xidmettine zənq vurdum sora polisslərdən çaqırıldım ve erizze yazdım menim isimme nece baxılmalıdır |
Cavab: |
|
|
|
|
17.02.2019 |
Nurane Memedeliyeva |
Sual: Salam meni ilk yoldasim narahat edir smsler yazir yolda gorende masini saxlayir onun cezasi nedi |
Cavab:
Sual bizə aid deyil.Vəkilə Z edin Habil:(050)3148188 |
|
|
|
|
15.02.2019 |
Səbuhi Ruhullayev |
Sual: Salam. Mən dünən Yorsan Yoqurt Buyudum almışam istifadə tarixi bitməsə də məhsul xarab çıxıb. Həmin şirkətlə də əlaqə saxlaya bilmirəm. Zəhmət olmasa münasibət bildirərdiniz. |
Cavab: 1003 telefonu ilə aqentliyə məlumat ver |
|
|
|
|
15.02.2019 |
german memmedov |
Sual: Mən 2 gün əvvəl 85 manatlıq qulaqlıq almışam və qulaqlıq yaxşı işləmir və mən onu mağazaya geri qyatarmaq istədim, mağaza isə malı geri qaytarmır, çünki qabını zibil qutusuna atmışam. Qabsız qaytarmır, ancaq dəyişir, mən isə dəyişmək istəmirəm. Çek də var. zəhmət olmasa, sualımı cavablandırardınız. |
Cavab: 1)Bizə rəsmi ərizə yazın və ya2)195(2) telfonu ilə dövlət orqanına şikayət edin |
|
|
|
|
12.02.2019 |
Gulia Alizade |
Sual: Salam! Ozel institutun verdiyi diplomun heqiqiliyini nece yoxlamaq olar? Ve o institutun heqiqeten qanuna uyqunluqunu nece bilmek olar? Teshekkurler!! |
Cavab: Sual bizə aid dryil!Təhsil Naz-nə müraciət edin |
|
|
|
|
11.02.2019 |
İsgəndər Əhmədov |
Sual: Salam mən azad istehlakçılar birliyinə hansı məsələlər üzrə müraciət edə bilərəm azad istehlakçılar birliyi hansı səlahiyyətlərə sahibdir |
Cavab: Biz istehlakçı hüququnu təmənnasız olaraq qorumağa kömək edən İctimayi Təşkilatııq.Saytmza ətraflı baxıb sualınızın cavabını tapa bilərsiniz. |
|
|
|
|
11.02.2019 |
Asad Kerimov |
Sual: Bele ucuz reklama getmeyin.Brenner goz linzasi menim qohumlarim arasinda sinaqdan kecmis bir linza olaraq deye bilerem ki sizin yazdiginiz ve Eyyub muellimin cixisi hec ozu de bilmirdi goz linzasi haqqinda melumati olmaya olmaya ne danisir bir daha planli sekilde teskil olunmus antireklam oldugunu bir daha subut eledi.Xestelerin hec bir sikayeti yoxdu ve ozume borc bildim ki bu cur saxtakarliginizin ustunu acib demeliyem,bu cur hereket insanliga sigmaz. |
Cavab: Biz linzanın markalanmasını araşdırmışıq mənşəyi saxtalaşdırılıb.İşinizi düzgün qurun,mənşəyi düzgün göstərilsin,heç bir iradımız olmaz.Lakin ola bilər ki,xaricə ekpertizaya göndərərik,yaxşı olarsa təmənnasız olaraq əksinə dəstək verərik.Buyurun! |
|
|
|
|
10.02.2019 |
Müzəffər Fərəcov |
Sual: Bir ildən artıqdı göz əməliyatından sonra əziyət çəkirəm.Həkimdə hər dəfə başqa-başqa bəhanələriniən başından edir. Sizin çıxışınızdan sonra aldandığımın və gözümə saxta linza yerləşdirildiyini anladım. Xahiş edirəm kömək edin mən nə etməliyəm ? |
Cavab: Buyurun ərizə yazın təmənnasız olaraq kömək edim.Z et (012)4412833 |
|
|
|
|
10.02.2019 |
Asad Kerimov |
Sual: Salam.Sizin Brenner goz linzasi baresinde saxtaliqla planli sekilde cixisiniz terefimizden cox pis qarsilandi.Eger bir de televiziyada her hansi bir yayim getse ve ya cixisiniz olsa barenizde mehkemeye muraciet olunacaq.Ucuz reklamlara getmeyin. |
Cavab: Hörmətli vətəndaş özünüzü rahat hiss edin və saxta işlə məşğul deyilsinzsə tam rahat olun. |
|
|
|
|
09.02.2019 |
Feride Namazova |
Sual: Salam.Biz kontak home-dan 5ay evvel qizil zemanetle samsung telefonu almiwiq. Lakin telefon qusurludu( zavadskoy qusurlu) Telefon 2defe temirde olub,duzeldiyini deselerde duzelen bir wey yoxdur. Telefonu ancaq aldigimiz telefonun qalan 98manat kreditini baglamaqla,yeni telefonun ise 50% ni odemekle deyiwmeyin mumkun oldugunu deyirler. Biz ise bununla razilawmiriq,cunki telefon bize qusurlu satilib,bizden qaynaqlanan problem deyil. Bununla bagli ne ede bilerik? Zehmet deyilse meslehet vere bilersiniz? Cox sagolun. |
Cavab: Məsləhət:1) 195(2) telefonu ilə dövlət orqanına şikayət edin və ya
2) Mənə ətraflı ərizə yazın,imza qoyun çalışaq |
|
|
|
|
08.02.2019 |
VESILE ABDULLAYEVA |
Sual: SALAM. MEN 2014 CU ILDE AILE QURMUSAM. 2016 CI ILDE AYRILMISAM MENIM BIR QIZIM VAR BIZ BOSANMISIQ. USAGIN ATASI ALIMENTDEN YAYINIR. MEHKEMENIN KESDIYI ALIMENTDEN. 154 MANAT ALIMENT VERMELIDI. ANCAQ VERMIR. MEHKEMEYE MURACIET EDIREM BAXILMIR. MEN NE ETMELIYEM? |
Cavab: Sual bizə aid deyil.Vəkilə Z edin Habil:(050)3148188 |
|
|
|
|
08.02.2019 |
Senan Mehmanoglu |
Sual: Sualim beledir menim xirda borcum var 107 azn bir adama borcum var 40 azn bir adama . bunlarda meni hedeleyillerki vereceyik Polise falan Sadece bilmek isteyirem eger meni sikayyet eleseer ustume dusen cezam ne olacaq hansi cezalar meni gozleyir zehmet olmasa melumat vere bilersiz .? Tesekkurler |
Cavab: Sual bizə aid deyil.Vəkilə Z edin Habil:(050)3148188 |
|
|
|
|
08.02.2019 |
Ramila Esrefli |
Sual: Nigah zamanı ər xanımının soyadını götürə bilər? eger götürə bilerse buna hansı senedler lazımdır? |
Cavab: Sual bizə aid deyil.Vəkilə Z edin Habil:(050)3148188 |
|
|
|
|
06.02.2019 |
GOYCEK GOYCEK |
Sual: SALAM MENIM ANAM ATAM VEFAT EDIB MENIM ANAMDA ATAMDA NECE IL QARADAG RAYONU SEMENT ZAVODUNDA ISLEYIBLER.NECE IL IS STAJLARI VAR.IKISIDE PENSIYA YENI DUZELTMISDILER.VEFAT ETDILER.MEN BILMEK ISTEYIREM ONLARIN HANSININSA PENSIYASINI VERESESI KIMI DUZELDIB ALA BILEREMMI,XAIS EDIREM CAVABLANDIRASINIZ. |
Cavab: Sual bizə aid deyil.Vəkilə Z edin Habil:(050)3148188 |
|
|
|
|
04.02.2019 |
Zaur imanov |
Sual: Dünen axşam saatlarında yaşadığım menzile iki nefer gelerek su filtri satdıqları ilə dedilər.Daha sonra menimle muqavile bağlayaraq iki illik ayliq 70 manata filtri menzile qurasdirdilar.Ancaq men internetden arasdirdimki bunlar fırıldaqçılar.Bu məhsulu nece geri qaytara bilerem? |
Cavab: Ətraflı ərizə yazın vəya 195(2)telfonu ilə dövlət qurumuna şikayət edin |
|
|
|
|
30.01.2019 |
Gulya Bayramova |
Sual: Salam. Maqazada kartla aliş veriş eden zaman o mali deyişmel ya qaytarma olmaz?? Çünkü bu gun kartla ayaqabi almaq istedik , dediler ki deyişme qaytrama olmaz qanunidir bu? |
Cavab: Sizin hüququnuz var!Satıcı sıhv edir. |
|
|
|
|
27.01.2019 |
Vusal Baxsizade |
Sual: Salam.Men Rus vetendasi olan Azərbaycanlıyla ile 2010 cu ildə evlenmisem.2015 ci ildə Rusiyada menden xeberler ayrılıb.Nigahimiz burda bağlananda Rusiyada xitam verilib.Sizden öyrənmək istədiyim Özü Rusiyada ola ola Cehezlerini bölgüsünü anası aparmaq istəyir.Sizce qanunda bele boşluq var???menim səlahiyyətim var keçmiş heyat yoldaşım olmadan bu mesele alinmasin |
Cavab: Sual bizə aid deyil.Vəkilə Z edin Habil:(050)3148188 |
|
|
|
|
22.01.2019 |
Sahin Orucov |
Sual: Salam bu yaxinlarda dayandigim yerde bir qadiin mawinimin qabaginda dawa iliwib yixildi.Komek meqsediyle xestexanaya appardim hec bir zede almiyib sadece bawi yerde dawa deymiwdi xestexanada bir gun yatib evede mualice almagcin buraxilib.izahatda alinib mennende qadinnanda qadinda hecbir wikayeti yoxdur ne var onuda duzgun qeyd edib.indide mustentik mennen izahat aldi dediki iw mehkkemeye gedecek hecne anlamiram.eger mehkemeye gedecekse meni ne gozleyir?Xaiw edirem bilgiler veresiz mene. |
Cavab: Biz İstehlakçı hüququnu qoruyuruq sual bizə aid deyil!Hüquqşünasa Z edin.Habil:(050 )3148188 |
|
|
|
|
17.01.2019 |
Nurlan Manafov |
Sual: salam men yaxin bir adama etibarname vermek istayirem natariusda woin acmagcun bunun tehlukeli terefleri var? |
Cavab: Sual bizə aid deyilşVəkilə Z edin. Seyran 0503253701 |
|
|
|
|
13.01.2019 |
Taleh Babayev |
Sual: Salam.Men 1 il fi mawin almiwam lizinge,alinan gunen 1 hefte sonra mawinin karobkasinda problem chixdi,servise muraciyet edende dediler bu normaldir,herdefe gedende servise deyirdimki bele olmaz karobka xarabdir.Axirda men deyenen razilawdilar ki mawinin karobkasi brakdir,mawin chox az surulub 6000 1 il erzinde,hindide hercur uzadirlar remontu.Men mawini salona gaytara bilerem? |
Cavab: Məsləhət edirəm,Sizin hüququnuzu qorumağa cavabdeh dövlət qurununa mqraciət edin:Tel 195(2) və ya 0124981504 |
|
|
|
|
04.01.2019 |
Lәman Verdiyeva |
Sual: "İdeal" parfümeriya mağazısının öz hәdiyyә kartını geri qaytarmamağa hüququ var? |
Cavab: Qaytarmalıdır. |
|
|
|
|
26.12.2018 |
n memmedov |
Sual: salam menim atam qeza neticesinde dunyasini deyisdi.qezani toreden sexsi sikayet elemedim ama indi siyayet elemek isdiyirem cezasini ceksin.iki il vaxt kecib hadiseden. indi sikayet ede bileremmi? |
Cavab: Edə bilərsən.Vəkillə məsləhətləş.Seyran 0503253701 |
|
|
|
|
24.12.2018 |
Anonim Anonim |
Sual: Salam , bosanmis adam xaricde nigaha daxil olmaq ucun burdan subayliq haqda sened almaq isteyir. Hemin senedde onun bosanmasi qeyd olunur yoxsa tek subay olmasi haqda melumat yazilir? |
Cavab: Sual bizə aid deyil.Vəkilə Z vur Seyran 050 3253701 |
|
|
|
|
20.12.2018 |
Yox Yox |
Sual: Salam ,men yoldasimdan 2016 ci ilde bosanmisam ,2 usagim var ,yoldasim 2 otaqli menzili menim adima kecirdib( bosanmamisdan evvel).Bosanandan sonra yene birlesdik ki, usagimizi biryerde boyudek amma yene de yola gede bilmirik .Yoldasim adima kecirtdiyi evi de usaqlari da menden geri teleb edir ,hetta meni hedeleyir ki evi mene vermesen qan tokecem . Usaqlarimdan biri sindromla dogulub.Ayrilsaq da aliment vermemek ucun usagimdan imtina edeceyem deyir. Indi ise men ondan ayrilib Rasiyadan Vetenime qayitmaq isteyirem ,ne pasportumu verir ,ne kimliyimi verir hem de hedeleyir meni. Ozunun ise evi var .Men ne etmeliyem ,komek edin.Evi qizimin adina kecirde bileremmi?Qizimin 12 yasi var. |
Cavab: Biz alıcı hüququnu qoruyuruq.Məsləhət:Vəkilə Z vurşSeyran 0503253701 |
|
|
|
|
18.12.2018 |
j j |
Sual: j |
Cavab: |
|
|
|
|
18.12.2018 |
Ülvi Xələfov |
Sual: Salam men Qaradaq Rayon Sahil qesebesinde yerlesen elektronika magazasindan soyuducu almisam soyuducunu mene 1650 manata satiblar lakin sonra sumqayit 5 ci mikrorayonda yerlesen elektronika maqazasinda hemin soyuducunun qiymetinin 990 manat oldugunu oyrendim indi men ne etmeliyem |
Cavab: Məsləhət:dövlət orqanına Z edin 195(2) və ya 4981504 |
|
|
|
|
15.12.2018 |
Səbilə Abdullayeva |
Sual: İyun ayında İrşad telecomdan kreditlə telefon almışam.aldıqdan 1 ay sonra enerji saxlamadığı üçün təmirə göndərmişəm. Bərpa edərək göndərdiklərini bildirdilər. Lakin 2 ay sonra yenidən eyni problem yaranıb. Bilmək istəyirəm ki, o telefonu yenisi ilə dəyişmək və ya bu günə kimi ödədiyom pulumu geri ala bilərəmmi? |
Cavab: Bəli hüququnuz varr Dövlət orqanına Z et.195(2).4981504 |
|
|
|
|
15.12.2018 |
Zahir Selimov |
Sual: Men magazadan siyezen brolerin gablasdirilmis toyugunu aldim, satici onu tereziye goyub cekdi,Men etiraz etdim, cunki gablasdirilmis toyugun cekisi ustunde gosterilir.Satici meniynen mubahise etdi ki, men firmadan toyugu ceki ile aliram,ve menim vaxtim yoxdu ki men onlari bir-bir cekim.Bu movzuda bizim mubahisemiz oldu.Men onu basa sala bilmedim.Gaynar xettin nomresini de biledim ki subut edim. Men ne etmrliyem? |
Cavab: Dövlət orqanına Z et Tel:195(2) və ya 4981504 |
|
|
|
|
11.12.2018 |
qurban sabanov |
Sual: biz tozsoran almisiq 2ilde qarantisi var gelib apzrmirlar xarab cixib masin getirib satirdi ozleri bakida volf firmasinda isleyirler deyirler gelmirik ne isteyirsiz edin hec kimden qorxmuruq |
Cavab: Dövlət orqanına Z edin tel:195(2) və ya 4981504 |
|
|
|
|
08.12.2018 |
Kenan Memmedov |
Sual: Salam men ailemdan bosanmaq isdeyirme bir denende ovladimiz var usaq kimd qala biler |
Cavab: Sual bizə aid deyil.Vəkilə Z et.Seyran0503253701 |
|
|
|
|
|
Sual yaz |
|
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14 15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
|
|
|
|
Əmtəə bazarında sağlamlıq üçün təhlükəli qənd satılır, AQTA-nin apardığı işlər davamlı deyil, epizodikdir!
Bu barədə “Azad İstehlakçılar” İctimayi Birliyi (AİİB) 2019-cu ildə araşdırma apararaq cəmiyyətə ətrafli məlumat vermiş,bütün müvafiq Dövlət qurumlarına,o cümlədən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə(AQTA) rəsmi müraciətlər etmiş,Respublika Prokurorluğu,Dövlət Gömrük komitəsi və digər qurumlar tərəfindən müvafiq tədbirlər görülmüş,”kəllə qənd”istehsalı zamanı qəndin ağardılmasında mənşəyi məlum olmayan kimyəvi maddələrdən istifadə etdiyinə görə bir sira qənnadı məmulatlarının istehsali müəssiələrində reydlər kecirilmiş,qanun pozuntuları aşkar edilərək cavabdeh şəxslər həbs olunmuşdur.Eyni zamanda qəndin ağardılmasında istifadə olunan kimyəvi maddəni ölkəyə idxal edən şəxslər cinayət məsuliyyətinə alinmışlar! Bu işlər 2019-cu ildə olmuşdur.
Bəs hazırda vəziyyət necədir?!
Belə ki, AİİB istehlakçılardan daxil olan məlumatlar əsasında bazardakı vəziyyətə nəzər yetirmiş, bir “Kəllə qənd”nümunəsinin akkreditasiya olunmuş laboratoriyada ekspertizasının nəticələrini əldə edərək, insan sağlamlığı üçün təhlükə törədən qəndlərin bazarda geniş şəbəkə ilə satıldığını müəyyən etmişdir.
AİİB tərəfindən aparılmış araşdırmanı bir daha xatırlasaq, məlum olur ki, hazırda da şəkər tozundan kəllə qənd hazırlamaq ücün, əksər kəllə qənd istehsalcıları daha ucuz olan kimyalaşma yolunu secirlər. Xatırladaq ki, şəkər tozundan bəyaz kəllə qənd əldə etmək ücün iki üsul mövcuddur:
1) Şəkər tozu qaynadılır, bişirilir, alınan məhlul qaynatma zamanı sarı rəngə boyandığından, bu məhluldan bəyaz kəllə qənd almaq üçün məhlul bərkiyəndən sonra sarı rəngli kəllə qənd kütlələri, çox böyük firlanma sürətinə malik olan və yüksək məsrəflərlə başa gələn “Sentrafuqa”qurğusuna yerləşdirilir, burda yüksək mərkəzdənqaçma təcilinə məruz qalan kütlələrdən sarı maddə ayrılır və mexaniki yolla tam bəyaz “kəllə qənd” əldə olunur.
2) Qaynadıldıqda sarı rəngə boyanmış şəkər tozu məhluluna kimyəvi maddə-Kükürd dioksid (SO2) əlavə edilr, sarı rəngli məhlul bəyaz rəng alır! Bundan sonra məhlul qəlblərə yerləşdirilib soyudulur və gözlə sarılığı cətinliklə ayird edilə bilən ”bəyaz” kəllə qənd əldə edilir.
SO2 kimyəvi maddəsindən əsasən sənayedə parca ağartma, dəri aşılama, xalca yuma kimi sahələrdə istifadə olunur.
Qeyd edək ki, bütün dünyada gəlir əldə etmək, insan sağlamlığını arxa plana keçirtmə istəkləri, o yerə gətirib cıxarmışdır ki, hətta kimyəvi yolla kəllə qənd istehsalına, bəzi ölkələrdə standartlara da daxil etməklə haqq qazandırmışlar. Məsələn MDB məkanında mövcud olan ГОСТ 33222-2015 standartlarında 1 kq bəyaz kəllə qənddə maximum 15 milli qram kükürd dioksidın ola bilməsi nəzərdə tutulmuşdur (bundan öncə bu sahədə qüvvədə olan ГОСТ 22-94 və ГОСТ 31361-2008 standartlarında isə ümumiyyətlə bu maddənin istifadə edilməsinə icazə verilmir). Ölkəmizdə Tayqa Ticarət”müəssıəsi tərəfindən istehsal olunan və əmtəə bazarında satılan “Dad1” kəllə qənd məmulatının tərkibində laboratorioya tədqiqatı 1 kq məhsulda 70,2 mq kükürd dioksid olduğunu göstərmişdir! Yəni təhlükə normasından 4,6 dəfə (500%-ə yaxın) cox!
AİİB-in araşdırmaları göstərir ki, ölkədə mövcud olan 20-yə qədər “Kəllə qənd” istehsalçısı bəyaz kəllə qənd əldə etmək ücün hazırda kimyəvi üsuldan istifadə edir və təhlükəli kimyəvi maddədən qəndi daha bəyaz etmək ücun bol-bol istifadə edirlər!
İstehlakçıların maraqlarını və sağlamlığını əsas tutan AİİB-birmənalı olaraq istehsalçılar tərəfindən kəllə qəndin ümumiyyətlə mexaniki yolla ağardılmasının həyata keçirilməsini istəyir! Ən pis halda isə ГОСТ 33222-2015 standartlarına əsaslanaraq kəllə qənd istehsal edən sahibkarların fəaliyyətinə dövlət tərəfindən ciddi nəzarət edilməsini və sözü gedən kimyəvi qatqının standartda göstərilən normadan əsla yuxarı keçməməklə istifadəsinə icazə verilməsini tələb edir.
O cümlədən, hansı kəllə qənd istehsalı müəssisəsində mexaniki yolla ağartma həyata keçirilmirsə bu müəssiələrdə mütləq vaxtaşırı yoxlamalar aparılmalı, istehsal nümunələrindən götürülüb laborator analizləri aparılmalı, təhlükəli maddələr aşkar olunarsa və ya qatqılarla bağlı normadan kənara çıxmalar müəyyən olunacaqsa, satışda və anbarlarda olan məhsullar qeri cağrılmalı, ictimaiyyətin gözü önündə və KİV-lərin iştiraki ilə məhv edilməlidir. Bu istək və tələblərlə AİİB, Qida Təhlükəsizliyi Agentliyinə, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Dövlət Gömrük komitəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi müraciətlər etmişdir.
AİİB-in sədri: E.Hüseynov
|
|
daha ətraflı... |
|
Ölkəmizdə malların etiket məlumatları tam yarıtmaz vəziyyətdədir,əsasən İrandan idxal olunan mallar!
İstehlakçı xüsusən ərzaq malları haqqında məlumatı birbaşa malın etiketindən alır!İstehlakcının beynəlxalq və yerli hüquqlarından biri də məhz mal haqqında milli dildə informasiya almaq hüququdur!
“Azad İstehlakçılar” İctimayi Birliyi(AİİB) uzun illərdir ki,ən müxtəlif Dövlət orqanlarına yazılı müraciətlər göndərərək bu məsələnin ,yəni vətəndaşlarımızin milli dildə məlumat alma hüququnun de-fakto olaraq taninması barədə tədbirlərin görülməsinə dair təkliflər versə də,bu məsələ həll olunmadan qalir!
Dövlət Dili Haqqında AR-nin qanununun maddəsi: 7.3. Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır
Istehlakcılarin Hüquqlarının Müdafiəsi Haqqında AR-nın Qanununun 13-cü maddəsi:
Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır.
Nazirlər Kabinetinin 94 saylı qərarı,maddə 5.8.” Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə edilmiş tərcümə ilə də müşayiət olunmalıdır”
Qeyd edək ki,malların milli dildə markalanması məsələsi dünyanın əksər ölkələrində ,hətta Azərbaycandan hər cəhətcə zəif olan Ermənistan və Gürcüstanda belə uzun illərdir ki,tam həyata keçirilsə də ölkəmizdə bu məsələ həll olunmadan qalır.Əlbəttə bu amil,qacaqmal üçün münbit bir şərait yaradır!
İlkin olaraq AİİB malların milli dildə markalanması məsələsini İran İslam Respublikasından idxal olunan ərzaq malları üzərində cəmləşdirməkdən başlamaq niyyətindədir. Cün ki,ən acınacaqlı hal məhz İrandan idxal edilən ərzaq mallarındadır!Əğər Dövlət qurumları qanunun yerinə yetirilməsinə dəstək versə digər çoxsaylı mal və xidmətlərə də keciləcəkdir.24 il ərzində AİİB, BMT-nin beynəlxalq uşaq təşkilatı UNİCEF-in köməyilə yalnəz körpə qidalarının milli dildəmarkalanmasına nail olmuşdur,bu cox azdır! AİİB-n ofisinə istehlakçılar tərəfindən etiraz müraciətləri ilə gətirilən İranda istehsal olunan ərzaq mallarının markalanmasına diqqət yetirdikdə Azərbaycan dilindən başqa digər dillərdə məlumat olduğu görünür,lakin ərzaq malları üçün çox mühüm göstərici olan,istehsal və son istifadə tarixlərinin fars əlifbası ilə yazıldiğını görürük!Şübhəsiz ki,bu istehsalcı tərəfindən bilərəkdən,şüurlu şəkildə edilir ki,malını “Ölməz etsin”,yəni vətəndaşlarımız yararlılıq vaxtı keçmiş malı da alıb istehlak etsinlər!Əlbəttə Azərbaycan istehlakçılarının belə sadəlövhlüklə aldanması səbəbsiz deyil.Əhali ölkəmizdə artıq 3 ildir fəaliyyət göstərən Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) və digər dövlət qurumlarının fəaliyyətinə inanır,düşünür ki,yararlılıq vaxtı keçmiş mal satıla bilməz!Əfsus ki,bu inam özünü doğrultmur və istehlakçıların İran ərzaq mallarından zəhərlənməsinə dair məlumatlar da mövcuddur. Bəzən bu mövzu ilə bağli neqativ halların qarşısını almağa cavabdeh olan dövlət qurumları əməkdaşlarının mediyada pafoslu cıxıçlarına da rast gəlirik,amma “3 müşketyor qanunu” daha uğurla işləyir-birimiz hamimiz ücün,hamımız birimiz üçün - yəni gömrük xeyir-dua verib ölkəyə buraxıbsa vəssalam!
İran ərzaq malları satışı şəbəkələrində ciddi monitoringlərin keçirilməsi,dövlətimizin qanunlarının pozulması ilə ölkəyə idxal olunmuş qeyd olunan nöqsanlı malların satış şəbəkələrindən geri çağrılıb,ictimaiyyətin gözü önündə kütləvi məhv edilməsi,gömrük komitəsində çalışan əməkdaşların diqqətinin bu məsələyə cəlb edilməsinə zərurət yaranmışdir.
Dövlətimizin qanunlarını pozmaqla İran dükanlar şəbəkəsində satışa mal çıxaran 50-dən çox dükan mövcuddur.Bu dükanların bəzilərinin ünvanları:Əsas topdansatış dükanları,Sədərək ticarət mərkəzi,”Lukoyl”YDM-nin yanı(topdan satış),Dərnəgüldə “Elit “TM-nin yaxınlığı(çoxlu sayda),. 1)Bakı şəh.Əsəd Əhmədov 28
2)Xırdalan.texnikumun yaxınlıği.Rahat bazar ilə üzbəüz 3)Maştağa qəs.Savalanın 2-ci girişi 4)Ümid qəs.Laçın məktəbinin qarşısı 5)Neftçala şəh.H.Əliyev pros.Təzə bazar 6)Sahil qəsəbəsi 7)Ballı marketin yaxınlığı050-791-11-12 8)Sumqayıt şəh.2-ci mikr.Rossiya klubunun yanı.777 mağaza 9)Bakı şəh.Sarayevo küç7 10)Binəqədi ray.Xocasən yolu.Netto klubun yanı 11)Gəncə küç.Fujifilmin yanı 12)Əhmədli metrosu çıxışı.Ukrayna dairəsi tərəf 13)Xətai metrosunun arxası.N.Əliyev küç.17 14)Bakı şəh.Fatmayı 15)Hövsan qəs. 16)8 km bazarı.Halal market17)Şirvan şəh.Elite bazarının həyəti18)A.Şərifzadə küç.19519)Dərnəgül qəs.Şır-şır restoranının yanı 20)Xırdalan şəh.Təzə bazarın girişi ilə üzbəüz 21)Nizami metrosunun yanı.Z.Əhmədbəyov küç. 22)Buzovna qəs.Köhnə Polis şöbəsinin yanı 23)Əhmədli metrosu.Məhəmməd Hadi 41 və.s.
AİİB bu məsələni ictımailəşdirməklə bərabər, , Qida Təhlükəsizliyi Agentliyinə, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Dövlət Gömrük komitəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsminə müraciətlər göndərmişdir. Dövlətimizin qanunlarına əməl olunmasında hər bir istehlakcını fəal olmağa cağırırıq və dövlət qurumlarında nəticələr gözləyirik.
AİİB-in sədri: Eyyub Hüseynov
|
|
daha ətraflı... |
|
Press reliz
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə “Azad İstehlakçılar” İctimai Birliyi(AİİB) “Istehlakçılara parça bazar torbalarının paylanılması ilə ekologiyanın qorunmasına dəstək verilməsi” layihəsinin icrası üzrə fəaliyyyətini davam etdirir.
19 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, Alatava 2. ünvanda yerləşən “Araz 20 yanvar Superstore”- da istehlakçılara 150 ədəd parça materialdan tikilmiş bazar çantaları təmənnasız olaraq paylanıldı. Onlara həmçinin ekologiyanın qorunmasına,plastik taralardan imtinaya, qida təhlükəsizliyinə və ştrix koda dair məlumatlar da paylanıldı. İstehlakçılarda parça sumkalara böyük maraq oldu. Tədbirin sonunda çantaların paylanılmasına dair akt tərtib edildi. Eyni zamanda müəyyən istehlakçıların fotosu da çəkildi. Tədbirə dair press reliz hazırlanaraq KİV-lərə göndərildi. Tədbirimiz davam |
|
daha ətraflı... |
|
“Azad İstehlakçılar”
İctimai Birliyi M: +99450 341 62 25
17 avqust 2020-ci il.
Press reliz
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə “Azad İstehlakçılar” İctimai Birliyi (AİİB) “Istehlakçılara parça bazar torbalarının paylanılması ilə ekologiyanın qorunmasına dəstək verilməsi” layihəsinin icrası üzrə fəaliyyyətini davam etdirir.
17 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 60. ünvanda yerləşən “Bolmart” Supermarketdə istehlakçılara 150 ədəd parça materialdan tikilmiş bazar sumkaları təmənnasız olaraq paylanılmışdır. İstehlakçılara həmçinin qida təhlükəsizliyinə və ştrix koda dair məlumatlar da paylanılmışdır. İstehlakçılar böyük həvəslə həmin sumkaları götürürdülər. Tədbirin sonunda sumkaların paylanılmasına dair akt tərtib edildi. Eyni zamanda müəyyən istehlakçıların fotosu da çəkildi.Tədbirimiz davam edəcək. |
|
daha ətraflı... |
|
|