|
|
|
Be |
Ça |
Ç |
Ca |
C |
Ş |
B |
| | | | | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
|
|
|
|
|
|
|
Bu gün ziyarətçilər: (170) |
|
Dunen ziyarətçilər: (181) |
|
Bu gün səhifə baxışı: (204) |
|
Dünən səhifə baxışı: (449) |
|
|
|
Sual-cavab |
|
|
Sual yaz |
|
17.05.2019 |
Elcin Almemmedov |
Sual: Salam,Bizim menzile ,ferdi yasayis evine 12 il olar Qaz saygaci qoyulub,sayqac hec bir qoruyucu qutuda qoyulmayib.Bu iller erzinde saygac aciq havada qaldigindan ust gosterici ekranin plasmas olan hissesi zedelenib,bunla bagli bize cerime yaziblar.Isletmis oldugumuz qaz serfiyyatinin pulunu her zaman vaxtinda odemisik.Sizden bir komeklik gostermeyinizi xahis edirik. |
Cavab: Ətraflı ərizə yaz imza qoy gətir kömək edək. |
|
|
|
|
15.05.2019 |
Rauf Sadıqov |
Sual: Salam. Narahat etdiyim üçün üzür istəyirəm. Bilmək istərdim ki, kərə yağının təbiiliyini müəyyənləşdirmək üçün hara müraciət edə bilərəm. Əvvəlcədən təşəkkürlər ???? |
Cavab: Qida təhlükəsizliyi Agentliyinə Z et 1003 |
|
|
|
|
11.05.2019 |
Ceyhun Məmmədov |
Sual: Salam, mağazadan çeksiz alınan malı qaytarmaq istədikdə, lakin satıcı malı geri götürmək istəmədikdə polisə müraciət etmək lazımdırmı ?Qeyd edim ki, satıcı bütün mallarını çeksiz satır, yəni aparatı olmadığı üçün çek vermir. |
Cavab: 195(1) telfonu ilə VN-ə məlumat ver |
|
|
|
|
10.05.2019 |
Şamil Məhərrəmov |
Sual: Salam demeli Xırdalan rayonunda yerləşən Ağatelecom mağasasından telefon almışıq may ayının 2 sində telefon yaxşı işləmədiyinə görə yəni tez tez donur video cəkəndə donur yeni telefon istehlakçını qane etmir diyənə və alınan məhsulu 14 gün ərZində qaytarmaq olar deyə mağazaya yaxınlaşdıq mağaza qaytarmadı və ya dəyişmədi anca dedilər ki servisə getmək lazımdi. bunla bağlı bizim hansi qanuni əsaslarımız var və biz nə edə bilərik? zəhmət olmasa cavablandırardız |
Cavab: Siz haqlısiz.1.Ya mənə ətraflı ərizə yazın,imza mqoyun və flyaşda gətirin .2. və ya 195(2) telfonu ilə dövlət orqanına Z edin |
|
|
|
|
09.05.2019 |
Orxan Vəliyev |
Sual: Salam. Mənim bacım bu gün İnşaatçılar metro stansiyasının yaxınlığında yerləşən "Saat və Aksesuarlar təmir butik_aksesuaries" mağazasından bilərzik almışdır. Qeyd edim ki, bilərziyin qiyməti 5 AZN təşkil edir və ona mağaza tərəfindən alış qəbzi təqdim edilməyib. Evə gəldikdə bilərziyin zədəli olduğunu gördük. Mağazaya yaxınlaşıb məhsulu geri qaytarmaq istədikdə "biz malı geri qaytarmırıq yalnız dəyişə bilərik" deyə cavab aldıq. Azərbaycan qanunvericiliyinə əsasən qaytarmalısınız, satış zamanı problemli malı niyə satmısınız və alış qəbzini nədən təqdim etməmisiniz deyə sual verdikdə "qanundan danışmayın cəriməsi var(satıcı xanım nədən danışdı bilmədim), alanda mala baxardınız mən qaytarmayacağam, məndən alış qəbzi tələb edərdiz verərdim mən özüm verməli deyiləmki(kassa aparatı tozlu və sönülü halda qıraqda idi) deyə israrla qaytarmayacağını bildirdi. Belədirsə müdirinizə zəng edin danışım dedikdə isə mənim müdirim 5 manata görə bura gələcək deyil eləbil 100 manatlıq mal almısız gəlmisizki qaytarın deyə bildirdi. Məndə çarəsizlikdən başqa məhsul götürməli oldum. Çıxanda isə müdirinizə çatdırarsınızki mən Azad İstehlakçılar Birliyinə məlumat verəcəyəm dedikdə yaxşı get deyə yola verdi. Xahiş edirəm başqa alıcıların onların tələsinə düşməməsi üçün köməklik edin. |
Cavab: Ətraflı ərizə yazın,imza qoyun mümkün olanları edək! |
|
|
|
|
09.05.2019 |
Ceyhun Məmmədov |
Sual: Salam, mağazadan çeksiz alınan malı qaytarmaq istədikdə, lakin satıcı malı geri götürmək istəmədikdə polisə müraciət etmək lazımdırmı ? |
Cavab: Çeksiz malı qaytarmaya biləllər!195(2) tel Z edin |
|
|
|
|
03.05.2019 |
Rustam Kerimov |
Sual: Salam aleykum. Men dollar 78 olan vaxti 5 min dollara yaxin kredit aldim. Odeniw eledim 105 oldu yene odenish etdim. Novbedi Devalivasiyadan sonra 105 i kecdi odeniw ede bilmedim. 2 il sonra mehkeme qerari cixdi odemelisen. mene guzesht olundu 1.19 la baglamag. men 4150 dollari 1.19 la xitam verdim. Demek 10 ay 105 le odedim ayda 206 dollar.. Unumi 2060 dollar. sonrada 1.19 la xitam verdim 4150 dollara. indi mene 1380 manat pul qaytarirlar. 1200 neqederde 105 le olan vaxtdan 100 nece manatsa 4150 bagladigumdan. soruwuram deyirler ki sen 2 ci devalivasiyaya duwmisen. birincide 78 le 105 in arasinda olan ferqi verir ikinci ise 105 le 119 un arasindaki ferqi... Duzgundur bu? axi men 78 le goturmuwem niye 105 le 119,un arasindaki ferqi vrrir? men iki defe kredit almamwam bir defe almiwam oda 78.. zehmet olmasa Cavab vererdiz onceden Tewekkur |
Cavab: Məsləhət:Dövlət orqanına Zet.195(2) və ya 012
4981504 |
|
|
|
|
01.05.2019 |
X C |
Sual: Salam. Men bakcell sirketinin abunecisiyem.mart ayinda menim nomremin xeberim olmadan sim today provayderinin pullu xidmetine qosuldugunu oyrendim tesadufen.xeberim olmadan yeni mene hec bir zeng ve ya sms bildirisi gelmeden ve xidmete qosulmaqcun menim raziligim alinmadan xidmete qosulmus ve meseleden xeberim olan kimi yeni 14 gun erzinde her gun yenede hec bir bildiris gelmeden balansimdan vesait cixilmisdir.aparilan danisiqlar neticesinde pulum qaytarildi geri amma menim qosulma baredeki sualim duzgun cavablandirilmir.yeni mene bu xidmetden hec bir zeng ve ya sms daxil olmadigi teqdirde ozumun qebul etdiyim bildirilir. Guya mene zeng gelib ve mende raziliq vermisem.sonrada guya xidmete qosuldugum barede bildiris smsi gelib. Ancaq bunlarin hamisi yalandir. Men etirazimi kime ve hara bildirmeliyem bele firildaqcilar nece cezalandirilmalidir komek ede bilersinizmi ? |
Cavab: Komputerdə ətraflı ərizə yazın gətirin |
|
|
|
|
01.05.2019 |
Anonim Anonim |
Sual: Atelyede ziyafet donu sifaris etdim.Toydan bid gun qabaq goturende leke ve bezi problemler uze cixdi,dediler gozleyin hell edarik.Axsam idi defekti aradan qaldirmaq gec oldugu ucun pulun tam geri qaytarilmasini ved etdiler bir hefte erzinde.Bir hefteden sonra pulun yalniz 50%-ini qaytarmagi bildirdiler.Men ne etmaliyem. |
Cavab: Z edin məsləhət verim,4412833 və ətraflı ərizə yazın gətirin,kömək edək |
|
|
|
|
29.04.2019 |
rasim gözəlov |
Sual: Salam! Avropa Şurasının Parlament Assambleyasının 7-ci iclası tərəfindən "İstehlakçıların Hüquqlarının Müdafiəsi Xartiya"-nın təsdiq edilməsi haqqında 17.05.1973-cü il tarixli, №543-li qətnaməsi mövcuddur yoxsa deyil? Mövcuddursa, olkəmizin ərazisində hüquqi qüvvədədir yoxsa deyil? |
Cavab: Təəssüf ki,sualın cavabını bilmirəm,Vaxt lazımdır axtarış aparılsın,vaxtınız varsa bildiyinizi bizlə bölüşün. |
|
|
|
|
28.04.2019 |
Ramin Huseynov |
Sual: Men ve bir taniw bir adama zamin durmuwuq.5ildir pul odenilmir ve hec kimden dede pul tutulmur.manatla goturub krediti.bu problemli kreditler meselesi bizede aiddir?ve aiddise mehkeme işleri geri cagrilandan sora tezden muqavile bağlanır ve biz zaminlikden cixmiw hesab olunuruq? |
Cavab: Biz al;c; hwququ qoruyuruq?sual biz'ə aid deyil! |
|
|
|
|
25.04.2019 |
Ulviyye Şahverdiyeva |
Sual: Cavablandirdiginiz üçün tesekkur edirem. Amma yazdiginiz telefon nomresi ile defelerle elaqe saxlamağa çalışdım cavab veren olmadı. |
Cavab: 050 3416225 Zet |
|
|
|
|
25.04.2019 |
Ulviyye ŞAHVERDİYEVA |
Sual: Salam. Men 25.12.2018 ci il tarixde bermud.az saytından endirimle 870 manata JANOME 5120 QDC tikis maşını aldim. 1 illik zemaneti var.4 ay erzinde 9-10 defe maşının motorundan ses gelib ve öz ozune sonub. İndi mehsulu yenisi ile deyismeyi teleb edirem.amma sirketden mene bildirildi ki,ne deyismek ne qaytarmaq mümkün deyil. Yalniz temir oluna biler. Ona da sirketin oz ustasi(Terlan usta) geldi ele bele uzden baxdi ve dedi:"maşında problem yoxdur,problem sizin ozunuzdedir". Elimde tikis zamanı maşının nece islediyi ile bağlı video görüntü de var.xahiş edirem mene bu problemin helli ile bagli komeklik edesiniz.qeyd edimki, problem hemise olmur. Bezi hallarda öz ozune mototrdan səs gelir ve tikis maşını öz ozune sonur. |
Cavab: Ətraflı ərizə yazın,maşına dair sənədləri gətirin calışaq kömək medək.Z etsəniz pis olmaz 0124412833 |
|
|
|
|
22.04.2019 |
Rabil Bedirov |
Sual: Dünen Sedereyden qadin paltari almıwam. Bir defe geyinilen kimi 3-4 yerden süzülüp men nece ede bileremki qaytarim. |
Cavab: Məsləhət:195(2) telefonu ilə dövlət orqanına şikayət edin |
|
|
|
|
20.04.2019 |
Aynur İsmayilova |
Sual: Salam.Şikayetim Xətai r. Q.Nebi 5 ünvanında yerləşən Araz express mağazasındandır. Bu mağazaya defelerle getmişem və problem yaşamamışam. 1 hefte evvel yene bu mağaza getdim ve girişde kobud reftarla qarşılaşdım. Yeni olduğunu düşündüyüm mağaza emekdaşı sumkayla giriş girişin qadağan olduğunu bildirdi. Men cavab olaraq bura defelerle geldiyimi ve ele hemin çantayla girdiyimi bildirdim.orda daha öncelerde gördüyüm mağaza işçisi (adminstratolmalıdı) yeni olan o kassada oturan işçinin dediklerini tekrarladı.men esebleşdim ve çıxdım. Daha sonra yadıma düşdüki menden 1 addım evvel giren xanım müşteri mənim çantamdan 2 defe böyük çantayla içeri keçdi ve mağaza işçileri heç bir etiraz etmedi.hemin gün araz marketin qaynar xettine narazılığımı bildirdim ve sebeb bildirmelerini teleb etdim. Sabahı gün zeng edib şikayetin qeyde alındığını ve elaqe saxkayacaqlarını bildirdiler. Bir hefte geçmesine baxmayaraq menimle elaqe saxlanılmayıb.burda mağaza işçisinin istediyi müşteriye istedihi kimi davrandığını düşünürem. Şikayetimi Kömeklik ede bilecek ünvana yönlensirmeyinizi xahiş edirem. |
Cavab: Ətraflı ərizə yazın, nə istəyirsiniz bildirin imza qoyun,təqdim edin kömək edək |
|
|
|
|
18.04.2019 |
Huseyn Salamov |
Sual: : Salam 17.04.2019 tarixinde kontakt home mağazalar şebekesinden bluetooth qulaqciq almişam qulaqciq menim isteylerimi tam yerine yetirmir naraziyam maldan saticiya yaxinlaşdim dedim mali qaytariram dedi mumkun deyil deyirlerki gigiyenik esasa göre qaytarmaq olmur men bu qulaqciq tam test etmeye vaxt çatmirdi mağaza bağlanirdi men bu mali yoxlamaq üçün qulaĝima taxmaliyam test etmeliyem men qulaqciqi evde yoxladim mal isteyimi tam yerine yetirmedi aldigim tarixden bir gün vaxt kechib. bu ne derecede düzgündür Alinan mal kredit yolu ile alinib |
Cavab: Cavab verdik |
|
|
|
|
18.04.2019 |
Huseyn Salamov |
Sual: Salam 17.04.2018 tarixinde kontakt home mağazalar şebekesinden bluetooth qulaqciq almişam qulaqciq menim isteylerimi tam yerine yetirmir naraziyam maldan saticiya yaxinlaşdim dedim mali qaytariram dedi mumkun deyil deyirlerki gigiyenik esasa göre qaytarmaq olmur men bu qulaqciq tam test etmeye vaxt çatmirdi mağaza bağlanirdi men bu mali yoxlamaq üçün qulaĝima taxmaliyam test etmeliyem men qulaqciqi evde yoxladim mal isteyimi tam yerine yetirmedi aldigim tarixden bir gün vaxt kechib. bu ne derecede düzgündür Alinan mal kredit yolu ile alinib |
Cavab: Ətraflı ərizə yaz gətir,çalışaq kömək edək |
|
|
|
|
16.04.2019 |
Anonim Anonim |
Sual: Salam, 1 gün geyinilmiş ayaqqabını geri qaytarmaq və ya dəyişmək mümkündürmü? Çünki geyinildikdən sonra keyfiyyətsiz olduğu, qüsuru aşkar olundu. |
Cavab: Qanunda malın işlənməməsi nəzərdə tutulub.Məsləhət:195(2) tel-na Z edin |
|
|
|
|
15.04.2019 |
Lalə Ələsgərova |
Sual: Salam. Babək, 41A unvanında yerlışən "Belleza Konsept" mebel salonundan dəyəri 3800 manat olan mebel almışıq. Quraşdırıldıqdan sonra məlum olub ki, magaza mebeli bizim sifariş verdiyimiz ölçülərdə göndərməyib. İrad bildirdikdə isə kobudluqla qarşılanıb. Uzun mübahisələrdən sonra bir neçə gün ərzində bizim istədiyimiz ölçüdə mebel gətirəcəkərini bildidilər. Gətirilən mebel isə ayrı-ayrı mebellərin yığılmasından ibarət yararsız, calaq dolabdır.Mebeldən anlayışı olan biri baxmasa bunlar bu mebeli bizə bu vəziyyətdə satacaqdılar. Ödənişi geri aldıq. Toyuma bir həftə qalmis mənə və ailəmə maddi və mənəvi ziyan verən bu mebel salonundan şikayətçiyəm. |
Cavab: Cavab verdik. |
|
|
|
|
15.04.2019 |
Lalə Ələsgərova |
Sual: Salam. Babək, 41A unvanında yerlışən "Belleza Konsept" mebel salonundan dəyəri 3800 manat olan mebel almışıq. Quraşdırıldıqdan sonra məlum olub ki, magaza mebeli bizim sifariş verdiyimiz ölçülərdə göndərməyib. İrad bildirdikdə isə kobudluqla qarşılanıb. Uzun mübahisələrdən sonra bir neçə gün ərzində bizim istədiyimiz ölçüdə mebel gətirəcəkərini bildidilər. Gətirilən mebel isə ayrı-ayrı mebellərin yığılmasından ibarət yararsız, calaq dolabdır.Mebeldən anlayışı olan biri baxmasa bunlar bu mebeli bizə bu vəziyyətdə satacaqdılar. Ödənişi geri aldıq. Toyuma bir həftə qalmis mənə və ailəmə maddi və mənəvi ziyan verən bu mebel salonundan şikayətçiyəm. |
Cavab: İmza qoymaqla ətraflı ərizəniz olarsa KİV-də işıqlandırarıq! 195(2)telefonuyla dövlət qurumuna şiklayət edin |
|
|
|
|
08.04.2019 |
Əli Əliyev |
Sual: Salam.dekabr ayinin sonunda 3 mikrarayondaki Flo mağazasindan 69.9azn ayaqqabi aldim.1 ay sonra hər 2 ayaqqibida anormol olaraq kəsiklər və yaraya bənzər deşiklər yarandi.magazaya müraciət etdim.problemin onlarliq oldugunu qəbul edib ayaqqabini həmin model ayaqqabi ilə dəyişəcəklərini dedilər.həmin modeldə həmin problemin yeniden olmayacagini əmin etdilər.amma yenə 1 ay olmamiş eyni yerdə eyni kəsiklər yarandi və artmaga başladi.magazaya təkrar müraciət etdim.cavab olaraq yenə problemin ayaqqabida oldugunu yalniz qüsurlu ayaqqibini yalniz dəfə dəyişə biləcəklərini bildirdilər.FLO mağazasinin tam qüsurlu mal satmasinin cəriməsini mən niyə ödəməliyəm.Qanuni əsas nədir burda? |
Cavab: Məsləhət:195(2) telefonuna Z edin dövlət orqanı Sizə kömək edər! |
|
|
|
|
03.04.2019 |
Əli Vəlizadə |
Sual: Salam, malın qaytarılması problemini mediasiya yolu ilə həll etmək dedikdə, mən satıcının yanında mediatora zəng edəcəm, mediatsatıcı ilə telefonda danışacaq yoxsa mediatmağazaya gəlib satıcı ilə danışacaq ? |
Cavab: İmzalı şikayət ərizənız bizə daxil olur,sonra danışıq yolu ilə(telefonla və ya görüşməklə) həllinə calışırıq. |
|
|
|
|
31.03.2019 |
elcin imanov |
Sual: salam.men 2015 yanvarin 17 de unibankdan muqavilede yazilan meblegle 6500 dollar pul goturmusem.palatanin qerari ile menim borcum 9048 azn olub.4947azn guzest olunub.4101 azn qaliq qalib.men indiye kimi 5039 azn banka pul odemisem.cekler de mendedir.men bilmek istiremki menim odediyim mebleg 4101 azn-in beglanmasina yoneldilecek yoxsa yox?tesekkurler |
Cavab: 195(2) telfonuna Z et öyrən. |
|
|
|
|
31.03.2019 |
Fuad Tagiyev |
Sual: Salam. Biz kreditle mebel almiwiq 500azn brh vermiwik. Indi mebeli dala qaytarib beh goturmek istiyirik. Mebeli goturmemiwik hele. Ehtiyac olmadigi ucun istemirik. Behimizi tam qaytarmalidilaar? |
Cavab: 1)Bizə ətraflı ərizə yazın və ya2)195(2)telfonu ilə dövlət orqanına Z et.Lakin qanunvericiliyə görə biznes qurumu behinizi qaytarmaya bilər! |
|
|
|
|
30.03.2019 |
Ceyhun Məmmədov |
Sual: Salam, mən telefon üçün aksesuarlar satılan mağazadan öz telefonum üçün 10 manata batareya aldım. Satıcı mənə heç bir qəbz vermədi və şifahi olaraq mənə dedi ki, 3 gün zəmanət verirəm. Mən də batareyanı aldım, 1 gün istifadə etdikdən sonra gördüm ki batareya enerji saxlamır zaydır. Dəyişdirdim, yenə mənə verilən ikinci batareya da zay çıxdı. Təkrar mağazaya gedəndə batareyanı qaytarıb pulumu almaq istədikdə satıcı mənə dedi ki, biz heç bir şəkildə pulu qaytarmırıq. Yalnız dəyişdirə bilərik. Belə olan halda mən nə etməliyəm ? İndi mən pulumu geri ala bilməyəcəm ? |
Cavab: 1) Bizə ətralı ərizə yazın və ya2)195(2) telfonu ilə dövlət orqanına müracıət edim |
|
|
|
|
28.03.2019 |
Firuze Zali |
Sual: Salam men.Men yoldawimin bibisine baxiram. Yawli qadindi ovladi yoxdu.O da evezine isteyir ki oz wexsi evini mene bagiwlasin.Amma hemin eve menim qaynanam,yoldawim birde qaynim qeydiyyatdadir.Biz bilmek isteyerdik mumkunmudur ki yoldawimin bibisi onlarin icazesi olmadan evi mene bagiwlasin? Bibi ozu isteyir ki onlar bagiwlanmani ancaq bibi dunyasini deyiwenden sonra bilsinler bagiwlanma kime verilib.Xahiw edirem sualimizi cavablandurardiniz? |
Cavab: Sual bizə aid deyil.Vəkilə Z et.Habil:0503148188 |
|
|
|
|
27.03.2019 |
Sadiq Seferov |
Sual: Salam.10 gun olar dukannan masinim ucun matorun disdi remenin aldim.hec 100 km surmemisem remen qirildi yolda qaldim.satici boynunnan atir deyir duzeltmirem kime sikayet edim? |
Cavab: Məsləhət:Dövlət orqanına Z et 195 sonra 2 yığ |
|
|
|
|
26.03.2019 |
Alik Babayev |
Sual: 4412833 qardaw zehmet olmasa nomreni nece yigaq evveli necedi onuda yazin zeng eledim zeng getmedi bu nomreye |
Cavab: 0124412833 |
|
|
|
|
25.03.2019 |
Elman Babayev |
Sual: Salam. Anamla bacim 1 hefte once ehmedli metrostansiyasi yaxinliqinda bir mebel salonuna yaxinlawib kredite divan almaq isteyibler. Negd satiw deyeri 1650 manat olan bir divan beyenibler orada onlara deyiblerki siz ilkin odeniw ucun 100 manat odeyin senedlewdirek. Ve 100 manat verib sebedlewdiribler bacim deyibki birden insaniqda eve gederik beyenmerik ya fikrimizden dawinariq cunki kredite cox baha cixir istemerik baha oldugu ucun. Magaza iwcileri Deyibler ki narahat olmuyun bizde daxili kreditdi istemesez gelersiz mugavileni cirariq 100 manatida qaytarariq. Bu gozel xod geden maldi sizde almasaz bawqa muwteri alacaq. Ve orda gordukleri divan evin olcusune uygun gelmiyib deyiblerki eyni bunnan siz istediyniz kimi duzeldib vererik narahat olmuyun. Evde gelib hesablayiriqki 1650 manat olan divan 18 ayliq kreditle 2700 manata olur yeniki cox baha cixir ve fikrimizden dawinib mali gorurmemeye qerar verdik. Anam yigib orada iwleyen oglana deyibki biz mali goturmek istemirik baha olacaq bizimcun gelib 100 manatimizi geri goturek oglan deyib sizib bawiniz xarabdi evde probleminiz var deyesen gah gelib beyenib almaq isteyirsiz gahda fikrinizi deyiwirsiz adboy eliyib. Sonra gedibler hemen dukana orada bildiriblerki bizim dukanin problemlerle elaqe wobesinin nomresini verek onlarla daniwin onlar qaytaracaq pulu. Onlarlada mubahise yaradivlar sohbet zamani deyirlerki qaytarmiriq. Siz sifariw etmisiz biz mali duzeltmiwik pulda batir. Lakin biz hec mali almamiwiq eve getirmemiwik biz pulu verende dedilerki 3-4 gun erzinde mal hazirlanacaq gelib goturersiz. Bizde goturmedik mali. Zehmet olmasa bize komek edin onlardan pulumuzu nece geri ala vilerik 100 manati? |
Cavab: Qanuna görə beh batır.Ətraflı ərizə yazın calışaq kömək edək. əvvəlcə Z edin 4412833 |
|
|
|
|
17.03.2019 |
SAHIB CEFERELI |
Sual: HEPISDEN CIXANDAN SORA DOVLET TEREFINDEN VERILEN PULU NECE GUNE ALMAQ OLUR????? |
Cavab: Sual bizə aid deyil.Zet vəkilə Habil 0503148188 |
|
|
|
|
|
Sual yaz |
|
1
2
3
4
5
6
7
8
9
10
11
12
13 14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
|
|
|
|
Əmtəə bazarında sağlamlıq üçün təhlükəli qənd satılır, AQTA-nin apardığı işlər davamlı deyil, epizodikdir!
Bu barədə “Azad İstehlakçılar” İctimayi Birliyi (AİİB) 2019-cu ildə araşdırma apararaq cəmiyyətə ətrafli məlumat vermiş,bütün müvafiq Dövlət qurumlarına,o cümlədən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə(AQTA) rəsmi müraciətlər etmiş,Respublika Prokurorluğu,Dövlət Gömrük komitəsi və digər qurumlar tərəfindən müvafiq tədbirlər görülmüş,”kəllə qənd”istehsalı zamanı qəndin ağardılmasında mənşəyi məlum olmayan kimyəvi maddələrdən istifadə etdiyinə görə bir sira qənnadı məmulatlarının istehsali müəssiələrində reydlər kecirilmiş,qanun pozuntuları aşkar edilərək cavabdeh şəxslər həbs olunmuşdur.Eyni zamanda qəndin ağardılmasında istifadə olunan kimyəvi maddəni ölkəyə idxal edən şəxslər cinayət məsuliyyətinə alinmışlar! Bu işlər 2019-cu ildə olmuşdur.
Bəs hazırda vəziyyət necədir?!
Belə ki, AİİB istehlakçılardan daxil olan məlumatlar əsasında bazardakı vəziyyətə nəzər yetirmiş, bir “Kəllə qənd”nümunəsinin akkreditasiya olunmuş laboratoriyada ekspertizasının nəticələrini əldə edərək, insan sağlamlığı üçün təhlükə törədən qəndlərin bazarda geniş şəbəkə ilə satıldığını müəyyən etmişdir.
AİİB tərəfindən aparılmış araşdırmanı bir daha xatırlasaq, məlum olur ki, hazırda da şəkər tozundan kəllə qənd hazırlamaq ücün, əksər kəllə qənd istehsalcıları daha ucuz olan kimyalaşma yolunu secirlər. Xatırladaq ki, şəkər tozundan bəyaz kəllə qənd əldə etmək ücün iki üsul mövcuddur:
1) Şəkər tozu qaynadılır, bişirilir, alınan məhlul qaynatma zamanı sarı rəngə boyandığından, bu məhluldan bəyaz kəllə qənd almaq üçün məhlul bərkiyəndən sonra sarı rəngli kəllə qənd kütlələri, çox böyük firlanma sürətinə malik olan və yüksək məsrəflərlə başa gələn “Sentrafuqa”qurğusuna yerləşdirilir, burda yüksək mərkəzdənqaçma təcilinə məruz qalan kütlələrdən sarı maddə ayrılır və mexaniki yolla tam bəyaz “kəllə qənd” əldə olunur.
2) Qaynadıldıqda sarı rəngə boyanmış şəkər tozu məhluluna kimyəvi maddə-Kükürd dioksid (SO2) əlavə edilr, sarı rəngli məhlul bəyaz rəng alır! Bundan sonra məhlul qəlblərə yerləşdirilib soyudulur və gözlə sarılığı cətinliklə ayird edilə bilən ”bəyaz” kəllə qənd əldə edilir.
SO2 kimyəvi maddəsindən əsasən sənayedə parca ağartma, dəri aşılama, xalca yuma kimi sahələrdə istifadə olunur.
Qeyd edək ki, bütün dünyada gəlir əldə etmək, insan sağlamlığını arxa plana keçirtmə istəkləri, o yerə gətirib cıxarmışdır ki, hətta kimyəvi yolla kəllə qənd istehsalına, bəzi ölkələrdə standartlara da daxil etməklə haqq qazandırmışlar. Məsələn MDB məkanında mövcud olan ГОСТ 33222-2015 standartlarında 1 kq bəyaz kəllə qənddə maximum 15 milli qram kükürd dioksidın ola bilməsi nəzərdə tutulmuşdur (bundan öncə bu sahədə qüvvədə olan ГОСТ 22-94 və ГОСТ 31361-2008 standartlarında isə ümumiyyətlə bu maddənin istifadə edilməsinə icazə verilmir). Ölkəmizdə Tayqa Ticarət”müəssıəsi tərəfindən istehsal olunan və əmtəə bazarında satılan “Dad1” kəllə qənd məmulatının tərkibində laboratorioya tədqiqatı 1 kq məhsulda 70,2 mq kükürd dioksid olduğunu göstərmişdir! Yəni təhlükə normasından 4,6 dəfə (500%-ə yaxın) cox!
AİİB-in araşdırmaları göstərir ki, ölkədə mövcud olan 20-yə qədər “Kəllə qənd” istehsalçısı bəyaz kəllə qənd əldə etmək ücün hazırda kimyəvi üsuldan istifadə edir və təhlükəli kimyəvi maddədən qəndi daha bəyaz etmək ücun bol-bol istifadə edirlər!
İstehlakçıların maraqlarını və sağlamlığını əsas tutan AİİB-birmənalı olaraq istehsalçılar tərəfindən kəllə qəndin ümumiyyətlə mexaniki yolla ağardılmasının həyata keçirilməsini istəyir! Ən pis halda isə ГОСТ 33222-2015 standartlarına əsaslanaraq kəllə qənd istehsal edən sahibkarların fəaliyyətinə dövlət tərəfindən ciddi nəzarət edilməsini və sözü gedən kimyəvi qatqının standartda göstərilən normadan əsla yuxarı keçməməklə istifadəsinə icazə verilməsini tələb edir.
O cümlədən, hansı kəllə qənd istehsalı müəssisəsində mexaniki yolla ağartma həyata keçirilmirsə bu müəssiələrdə mütləq vaxtaşırı yoxlamalar aparılmalı, istehsal nümunələrindən götürülüb laborator analizləri aparılmalı, təhlükəli maddələr aşkar olunarsa və ya qatqılarla bağlı normadan kənara çıxmalar müəyyən olunacaqsa, satışda və anbarlarda olan məhsullar qeri cağrılmalı, ictimaiyyətin gözü önündə və KİV-lərin iştiraki ilə məhv edilməlidir. Bu istək və tələblərlə AİİB, Qida Təhlükəsizliyi Agentliyinə, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Dövlət Gömrük komitəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi müraciətlər etmişdir.
AİİB-in sədri: E.Hüseynov
|
|
daha ətraflı... |
|
Ölkəmizdə malların etiket məlumatları tam yarıtmaz vəziyyətdədir,əsasən İrandan idxal olunan mallar!
İstehlakçı xüsusən ərzaq malları haqqında məlumatı birbaşa malın etiketindən alır!İstehlakcının beynəlxalq və yerli hüquqlarından biri də məhz mal haqqında milli dildə informasiya almaq hüququdur!
“Azad İstehlakçılar” İctimayi Birliyi(AİİB) uzun illərdir ki,ən müxtəlif Dövlət orqanlarına yazılı müraciətlər göndərərək bu məsələnin ,yəni vətəndaşlarımızin milli dildə məlumat alma hüququnun de-fakto olaraq taninması barədə tədbirlərin görülməsinə dair təkliflər versə də,bu məsələ həll olunmadan qalir!
Dövlət Dili Haqqında AR-nin qanununun maddəsi: 7.3. Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır
Istehlakcılarin Hüquqlarının Müdafiəsi Haqqında AR-nın Qanununun 13-cü maddəsi:
Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır.
Nazirlər Kabinetinin 94 saylı qərarı,maddə 5.8.” Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə edilmiş tərcümə ilə də müşayiət olunmalıdır”
Qeyd edək ki,malların milli dildə markalanması məsələsi dünyanın əksər ölkələrində ,hətta Azərbaycandan hər cəhətcə zəif olan Ermənistan və Gürcüstanda belə uzun illərdir ki,tam həyata keçirilsə də ölkəmizdə bu məsələ həll olunmadan qalır.Əlbəttə bu amil,qacaqmal üçün münbit bir şərait yaradır!
İlkin olaraq AİİB malların milli dildə markalanması məsələsini İran İslam Respublikasından idxal olunan ərzaq malları üzərində cəmləşdirməkdən başlamaq niyyətindədir. Cün ki,ən acınacaqlı hal məhz İrandan idxal edilən ərzaq mallarındadır!Əğər Dövlət qurumları qanunun yerinə yetirilməsinə dəstək versə digər çoxsaylı mal və xidmətlərə də keciləcəkdir.24 il ərzində AİİB, BMT-nin beynəlxalq uşaq təşkilatı UNİCEF-in köməyilə yalnəz körpə qidalarının milli dildəmarkalanmasına nail olmuşdur,bu cox azdır! AİİB-n ofisinə istehlakçılar tərəfindən etiraz müraciətləri ilə gətirilən İranda istehsal olunan ərzaq mallarının markalanmasına diqqət yetirdikdə Azərbaycan dilindən başqa digər dillərdə məlumat olduğu görünür,lakin ərzaq malları üçün çox mühüm göstərici olan,istehsal və son istifadə tarixlərinin fars əlifbası ilə yazıldiğını görürük!Şübhəsiz ki,bu istehsalcı tərəfindən bilərəkdən,şüurlu şəkildə edilir ki,malını “Ölməz etsin”,yəni vətəndaşlarımız yararlılıq vaxtı keçmiş malı da alıb istehlak etsinlər!Əlbəttə Azərbaycan istehlakçılarının belə sadəlövhlüklə aldanması səbəbsiz deyil.Əhali ölkəmizdə artıq 3 ildir fəaliyyət göstərən Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) və digər dövlət qurumlarının fəaliyyətinə inanır,düşünür ki,yararlılıq vaxtı keçmiş mal satıla bilməz!Əfsus ki,bu inam özünü doğrultmur və istehlakçıların İran ərzaq mallarından zəhərlənməsinə dair məlumatlar da mövcuddur. Bəzən bu mövzu ilə bağli neqativ halların qarşısını almağa cavabdeh olan dövlət qurumları əməkdaşlarının mediyada pafoslu cıxıçlarına da rast gəlirik,amma “3 müşketyor qanunu” daha uğurla işləyir-birimiz hamimiz ücün,hamımız birimiz üçün - yəni gömrük xeyir-dua verib ölkəyə buraxıbsa vəssalam!
İran ərzaq malları satışı şəbəkələrində ciddi monitoringlərin keçirilməsi,dövlətimizin qanunlarının pozulması ilə ölkəyə idxal olunmuş qeyd olunan nöqsanlı malların satış şəbəkələrindən geri çağrılıb,ictimaiyyətin gözü önündə kütləvi məhv edilməsi,gömrük komitəsində çalışan əməkdaşların diqqətinin bu məsələyə cəlb edilməsinə zərurət yaranmışdir.
Dövlətimizin qanunlarını pozmaqla İran dükanlar şəbəkəsində satışa mal çıxaran 50-dən çox dükan mövcuddur.Bu dükanların bəzilərinin ünvanları:Əsas topdansatış dükanları,Sədərək ticarət mərkəzi,”Lukoyl”YDM-nin yanı(topdan satış),Dərnəgüldə “Elit “TM-nin yaxınlığı(çoxlu sayda),. 1)Bakı şəh.Əsəd Əhmədov 28
2)Xırdalan.texnikumun yaxınlıği.Rahat bazar ilə üzbəüz 3)Maştağa qəs.Savalanın 2-ci girişi 4)Ümid qəs.Laçın məktəbinin qarşısı 5)Neftçala şəh.H.Əliyev pros.Təzə bazar 6)Sahil qəsəbəsi 7)Ballı marketin yaxınlığı050-791-11-12 8)Sumqayıt şəh.2-ci mikr.Rossiya klubunun yanı.777 mağaza 9)Bakı şəh.Sarayevo küç7 10)Binəqədi ray.Xocasən yolu.Netto klubun yanı 11)Gəncə küç.Fujifilmin yanı 12)Əhmədli metrosu çıxışı.Ukrayna dairəsi tərəf 13)Xətai metrosunun arxası.N.Əliyev küç.17 14)Bakı şəh.Fatmayı 15)Hövsan qəs. 16)8 km bazarı.Halal market17)Şirvan şəh.Elite bazarının həyəti18)A.Şərifzadə küç.19519)Dərnəgül qəs.Şır-şır restoranının yanı 20)Xırdalan şəh.Təzə bazarın girişi ilə üzbəüz 21)Nizami metrosunun yanı.Z.Əhmədbəyov küç. 22)Buzovna qəs.Köhnə Polis şöbəsinin yanı 23)Əhmədli metrosu.Məhəmməd Hadi 41 və.s.
AİİB bu məsələni ictımailəşdirməklə bərabər, , Qida Təhlükəsizliyi Agentliyinə, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Dövlət Gömrük komitəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsminə müraciətlər göndərmişdir. Dövlətimizin qanunlarına əməl olunmasında hər bir istehlakcını fəal olmağa cağırırıq və dövlət qurumlarında nəticələr gözləyirik.
AİİB-in sədri: Eyyub Hüseynov
|
|
daha ətraflı... |
|
Press reliz
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə “Azad İstehlakçılar” İctimai Birliyi(AİİB) “Istehlakçılara parça bazar torbalarının paylanılması ilə ekologiyanın qorunmasına dəstək verilməsi” layihəsinin icrası üzrə fəaliyyyətini davam etdirir.
19 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, Alatava 2. ünvanda yerləşən “Araz 20 yanvar Superstore”- da istehlakçılara 150 ədəd parça materialdan tikilmiş bazar çantaları təmənnasız olaraq paylanıldı. Onlara həmçinin ekologiyanın qorunmasına,plastik taralardan imtinaya, qida təhlükəsizliyinə və ştrix koda dair məlumatlar da paylanıldı. İstehlakçılarda parça sumkalara böyük maraq oldu. Tədbirin sonunda çantaların paylanılmasına dair akt tərtib edildi. Eyni zamanda müəyyən istehlakçıların fotosu da çəkildi. Tədbirə dair press reliz hazırlanaraq KİV-lərə göndərildi. Tədbirimiz davam |
|
daha ətraflı... |
|
“Azad İstehlakçılar”
İctimai Birliyi M: +99450 341 62 25
17 avqust 2020-ci il.
Press reliz
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə “Azad İstehlakçılar” İctimai Birliyi (AİİB) “Istehlakçılara parça bazar torbalarının paylanılması ilə ekologiyanın qorunmasına dəstək verilməsi” layihəsinin icrası üzrə fəaliyyyətini davam etdirir.
17 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 60. ünvanda yerləşən “Bolmart” Supermarketdə istehlakçılara 150 ədəd parça materialdan tikilmiş bazar sumkaları təmənnasız olaraq paylanılmışdır. İstehlakçılara həmçinin qida təhlükəsizliyinə və ştrix koda dair məlumatlar da paylanılmışdır. İstehlakçılar böyük həvəslə həmin sumkaları götürürdülər. Tədbirin sonunda sumkaların paylanılmasına dair akt tərtib edildi. Eyni zamanda müəyyən istehlakçıların fotosu da çəkildi.Tədbirimiz davam edəcək. |
|
daha ətraflı... |
|
|