İSTEHLAKÇI HÜQUQLARINA DAİR İNTERNET PORTAL
Ana səhifə Xəritə Əlaqə
X ə b ə r l ə r B l o k u
Fevral-2025
Be Ça Ç Ca C Ş B
Bu gün ziyarətçilər: (106)
Dunen ziyarətçilər: (171)
Bu gün səhifə baxışı: (151)
Dünən səhifə baxışı: (258)
Sual-cavab
Sual yaz
11.08.2019
Mehriban Usubova
Sual: 1ci sual boşanma ve emlak bolgusu uzredi. Mehkeme qerardadı çıxarılandan sonra icraçılar neçe gun muddetine eve baxmaq uçun gedirler?novbeti mehkemeye qeder?ya ne vaxt?novbeti mehkeme 2cidi sayca2ci suak cavabdeh şexs nece defe mehkemeye gelmekden imthina ede biler?gelmedikde mehkemeye ne tedbir gorulur?
Cavab: 

Sual bizə aid deyil.Vəkilə Z vur Habil-0503148188

08.08.2019
Nargiz Nabiyeva
Sual: Salam.mehsulun alindigi gun zerer verilmeden geri getirilmesi deyisdirilmesime.redd cavabi verilirse bu istehlakci hugugu oozuntusudurmu.hansi mehsullar gaytarila bilmez.bu gaydalar hagda melumat hardan ala.bilerem.tesekkurler
Cavab: 

Z edin deyim 0124412833 

06.08.2019
Samir H
Sual: salam,sizin teskilata email yollamaq isteyirem.Mektuba senedler elave olunacaq deye burda mumkun deyil.Zehmet olmasa email unvaninizi qeyd ederdiniz.Hormetle,Samir
Cavab: 

eyub@consumer.baku.az yazin

01.08.2019
Yavər Qurbanov
Sual: Salam Mən Xırdalanda yerləşən "Kontakt Home" mağazasından Kondisoner almışam. Kondisonerin çatdırılma və quraşdırmasını "Kontakt Home" özü edib. kondisoneri quraşdıran zaman şirkətin əməkdaşları evimin həm içəri tərəfdən həm də çöl tərəfdən divarını kifayət qədər ciddi zərər vurdular. Sonda mən zərərin aradan qaldırılmasını xahiş etdim. Şirkətin cavabı mənə bu olduku biz sizə dəyən ziyanla bağlı heç bir kömək edə bilməyəcik. Mən nə etməliyəm?
Cavab: 

Bizə komputerdə ətraflı ərizə yaz gətir calışaq və ya 195(2)telfonu ilə dövlət orqanına şikayət edin.

29.07.2019
Nicat Hesenov
Sual: Salam 19.07.2019 tarixinde Sederek TMMağazadan her biri 24 manat deyerinde 4 eded Divar Kağızı aldım.Satıcı dedi ki açılmayan Divar Kağızını getirib qaytara bilersen.Bu gün Divar Kağızının 3 nü qaytarmaq istedim,qaytarmadılar.Dedim axı qanun var ki aldığım malı 14 gün müddetinde geri qaytara bilerem.Dedi ki o qanun mene aid deyil.Ve sonda dedi ki menim edeceyim yaxşılıq o olar ki sene 72 manat evezine 60 manat vere bilerem.Mene nece yardım ede bilersiniz? Xaiş edirem yardım edin
Cavab: 

Məsləhət: 195(2) zəng edin,2) bizə ərizə yazın,imza qoyub gətirin kömək edək

29.07.2019
Səltənət Məmmədova
Sual: Salam! Yeni tikili binada abonent üçün qaz, işıq və su sayğacları quraşdırılmışdır. MTK həmin saygaclar üçün ümumilikdə 1200 AZN tələb edir. Bu nə dərəcədə doğrudur?MTK sayğacların və onların texniki şərtləri üçün sakinlərdən pul tələb edə bilərmi? Cavabınız üçün əvvəlcədən minnətdaram!
Cavab: 

Bu qeyri qanunidir!Məsləhət:1)195(2) z edin dövlət orqanına,2)Bizə ətraflı ərizə yazın gətirin çalışaq.

29.07.2019
Leyla Tagiyeva
Sual: Mene cox maraqlidir, qarpiz-yemis artiq yemek olar? Terkibinde nitrat mutleq yoxlanmalidir?
Cavab: 

Təcrübə göstərir ki,hər zaman nitrat olur.Gün ərzində cox yeməyin.

25.07.2019
Muxtar Şahbazlı
Sual: Salam .Mən gəncədən univermaqdan telefon aldm.satıcı telefona 3ay qaranti verdi ama qaranti kağızı vermədi. Məndə rayonumuza gələndən sonra telefonu biraz işlədəndən sonra kilitə düşdü. Məndə satıcıya vəziyyəti bildirdim.oda dediki ya telefonu göndər düzəltdirim qaytarım yada puluvi göndərim. Məndə telefonu göndərdim lakin mənə dediki telefon düzəlmir bir dəfə dediki kilitin kodun tapıb deyəcəm,bir dəfə dedi tapa bilmədim . İndi də puluda qaytarmır telefonuda bilmirəm nə elədi.telefondaki düzələsidi bircə nömrə lazm idi dediki nömrə qadındı verə bilmərəm. İndidə məni bugün sabah , bugün sabah deyib aldadr zəhmət olmasa bununla bağlı mənə kömək ederdiz.
Cavab: 

Məsləhət:10195(2) telfonu ilə dövlət orqanəna Z et.2)Bizə rəsmi ərizə yaz,imza qoy məşğul olaq,3)bizim Gəncə şöbəsinə ərizə yaz Tel:0503369431-Tahir

11.07.2019
Sənan İsaqov
Sual: Salam. Kontakt home mağazasından dünen adaptaldım. Evde taxanda gördüm ki 1 saata 15% yığır. Mehsul brak olduğu üçün qaytarmaq və ya deyişmek üçün mağazaya müraciət edende ozleri de yoxlayıb defekt oldugunu gorduler ama qaytarılmır deyisdirilmir dediler. Bu ozbasınalıq ve istehlakçı olaraq huquqlarımın tapdanması cavabsız qalır? Ne ede bilerem?
Cavab: 

1.Məmə ətraflı ərizə yaz və ya 2.195(2)telfonu ilə nazirliyə müraciət et

09.07.2019
Zaur Ismayilov
Sual: SALAM MEN YOLDASIMNAN 3 ILDI EVLIYIK YOLA GETMIRIK YENIKI ESEBLERI POZULUB DEYE HERSEYDE SOZ SOHPET EDIR BOSANMAQ ISTEYIREM 2 USAQIMIZ VAR DEYIR BOSANSAN OZUMU OLDURECEM MEN MESULIYET DASIYIRAMI????? MEN NECE EDIM ???? ZEHMET OLMASA CAVAB VERERDIZ
Cavab: 

Sual bizə aid deyil.Vəkilə Z et .Habil:0503148188

05.07.2019
nigar davudova
Sual: salam generalni davernusdan istifade ederek davernus verenden xebersiz ev torpa satilarsa davernus veren etiraz ederek satisi legv ede bilermi
Cavab: 

Sual bizə aid deyil.Vəkilə Z et.Habil:0503148188

04.07.2019
emir ****
Sual: salam biz saray qesebesinde öz heyetimizde tükan acmışıq hele faliyyetde deyil icra nümayendesi gelib deyir ki pul ödemelisiz amma öz heyetimizde cıxmamışıq tükan öz heyetimizdedi bu icra nümayendesi bizden pul isdemeye haqqı varmı? 7 ildiki o heyetde yaşayırıq. deyir ki 1500 azn vereceysiz yanı ki (rüşvet) prezident sahibkarlara bele memurlar haqında qerarı nedi. evin seneti yoxdu amma
Cavab: 

Sizə qarşı haqsızlıqdı.Mənə Z et məsləhət verim 0124412833 

03.07.2019
Günay Məmmədova
Sual: Salam.Mən yoldaşımla boşanıram. 3 qız evladım var. Mən özümüzə tək ana kimi sosial yardım düzəldə bilərəm? Mənə prapiska olduğum ünvandan öz payımı tələb edə bilərəm. Ev qaynatamın adınadı.ora gəlin gəlmişəm, evladlarım orda anadan olub.9 il orda yaşamışam. 2 ildi kirayə qalıram.
Cavab: 

Sual bizə aid deyil.Vəkillə məsləhətləşin.Habil Tel,0503148188

18.06.2019
Əsmər İslamzadə
Sual: Salam.Men may ayının evvelinde Bakıdakı bir mağazadan mebel(yataq-qonaq)desti seçdim.Mene bildirdiler ki,material Türkiyeden getirilir,isteyirsinizse ödeniş edin getirek.2000 pul ödedim may ayında ve bildirdim ki toyum iyun ayının 20sidir.İyun ayının 10-du qalan pulu da istediler verdim.Yeni tam odenis etdim.Ayin 16sina getirilib qurasdirilacaq deye soz verdiler. 16si gozledik gelmedi mebel.yoldasim magazaya getdi bu defe 17-si saat 5e soz verdiler yene gelmedi mebel.Yoldasim adresi alib fabrike getdi ve gordu ki mebel hazir deyil.Indi ise 19una soz veribler.20si toyumdur.tam odenis etdiyim halda mebelimi ala bilmirem.Eger mebelim sabah da gelmese hansi orqanlara muraciet ede bilerem?
Cavab: 

Məsləhət:1) Nazirliyə Z edin tel:195(2) və ya 2) Bizim təşlilata imzalı ərizə ilə müraciət edin.Tel-0124412833

18.06.2019
loan offer Donna Tammy
Sual: ƏzizsinizBiznes kreditləri, şəxsi kreditlər, ev kreditləri, avtomobillər axtarırsınız?Kreditlər, tələbə kreditləri, borc konsolidasiya kreditləri, təminatsız kreditlər, biznesKapital, və s .. və ya bir bank və ya maliyyə təşkilatından krediti rədd edirsinizƏn azı bir səbəbdən, doğru vəziyyətdədirsinizKredit həllini ödəyin!Mən xüsusi kreditorum. Şirkətlərə və fərdlərə pul verirəm.Aşağı faiz dərəcələri və münasib qiymətlər2% dərəcəsiMaraqlıdır? Kredit əməliyyatlarını izləmək üçün bizə müraciət edin48 saat ərzində köçürünProqram məlumatları:Adı:Ad günü:Cinsi əlaqə:Evlilik statusu:Ünvan:Şəhər:Ölkə Rayon:Poçt kodu:Ölkə:Telefon:E-poçt:Kreditin məqsədi:Kreditin məbləği:Kredit müddəti:Aylıq xalis gəlir:Bizə @ {Donnaloancompany@gmail.com} e-poçt göndərin və bizi daha ətraflı məlumat üçün www.google.com ünvanından web ünvanımıza müraciət edin. donnaloancompany.comHörmətlə,Xanım Donna
Cavab: 

Allah köməyiniz olsun buyurun məşqul olun.Amma elə edin ki,vətəndaşdan bizə .

şikayət daxil olmasın.

13.06.2019
Nurane Idris
Sual: Salam. Bir vekil menden sened duzeltmek ucun 500 manat pul istedi. Sonda 300 manata razilaşdiq. Pulu 22.05.2019 cu ilde vermisem. Dedi ki 25 de gelin senedi goturun. Indi ne sened var,ne pul var ne de ki zengleri acir. Men ne etmeliyem?
Cavab: 

Vəkil xidmətində hüququnuzun pozulması ilə bağlı bizə ərzə yazın təmənnasız olaraq həllinə çalışaq Z edin 0124412833

13.06.2019
Ramin Babayev
Sual: Salam mən 15 gündür. Maşın almışam . Maşını alan günü maşın yaxşı idi. Maşın yesi maşını sürdü. Maşına baxdım və aldım.evə gətizdirdim.. sonra 1 gün işə gedib gəldim.2ci gün maşını xodlayanda maşın başladı sönməyə şuşaya apardım. Dedi mayoru dəyişməlidir.dedim bəlkə bu dəf ola bilər. Bütün bakını suda yanına apardım.hamısı eyni söz heda işlərində deyənidə oldu ki,maşını apar dərədən burax..Maşın başdan yaqa problem.14 gün erzində nə bilim. Məndə zəng etdim .Maşın yəsinə dedim qardaş bu maşın belə problemli idisə bunu niyə satırdın.. mən heç bilmirem ki, bunun nəyini düzəldim.zapçasarıda heç biri Azercanda yoxdu.deyirə qardaş maşını qaytarmaq istəyirəm. Pulumuda qaytar.deyir mən sənə salam maşın vermişdim. 14 erzində nə bilim.neyləmisən maşına.tel qışqırır üstümə atası da.indi qalmışam belə bilmirəm nə edim...HÖMƏTLİ VƏKİL QANINDA VARMI MAŞINI QAYTARMAQ VƏ YA XUDA MƏN ONU POLİS VERƏ BİLƏRƏM. MƏNİ ALDATDIQI ÜÇÜN..??BİRDƏ MƏN MAŞINI NECƏ QAYTADIRIB PULUMU ALA BİLƏRƏM.
Cavab: 

MəsLƏHƏT:iQTİSAD NAZİRLİYİNƏ ŞİKAYƏTİNİ BİLDİR.195(2) VƏ YA 4981504

10.06.2019
Samir Heziyev
Sual: Salam.Nəyə görə marketlərdə (Bravo və Bazarstore xaric) alınan mallar geri qaytarılmır yazılır? Esasende aptekler Bakixanovda da Nazim İsmayilov küchesinde baxa bilersiz.Bugun Bine qesebede olacam orada aptekden derman alinib deyir bizde beledi.Amma olke rehberliyine deyende QAYTARİLMİR yazisini qaytardiginla birge eczacinin yaxud saticinin gozune soxulur deyen zerer artiqlamasi ile qaytarilir.Buna kim nezaret edir?
Cavab: 

Bu işə İqtisad Nazirliyi nəzarət edir.Z edin 195(2)-yə

09.06.2019
Hesen Eliyev
Sual: Salam.3 aydı ayrılmışam.Uşaq 2 yaş 6 aylıqdı.Qarşı tərəf uşağı mənə görsətmir,bu səbəbdən məhkəməyə müraciət eləmişəm,Bilmək istəyirəm məhkəmə qərarı maksimum nə qədər uzana bilər və uşaq məhkəmə qərarı ilə bizdə gecələyə bilərmi?
Cavab: 

Biz alici hüququnu qoruyuruq,sual bizə aid deyil.Vəkilə Z et Habil-0503148188

08.06.2019
Kamran Aliyev
Sual: Salam.25 aprel 2019 tarixinde magazasindan mobil elefon almisa.Telefonu 1 il zemanetle almisam,amma 1 iyun 2019 tarixinde mennen asli olmayan sebeblerden telefon xarab olub, aldighim magazaya telefonu deyishmek telebi ile getmishem. ilk once telefonu menim duzeltmeli oludugumu iddia etdiler,sonraise telefonda yaranan problemi arashdiracaqlarini dediler.1 hefteden cox vaxt kecmesine baxmayaraq,ne telefonu temir edirler ne de, yenisi ile evez edirler. huquqi meslehetinize ehtiyacim var.
Cavab: 

Siz haqlisiz.Ya bizə ətraflı ərizə yazın,imza qoyub gətirin,ya da 195(2)telefonu ilə dövlət orqanına şikayət edin

03.06.2019
Aysel Kazimova
Sual: Salam mən axtarışda olan alimeti sosyalnan əvəz etmək istəyirəm bu mümkündürmü?
Cavab: 

Sual bizə aid deyil.Vəkilə Z et.Habil-0503148188

29.05.2019
Nigar Qasımova
Sual: Salam, mən şikayət ərizəmi sizə necə göndərə bilərəm?
Cavab: 

Z et danışaq 0124412833 yazışmalara vaxt yoxdu.

27.05.2019
Elvin Əliyev
Sual: Salam Aleykum.ifadame göre bağışlayın.Teze doğulan uşağıma göre birdefelik 200 manat almaq isteyirem. Mene maniyeler töredilir. İstenilen senedler. Yaşayış yerinden aile terkibi haqqında arayış. 2 Doğum haqqında arayış ve uşağın şexsiyyet vesiqesinin süreti. 3 Valideynlerin Şexsiyyet vesiqesi, Nikah haqqında şehadetnamesinin ve uşağın doğum haqqında şehadetnamesinin esli ve süreti. 4 Meşğulluq Merkezinden valideynlerin işlememesi barade arayış. 5 Valideynlerin qeydiyyatı üzrü DSMF nun rayon, şeher şöbesinden sosial sığorta ödeyicisi olub olmaması barede arayış. Eger valideynlerin eyni ünvanda qeydiyyatda deyillerse her ikisi sened getirmelidir. 2 ci mesele ise men Eliyev Elvin Adil Oğlu 15.05.2019 doğumlu uşağa göre Xetai asand xidmete doğum haqqında şehadetnamesine göre müraciet etdim. Şehadetnamesi almışam. Şexsiyyet vesiqesine göre müraciet etdim. Mene deyiller ki, 12 günlük uşaq bura getirmelisen, qan analizi götürmeliyik ve ya hekimden buna göre sened getir. Men doğum haqqında şehadetnamesine göre hemin senedi veemişem. Orda qan qrupu yazılıb. Deyir o keçerli deyil tezeden getir. Sizce bu süründürmeçilik deyil???
Cavab: 

Konkret ərizə yazın,İstəyinizi ifadə edin,imza qoyun kömək edim.

24.05.2019
Zaur Haciyev
Sual: Men 2 qrup elilem ve sizin daimi musteriniz olmusam.indide vaxtinda verirem.menim 2 usaqim var.aileme ve udaqlarima 500 manata yeniden kredit goturmeye komeklik etmeyinize sizden xahis edirem.her halda allah caninizi saq elesin
Cavab: 

 

Biz istehlakçı hüququnu təmənnasız qoruyuruq,kreditlə məşğul olmuruq

24.05.2019
Zaur Haciyev
Sual: Men 2 qrup elilem ve sizin daimi musteriniz olmusam.indide vaxtinda verirem.menim 2 usaqim var.aileme ve udaqlarima 500 manata yeniden kredit goturmeye komeklik etmeyinize sizden xahis edirem.her halda allah caninizi saq elesin
Cavab: 
24.05.2019
Zaur Haciyev
Sual: Men 2 qrup elilem ve sizin daimi musteriniz olmusam.indide vaxtinda verirem.menim 2 usaqim var.aileme ve udaqlarima 500 manata yeniden kredit goturmeye komeklik etmeyinize sizden xahis edirem.her halda allah caninizi saq elesin
Cavab: 

Biz istehlakçı hüququnu təmənnasız qoruyuruq,kreditlə məşğul olmuruq

21.05.2019
nara mirzayeva
Sual: salam. men bu gun United colors of Benetton magazasindan uwaga walvar aldim, walvar uwaqayarawmadigi ucun qaytarmaq istedim. satici dedi ki, my brands magazalarinda qaninlar deyiwib, artiq qaytarmaq olmur. ancaq deyiwmek olur, özudeki men aldigim qiymetden baha bir wey olmalidir... bu ne derecede duzgundur? men deyiwmek istemirem, qaytarmaq isteyirem... buna gore men hara muraciet etmeliyem?
Cavab: 

Ya bizə ətraflı ərizə yaz imza qoy,ya da 195(2)telefonu ilə dövlət orqanından kömək al.

21.05.2019
ilham mirzeyev
Sual: salam adima yol qayisindan mekemeye sorgu gelir ki bu nomreli(mesel cun)masin yeni menim adima cixmir yeni menim mulkiyyetim deyil amma bu masini 2 de birini mene 2 birini obrime verirle.adima olmayan masini nece bolurler.cox tesufler
Cavab: 

Ətraflı ərizə yazın imza qoyun kömək edək.

21.05.2019
ilham mirzeyev
Sual: salam hakimden kime ve nece sikayyet edmek olar.
Cavab: 

Ətraflı ərizə yazın kömək edək.Öncə Z etsəniz məsləhət vereərik.0124412833

19.05.2019
Gülnar Həmidova
Sual: SalamMen 18 may tarixinde Bravo merketden etçeken maşin aldim evde et cekdim matyerinin üsti el yandiracaq derecede qižmisdi,seheri gun Apardim qaytarmaqa qaytarmadilar ki,bu sebeb deyil.qaytarmaq mumkundu ya yox??
Cavab: 

Məsləhət:195(2) Z et  İqtisad Nazirliyindən kömək al

Sual yaz
 1    2    3    4    5    6    7    8    9    10    11    12   13    14    15    16    17    18    19    20    21    22    23    24    25    26    27    28    29    30    31    32    33    34    35    36    37    38    39    40    41    42    43    44    45  

Əmtəə bazarında sağlamlıq üçün təhlükəli qənd satılır, AQTA-nin apardığı işlər davamlı deyil, epizodikdir!

 

Bu barədə “Azad İstehlakçılar” İctimayi Birliyi (AİİB) 2019-cu ildə  araşdırma apararaq cəmiyyətə ətrafli məlumat vermiş,bütün müvafiq Dövlət qurumlarına,o cümlədən  Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə(AQTA) rəsmi müraciətlər etmiş,Respublika Prokurorluğu,Dövlət Gömrük komitəsi və digər qurumlar tərəfindən müvafiq tədbirlər görülmüş,”kəllə qənd”istehsalı zamanı qəndin ağardılmasında mənşəyi məlum olmayan kimyəvi maddələrdən istifadə etdiyinə görə bir sira qənnadı məmulatlarının istehsali müəssiələrində  reydlər kecirilmiş,qanun pozuntuları aşkar edilərək cavabdeh şəxslər həbs olunmuşdur.Eyni zamanda qəndin ağardılmasında istifadə olunan kimyəvi maddəni  ölkəyə idxal edən şəxslər cinayət məsuliyyətinə alinmışlar! Bu işlər 2019-cu ildə olmuşdur.

Bəs hazırda vəziyyət necədir?!

Belə ki, AİİB istehlakçılardan daxil olan məlumatlar əsasında bazardakı vəziyyətə nəzər yetirmiş, bir  “Kəllə qənd”nümunəsinin akkreditasiya olunmuş laboratoriyada ekspertizasının nəticələrini əldə edərək, insan sağlamlığı üçün təhlükə törədən qəndlərin bazarda  geniş şəbəkə ilə satıldığını müəyyən etmişdir.

AİİB tərəfindən aparılmış araşdırmanı bir daha xatırlasaq, məlum olur ki, hazırda da şəkər tozundan kəllə qənd hazırlamaq ücün, əksər kəllə qənd istehsalcıları daha ucuz olan kimyalaşma yolunu secirlər. Xatırladaq ki, şəkər tozundan  bəyaz kəllə qənd əldə etmək ücün iki üsul mövcuddur:

1) Şəkər tozu qaynadılır, bişirilir, alınan məhlul qaynatma zamanı sarı rəngə boyandığından, bu məhluldan bəyaz kəllə qənd almaq üçün məhlul bərkiyəndən sonra sarı rəngli kəllə qənd kütlələri, çox böyük firlanma sürətinə malik olan və yüksək məsrəflərlə başa gələn “Sentrafuqa”qurğusuna yerləşdirilir, burda yüksək mərkəzdənqaçma təcilinə məruz qalan kütlələrdən sarı maddə ayrılır və mexaniki yolla  tam bəyaz “kəllə qənd” əldə olunur.

2) Qaynadıldıqda sarı rəngə boyanmış şəkər tozu məhluluna kimyəvi maddə-Kükürd dioksid (SO2) əlavə edilr, sarı rəngli məhlul bəyaz rəng alır! Bundan sonra məhlul qəlblərə yerləşdirilib soyudulur və  gözlə sarılığı cətinliklə ayird edilə bilən ”bəyaz” kəllə qənd əldə edilir.

SO2 kimyəvi maddəsindən əsasən sənayedə parca ağartma, dəri aşılama, xalca yuma kimi sahələrdə istifadə olunur.

Qeyd edək ki, bütün dünyada gəlir əldə etmək, insan sağlamlığını arxa plana keçirtmə istəkləri, o yerə gətirib cıxarmışdır ki, hətta kimyəvi yolla  kəllə qənd istehsalına, bəzi ölkələrdə standartlara da daxil etməklə  haqq qazandırmışlar. Məsələn MDB məkanında mövcud olan ГОСТ 33222-2015 standartlarında  1 kq bəyaz kəllə qənddə maximum 15 milli qram  kükürd dioksidın  ola bilməsi nəzərdə tutulmuşdur (bundan öncə bu sahədə qüvvədə olan ГОСТ 22-94 və ГОСТ 31361-2008 standartlarında isə ümumiyyətlə bu maddənin istifadə edilməsinə icazə verilmir). Ölkəmizdə Tayqa Ticarət”müəssıəsi tərəfindən istehsal olunan və əmtəə bazarında satılan “Dad1” kəllə qənd məmulatının tərkibində laboratorioya tədqiqatı  1 kq məhsulda 70,2 mq  kükürd dioksid olduğunu göstərmişdir! Yəni təhlükə normasından 4,6 dəfə (500%-ə yaxın) cox!

AİİB-in araşdırmaları göstərir ki, ölkədə mövcud olan 20-yə qədər “Kəllə qənd” istehsalçısı bəyaz kəllə qənd əldə etmək ücün hazırda kimyəvi üsuldan istifadə edir və təhlükəli kimyəvi maddədən qəndi daha bəyaz etmək ücun bol-bol istifadə edirlər!

İstehlakçıların maraqlarını və sağlamlığını əsas tutan AİİB-birmənalı olaraq istehsalçılar tərəfindən kəllə qəndin ümumiyyətlə mexaniki yolla ağardılmasının həyata keçirilməsini istəyir!  Ən pis halda isə ГОСТ 33222-2015 standartlarına əsaslanaraq kəllə qənd istehsal edən sahibkarların fəaliyyətinə dövlət tərəfindən ciddi nəzarət edilməsini və sözü gedən kimyəvi qatqının standartda göstərilən normadan əsla yuxarı keçməməklə istifadəsinə icazə verilməsini tələb edir.

O cümlədən, hansı kəllə qənd istehsalı müəssisəsində mexaniki yolla ağartma həyata keçirilmirsə bu müəssiələrdə mütləq vaxtaşırı yoxlamalar aparılmalı, istehsal nümunələrindən götürülüb laborator analizləri aparılmalı, təhlükəli maddələr aşkar olunarsa və ya qatqılarla bağlı normadan kənara çıxmalar müəyyən olunacaqsa, satışda və anbarlarda olan məhsullar qeri cağrılmalı, ictimaiyyətin gözü önündə və KİV-lərin iştiraki ilə məhv edilməlidir. Bu istək və tələblərlə AİİB, Qida Təhlükəsizliyi Agentliyinə, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Dövlət Gömrük komitəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi müraciətlər etmişdir.

 

                                        AİİB-in sədri:                       E.Hüseynov

 

daha ətraflı...

Ölkəmizdə malların etiket məlumatları tam yarıtmaz vəziyyətdədir,əsasən İrandan idxal olunan mallar!

İstehlakçı xüsusən ərzaq malları haqqında məlumatı birbaşa malın etiketindən alır!İstehlakcının beynəlxalq və yerli hüquqlarından biri də məhz mal haqqında milli dildə informasiya almaq hüququdur!

“Azad İstehlakçılar” İctimayi Birliyi(AİİB) uzun illərdir ki,ən müxtəlif Dövlət orqanlarına yazılı müraciətlər göndərərək  bu məsələnin ,yəni vətəndaşlarımızin milli dildə məlumat alma hüququnun de-fakto olaraq taninması barədə tədbirlərin görülməsinə dair təkliflər versə də,bu məsələ həll olunmadan qalir!

Dövlət Dili Haqqında AR-nin qanununun maddəsi: 7.3. Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır

Istehlakcılarin Hüquqlarının Müdafiəsi Haqqında  AR-nın Qanununun 13-cü maddəsi:

Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır.

Nazirlər Kabinetinin 94 saylı qərarı,maddə 5.8.” Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə edilmiş tərcümə ilə də müşayiət olunmalıdır”

Qeyd edək ki,malların milli dildə markalanması məsələsi dünyanın əksər ölkələrində ,hətta Azərbaycandan hər cəhətcə zəif olan Ermənistan və Gürcüstanda  belə uzun illərdir ki,tam həyata keçirilsə də ölkəmizdə bu məsələ həll olunmadan qalır.Əlbəttə bu amil,qacaqmal üçün münbit bir şərait yaradır!

İlkin olaraq AİİB malların milli dildə markalanması məsələsini  İran İslam Respublikasından idxal olunan  ərzaq malları üzərində cəmləşdirməkdən başlamaq niyyətindədir. Cün ki,ən acınacaqlı hal məhz İrandan idxal edilən ərzaq mallarındadır!Əğər Dövlət qurumları qanunun yerinə yetirilməsinə dəstək versə digər çoxsaylı mal və xidmətlərə də keciləcəkdir.24 il ərzində AİİB, BMT-nin beynəlxalq uşaq təşkilatı UNİCEF-in köməyilə yalnəz körpə qidalarının milli dildəmarkalanmasına nail olmuşdur,bu cox azdır! AİİB-n ofisinə istehlakçılar tərəfindən etiraz müraciətləri ilə gətirilən İranda istehsal olunan ərzaq mallarının  markalanmasına diqqət yetirdikdə Azərbaycan dilindən başqa digər dillərdə məlumat olduğu görünür,lakin ərzaq malları üçün çox mühüm göstərici olan,istehsal və son istifadə tarixlərinin fars əlifbası ilə yazıldiğını görürük!Şübhəsiz ki,bu istehsalcı tərəfindən bilərəkdən,şüurlu şəkildə edilir ki,malını “Ölməz etsin”,yəni vətəndaşlarımız yararlılıq vaxtı keçmiş malı da alıb istehlak etsinlər!Əlbəttə Azərbaycan istehlakçılarının belə sadəlövhlüklə aldanması səbəbsiz deyil.Əhali ölkəmizdə artıq 3 ildir fəaliyyət göstərən Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) və digər dövlət qurumlarının fəaliyyətinə inanır,düşünür ki,yararlılıq vaxtı keçmiş mal satıla bilməz!Əfsus ki,bu inam özünü doğrultmur və istehlakçıların İran ərzaq mallarından zəhərlənməsinə dair məlumatlar da mövcuddur. Bəzən bu mövzu ilə bağli  neqativ halların qarşısını almağa cavabdeh olan dövlət qurumları əməkdaşlarının mediyada pafoslu cıxıçlarına da rast gəlirik,amma “3 müşketyor qanunu” daha uğurla işləyir-birimiz hamimiz ücün,hamımız birimiz üçün - yəni gömrük xeyir-dua verib ölkəyə buraxıbsa vəssalam!

İran ərzaq malları satışı şəbəkələrində ciddi monitoringlərin keçirilməsi,dövlətimizin qanunlarının pozulması ilə  ölkəyə idxal olunmuş qeyd olunan nöqsanlı malların satış şəbəkələrindən geri çağrılıb,ictimaiyyətin gözü önündə kütləvi məhv edilməsi,gömrük komitəsində çalışan əməkdaşların diqqətinin bu məsələyə cəlb edilməsinə zərurət yaranmışdir.

Dövlətimizin qanunlarını pozmaqla İran dükanlar şəbəkəsində satışa mal çıxaran 50-dən çox dükan mövcuddur.Bu dükanların bəzilərinin ünvanları:Əsas topdansatış dükanları,Sədərək ticarət mərkəzi,”Lukoyl”YDM-nin yanı(topdan satış),Dərnəgüldə “Elit “TM-nin yaxınlığı(çoxlu sayda),. 1)Bakı şəh.Əsəd Əhmədov 28

2)Xırdalan.texnikumun yaxınlıği.Rahat bazar ilə üzbəüz 3)Maştağa qəs.Savalanın 2-ci girişi 4)Ümid qəs.Laçın məktəbinin qarşısı 5)Neftçala şəh.H.Əliyev pros.Təzə bazar 6)Sahil qəsəbəsi 7)Ballı marketin yaxınlığı050-791-11-12 8)Sumqayıt şəh.2-ci mikr.Rossiya klubunun yanı.777 mağaza 9)Bakı şəh.Sarayevo küç7 10)Binəqədi ray.Xocasən yolu.Netto klubun yanı 11)Gəncə küç.Fujifilmin yanı 12)Əhmədli metrosu çıxışı.Ukrayna dairəsi tərəf 13)Xətai metrosunun arxası.N.Əliyev küç.17 14)Bakı şəh.Fatmayı 15)Hövsan qəs. 16)8 km bazarı.Halal market17)Şirvan şəh.Elite bazarının həyəti18)A.Şərifzadə küç.19519)Dərnəgül qəs.Şır-şır restoranının yanı 20)Xırdalan şəh.Təzə bazarın girişi ilə üzbəüz 21)Nizami metrosunun yanı.Z.Əhmədbəyov küç. 22)Buzovna qəs.Köhnə Polis şöbəsinin yanı 23)Əhmədli metrosu.Məhəmməd Hadi 41 və.s.

 

AİİB bu məsələni ictımailəşdirməklə bərabər, , Qida Təhlükəsizliyi Agentliyinə, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Dövlət Gömrük komitəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsminə  müraciətlər göndərmişdir.  Dövlətimizin qanunlarına əməl olunmasında hər bir istehlakcını fəal olmağa cağırırıq və dövlət qurumlarında nəticələr gözləyirik.

AİİB-in sədri:                       Eyyub Hüseynov 

 

 

daha ətraflı...
Press reliz
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə “Azad İstehlakçılar” İctimai Birliyi(AİİB) “Istehlakçılara parça bazar torbalarının paylanılması ilə ekologiyanın qorunmasına dəstək verilməsi” layihəsinin icrası üzrə fəaliyyyətini davam etdirir.
19 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, Alatava 2. ünvanda yerləşən “Araz 20 yanvar Superstore”- da istehlakçılara 150 ədəd parça materialdan tikilmiş bazar çantaları təmənnasız olaraq paylanıldı. Onlara həmçinin ekologiyanın qorunmasına,plastik taralardan imtinaya, qida təhlükəsizliyinə və ştrix koda dair məlumatlar da paylanıldı. İstehlakçılarda parça sumkalara böyük maraq oldu. Tədbirin sonunda çantaların paylanılmasına dair akt tərtib edildi. Eyni zamanda müəyyən istehlakçıların fotosu da çəkildi. Tədbirə dair press reliz hazırlanaraq KİV-lərə göndərildi. Tədbirimiz davam
daha ətraflı...

 

 

“Azad İstehlakçılar”

  İctimai Birliyi                                                                                                                   M: +99450 341 62 25                                       

17 avqust   2020-ci il.

 

Press reliz

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının  Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə “Azad İstehlakçılar” İctimai Birliyi (AİİB) “Istehlakçılara parça bazar torbalarının paylanılması ilə ekologiyanın qorunmasına dəstək verilməsi layihəsinin icrası üzrə fəaliyyyətini davam etdirir.

17 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu,  Səməd Vurğun küçəsi 60. ünvanda yerləşən “Bolmart” Supermarketdə istehlakçılara 150 ədəd parça materialdan tikilmiş bazar sumkaları təmənnasız olaraq paylanılmışdır. İstehlakçılara həmçinin qida təhlükəsizliyinə və ştrix koda dair məlumatlar da paylanılmışdır. İstehlakçılar böyük həvəslə həmin sumkaları götürürdülər. Tədbirin sonunda sumkaların paylanılmasına dair akt tərtib edildi. Eyni zamanda müəyyən istehlakçıların fotosu da çəkildi.Tədbirimiz davam edəcək.

daha ətraflı...
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır