|
|
|
Be |
Ça |
Ç |
Ca |
C |
Ş |
B |
| | | | | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
|
|
|
|
|
|
|
Bu gün ziyarətçilər: (158) |
|
Dunen ziyarətçilər: (181) |
|
Bu gün səhifə baxışı: (188) |
|
Dünən səhifə baxışı: (449) |
|
|
|
Sual-cavab |
|
|
Sual yaz |
|
06.03.2020 |
Elsad Memmedov |
Sual: Salam. Men bir gun evvel magazadan saat almisam. Axsam getirdikden sonra saatin qiymetinin eslinde 3qat asagi oldugunu oyrenmisem. Seheri gunu aparib qaytarmaq istediyimi bildirmisem. Amma qebul etmediler. Qanunlari ve sikayet edeceyimi bildirdiyim halda yene de eyni sozu dediler ki “mumkun deyil”. Evvelceden qaytarilmayacagina dair hec bir soz dememisdiler. Halbuki 14 gun erzinde bezi istisnalar olmaqla her malı ceki ile birge (mal aldigim veziyyetdedir) geri qaytarmaq mumkundur. Kime muraciet etmeliyem bunu hell etmek ucun? |
Cavab: Qiymətə görə satıcı geri götürməyə bilər.Ya mənə ətraflı ərizə yazın,gətirin ya da 195(2)telfonu ilə İqtisad Nazirliyinə Z edin. |
|
|
|
|
05.03.2020 |
Ilqar Quliyev |
Sual: Salam. Bizim yollari su basib. Evlerin ekseriyyeti suyun icindedi. Artiq 5 ildi ilin 6 ayi olmaqla qurunt sulari yollari bagliyir. Hara sikayet ede bilerem ?? |
Cavab: 195(2) telfonu ilə İqtisad Nazirliyinə mqraciət edin. |
|
|
|
|
05.03.2020 |
Dmitriy Chotari |
Sual: Salam . Mene Hugugcu lazimdi mulki torpaq barade mesleet lazimdi mene |
Cavab: Sual bizə aid deyil,biz yalnız istehlakçı hüququnu qoruyuruq. |
|
|
|
|
29.02.2020 |
Salman Əkbərov |
Sual: Salam sualım bundan ibaretdirki biz telebeyik yaşadığımız eve polis gelerek qeyd edib ki bes sesiniz gelib buda adambaşına 150 manat cerimesi var lakin heckm sikayet etmiyib bizi bu ne derece düzdü? |
Cavab: Mənə ətraflı ərizə yazın flyaşda gətirin həll edim,narahat olmayın. |
|
|
|
|
26.02.2020 |
Rovsana Nəsrullayeva |
Sual: Salam men online sehife vasitesile orginial bot sifaris etmisem ve botlar elime saxtasi gelib.Barkod ile yoxladiç saxtadir.Sehife sahibine bildirirem deyir ki geriqaytarma mumkun deyil.Halbuki men original botun pulunu odemisem.Bunun ucun me ede bilerem |
Cavab: Ətraflı ərizə yazın,flyaşda gətirin ofisə çalışım danışıq yolu ilə həll edim. |
|
|
|
|
25.02.2020 |
Fetulla Quliyev |
Sual: Salam men toyuq mehsulunu kesib satisi ile mesgul olmaq isteyirem bunun ucun hansi senedlerin olmasi zerurider tesekkur. |
Cavab: 1003 telfonu ilə AQTA-ya z edin,deyəcəklər. |
|
|
|
|
23.02.2020 |
Nurlan Huseyn |
Sual: Salam.Sualim ev barededir.biz 6 qardas 1baciyiq.ev qardasimin adinadir.ata mulkudur.adina ev olan qardasimda daxil olmaqla hamimiz evin satilib bolunmeyine raziyiq.ama bacim evde qeydiyyatda deyil.o satilmaqini istemir.o istemirse bizyenede sata bilerik?bunun huquqi terefleri nedir?satilanda qeydiyyatda olmuyan ovlada paydusur? |
Cavab: Sual bizə aid deyil.Vəkilə z et.Habil 0503148188 |
|
|
|
|
19.02.2020 |
Tahir Hümmətov |
Sual: Salam zəhmət olmasa mənə məsləhət verəsiz. Su filteri satan fırıldağçılar bizə gəlib malı tərifləyərək bizə kreditlə satdılar. 2gündür. Mən o malı geri qaytarmaq istəyirəm. Pulda verməmişəm.ama onların dediyinə görə malı geri qaytarsam məhkəməyə verəcəylər məni və cərimə kəsəcəylər. |
Cavab: Sizin qaytarmaq hüququnuz var. Mənə z edin danşaq 0124412833 |
|
|
|
|
19.02.2020 |
Kamal Qurbanov |
Sual: Salam men kontakt homedan 4 il bundan qabaq twlefon goturmuwdum! Ayi 60 man 12 ay , 6ay 60 manatdan odeniw etmiwem! Telefonun kreditnen deyeri 720 manat edirdi 12 aya! 6 ay yaniki 360 mamat odemisen, qalan 6 ay odenilmeyib, indi mehkeme 4 ilden sonra qrrar verib maaw kartima yoneldib oradan tutlur! Mehkeme deyirki 670 manat tutulacaq! Bele ola bilerki menden 720 nin yerine 1030 manat tutulur ! Mnim olara 360 manat borcum qala qala mehkeme 670 manat kesib, faizleri silmeyib |
Cavab: Bu sizə qarşı haqsızlıqdı və kontakt hom un belə işləri coxdur.Ətraflı ərizə yazən flyaş da gətirin çalışım kömək edim.Öncə z et 0124412833 |
|
|
|
|
18.02.2020 |
Ruslan Qafarov |
Sual: Salam,Men kiçik sahibkarlıqla meşqulam,ərzaq mağazası işledirem.Maliyye desteyine ehtiyacım var.Öz adıma şexsi evim olmadıqına göre,heç bir bank mene biznes kredit vermir.Bes men kime müraciet edim.zehmet olmasa bildirerdiz.Önceden Minnetdaram,Hörmetle,Ruslan Qafarov |
Cavab: İqtisad Nazirliyinə z et öyrən.195 sonra 2 yığ. |
|
|
|
|
17.02.2020 |
necef memmedov |
Sual: salam sualim ondan ibaretdir ki eger 1 nefer diger sexsin adindan erize tertib edirse ve ozu hemen sexsin imzasina cuzi de olsa oxsar imza cekirse ve hemen sexsin deyil oz mobil nomresini erizede qeyd edirse bu sened saxtakarligina gore nece il is dusur? |
Cavab: Vəkil Habil bəyə z et soruş.0503148188 |
|
|
|
|
17.02.2020 |
Akif hesenov |
Sual: Salam televezirda vekiller deyirler ki usagin fikri mehkemede daha 10 yasindan deyil 7 yasindan da nezere alina biler.duzdu bu iddia? |
Cavab: Sual bizə aid deyil,biz alıcı hüququnu qoruyuruq.Vəkil Habil bəyə z et 0503148188 |
|
|
|
|
14.02.2020 |
Elnur Cəfərov |
Sual: Salam bizdə ünvan eyni olan evlər var ancaq evlər ayrıdı herenin öz qapısı, heyəti ayridi.qonsum məhkəməyə verib evin senedine göre hamımız bir unvanda qeydiyatdayiq yani qonşu evi alanda bu ünvana qeydiyata düşüb məhkəmə qərar çıxardıb bizi qeydiyatdan çıxarıb men nece ede bilerem yeniden qeydiyata dusem |
Cavab: Sual bizə aid deyil.108-ə zəng et öyrən. |
|
|
|
|
10.02.2020 |
Ramzi Agasizade |
Sual: Salam men kontakt homeden telefon almisam artiq bir ayi sabah tamam olur ve kredit vermeliyem 70 manat ama inkam yoxdur heqiqeten geri qaytara bilerem gedib danisib? Deyimki odeye bilmirem |
Cavab: Kontakt hom istəsə müqavılənı ləğv edə bilər.Etməsələr 195(2) z edin şikayətinizi bildirin. |
|
|
|
|
30.01.2020 |
Tamara Necefova |
Sual: Salam. Size sualim beledir.. onceden tesekkur ediremEyyub muellim yagi ev seraitinde temiz olub olmadigini yoxlamaq haqqinda melummat vermisdi. Bilmek isteyirem o videonu harda izleye bilerem?? Mumkunse komeklik edin. |
Cavab: Gogolda axtarış verin. |
|
|
|
|
30.01.2020 |
Zefer Abdullayev |
Sual: Salam. Sualım beledi ki kendimize mən optimal ticaret merkezinden qiymeti 1149 manata soba aldım. 20 gun işletdim sonra xarab oldu. Geri verdim duzelmesi ucun. Ancaq iki aydi ya deyisirler yada bir sey deyirler. Bilmek isteyirem ki onları mehkemeye vere bileremmi. Versem ne olar. Xahis cavab yazasiniz. Evvelceden tesekkur |
Cavab: Məhkəmə yəqin Sizim xeyrinizə qərar verər.195(2) z edin şikayətinizi edin. |
|
|
|
|
23.01.2020 |
Samir Huseynov |
Sual: Salam.menim anama 4000 manat borcum var.indi odemeye imkanim yoxdur.kasibam.hazirda ozum moskvada dolaniram gucnen.menim rusyada olmagimdan istifade eden anam mehkeme qerari cizardib ki pulu odeyim.men ise odeye bilmirem.o ise bawa duwmur.odemiremse meni ne kimi problemler gozleyir.rusiyada meni tapa bilerler mi polis . |
Cavab: Sual bizə aid deyil,Siz ölkəyə gəlsəniz çıxişınıza qadağa qoyula bilər,Rusiyada qorxmayın və qanunlara əməl edin. |
|
|
|
|
22.01.2020 |
Roya Yusibova |
Sual: Salam vaxtiniz xeyir olsun Size 1 sual vermek isterdim isci isden cixdiqdan sonra emek kitabcasinin sirket terefinden isciye teqdim edilmesinden sonra sirket yenede iscini mehkemeye vere biler her hansi bur borc meselesi ile bagli ve hansi esasa gore vere biler. Menim fikrimce sirket emek kitabcasini isci ile arasinda problemi hell etdiyi ucun teqdim edir. Sizce sehv fikirlesirem |
Cavab: Məhkəməyə verə bilər |
|
|
|
|
21.01.2020 |
Elcan Alxasov |
Sual: Salam axsamunuz xeyir olsun. Menim sualim beledir ki men 1 ilden artiq Oba maret sebekesinde islemisem. 1 ilden sonra menim magaza balansimda sirket terefinden mehsullarin sayi sehv yazildigina gore men bu barede sirkete oz naraziligimi bildirdim ve isden oz erizemle cixdim ve sirket mene emek kitabcami teqdim etdi. Lakin sonradan sirket rehberliyi mene melumat vererek sirkete mueyyen meblegde borcum oldugu dediler, borcumu odemeyeceyim teqdirdi ve meni mehkeyeme verecekleri ile hedelediler. Men bununla bagli sirketde oldum ve sirket menim onlara borclu olmagim barede hec bir resmi sened teqdim ede bilmediler. Indi bilmek isterdim ki sirket meni mehkemeye vere biler ozlerinin iddia etdikleri pulu odemeyim barede. Evvelceden minnetderem sizlere |
Cavab: Bəli Sizi məhkəməyə verə bilərlər. |
|
|
|
|
18.01.2020 |
Tunzale Xəlilova |
Sual: Salam ayin 23-u size de sikayet etdim. Yağla bağli. Qida tehlukesizliyi agentliyine de. Axırı bu gun dedim ki bes netice ne oldu.cavab gelib ki, yoxlama aparıldı, saxlama qaydalarına riayet edilir. Yağı laboratoriyada yoxlayıblar, temiz cixib. Hansı yağı yoxlayıblar?))) Yağ mendedir. Bele cixir ki pul alib o cavabı veribler. qaldı ki siz yazmısız ki bizəle müraciet edin, pulunuzu alıb qaytaraq. Mene pul lazım deyil ki, mene bu kimi halların qarşısını almaq üçün tedbirler görnek, sebebkarin cezalanmasi və ya cerimelenmesi lazım idi ki, digerlerine gork olsun. Her şey bu cür hell olacaqsa, bu qurumlar daha ne üçündür? |
Cavab: Mənə ətraflı ərizə yazın kömək edək. |
|
|
|
|
15.01.2020 |
Jalə Əlizadə |
Sual: Salam. Bugün iş yoldaşlarım mənə Villeroy Boch butikindən hədiyyə vauçeri hədiyyə etdilər. Mən əslində hədiyyə kartının başqa mağazadan alınmasını onlara desəmdə yalnış anlayıblar məni. Mən o kartı qaytarıb pulumu ala bilərəm? |
Cavab: Buyurun ərizə yazın,çalışaq kömək edək. |
|
|
|
|
10.01.2020 |
Ayna Quliyeva |
Sual: Salam.Dekabrda Solitondan Kilim mebelden 2500aznlik divan desti almisam.Hemin ay 2000 manatdan yuksek alis veris edene jurnalni hediyyesi aksiyasi var idi.Amma mene jurnalni vermediler .Teleb edende dediler ki siz noyabr ayinda gorub beyenmisiniz mali.Ona gore de vermirik hara isteyirsiniz şikayet edin.Onu da bildirim ki noyabrda divani beyenmisem menim istediyim reng olmadiqi ucun dekabrin 30 u getirib mene tehfil veribler divani ve pulunu da dekabrin 30 u odemisem.elimde cekim de var.Bilmek isteyirdim bu meselede kim haqlidir? |
Cavab: Şiz haqıisiniz.(Amma həqiqəti Allah bilər) |
|
|
|
|
08.01.2020 |
Əlizadə Namazalıyev |
Sual: Salam mən Namazalıyev Əlizadə Teymuraz oğlu.2019-cu ilin sentyabr ayında evimə(Şəmkir rayonu Şiştəpə kəndi ev(bina)0510 mənzil 1390,Kodum:571850405101390) işığın çeki gəldi və orada 425 azn borc yazılmışdı.Həmin vaxtı sayğaclara nəzarət edən kənd nümayəndəsi ilə əlaqə saxladım və məbləğin şişirdilmiş olduğunu qeyd etdim.Və xahiş etdimki mənə cıxarış təqdim etsin.Evimə 2016-cı ildən köçmüşəm və indiyədək ödənişlərimi etmişəm.və indiyədək 166 azn borcum var idi amma bu dəfə 425azn borc yazılmışdı.Hardasa 3həftədən sonra çıxarışı aldım inandırım bu 3 həftə ərzində bəlkədə 40dəfə zəng etdim aldım yoxsa bugünü sabaha qoyub vermirdi.Çıxarışda 259.20AZN akt borcu yazılmışdı və problemlərimdə bundan sonra başladı.Günü bugünədək(08.01.2020)o 259.20azn nə olduğunu ümumiyətlə niyə yazdıqlarını demirlər.Sonra kəndə kiçik bir araşdırma elədim və gördümki kənddə onlarla adama bu formada akt adıyla borc yazıblar və kənd camatıda nə olduğunu bilmədən borca düşüb ödəyiblər.Sizdən xahiş edirəm məndə daxil omaqla bizim kəndin bu problemini həll edərdiz.Onlar özləri çox yaxşı bilirklər bu yazdıqları nədir amma yubadırlar Şəmkir azərişığa gedirsən deyir Gəncə yazıb gəncəyə gedirsən deyir bizlik deyil şəmkir Azərişıq yazıb günlərlə bizləri yollarda qoyurlar.Sizin haqqınızda çox eşitmişəm və Allah sizdən razı olsun hərkəs razılıq edir.Xahiş edirəm mənə bir köməklik göstərəsiniz.Hörmətlə Əlizadə Namazalıyev 0504997399 |
Cavab: Hörmətli Əlizadə müəllim,rica edirəm mənə ətraflı ərizə yazın,imza qoyun,yazanların adın,tel və.s mümkün qədər ətraflı.Çatdırın çalşım kömək edim. |
|
|
|
|
27.12.2019 |
Pərviz Kazımov |
Sual: 26.12.2019Pəırviz KazımovSual: Salam, mən 21.12.2019 tarixndə Sədərək TM Eskarpini mağazasından qış üçün sapaşki almışam,evdə baxdım xoşuma gəlmədi. İstifadə etməmişəm. Mən o sapaşkini qaytara bilərəm və necə? Düzdür alanda kassa çerki tələb etməmişəm, onları çoxdan tanıdığım üçün. 2012-ci ildən onlardan alıram ayaqqabılarımın hamısını, ortapedik olduğu üçün. Mənə bir köməklik göstərmənizi xahiş edirəm. |
Cavab: Mənə ətraflı ərizə yazın gətirin,onlara Z edim,çalşaq həll edək. |
|
|
|
|
26.12.2019 |
Ziya Ibrahimov |
Sual: Salam , hervsxtiniz Xeyr . 6 ay əvvəl irşad telecomdan aldığım iPhone XS markalı telefonda problem var . Zəng daxil olan zaman yaxud danışıq vaxtı set itir və danışıq yarıda dayanır. Problemlə bağlı irşada şikayət etsemde heç bir problem olmadığını deyirlər. Bunun bağlı nə edə bilərəm ? Zəhmət olmasa yardımçı olun |
Cavab: Ətraflı ərizə yazın,flaş də gətirin ofisə mümkün olanı edək. |
|
|
|
|
23.12.2019 |
Tünzalə Xəlilova |
Sual: Salam. Dekabrin 20-de Yasamal r-nu, Sherifzade kuc., Kaktus restoranının yaxınlığında, evvelki Favorit market(indiki adına baxmamish, seher,yeni 23-u gedib baxacam) 200 qramlıq yağ aldım. Rusiya yağı olduğu üçun aldım ki, şirniyyat bişirim. Ayın 22-si yağı açıb ishletmek isterken keskin qoxu hiss etdim. Açıb baxdiqda kiflendiyini gördüm. Cek vermedi, teleb de etmedim, çünki tekce yağ almishdim. Sohbet mene deyen maddi zererden getmir. İnsanların heyati ile oynadiqlaridan, insanlarin sağlamlığına zerer vurmaqdan gedir. Seher gedib müdirine gosterecem, cek olmadigi üçün boyunlarindan ata bilerler.amma mehsulun qiymetini yoxlasalar onlara mexsus olduğunu gorecekler. Ve axşam saat necede getdiyini deyib kamera goruntu ile sübut ede bilerem. Alıcı kimi hüququmu qorumaq üçün hara muraciet edim |
Cavab: 1003 qaynar xəttə məlumat verin!Bizə ərizə ilə müraciət etsəniz ödədiyiniz pulu qaytartdırarıq. |
|
|
|
|
18.12.2019 |
Hasan Asgerov |
Sual: Salam Qardaşım kotakt home bir telfon alıb kreditle telfonun pulunun 600 manatın ödeyib amma qalan hissesi qalıb indide qazanc yeri yoxdu ki telfonun pulun ödesin indi ne etmelidi ki hem 600 manat batmasın yeni bele halda telfonu qaytarmaq olur ve ya başqa üsullar var. |
Cavab: Biz hüququ pozulanıni müdafiyə edirik.Sual bizə aid deyil! |
|
|
|
|
15.12.2019 |
Gülnur Hüseynzadə |
Sual: Salam mən 29 oktyabr 2019cu ildə Gənclik Mall-da yerləşən Maxi.az mağazasından smartfon əldə etmişəm. Bu gün mənə ”****** IMEI nomreli mobil cihaziniz 30.12.2019-dek qeydiyyatdan kecirilmelidir.Eks halda istifadesine mehdudiyyet tetbiq olunacaqdir.Melumat ucun 157“ mesajı gəlib. Nəzərinizə çatdırım ki, mənə ordaki əməkdaşlardan heç biri qeydiyyatsız olduğu haqda məlumat verməmişdir.( Əlaqə nömrələri məşğuldur, sosial şəbəkələrdən yazılan mesajlara isə cavab vermirlər) Bu halda mənim hüququm pozulub? və mən haraya, necə şikayət edə bilərəm? Zəhmət olmasa köməklik göstərərdiniz. |
Cavab: Məsləhət bilirəm ki,195(2) telfonu ilə İqtisad Nazirliyinə müraciət edin. |
|
|
|
|
14.12.2019 |
Oqtay Əliyev |
Sual: Ərzaq məhsullarının istehsal müddətinin keçdiyini və ya onun sonradan dəyişdirildiyinə şübhə olduqda kimə müraciət edilməlidir? |
Cavab: !003 Z edin-Qida Təh.Agentliyi |
|
|
|
|
12.12.2019 |
Aliaga Musayev |
Sual: Salam. Bakida maqazalardan birinden 3 gun once kurtka almisam. 2 gun geyindim, 3cu gun qolunda olan demir duymeni acmaq isteyerken qirildi. Mehsulun keyfiyyetsiz olduqunu gordum sonradan. Bilmek isterdim ki mehsulu geri qaytara bileremmi 3 gun istifade etsem bele? Cek ve mehsulun satish birkasini saxlamisam. Tesekkur edirem |
Cavab: Bəli dəyişmək,uyğun mal olmasa qaytarmaq hüququnuz var. |
|
|
|
|
|
Sual yaz |
|
1
2
3
4
5
6
7
8
9
10 11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
|
|
|
|
Əmtəə bazarında sağlamlıq üçün təhlükəli qənd satılır, AQTA-nin apardığı işlər davamlı deyil, epizodikdir!
Bu barədə “Azad İstehlakçılar” İctimayi Birliyi (AİİB) 2019-cu ildə araşdırma apararaq cəmiyyətə ətrafli məlumat vermiş,bütün müvafiq Dövlət qurumlarına,o cümlədən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə(AQTA) rəsmi müraciətlər etmiş,Respublika Prokurorluğu,Dövlət Gömrük komitəsi və digər qurumlar tərəfindən müvafiq tədbirlər görülmüş,”kəllə qənd”istehsalı zamanı qəndin ağardılmasında mənşəyi məlum olmayan kimyəvi maddələrdən istifadə etdiyinə görə bir sira qənnadı məmulatlarının istehsali müəssiələrində reydlər kecirilmiş,qanun pozuntuları aşkar edilərək cavabdeh şəxslər həbs olunmuşdur.Eyni zamanda qəndin ağardılmasında istifadə olunan kimyəvi maddəni ölkəyə idxal edən şəxslər cinayət məsuliyyətinə alinmışlar! Bu işlər 2019-cu ildə olmuşdur.
Bəs hazırda vəziyyət necədir?!
Belə ki, AİİB istehlakçılardan daxil olan məlumatlar əsasında bazardakı vəziyyətə nəzər yetirmiş, bir “Kəllə qənd”nümunəsinin akkreditasiya olunmuş laboratoriyada ekspertizasının nəticələrini əldə edərək, insan sağlamlığı üçün təhlükə törədən qəndlərin bazarda geniş şəbəkə ilə satıldığını müəyyən etmişdir.
AİİB tərəfindən aparılmış araşdırmanı bir daha xatırlasaq, məlum olur ki, hazırda da şəkər tozundan kəllə qənd hazırlamaq ücün, əksər kəllə qənd istehsalcıları daha ucuz olan kimyalaşma yolunu secirlər. Xatırladaq ki, şəkər tozundan bəyaz kəllə qənd əldə etmək ücün iki üsul mövcuddur:
1) Şəkər tozu qaynadılır, bişirilir, alınan məhlul qaynatma zamanı sarı rəngə boyandığından, bu məhluldan bəyaz kəllə qənd almaq üçün məhlul bərkiyəndən sonra sarı rəngli kəllə qənd kütlələri, çox böyük firlanma sürətinə malik olan və yüksək məsrəflərlə başa gələn “Sentrafuqa”qurğusuna yerləşdirilir, burda yüksək mərkəzdənqaçma təcilinə məruz qalan kütlələrdən sarı maddə ayrılır və mexaniki yolla tam bəyaz “kəllə qənd” əldə olunur.
2) Qaynadıldıqda sarı rəngə boyanmış şəkər tozu məhluluna kimyəvi maddə-Kükürd dioksid (SO2) əlavə edilr, sarı rəngli məhlul bəyaz rəng alır! Bundan sonra məhlul qəlblərə yerləşdirilib soyudulur və gözlə sarılığı cətinliklə ayird edilə bilən ”bəyaz” kəllə qənd əldə edilir.
SO2 kimyəvi maddəsindən əsasən sənayedə parca ağartma, dəri aşılama, xalca yuma kimi sahələrdə istifadə olunur.
Qeyd edək ki, bütün dünyada gəlir əldə etmək, insan sağlamlığını arxa plana keçirtmə istəkləri, o yerə gətirib cıxarmışdır ki, hətta kimyəvi yolla kəllə qənd istehsalına, bəzi ölkələrdə standartlara da daxil etməklə haqq qazandırmışlar. Məsələn MDB məkanında mövcud olan ГОСТ 33222-2015 standartlarında 1 kq bəyaz kəllə qənddə maximum 15 milli qram kükürd dioksidın ola bilməsi nəzərdə tutulmuşdur (bundan öncə bu sahədə qüvvədə olan ГОСТ 22-94 və ГОСТ 31361-2008 standartlarında isə ümumiyyətlə bu maddənin istifadə edilməsinə icazə verilmir). Ölkəmizdə Tayqa Ticarət”müəssıəsi tərəfindən istehsal olunan və əmtəə bazarında satılan “Dad1” kəllə qənd məmulatının tərkibində laboratorioya tədqiqatı 1 kq məhsulda 70,2 mq kükürd dioksid olduğunu göstərmişdir! Yəni təhlükə normasından 4,6 dəfə (500%-ə yaxın) cox!
AİİB-in araşdırmaları göstərir ki, ölkədə mövcud olan 20-yə qədər “Kəllə qənd” istehsalçısı bəyaz kəllə qənd əldə etmək ücün hazırda kimyəvi üsuldan istifadə edir və təhlükəli kimyəvi maddədən qəndi daha bəyaz etmək ücun bol-bol istifadə edirlər!
İstehlakçıların maraqlarını və sağlamlığını əsas tutan AİİB-birmənalı olaraq istehsalçılar tərəfindən kəllə qəndin ümumiyyətlə mexaniki yolla ağardılmasının həyata keçirilməsini istəyir! Ən pis halda isə ГОСТ 33222-2015 standartlarına əsaslanaraq kəllə qənd istehsal edən sahibkarların fəaliyyətinə dövlət tərəfindən ciddi nəzarət edilməsini və sözü gedən kimyəvi qatqının standartda göstərilən normadan əsla yuxarı keçməməklə istifadəsinə icazə verilməsini tələb edir.
O cümlədən, hansı kəllə qənd istehsalı müəssisəsində mexaniki yolla ağartma həyata keçirilmirsə bu müəssiələrdə mütləq vaxtaşırı yoxlamalar aparılmalı, istehsal nümunələrindən götürülüb laborator analizləri aparılmalı, təhlükəli maddələr aşkar olunarsa və ya qatqılarla bağlı normadan kənara çıxmalar müəyyən olunacaqsa, satışda və anbarlarda olan məhsullar qeri cağrılmalı, ictimaiyyətin gözü önündə və KİV-lərin iştiraki ilə məhv edilməlidir. Bu istək və tələblərlə AİİB, Qida Təhlükəsizliyi Agentliyinə, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Dövlət Gömrük komitəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi müraciətlər etmişdir.
AİİB-in sədri: E.Hüseynov
|
|
daha ətraflı... |
|
Ölkəmizdə malların etiket məlumatları tam yarıtmaz vəziyyətdədir,əsasən İrandan idxal olunan mallar!
İstehlakçı xüsusən ərzaq malları haqqında məlumatı birbaşa malın etiketindən alır!İstehlakcının beynəlxalq və yerli hüquqlarından biri də məhz mal haqqında milli dildə informasiya almaq hüququdur!
“Azad İstehlakçılar” İctimayi Birliyi(AİİB) uzun illərdir ki,ən müxtəlif Dövlət orqanlarına yazılı müraciətlər göndərərək bu məsələnin ,yəni vətəndaşlarımızin milli dildə məlumat alma hüququnun de-fakto olaraq taninması barədə tədbirlərin görülməsinə dair təkliflər versə də,bu məsələ həll olunmadan qalir!
Dövlət Dili Haqqında AR-nin qanununun maddəsi: 7.3. Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır
Istehlakcılarin Hüquqlarının Müdafiəsi Haqqında AR-nın Qanununun 13-cü maddəsi:
Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır.
Nazirlər Kabinetinin 94 saylı qərarı,maddə 5.8.” Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə edilmiş tərcümə ilə də müşayiət olunmalıdır”
Qeyd edək ki,malların milli dildə markalanması məsələsi dünyanın əksər ölkələrində ,hətta Azərbaycandan hər cəhətcə zəif olan Ermənistan və Gürcüstanda belə uzun illərdir ki,tam həyata keçirilsə də ölkəmizdə bu məsələ həll olunmadan qalır.Əlbəttə bu amil,qacaqmal üçün münbit bir şərait yaradır!
İlkin olaraq AİİB malların milli dildə markalanması məsələsini İran İslam Respublikasından idxal olunan ərzaq malları üzərində cəmləşdirməkdən başlamaq niyyətindədir. Cün ki,ən acınacaqlı hal məhz İrandan idxal edilən ərzaq mallarındadır!Əğər Dövlət qurumları qanunun yerinə yetirilməsinə dəstək versə digər çoxsaylı mal və xidmətlərə də keciləcəkdir.24 il ərzində AİİB, BMT-nin beynəlxalq uşaq təşkilatı UNİCEF-in köməyilə yalnəz körpə qidalarının milli dildəmarkalanmasına nail olmuşdur,bu cox azdır! AİİB-n ofisinə istehlakçılar tərəfindən etiraz müraciətləri ilə gətirilən İranda istehsal olunan ərzaq mallarının markalanmasına diqqət yetirdikdə Azərbaycan dilindən başqa digər dillərdə məlumat olduğu görünür,lakin ərzaq malları üçün çox mühüm göstərici olan,istehsal və son istifadə tarixlərinin fars əlifbası ilə yazıldiğını görürük!Şübhəsiz ki,bu istehsalcı tərəfindən bilərəkdən,şüurlu şəkildə edilir ki,malını “Ölməz etsin”,yəni vətəndaşlarımız yararlılıq vaxtı keçmiş malı da alıb istehlak etsinlər!Əlbəttə Azərbaycan istehlakçılarının belə sadəlövhlüklə aldanması səbəbsiz deyil.Əhali ölkəmizdə artıq 3 ildir fəaliyyət göstərən Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) və digər dövlət qurumlarının fəaliyyətinə inanır,düşünür ki,yararlılıq vaxtı keçmiş mal satıla bilməz!Əfsus ki,bu inam özünü doğrultmur və istehlakçıların İran ərzaq mallarından zəhərlənməsinə dair məlumatlar da mövcuddur. Bəzən bu mövzu ilə bağli neqativ halların qarşısını almağa cavabdeh olan dövlət qurumları əməkdaşlarının mediyada pafoslu cıxıçlarına da rast gəlirik,amma “3 müşketyor qanunu” daha uğurla işləyir-birimiz hamimiz ücün,hamımız birimiz üçün - yəni gömrük xeyir-dua verib ölkəyə buraxıbsa vəssalam!
İran ərzaq malları satışı şəbəkələrində ciddi monitoringlərin keçirilməsi,dövlətimizin qanunlarının pozulması ilə ölkəyə idxal olunmuş qeyd olunan nöqsanlı malların satış şəbəkələrindən geri çağrılıb,ictimaiyyətin gözü önündə kütləvi məhv edilməsi,gömrük komitəsində çalışan əməkdaşların diqqətinin bu məsələyə cəlb edilməsinə zərurət yaranmışdir.
Dövlətimizin qanunlarını pozmaqla İran dükanlar şəbəkəsində satışa mal çıxaran 50-dən çox dükan mövcuddur.Bu dükanların bəzilərinin ünvanları:Əsas topdansatış dükanları,Sədərək ticarət mərkəzi,”Lukoyl”YDM-nin yanı(topdan satış),Dərnəgüldə “Elit “TM-nin yaxınlığı(çoxlu sayda),. 1)Bakı şəh.Əsəd Əhmədov 28
2)Xırdalan.texnikumun yaxınlıği.Rahat bazar ilə üzbəüz 3)Maştağa qəs.Savalanın 2-ci girişi 4)Ümid qəs.Laçın məktəbinin qarşısı 5)Neftçala şəh.H.Əliyev pros.Təzə bazar 6)Sahil qəsəbəsi 7)Ballı marketin yaxınlığı050-791-11-12 8)Sumqayıt şəh.2-ci mikr.Rossiya klubunun yanı.777 mağaza 9)Bakı şəh.Sarayevo küç7 10)Binəqədi ray.Xocasən yolu.Netto klubun yanı 11)Gəncə küç.Fujifilmin yanı 12)Əhmədli metrosu çıxışı.Ukrayna dairəsi tərəf 13)Xətai metrosunun arxası.N.Əliyev küç.17 14)Bakı şəh.Fatmayı 15)Hövsan qəs. 16)8 km bazarı.Halal market17)Şirvan şəh.Elite bazarının həyəti18)A.Şərifzadə küç.19519)Dərnəgül qəs.Şır-şır restoranının yanı 20)Xırdalan şəh.Təzə bazarın girişi ilə üzbəüz 21)Nizami metrosunun yanı.Z.Əhmədbəyov küç. 22)Buzovna qəs.Köhnə Polis şöbəsinin yanı 23)Əhmədli metrosu.Məhəmməd Hadi 41 və.s.
AİİB bu məsələni ictımailəşdirməklə bərabər, , Qida Təhlükəsizliyi Agentliyinə, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Dövlət Gömrük komitəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsminə müraciətlər göndərmişdir. Dövlətimizin qanunlarına əməl olunmasında hər bir istehlakcını fəal olmağa cağırırıq və dövlət qurumlarında nəticələr gözləyirik.
AİİB-in sədri: Eyyub Hüseynov
|
|
daha ətraflı... |
|
Press reliz
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə “Azad İstehlakçılar” İctimai Birliyi(AİİB) “Istehlakçılara parça bazar torbalarının paylanılması ilə ekologiyanın qorunmasına dəstək verilməsi” layihəsinin icrası üzrə fəaliyyyətini davam etdirir.
19 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, Alatava 2. ünvanda yerləşən “Araz 20 yanvar Superstore”- da istehlakçılara 150 ədəd parça materialdan tikilmiş bazar çantaları təmənnasız olaraq paylanıldı. Onlara həmçinin ekologiyanın qorunmasına,plastik taralardan imtinaya, qida təhlükəsizliyinə və ştrix koda dair məlumatlar da paylanıldı. İstehlakçılarda parça sumkalara böyük maraq oldu. Tədbirin sonunda çantaların paylanılmasına dair akt tərtib edildi. Eyni zamanda müəyyən istehlakçıların fotosu da çəkildi. Tədbirə dair press reliz hazırlanaraq KİV-lərə göndərildi. Tədbirimiz davam |
|
daha ətraflı... |
|
“Azad İstehlakçılar”
İctimai Birliyi M: +99450 341 62 25
17 avqust 2020-ci il.
Press reliz
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə “Azad İstehlakçılar” İctimai Birliyi (AİİB) “Istehlakçılara parça bazar torbalarının paylanılması ilə ekologiyanın qorunmasına dəstək verilməsi” layihəsinin icrası üzrə fəaliyyyətini davam etdirir.
17 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 60. ünvanda yerləşən “Bolmart” Supermarketdə istehlakçılara 150 ədəd parça materialdan tikilmiş bazar sumkaları təmənnasız olaraq paylanılmışdır. İstehlakçılara həmçinin qida təhlükəsizliyinə və ştrix koda dair məlumatlar da paylanılmışdır. İstehlakçılar böyük həvəslə həmin sumkaları götürürdülər. Tədbirin sonunda sumkaların paylanılmasına dair akt tərtib edildi. Eyni zamanda müəyyən istehlakçıların fotosu da çəkildi.Tədbirimiz davam edəcək. |
|
daha ətraflı... |
|
|