|
|
|
Be |
Ça |
Ç |
Ca |
C |
Ş |
B |
| | | | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
|
|
|
|
|
|
|
Bu gün ziyarətçilər: (58) |
|
Dunen ziyarətçilər: (64) |
|
Bu gün səhifə baxışı: (86) |
|
Dünən səhifə baxışı: (121) |
|
|
|
Sual-cavab |
|
|
Sual yaz |
|
16.11.2024 |
Samirə Əliyeva |
Sual: Salam. Men tebii Camıs nehre yagı haqqında melumat almaq isteyirem.Tebiiliyini nece yoxlaya bilerem ev seraitinde? İnek yağı ile eynidirmi camıs yagının testi? Zehmet deyilse,cavablandıra bilersiz? |
Cavab: 1003 qaynar xəttində Qida agentliyinə z edin |
|
|
|
|
08.11.2024 |
Fidan Babayeva |
Sual: 733141 müsteri kodu ile starex sirketinden baglama sifaris vermisem. Baglamam qeydiyyata salinmir. Zeng edirem sorgu yaratadiqlarini bildirirler ve hec bir geridonus etmirler. 1 aydan coxdur her hansi melumat verilmir mene. |
Cavab: Məsləhət: 012 5997600/82/83( və ya 195) telefonnu ilə dövlət orqanına şikayət edin və ya Normal ərizə yazın,fləş Kartda gətirin ofisə (D.Əliyeva 239,saat 9.30--12 arası) Sizin iştirakınızlzla z edim çalışım danşıq yolu ilə həll edim,əks halda ərizəni dövlət orqanlarına göndərəcəm.
|
|
|
|
|
05.11.2024 |
Günay Muradova |
Sual: Music Gallery-dən komputer almışdım. Aprel ayından oktyabra kimi hərdən donurdu söndürüb açırdım. O gün powerpointdə prezentasiya hazırlayırdım. Söndü və bir daha yanmadı. Apardım servisə oktyabrın 30u. Sizə məlumat verəcik dedilər xəbər çıxmadı. Sonra isə mən axtarmağa başladım səs küy salandan sonra isə nömrə verdilər əlaqə saxladım. Mene dedi öyrənib deyəcik. İndi zəng edib deyirlər gələn ayın ortasına düzələcək. Mən işimi onunla görürəm. Hard disk dəyişmək çox da çətin bir problem deyil. Mən indi necə pul qazanım ki, onun kreditini ödəyim. Nə yerinə başqa komp verirlər nə də mənimkini düzəldirlər. |
Cavab: Məsləhət: 012 5997600/82/83( və ya 195) telefonnu ilə dövlət orqanına şikayət edin və ya Normal ərizə yazın,fləş Kartda gətirin ofisə (D.Əliyeva 239,saat 9.30--12 arası) Sizin iştirakınızlzla z edim çalışım danşıq yolu ilə həll edim,əks halda ərizəni dövlət orqanlarına göndərəcəm.
|
|
|
|
|
05.11.2024 |
Günay Muradova |
Sual: Music Gallery-dən komputer almışdım. Aprel ayından oktyabra kimi hərdən donurdu söndürüb açırdım. O gün powerpointdə prezentasiya hazırlayırdım. Söndü və bir daha yanmadı. Apardım servisə oktyabrın 30u. Sizə məlumat verəcik dedilər xəbər çıxmadı. Sonra isə mən axtarmağa başladım səs küy salandan sonra isə nömrə verdilər əlaqə saxladım. Mene dedi öyrənib deyəcik. İndi zəng edib deyirlər gələn ayın ortasına düzələcək. Mən işimi onunla görürəm. Hard disk dəyişmək çox da çətin bir problem deyil. Mən indi necə pul qazanım ki, onun kreditini ödəyim. Nə yerinə başqa komp verirlər nə də mənimkini düzəldirlər. |
Cavab: Məsləhət: 012 5997600/82/83( və ya 195) telefonnu ilə dövlət orqanına şikayət edin və ya Normal ərizə yazın,fləş Kartda gətirin ofisə (D.Əliyeva 239,saat 9.30--12 arası) Sizin iştirakınızlzla z edim çalışım danşıq yolu ilə həll edim,əks halda ərizəni dövlət orqanlarına göndərəcəm.
|
|
|
|
|
05.11.2024 |
Ruhide Rustemova |
Sual: resmi distributer olan magazandan Televizalmisam 3 il zamanet talonu var.Televizorun ekrani yandi servis apardi bir muddet sora dedilerki ekrana 18 ay zemanetdi,talondada panellere 18 ay zamanet verilir talonda ekrana 18 zamanet yoxdur.servise zeng edirem deyilir 18 aydi ekran yanmasina |
Cavab: Məsləhət: 012 5997600/82/83( və ya 195) telefonnu ilə dövlət orqanına şikayət edin və ya Normal ərizə yazın,fləş Kartda gətirin ofisə (D.Əliyeva 239,saat 9.30--12 arası) Sizin iştirakınızlzla z edim çalışım danşıq yolu ilə həll edim,əks halda ərizəni dövlət orqanlarına göndərəcəm.
|
|
|
|
|
01.11.2024 |
Nadir Məmmədov |
Sual: Məmmədov Nadir Cahan oğlu Zərdab rayon Şahhüseynli kənd sakini şəkər xəstəsi təqaüdçü 27 Oktyabr 2024- cü il tarixində bizə bir qrup şəxs gələrək sizin sağlamlığınızı yoxlamaliyiq deyərək evimə daxil oldular üstlərinə bir aparat gətirərək içməli suyumuzu yoxlayaraq bu su çirkab sudu sizin sağlamlığınıza ziyandır deyərək bizim saflığımızdan istifadə edərək bizə Dinamik Okean su filtirini 1890 AZN siridilar bizdən ilkin ödəniş 100 AZN alaraq 20 ay ərzində hər ay 90 manatdan ödənilməsi üçün müqaviləyə imza atdirdilar.Onlar bizim qapıdan çıxanan 1 saat sonra onlara zəng edərək mən filtirin istəmirəm məni aldadmisiz gəlin filtiri aparin dedim onlarda mənə cavablarinda 400 AZN ödəyin ki bizdə filtiri gəlib aparaq menimdə ona imkanım çatmadığı üçün məndə razı olmadım.Eyyub Hüseynov cənablarına bizə bu işdə köməklik göstərməsi üçün sizə xahiş edirəm |
Cavab: Məsləhət: 012 5997600/82/83( və ya 195) telefonnu ilə dövlət orqanına şikayət edin və ya Normal ərizə yazın,fləş Kartda gətirin ofisə (D.Əliyeva 239,saat 9.30--12 arası) Sizin iştirakınızlzla z edim çalışım danşıq yolu ilə həll edim,əks halda ərizəni dövlət orqanlarına göndərəcəm.
|
|
|
|
|
16.10.2024 |
Elvin Əliyev |
Sual: Salam. 15.09. 2024 tarixində Umico şəbəkəsi vasitəsi ilə Telezona adlı dükandan smart qol saatı aldım. 1 gün istifadədən sonra məhsulun qüsurlu olduğunu aşkarladım. Umicoya məlumat verdim məhsulu kuryerə təhvil verdim. Məhsul dəfələrlə servisə gedib gəldi. Hal hazırda məhsul işlək vəziyyətdə deyil. Umicoya dəfələrlə məlumat versəmdə bu işlə ciddi maraqlanan yoxdu. Artıq 2 ay tamam olacaq. Məhsul nə təmir olunur nədə yenisi ilə əvəz olunmur. 14 gün tamam olmamış məhsulu qaytarmaq istədim umico şəbəkəsi bunun mümkün olmayacağını dedi. Səbəb isə məhsulun qutusu açılıb deyildi. Sonuncu dəfə kuryer məhsulu mənə yenidən gətirəndə saat yenə işlək olmadığı üçün, həmçinin akt tərtib olunmadığı üçün məsulu götürmədim. Xahiş edirəm bu şikayətimi lazım olan ünvana yönəldin. |
Cavab: Məsləhət: 012 5997600/82/83( və ya 195) telefonnu ilə dövlət orqanına şikayət edin və ya Normal ərizə yazın,fləş Kartda gətirin ofisə (D.Əliyeva 239,saat 9.30--12 arası) Sizin iştirakınızlzla z edim çalışım danşıq yolu ilə həll edim,əks halda ərizəni dövlət orqanlarına göndərəcəm.
|
|
|
|
|
09.10.2024 |
Vüsal Nadirli |
Sual: Salam.Men umicodan redmi 12 telefonu aldim.5 ay sonra ekran ağardı. Telefona umicoda mexaniki zede ve sixilma reyi verildi.ancaq hec bir delil yoxdu.cunki telfonda hecbir ezilme sixilma yoxdu.telfonu yandirandan 10 saniye sonra ağ xetler düşür.ilk 10 saniyede her şey qaydasinda kimi görsənir.mənə bildirdilərki istənilən yerdə yoxlatdira bilərsən. Məndə yoxlatdirdim mənə bildirdilərki diaqnostika olunmadan dəqiq birşey demək olmaz.Ancaq umicoda zahirən baxilib, arxasi acilmayib.Irşadin texniki servis mərkəzində mənə bildirdilərki biz bunu diaqnostika eletdirsək kenar müdaxilə kimi qiymətləndiriləcək.men bu halda nə etməliyəm?zehmət olmasa köməklik göstərərdiniz. |
Cavab: Məsləhət: 012 5997600/82/83( və ya 195) telefonnu ilə dövlət orqanına şikayət edin və ya Normal ərizə yazın,fləş Kartda gətirin ofisə (D.Əliyeva 239,saat 9.30--12 arası) Sizin iştirakınızlzla z edim çalışım danşıq yolu ilə həll edim,əks halda ərizəni dövlət orqanlarına göndərəcəm.
|
|
|
|
|
06.10.2024 |
Vusale Cebiyeva |
Sual: Salam. sederek ticaret merkezinden ankastr almişdıq. 2 il zemanet ilə. 1 il tamam olmadan xarab oldu.3 ay temirde qaldı ve her defesinde dedilerki detalı sifariş edilib . martda geden soba iyun ayinda geri qayitdi. ve sentyabr 25 tekrar eyni nasazlıq yarandı. zemanetin sertilerine gore 1 ay servisde qalib ve temir olunmayibsa istehlakci pulunu geri ala biler. indi men ne etmeliyem? ne pulumu geri qaytarmirlar ne de yenisi ile evez etmirler |
Cavab: Məsləhət: 012 5997600/82/83( və ya 195) telefonnu ilə dövlət orqanına şikayət edin və ya Normal ərizə yazın,fləş Kartda gətirin ofisə (D.Əliyeva 239,saat 9.30--12 arası) Sizin iştirakınızlzla z edim çalışım danşıq yolu ilə həll edim,əks halda ərizəni dövlət orqanlarına göndərəcəm.
|
|
|
|
|
12.09.2024 |
jamesmckaywizard@gmail.com Marcus Ford |
Sual: The Cryptocurrency world is very volatilea lot of individuals have lost their hard earned crypto coinscrypto assets to online scams. I was also a victim of a fake telegram crypto investors. My wallet address security12 phrases got compromised, I lost all my crypto coins (Filecoin, Eth, Btc,EthereumMax) to the tune of (254,000.) This left me so devastatedleft me depressed at my lowest point. Myselfmy family almost became homeless because i invested all my life savingseven took more loans to invest with the scammers. I laid my complaint in a comment sections of people who have been scammed of their money crypto, the group admin referred me to a Real life HackerRecovery Wizard. They asked me about the transaction detailsevery proof that i had made transactions with, This cryptocurrency recovery agency saved my life by helping me recover all my losses in just 6 days. I was filled with joy once I got my coins back, Here is his contact info if anyone also need his help. Email: jamesmckaywizard at gmail dot com Wha tsApp +31622647750... |
Cavab: hank you for your offer. If there is an applicant, I will pass on your information. |
|
|
|
|
12.09.2024 |
jamesmckaywizard@gmail.com Ms.Simone |
Sual: I have worked with Mr. James Mc Kay Wizard quite a number of timesthey have never disappointed me. They helped me monitmy Husband phone when I was gathering evidence during the divorce. I got virtually every information he has been hiding over the months easily on my own phone: the spy app diverted all his WhatsApp, Facebook, text messages, sentreceived through the phone: I also got his phone callsd messages. he could not believe his eyes when he saw the evidence because he had no idea he was hacked. they do all types of mobile hackscomputer hacks, you get unrestrictedunnoticeable access to your partnerspouseanybody’s social ac, email, E.T.C Getting the job done is as simple as sending an email to jamesmckay wizard at gmail dot com WhatsApp +31622647750. |
Cavab: hank you for your offer. If there is an applicant, I will pass on your information. |
|
|
|
|
23.08.2024 |
Əsmətxanım Rzazadə |
Sual: Salam. Hasvet Bakü - Beynəlxalq Heyvan Xəstəxanasında insanları soymaqla məşğuldurlar. Heyvanı apardıqda hər hansı prosedur üçün qiymət əvvəlcədən deyilmir qeydiyyat şöbəsində oturan xanımlar deyirlər ki, “doktsistemə işləsin sonra qiymət bilinəcək”. Və sonda kassaya yaxınlaşanda elə astronomik qiymət deyirlər ki, adamın əli üzündə qalır.Bir neçə gün öncə pişiyimi sözügedən klinikasa əməliyyat etdirmişəm. 3 gün sonra iynə vurdurmağa apardım və əməliyyat sarğısının dəyişiləcəyini dedilər, həkim gəldi, sarğı dəyişdi, buna görə ödəniş alınacağı mənə öncədən bildirilmədi. Və iynələr vuruldu. Sonda kassaya yaxınlaşdım ki, iynələrin ödənişini edim (iki iynə 9 manat edirdi) mənə 40 manat ödənməli olduğu deyildi. Bu nəyin qiymətidir deyə soruşduqda dedilər ki, həkim sarğını dəyişib onun puludur. Bu öncədən gələn şəxsə bildirilməli deyilmi?Həmçinin digər prosedurlar zamanı da müştəriyə qiymət deyilmir. Sonda kassada qiyməti deyirlər. Və bu absurd qiyməti necə qoyduqları məlum detil, çünki pulu alıb müştəriyə heç bir çek vermirlər, yalnız kartla ödəniş etdikdə terminaldan çıxarılan kağızı verirlər. Lütfən bu məsələ ilə bağlı tədbir görülsün. |
Cavab: Salam. Ətraflı ərizə yazın, istəyinizi dəqiq ifadə edın mümkün köməkliyi edim. |
|
|
|
|
23.08.2024 |
Əsmətxanım Rzazadə |
Sual: Salam. Hasvet Bakü - Beynəlxalq Heyvan Xəstəxanasında insanları soymaqla məşğuldurlar. Heyvanı apardıqda hər hansı prosedur üçün qiymət əvvəlcədən deyilmir deyirlər dokysistemə işləsin bilinəcək. Və kassaya yaxənlaşanda sonda elə astronomik qiymət deyirlər ki, adamən əli üzündə qalır. Bununla bağlı hansı quruma müraciət edə bilərəm? |
Cavab: |
|
|
|
|
20.08.2024 |
Fidan Adishirinli |
Sual: Kontakt home saytı üzərindən məhsul sifariş etmişəm. Saytda məhsulun üzərində ikinci bir həddiyyə məhsulda var idi. Lakin evə çatdırılma zamanı ikinci ( həddiyyə) olan məhsul çatdırılmadı. Yenidən yoxladım sayt üzərindən bu kompaniya hələ də keçərli idi. Məhsul stokda mövcud idi. Haqqım olaraq məhsulu saytda görüb sifariş etdiyim şəkildə tələb edirəm. Lakin qarşı tərəf bundan boyun qaçırır |
Cavab: Məsləhət: 012 5997600/82/83( və ya 195) telefonnu ilə dövlət orqanına şikayət edin və ya Normal ərizə yazın,fləş Kartda gətirin ofisə (D.Əliyeva 239,saat 9.30--12 arası) Sizin iştirakınızlzla z edim çalışım danşıq yolu ilə həll edim,əks halda ərizəni dövlət orqanlarına göndərəcəm.
|
|
|
|
|
30.07.2024 |
Aybeniz Semedova |
Sual: Salam biz Emiliana divar kagizlari magazasindan Swiss Lake adli su esasli divar boyasi alib 11.07.2024tarixinde divara vurdurmusuq .ustunden 19gun kecib otaqdan dözulmez ufunet iyi cekilmir, divar iylenir.biz bununla bagli magazaya muraciet etmisik demisik gelin ozunuz eve baxis kecirin.lakun gelen olmayib .bu gun yene zeng etdim veziyyeti aciqladim evvel dediler problem deyil biz sizin pulunuzu qaytaracagiq,sonra dediler unvani deyin gelek baxaq gorum düz deyirsiz?!eger tesdiqlesek pulunuzu geri vereceyik.bizim meselemiz nece hell oluna biler?zehmet olmasa buze izah ederdiz. |
Cavab: Məsləhət: 012 5997600/82/83( və ya 195) telefonnu ilə dövlət orqanına şikayət edin və ya Normal ərizə yazın,fləş Kartda gətirin ofisə (D.Əliyeva 239,saat 9.30--12 arası) Sizin iştirakınızlzla z edim çalışım danşıq yolu ilə həll edim,əks halda ərizəni dövlət orqanlarına göndərəcəm.
|
|
|
|
|
27.07.2024 |
Azər Mirzəyev |
Sual: Salam. "Safir Parfum"-dən 360 manata orijinal adı ilə atir aldım. Açdıqdan sonra məlum oldu ki saxtadır. Məhsulu saxta olduğu üçün qaytarıram amma satıcı iddiamı qəbul etmir. Qanunda ətir açıldıqdan sonra qaytarılmır, bilirəm. Amma burda orijinal adı ilə saxta mal satılıb, bu halda qaytarılmalı deyil?Saxta olduğunu da sübut edirəm. Bu halda nə etmək lazımdır? |
Cavab: Salam. NK-nin haqsız bir qərarına görə qaytarılmır.Əgər ətirin saxta olduğunu sübut edə bilirsinizsə, bunu əsaslandıran ərizə yazın kompüterdə, gətirin bizim ofisə, malı da gətirin çalışım kömək edim.Mənimlə telefon əlaqəsi də saxlasanız pis olmaz. 0124498995 |
|
|
|
|
18.07.2024 |
Minarə Bəşirova |
Sual: Salam mən duxu aldım Duty Free mehsulu kimi satıblar,alandan sonra,qutunu acdım ve anladımki aladadıldım,mən bu məxsulu qaytara bilərəm?Pulu karta atmışdım.Təşəkkürlər. |
Cavab: Əfsus ki, NK-nin 114 saylı qərarına görə parfümeriya malları, qaytarılmır və dəyişdirilmir |
|
|
|
|
08.07.2024 |
Cəlal İskəndərov |
Sual: Salam Qnet şirketinin biznes planına qosulmuşam bilmek isteyiremki bu şirket ölkemizde qanuni fealiyyet gosterir ? |
Cavab: Qanuni fəaliyyət göstərir,amma düşünməyin ki, uğurlu bir işə qoşulmusunuz! |
|
|
|
|
16.06.2024 |
Xalisə Qəhrəmanova |
Sual: Salam.Mən ayaqqabı aldım,bir gün geyindim ucu qopdu, altı yeyildi,kartla ödəniş etdim.Kartdan-karta atmaq olur dedilər elə ödədim,amma çəkdə vermədilər.Mən qaytarma istəyirəm nəsə qaytarmırıq desələr nə edim? |
Cavab: Məsləhət: 012 5997600/82/83( və ya 195) telefonnu ilə dövlət orqanına şikayət edin və ya Normal ərizə yazın,fləş Kartda gətirin ofisə (D.Əliyeva 239,saat 9.30--12 arası) Sizin iştirakınızlzla z edim çalışım danşıq yolu ilə həll edim,əks halda ərizəni dövlət orqanlarına göndərəcəm.
|
|
|
|
|
11.06.2024 |
İlqar Memmedov |
Sual: Salam.Men 10.6.24 kontakt home-dan et çeken maşın aldim Kenwood 250 manata,yoxladım çox pis çekir,geri qaytarmaq istedim,deyirler apar itiletdir işleyecek,eğer işlemese deyişerik,eğer o da yaxşı olmasa bizde qaytarılma yoxdu.Men ne etmeliyem? |
Cavab: Məsləhət: 012 5997600/82/83( və ya 195) telefonnu ilə dövlət orqanına şikayət edin və ya Normal ərizə yazın,fləş Kartda gətirin ofisə (D.Əliyeva 239,saat 9.30--12 arası) Sizin iştirakınızlzla z edim çalışım danşıq yolu ilə həll edim,əks halda ərizəni dövlət orqanlarına göndərəcəm.
|
|
|
|
|
01.06.2024 |
Salam Qədirov |
Sual: Salam. Mən 2 gün öncə Fox Optikadan eynək aldım. Gözlərim orda yoxlanıldı və eynək sifarişlə hazırlandı. 1 günlük istifadədən sonra gözümə uyğun olmadığını anladım. Şəxsə özəl hazırlanır deyə əmin deyiləm, öyrənmək istəyirdim eynəyi qaytarıb tam ödənişi geri ala bilərəm ya yox? İndidən təşəkkürlər! |
Cavab: Məsləhət: 012 5997600( və ya 195) telefonnu ilə dövlət orqanına şikayət edin və ya Normal ərizə yazın,fləş Kartda gətirin ofisə (D.Əliyeva 239,saat 9.30--12 arası) Sizin iştirakınızlzla z edim çalışım danşıq yolu ilə həll edim,əks halda ərizəni dövlət orqanlarına göndərəcəm.
|
|
|
|
|
01.06.2024 |
Zəhra Zəhra |
Sual: Salam. Mən may ayının 1-i 28 may ərazisində yerləşən öz parçalarını özləri istehsal edən Suzanni Baku Textile (yaxud digər adı ilə Atlas Baku Textile) adlı mağazadan 110 manat dəyərində alış etmişdim. Satın aldığım parçaların hamısına yaş halda ütü dəyən kimi rəngləri çıxdı və qarışdı bir-birinə. Qarşı tərəfə mənim zərərimi kompensasiya etmələri ilə bağlı dəfələrlə müraciət etdim. Lakin, dedilər ki, get kimə istəyirsən şikayət et. Alış zamanı saxtakarlıq edərək çeki də təqdim etmədən, paketin içinden götürübler. Məncə heç kassaya da vurmadılar satışı. Bununla bağlı vergi organına şikayət etmişəm. Əlimdə hal-hazırda bu mağazanın logosunu daşıyan parçalar və bank apilkasiyası vasitəsi ilə kartlarına etdiyim ödənişin çeki var. Siz bu barədə mənə kömək edə bilərsiniz? |
Cavab: Məsləhət: 012 5997600( və ya 195) telefonnu ilə dövlət orqanına şikayət edin və ya Normal ərizə yazın,fləş Kartda gətirin ofisə (D.Əliyeva 239,saat 9.30--12 arası) Sizin iştirakınızlzla z edim çalışım danşıq yolu ilə həll edim,əks halda ərizəni dövlət orqanlarına göndərəcəm.
|
|
|
|
|
29.05.2024 |
Babek Atakisiyev |
Sual: Salam. Men 36 gun evvel chevrolet babek filialindan 2023ci il model yeni (sifir yurus)chevrolet malibu masini almisam. Bugun masini cilalamaga aparanda dedilerki masinin bir detali daha deqiq desek qapisi sonradan renglenib. Men indi ne etmeliyem. |
Cavab: Salam. Mənə z edin danşaq, çalşıb kömək edəcəm.0124412833;0124498995 saat 12-yə qədər |
|
|
|
|
23.05.2024 |
Eldar Əliyev |
Sual: Salam,Dünən Əhmədli qəsəbəsi General Şıxlinski küçəsində yerləşən AZZA şəbəkə mağazasından qatıq məhsulu alarkən son istifadə tarixinə baxmamışam.Evdə baxanda gördümki məhsulun istifadə müddəti 21-05-2024 bitir.Təxmini məhsulu aldıqdan 10-15 dəqiqə sonra geri qaytarmaq istədim.Lakin mağaza işçiləri geri götümədilər.Bu nədərəcədə düzgündür?Salam,aydınlıq gətirmək istəyirəm məhsul alınanda tarix 20-05-2024 idi.Yəni məhsulun bitmə müddətinə 1 gün qalmışdır 2-ci sual:Nə səbəbə geri qaytaranda qəbul edilmir?Əsas gətirlər ki,süd məhsulu mağazadan çıxandan sonra geri qaytarmaq olmaz.Fərq etmir 1-5 dəqiqqə keçsə belə.Əsas gətirirlər Nazirlər Kabinetininin qərarı var sözü gedən məsələ ilə bağlı.Doğrudur?Öncədən təşəkkür. |
Cavab: Salam. Yararlılıq vaxtına hələ bir gün varsa və başqa səbəb yoxsa, malı geri qaytarmaya bilərlər. Təssüf ki, NK-nin qeyd olunan məzmunda qərari var.(21.05.1998, qərar 114,bənd 12) |
|
|
|
|
21.05.2024 |
Eldar Əliyev |
Sual: Salam,Dünən Əhmədli qəsəbəsi General Şıxlinski küçəsində yerləşən AZZA şəbəkə mağazasından qatıq məhsulu alarkən son istifadə tarixinə baxmamışam.Evdə baxanda gördümki məhsulun istifadə müddəti 21-05-2024 bitir.Təxmini məhsulu aldıqdan 10-15 dəqiqə sonra geri qaytarmaq istədim.Lakin mağaza işçiləri geri götümədilər.Bu nədərcə düzgündür? |
Cavab: Qanunla belə məhsulu satmaq qadağandır!Mütləq 1003 telefonu ilə Qida Agentliyinə z edib məlumat verin,tələb edin ki,orada yoxlama keçirsinlər və malı qaytarsinlar.Nəticəsi olacaqdır! |
|
|
|
|
15.05.2024 |
Arzu Qurban |
Sual: Salam. Men 11.05.2024 tarixinde Yasamal mega sop univermaqda kostyum aldım. İstifadə olunmayıb, bütün etiketleri üzərindədir. Qaytarmaq isteyirem. Bildirirlerki malı 1 gün erzinde qaytarmaq , 14 gün erzinde ise deyişmek olar ancaq. Düzdürmü? |
Cavab: Məsləhət: 012 5997600( və ya 195) telefonnu ilə dövlət orqanına şikayət edin və ya Normal ərizə yazın,fləş Kartda gətirin ofisə (D.Əliyeva 239,saat 9.30--12 arası) Sizin iştirakınızlzla z edim çalışım danşıq yolu ilə həll edim,əks halda ərizəni dövlət orqanlarına göndərəcəm.
Sizin 14 gün müddətində qytarmaq hüququnuz var |
|
|
|
|
09.05.2024 |
Zamiq Selimov |
Sual: Salam.Fiber optik internet cekilib 40mb.ama o suret temin olunmur. Demek olar ki islemir.sikayet edirsen baxan yoxdu. Basqa hara sikayet ede bilereem |
Cavab: Məsləhət: 012 5997600( və ya 195) telefonnu ilə dövlət orqanına şikayət edin və ya Normal ərizə yazın,fləş Kartda gətirin ofisə (D.Əliyeva 239,saat 9.30--12 arası) Sizin iştirakınızlzla z edim çalışım danşıq yolu ilə həll edim,əks halda ərizəni dövlət orqanlarına göndərəcəm. |
|
|
|
|
14.04.2024 |
Fəridə Əliyeva |
Sual: Salam, Mən dünən restoranda rezervasiyam olmasına baxmayaraq rezerv etdiyim masada əyləşməyimə icazə verilmədi. Girişdə çay yoxsa yemək olacağını soruşub buna əsasən qərar verildi ki orada əyləşə bilmərəm. və orda mənə bu məlumat verildi. Sonradan menyuda olan fincan çay və desert sifariş etmək istədim. Ancaq çayın fincan şəklində sadəcə yeməkdən sonra verdiklərini dedilər və çayı set şəklində təklif etdilər. əks təqdirdə çay almaq olmazmış. bu menyuda və ya resotan səhifəsində yazılmayıb. Məcbur qalıb əyləşdiyim məkandan qalxdım və bütün planım pozuldu. mən bununla bağlı restoranı hara şikayət edə bilərəm? |
Cavab: Məsləhət: 012 5997600( və ya 195) telefonnu ilə dövlət orqanına şikayət edin və ya Normal ərizə yazın,fləş Kartda gətirin ofisə (D.Əliyeva 239,saat 9.30--12 arası) Sizin iştirakınızlzla z edim çalışım danşıq yolu ilə həll edim,əks halda ərizəni dövlət orqanlarına göndərəcəm. |
|
|
|
|
03.04.2024 |
Alya Aleskerova |
Sual: Salam. İngilis dili kursuna yazılmamışdan əvvəl məndən 20 azn depozit alındı. Endirim günü idi deyə. Kursa başlamamışdım, və bildirmişdim ki, hələ başlamıyacam. Və 3 gün sonra kursa getməkdən imtina etdim. Depozitimi isə qaytarmaqdan imtina edirlər. Səbəb olaraq ödənişlər geri qaytarılmır dedilər. Balaca tədris müqaviləsi verilib. Burada yalnız qeyd olunub ki, tədris məşğələsi üçün ödənilən məbləğ geri qaytarılmır. Mən isə depozit ödəmişəm. Və öz pulumu geri istəyirəm. Buna haqqları çatmır. Mən necə edə bilərəm? |
Cavab: Məsləhət: 012 5997600( və ya 195) telefonnu ilə dövlət orqanına şikayət edin və ya Normal ərizə yazın,fləş Kartda gətirin ofisə (D.Əliyeva 239,saat 9.30--12 arası) Sizin iştirakınızlzla z edim çalışım danşıq yolu ilə həll edim,əks halda ərizəni dövlət orqanlarına göndərəcəm. |
|
|
|
|
01.04.2024 |
Nigar Əliyeva |
Sual: Salam. Mən 3 gün əvvəl Salon malları vağazasında Dırnaq üçün kusaçka almışam. Satıcı bildirdi ki, manikur alətləri qaytarılmır, nədəki dəyişdirlmir, lakin onu yoxlamadan mənə satdı. Alıb istifadə etdikdən sonra məlum oldu ki, alət tamamilə kütdür. FİRMA aləti olduğuna və qiyməti də ucuz olmadğına görə (25 AZN) mən bu aləti aldım. lakin istifadəyə yararsız çıxdı. İndi mən nə edim. Qaytarılması mümkün deyilsə bu mənim günahındırmı bir istehlakçı kimi xahiş edirəm mənə köməklik göstərəsiniz. |
Cavab: Məsləhət: 012 5997600( və ya 195) telefonnu ilə dövlət orqanına şikayət edin və ya Normal ərizə yazın,fləş Kartda gətirin ofisə (D.Əliyeva 239,saat 9.30--12 arası) Sizin iştirakınızlzla z edim çalışım danşıq yolu ilə həll edim,əks halda ərizəni dövlət orqanlarına göndərəcəm. |
|
|
|
|
|
Sual yaz |
|
1 2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
|
|
|
|
Əmtəə bazarında sağlamlıq üçün təhlükəli qənd satılır, AQTA-nin apardığı işlər davamlı deyil, epizodikdir!
Bu barədə “Azad İstehlakçılar” İctimayi Birliyi (AİİB) 2019-cu ildə araşdırma apararaq cəmiyyətə ətrafli məlumat vermiş,bütün müvafiq Dövlət qurumlarına,o cümlədən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə(AQTA) rəsmi müraciətlər etmiş,Respublika Prokurorluğu,Dövlət Gömrük komitəsi və digər qurumlar tərəfindən müvafiq tədbirlər görülmüş,”kəllə qənd”istehsalı zamanı qəndin ağardılmasında mənşəyi məlum olmayan kimyəvi maddələrdən istifadə etdiyinə görə bir sira qənnadı məmulatlarının istehsali müəssiələrində reydlər kecirilmiş,qanun pozuntuları aşkar edilərək cavabdeh şəxslər həbs olunmuşdur.Eyni zamanda qəndin ağardılmasında istifadə olunan kimyəvi maddəni ölkəyə idxal edən şəxslər cinayət məsuliyyətinə alinmışlar! Bu işlər 2019-cu ildə olmuşdur.
Bəs hazırda vəziyyət necədir?!
Belə ki, AİİB istehlakçılardan daxil olan məlumatlar əsasında bazardakı vəziyyətə nəzər yetirmiş, bir “Kəllə qənd”nümunəsinin akkreditasiya olunmuş laboratoriyada ekspertizasının nəticələrini əldə edərək, insan sağlamlığı üçün təhlükə törədən qəndlərin bazarda geniş şəbəkə ilə satıldığını müəyyən etmişdir.
AİİB tərəfindən aparılmış araşdırmanı bir daha xatırlasaq, məlum olur ki, hazırda da şəkər tozundan kəllə qənd hazırlamaq ücün, əksər kəllə qənd istehsalcıları daha ucuz olan kimyalaşma yolunu secirlər. Xatırladaq ki, şəkər tozundan bəyaz kəllə qənd əldə etmək ücün iki üsul mövcuddur:
1) Şəkər tozu qaynadılır, bişirilir, alınan məhlul qaynatma zamanı sarı rəngə boyandığından, bu məhluldan bəyaz kəllə qənd almaq üçün məhlul bərkiyəndən sonra sarı rəngli kəllə qənd kütlələri, çox böyük firlanma sürətinə malik olan və yüksək məsrəflərlə başa gələn “Sentrafuqa”qurğusuna yerləşdirilir, burda yüksək mərkəzdənqaçma təcilinə məruz qalan kütlələrdən sarı maddə ayrılır və mexaniki yolla tam bəyaz “kəllə qənd” əldə olunur.
2) Qaynadıldıqda sarı rəngə boyanmış şəkər tozu məhluluna kimyəvi maddə-Kükürd dioksid (SO2) əlavə edilr, sarı rəngli məhlul bəyaz rəng alır! Bundan sonra məhlul qəlblərə yerləşdirilib soyudulur və gözlə sarılığı cətinliklə ayird edilə bilən ”bəyaz” kəllə qənd əldə edilir.
SO2 kimyəvi maddəsindən əsasən sənayedə parca ağartma, dəri aşılama, xalca yuma kimi sahələrdə istifadə olunur.
Qeyd edək ki, bütün dünyada gəlir əldə etmək, insan sağlamlığını arxa plana keçirtmə istəkləri, o yerə gətirib cıxarmışdır ki, hətta kimyəvi yolla kəllə qənd istehsalına, bəzi ölkələrdə standartlara da daxil etməklə haqq qazandırmışlar. Məsələn MDB məkanında mövcud olan ГОСТ 33222-2015 standartlarında 1 kq bəyaz kəllə qənddə maximum 15 milli qram kükürd dioksidın ola bilməsi nəzərdə tutulmuşdur (bundan öncə bu sahədə qüvvədə olan ГОСТ 22-94 və ГОСТ 31361-2008 standartlarında isə ümumiyyətlə bu maddənin istifadə edilməsinə icazə verilmir). Ölkəmizdə Tayqa Ticarət”müəssıəsi tərəfindən istehsal olunan və əmtəə bazarında satılan “Dad1” kəllə qənd məmulatının tərkibində laboratorioya tədqiqatı 1 kq məhsulda 70,2 mq kükürd dioksid olduğunu göstərmişdir! Yəni təhlükə normasından 4,6 dəfə (500%-ə yaxın) cox!
AİİB-in araşdırmaları göstərir ki, ölkədə mövcud olan 20-yə qədər “Kəllə qənd” istehsalçısı bəyaz kəllə qənd əldə etmək ücün hazırda kimyəvi üsuldan istifadə edir və təhlükəli kimyəvi maddədən qəndi daha bəyaz etmək ücun bol-bol istifadə edirlər!
İstehlakçıların maraqlarını və sağlamlığını əsas tutan AİİB-birmənalı olaraq istehsalçılar tərəfindən kəllə qəndin ümumiyyətlə mexaniki yolla ağardılmasının həyata keçirilməsini istəyir! Ən pis halda isə ГОСТ 33222-2015 standartlarına əsaslanaraq kəllə qənd istehsal edən sahibkarların fəaliyyətinə dövlət tərəfindən ciddi nəzarət edilməsini və sözü gedən kimyəvi qatqının standartda göstərilən normadan əsla yuxarı keçməməklə istifadəsinə icazə verilməsini tələb edir.
O cümlədən, hansı kəllə qənd istehsalı müəssisəsində mexaniki yolla ağartma həyata keçirilmirsə bu müəssiələrdə mütləq vaxtaşırı yoxlamalar aparılmalı, istehsal nümunələrindən götürülüb laborator analizləri aparılmalı, təhlükəli maddələr aşkar olunarsa və ya qatqılarla bağlı normadan kənara çıxmalar müəyyən olunacaqsa, satışda və anbarlarda olan məhsullar qeri cağrılmalı, ictimaiyyətin gözü önündə və KİV-lərin iştiraki ilə məhv edilməlidir. Bu istək və tələblərlə AİİB, Qida Təhlükəsizliyi Agentliyinə, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Dövlət Gömrük komitəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi müraciətlər etmişdir.
AİİB-in sədri: E.Hüseynov
|
|
daha ətraflı... |
|
Ölkəmizdə malların etiket məlumatları tam yarıtmaz vəziyyətdədir,əsasən İrandan idxal olunan mallar!
İstehlakçı xüsusən ərzaq malları haqqında məlumatı birbaşa malın etiketindən alır!İstehlakcının beynəlxalq və yerli hüquqlarından biri də məhz mal haqqında milli dildə informasiya almaq hüququdur!
“Azad İstehlakçılar” İctimayi Birliyi(AİİB) uzun illərdir ki,ən müxtəlif Dövlət orqanlarına yazılı müraciətlər göndərərək bu məsələnin ,yəni vətəndaşlarımızin milli dildə məlumat alma hüququnun de-fakto olaraq taninması barədə tədbirlərin görülməsinə dair təkliflər versə də,bu məsələ həll olunmadan qalir!
Dövlət Dili Haqqında AR-nin qanununun maddəsi: 7.3. Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır
Istehlakcılarin Hüquqlarının Müdafiəsi Haqqında AR-nın Qanununun 13-cü maddəsi:
Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır.
Nazirlər Kabinetinin 94 saylı qərarı,maddə 5.8.” Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə edilmiş tərcümə ilə də müşayiət olunmalıdır”
Qeyd edək ki,malların milli dildə markalanması məsələsi dünyanın əksər ölkələrində ,hətta Azərbaycandan hər cəhətcə zəif olan Ermənistan və Gürcüstanda belə uzun illərdir ki,tam həyata keçirilsə də ölkəmizdə bu məsələ həll olunmadan qalır.Əlbəttə bu amil,qacaqmal üçün münbit bir şərait yaradır!
İlkin olaraq AİİB malların milli dildə markalanması məsələsini İran İslam Respublikasından idxal olunan ərzaq malları üzərində cəmləşdirməkdən başlamaq niyyətindədir. Cün ki,ən acınacaqlı hal məhz İrandan idxal edilən ərzaq mallarındadır!Əğər Dövlət qurumları qanunun yerinə yetirilməsinə dəstək versə digər çoxsaylı mal və xidmətlərə də keciləcəkdir.24 il ərzində AİİB, BMT-nin beynəlxalq uşaq təşkilatı UNİCEF-in köməyilə yalnəz körpə qidalarının milli dildəmarkalanmasına nail olmuşdur,bu cox azdır! AİİB-n ofisinə istehlakçılar tərəfindən etiraz müraciətləri ilə gətirilən İranda istehsal olunan ərzaq mallarının markalanmasına diqqət yetirdikdə Azərbaycan dilindən başqa digər dillərdə məlumat olduğu görünür,lakin ərzaq malları üçün çox mühüm göstərici olan,istehsal və son istifadə tarixlərinin fars əlifbası ilə yazıldiğını görürük!Şübhəsiz ki,bu istehsalcı tərəfindən bilərəkdən,şüurlu şəkildə edilir ki,malını “Ölməz etsin”,yəni vətəndaşlarımız yararlılıq vaxtı keçmiş malı da alıb istehlak etsinlər!Əlbəttə Azərbaycan istehlakçılarının belə sadəlövhlüklə aldanması səbəbsiz deyil.Əhali ölkəmizdə artıq 3 ildir fəaliyyət göstərən Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) və digər dövlət qurumlarının fəaliyyətinə inanır,düşünür ki,yararlılıq vaxtı keçmiş mal satıla bilməz!Əfsus ki,bu inam özünü doğrultmur və istehlakçıların İran ərzaq mallarından zəhərlənməsinə dair məlumatlar da mövcuddur. Bəzən bu mövzu ilə bağli neqativ halların qarşısını almağa cavabdeh olan dövlət qurumları əməkdaşlarının mediyada pafoslu cıxıçlarına da rast gəlirik,amma “3 müşketyor qanunu” daha uğurla işləyir-birimiz hamimiz ücün,hamımız birimiz üçün - yəni gömrük xeyir-dua verib ölkəyə buraxıbsa vəssalam!
İran ərzaq malları satışı şəbəkələrində ciddi monitoringlərin keçirilməsi,dövlətimizin qanunlarının pozulması ilə ölkəyə idxal olunmuş qeyd olunan nöqsanlı malların satış şəbəkələrindən geri çağrılıb,ictimaiyyətin gözü önündə kütləvi məhv edilməsi,gömrük komitəsində çalışan əməkdaşların diqqətinin bu məsələyə cəlb edilməsinə zərurət yaranmışdir.
Dövlətimizin qanunlarını pozmaqla İran dükanlar şəbəkəsində satışa mal çıxaran 50-dən çox dükan mövcuddur.Bu dükanların bəzilərinin ünvanları:Əsas topdansatış dükanları,Sədərək ticarət mərkəzi,”Lukoyl”YDM-nin yanı(topdan satış),Dərnəgüldə “Elit “TM-nin yaxınlığı(çoxlu sayda),. 1)Bakı şəh.Əsəd Əhmədov 28
2)Xırdalan.texnikumun yaxınlıği.Rahat bazar ilə üzbəüz 3)Maştağa qəs.Savalanın 2-ci girişi 4)Ümid qəs.Laçın məktəbinin qarşısı 5)Neftçala şəh.H.Əliyev pros.Təzə bazar 6)Sahil qəsəbəsi 7)Ballı marketin yaxınlığı050-791-11-12 8)Sumqayıt şəh.2-ci mikr.Rossiya klubunun yanı.777 mağaza 9)Bakı şəh.Sarayevo küç7 10)Binəqədi ray.Xocasən yolu.Netto klubun yanı 11)Gəncə küç.Fujifilmin yanı 12)Əhmədli metrosu çıxışı.Ukrayna dairəsi tərəf 13)Xətai metrosunun arxası.N.Əliyev küç.17 14)Bakı şəh.Fatmayı 15)Hövsan qəs. 16)8 km bazarı.Halal market17)Şirvan şəh.Elite bazarının həyəti18)A.Şərifzadə küç.19519)Dərnəgül qəs.Şır-şır restoranının yanı 20)Xırdalan şəh.Təzə bazarın girişi ilə üzbəüz 21)Nizami metrosunun yanı.Z.Əhmədbəyov küç. 22)Buzovna qəs.Köhnə Polis şöbəsinin yanı 23)Əhmədli metrosu.Məhəmməd Hadi 41 və.s.
AİİB bu məsələni ictımailəşdirməklə bərabər, , Qida Təhlükəsizliyi Agentliyinə, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Dövlət Gömrük komitəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsminə müraciətlər göndərmişdir. Dövlətimizin qanunlarına əməl olunmasında hər bir istehlakcını fəal olmağa cağırırıq və dövlət qurumlarında nəticələr gözləyirik.
AİİB-in sədri: Eyyub Hüseynov
|
|
daha ətraflı... |
|
Press reliz
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə “Azad İstehlakçılar” İctimai Birliyi(AİİB) “Istehlakçılara parça bazar torbalarının paylanılması ilə ekologiyanın qorunmasına dəstək verilməsi” layihəsinin icrası üzrə fəaliyyyətini davam etdirir.
19 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, Alatava 2. ünvanda yerləşən “Araz 20 yanvar Superstore”- da istehlakçılara 150 ədəd parça materialdan tikilmiş bazar çantaları təmənnasız olaraq paylanıldı. Onlara həmçinin ekologiyanın qorunmasına,plastik taralardan imtinaya, qida təhlükəsizliyinə və ştrix koda dair məlumatlar da paylanıldı. İstehlakçılarda parça sumkalara böyük maraq oldu. Tədbirin sonunda çantaların paylanılmasına dair akt tərtib edildi. Eyni zamanda müəyyən istehlakçıların fotosu da çəkildi. Tədbirə dair press reliz hazırlanaraq KİV-lərə göndərildi. Tədbirimiz davam |
|
daha ətraflı... |
|
“Azad İstehlakçılar”
İctimai Birliyi M: +99450 341 62 25
17 avqust 2020-ci il.
Press reliz
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə “Azad İstehlakçılar” İctimai Birliyi (AİİB) “Istehlakçılara parça bazar torbalarının paylanılması ilə ekologiyanın qorunmasına dəstək verilməsi” layihəsinin icrası üzrə fəaliyyyətini davam etdirir.
17 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 60. ünvanda yerləşən “Bolmart” Supermarketdə istehlakçılara 150 ədəd parça materialdan tikilmiş bazar sumkaları təmənnasız olaraq paylanılmışdır. İstehlakçılara həmçinin qida təhlükəsizliyinə və ştrix koda dair məlumatlar da paylanılmışdır. İstehlakçılar böyük həvəslə həmin sumkaları götürürdülər. Tədbirin sonunda sumkaların paylanılmasına dair akt tərtib edildi. Eyni zamanda müəyyən istehlakçıların fotosu da çəkildi.Tədbirimiz davam edəcək. |
|
daha ətraflı... |
|
|