|
|
|
Be |
Ça |
Ç |
Ca |
C |
Ş |
B |
| | | | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
|
|
|
|
|
|
|
Bu gün ziyarətçilər: (69) |
|
Dunen ziyarətçilər: (75) |
|
Bu gün səhifə baxışı: (180) |
|
Dünən səhifə baxışı: (130) |
|
|
|
Şikayət və təkliflər kitabı / Gündəlik yazılı şikayətlər / Kontakt Home |
|
Azad İstehlakçılar Birliyinin Sədri
Eyyub Hüseynov cənablarına
Abşeron rayonu, Masazır
qəsəbəsi ev N 4 ünvanında
yaşayan Tağıyeva Fidan Pərviz
tərəfindən 0503356739
ƏRİZƏ
Yazıb sizə bildirirəm ki, mən Tağıyeva Fidan Pərviz qızı 20.10.2021 tarixində “Kontakt Home” mağazalar şəbəkəsinin Kontakt Home 7 (20 Yanvar) ünvanında yerləşən filialından 353175864679744 İMEİ kodlu iPhone 12 PRO MAX 256 GB – GOLD telefonunu 500 AZN ilkin ödəniş etməklə 6 aylıq faizsiz kreditə götürmüşəm. Aylıq 455 AZN ödəyirəm, telefonun ümumi dəyəri 3230 AZN-dir. Kontakt Home tərəfindən zəmanət talonu verilmədi. Satıcı telefonu təriflədi və yoxlamağa ehtiyac olmadığını bildirdi. Məndə dərsə tələsdiyim üçün satıcının sözlərinə inanıb telefonu götürüb mağazanı tərk etdim.
Alan kimi dərhal qıraqdan görünməyən (qaramtıl) qoruyucu şüşə üzlük çəkdirdim. Evə gələndən sonra telefonu yandırıb istifadə etməyə başlayanda ön kamerasının təmiz çəkmədiyini gördüm, amma yoldaşım səbəbinin qoruyucu şüşənin rəngi olduğunu dedikdən sonra mən də “Bu telefona bu qədər pul verirəm, yəqin kamerası pis olmaz, səbəb şüşədir” düşüncəsi ilə aparıb qaytarmadım. Ödənişləri vaxtı-vaxtında edir, bəzən erkən edirdim.
Amma təəssüf ki, 2022-ci ilin fevral ayının sonlarında qoruyucu şüşəni çıxardıqdan sonra çox böyük məyusluq yaşadım! Telefon, həqiqətən də, bulanıq çəkir! Satıcı məni aldatmışdır. Rənglər solğundur və şəkil dəqiq cizgiləri bildirmir! Qeyd edim ki, bu vaxta qədər ön kamera mənim üçün elə də böyük bir əhəmiyyət kəsb etmirdi, yeni başladığım işdə bu ön kamera zəruri olduğu üçün əvvəl qoyduğum üzlüyü çıxardım, kameranın pis çəkdiyini hiss etdim. Mənim isə dərslərim ön kamera ilə çəkdiyim videolara əsaslanır deyə, bunun həllolunmaz bir problem olduğunu dərk edərək, daha da məyus oldum.
Telefondakı nöqsanı aşkarladıqdan sonra çox böyük ümidlərlə atıcıya müraciət etdim, iradımı bildirdim, telefonun ya dəyişdirilməsini, ya da ödədiyim pulun qaytarılmasını xahiş etdim. Satıcı bildirdi ki, Kontakt Home-un Velotrekin yanında yerləşən servisinə müraciət etməliyəm. Servis diaqnostika etdikdən sonra problem aşkar olunarsa, telefonun yenisi ilə əvəzlənəcəyini bildirdi. Əmin idim ki, istənilən iPhone 12 PRO MAX modeli ilə müqayisə olunsa, fərq özünü büruzə verəcək (çünki evdə özüm əmim qızının telefonu ilə yoxlamışdım, fərq dərhal gözə çarpırdı).
02.03.2022 tarixində telefonu Velotrekin yanında yerləşən servisə gedib, şikayətimi bildirdim, telefonun təzə telefonla dəyişdirilməsini və ya ödədiyim pulun qaytarılmasını xahiş etdim. Özlərində iPhone yoxlanışının mümkün olmadığını, Alma Store-a göndərəcəklərini bildirdilər. Telefon məndən təhvil alındı. Bir həftə sonra servisə çağırıldıqda Alma Store-un rəyini görüb bir daha məyus oldum: Cihaz açılmadan diaqnostika olundu və problem aşkar olunmadı- sənədə belə yazılmışdı.
Dərhal yaxınlıqdakı Kontakt mağazasına getdim, rəsmi servis tərəfindən müsbət rəy gəlib deyə heç nə edə bilməyəcəklərini dedilər. Təklif etdim ki, ayrı bir iPhone 12 PRO MAX gətirsinlər, müqayisə edək; 8 Mart endirimləri ilə əlaqədar müştəri çoxdur deyib, məni “yola verdilər”, başqa sözlə, başlarından rədd etdilər. Əsəbiləşib evə gəldim. Əmim qızının da telefonu ilə, öz telefonumla da şəkil çəkib birləşdirdim, 13 mart tarixində Kontakt Home mağazasının 28 Mall ilə üzbəüz filialına gedib satıcılara göstərdim, fərqi görüb təəccübləndilər. Müqayisə üçün ayrı bir telefon gətirdilər və fərq olduğunu özləri də etiraf etdilər. Proqramistə də yoxlatdılar, düzəldə bilmədilər, yenə tələb etdim ki, telefon dəyişdirilsin və ya qaytarılsın, amma tələbimə əməl olunmadı! Bildirdilər ki, rəsmi servis problem aşkarlamadığı üçün əllərindən heç nə gəlmir.
Bəs mən indi nə edim? İşim üçün həyati əhəmiyyət daşıyır deyə birotaqlı mənzilin ilkin ödənişinin dəyərində bu telefonu sırf rəsmi servis problem yoxdur deyib deyə yenisi ilə əvəz edə bilmərəm? Bu çox böyük ədalətsizlikdir! Şübhəsiz ki, satış şəbəkəsi ilə servis xidməti əlbirdir. Telefonumun yenisi ilə əvəz olunmasını, stokda yoxdursa (Apple şirkəti iPhone 12 modellərinin istehsalını dayandırıb), tamamən eyni qiymətə olan, daha az yaddaşlı (128GB) iPhone 13 PRO MAX modeli ilə əvəzlənməsini tələb edirəm. Mən 10 ilə yaxındır bu mağazadan alış-veriş edirəm və ailəmə də, ətrafıma da daim məsləhət görüb burdan məhsul almalarına vəsilə olmuşam, bu yaşadığım stressdir təşəkkür? Bu məsələ ədalətli həll olunmazsa, qeyd olunan mağazalar şəbəkəsi barədə bütün sosial şəbəkələrdə məlumatlar yayacam ki, heç kim bu şəbəkədən alış-veriş etməsin, çünki insanları aldadırlar, pulunu aldıqdan sonra problemi dinləmək istəmirlər. Bu qədər pulun ziyan olmasına göz yuma bilmərəm, istirahət günü nədir bilmədən dərslər keçirəm mən aylıq ödənişi ödəmək üçün!
Cənab Eyyub bəy, Azad İstehlakçılar Birliyinin haqlarımın bərpa olunmasına yardım etməsini diləyirəm, telefon ya eyni markalı qüsursuz təzə telefonla dəyişdirilsin, ya da ödədiyim 2320 AZN məbləği mənə qaytarılsın, bu ərizəm barədə müvafiq dövlət orqanlarına və KİV-lərə məlumat verilsin ki, alıcılar bu şəbəkədə aldadılmasınlar.
İmza: Tağıyeva Fidan Pərviz qızı, 18.03.2022 AIIB-in saytı:www.consumer-aib.az
|
|
|
Əmtəə bazarında sağlamlıq üçün təhlükəli qənd satılır, AQTA-nin apardığı işlər davamlı deyil, epizodikdir!
Bu barədə “Azad İstehlakçılar” İctimayi Birliyi (AİİB) 2019-cu ildə araşdırma apararaq cəmiyyətə ətrafli məlumat vermiş,bütün müvafiq Dövlət qurumlarına,o cümlədən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə(AQTA) rəsmi müraciətlər etmiş,Respublika Prokurorluğu,Dövlət Gömrük komitəsi və digər qurumlar tərəfindən müvafiq tədbirlər görülmüş,”kəllə qənd”istehsalı zamanı qəndin ağardılmasında mənşəyi məlum olmayan kimyəvi maddələrdən istifadə etdiyinə görə bir sira qənnadı məmulatlarının istehsali müəssiələrində reydlər kecirilmiş,qanun pozuntuları aşkar edilərək cavabdeh şəxslər həbs olunmuşdur.Eyni zamanda qəndin ağardılmasında istifadə olunan kimyəvi maddəni ölkəyə idxal edən şəxslər cinayət məsuliyyətinə alinmışlar! Bu işlər 2019-cu ildə olmuşdur.
Bəs hazırda vəziyyət necədir?!
Belə ki, AİİB istehlakçılardan daxil olan məlumatlar əsasında bazardakı vəziyyətə nəzər yetirmiş, bir “Kəllə qənd”nümunəsinin akkreditasiya olunmuş laboratoriyada ekspertizasının nəticələrini əldə edərək, insan sağlamlığı üçün təhlükə törədən qəndlərin bazarda geniş şəbəkə ilə satıldığını müəyyən etmişdir.
AİİB tərəfindən aparılmış araşdırmanı bir daha xatırlasaq, məlum olur ki, hazırda da şəkər tozundan kəllə qənd hazırlamaq ücün, əksər kəllə qənd istehsalcıları daha ucuz olan kimyalaşma yolunu secirlər. Xatırladaq ki, şəkər tozundan bəyaz kəllə qənd əldə etmək ücün iki üsul mövcuddur:
1) Şəkər tozu qaynadılır, bişirilir, alınan məhlul qaynatma zamanı sarı rəngə boyandığından, bu məhluldan bəyaz kəllə qənd almaq üçün məhlul bərkiyəndən sonra sarı rəngli kəllə qənd kütlələri, çox böyük firlanma sürətinə malik olan və yüksək məsrəflərlə başa gələn “Sentrafuqa”qurğusuna yerləşdirilir, burda yüksək mərkəzdənqaçma təcilinə məruz qalan kütlələrdən sarı maddə ayrılır və mexaniki yolla tam bəyaz “kəllə qənd” əldə olunur.
2) Qaynadıldıqda sarı rəngə boyanmış şəkər tozu məhluluna kimyəvi maddə-Kükürd dioksid (SO2) əlavə edilr, sarı rəngli məhlul bəyaz rəng alır! Bundan sonra məhlul qəlblərə yerləşdirilib soyudulur və gözlə sarılığı cətinliklə ayird edilə bilən ”bəyaz” kəllə qənd əldə edilir.
SO2 kimyəvi maddəsindən əsasən sənayedə parca ağartma, dəri aşılama, xalca yuma kimi sahələrdə istifadə olunur.
Qeyd edək ki, bütün dünyada gəlir əldə etmək, insan sağlamlığını arxa plana keçirtmə istəkləri, o yerə gətirib cıxarmışdır ki, hətta kimyəvi yolla kəllə qənd istehsalına, bəzi ölkələrdə standartlara da daxil etməklə haqq qazandırmışlar. Məsələn MDB məkanında mövcud olan ГОСТ 33222-2015 standartlarında 1 kq bəyaz kəllə qənddə maximum 15 milli qram kükürd dioksidın ola bilməsi nəzərdə tutulmuşdur (bundan öncə bu sahədə qüvvədə olan ГОСТ 22-94 və ГОСТ 31361-2008 standartlarında isə ümumiyyətlə bu maddənin istifadə edilməsinə icazə verilmir). Ölkəmizdə Tayqa Ticarət”müəssıəsi tərəfindən istehsal olunan və əmtəə bazarında satılan “Dad1” kəllə qənd məmulatının tərkibində laboratorioya tədqiqatı 1 kq məhsulda 70,2 mq kükürd dioksid olduğunu göstərmişdir! Yəni təhlükə normasından 4,6 dəfə (500%-ə yaxın) cox!
AİİB-in araşdırmaları göstərir ki, ölkədə mövcud olan 20-yə qədər “Kəllə qənd” istehsalçısı bəyaz kəllə qənd əldə etmək ücün hazırda kimyəvi üsuldan istifadə edir və təhlükəli kimyəvi maddədən qəndi daha bəyaz etmək ücun bol-bol istifadə edirlər!
İstehlakçıların maraqlarını və sağlamlığını əsas tutan AİİB-birmənalı olaraq istehsalçılar tərəfindən kəllə qəndin ümumiyyətlə mexaniki yolla ağardılmasının həyata keçirilməsini istəyir! Ən pis halda isə ГОСТ 33222-2015 standartlarına əsaslanaraq kəllə qənd istehsal edən sahibkarların fəaliyyətinə dövlət tərəfindən ciddi nəzarət edilməsini və sözü gedən kimyəvi qatqının standartda göstərilən normadan əsla yuxarı keçməməklə istifadəsinə icazə verilməsini tələb edir.
O cümlədən, hansı kəllə qənd istehsalı müəssisəsində mexaniki yolla ağartma həyata keçirilmirsə bu müəssiələrdə mütləq vaxtaşırı yoxlamalar aparılmalı, istehsal nümunələrindən götürülüb laborator analizləri aparılmalı, təhlükəli maddələr aşkar olunarsa və ya qatqılarla bağlı normadan kənara çıxmalar müəyyən olunacaqsa, satışda və anbarlarda olan məhsullar qeri cağrılmalı, ictimaiyyətin gözü önündə və KİV-lərin iştiraki ilə məhv edilməlidir. Bu istək və tələblərlə AİİB, Qida Təhlükəsizliyi Agentliyinə, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Dövlət Gömrük komitəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi müraciətlər etmişdir.
AİİB-in sədri: E.Hüseynov
|
|
daha ətraflı... |
|
Ölkəmizdə malların etiket məlumatları tam yarıtmaz vəziyyətdədir,əsasən İrandan idxal olunan mallar!
İstehlakçı xüsusən ərzaq malları haqqında məlumatı birbaşa malın etiketindən alır!İstehlakcının beynəlxalq və yerli hüquqlarından biri də məhz mal haqqında milli dildə informasiya almaq hüququdur!
“Azad İstehlakçılar” İctimayi Birliyi(AİİB) uzun illərdir ki,ən müxtəlif Dövlət orqanlarına yazılı müraciətlər göndərərək bu məsələnin ,yəni vətəndaşlarımızin milli dildə məlumat alma hüququnun de-fakto olaraq taninması barədə tədbirlərin görülməsinə dair təkliflər versə də,bu məsələ həll olunmadan qalir!
Dövlət Dili Haqqında AR-nin qanununun maddəsi: 7.3. Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır
Istehlakcılarin Hüquqlarının Müdafiəsi Haqqında AR-nın Qanununun 13-cü maddəsi:
Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır.
Nazirlər Kabinetinin 94 saylı qərarı,maddə 5.8.” Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə edilmiş tərcümə ilə də müşayiət olunmalıdır”
Qeyd edək ki,malların milli dildə markalanması məsələsi dünyanın əksər ölkələrində ,hətta Azərbaycandan hər cəhətcə zəif olan Ermənistan və Gürcüstanda belə uzun illərdir ki,tam həyata keçirilsə də ölkəmizdə bu məsələ həll olunmadan qalır.Əlbəttə bu amil,qacaqmal üçün münbit bir şərait yaradır!
İlkin olaraq AİİB malların milli dildə markalanması məsələsini İran İslam Respublikasından idxal olunan ərzaq malları üzərində cəmləşdirməkdən başlamaq niyyətindədir. Cün ki,ən acınacaqlı hal məhz İrandan idxal edilən ərzaq mallarındadır!Əğər Dövlət qurumları qanunun yerinə yetirilməsinə dəstək versə digər çoxsaylı mal və xidmətlərə də keciləcəkdir.24 il ərzində AİİB, BMT-nin beynəlxalq uşaq təşkilatı UNİCEF-in köməyilə yalnəz körpə qidalarının milli dildəmarkalanmasına nail olmuşdur,bu cox azdır! AİİB-n ofisinə istehlakçılar tərəfindən etiraz müraciətləri ilə gətirilən İranda istehsal olunan ərzaq mallarının markalanmasına diqqət yetirdikdə Azərbaycan dilindən başqa digər dillərdə məlumat olduğu görünür,lakin ərzaq malları üçün çox mühüm göstərici olan,istehsal və son istifadə tarixlərinin fars əlifbası ilə yazıldiğını görürük!Şübhəsiz ki,bu istehsalcı tərəfindən bilərəkdən,şüurlu şəkildə edilir ki,malını “Ölməz etsin”,yəni vətəndaşlarımız yararlılıq vaxtı keçmiş malı da alıb istehlak etsinlər!Əlbəttə Azərbaycan istehlakçılarının belə sadəlövhlüklə aldanması səbəbsiz deyil.Əhali ölkəmizdə artıq 3 ildir fəaliyyət göstərən Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) və digər dövlət qurumlarının fəaliyyətinə inanır,düşünür ki,yararlılıq vaxtı keçmiş mal satıla bilməz!Əfsus ki,bu inam özünü doğrultmur və istehlakçıların İran ərzaq mallarından zəhərlənməsinə dair məlumatlar da mövcuddur. Bəzən bu mövzu ilə bağli neqativ halların qarşısını almağa cavabdeh olan dövlət qurumları əməkdaşlarının mediyada pafoslu cıxıçlarına da rast gəlirik,amma “3 müşketyor qanunu” daha uğurla işləyir-birimiz hamimiz ücün,hamımız birimiz üçün - yəni gömrük xeyir-dua verib ölkəyə buraxıbsa vəssalam!
İran ərzaq malları satışı şəbəkələrində ciddi monitoringlərin keçirilməsi,dövlətimizin qanunlarının pozulması ilə ölkəyə idxal olunmuş qeyd olunan nöqsanlı malların satış şəbəkələrindən geri çağrılıb,ictimaiyyətin gözü önündə kütləvi məhv edilməsi,gömrük komitəsində çalışan əməkdaşların diqqətinin bu məsələyə cəlb edilməsinə zərurət yaranmışdir.
Dövlətimizin qanunlarını pozmaqla İran dükanlar şəbəkəsində satışa mal çıxaran 50-dən çox dükan mövcuddur.Bu dükanların bəzilərinin ünvanları:Əsas topdansatış dükanları,Sədərək ticarət mərkəzi,”Lukoyl”YDM-nin yanı(topdan satış),Dərnəgüldə “Elit “TM-nin yaxınlığı(çoxlu sayda),. 1)Bakı şəh.Əsəd Əhmədov 28
2)Xırdalan.texnikumun yaxınlıği.Rahat bazar ilə üzbəüz 3)Maştağa qəs.Savalanın 2-ci girişi 4)Ümid qəs.Laçın məktəbinin qarşısı 5)Neftçala şəh.H.Əliyev pros.Təzə bazar 6)Sahil qəsəbəsi 7)Ballı marketin yaxınlığı050-791-11-12 8)Sumqayıt şəh.2-ci mikr.Rossiya klubunun yanı.777 mağaza 9)Bakı şəh.Sarayevo küç7 10)Binəqədi ray.Xocasən yolu.Netto klubun yanı 11)Gəncə küç.Fujifilmin yanı 12)Əhmədli metrosu çıxışı.Ukrayna dairəsi tərəf 13)Xətai metrosunun arxası.N.Əliyev küç.17 14)Bakı şəh.Fatmayı 15)Hövsan qəs. 16)8 km bazarı.Halal market17)Şirvan şəh.Elite bazarının həyəti18)A.Şərifzadə küç.19519)Dərnəgül qəs.Şır-şır restoranının yanı 20)Xırdalan şəh.Təzə bazarın girişi ilə üzbəüz 21)Nizami metrosunun yanı.Z.Əhmədbəyov küç. 22)Buzovna qəs.Köhnə Polis şöbəsinin yanı 23)Əhmədli metrosu.Məhəmməd Hadi 41 və.s.
AİİB bu məsələni ictımailəşdirməklə bərabər, , Qida Təhlükəsizliyi Agentliyinə, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Dövlət Gömrük komitəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsminə müraciətlər göndərmişdir. Dövlətimizin qanunlarına əməl olunmasında hər bir istehlakcını fəal olmağa cağırırıq və dövlət qurumlarında nəticələr gözləyirik.
AİİB-in sədri: Eyyub Hüseynov
|
|
daha ətraflı... |
|
Press reliz
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə “Azad İstehlakçılar” İctimai Birliyi(AİİB) “Istehlakçılara parça bazar torbalarının paylanılması ilə ekologiyanın qorunmasına dəstək verilməsi” layihəsinin icrası üzrə fəaliyyyətini davam etdirir.
19 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, Alatava 2. ünvanda yerləşən “Araz 20 yanvar Superstore”- da istehlakçılara 150 ədəd parça materialdan tikilmiş bazar çantaları təmənnasız olaraq paylanıldı. Onlara həmçinin ekologiyanın qorunmasına,plastik taralardan imtinaya, qida təhlükəsizliyinə və ştrix koda dair məlumatlar da paylanıldı. İstehlakçılarda parça sumkalara böyük maraq oldu. Tədbirin sonunda çantaların paylanılmasına dair akt tərtib edildi. Eyni zamanda müəyyən istehlakçıların fotosu da çəkildi. Tədbirə dair press reliz hazırlanaraq KİV-lərə göndərildi. Tədbirimiz davam |
|
daha ətraflı... |
|
“Azad İstehlakçılar”
İctimai Birliyi M: +99450 341 62 25
17 avqust 2020-ci il.
Press reliz
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə “Azad İstehlakçılar” İctimai Birliyi (AİİB) “Istehlakçılara parça bazar torbalarının paylanılması ilə ekologiyanın qorunmasına dəstək verilməsi” layihəsinin icrası üzrə fəaliyyyətini davam etdirir.
17 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 60. ünvanda yerləşən “Bolmart” Supermarketdə istehlakçılara 150 ədəd parça materialdan tikilmiş bazar sumkaları təmənnasız olaraq paylanılmışdır. İstehlakçılara həmçinin qida təhlükəsizliyinə və ştrix koda dair məlumatlar da paylanılmışdır. İstehlakçılar böyük həvəslə həmin sumkaları götürürdülər. Tədbirin sonunda sumkaların paylanılmasına dair akt tərtib edildi. Eyni zamanda müəyyən istehlakçıların fotosu da çəkildi.Tədbirimiz davam edəcək. |
|
daha ətraflı... |
|
|