Azad İstehlakçılar Birliyinin sədri Eyub Hüseynova
Bakı şəhəri, Xətai rayonu, Həsən Salmani 1B, mənzil 51də yaşayan ATU-nun Terapevtik və Pediatrik Propedevtika kafedrasının əməkdaşı, tibb üzrə fəlsəfə doktoru
Pediatrik Kardiologiya və Revmatologiya İB sədri
Rəfiyeva Sveta Kamal qızı
(əlaqə nömrələri: +994503253942, +994552990247;
e-mail:dr.rafiyeva.s@mail.ru)
Ərizə
Hörmətli Eyub müəllim,
Mən bu ilin yəni 2020-ci ilin avqust ayında Xəzər r-nu, Mərdəkan qəsəbəsi,2280A ünvanda yerləşən 7 sot torpaq sahəmdə 2 mərtəbəli yaşayış evinin tikilməsi, təmiri və həyətyanı sahəsinin hasarının çəkilməsi üçün özünü “AZ VİP İnşaat Tikinti” şirkətinin sahibi kimi təqdim edən Salahov Kamal ilə 67000 (altmış yeddi min AZN) dəyərində müqavilə bağlanması üçün razılığa gəldik. (Salahov Kamalın dediyinə görə şirkətin əlaqə nömrəsi: 0703947014, özünün şəxsi nömrəsi isə: 0993947414. Hər iki nömrə vasitəsi ilə həm whatsapp, həm telefon ilə Kamalnan əlaqə saxlanılırdı).Mən bu şəzsi AZ.VİP inşaatın istaqram səhifəsindən tapdım.
Kamal Salahovu İnstagram vasitəsi ilə ev tikintisi,təmiri və dizaynı ilə bağlı verdiyi elan və reklamlara görə tanımışam. Pandemiya dövrü olduğuna görə hər yerdə olduğu kimi bu cür ünsiyyət vasitəsinə üstünlük verdim. Sonra 19.082020-ci il tarixdə o, məni Məmməd Araz küçəsi 20 ünvanında “AP Plaza”da olan 36-cı otaqdakı ofisinə dəvət etdi. Orada bir qız və bir kişi var idi. Sonra isə özünü Məmməd kimi təqdim edən dizayner də bura gəldi. (Onun əlaqə nömrəsi: 0554647296.)
Mən whatsapp vasitəsi ilə tikiləcək evin eskiz və planını çəkilməsi üçün Məmməd deyilən şəxsə torpaq sahəmin sənədlərini göndərdim. Kamal müqaviləyə görə, mənim ona ilkin olaraq ümümi məbləğin 30 faizini, yəni 20100 AZN (iyirmi min yüz manat) ödəməli olduğumu bildirdi. Mən bu pulu ona verdikdən sonra o, mənə “Aydınoğlu İnşaat” MMC, VÖEN:2004940421, Kassa Mədaxil Orderi Seriya ƏXZ № 530581 sənədini təqdim etdi. Sonradan bu sənədə diqqət etdikdə bu maliyyə sənədinin köhnə və saxta olduğu qərarına gəldim. O, bu işləri qısa bir zamanda yüksək keyfiyyətlə görüb təhvil verəcəyini dedi. Müqavilədə 7 ay yazılmasına baxmayaraq, 4-5 aya tikib verəcəyinə söz verdi. Səhərisi gün işə başlayacağını bildirsə də yalnız bir həftədən sonra tikinti sahəsində görüşə bildik. Oraya 90AH075 “Range Rover” markalı nəqliyyat vasitəsi ilə gəlmişdir. Tikinti ərazisində məni Emil adlı prorabla tanış etdi (əlaqə nömrəsi: 0702492106, 0709592021). Doğrusunu deyim ki, bu Emil deyilən şəxs mənə xoş təsir bağışlamadı.
Ərazidə yararsız köhnə bir tikili var idi. Onu sökməyə başladılar. Elə həmin gün mən evə gələn kimi Emil mənə zəng edib, guya hansısa polis işçisinin ora gəldiyini və ondan pul tələb etdiyini bildirdi. Mən ona kiməsə pul verməsinə qəti etiraz etdim və polisin gəldiyi maşının nömrəsini və polisin adını öyrənməyini ondan xahiş etdim. Emil deyilən prorab polisin taksidə gəldiyi və ondan 70 AZN (yetmiş manat) pul tələb etdiyini bildirdi. Emil bu pulu polisə verdiyini desə də, mən ona inanmadım və polis adına ləkə vurduğunu başa düşdüm. Çünki polisin taksidə ona aid olan ərazidə gəzməsi ağıla batan deyidi. Üç gündən sonra torpağı mənə satan vasitəçi zəng vurub burada fəhlələrin yığışdığını və narazılıq etdiyini bildirdi (fəhlələr vasitəçinin nömrəsini hasarın üzərindəki yazıdan götürmüşdürlər. (Vasitəçinin adı Mahirdir, əlaqə nömrəsi: +994557936257). Vasitəçi mənə bildirdi ki, fəhlələr söküntü işinin müqabilində onlara çatacaq pulu almasalar ön hasarı uçuracaqlarını bildirirdilər. Mən onlarla danışıb, bu işdən xəbərsiz olduğumu və şirkətlə danışacağımı bildirdim. Mən Kamala zəng vurub məlumat almaq istədim, o isə digər obyektdə lənqidiyini bəhanə gətirdi. Mən ondan fəhlələrin pulunu verməsini tələb etdim. Səhərisi gün ərazidə görüşüb mənim yanımda Kamal Kamaz sürücüsünə təxminən 1300 AZN (min üç yüz manat) verdi və mənə fəhlə tayfasına çox inanıb etibar etməməyi tövsiyyə etdi. Bu təxminən avqust ayının axırları idi. Kamal iki günə tikinti-qazıntı işlərinə başlayacağını söylədi. Bütün işləri prorab Emilə həvalə etdiyini bildirdi. Mən gündəlik əraziyə getsəmdə Emili orda görə bilmirdim və ərazidə bir yaxud iki fəhlənin işlədiyini görürdüm. Mən Kamala zəng edib işin gedişinin və nəzarətsiz fəhlənin özbaşına gördüyü işin keyfiyyətinin məni qane etmədiyini və prorab Emilin hər dəfə yalan və bəhanə gətirdiyini deyib onun bu işdən uzaqlaşdırmasını istədim. Kamal mənə Emili Elçin adlı prorabla əvəz edəcəyini bildirsədə bunu etmədi. Bundan sonra Emil mənə yalvararaq, onu işdən uzaqlaşdırmamağımı xahiş etdi. 18.09.2020-ci il tarixindən Kamal ilə əlaqə kəsildi. Hər iki telefonlarını söndürüb cavab vermədi. Emilə müraciət edəndə onunda Kamal ilə heç bir əlaqəsinin olmadığını bildirirdi. Amma onun yalan danışdığını hiss edirdim. Artıq ərazidə iş dayanmışdı. Bir aya yalnız 50-60 m uzunluğunda hasar çəkilmişdir. Emildən işin nə üçün dayandığını soruşanda o pulun olmadığını söylədi. Mən Emilə işin gedişindən və keyfiyyətindən razı olmadığımı Kamala çatdırmasını dedim, çünki Kamal sentyabr ayının sonuna kimi evin karkasını tikib evin təmirinə başlayacağını bildirmişdi. Mənim aramsız zənglərimə Kamalın cavab verməməsi və ərazidə 2 həftə ərzində heç bir işin aparılmadığı üçün aldandığımı başa düşdüm. Anladım ki, o, işlərin yalniz cüzi bir hissəsini görüb (təxminən dörd min AZN dəyərində, yerdə qalan on altı min AZN-ni mənimsəyərək zənglərimə cavab vermirdi). Mənim bu qənayətə gəlməyimin səbəblərindən biridə Emilin pulun olmadığı üçün işin dayandırıldığını deməsi idi. Və mən dövlət strukturlarına müraciət edəcəyimi Emilə söylədim. Bu söhbətdən sonra Kamalın şəxsi dediyi nömrəsindən mənə sms gəldi ki, Kamal bir saata mənimlə əlaqə saxlayacaq. Həmin müddət ötəndən sonra da Kamaldan heç bir xəbər çıxmadı və çoxsaylı zəng və smslərə cavab vermirdi. Nəhayət Kamal mənə iki ip şəkli atdı və bildirdi ki, ailəsində şəxsi problemi var və intihar etmək fikrinə düşübmüş. Tezliklə özünü toparlayıb işə başlayacağını bildirdi. Mən ona inanmadığımı, işin keyfiyyəti və gedişi məni qane etmədiyinə görə müqaviləyə xitam vermək istədiyimi bildirdim. O mənimlə razılaşdı və səhər pulumu qaytaracağını bildirdi. Və mənim onun barəsində yalnış fikirləşdiyimi və tezliklə peşman olacağımı anlatdı. Özünün indiki zamanda çox az təsaddüf olunan “düz və sözünə əməl edən” kişilərdən olduğunu bildirdi. Bundan sonra Kamal yenə telefonunu söndürüb yoxa çıxdı. Prorab Emilin mənə zəngləri və yalvarışları başladı ki, kişinin ailəsində problemi var və mən ana və Azərbaycan qadını olduğuma görə Kamalı anlayıb, ona güzəştə getməliyəm. Mən isə tək və gözdən əlil olduğumu bildirib, Kamal kimi kişilərin problemlərini öz üzərimə götürə bilməyəcəyimə görə utandım. Çoxsaylı zənglərimə cavab verməyən Kamala Dövlət strukturlarına şikayət edəcəyimi smslə bildirdim. O isə mənə səsli mesaj göndərib, özünə qəst edərək boynuma yıxacağını bildirdi(Bu səs və şəkillər mənim telfonumda saxlanılır). Mən doyub cana gəlmişdim, əsəbdən iş qabiliyyətimi itirməyə başladım, səhhətimdə problemlər meydana çıxdı və artıq qəti qərara gəldim ki, Kamalla dialoqun mənası yoxdur,və bu işin şikayətlə həllinə üstünlük verdim.Mənim səhhətimin pisləşdiyimi görən yaxın rəfiqəmin oğlu Kamala zəng etməyə başladı ki, qadını incitmə. Kamal ona deyib bildirdi ki, güya bütün pullarımı materiallara xərcləyib və pulları yalnız material şəklində qaytara bilər. Mən buna razı olsamda, o bu sözünə də əməl etmədi və bir həftə ərzində ona edilən çoxsaylı telefon zənglərimə və smslərə cavab vermədi. Sonra mən yenidən özünü Məmməd adlandıran dizaynerə zəng etdim və bu məsələdən xəbərdar olduğunu soruşdum. Məmməd mənə məlumat verdi ki, Kamal hətta mənim evimin planını çəkmək müqabilində ona da əmək haqqı verməyib. Məmməd mənə Kamalın bir neçə digər sifarişçi ilə də eyni probleminin olduğunu bildirdi. Çox uzun təkiddən sonra onlardan bir neçəsinin nömrəsini mənə verdi:
- Zərərçəkən Abbaszadə Elvin Şahismayıl oğlu. Əlaqə nömrəsi: 0556554345
- Zərərçəkən sifarişcı şəkili Rauf – 0703548191
- Gəncəliyev Rövşən (bu şəxs mənim nömrəmi qonşulardan alaraq mənə zəng edib ki, hasar çəkmək üçün prorab Emil onun 500 AZN əmək haqqını verməmişdi, və Rövşən Emilə mənə müraciət edəcəyini bildirəndə Emil ona hədə-qorxu qəlib onu yıxıb-sürüyəcəyini bildirib. Rövşənin əlaqə nömrəsi: 0775218398)
- Daha sonra, Dəyanət adlı şəxs (əlaqə nömrəsi: 0552377576) mənə zəng edərək prorab Emilin ona 540 AZN dəyərində mənim həyətimə daş, digər yoldaşının isə 2 maşın qum gətirtdiyini söylədi və pullarının ala bilməməklərindən şikayərləndi. Dedilər ki, Emil telefonu söndürüb onlara cavab vermir. Təhsilsiz olduqlarını deyib, yazıb-oxumağı bacarmadığına görə, məndən onlara çatacaq pulun alınması üçün kömək istədilər.
Özünü Kamal Salahov kimi, gah “Aydınoğlu” MMC, gah da “AZ VİP İnşaat tikinti” şirkətinin sahibi kimi təqdim edən bu şəxs Emil adlı prorabla birləşərək məni və yuxarıda adlarını sadaladığım insanları aldadıblar və dələduzluq etməklə mənim 16000 AZN pulumu mənimsəyiblər. Dələduzluqla yanaşı mənə və digərlərinə təhdid və hədə-qorxu gəliblər (bütün səs yazıları telefonumda saxlanılır). Onların bu hərəkətlərinə qarşı tətbirin görülməsini və Kamalda qalan 16000 AZN pulumun qaytarılmasına və istehlakçı hüququçun bərpasına köməklik etməyiniz xahiş edirəm. Onuda qeyd edim ki, bütün fəhlələr əmək müqaviləsi olmadan işləyirdi, təhlükəsizlik texnikasına əməl edilmirdi.
Sonda onuda bildirmək istəyirəm ki, mən ictimai fəaliyyətimlə bağlı olaraq həmin bağ evindən şəhid balaları üçün reabilitasiya mərkəzi üçün istifadə etmək fikrindəyəm.
Xahiş edirəm istehlakçı hüququmu qoruyasınız,müqaviləyə xitam verilsin,Kamala qalan 16000AZN mənə qaytarılsın,bu məsələnin həlli üçün danışıq yolu nəticə verməsə dövlət orqanlarına müraciət olunsun ki,insanlar aldadılmasın.
İmza: Rəfiyeva Sveta Kamal qızı 2.10.2020

|